Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-2432/2022 07.09.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X1, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “dəymiş maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2022-ci il tarixdə axşam saat 19:25-də Bakı Şəhəri Z.Bünyadov prospektində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində mülkiyyətində olan Kia Soul minik markalı, **-NK-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 3195,98 manat və ödənilmiş 52 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, “KİA SOUL” minik markalı, **-NK-*** dövlət qeydiyyat nişanlı avtomobil AD 582726 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən iddiaçının mülkiyyətindədir. xx.xx.2022-ci il tarixdə axşam saat 19:25-də həmin avtomobilini Bakı şəhəri Z.Bünyadov prospektində idarə edərkən yol-nəqliyyat hadisəsi baş vermişdir. Qeyd edilən vaxt soldan 1-ci hərəkət zolağında “Kia Soul” markalı, ** NK *** dövlət qeydiyyat nişanlı avtomobilini arxa tərəfindən “VAZ 21 015” markalı **-KD-*** dövlət qeydiyyat nömrəli avtomobilin zərbə ilə vuraraq irəliyə doğru atması səbəbindən avtomobilinin qabaq tərəfi qarşıdakı “Renomeqam” markalı, **-MK-*** dövlət qeydiyyat nömrəli avtomobilin arxa tərəfinə çırpılmışdır. Hadisə nəticəsində avtomobilinin müxtəlif hissələri zədələnərək sıradan çıxmış avtomobilinə ciddi zərər dəymiş, həmçinin avtomobilində əyləşən anası X2 bədən xəsarəti, qapalı kəllə-beyin travması almışdır. Hadisə barəsində səlahiyyətli dövlət orqanlarına və sığorta şirkətinə məlumat verildi. Bakı şəhəri Nərimanov RPİ-nin Təhqiqat Şöbəsinin təhqiqatçısı, polis mayoru Nadir Rzazadənin cinayət işinin başlanmasının rədd edilməsi barədə 03 mart 2022-ci il tarixli qərarına əsasən və avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə Arayışa əsasən yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli olan şəxs cavabdeh, VAZ 21 015 markalı ** KD *** dövlət qeydiyyat nömrəli avtomobilin sürücüsü Cavabdehdur və onun əməlində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinin tərkibi vardır. Yol-nəqliyyat hadisəsi nəticəsində avtomobilinə dəymiş zərərin həcmi “X7 Mərkəzi” tərəfindən müəyyənləşdirilmiş və həmin servis mərkəzinin xx.xx.2022-ci il tarixli qüsur aktına əsasən dəymiş zərərin məbləği 8260,50 manat qiymətləndirilmiş, endirim tətbiq olunmaqla, yekun zərər məbləği 6779,40 manat təşkil etmişdir. Cavabdehin mülki məsuliyyətini icbari qaydada sığortalayan sığorta şirkəti iki avtomobilə zərər dəydiyi üçün həmin zərər məbləğinin 3583,42 manat hissəsini öz öhdəsinə götürmüşdür. Zərərin qarşılanmayan 3195,98 manat hissəsi isə cavabdeh tərəfindən ödənilməlidir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbinin ərizənin dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş Cavabdeh iddia tələbinə etiraz etmədiyini bildirərək həmin məbləğin ödənilməsi üçün vaxt lazım olduğunu bildirmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: AD seriyalı, 582726 nömrəli “Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi”nin surətinə əsasən 2011-ci il buraxılışlı “Kia Soul” markalı, ** NK *** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı mülkiyyətindədir; X4 tərəfindən Cavabdeh verilmiş nəqliyyat vasitəsinin istifadə edilməsi haqqında etibarnaməyə əsasən xx.xx.2021-ci il tarixdə “VAZ 21 015” markalı **-KD-*** dövlət qeydiyyat nişanlı avtomobil 1 il müddətinə xx.xx.2022-ci il tarixədək nəqliyyat vasitəsini idarə etmək üçün verilmişdir. İş materiallarında olan Nərimanov RPİ-nin təhqiqatçısı tərəfindən qəbul edilmiş 03 mart 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Sürücü Cavabdeh barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsindən ötrü qərarın surəti Nərimanov RPİ-nin DYPŞ-nə göndərilmişdir. "Kia Motors" “Qüsur aktı”na əsasən “Kia Soul” markalı, ** NK *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın həcmi 8260.50,0 manat təşkil edir; Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı 2011-ci il buraxılışlı “Kia Soul” markalı, ** NK *** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisidir, avtomaşına dair cavabdehə nəqliyyat vasitəsini idarə etmək üçün etibarnamə verilmiş, “VAZ 21 015” markalı **-KD-*** dövlət qeydiyyat nişanlı, 2001-ci il buraxılışlı avtomobil cavabdeh tərəfindən idarə edilərkən xx.xx.2022-ci il tarixdə saat təxminən 19:25 radələrində 20 yanvar istiqamətindən Z.Bünyadov prospketi boyunca yolun soldan birinci zolağı ilə Çermet adlanan körpünün üstü ilə üzü Koroğlu istiqamətinə doğru saatda 90-100 km sürətlə hərəkət edərkən onunla eyni istiqamətlə hərəkətdə olan avtomaşının xəbərdaredici işıqlarını yanmasını görüb və sərt əyləcdən istifadə etsə də, yer yaş olduğundan avtomaşın sürüşüb ön tərəfi ilə Kia Suol markalı avtomobilin arxa hissəsinə çırpılmış və zərbə nəticəsində “Kia Soul” markalı avtomobil ondan irəlidə dayanmış olan sonradan ona markası məlum olan Reno markalı avtomaşının arxa hissəsi ilə toqquşmuşdur, avtomobilə 8260.50 manat zərər dəymişdir. Həmin məbləğdən 3583 manat pul icbari sığorta tərəfindən iddiaçıya ödənilmişdir. Cavabdeh iddiaçının mülkiyyətində olan əmlaka maddi ziyanın dəydiyini etiraf edir. Məhkəmə iclasında dəymiş zərəri mübahisələnlirməmişdir. Məhkəmə iddia tələbinin «3195.98 manat dəymiş maddi zərər»in tutulmasına münasibətdə qeyd edir ki, iddia tələbi həmin hissədə əsaslıdır və təmin olunmalıdır. Belə ki, cavabdeh 2011-ci il buraxılışlı “Kia Soul” markalı, ** NK *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər üzrə məsuliyyət daşımalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsulliyyəti daşıyır; 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir; 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir; 1099.2-ci maddəsinə əsasən bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun; 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enercisindən, atom enercisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Məhkəmə qeyd edir ki, mülki qanunvericilik mülki hüquq pozuntusunu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaraq təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməli (hərərəti və ya hərəkətsizliyi) tanıyır. Hüquq pozuntusu üçün şəxsin (və ya şəxslərin) təqsirli davranışı olmalıdır. Yalnız təqsirli davranış hüquq pozuntusu kimi ola bilər. Əgər şəxs təqisrli davranışa yolu verməmişdirsə, onda hüquq pozuntusunun yaranmasından söhbət gedə bilməz. Başqa sözlə, hüquqa zidd hərəkətin edilməsində şəxsin yalnız təqsirli olduqda həmin hərəkət hüquq pozuntusu sayılır. Bundan əlavə, hüquq pozuntusu hüquqi məsuliyytə səbəb olmalıdır. Hüquqi məsuliyyətə səbəb olmayan hüquqa zidd davranış, hüquqa zidd əməl hüquqla qadağa edilmiş hərəkət və hərəkətsizlik formasında ola bilər. Vacid amillərdən biri sayılan hüquq pozuntsunun obyektiv cəhəti hüquqla tənzimlənən və mühafizə olunan ictimai münasibətlərə ziyan vuran, hüquqa zidd əməl (hərəkət və ya hərəkətsizlik), habelə zidd əməllə onun ictimai-təhlükəli nəticəsinin müəyyən edilməsi səbəbli əlaqə təşkil edir. Hüquq pozuntusunun tərkibini təşkil edən elementlərdən hər hansı birinin (məsələn təqsirin) mövcud olması onun hüquq pozuntusu hesab edilməsinə gətirib çıxarır və qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olmur. Mülki Məcəllənin qeyd edilən maddələrinin tələblərinə görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh “Kia Soul” markalı, ** NK *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərər olaraq 3195.98 manat və ödənilmiş 52 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə eyni zamanda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 231-ci maddəsinin tələblərinə istinadən cavabdeh tərəfin borcun hissə-hissə ödənilməsi və ya borcun tutulmasına möhlət verilməsi barədə qətnamə qəbul edilməsi xahişi ilə bağlı qeyd edir ki, bu məsələ hazırki mərhələdə deyil, artıq məhkəmə tərəfindən qəbul edilmiş qətnamənin icra olunması mərhələsində baxılan və həll edilən məsələdir ki, bununla da bağlı cavabdehə onun aidiyyəti hüquqları izah edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh “Kia Soul” markalı, ** NK *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərər olaraq 3195.98 (üç min yüz doxsan beş manat doxsan səkkiz qəpik) manat və ödənilmiş 52 (əlli iki) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətdə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova
Məhkəmə qərarları › İş №e-2(005)-2432/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-2432/2022
07.09.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver