Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-2556/2020 20.10.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Vüqar Şahbaz oğlunun sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Rufanə Xıdır qızının katibliyi, İddiaçı “xxxx” ASC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı “xxxx” ASC-nin Cavabdeh qarşı ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı “xxxx” ASC Cavabdeh qarşı ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh subroqasiya qaydasında iddiaçı “xxxx” ASC-nin xeyrinə 860,00 (səkkiz yüz altmış) manat məbləğində ziyanın və ödənilmiş 30,40 (otuz manat qırx qəpik) manat dövlət rüsumunun tutularaq “xxxx” ASC nə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh məxsus ** SH *** dövlət qeydiyyat nişanlı Toyota Camry markalı avtonəqliyyat vasitəsi xx.xx.2017-ci il tarixində “xxxx” ASC tərəfindən Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta növü üzrə sığortalanmışdır. xx.xx.2018-ci il tarixində Gürcüstan Respublikasının vətəndaşı Khasruashvili Estate, idarə etdiyi Cavabdeh məxsus ** SH *** dövlət qeydiyyat nişanlı “Toyota Camry” markalı avtonəqliyyat vasitəsilə Bağırov Elşən Ramiz oğluna məxsus ** ZN *** dövlət qeydiyyat nişanlı “X1” markalı avtonəqliyyat vasitəsinə yol-nəqliyyat hadisəsi nəticəsində zərər vurmuşdur. Hadisənin səbəbləri tam təfsilatı ilə aydınlaşdırılarkən müəyyən olunmuşdur ki, Gürcüstan Respublikasının vətəndaşı Khasruashvili Estate avtonəqliyyat vasitəsini etibarnamə olmadan idarə etmişdir. “xxxx” ASC tərəfindən tərtib olunmuş xx.xx.2018-ci il tarixli zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabata əsasən ** ZN *** dövlət qeydiyyat nişanlı X1 markalı avtonəqliyyat vasitəsinin təmiri üçün dəymiş ziyanın ümumi miqdarı 860,00 (səkkiz yüz altmış) manat məbləğində müəyyən edilmişdir. “xxxx” ASC-nin xx.xx.2018-ci il tarixli sığorta aktına əsasən 860,00 (səkkiz yüz altmış) manat məbləğində sığorta ödənişi zərərçəkən ** ZN *** dövlət qeydiyyat nişanlı “X1” markalı avtonəqliyyat vasitəsinin təmiri üçün ödənilməsi qərara alınmışdır və köçürmə həyata keçirilmişdir. Göstərilənlərə əsasən hesab edirik ki, qeyd olunan yol nəqliyyat hadisəsi nəticəsində “xxxx” ASC-nə dəymiş 860,00 (səkkiz yüz altmış) manat zərər məbləği qanunvericilikdə nəzərdə tutulmuş qaydada Cavabdeh alınaraq iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə iclasında iştirak etmiş “xxxx” ASC-nin nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə baxışı iclasına gəlməmiş, məhkəmə iclasında səlahiyyətli nümayəndəsi vasitəsilə təmsil olunmamışdır. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehlərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan AP № ******* nömrəli, xx.xx.2018-ci il tarixli inzibati xəta haqqında protokolun surətindən görünür ki, Gürcüstan Respublikası vətədaşı Khasruashvili Estate etibarnaməsiz idarə etdiyi Cavabdeh məxsus **-SH-*** dövlət qeydiyyat nişanlı “Toyota Camry” markalı avtonəqliyyat vasitəsi ilə Bakı şəhəri, İ.B.Qutqaşınlı küçəsi ilə hərəkət edərkən geriyə dönmə yerində manevr qaydasını pozmuş, geriyə hərəkət edərək hərəkətdə olan **-ZN-*** dövlət qeydiyyat nişanlı “X1” markalı avtonəqliyyat vasitəsinə yol verməyərək onunla toqquşmuş, nəticədə həmin avtomobilə maddi ziyan vurmuşdur. Khasruashvili Estate barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş və o, həmin protokolla tanış olmuşdur. İş materiallarında olan “xxxx” ASC tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş “zərər çəkmiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabat”dan görünür ki, **-ZN-*** dövlət qeydiyyat nişanlı “X1” markalı avtonəqliyyat vasitəsinə ümumilikdə 860 (səkkiz yüz altmış) manat məbləğində zərər dəymişdir. İş materiallarında olan İcbari sığorta müqaviləsinə dair məlumatlardan görünür ki, ** SH *** dövlət qeydiyyat nişanlı “Toyota Camry” markalı avtomobil xx.xx.2017-ci il tarixdə “xxxx” ASC-də sığortalanmışdır. İş materiallarında olan xx.xx.2018-ci il tarixli sığorta aktından görünür ki, “xxxx” ASC tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş “zərər çəkmiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabat”a əsasən 860 (səkkiz yüz altmış) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Ödənişin təyinatı Bağırov Elşən Ramiz oğluna sığorta ödənişi üçün olmuşdur. İş materiallarında olan xx xxxx 2018-ci il tarixli Plastik kartların Təhvil-Təslim aktından görünür ki, zərərçəkmiş ** ZN *** dövlət qeydiyyat nişanlı “X1” markalı avtonəqliyyat vasitəsi üzrə “xxxx” ASC tərəfindən ödənilmiş 860,00 (səkkiz yüz altmış) manat məbləğində sığorta ödənişinin alınası üçün **********08883 №-li plastik kart Bağırov Elşən Ramiz oğluna təhvil verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN Bakı şəhər BPİ DYPİ-nin “Avtonəqliyyat vasitəsi saiblrinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışdan görünür ki, xx.xx.2018-ci il tarixdə Gürcüstan Respublikası vətədaşı Khasruashvili Estate idarə etdiyi, Cavabdeh məxsus ** SH *** dövlət qeydiyyat nişanlı “Toyota Camry” markalı avtonəqliyyat vasitəsi ilə Bakı şəhəri, İ.B.Qutqaşınlı küçəsi ilə hərəkət edərkən hərəkətdə olan ** ZN *** dövlət qeydiyyat nişanlı “X1” markalı avtonəqliyyat vasitəsinə yol verməyərək onunla toqquşmuş, nəticədə həmin avtomobilə maddi ziyan vurmuşdur İş materiallarında olan AC seriyalı 063678 №-li nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, ** SH *** dövlət qeydiyyat nişanlı “Toyota Camry” markalı avtomobil Cavabdeh mülkiyyətindədir.. İş materiallarında olan AC seriyalı 457512 №-li nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, ** ZN *** dövlət qeydiyyat nişanlı “X1” markalı avtomobil Bağırov Elşən Ramiz oğlunun mülkiyyətindədir.. İş materiallarında olan xx.xx.2019-cu il tarixli 1283/1 saylı bildirişdən görünür ki Cavabdeh Çahin qızına “xxxx” ASC tərəfindən ödənilmiş 860,00 (səkkiz yüz altmış) manat məbləğində vəsaiti 15 (on beş) təqvim günü ərzində “xxxx” ASC-nin bank hesabına ödənilməsi təklif olunmuş, qeyd olunan müddət ərzində vəsaitin ödənilməməsi halında ona qarşı məhkəmə qaydasında subroqasiya tələbi irəli sürüləcəyi barədə xəbərdarlıq olunmuşdur. İş materiallarında olan xx.xx.2018-ci il tarixli 3613/1 saylı bildirişdən görünür ki Khasruashvili Estateyə “xxxx” ASC tərəfindən ödənilmiş 860,00 (səkkiz yüz altmış) manat məbləğində vəsaiti 15 (on beş) təqvim günü ərzində “xxxx” ASC-nin bank hesabına ödənilməsi təklif olunmuş, qeyd olunan müddət ərzində vəsaitin ödənilməməsi halında ona qarşı məhkəmə qaydasında subroqasiya tələbi irəli sürüləcəyi barədə xəbərdarlıq olunmuşdur. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, ********* №-li Mədaxil Qəbzinin surətindən görünür ki, “xxxx” ASC tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumu, həmçinin dövlət rüsumunun ödənilməsi üçün 0,40 manat məbləğində xidmət haqqı ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrənin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2002-ci il tarixli qərarında göstərilmişdir ki, “hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 226.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinə mülkiyyət hüququ ümumi paylı daşınmaz mülkiyyətə olan hüquqdur, yəni binanın müəyyən hissələrindən müstəsna istifadə etmək və onların içərisində bəzək-tamamlama işləri aparmaq üçün mülkiyyətçinin xüsusi hüquq əldə etməsidir. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi öz otaqlarını idarə etməkdə, onlardan istifadə etməkdə və bəzək-tamamlama işləri aparmaqda sərbəstdir, lakin o, digər belə mülkiyyətçinin eyni hüquqları həyata keçirməsini çətinləşdirməməli və ümumi tikinti elementlərini, qurğuları zədələməməli və ya onların funksiyasını və ya zahiri görkəmini pisləşdirməməlidir. O, öz otaqlarını bütün binanın qüsursuz vəziyyətdə saxlanması və ya onun yaxşı zahiri görkəminin qorunması üçün tələb edilən tərzdə saxlamalıdır; 226.2-ci maddəsinə yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi ona mənsub yaşayış otağına sahiblik, ondan istifadə və ona dair sərəncam hüquqlarını otağın təyinatına uyğun həyata keçirir; 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunun bu normasının tətbiqi üçün 3 zəruri şərt mövcud olmalıdır. Birincisi mülki hüquq pozuntusu olmalıdır, ikincisi şəxsiyyətə və ya əmlaka zərər vurulmalıdır, üçüncüsü mülki hüquq pozuntusu ilə zərər arasında səbəbli əlaqə mövcud olmalıdır. İş materiallarından göründüyü kimi, hazırkı mübahisənin yaranmasına səbəb olan mülki hüquq pozuntusu ilə iddiaçının mənzilinə zərər dəyməsi arasında səbəbli əlaqə vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1111.2-ci maddəsinə görə isə, əgər zərər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır, amma zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi hallar istisna təşkil edir; 1115-ci maddəsinə görə isə, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Həmin Məcəllənin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan 3-cü şəxsə qarşı malik olduğu hüquqlarından və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi ( iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığortaçı ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və ( və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh məxsus ** SH *** dövlət qeydiyyat nişanlı Toyota Camry markalı avtonəqliyyat vasitəsi xx.xx.2017-ci il tarixində “xxxx” ASC tərəfindən Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta növü üzrə sığortalanmışdır. xx.xx.2018-ci il tarixində Gürcüstan Respublikasının vətəndaşı Khasruashvili Estate, idarə etdiyi Cavabdeh məxsus ** SH *** dövlət qeydiyyat nişanlı “Toyota Camry” markalı avtonəqliyyat vasitəsilə Bağırov Elşən Ramiz oğluna məxsus ** ZN *** dövlət qeydiyyat nişanlı “X1” markalı avtonəqliyyat vasitəsinə yol-nəqliyyat hadisəsi nəticəsində zərər vurmuşdur. Hadisənin səbəbləri tam təfsilatı ilə aydınlaşdırılarkən müəyyən olunmuşdur ki, Gürcüstan Respublikasının vətəndaşı Khasruashvili Estate avtonəqliyyat vasitəsini etibarnamə olmadan idarə etmişdir. “xxxx” ASC tərəfindən tərtib olunmuş xx.xx.2018-ci il tarixli zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabata əsasən ** ZN *** dövlət qeydiyyat nişanlı X1 markalı avtonəqliyyat vasitəsinin təmiri üçün dəymiş ziyanın ümumi miqdarı 860,00 (səkkiz yüz altmış) manat məbləğində müəyyən edilmişdir. “xxxx” ASC-nin xx.xx.2018-ci il tarixli sığorta aktına əsasən 860,00 (səkkiz yüz altmış) manat məbləğində sığorta ödənişi zərərçəkən ** ZN *** dövlət qeydiyyat nişanlı “X1” markalı avtonəqliyyat vasitəsinin təmiri üçün ödənilməsi qərara alınmışdır və köçürmə həyata keçirilmişdir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, müvafiq ekspert rəyilə “X1” markalı avtonəqliyyat vasitəsinə dəymiş zərər üzrə 860 (səkkiz yüz altmış) manat məbləğində pul "xxxx" ASC-yə ödənilməlidir. Məhkəmə iddia tələbinin 30,40 manatı dövlət rüsumu olduğu üçün cavabdehdən iddiaçının xeyrinə tutulmasını məqbul hesab edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cu maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə iddia təmin edilməli, Cavabdeh subroqasiya qaydasında iddiaçı “xxxx” ASC-nin xeyrinə 860,00 (səkkiz yüz altmış) manat məbləğində ziyan və ödənilmiş 30,40 (otuz manat qırx qəpik) manat dövlət rüsumunun tutularaq “xxxx” ASC nə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 860,00 (səkkiz yüz altmış) manat məbləğində pul və ödənilmiş 30,40 (otuz manat qırx qəpik) manat dövlət rüsumu tutularaq “xxxx” ASC-ə ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi (alındığı) gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Vüqar Quliyev
Məhkəmə qərarları › İş №e-2(005)-2556/2020
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-2556/2020
20.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver