Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-2464/2025 31.10.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Ramin Nizaməddin oğlunun sədrliyi, Cəfərov Davud Rauf oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh3 MMC-nin nümayəndəsi və vəkili Vəkil3 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3 MMC və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyatın ləğv edilməsi tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3 MMC və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyatın ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh3 MMC ilə Cavabdeh2 arasında xx.xx.2024-cü il tarixli, 4Ə-2380 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və ünvan 1 ünvanında inşa olunmuş girişli, 21 mərtəbəli yaşayış evinin giriş C blokunun 14-cü mərtəbəsində yerləşən ümumi sahəsi 152.43 kv.m, yaşayış sahəsi 136.40 kv.m olan izolə olunmuş 3 otaqdan ibarət C03 saylı (Yeni qaydalarla: AZ1022, Bakı şəhəri, Nərimanov rayonu, Möhsün Sənani küçəsi, giriş 99, M14, m3) mənzilə dair Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyatın ləğv edilməsi; ünvan 1 ünvanında inşa olunmuş girişli, 21 mərtəbəli yaşayış evinin giriş C blokunun 14-cü mərtəbəsində yerləşən ümumi sahəsi 152.43 kv.m, yaşayış sahəsi 136.40 kv.m olan izolə olunmuş 3 otaqdan ibarət C03 saylı (Yeni qaydalarla: AZ1022, Bakı şəhəri, Nərimanov rayonu, Möhsün Sənani küçəsi, giriş 99, M14, m3) mənzilə dair Cavabdeh3 MMC-nin adına daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyatın ləğv edilməsi və ödənilmiş dövlət rüsumunun cavabdehlərdən birgə qaydada tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə "xxxx" MTK arasında xx.xx.2018ci il tarixli müqavilə bağlanmış və o, mübahisəli mənzilin dəyərini tam ödəyərək satın almışdır. Mənzilin təhvil verilməməsi səbəbindən yaranmış mübahisə ilə bağlı Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(005)-4694/2021 saylı qanuni qüvvəyə minmiş qətnaməsi mövcuddur və həmin qətnamə ilə mənzilin cavabdeh "xxxx" MTK ("xxxx" MMC) tərəfindən iddiaçıya verilməsi qət edilmişdir. Məhkəmə qətnaməsinin mövcudluğuna və mənzilin faktiki olaraq icra məmurlarının iştirakı ilə ona təhvil verilməsinə baxmayaraq, Cavabdeh3 MMC qanunsuz olaraq xx.xx.2024-cü il tarixdə mənzili öz adına rəsmiləşdirərək çıxarış əldə etmişdir. Daha sonra isə xx.xx.2024-cü il tarixdə həmin mənzil "xxxx" MMC tərəfindən digər Cavabdeh2 136000 manata satılmışdır. Lakin, tərəflər arasında bağlanmış bu alqı-satqı müqaviləsi uydurma əqddir və hüquqi nəticə yaratmaq niyyəti olmadan, yalnız mənzilin iddiaçıya verilməsindən yayınmaq məqsədilə bağlanmışdır. Mənzilin satış qiymətinin (136000 manat) bazar dəyərindən qatqat aşağı olması və əqdin qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən yayınmaq məqsədi daşıdığından, qeyd edilən əqd əhəmiyyətsizdir. xx.xx.2025-ci il tarixdə iddiaçının vəkili və nümayəndəsi Vəkil1 tərəfindən iddianın dəqiqləşdirilməsinə dair ərizə ilə müraciət edilərək, Cavabdeh3 MMC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 4Ə-2380 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə və ünvan 1 ünvanında inşa olunmuş girişli, 21 mərtəbəli yaşayış evinin giriş C blokunun 14-cü mərtəbəsində yerləşən ümumi sahəsi 152.43 kv.m, yaşayış sahəsi 136.40 kv.m olan izolə olunmuş 3 otaqdan ibarət C03 saylı (Yeni qaydalarla: AZ1022, Bakı şəhəri, Nərimanov rayonu, Möhsün Sənani küçəsi, giriş 99, M14, m3) mənzilə dair Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyatın ləğv edilməsinə; 2. ünvan 1 ünvanında inşa olunmuş girişli, 21 mərtəbəli yaşayış evinin giriş C blokunun 14-cü mərtəbəsində yerləşən ümumi sahəsi 152.43 kv.m, yaşayış sahəsi 136.40 kv.m olan izolə olunmuş 3 otaqdan ibarət C03 saylı (Yeni qaydalarla: AZ1022, Bakı şəhəri, Nərimanov rayonu, Möhsün Sənani küçəsi, giriş 99, M14, m3) mənzilə dair Cavabdeh3 MMC-nin adına daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyatın ləğv edilməsinə; 3. ünvan 1 ünvanında inşa olunmuş girişli, 21 mərtəbəli yaşayış evinin giriş C blokunun 14-cü mərtəbəsində yerləşən ümumi sahəsi 152.43 kv.m, yaşayış sahəsi 136.40 kv.m olan izolə olunmuş 3 otaqdan ibarət C03 saylı (Yeni qaydalarla: AZ1022, Bakı şəhəri, Nərimanov rayonu, Möhsün Sənani küçəsi, giriş 99, M14, m3) mənzil üzərində İddiaçı mülkiyyət hüququnun tanınmasına; 4. Cavabdeh2 və onun ailə üzvlərinin ünvan 1 ünvanında inşa olunmuş girişli, 21 mərtəbəli yaşayış evinin giriş C blokunun 14-cü mərtəbəsində yerləşən ümumi sahəsi 152.43 kv.m, yaşayış sahəsi 136.40 kv.m olan izolə olunmuş 3 otaqdan ibarət C03 saylı (Yeni qaydalarla: AZ1022, Bakı şəhəri, Nərimanov rayonu, Möhsün Sənani küçəsi, giriş 99, M14, m3) mənzildən çıxarılmasına; 5. İddiaçı ünvan 1 ünvanında inşa olunmuş girişli, 21 mərtəbəli yaşayış evinin giriş C blokunun 14-cü mərtəbəsində yerləşən ümumi sahəsi 152.43 kv.m, yaşayış sahəsi 136.40 kv.m olan izolə olunmuş 3 otaqdan ibarət C03 saylı (Yeni qaydalarla: AZ1022, Bakı şəhəri, Nərimanov rayonu, Möhsün Sənani küçəsi, giriş 99, M14, m3) mənzildən istifadəsi önündə əngəllər yaradılmasının Cavabdeh3 MMC-yə və üçüncü şəxslərə qadağan edilməsinə; 6. ödənilmiş dövlət rüsumunun cavabdehlərdən birgə qaydada tutularaq İddiaçı ödənilməsinə dair qətnamə qəbul edilməsi xahiş edilmişdir. xx.xx.2025-ci il tarixdə iddiaçının vəkili və nümayəndəsi Vəkil1 tərəfindən iddia həcminin azaldılmasına dair ərizə ilə məhkəməyə müraciət edilərək, Cavabdeh3 MMC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 4Ə-2380 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə və ünvan 1 ünvanında inşa olunmuş girişli, 21 mərtəbəli yaşayış evinin giriş C blokunun 14-cü mərtəbəsində yerləşən ümumi sahəsi 152.43 kv.m, yaşayış sahəsi 136.40 kv.m olan izolə olunmuş 3 otaqdan ibarət C03 saylı (Yeni qaydalarla: AZ1022, Bakı şəhəri, Nərimanov rayonu, Möhsün Sənani küçəsi, giriş 99, M14, m3) mənzilə dair Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyatın ləğv edilməsinə; 2. ünvan 1 ünvanında inşa olunmuş girişli, 21 mərtəbəli yaşayış evinin giriş C blokunun 14-cü mərtəbəsində yerləşən ümumi sahəsi 152.43 kv.m, yaşayış sahəsi 136.40 kv.m olan izolə olunmuş 3 otaqdan ibarət C03 saylı (Yeni qaydalarla: AZ1022, Bakı şəhəri, Nərimanov rayonu, Möhsün Sənani küçəsi, giriş 99, M14, m3) mənzil üzərində İddiaçı mülkiyyət hüququnun tanınmasına; 3. Cavabdeh2 və onun ailə üzvlərinin ünvan 1 ünvanında inşa olunmuş girişli, 21 mərtəbəli yaşayış evinin giriş C blokunun 14-cü mərtəbəsində yerləşən ümumi sahəsi 152.43 kv.m, yaşayış sahəsi 136.40 kv.m olan izolə olunmuş 3 otaqdan ibarət C03 saylı (Yeni qaydalarla: AZ1022, Bakı şəhəri, Nərimanov rayonu, Möhsün Sənani küçəsi, giriş 99, M14, m3) mənzildən çıxarılmasına; 4. İddiaçı ünvan 1 ünvanında inşa olunmuş girişli, 21 mərtəbəli yaşayış evinin giriş C blokunun 14-cü mərtəbəsində yerləşən ümumi sahəsi 152.43 kv.m, yaşayış sahəsi 136.40 kv.m olan izolə olunmuş 3 otaqdan ibarət C03 saylı (Yeni qaydalarla: AZ1022, Bakı şəhəri, Nərimanov rayonu, Möhsün Sənani küçəsi, giriş 99, M14, m3) mənzildən istifadəsi önündə əngəllər yaradılmasının Cavabdeh3 MMC-yə və üçüncü şəxslərə qadağan edilməsinə; 5. ödənilmiş dövlət rüsumunun cavabdehlərdən birgə qaydada tutularaq İddiaçı ödənilməsinə dair qətnamə qəbul edilməsi xahiş edilmişdir. xx.xx.2025-ci il tarixdə iddiaçının vəkili və nümayəndəsi Vəkil1 tərəfindən iddianın dəqiqləşdirilməsinə dair ərizə ilə müraciət edilərək, Cavabdeh3 MMC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 4Ə-2380 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə və ünvan 1 ünvanında inşa olunan 3 girişli, 21 mərtəbəli yaşayış evinin, C blokunun 14-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 152.43 kv.m, yaşayış sahəsi 136.40 kv.m olan izolə olunmuş 3 otaqdan ibarət C03 saylı (Yeni qaydalarla: AZ1022, Bakı şəhəri, Nərimanov rayonu, Möhsün Sənani küçəsi, giriş 99, M14, m3) mənzilə dair Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrindəki ********** nömrəli (**********57-05301-093042 reyestr nömrəli) qeydiyyatın ləğv edilməsinə;
2. Cavabdeh2 və onun ailə üzvlərinin ünvan 1 ünvanında inşa olunan 3 girişli, 21 mərtəbəli yaşayış evinin, C blokunun 14-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 152.43 kv.m, yaşayış sahəsi 136.40 kv.m olan izolə olunmuş 3 otaqdan ibarət C03 saylı (Yeni qaydalarla: AZ1022, Bakı şəhəri, Nərimanov rayonu, Möhsün Sənani küçəsi, giriş 99, M14, m3) mənzildən çıxarılmasına; 3. İddiaçı ünvan 1 ünvanında inşa olunan 3 girişli, 21 mərtəbəli yaşayış evinin, C blokunun 14-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 152.43 kv.m, yaşayış sahəsi 136.40 kv.m olan izolə olunmuş 3 otaqdan ibarət C03 saylı (Yeni qaydalarla: AZ1022, Bakı şəhəri, Nərimanov rayonu, Möhsün Sənani küçəsi, giriş 99, M14, m3) mənzildən istifadəsi önündə əngəllər yaradılmasının Cavabdeh3 MMC-yə və üçüncü şəxslərə qadağan edilməsinə; 4. ödənilmiş dövlət rüsumunun cavabdehlərdən birgə qaydada tutularaq İddiaçı ödənilməsinə dair qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi Vəkil1 iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 MMC-nin nümayəndəsi və vəkili Vəkil3 iddiaya etiraz edərək, iddianın təmin edilməməsini xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh2 vəkili X14 etiraz ilə müraciət edərək cavabdehin vicdanlı alıcı olduğunu, tərəflər arasındakı mübahisədən xəbərsiz olduğunu və mənzilin təmiri üçün 200000 manata yaxın xərc çəkdiyini qeyd edərək, iddianın ona qarşı olan hissəsinin rədd edilməsini xahiş etmişdir. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tətqiq edilmiş: İddiaçı ilə "xxxx" MTK arasında xx.xx.2018-ci il tarixli, C-121/14 saylı müqavilədən görünür ki, satıcı "xxxx" MTK tərəfindən mübahisəli mənzil alıcı İddiaçı 198159 manat qiymətinə satılmışdır; xx.xx.2018-ci il tarixdə "xxxx" MTK tərəfindən verilmiş kassa mədaxil orderindən və xx.xx.2018-ci il tarixli, 96 nömrəli maliyyə arayışından görünür ki, mənzilin dəyəri olan 198159 manat məbləğində ödənişin İddiaçı tərəfindən tam ödənilmiş və heç bir borcu qalmamışdır; Bakı şəhəri 51 saylı notariat ofisi tərəfindən xx.xx.2024-cü il tarixdə təsdiq edilmiş alqı-satqı müqaviləsindən görünür ki, satıcı Cavabdeh3 MMC mübahisəli mənzil alıcı X2 150000 manata satılmasına dair müqavilə vardır; Bakı şəhəri 51 saylı notariat ofisi tərəfindən xx.xx.2024-cü il tarixdə təsdiq edilmiş alqı-satqı müqaviləsindən görünür ki, satıcı Cavabdeh3 MMC mübahisəli mənzili alıcı Cavabdeh2 136000 manata satılmasına dair müqavilə vardır; Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(005)-4694/2021 saylı qətnamə ilə "xxxx" MTK ilə İddiaçı arasında bağlanmış xx.xx.2018-ci il tarixli, C-121/14 saylı müqaviləyə əsasən ünvan 2 ünvanında inşa olunan 3 girişli, 21 mərtəbəli yaşayış evinin, C blokunun 14-cü mərtəbəsində yerləşən ümumi sahəsi 152.43 kv.m, yaşayış sahəsi 136.40 kv.m olan izolə olunmuş 3 otaqdan ibarət C03 saylı mənzil və xx.xx.2018-ci il tarixli C-120/18 saylı müqaviləyə əsasən ünvan 2 ünvanında inşa olunan 3 girişli yaşayış evinin, C blokunun, 18-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 152,43 kv.m, yaşayış sahəsi 136.40 kv.m olan, 3 otaqdan ibarət izolə olunmuş C03 mənzil, bu mənzillərin açarları cavabdeh "xxxx" MTK tərəfindən İddiaçı təhvil verilməsi qət edilmişdir; İddiaçı müraciətinə əsasən Nərimanov Rayon Məhkəməsi tərəfindən 22.07.2-22-ci il tarixli, 2(005)-4694/2021 saylı qərardad qəbul edilmişdir. Həmin qərardadla məhkəmə qərara almışdır ki, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(005)- 4694/2021 nömrəli qətnaməsinin qət etdi hissəsinə icra qaydasında aşağıdakı məzmunda izah verilsin: Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsinin nəticə hissəsində göstərilmiş “mübahisəli mənzillərin və həmin mənzillərin açarlarının cavabdeh "xxxx" MTK tərəfindən iddiaçıya verilməsi” tələblərinin “xx.xx.2018-ci il tarixli, C-121/14 saylı müqaviləyə əsasən ünvan 2 ünvanında inşa olunan 3 girişli, 21 mərtəbəli yaşayış evinin, C blokunun 14-cü mərtəbəsində yerləşən ümumi sahəsi 152.43 kv.m, yaşayış sahəsi 136.40 kv.m olan izolə olunmuş 3 otaqdan ibarət C03 saylı mənzil və xx.xx.2018-ci il tarixli, C-120/18 saylı müqaviləyə əsasən ünvan 2 ünvanında inşa olunan 3 girişli yaşayış evinin, C blokunun, 18-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 152,43 kv.m, yaşayış sahəsi 136.40 kv.m olan, 3 otaqdan ibarət izolə olunmuş C03 mənzillərin yerləşdiyi binaya nəzarət edən hüquqi şəxsin dəyişməsindən asılı olmayaraq həmin mənzillərin açarlarının hər bir halda naturada icra edilməklə, İddiaçı təhvil verilsin” kimi izah edilsin; Bakı Apellyasiya Məhkəməsinin 1(103)-528/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarının 206-cı səhifəsinin 2-ci abzasından görünür ki, “Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, cavabdehlər X3, X8 və X4 mənzil üçün ödədiyi 415.077 manat maddi ziyanın, 706 manat dövlət rüsumunun, ümumilikdə cəmi 415.783 manat məbləğində pulun tutularaq, mülki iddaçı zərərçəkmiş şəxs İddiaçı ödənilməsinə dair müddalar hökmdən xaric edilməlidir”; Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4620/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardaddan görünür ki, İddiaçı cavabdeh "xxxx" MTK-ya (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Cavabdeh3 MMC cəlb edilməklə) qarşı “mənzillərin təhvil-təslim edilməsi və mənzillərin açarlarının təqdim edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair mülki iş üzrə Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnamənin (icra sənədinin) izah edilməsi barədə İddiaçı ərizəsi üzrə Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(005)- 4694/2021 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayət qismən təmin olunmuş, müstəqil tələb irəli sürməyən üçüncü şəxs Cavabdeh3 MMC tərəfindən verilmiş şikayət təmin olunmamışdır. İş üzrə Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(005)-4694/2021 nömrəli qərardadı ləğv edilərək mülki iş iddiaçının izahla bağlı ərizəsinə yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir; Həmçinin, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-6457/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardaddan görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4694/2021 saylı, xx.xx.2022-ci il tarixli qərardadından müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Cavabdeh3 MMC-nin nümayəndəsi X5 tərəfindən verilmiş şikayət təmin edilməmiş, Nərimanov Rayon Məhkəməsinin 2(005)-4694/2021 saylı, xx.xx.2022 ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmışdır; xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən Bakı şəhəri, Nərimanov rayonu, Möhsün Sənani küçəsi, ev 95,97,99, mənzil 195 (Yeni qaydalarla: AZ 1022, Bakı şəhəri, Nərimanov rayonu, Möhsün Sənani küçəsi, giriş 99, M14, m3) dair mülkiyyət hüquqları Cavabdeh2 adına qeydiyyata alınmışdır; xx.xx.2023-cü il tarixli kassa mədaxil orderlərindən görünür ki, Cavabdeh2 tərəfindən 268 manat və 134000 manat ödəniş edilmişdir; Həmçinin, Cavabdeh2 tərəfindən mübahisəli mənzilin komunal xərclərinin ödənilməsinə və mübahisəli mənzilə təmir xərclərinin çəkilməsinə dair qəbzlər məhkəməyə təqdim edilmişdir; Binəqədi Rayon Məhkəməsinin 2(001)-617/204 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, iddiaçı X6 cavabdehlər Cavabdeh3 MMC, "xxxx" MTK və İddiaçı qarşı “müqavilənin etibarsız sayılması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər "xxxx" MTK ilə İddiaçı arasında bağlanmış xx.xx.2018-ci il tarixli C-20/18 saylı Nərimanov rayonu, Möhsün Sənani küçəsi, ev 13/15 ünvanında C bloku, 18-ci mərtəbədə yerləşən 3 otaqlı mənzilə dair müqavilə, xx.xx.2018- ci il tarixli C- 121/14 saylı Nərimanov rayonu, Möhsün Sənani küçəsi, ev 13/15 ünvanında C bloku, 14cü mərtəbədə yerləşən 3 otaqlı C03 mənzilə dair müqavilələrin etibarsız sayılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sözügedən qətnamə ilə iddiaçı X1 “müqavilənin etibarsız sayılması” tələbi barədə iddiası təmin edilməmişdir; Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024 tarixli, 2(103)- 2302/2024 saylı qətnaməsinə əsasən iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Binəqədi Rayon Məhkəməsinin 2(001)-617/204 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Hazırki mübahisəli mənzillə bağlı iddiaçı X1 apellyasiyanın bu qətnaməsindən vermiş olduğu kassasiya şikayəti əsasında Ali Məhkəmənin Mülki Kollegiyası xx.xx.2024-cü il tarixli qərarı ilə apellyasiya məhkəməsinin qətnaməsini ləğv edərək yenidən araşdırma üçün təkrar apellyasiya instanisyasına qaytarmışdır. Həmin iş hazırda Bakı Apellyasiya Məhkəməsinin icraatındadır. Beləliklə, hazırkı mübahisəli mənzil ilə bağlı X1 iddia icraatı davam etməkdədir. AR Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. AR Konstitusiyasının 29-cu maddəsinin 1-ci hissəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. AR Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Mülki Məcəllənin 140-cı maddəsinə görə reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Mülki Məcəllənin 157.1 və 157.2-ci maddələrinə görə mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələrinə əsasən isə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair qərarında nümayiş etdirdiyi hüquqi mövqeyinə əsasən əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, ünvan 2 ünvanında inşa olunan 3 girişli, 21 mərtəbəli yaşayış evinin, C blokunun 14-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 152.43 kv.m, yaşayış sahəsi 136.40 kv.m olan izolə olunmuş 3 otaqdan ibarət C03 saylı (Yeni qaydalarla: AZ1022, Bakı şəhəri, Nərimanov rayonu, Möhsün Sənani küçəsi, giriş 99, M14, m3) mənzilin iddiaçıya təhvil verilməsinə dair Nərimanov Rayon Məhkəməsinin 2(005)-4694/2021 saylı, xx.xx.2021-ci il tarixli qanuni qüvvəyə minmiş qətnamə mövcud olduğu halda Cavabdeh3 MMC sözügedən mənzilə dair mülkiyyət hüquqlarının qeydiyyata alınması üçün müraciət etmiş və xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarış əldə etmişdir. xx.xx.2024-cü il tarixdə həmin çıxarış əsasında mənzili Cavabdeh2 adına özgəninkiləşdirmişdir. Məhkəmə qeyd edir ki, sözügedən mübahisə üzrə Mülki Məcəllənin 140-cı maddəsinin tətbiq edilərək, Cavabdeh2 vicdanlı alıcı hesab edilməsi üçün işin faktiki hallarının Mülki Məcəllənin 140-cı maddəsinin dispoziyasında göstərilən bütün tələblərə cavab vermir. Buna görə də məhkəmə hesab edir ki, Cavabdeh2 baxımından mübahisəli mənzillə bağlı reyestrin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası tətbiq edilmir. Mübahisəli mənzilin əldə edilməsində şəxsin vicdanlı alıcı hesab edilməsinə dair məhkəmənin mövqeyi ondan ibarətdir ki, Mülki Məcəllənin 140-cı maddəsindən də göründüyü kimi, daşınmaz əşyanı əldə edən şəxsin vicdanlı əldə edən hesab edilməsi üçün həmin mübahisəli daşınmaz əşyanı özgəninkiləşdirən, yəni konkret işin halları baxımından onun satışını həyata keçirən şəxsin özü də həmin bu mübahisəli daşınmaz əşyanı əqd əsasında əldə etmiş olmuşdur. Yəni hazırki mülki iş üzrə mübahisəli mənzilə dair Cavabdeh3 MMC-in adına mülkiyyət hüquqlarının qeydiyyata alınmasının əsası kimi hər hansı bir əqd çıxış etməli idi. Halbuki işin faktiki hallarından məlum olur ki, Cavabdeh3 MMC mübahisəli mənzili hər hansı bir əqd əsasında əldə etməmişdir. Mövcud qanunvericiliyə əsasən daşınmaz əmlak ilk növbədə hüquqi şəxsin adına qeydə alındıqdan sonra əqd əsasında özgəninkiləşdirilir. Bu halda isə, hər hansı əqd bağlamadan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə müraciət edilərək xx.xx.2024-cü il tarixli, ********** saylı çıxarış alınmışdır. Beləliklə, hüquqi şəxsin adına aparılmış qeydiyyat əqd əsasında həyata keçirilmiş özgəninkiləşdirmə olmadığından, Mülki Məcəllənin 140-cı maddəsində nəzərdə tutulan reyestrin məzmununun həqiqiliyi və tamlığı prezumpsiyası bu halda tətbiq edilə bilməz. Məhkəmə tərəfindən eyni zamanda müəyyən edilmişdir ki, Nərimanov Rayon Məhkəməsi tərəfindən mübahisəli mənzilin iddiaçıya təhvil verilməsinə dair 2(005)- 4694/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnamə qəbul edilmişdir. İddiaçı cavabdeh "xxxx" MTK-ya qarşı “mənzillərin təhvil-təslim edilməsi və mənzillərin açarlarının təqdim edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Cavabdeh3 MMC cəlb edilməklə) tələbi üzrə Nərimanov Rayon Məhkəməsinin 2(005)-4694/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinin izah edilməsinə dair tələbkar İddiaçı tərəfindən verilmiş ərizə qətnamənin izaha ehtiyacı olmadığı əsası ilə təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4620/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(005)-4694/2021 saylı qərardadı ləğv edilmiş və mülki iş iddiaçının izahla bağlı ərizəsinə yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Nərimanov Rayon Məhkəməsinin 2(005)-4694/2021 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə Nərimanov Rayon Məhkəməsinin 2(005)-4694/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə izah verilərək mənzillərin yerləşdiyi binaya nəzarət edən hüquqi şəxsin dəyişməsindən asılı olmayaraq həmin mənzillərin açarlarının hər bir halda naturada icra edilməklə, İddiaçı təhvil verilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-6457/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə Cavabdeh3 MMC tərəfindən verilmiş şikayət təmin edilməmişdir. Bununla əlaqəli qeyd edilən qanuni qüvvəyə minmiş məhkəmə qərarları olmasına baxmayaraq, Cavabdeh3 MMC öz adına mübahisəli mənzillərə dair dövlət reyestrindən çıxarış almaqla və 1 günlük fərqlə həmin mənzilləri İsmayılov Ehtiram və Babayeva Südabayə özgəninkiləşdirməklə qanunsuzluğa yol vermiş və bununla da, mübahisəli mənzillə bağlı məhkəmə qətnaməsinin icrasını mümkünsüz hala gətirməyə çalışmışdır. Məhkəmə tərəfindən işin hallarının ətraflı araşdırılması nəticəsində müəyyən edilmişdir ki, Cavabdeh3 MMC xx.xx.2024-cü il tarixdə X6 ilə, 1 gün sonra - xx.xx.2024-cü il tarixdə Cavabdeh2 ilə daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlamışdır. Cavabdehlər Cavabdeh3 MMC və Cavabdeh2 arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 4Ə-2380 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi məhkəmə tərəfindən təhlil edildikdə görünür ki, mübahisə predmeti qismində çıxış edən 152,43 kv.m olan mənzil hər kv.m 893 manat olmaqla 136000 manata satılmışdır. Halbuki həmin mənzil hələ xx.xx.2018-ci il tarixdə iddiaçıya hər kv.m 1300 manat olmaqla 198159 manata satılmışdır. İş materiallarına əlavə edilmiş Binəqədi Rayon Məhkəməsinin 2(001)-617/204 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2302/2024 saylı qətnaməsinə görə, X6 hazırki iş üzrə mübahisə predmeti olan əmlakla əlaqədar "xxxx" MTK ilə İddiaçı arasında bağlanmış xx.xx.2018-ci il tarixli, C- 121/14 saylı müqavilənin etibarsız sayılmasını tələb etmişdir. Həmçinin sözügedən qətnamədən görünür ki, mübahisəli mənzilə dair Cavabdeh3 MMC ilə X6 arasında xx.xx.2021-ci il tarixli, 46 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. X1 "xxxx" MTK ilə İddiaçı arasında bağlanmış xx.xx.2018-ci il tarixli, C-121/14 saylı müqavilənin etibarsız sayılmasını tələb etməsi, həmin mənzilə mülkiyyət hüquqlarına dair Cavabdeh3 MMC tərəfindən xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarış əldə edilərək xx.xx.2024-cü il tarixdə Cavabdeh2 satılmasına baxmayaraq, Cavabdeh2 və Cavabdeh3 MMC-ə qarşı heç bir tələb irəli sürməməsi, hətta Cavabdeh3 MMC ilə məhkəmə mübahisəsi davam edə-edə xx.xx.2024-cü il tarixdə yeni bir müqavilə bağlanması, sadəcə İddiaçı qarşı tələb irəli sürməsi və həmin mübahisə üzrə icraatın hələ də davam etdirilməsi hallarını məhkəmə laqəli şəkildə təhlil edərək hesab edir ki, Cavabdeh3 MMC X6 ilə Cavabdeh2 istifadə edərək Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(005)-4694/2021 saylı qətnaməsinin icrasına süni maneələr yaratmışdır. Məhkəmənin fikrincə, sırf iddiaçıya məxsus mənzillərə dair hər iki müqavilənin də 1 gün fərqlə, çox yaxın tarixlərdə bağlanması, xüsusilə də, hazırki mübahisə üzrə mənzilin 6 il sonra Bakı şəhərində mənzillərin bazar dəyərinin faktiki olaraq xeyli qalxmasına baxmayaraq mübahisəli mənzilin bazar qiymətindən aşağı məbləğə satılması Cavabdeh3 MMC-in mübahisəli mənzillərə münasibətdə vicdanlı alıcı məfhumundan istifadə etməklə planlaşdırılmış şəkildə iddiaçının mülkiyyət hüquqlarının pozulması məqsədilə həyata keçirilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Cavabdeh2 Bakı şəhəri, Nərimanov rayonu, Möhsün Sənani küçəsində 152,43 kv.m sahəli mənzilin hansı səbəblə və məntiqlə faktiki bazar qiymətindən çox aşağı məbləğə satıldığını bilməməsi, bilməməli olduğu və ya heç bir şəkildə bundan şübhələnməməsi həyatın normal axarına və məntiqə uyğun deyildir. Məhkəmə nəzərə almağı vacib hesab edir ki, İsmayılov Ehtiram mübahisəli bu mənzilin 2018-ci il tarixdə (yəni özünün bağladığı müqavilə tarixdən əvvəlki tarixli bir müqavilənin) hazırkı iş üzrə iddiaçı olan İddiaçı satılmasının etibarsızlığını irəli sürdüyü halda eyni mənzilin özündən sonra Cavabdeh2 satılmasını isə mübahisələndirməmişdir. Yəni indiki vəziyyətdə mübahisəli mənzil Cavabdeh2 adına rəsmi qeydiyyata alınmasına baxmayaraq X6 mübahisəli mənzilin Cavabdeh2 deyil, İddiaçı satılması faktının onun həmin mənzil üzərində hüquqlarının pozduğunu iddia etməkdədir. Beləliklə, məhkəmə işin hallarını hərtərəfli nəzərə alaraq hesab edir ki, Cavabdeh3 MMC və Cavabdeh2 arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 4Ə-2380 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi daha əvvəl məhkəmənin qanuni qüvvəyə minmiş olan qərarına zidd olaraq bağlanmışdır. Belə ki, sözügedən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə bu mübahisəli mənzil üzərində həqiqi hüquq sahibi Cavabdeh3 MMC deyil, İddiaçı tanınmışdır. Buna baxmayaraq Cavabdeh3 MMC-nin bu mənzili əqdən kənar qaydada öz adına rəsmiləşdirməsi tamamilə qanunsuz və qərəzli olmuş və qanuni qüvvəyə minmiş olan məhkəmə qərarının icrasını mümkünsüz etməyə yönəlmişdir. Bu səbəb ilə də Cavabdeh3 MMC və Cavabdeh2 arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 4Ə-2380 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi etibarsız hesab edilməlidir. Məhkəmə bununla bağlı bir daha qeyd etməyi vacib hesab edir ki, belə bir halda özgəninkiləşdirməni həyata keçirən Cavabdeh3 MMC mübahisəli mənzili əqd əsasında öz adına rəsmi reyestrdə qeydiyyata aldırmadığına görə, X7 Mülki Məcəllənin 140-cı maddəsinə əsaslana bilməz. Çünki özgəninkiləşdirməni həyata keçirən "xxxx" MMC, mübahisəli mənzili əqd əsasında əldə etməmişdir. Həmçinin məhkəmə onu da nəzərə almağı vacib hesab edir ki, ümumiyyətlə yuxarıda qeyd olunan işin halları ilə bağlı nəzərdən keçirillən xüsuslar Cavabdeh2 Cavabdeh3 MMC və İsmayılov Ehtiram ilə ortaq hərəkət etməsi barəsində ciddi şübhə yaradır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2022-ci il tarixli Qərarına əsasən əqdin etibarsızlığı məsələsi araşdırılarkən yalnız müqavilənin söz və ifadələrinin hərfi mənası deyil, tərəflərin bağlanmış müqavilə üzrə hüquqi nəticə əldə etmək niyyətlərinin olub-olmaması, habelə əsl iradələrinin aşkar edilməsi üçün işin faktiki halları da hərtərəfli araşdırılmalıdır. Bu zaman məhkəmələr əqd tərəflərinin davranışını, tərəflər arasında formalaşan münasibətləri, onların yazışmalarını, fərqli subyekt tərkibi olan oxşar münasibətlərdə tərəflərin davranışını, əqdin bağlandığı fəaliyyət sahəsində formalaşmış davranış təcrübəsini, hərəkətlərin baş vermə vaxtını və s. nəzərə almalıdır. Məhkəmə iddia tələbinin Cavabdeh2 ailə üzvləri ilə birlikdə mübahisə predmeti olan mənzildən çıxarılması və iddiaçının mənzildən istifadəyə əngəllər yaradılmasının Cavabdeh3 MMC-yə və üçüncü şəxslərə qadağan edilməsi hissələrində qeyd edir ki, iddia həmin hissələrdə də təmin edilməlidir. Belə ki, məhkəmə, Cavabdeh3 MMC ilə Cavabdeh2 arasında bağlanmış müqavilənin etibarsız hesab olunması və sonuncunun adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat ləğv edilməsi qənaətinə gəldiyindən, eyni zamanda qanuni qüvvədə olan məhkəmə qətnaməsi ilə mübahisə predmeti olan mənzil iddiaçıya təhvil verildiyindən, Cavabdeh2 həmin mənzilə dair hər hansı hüququ qalmadığından, Cavabdeh2 ailə üzvləri ilə birlikdə həmin mənzildən çıxarılmalı və iddiaçıya mənzildən istifadəyə maneələrin yaradılması Cavabdeh3 MMC-yə və üçüncü şəxslərə qadağan edilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırda iddia təmin edildiyindən ödənilmiş dövlət rüsumu cavabdehlərə aid edilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh3 MMC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 4Ə-2380 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi etibarsız hesab edilməli; ünvan 3 ünvan: ev 13/15, giriş C, mənzil C03) ünvanında yerləşən, ümumi sahəsi 152.43 kv.m, yaşayış sahəsi 136.40 kv.m olan 3 otaqlı mənzilə dair Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat ləğv edilməli; Cavabdeh2 ailə üzvləri ilə birlikdə ünvan 1 ünvanında inşa olunan 3 girişli, 21 mərtəbəli yaşayış evinin, C blokunun 14-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 152.43 kv.m, yaşayış sahəsi 136.40 kv.m olan izolə olunmuş 3 otaqdan ibarət C03 saylı (Yeni qaydalarla: AZ1022, Bakı şəhəri, Nərimanov rayonu, Möhsün Sənani küçəsi, giriş 99, M14, m3) mənzildən çıxarılmalı; İddiaçı ünvan 1 ünvanında inşa olunan 3 girişli, 21 mərtəbəli yaşayış evinin, C blokunun 14-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 152.43 kv.m, yaşayış sahəsi 136.40 kv.m olan izolə olunmuş 3 otaqdan ibarət C03 saylı (Yeni qaydalarla: AZ1022, Bakı şəhəri, Nərimanov rayonu, Möhsün Sənani küçəsi, giriş 99, M14, m3) mənzildən istifadəsinə maneələrin yaradılması Cavabdeh3 MMC-yə və üçüncü şəxslərə qadağan edilməli və dövlət rüsumuna görə ödənilmiş 100 manat məbləğində pul cavabdehlərdən müştərək qaydada tutularaq İddiaçı ödənilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14, 77, 119, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh3 MMC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 4Ə- 2380 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi etibarsız hesab edilsin. ünvan 3 ünvan: ev 13/15, giriş C, mənzil C03) ünvanında yerləşən, ümumi sahəsi 152.43 kv.m, yaşayış sahəsi 136.40 kv.m olan 3 otaqlı mənzilə dair Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat ləğv edilsin. Cavabdeh2 ailə üzvləri ilə birlikdə ünvan 1 ünvanında inşa olunan 3 girişli, 21 mərtəbəli yaşayış evinin, C blokunun 14-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 152.43 kv.m, yaşayış sahəsi 136.40 kv.m olan izolə olunmuş 3 otaqdan ibarət C03 saylı (Yeni qaydalarla: AZ1022, Bakı şəhəri, Nərimanov rayonu, Möhsün Sənani küçəsi, giriş 99, M14, m3) mənzildən çıxarılsınlar. İddiaçı ünvan 1 ünvanında inşa olunan 3 girişli, 21 mərtəbəli yaşayış evinin, C blokunun 14-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 152.43 kv.m, yaşayış sahəsi 136.40 kv.m olan izolə olunmuş 3 otaqdan ibarət C03 saylı (Yeni qaydalarla: AZ1022, Bakı şəhəri, Nərimanov rayonu, Möhsün Sənani küçəsi, giriş 99, M14, m3) mənzildən istifadəsinə maneələrin yaradılması Cavabdeh3 MMC-yə və üçüncü şəxslərə qadağan edilsin. Dövlət rüsumuna görə ödənilmiş 100 manat məbləğində pul cavabdehlərdən müştərək qaydada tutularaq İddiaçı ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Ramin Quliyev