Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-2434/2025 03.07.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi Məhkəmə iclas katibi Mayılzadə Gülzadə Çingiz qızının katibliyi ilə, Maraqlı şəxs iştirakı ilə, Ərizəçi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Maraqlı şəxs qismində cəlb etdiyi vergi ödəyicisi və ya sığorta edən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İ. Mülki işin mahiyyəti Ərizəçi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Maraqlı şəxs qismində cəlb etdiyi vergi ödəyicisi və ya sığorta edən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,Suraxanı Rayon İcra Hakimiyyəti Başçısının Zığ Qəsəbəsi üzrə nümayəndəliyinin Dövlət Sosial Müdafiə Fonduna olan 1969,4 manat, işsizlikdən sığorta fonduna olan 67,17 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün həmin şəxsin icra orqaninin rəhbəri olan,Maraqlı şəxs barəsində (doğulduğu tarix-xx xxxxxx 1965-ci il,doğulduğu yer-Azərbaycan,İsmayıllı,Talıstan kəndi,şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi-xxxxxxx,şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZE ********) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini onunla əsaslandırmışdır ki, vergi öhdəliklərini Azərbaycan Republikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2025-ci il tarixə vergi ödəyicisi olan Suraxanı Rayon İcra Hakimiyyəti Başçısının Zığ qəsəbəsi üzrə nümayəndəliyinin(VÖEN:**********) Dövlət Sosial Müdafiə Fonduna 1969,4 manat, İşsizlikdən sığorta fonduna 67,17 manat olmaqla,ümumilikdə 2036,57 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində müvafiq fonda ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2024-cü il tarixli **********378400,xx.xx.2024-cü il tarixli **********865400 nömrəli bildirişlər göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir. İİ. Tərəflərin mövqeləri: Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs izahatında bildirdi ki, 2024-cü ilin iyul ayından vəzifəyə təyin edilmişdir. Dekabr ayında 2009-cu il tarixdən borcların yarandığı müəyyən olunub, bununla bağlı əməkdaşlar tərəfindən müvafiq yazışmalar aparılıb. Eyni zamanda iddia müddətinin keçməsini nəzərə alaraq ərizənin təmin edilməməsini xahiş etdi. Ərizəçiyə məhkəmə iclasının yeri və vaxtı barədə lazimi xəbərdarlıq edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Eyi zamanda məhkəmə iclaslarının nümayəndəslərinin iştirakı olmadan keçirilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə mülki işə ərizəçinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İİİ.Məhkəmə baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. İV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi: - İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Öhdəliklərin İdarə edilməsi baş idarəsinin xx.xx.2024-cü il tarixli **********101600 nömrəli xəbərdarlığına əsasən, Suraxanı rayon İcra Hakimiyyəti Başçısının Zığ qəsəbəsi üzrə nümayəndəliyinin məcburi dövlət sosial sığorta haqqı üzrə 3736,84 manat, işsizlikdən sığorta haqqı üzrə 145,84 manat, cəmi 3882,68 manat borcu vardır.3882,68 manat borcun 15 gün müddətində ödənilməsi tələb olunur. - Vergi ödəyiciləri ilə yazışmalar barədə hesabata əsasən, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi xx.xx.2024-cü il tarixində **********101600 nömrəli sənəd ilə Maraqlı şəxs və Suraxanı Rayon İcra Hakimiyyəti Başçısının Zığ qəsəbəsi üzrə nümayəndəliyinə ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında xəbərdarlıq göndərmişdir. xx.xx.2024-cü il tarixli **********865400 nömrəli sənəd ilə Suraxanı Rayon İcra Hakimiyyəti Başçısının Zığ qəsəbəsi üzrə nümayəndəliyinə borc bildirişi göndərilmişdir. - İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Suraxanı Rayon İcra Hakimiyyəti Başçısının Zığ qəsəbəsi üzrə nümayəndəliyinə göndərdiyi işsizlikdən sığorta haqqı üzrə borcun ödənilməsinə dair **********2 nömrəli bildirişə görə,xx.xx.2024-cü il tarixə ümumilikdə 271.22 manat,o cümlədən:işsizlikdən sığorta haqqı üzrə 210.16 manat, maliyyə sanksiyaları üzrə 0 manat, faizlər üzrə 61.06 manat, inzibati cərimə üzrə 0 manat, digər üzrə 0 manat borcu vardır. -Bakı şəhəri,Suraxanı Rayon İcra Hakimiyəti Başçısının Zığ qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Nərimanov Rayon Məhkəməsi hakimi Mehriban Əfəndizadəyə ünvanlanmış məktubunda qeyd edilir ki,Dövlət Sosial Müdafiə fonduna borc texniki səhv səbəbindən 2009-cu ildə yaranmışdır.Borcun silinməsi üçün bir neçə dəfə Dövlət Sosial Müdafiə Fonduna müraciət edilmiş,lakin heç bir tədbir görülməmişdir.Bildirilmişdir ki,borc Zığ qəsəbə nümayəndəsi Maraqlı şəxs və baş mühasib X1 işlədiyi dövrlərdə yaranmayıb. -Məcburi Dövlət Sosial Sığortası üzrə xx.xx.2019-cu il tarixli hesabata əsasən, Suraxanı rayon İcra Hakimiyyəti Başçısının Zığ qəsəbəsi üzrə nümayəndəliyinin M.D.S.S haqqı üzrə əsas borcu 2870.29 manat,maliyyə sanksiyaları(o cümlədən hesablanmış faiz) və inzibati cərimələr 188.26 manat təşkil edir. Məhkəmə materialları araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi təmin olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.1-ci maddəsinin və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.3 və 78.4-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, Konstitusiyanın 73-cü maddəsində təsbit olunmuş vergi ödəmək vəzifəsi dövlətin şərtsiz tələbi kimi bütün vergi ödəyicilərinə şamil olunur. Vergiləri ödəmək (o cümlədən qanunvericiliklə müəyyən edilmiş müvafiq vaxtda və miqdarda) hər bir şəxsin konstitusiya vəzifələrindən biridir. Vergi ödəyicisinin bu vəzifəsində cəmiyyətin bütün üzvlərinin ictimai maraqları öz əksini tapmışdır. Buna görə dövlət yalnız vergi ödəyicilərinin deyil, həmçinin cəmiyyətin digər üzvlərinin də hüquq və qanuni mənafelərinin qorunması məqsədilə vergi hüquq münasibətlərini tənzimləmək sahəsində qanuni tədbirlər görmək hüququna və vəzifəsinə malikdir. Məhkəmə ilk növbədə qeyd edir ki, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ərizə üzrə məhkəmə icraatının başlanılmasının əsas şərti (ödənilməmiş) vergi borcunun mövcud olmasıdır. Belə olan halda, bu icraat çərçivəsində məhkəmə vergi borcunun olub-olmaması, borcun maraqlı şəxsə aid olub-olmaması məsələlərini müəyyən etmək üçün müvafiq çərçivədə araşdırma aparmalıdır. Ərizəyə əlavə edilmiş sənədlərdən görünür görünür ki, Suraxanı Rayon İcra Hakimiyyəti Başçısının Zığ Qəsəbəsi üzrə nümayəndəliyinin Dövlət Sosial Müdafiə Fonduna olan 1969,4 manat,işsizlikdən sığorta fonduna olan 67,17 manat məbləğində borcu qalmışdır. Maraqlı şəxs ərizəyə etiraz edərək borcun əslində yanlışlıq nəticəsində 2009-cu ildən etibarən yarandığını və iddia müddətinin ötürüldüyünü bildirir. Lakin işin materialları ilə hər iki hal öz təsdiqini tapmır. Belə ki, maraqlı şəxs vergi borcunun əvvəlki illərdən yarandığını bildirsə də, həmin borcu mübahisələdirməmiş inzibati qaydada məhkəməyə müraciət etməmişdir. Maraqlı şəxsin təqdim etdiyi sənədlərdən də borcun 2009-cu ildən başlayaraq yarandığı təsdiq olunmur. Digər tərəfdən iddia müddətinin tətbiqi barədə ərizə təqdim edilsə də, ümumiyyətlə əsaslandırılmamış, iddia müddətinin hansı əsasla ötürüldüyü göstərilməmişdir. Məhkəmə iddia müddətinin tətbiqi ilə bağlı ərizəni tə əsassız hesab edir. Belə ki işin materiallarından görünür ki ərizəçi tərəfindən qanuni şəkildə hesablamalar aparılmış və maraqlı şəxsə bildirişlər göndərilmişdir. Maraqlı şəxsin isə, məbləğlə razı olmadığı təqdirdə bunu mübahisələndirməj hüququ olduğu hald, mübahisələndirməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinin İ hissəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra -MPM) 305.1.12-ci maddəsinə əsasən vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlərə xüsusi icraat qaydasında baxılır. MPM-in 355-5.1-ci maddəsinə əsasən vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. MPM-in 355-7.3 və 355-7.4-cü maddələrinin tələbinə görə mahiyyəti üzrə baxan hakim ərizənin rədd edilməsi və ya təmin edilməsi barədə qətnamə qəbul edir. Vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında qətnamə qəbul edildikdən dərhal sonra qüvvəyə minir və qətnamədən şikayətin verilməsi onun icrasını dayandırmır. Habelə Azərbaycan Respublikası Vergilər Məcəlləsinin (VM) 16.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifələrindəndir. VM-in 23.1.15-3-cü maddəsinə görə vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanlarının hüquqlarındandır. VM-in 78.1-ci maddəsinə əsasən vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergi məbləğinin müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olubolmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir. Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 9.3.6-1-ci maddəsinə görə vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcları və faizləri, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarını ödəməməsinə görə vətəndaşın ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda – məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul edilənədək vətəndaşın ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırıla bilər. Miqrasiya Məcəlləsinin 17.1.6-1-ci maddəsinə əsasən vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcları və faizləri, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarını ödəməməsinə görə onların ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda - məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul edilənədək əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasından getməsi müvəqqəti məhdudlaşdırıla bilər. Göründüyü kimi, Maraqlı şəxs vergi öhdəliyini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyindən, həmin öhdəliyin yerinə yetirilməsinə dair hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməli, bununla da ərizə təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Suraxanı Rayon İcra Hakimiyyəti Başçısının Zığ Qəsəbəsi üzrə nümayəndəliyinin Dövlət Sosial Müdafiə Fonduna 2036,57 manat məbləğində borcun ödənilməsini təmin etmək məqsədilə xx xxxxxx 1965-ci il tarixdə İsmayıllı rayonu, Talıstan kəndində anadan olmuş, ünvan 2 ünvanında qeydiyyatda olan Maraqlı şəxs (şəxsiyyəti təsdiq edən sənədin fərdi identifikasiya nömrəsi xxxxxxx, şəxsiyyət vəsiqəsinin nömrəsi – AZE********) ölkədən getmək hüququ məhdudiyyətin qoyulmasına səbəb olmuş əsas aradan qalxanadək müvəqqəti məhdudlaşdırılsın. Dövlət rüsumunun əvəzi olaraq 100 (yüz) manat məbləğində pul Maraqlı şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə dərhal qüvvəyə minir. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mehriban Əfəndizadə
Məhkəmə qərarları › İş №e-2(005)-2434/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-2434/2025
03.07.2025 · Vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver