Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-2356/2023 17.08.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi, Məhkəmə iclasının katibi X1, İddiaçı ASC-nin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 və Cavabdeh1 cəmi 7245 manat pul tutularaq İddiaçı ASC-nə ödənilməsi, barədə müvafiq qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2019-cu il tarixli 2(005) – 2174/2019 saylı icra vərəqəsinə əsasən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, X8 küçəsi, 7a saylı evin, 1 saylı mənzili boşaldılaraq İddiaçı ASC-yə təhvil verilməlidir. İcra vərəqəsinin icrası ilə əlaqədar olaraq icra işi təyin olunmuşdur. Nərimanov rayon icra və probasiya şöbəsinin icra məmuru Rafael Səfərovun iştirakı ilə İddiaçı ASC-nin mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, X8 küçəsi, 7a saylı evin 1 saylı mənzili boşaldılmış və mənzildə olan bütün əşyalar, icra məmuru tərəfindən siyahıya alınaraq saxlanc məntəqəsinə yerləşdirilmişdir. Hal-hazırda əşyaların saxlanıldığı saxlanc məntəqəsinin (anbar) aylıq icarə xərci İddiaçı ASC tərəfindən ödənilir. “İcra Haqqında” AR Qanunun 72.6-cı maddəsinə görə icra məmuru, borclunun əmlakının mühafizəsini təmin edir və bununla bağlı xərcləri borclunun üzərinə qoyur. Borclunun əmlakı üç ildən çox olmayan müddət ərzində mühafizə edilir. Qanunun maddəsindən göründüyü kimi, borclunun əmlakının mühafizəsi ilə bağlı xərclər borclu tərəfindən ödənilir. Lakin mənzilin boşaldılması zamanı borclular bildirdilər ki, əşyaların saxlanılması üçün yerləri yoxdur və bankdan, mənzildə olan əşyaların saxlanc məntəqəsində saxlanılmasını xahiş edərək, saxlanma xərclərini də borclular tərəfindən ödəniləcəklərini bildirdilər. Lakin 8 aydan çox müddətdir ki, əşyalar 166 yükdaşıma xidmətinin Xırdalan anbarında saxlanılır. Və anbar xərci aylıq 400 manat olmaqla İddiaçı ASC tərəfindən ödənilir. Bundan əlavə icra işi zamanı borclunun mənzilində olan əşyaların anbara daşınması üçün 4045 manat məbləğində pul İddiaçı ASC tərəfindən yükdaşıma şirkətinə ödənilmişdir. Beləliklə, hal-hazırda, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 İddiaçı ASC-nə ümumilikdə 7245 manat borcu vardır. Cavabdeh2 iddia ərizəsinə etiraz təqdim edərək bildirdi ki, Nərimanov rayonu, X8 küçəsi, 7a saylı evin 1 saylı mənzilinin satılmasından cavabdehlərin məlumatı olmamışdır. Nərimanov rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli Qətnaməsi ilə mənzildən istifadə hüququna xitam verilməsi ilə bağlı məhkəmə Qətnaməsi də qəbul edilib. Həmin mənzilin hərracdan satılması və hansı qiymətə satılması ilə bağlı heç bir məlumatları yoxdur. Cavabdehlərə hərracın bildirişləri təqdim edilməmiş, eyni zamanda hərrac və təkrar hərrac protokolu ilə bağlı tanış edilməmişlər və mənzilin hansı qiymətə satılmasından məlumatları yoxdur. Evin əşyalarına gəldikdə isə onlara məxsus olan əşyaların kimlər tərəfindən və hara daşınmasından da məlumatları olmayıb və bu günə qədər də məlumatları yoxdur. Mənzildən Cavabdeh2 məxsus olan əşyalar çıxarılarkən onlara rəsmi məlumat belə verilməyib. Mənzildəki əşyaların aktlaşdırılaraq götürülməsi prosesi keçirilməli idi və həmin aktı imzalamaq üçün cavabdehlərə təqdim edilməli idi ki, bu prosesə də əməl edilməyib. Cavabdeh2 məxsus olan əşyalar bahalı ev əşyalarıdır və həmin əşyaların arasında Rumıniya və İtaliyada istehsal edilən mebel dəstləri, bahalı servis dəstləri də vardır ki, onların da harada olduğundan xəbərləri yoxdur. Yuxarıda qeyd edilən mənzilin satışından onların və ailə üzvlərinin heç birinin xəbəri olmayıb. Onlar banka təklif etmişdilər ki, borcun ödəyərək mənzili geri almağa razıdır. Sonradan onlara məlum olmuşdur ki, bankın səlahiyyətli şəxslərindən kimsə onlara məxsus olan yüksək təmirli mənzili ələ keçirmək istəyir və yaxud ələ keçirib. Bununla bağlı cavabdehlərə heç bir məlumat verilməyib ki, mənzil hansı qiymətə satılıb. Əşyaların yerini aktla harada saxlandığını bilmədiyi halda iddiaçının saxlanc pulunu tələb etməsi absurddur. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında İddiaçı ASC-nin nümayəndəsi X4 iddianı müdafiə edərək onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etdi. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını, iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. Əsaslandırıcı hissə: a) Mülki işin materialları Bakı Şəhəri Nərimanov rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(005)-2174/2019 saylı qətnaməsi ilə müəyyən edilmişdir ki, 18 sentyabr 2018-ci il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilə ilə tələbkar İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, X8 küçəsi, 7a saylı evin 1 saylı mənzilini 130.687,50 manata əldə etmişdir. Müvafiq daşınmaz əmlak dövlət reyestrində 1632 nömrəli reyestr kitabının 149687 nömrəli vərəqində xx.xx.2019-cu ildə qeydiyyata alınmışdır. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müvafiq mənzildə yaşamağa davam etdikləri üçün İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “mənzildən istifadə hüququna xitam verilməsi, mənzilin boşaldılması və Turanbank ASC-yə təhvil verilməsi tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 həmin mənzilə olan istifadə hüququna xitam verilməsi, cavabdehlər Cavabdeh2, Cavabdeh1 tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, X8 küçəsi, 7a saylı evin, 1 saylı mənzilinin boşaldılması və qeyd olunan əmlakın "xxxx" ASC-yə təhvil verilməsi barədə müvafiq qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Nərimanov rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(005)-2174/2019 saylı qətnaməsi ilə iddianın təmin edilməsi, Cavabdeh1 Bakı şəhəri, Nərimanov rayonu, X8 küçəsi, 7a saylı evin, 1 saylı mənzilinə olan istifadə hüququna xitam verilməsi, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, X8 küçəsi, 7a saylı evin, 1 saylı mənzili boşaldılması və qeyd olunan əmlakın "xxxx" ASC-yə təhvil verilməsi qət olunmuşdur. "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli 140205 nömrəli qəbzindən görünür ki, İddiaçı ASC-nin hüquqşünası kimi qeyd edilən X5 tərəfindən usta xidmətinə görə 1545 manat, 1 aylıq anbar xərci olaraq 350 manat, daşıma xidmətinin dəyəri olaraq 440 manat, cəmi 2335 manat pul ödənmişdir. "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli 734771 nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı ASC-nin hüquqşünası kimi qeyd edilən X5 tərəfindən usta xidməti olaraq 940 manat, 1 aylıq anbar xərci olaraq 350 manat, reys xidməti haqqı olaraq 400 manat, qutuların dəyəri olaraq 10-15 manat, doblo çatdırılması üçün 20 manat, cəmi 1710 manat ödəniş etmişdir. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubda qeyd olunur ki, xx.xx.2022-ci il tarixindən xx.xx.2023-cü il tarixinə qədər 90/19 saylı müqavilənin tələblərinə uyğun olaraq "xxxx" MMC tərəfindən İddiaçı ASC-yə 350+63 AZN=63 manat dəyərində anbar xidməti göstərilmişdir. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli məktubda qeyd olunur ki, xx.xx.2016-cı il tarixindən xx.xx.2023-ci il tarixinə qədər 10/16 saylı müqavilənin tələblərinə uyğun olaraq "xxxx" MMC tərəfindən “İddiaçı ASC-yə 5250 manat məbləğində anbar, usta və fəhlə xidməti göstərilmişdir. İddiaçı ASC tərəfindən 4050 manat ödəniş edilmişdir və "xxxx" MMC-yə 1200 manat borcu vardır. İddiaçı ASC tərəfindən Cavabdeh2 və Cavabdeh1 ünvan 1 ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda İddiaçı ASC tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, X8 küçəsi, 7a saylı evin 1 saylı mənzilin boşaldıldığını və mənzildə olan bütün əşyaların icra məmuru tərəfindən siyahıya alınaraq saxlanc məntəqəsinə yerləşdirildiyini barədə məlumat verilmişdir. Məktub xx.xx.2022-ci il tarixdə “Balayev” soyadlı şəxs tərəfindən təhvil alınmışdır. Hərracın keçirilməsinə dair xx.xx.2018-ci il tarixli, 02/2 saylı bildirişdən və ona dair xəbərnamədən aydın olur ki, Bakı şəhəri, Nərimanov rayonu, X8 küçəsi, 7a saylı evin 1 saylı mənzilinə dair xx.xx.2018-ci il tarixdə keçiriləcək hərrac barədə bildiriş xx.xx.2018-ci il tarixdə təhvil alınmışdır. Məhkəmə tərəfindən müəyyən edilən hallar: İddiaçı ASC-nin Cavabdeh2 qarşı “müqavilə üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi tələbi”nə dair iddia ərizəsinin qismən təmin edilməsi, Cavabdeh2 20 fevral 2015-ci il tarixli 891-SF/15 saylı kredit müqaviləsi üzrə 57648.93 ABŞ dolları məbləğində əsas, 15321.61 ABŞ dolları məbləğində faiz, cəmi 72970.54 ABŞ dolları məbləğində borcun ödənişin icra edildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla, habelə məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutularaq TuranBank ASC-yə ödənilməsi, tutmanın xx.xx.2015-ci il tarixli kredit müqaviləsinin təminatı qismində Cavabdeh2 tərəfindən ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Nərimanov rayonu, X8 küçəsi, 7a saylı evin, 1 saylı mənzilinə yönəldilməsi, həmin əmlakın açıq hərrac vasitəsilə satılması, satışdan əldə olunan vəsait hesabına yuxarıda göstərilən borcun ödənilməsi, ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsinin ipoteka qoyana - Cavabdeh2 qaytarılması, ipoteka predmeti olan Bakı şəhəri, Nərimanov rayonu, X8 küçəsi, 7a saylı evin 1 saylı mənzilinin ilkin satış qiymətinin 205000 manat məblsğində müəyyən edilməsi, ekspertiza tədqiqatının ümumi dəyərini təşkil edən 90 manat məbləğində pul vəsaitinin 45 manat hissəsinin iddiaçı TuranBank ASC-dən, 45 manat hissəsinin isə Cavabdeh2 tutularaq dövlət gəlirlərinə alınması qiymətləndirmə xidmətinin dəyərini təşkil edən 300 manat pul vəsaitinin Cavabdeh2 alınaraq “Daşınar və Daşınmaz Əmlakların Qiymətləndirilməsi Xidməti“ MMC-yə ödənilməsi qət edilmişdir. tələbkar İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, X8 küçəsi, 7a saylı evin 1 saylı mənzilini 130.687,50 (bir yüz otuz min altı yüz səksən yeddi manat əlli qəpik) manata əldə etmişdir. Bakı şəhəri, Nərimanov rayonu, X8 küçəsi, 7a saylı evin 1 saylı mənzili tam mülkiyyət hüququ üzrə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin adına daşınmaz əmlakın dövlət reyestrində 1632 nömrəli reyestr kitabının 149687 nömrəli vərəqində xx.xx.2019-cu ildə qeydiyyata alınmışdır. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müvafiq mənzildə yaşamağa davam etdikləri üçün İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “mənzildən istifadə hüququna xitam verilməsi, mənzilin boşaldılması və Turanbank ASC-yə təhvil verilməsi tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 həmin mənzilə olan istifadə hüququna xitam verilməsi, cavabdehlər Cavabdeh2, Cavabdeh1 tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, X8 küçəsi, 7a saylı evin, 1 saylı mənzilinin boşaldılması və qeyd olunan əmlakın "xxxx" ASC-yə təhvil verilməsi barədə müvafiq qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Nərimanov rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(005)-2174/2019 saylı qətnaməsi ilə iddianın təmin edilməsi, Cavabdeh1 Bakı şəhəri, Nərimanov rayonu, X8 küçəsi, 7a saylı evin, 1 saylı mənzilinə olan istifadə hüququna xitam verilməsi, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, X8 küçəsi, 7a saylı evin, 1 saylı mənzili boşaldılması və qeyd olunan əmlakın "xxxx" ASC-yə təhvil verilməsi qət olunmuşdur. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyigəlirlər (əldən çıxmış fayda) başa düşülür. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; Məhkəmə qeyd edir ki, mövcud qanunvericilik hər həsin öz hüquq və azadlıqlarını qanunvericiliklə qadağan olunmayan üsul və vasitələrlə müdafiə etmək imkanını tanımışdır. Bu imkan təkcə fiziki şəxslərə deyil, həmçinin hüquqi şəxslərə də aiddir. Belə ki hazırki halda İddiaçı ASC-nin kreditor olaraq borclulardan kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi və bağlanmış ipoteka müqaviləsinə əsasən borcun ipotekaya yönəldilməsi hüququ məhkəmə tərəfindən tanınmış və qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə təmin edilmişdir. Borclular Cavabdeh2 və Cavabdeh1 ipoteka predmeti olan mənzildə qeydiyyatda olduqlarından İddiaçı ASCnin kredit və ipoteka müqaviləsindən irəli gələn hüquqlarının təmin edilməsi məqsədi ilə növbəti qətnamə ilə borcluların mənzilə olan istifadə hüquqlarına xitam verilmiş və mənzildən qeydiyyatdan çıxarılmışlar. Bununla belə borclular onlara məxsus əmlakları mənzildən götürməmiş, bununla da mənzilin hərracdan satılması yolu realizəsinə süni maneələr yaratmışlar. İddiaçı ASC-nin hüquqlarının təmini məqsədi ilə qəbul edilən qanuni qüvvəsini almış məhkəmə qətnamələri qəbul edilməsi məqsədlərini həyata keçirmək, İddiaçı ASC-nun hüquqlarının təmini mümkün olmamışdır. Belə olan halda İddiaçı ASC qanunun qadağan etmədiyi üsula əl ataraq, borclulara məxsus əmlakları icra məmurunun iştirakı ilə mənzildən çıxararaq anbara yerləşdirmişdir və bununla əlaqədar xərclər çəkmişdir. Məhkəmə cavabdeh tərəfindən təqdim olunmuş etirazla bağlı qeyd edir ki, işin hallarından tutmanın ipoteka predmetinə yönəldilməsinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 31 mart 2017-ci il tarixli, 2(005) -163/2017 nömrəli qətnaməsindən Cavabdeh2 apellyasiya daha sonra kassasiya şikayətləri verməsi, cavabdehlərə hərrac barədə bildirişin çatdırılığı, İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “mənzildən istifadə hüququna xitam verilməsi, mənzilin boşaldılması və İddiaçı ASC-yə təhvil verilməsi tələbi”nə dair iddia ərizəsi məhkəminin icraatında olan zaman iclasda Cavabdeh1 iştirak etməsi, daha sonra İddiaçı ASC tərəfindən cavabdehlərə mənzildə yerləşən əşyaların çıxarılması barədə müraciətin edilməsi sübut olunur. Belə olan halda Cavabdeh2 keçirilən hərracdan xəbərdar olmaması barədə, həmçinin barələrində mənzildən istifadə hüququna xitam verilməsinə dair qəbul olunmuş qətnamədən və əşyaların çıxarılmasından xəbərdar olmamalı barədə etdiyi etirazlar tam əsassız olmaqla formal mülahizələrdən ibarətdir. Bütün bu hallardan xəbərdar olan cavabdehlər özlərinə məxsus əşyaların mənzildən çıxarılması üçün heç bir təşəbbüs göstərməmiş və əmlakların sonraki taleyi ilə maraqlanmamışlar. Məhkəmə qeyd edilənlərə əsasən İddiaçı ASC tərəfindən tələb olunan məbləğin borclulardan tutulmasını əsaslı və qanuni hesab edir. Belə ki, iş materiallarından aydın olur ki, iddiaçı əmlakların daşınması üçün cəmi 4045 manat pul, 2022-ci ilin oktyabr ayından 2023-cü ilin aprel ayı daxil olmaqla hər ay 400 manat anbarda saxlama xərci olaraq isə cəmi 3200 manat pul ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadağını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia qismən təmin edilməli olduğundan hazırki iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 92,45 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə tərəflərin təqdim etdikləri sübutlara məcmu halda hüquqi qiymə verərək hesab edir ki, iddia tələbi təmin olunmalı, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə 7245 manat məbləğində pul tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin olunsun. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə 7245 manat məbləğində pul, ödənilmiş dövlət rüsumun əvəzi olaraq isə 92,45 manat pul tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aytən Novruzova
Məhkəmə qərarları › İş №e-2(005)-2356/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-2356/2023
17.08.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver