Məhkəmə qərarları › İş №e-2(005)-2628/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №e-2(005)-2628/2025

05.05.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(005)-2628/2025 05.05.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızı, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3nə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “mənzilə dair alqı-satqı müqaviləsinin etibarlılığının təsdiqi və mülkiyyət hüququnun qorunması, üçüncü şəxslərin mülkiyyət hüququna qanunsuz müdaxiləsinin qarşısının alınması” tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlərə məhkəmənin inzibati binasında (Bakı şəhəri, Əhməd bəy Ağaoğlu 34A), məhkəmə iclasından kənar baxaraq, müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3nə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “mənzilə dair alqı-satqı müqaviləsinin etibarlılığının təsdiqi və mülkiyyət hüququnun qorunması, üçüncü şəxslərin mülkiyyət hüququna qanunsuz müdaxiləsinin qarşısının alınması” tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu, Xırdalan şəhəri, İsi Məlikzadə küçəsi 100, 1 saylı mənzil üzərində İddiaçı Ağarəhim qızının mülkiyyət hüququnun qorunması, çıxarışın qanuniliyinin tanınması; 7 saylı Bakı Asan Xidmət Mərkəzində notariat ofisində İddiaçı Ağarəhim qızı ilə Cavabdeh1 arasında bağlanmış AN-1 Nömrə 1138849, 24 aprel 2023-cü il tarixli alqı-satqı müqaviləsinin etibarlılığının təsdiqi; Cavabdeh2 iddiası əsasında X1 mülkiyyət hüququna edilmiş müdaxilənin qanunsuz və əsasız hesab edilməsi; məhkəmə xərclərinin və dövlət rüsumunun cavabdehlərin üzərinə qoyulması; qanunvericiliyə uyğun olaraq digər zəruri tdbirin gölülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsinin qəbul edilməsindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.4-cü maddəsinə əsasən iddianın yolverilməzliyinə görə imtina edilməlidir. Belə ki, “AZEMİS” Elektron Məhkəmə İnformasiya sistemindən və Cavabdeh2 tərəfindən elektron kabinet vasitəsilə məhkəməyə təqdim edilmiş sənədlərdən görünür ki, hazırki iddia ərizəsi üzrə cavabdeh qismində göstərilmiş Cavabdeh2 cavabdehlər Cavabdeh1, İddiaçı (hazırki iş üzrə iddiaçı) və 5 saylı Bakı “Asan xidmət” Mərkəzinə qarşı “2023-cü ilin aprel 24-də İddiaçı Ağarəhim qızı və Cavabdeh1 arasında bağlanmış alqısatqı müqaviləsinin etibarsız hesab olunması” barədə tələblə xx.xx.2024-cü il tarixdə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(008)-8520/2024 saylı qərardadı ilə məhkəmənin icraatına qəbul edilmişdir və hazırda icraatındadır (e-2(008)-1509/2025). Hazırki iddia ərizəsi Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə xx.xx.2025-ci il tarixdə daxil olmuşdur və eyni tərəflər arasında eyni müqavilənin - 24 aprel 2023-cü il tarixli alqısatqı müqaviləsinin etibarlılığı və ondan irəli gələn məsələlərlə bağlıdır. Belə olan halda məhkəmə hesab edir ki, hazırkı iddia tələbi ilə bağlı tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin icraatında mülki iş olduğundan hazırki iddia ərizəsinin icraata qəbul olunaraq mahiyyəti üzrə baxılması da yolverilməzdir, buna görə də iddia ərizəsinin icraata qəbul olunmasından imtina olunmalı, iddia ərizəsinə əlavə olunmuş sənədlər iddiaçının özünə qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: -153.2.4-cü maddəsinə əsasən, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair başqa məhkəmənin icraatında iş olarsa, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. - 153.3-cü maddəsinə əsasən, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. - 153.4-cü maddəsinə əsasən, ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. - 153.5-ci maddəsinə əsasən, ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Həmçinin məhkəmə hesab edir ki, ərizənin icraata qəbul olunmasından imtina olunduğundan, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu da tam geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: -114.1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə, ödənilmiş dövlət rüsumu qaytarılır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Müllki Prosessual Məcəlləsinin 153, 261-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3nə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “mənzilə dair alqı-satqı müqaviləsinin etibarlılığının təsdiqi və Mülkiyyət hüququnun qorunması, üçüncü şəxslərin mülkiyyət hüququna qanunsuz müdaxiləsinin qarşısının alınması” tələbinə dair iddia ərizəsi iddianın yolverilməzliyinə görə qəbul etməkdən imtina olunsun. İddia ərizəsinin verilməsi üçün xx.xx.2025-ci il tarixdə ödənilmiş 100 (yüz) manat (qəbz nömrəsi **********78) dövlət rüsumu İddiaçı geri qaytarılsın. Qərardadın icrası dövlət rüsumunun qaytarılması hissəsində Bakı Şəhəri üzrə Baş Maliyyə İdarəsinə və Bakı şəhəri Səbail rayon İcra şöbəsinə həvalə edilsin. Qərardaddan, tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar