Məhkəmə qərarları › İş №e-2(005)-2607/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-2607/2025

14.10.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-2607/2025 14.10.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, Məhkəmə iclas katibi Mayılzadə Gülzadə Çingiz qızının katibliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı “X10 Azərbaycan” QSC-nin cavabdeh Nərimanov rayon icra şöbəsinə qarşı (mübahisə predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxs qismində “X6” Məhdud Məsuliyyətli Cəmiyyəti cəlb edilməklə) qarşı “icra şöbəsinin depozit hesabında olan pul vəsaitinin tutulması” tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia ərizəsinin və ona etirazın dəlilləri: a) İddia ərizəsinin dəlilləri İddiaçı “X10 Azərbaycan” QSC-nin cavabdeh Nərimanov rayon icra şöbəsinə qarşı (mübahisə predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxs qismində “X6” Məhdud Məsuliyyətli Cəmiyyəti cəlb edilməklə) qarşı “icra şöbəsinin depozit hesabında olan pul vəsaitinin tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nərimanov rayon Məhkəməsinin e-2(005)-7564/2017 saylı xx.xx.2017-ci il tarixli icra sənədi ilə borclu Orucov Lətif Qiyas oğlunun əmək haqqından tutularaq icra şöbəsinin depozit hesabına köçürülmüş cəmi 542.26 (beş yüz qırx iki manat iyirmi altı qəpik) manat məbləğində pul vəsaitinin və ödənişmiş 30 (otuz) manat dövlət rüsumunun Bakı şəhəri, Nərimanov rayon İcra şöbəsindən tutularaq "xxxx" QSC-nin hesabına köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.(iddia tələbi dəqiqləşdirilmişdir) İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2016-ci l tarixdə "xxxx" QSC ilə Orucov Lətif Qiyas oğlu arasında Bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında qarışıq müqaviləsi bağlanmışdır. Həmin müqavilənin şərtlərinə görə bankımız tərəfindən Orucov Lətif Qiyas oğluna 900.00 (doqquz yüz) manat məbləğində kredit kart limit ayrılmışdır. "xxxx" QSC müqavilə ilə üzərinə götürdüyü öhdəliklərini tam icra etmişdir, lakin Orucov Lətif Qiyas oğlu sözügedən müqavilənin şərtlərini pozaraq kreditin əsas məbəğini və ona hesablanmış faizlərin və s. ödənilməsini kredit karta limit ayrılan vaxtdan mütəmadi olaraq gecikdirmişdir və Banka olan borcunu ödəməmişdir. Borcalana dəfələrlə bu barədə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq, öhdəliyi icra etməmiş və bu günə kimi olan borcu ödəməmişdir. Müqavilə üzrə "xxxx" QSC-nə olan borc xx.xx.2017-ci il tarixə cəmi 522.26 (beş yüz iyirmi iki manat iyirmi altı qəpik) manat məbləğində təşkiletmişdir. xx.xx.2014-cü il tarixdə "xxxx" QSC ilə “X7” MMC arasında Hüquqi xidmət haqqında müqavilə bağlanmışdır. (xx.xx.2019-cu il tarixdə çəmiyyətin adı dəyişərək “X6” MMC olmuşdur) Həmin müqaviləyə əsasən, xx.xx.2017-ci il tarixdə təhvil-təslim aktı ilə Orucov Lətif Qiyas oğlunun kredit sənədləri “X7” MMC-yə təhvil verilmişdir. Cəmiyyətin nünaməndəsi X1 Lətif Qiyas oğluna qarşıəmr icraatı qaydasında Bakı şəhəri Nərimanov rayon Məhkəməsinə elektron qaydada müraciət edərkən kreditor qismində “X7” MMC-nin adını qeyd etmişdir. Bu səbədən, Bakı şəhəri, Nərimanov rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli məhkəmə əmri ilə Orucov Lətif Qiyas oğlundan kreditor “X7” MMCnin xeyrinə 522.26 AZN və 20 AZN dövlət rüsumunun tutulması təmin edilmişdir. İcra mərhələsində borclunun iş yeri müəyyən olunaraq tələbin əmək haqqına yönəldilməsi təmin olmuşdur. Əmək haqqından tutulan vəsait, icra şöbəsinin depozit hesabına köçürülmüşdür. xx.xx.2025-ci il tarixdə Nərimanov rayon İcra şöbəsinə müraciət edərək Orucov Lətif Qiyas oğlunun əmək haqqından tutularaq Nərimanov rayon İcra şöbəsinin depozit hesabında köçürülmüş vəsaitin "xxxx" QSC-nin bank hesabına köçürülməsini təmin edilməsi xahiş olunsa da, banka geri cavab daxil olmamışdır. Bu səbəbədən, xx.xx.2016-ci l tarixli kredit müqaviləsi üzrə ödənilməmiş və məhkəmə əmri ilə tələb olunan vəsaitin bank hesabına köçürülməsi həyata keçirilməmişdir. xx.xx.2025-ci il tarixdə Bakı İnzibati Məhkəməsinə “pul vəsaitinin ödənilməsi vəzifəsinin qoyulması tələbinə dair” iddia tələbinə müraciət olunmuşdur. Məhkəmə xx.xx.2025-ci il tarixli qərardadı iddia ərizəsinin baxılmasını mümkün hesab etməmişdir. Qərardad olunla əsaslandırılmışdır ki, iddia tələbi Bakışəhəri Nərimanov rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli e-2(005)-7564/2017 saylı icra sənədinin icrası ilə bağlı olduğundan,aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət olunaraq baxılmalıdır. Məhkəmə iclasında verilən izahatlar Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılsa da, məhkəmə iclasına gəlməmişlər. İddiaçı elektron kabinet vasitəsilə ərizə təqdim edərək, məhkəmə iclasının nümayəndələrinin iştirakı olmadan keçirilməsi və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, təqdim olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Mülki işin materialları - 03 dekabr 2014-cü il tarixli “hüquqi xidmət haqqında”müqavilənin surətindən görünür ki, müqavilə “Büro”-“X7” MMC və “Bank”-“X10 Azərbaycan”QSC arasında bağlanmışdır.Müqaviləyə əsasən, müqavilə İstehlak kreditləri, Kredit Kartları və ya Kredit kartları ilə bağlı qarışıq müqavilələrə əsasən istifadə edilən kreditlərdən Bank qarşısında yaranan borclarının alınması (qaytarılması) üçün göstəriləcəyi hüquq xidmətləri və bunların əvəzində ödəniləcək ödənişlərlə və xərclərlə əlaqədar məsələləri tənzimləyir.Büro Bankın məhkəmə və digər instansiyalarda həyata keçiriləcək məhkəmə və icra işlərini son dərəcə diqqətlə və səylə aparır və sürətlə yekunlaşdırmaqla həyata keçirir. Büro nəzarət etdiyi işlərlə əlaqədar Bankın hər cür yazılı və şifahi sorğularını cavablandırır, suallar və problemlərlə əlaqədar həll yollarını bildirir, lazım olan sənədləri hazırlayır, məhkəmə və icra işlərində durum və əldə edilən nəticələrlə əlaqədar hər ay Banka yazılı məlumat verir. Bu nəzarət və məhkəmə işləri üçün çəkdiyi bütün xərcləri, məhkəmə işi və onun mərhələlərini, məhkəmə günlərini aktual olaraq X8 (QTS) proqramına (müvafiq sistem quraşdırıldıqda) işləyir, xərclərlə bağlı bütün əsaslandırım sənədləri xərclərin siyahısı ilə birlikdə Banka təqdim edir. Büro, Bank tərəfindən açılan məhkəmə və icra işlərilə əlaqədar, müvafiq təlimata əsasən hər cür hüquqi xidmətin yerinə yetirilməsini həyata keçirir, bunlarla əlaqədar məhkəmə və icra işlərini və bu işlərə nəzarəti Bankın səlahiyyətli nümayəndəsi (vəkili) kimi həyata keçirir. - xx.xx.2025-ci il tarixli “X10 Azərbaycan”QSC tərəfindən Nərimanov Rayon İcra Şöbsinə ünvanlanmış məktubdan görünür ki, Orucov Lətif Qiyas oğlunun əməkhaqqından tutularaq Nərimanov Rayon İcra Şöbəsinin depozit hesabına köçürülmüş vəsaitin "xxxx" QSC-nin bank hesabına köçürülməsini təmin edilməsi xahiş edilmişdir. - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Nərimanov Rayon İcra Və Probasiya Şöbəsi tərəfindən xx.xx.2020-ci il tarixdə “X7” MMC-yə ünvanlanmış məktubdan görünür ki, Nərimanov Rayon Məhkəməsinin 2(005)-7564/2017 nömrəli, xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən borclu Orucov Lətif Qiyas oğlundan cəmi 522,26 manat məbləğində pul vəsaiti və 20 manat dövlət rüsumu tutularaq tələbkar “X7” MMC-nin xeyrinə ödənilməlidir. İcra sənədi üzrə tələb olunan vəsait borclu Orucov Lətif Qiyas oğlunun əmək haqqısından tutularaq şöbənin depozit hesabına köçürülmüşdür. Həmin vəsaitin tələbkarın hesabına köçürülməsi üçün bank rekvizitlərini şöbəyə təqdim etməyi xahiş edilmişdir. - Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli məhkəmə əmrinin surətindən görünür ki, borclu Orucov Lətif Qiyas oğlundan kreditor “X7” MMC ilə bağlanmış öhdəlik müqaviləsi üzrə 522.26 manat borc və 20 manat dövlət rüsumu tutulması əmr edilmişdir. - 31 oktyabr 2017-ci il tarixdə “icraata başlamaq haqqında” qərarın surətindən görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-7564/2017-006 saylı xx.xx.2017-ci il tarixli icra sənədi üzrə icraata başlanılması, borclu Orucov Lətif Qiyas oğluna icra sənədi üzrə qanunla müəyyən edilmiş qaydada və müddətdə icra sənədinin icrasının təmin edilməsi ilə bağlı təklifin verilməsi qərara alınmışdır. - 07 may 2020-ci il tarixdə X10 Azərbaycan” QSC tərəfindən Bakı şəhəri Nərimanov rayon icra və probasiya şöbəsinə ünvanlanmış məktubdan görünür ki, Nərimanov Rayon Məhkəməsinin 2(005)-7564/2017 saylı,12 oktyabr 2017-ci il tarixli qərarına əsasən, Orucov Lətif Qiyas oğlundan “X10 Azərbaycan” QSC-nin xeyrinə ümumilikdə 542.26 manat tutulması qeyd edilmişdir. Müvafiq tələbin Orucov Lətif Qiyas oğlunun əmək haqqının 50 faizinə yönəldilməsini xahiş edilmişdir. - xx.xx.2020-ci il tarixli “icra ödənişinin alınması” qərarın surətindən görünür ki, Nərimanov Rayon Məhkəməsinin 2(005)-7564/2017 nömrəli, xx.xx.2017-ci il tarixli icra sənədinin icrası ilə bağlı borclu Orucov Lətif Qiyas oğlundan ödənməli olan 542,26 manat məbləğində pulun 7%-i həcmində 37,95 manat pul vəsaitinin Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Nərimanov rayon icra şöbəsinin hesabına tutulması qərara alınmışdır. - Bakı şəhəri Nərimanov rayon icra şöbəsinin icra məmuru X4 tərəfindən Nərimanov Rayon Məhkəməsinə ünvanlanmış ərizədən görünür ki,Nərimanov Rayon Məhkəməsinin 2(005)-7564/2017 saylı,xx.xx.2017-ci il tarixli icra sənədinə izah verilməsi xahiş edilmişdir. - Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli.e-2(005)- 7564/2017 saylı qərardadına əsasən,Bakı şəhəri Nərimanov rayon icra şöbəsinin icra məmuru Cəmil Tağıyevin məhkəmənin 2(005)-7564/2017 nömrəli,xx.xx.2017-ci il tarixli icra sənədinin izah edilməsi barədə ərizəsi təmin edilməməsi qərara alınmışdır. - Ödəniş qəbzinə əsasən, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 30 manat dövlət rüsumu ödəmişdir. Mülki işə tətbiq edilən hüquq “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir; 6.1-ci maddəsinə görə notariusun icra qeydləri icra sənədi hesab edilir; 23.1-ci maddəsinə əsasən tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədinin icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarıldığı hallardan biri də borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlərin olmaması və icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlərin nəticə vermədiyi haldır. 23.7-ci maddəsinə əsasən icra sənədinin məhkəməyə və ya digər orqana (notariusun icra qeydinin isə tələbkara) qaytarılması, avans ödəməsinin isə tələbkara qaytarılması barədə icra məmuru tərəfindən qərar qəbul edilir və həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərardan onun surətini aldıqdan sonra 30 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər. 26-cı maddəsinə əsasən, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair” 2015-ci il 2 sentyabr tarixli Qərarında əks olunmuş hüquqi mövqeyinə görə, məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsinə nəzarət etmək vəzifəsini müəyyən edir. İcra sənədini vermiş məhkəmənin icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət etmək funksiyası, həmçinin “İcra haqqında” Qanunun 20-ci maddəsində nəzərdə tutulan icraata xitam verilməsinin əsasları və qaydalarından da irəli gəlir. “İcra haqqında” Qanunun 3.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. 81.1. İcra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər belə xərclərin nağdsız qaydada həyata keçirilməsini təsdiq edən ödəniş sənədləri əsasında borclu tərəfindən icra xidmətinin depozit hesabına 3 iş günü müddətində köçürülür və müvafiq xərcləri çəkmiş şəxslərin hesabına göndərilir. 81-1.1. İcra sənədləri üzrə ödənilməli olan pul vəsaitlərinin, icra ödənişlərinin icra məmuru tərəfindən qəbul edilməsi və ödənilməsi, habelə icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ödənilməsi yalnız nağdsız qaydada icra xidmətinin depozit hesabları vasitəsilə həyata keçirilir. 81-1.2. İcra xidmətinin depozit hesabına və bu hesabdan köçürülmələrlə əlaqədar əməliyyat həyata keçirilərkən müvafiq icra işinin qeydiyyat nömrəsi göstərilməlidir. Belə nömrə göstərilmədən ödənişlərin həyata keçirilməsinə yol verilmir. 81-1.3. İcra xidmətinin depozit hesabından ödəniləcək vəsaitin köçürüləcəyi bank hesabı haqqında məlumatları tələbkar icra məmuruna təqdim edir. Tələbkar bu barədə icra məmuruna məlumat təqdim etmədikdə, ödəniləcək vəsait icra xidmətinin depozit hesabına daxil olduqdan sonra icra məmuru 3 iş günü müddətində tələbkarı bu barədə məlumatlandırır və həmin vəsaitin tələbkarın müraciəti əsasında onun xeyrinə məxaric edilməsi üçün banka sərəncam verir. Vəsaitin nağdlaşdırılması ilə bağlı xərclər tələbkar tərəfindən ödənilir. 81-1.4. İcra xidmətinin depozit hesabına və bu hesabdan köçürülmələri təsdiq edən bank sənədləri icra məmuru tərəfindən icra icraatına əlavə edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 15.1. Məhkəmə məhkəmə aktlarını qətnamə, qərardad, qərar və əmr formasında qəbul edir. Maddə 15.2. Məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Maddə 15.3. Məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. Maddə 15.4. Məhkəmə aktları maraqlı şəxslərin mənafelərinə toxunduqda bu aktların məcburiliyi işdə iştirak etməyən maraqlı şəxslərin öz hüquqlarının və qanunla qorunan mənafelərinin müdafiəsi üçün məhkəməyə müraciət etmələri imkanını istisna etmir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80.Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallaırnı nəzərdən keçirərək, toplanmış və məhkəmədə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Beləliklə, mülki işin məhkəmə araşdırması zamanı məhkəmə tərəfindən müəyyən edilən işin halları aşağıdakılardan ibarətdir. 03 dekabr 2014-cü il tarixli “hüquqi xidmət haqqında”müqaviləyə əsasən, müqavilə İstehlak kreditləri, Kredit Kartları və ya Kredit kartları ilə bağlı qarışıq müqavilələrə əsasən istifadə edilən kreditlərdən Bank qarşısında yaranan borclarının alınması (qaytarılması) üçün göstəriləcəyi hüquq xidmətləri və bunların əvəzində ödəniləcək ödənişlərlə və xərclərlə əlaqədar məsələləri tənzimləmək məqsədi ilə “Büro”-“X7” MMC və “X10 Azərbaycan” QSC arasında bağlanılmış və Büro, Bank tərəfindən açılan məhkəmə və icra işlərilə əlaqədar, müvafiq təlimata əsasən hər cür hüquqi xidmətin yerinə yetirilməsini həyata keçirir, bunlarla əlaqədar məhkəmə və icra işlərini və bu işlərə nəzarəti Bankın səlahiyyətli nümayəndəsi (vəkili) kimi həyata keçirməyi müqavilə üzrə öhdəliyi üzərinə götürmüşdür. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli məhkəmə əmrinin surətindən görünür ki, borclu Orucov Lətif Qiyas oğlundan(birgə qaydada) kreditor “X7” MMC ilə bağlanmış öhdəlik müqaviləsi üzrə 522.26 manat borc və 20 manat dövlət rüsumu tutulması əmr edilmişdir. Bakı şəhəri Nərimanov rayon icra şöbəsinin icra məmuru X4 tərəfindən Nərimanov Rayon Məhkəməsinə ərizə ünvanlayaraq, Nərimanov Rayon Məhkəməsinin 2(005)-7564/2017 saylı,xx.xx.2017-ci il tarixli icra sənədinə izah verilməsi xahiş edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(005)-7564/2017 saylı qərardadına əsasən, Bakı şəhəri Nərimanov rayon icra şöbəsinin icra məmuru Cəmil Tağıyevin məhkəmənin 2(005)- 7564/2017 nömrəli,xx.xx.2017-ci il tarixli icra sənədinin izah edilməsi barədə ərizəsi təmin edilməməsi qərara alınmışdır. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallara onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşıb-uzlaşmamasına hüquqi qiymət verilməlidir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa, (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa, əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırda iddiaçı Nərimanov Rayon İcra şöbəsinin depozitində olan pulun iddiaçının xeyrinə tutulmasını xahiş edir. Ümumiyyətlə, bir qayda olaraq pul tələbinə dair iddia tələblərin hüquqi əsası qismində ya öhdəlik münasibətləri, ya mülki hüquqi delikt və ya əsassız varlanma çıxış edir. Hazırki mübahisədə sadalananların heç biri müəyyən edilmir. Belə ki, tərəflərin arasında hər hansı əqd-müqavilə mövcud deyil. Cavabdehin təqsirli hərəkətləri nəticəsində iddiaçıya hər hansı ziyanın vurulması; və ya cavabdehin iddiaçının xeyirnə varlanması halı müəyyən edilmir. Cavabdeh – Nərimanov Rayon İcra şöbəsi qanunvericiliklə onun üzərinə qoyulmuş vəzifəni icra edərək, qanuni qüvvəyə minmiş məhkəmə əmrinin icrası istiqamətində səlahiyyətləri çərçivəsində hərəkət etmişdir. Belə ki, icra sənədində Orucov Lətif Qiyas oğlundan 522,26 manat məbləğində pul vəsaitinin məhz “X7” MMC-nin xeyrinə tutulması qət edilmişdir. İcra şöbəsi icra sənədinin icrası məqsədilə tutumanı borclunun əmək haqqına yönəltmiş, və pul məbləği tutulmuşdur. “X7” MMC bank rekvizitlərini təqdim etmədiyindən, vəsaitin köçürülməsi mümkün olmamışdır (bu hal icra işinin materialları ilə təsdiqini tapır). İcra məmuru icra sənədinin izahı məqsədilə də məhkəməyə müraciət etmiş, lakin həmin ərizə təmin edilməmişdir. Belə olan təqdirdə, məhkəmə hesab edir ki, icra şöbəsinin depozit hesabında olan pulun iddiaçının xeyrinə tutulması üçün heç bir əsas mnövcud deyildir və iddia ərizəsi rədd olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Mülki prosessual qanunvericiliyə görə sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Məhkəmənin bütün bu prosessual hərəkətləri sözsüz ki, iddianın predmeti və irəli sürülən tələbin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir. Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. “C.N.İsmayılzadənin şikayəti ilə əlaqədar bəzi məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2007-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzib olunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xassələrə malikdir. Avropa Məhkəməsinin “Brumareski Rumıniyaya qarşı” xx.xx.1999-cu il tarixli qərarında göstərilmişdir ki, hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipi digərləri ilə yanaşı tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə ediməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddiaçı “X10 Azərbaycan” QSC-nin cavabdeh Nərimanov rayon icra şöbəsinə qarşı (mübahisə predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxs qismində “X6” Məhdud Məsuliyyətli Cəmiyyəti cəlb edilməklə) qarşı “icra şöbəsinin depozit hesabında olan pul vəsaitinin tutulması” tələbinə dair iddiası təmin edilməməlidir. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı “X10 Azərbaycan” QSC-nin cavabdeh Nərimanov rayon İcra şöbəsinə qarşı (mübahisə predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxs qismində “X6” Məhdud Məsuliyyətli Cəmiyyəti cəlb edilməklə) qarşı “icra şöbəsinin depozit hesabında olan pul vəsaitinin tutulması” tələbinə dair iddiası təmin edilməsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mehriban Əfəndizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar