Məhkəmə qərarları › İş №e-2(005)-2606/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-2606/2021

30.09.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-2606/2021 30.09.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əmirxanova Kəmalə Fərman qızının sədrliyi Eldarzadə Şirazi Elxan oğlunun katibliyi İddiaçı nümayəndəsi və vəkili Nümayəndə və Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı müqavilənin mövcud olmamasının müəyyən olunması, alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, daşınmaz əmlakın dövlət reyestrində aparılmış bütün qeydiyyatların və həmin qeydiyyatlara dair verilmiş çıxarışların qanunsuz (əsassız) hesab olunaraq, ləğv olunmaları, mənzilin iddiaçının mülkiyyətinə qaytarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ İddiaçı cavabdehlər Cavabdeh1 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı müqavilənin mövcud olmamasının müəyyən olunmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə Cavabdeh1 arasında 13.04.2017-ci il tarixdə 22 saylı notariat kontorunda 4Ə-69 reyestr nömrəsi altında ünvan 1-ə dair alqı-satqı müqaviləsi bağlanmamasının, belə bir əqdin mövcud olmamasının müəyyən olunması, eləcə də, bu daşınmaz əmlak üzərində cavabdehin adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış 15.08.2017-ci il tarixli, ********** nömrəli qeydiyyatın qanunsuz (etibarsız) sayılaraq, bu qeydiyyatın və RX seriyalı ******* nömrəli çıxarışın ləğv olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Qaradağ rayon məhkəməsinin 2(002)-56/2021 saylı iş üzrə olan 22.02.2021-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh1 X2 və qeyrilərinə qarşı “cavabdehlərin mənzilə olan istifadə hüquqlarına xitam verilməsi, onların əşyaları ilə birlikdə mənzildən çıxarılmaları və mənzilin iddiaçıya təhvil verilməsi” barədə iddiası qismən təmin edilərək, cavabdehlərin ünvan 1 ünvanında yerləşən yaşayış sahəsindən çıxarılmaları, mənzilin boşaldılaraq, iddiaçıya təhvil verilməsi qət edilmişdir. Bu iş üzrə iddiaçı tərəf kimi cəlb olunmamışdır. Cavabdeh1 iddiaçıdan başqa evdə qeydiyyatda olan digər şəxslərə qarşı tələb irəli sürsə də, bu tələbi iddiaçıya qarşı verməmişdir. ünvan 1 iddiaçının mülkiyyətindədir və bu ünvan üzrə qeydiyyatdadır. Bu əmlak üzərində mülkiyyət hüququ 10.04.2010-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində tam payda qeydiyyata alınmışdır. Məhkəmə aktından sonra iddiaçıya məlum olmuşdur ki, Cavabdeh1 ilə iddiaçı arasında bu əmlaka dair 13.04.2017-ci il tarixdə 22 saylı notariat kontorunda 4Ə-69 reyestr nömrəsi altında alqı-satqı müqaviləsi bağlanmış olduğu, iddiaçının mənzili cavabdehə 40.000 manata satdığı qeyd olunmuşdur. Lakin iddiaçı cavabdehi tanımır, onunla belə bir razılaşması olmayıb və onunla hər hansı alqı-satqı müqaviləsi bağlamamışdır. İddia ərizəsinə əlavə etdiyi 43 saylı notariat ofisinin notariusu E.Qurbanovun 15.04.2021-ci il tarixli 879 saylı məktubundan təsdiq olunur ki, Bakı şəhəri 22 saylı notariat ofisində 13.04.2017-ci il tarixində 4Ə-69 reyestrlə daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair müqavilələrə və onların qeydə alındığı reyestr kitabına baxış keçirilərək, İddiaçı ilə Cavabdeh1 arasında alqı-satqı müqaviləsi aşkar edilməmişdir. Beləliklə, iddiaçı ilə Cavabdeh1 arasında 13.04.2017-ci il tarixdə 22 saylı notariat kontorunda 4Ə-69 reyestr nömrəsi altında ünvan 1-ə dair hər hansı alqı-satqı müqaviləsi bağlanmamışdır, belə bir müqavilə mövcud deyildir. Buna dair tərtib olunmuş sənəd isə saxtadır. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, ərizəni onunla əsaslandırılmışdır ki, məhkəmə araşdırması zamanı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsindən məhkəməyə daxil olmuş sənədlərlə müəyyən olunur ki, ünvan 1 10.04.2010-cu il tarixdə iddiaçının adına ilkin qeydiyyata alınmışdır. Həmin sənədlərə görə, bu mənzillə bağlı bu günədək aşağıdakı üç müqavilə bağlanmışdır: 1) 13.04.2017-ci il tarixdə satıcı İddiaçı ilə alıcı Cavabdeh1 arasında bağlanmış və 22 saylı notariat kontorunda xüsusi notarius Şövkət Gülməmmədova tərəfindən 4Ə-69 reyestr nömrəsi ilə təsdiq edilmiş müqavilə. Bu müqavilədən sonra həmin mənzil üzərində Cavabdeh1 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə 15.04.2017-ci il tarixdə qeydə alınaraq, bu barədə RX seriyalı, ******* nömrəli çıxarış verilmişdir. 2) 06.07.2017-ci il tarixdə satıcı Cavabdeh1 ilə alıcı X11 arasında bağlanmış və 34 saylı notariat kontorunda xüsusi notarius Şövkət Gülməmmədova tərəfindən 4Ə-218 reyestr nömrəsi ilə təsdiq edilmiş müqavilə. Bu müqavilədən sonra həmin mənzil üzərində X5 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə 11.07.2017-ci il tarixdə qeydə alınaraq, bu barədə RX seriyalı, ******* nömrəli çıxarış verilmişdir. 2) 08.08.2017-ci il tarixdə satıcı X11 ilə alıcı Cavabdeh1 arasında bağlanmış və 34 saylı notariat kontorunda xüsusi notarius Şövkət Gülməmmədova tərəfindən 4Ə-248 reyestr nömrəsi ilə təsdiq edilmiş müqavilə. Bu müqavilədən sonra həmin mənzil üzərində Cavabdeh1 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə 15.08.2017-ci il tarixdə qeydə alınaraq, bu barədə RX seriyalı, ******* nömrəli çıxarış verilmişdir. Lakin iş materiallarında olan sübutlarla təsdiq olunur ki, həmin müqavilələrin heç biri notariat kontorunda notarius tərəfindən təsdiq edilməmişdir. Bu səbəbdən də iddiaçı ilə Cavabdeh1 arasında 13.04.2017-ci il tarixdə 22 saylı notariat kontorunda 4Ə-69 reyestr nömrəsi altında ünvan 1-ə dair alqı-satqı müqaviləsi bağlanmamasının, belə bir əqdin mövcud olmamasının müəyyən olunması, ünvan 1-ə dair olan 13.04.2017-ci il tarixli, 06.07.2017-ci il tarixli və 08.08.2017-ci il tarixli alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, ünvan 1-ə dair həmin əqdlər üzrə cavabdehlər Cavabdeh1 və X5 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış bütün qeydiyyatların və həmin qeydiyyatlara dair verilmiş çıxarışların qanunsuz (əsassız) hesab olunaraq, ləğv olunmaları, ünvan 1-in iddiaçının mülkiyyətinə geri qaytarılması barədə qətnamə qəbul etməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə Cavanşır oğlu məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh1 məhkəmə iclasında iddia tələbini əsassız hesab edərək rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Digər cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, onların izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizələrinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 16.07.2021-ci il tarixli, **********17 saylı məktubdan müəyyən olunur ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Nizami küçəsi, ev 5a, 18 saylı mənzil 09.04.2010-cu il tarixdə İddiaçı adına ilkin qeydiyyatdan keçmişdir.22 saylı DNK-nın 4Ə/69 reyestr nömrəli 13.04.2017-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1 adına qeydiyyatdan keçmişdir. 34 saylı DNK-nın 4Ə/218 reyestr nömrəli 06.07.2017-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən X5 adına qeydiyyatdan keçmişdir. 34 saylı DNK-nın 4Ə/248 reyestr nömrəli 08.08.20170-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən MA seriyalı, ******* nömrəli çıxarışdan müəyyən olunur ki, ünvan 1 tam mülkiyyət hüququ üzrə İddiaçı adına 10.04.2010-cu il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır. İş materiallarında olan 13.04.2017-ci il tarixli, AZ-İ 031580 nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən müəyyən olunur ki, satıcı İddiaçı öz mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 84.55 kv.m, yaşayış sahəsi 57.95 kv.m, yardımçı sahəsi 26.6 kv.m olan 5 otaqlı mənzili tam mülkiyyət üzrə alıcı Cavabdeh1 40 000 manat pula satıb. İş materiallarında olan Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 22.02.2021-ci il tarixli, 2(002)-56/2021 saylı qətnamədən görünür ki, cavabdehlər X12, X6, X3, X4, X9, X11 və X1 ünvan 1 ünvanında yerləşən yaşayış sahəsindən çıxarılmaları, mənzilin boşaldılaraq Cavabdeh1 təhvil verilməsi qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışdan müəyyən olunur ki, ünvan 1 tam mülkiyyət hüququ üzrə Cavabdeh1 adına 15.04.2017-ci il tarixdə ********** nömrəsi ilə qeydiyyata alınmışdır. İş materiallarında olan 06.07.2017-ci il tarixli, AZ-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən müəyyən olunur ki, satıcı Cavabdeh1 öz mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 84.55 kv.m mənzili tam mülkiyyət üzrə alıcı X8 40 000 manat pula satıb. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışdan müəyyən olunur ki, ünvan 1 tam mülkiyyət hüququ üzrə X5 adına 11.07.2017-ci il tarixdə ********** nömrəsi ilə qeydiyyata alınmışdır. İş materiallarında olan 08.08.2017-ci il tarixli, AZ-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən müəyyən olunur ki, satıcı X11 öz mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 84.55 kv.m mənzili tam mülkiyyət üzrə alıcı Cavabdeh1 40 000 manat pula satıb. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışdan müəyyən olunur ki, ünvan 1 tam mülkiyyət hüququ üzrə Cavabdeh1 adına 15.08.2017-ci il tarixdə ********** nömrəsi ilə qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri 43 saylı Notariat Ofisi tərəfindən 15 aprel 2021-ci il tarixli, 879 saylı müraciətə cavab məktubundan müəyyən olunur ki, Bakı şəhəri 22 saylı notariat ofisində 13.04.2017-ci il tarixdə 4Ə-69 saylı reyestrlə daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair müqavilələrə və onların qeydı alındığı reyestr kitabına baxış keçirərək İddiaçı ilə Cavabdeh1 arasında alqı-satqı müqaviləsi aşkar edilmədi. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri 43 saylı Notariat Ofisi tərəfindən 21 iyun 2021-ci il tarixli, 52/2021 saylı müraciətə cavab məktubundan müəyyən olunur ki, satıcı X11 ilə alıcı Cavabdeh1 arasında 08 avqust 2017ci il tarixdə, 4Ə-248 nömrə ilə qeydə alınmış alqı-satqı müqaviləsinə dair məlumatlar elektron notariat informasiya sistemində, həmçinin Bakı şəhəri 43 saylı Notariat Ofisinin jurnallarında aşkar edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri 34 saylı Notariat Ofisi tərəfindən 02 avqust 2021-ci il tarixli, 63/2021 saylı müraciətə cavab məktubundan müəyyən olunur ki, satıcı Cavabdeh1 ilə alıcı X11 arasında 06 iyul 2017-ci il tarixdə, 4Ə-218 nömrə ilə qeydə alınmış alqı-satqı müqaviləsinə dair məlumatlar elektron notariat informasiya sistemində, həmçinin Bakı şəhəri 34 saylı Notariat Ofisinin jurnallarında aşkar edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 20.08.2021-ci il tarixli, **********99 saylı məktubdan müəyyən olunur ki, ünvan 1 ünvanı ilə bağlı 13.04.2017-ci il tarixli, AZ-İ 031580 nömrəli, 06.07.2017-ci il tarixli, AZ-İ ******* nömrəli və 08.08.2017-ci il tarixli, AZ-İ ******* nömrəli müqavilələrə dair dövlət reyestrində, habelə arxiv əsaslarında məlumat (sənəd) mövcuddur. İş materiallarında olan Cavabdeh1 tərəfindən Nərimanov Rayon prokuroruna ünvanlanmış 03.04.2018-ci il tarixli 384-1-18 saylı ərizənin mətnindən müəyyən olunur ki, Cavabdeh1 qeyd edir ki, ünvan 1 və ünvan 4 ünvanında yerləşən iki mənzili aldə etdikdən bir müddət sonra ona məlum olmuşdir ki, aldığı mənzillərin başqa mülkiyyətçiləri var və onu aldadıblar. İş materiallarında olan 06 iyun 2018-ci il tarixli zərər çəkmiş şəxs qismində tanıma haqqında qərardan müəyyən edilir ki, Cavabdeh1 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. Mülki işin araşdırılmış halları ilə iddiaçıya məxsus Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Nizami küçəsi, ev 5a, 18 saylı mənzilin 09.04.2010-cu il tarixdə İddiaçı adına ilkin qeydiyyatdan keçməsi, 22 saylı DNK-nın 4Ə/69 reyestr nömrəli 13.04.2017-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1 adına qeydiyyatdan keçməsi, 34 saylı DNK-nın 4Ə/218 reyestr nömrəli 06.07.2017-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən X5 adına qeydiyyatdan keçməsi, 34 saylı DNK-nın 4Ə/248 reyestr nömrəli 08.08.20170-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1 adına qeydiyyatdan keçməsi və hazırda mülkiyyətində olması, 22 saylı DNK-nın 4Ə/69 reyestr nömrəli 13.04.2017-ci il tarixli alqısatqı müqaviləsinin notariat ofisində qeydə alınmadığını və müvafiq olaraq reyestr kitabında aşkar edilmədiyi müəyyən edilmişdir. Məhkəmə iddia tələbləri ilə bağlı aşağıdakılarını qeyd etməyi zəruri bilir: Azərbaycan Respublikası Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir; Həmin Məcəllənin 339.1-ci maddəsinə əsasən hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. Həmin Məcəllənin 646.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Həmin Məcəllənin 648.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alğı-satqısı halında tərəflərdən hər biri mülkiyyət hüququnun keçirilməsi faktının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün öz tərəfindən zəruri olanları həyata keçirərək özünün vermə və ya qəbul etmə vəzifəsini icra edir. Həmin Məcəllənin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 178-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Göstərilən prosessual normanın tələbləri baxımından məhkəmə qeyd edir ki, mülki işin icraatı zamanı preyudisial (əvvəlki hal) faktlar da sübut olunmur. Sübutetmə predmetinə daxil olan tədqiq olunan və məhkəmənin yekun aktında əks edilən faktlar, bu akt qanunla müəyyən edilən qaydada ləğv edilənə və ya dəyişdirilənə qədər həqiqilik və qətilik keyfiyyəti əldə edir. Məcburiliyi baxımından bütün digər orqanlar, vəzifəli şəxslər, təşkilatlar, vətəndaşlar bu aktın məzmunu ilə razılaşmalıdırlar. Artıq məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarın faktiki əsasını təşkil edən hallar yeni mübahisə üçün də hüquqi əhəmiyyət kəsb etdikdə preyudisiya əlaqəsi yaranmış olur. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun C.İsmayılzadənin şikayətinə dair 13.02.2007-ci il trixli qərarında qeyd olunmuşdur ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzib olunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xassələrə malikdir. Avropa Məhkəməsinin «Brumareski Rumıniyaya qarşı» 28.10.1999-cu il tarixli qərarında göstərilmişdir ki, hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipi digərləri ilə yanaşı tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır. Mülki iş üzrə tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək, məhkəmə belə qənaətə gəlir ki, iddiaçının mənzilinin cavabdehin və digər şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməsinin əsası ən əvvəl 13.04.2017-ci il tarixli alqısatqı müqaviləsi olmuşdur ki, həmin müqavilə rəsmi reyestrlərdə qeydə alınması tələb edilən müqavilələrə aiddir, lakin məhkəmə araşdırılması zamanı belə qeydiyyat aşkar edilmədi. Dövlət reyestrində qeydiyyatdan keçməyən daşınmaz əmlakın alqı-satqısı barədə müqavilənin hüquqi qüvvəsi olmadığından, onun əsasında daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatların da hüquqi qüvvəsi ola bilməz, həmin qeydiyyatlar və onlara dair verilmiş çıxarışlar da qanuni hesab edilə bilməz. Qeyd edilənlərə əsaslanaraq, məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı ilə Cavabdeh1 arasında 13.04.2017-ci il tarixdə 22 saylı notariat kontorunda 4Ə-69 reyestr nömrəsi altında ünvan 1-ə dair alqı-satqı müqaviləsinin mövcud olmamasının müəyyən olunmalı, ünvan 1-ə dair olan 13.04.2017-ci il tarixli, 06.07.2017-ci il tarixli və 08.08.2017-ci il tarixli alqı-satqı müqavilələri etibarsız hesab edilməli, ünvan 1-ə dair həmin əqdlər üzrə cavabdehlər Cavabdeh1 və X5 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış bütün qeydiyyatlar və həmin qeydiyyatlara dair verilmiş çıxarışlar ləğv olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən məhkəmə rüsumun iddiaçıya aid edilməsi qənaətinə gəlir. Mübahisəli mənzilin iddiaçının mülkiyyətinə geri qaytarılması barədə iddia tələbini məhkəmə qeyri müəyyən hesab edir və onun təmin edilməsini mümkün hesab etmir, çünki mülkiyyət hüququnun qeydə alınması daşınmaz əmlakın dövlət reyestrinə məxsus olan səlahiyyətdir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin və Ailə Məcəlləsinin müvafiq maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh1 arasında 13.04.2017-ci il tarixdə 22 saylı notariat kontorunda 4Ə-69 reyestr nömrəsi altında ünvan 1-ə dair alqı-satqı müqaviləsinin mövcud olmaması müəyyən olunsun. ünvan 1-ə dair olan 13.04.2017-ci il tarixli, 06.07.2017-ci il tarixli və 08.08.2017-ci il tarixli alqı-satqı müqavilələri etibarsız hesab edilsin. ünvan 1-ə dair həmin əqdlər üzrə cavabdehlər Cavabdeh1 və X5 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış bütün qeydiyyatlar və həmin qeydiyyatlara dair verilmiş çıxarışlar ləğv edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar