Məhkəmə qərarları › İş №e-2(005)-2667/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №e-2(005)-2667/2024

25.11.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(005)-2667/2024 25.11.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclası katibi İsmayılov Pərvin Pərviz oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh4 nümayəndəsi və vəkili X2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2 MTK, Cavabdeh3, Cavabdeh4 və "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X10 1 Saylı Bakı Ərazi İdarəsinə qarşı protokolun və çıxarışların etibarsız hesab edilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 MTK, Cavabdeh3, Cavabdeh4 və "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X10 1 Saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinə dair Cavabdeh2 MTK-nın protokolunun etibarsız hesab edilməsi, o cümlədən cavabdehlər Cavabdeh4 və Məmmədova (Abdullayeva) Nigar İlqar qızının adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış ********** nömrəli, xx.xx.2022-ci il tarixli və ********** nömrəli, xx.xx.2023-cü il tarixli qeydiyyatın etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh2 MTK ilə arasında mənzil inşaatına, faktiki olaraq mənzil alqı-satqısına dair müqavilə bağlanmış və tərəfindən həmin mənzilin dəyəri olaraq Cavabdeh2 MTK-ya 682500 ABŞ dolları məbləğində inşaat materialı verilmişdir. Tərəfindən öhdəlik yerinə yetirilmiş, qeyd edilən materiallar Cavabdeh2 MTK-ya təqdim edilmiş və MTK həmin binanın inşaatını tamamlayaraq binanı təhvil vermişdir. Lakin bir müddət keçdikdən sonra ona məlum olmuşdur ki, qeyd edilən mənzilə dair digər cavabdehlərə mülkiyyət hüququnu təsdiq edən çıxarışlar verilmişdir. Mənzilin ona məxsus olmasına baxmayaraq, hüquqları pozularaq çıxarışlar kənar şəxslərə verilmişdir. Bununla bağlı o, cavabdehlərə, xüsusən də Cavabdeh2 MTK-ya müraciət etsə də, bu heç bir nəticə verməmiş və ona bildirmişlər ki, sənədləşmə keçirildiyi üçün heç nə etmək mümkün deyil. Ona məxsus mülkiyyət üzərində başqalarının əsassız hüquq əldə etməsi qanunsuz və əsassızdır. Sahənin mülkiyyətçisi, sahibi odur. O, bununla bağlı Əmlak Xidmətləri Məkanına müraciət edib, lakin onlar onun qanuni tələbini təmin etməkdən imtina ediblər. Qeyd etdiyi hallar həmin sahənin mülkiyyətçisi olduğunu təsdiq edir və hesab edir ki, sahə üzərində mülkiyyət hüququ tanınmalıdır. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil1 hazırki iş üzrə iddiaçının Xətai Rayon Məhkəməsində müstəqil tələb irəli sürən üçüncü şəxs qismində işə qoşulduğundan məlumatsız olduğunu, iddianın baxılmamış saxlanmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh4 nümayəndəsi və vəkili X4 iddianın baxılmamış saxlanmasına etiraz etmədiyini bildirmiş, hazırki mülki iş üzrə iddiaçı barəsində məhkəməyə dəfələrlə əsassız iddialar verməsinə görə cərimə tətbiq edilməsini xahiş etmişdir. Digər proses iştirakçıları məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini, ona əlavə edilmiş sənədləri və iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi aşağıda göstərilənlərə əsasən baxılmamış saxlanılmalıdır. İş materiallarından görünür ki, İddiaçı cavabdehlər Cavabdeh2nə, Cavabdeh4 və Cavabdeh3 (Azərbaycan Respublikası Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi üçüncü şəxs cəlb edilməklə) qarşı “yaşayış sahəsi üzərində mülkiyyət hüququnun tanınması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət etmiş, Məhkəmənin 2(005)-2576/2023 nömrəli, 11 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-865/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və İddiaçı cavabdehlər Cavabdeh2nə, Cavabdeh4 və Cavabdeh3 (Azərbaycan Respublikası Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi üçüncü şəxs cəlb edilməklə) qarşı “yaşayış sahəsi üzərində mülkiyyət hüququnun tanınması” barədə iddia tələbinin təmin edilməməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 3247/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, iddiaçı X7 cavabdehlər Məmmədova (Abdullayeva) Nigar İlqar qızına və Cavabdeh2 Mənzil Tikinti Kooperativinə qarşı (Cavabdeh4 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “ümumi yığıncağın qərarının, maliyyə arayışının etibarsız hesab edilməsi, daşınmaz əmlakın dövlət reyestrindəki qeydin və çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 2 ünvanında inşa edilmiş yaşayış massivinin D blokunda yerləşən 54 saylı mənzilin Cavabdeh2 tərəfindən Məmmədova (Abdullayeva) Nigar İlqar qızının adına rəsmiləşdirilməsinə dair sənədlərin, pay haqqının Məmmədova (Abdullayeva) Nigar İlqar qızı tərəfindən tam odənlməsini təsdiq edən maliyyə arayışının etibarsız hesab edilməsi və onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrinin ləğv edilməsi barədə qətnamə qəbul qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı X5 nümayəndəsi (vəkili) X6 məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, İddiaçı cavabdeh deyil, üçüncü şəxs qismində işə cəlb etmiş və məhkəmədən Cavabdeh2 Mənzil Tikinti Kooperativinin üzvlərinin 19 oktyabr 2017-ci il tarixli ümumi yığıncağının 164 saylı qərarının X1 üzv qəbul olunmaqla, ona Cavabdeh2 MTK-nın Bakı şəhəri, Nərimanov rayonu, Kazım Kazımzadə küçəsi 802-803 saylı məhəllə, bina 30D, D1 blok, 4-cü mərtəbə, ümumi sahəsi 217,14 kv.m, yaşayış sahəsi 125.12 kv.m olan 4 otaqlı, 54 saylı mənzil düşməsinə dair hissəsinin etibarsız hesab edilməsi, Cavabdeh2 tərəfindən X3 adına verilmiş 19 oktyabr 2017-ci il tarixli maliyyə arayışının etibarsız hesab edilməsi, daşınmaz əmlakın dövlət reyestrində Bakı şəhəri, Nərimanov rayonu, Kazım Kazımzadə küçəsi, ev 30D 54 saylı mənzilin X3 adına mülkiyyət hüququ ilə qeydiyyata alınmasına dair daşınmaz əmlakın dövlət reyestrindəki qeydin ləğv edilməsi, Daşınmaz əmlakın dövlət reyestrində Bakı şəhəri, Nərimanov rayonu, 802-803 saylı məhəllə, Kazım Kazımzadə küçəsi, ev 30D 54 saylı mənzilin ½ hissəsinin Cavabdeh3 mülkiyyətində olmasına dair xx.xx.2022-ci il tarixli ********** nömrəli qeydin və həmin mənzilin ½ hissəsinin Cavabdeh4 mülkiyyətində olmasına dair xx.xx.2023-cü il tarixli, ********** saylı qeydin ləğv edilməklə, həmin çıxarışın ləğv edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda müstəqil tələb irəli sürəli üçüncü şəxs İddiaçı cavabdehlər Cavabdeh2 Mənzil Tikinti Kooperativinə və Məmmədova (Abdullayeva) Nigar İlqar qızına qarşı “ümumi yığıncağın qərarının, maliyyə arayışının etibarsız hesab edilməsi, daşınmaz əmlakın dövlət reyestrindəki qeydin və çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh2 üzvlərinin 19 oktyabr 2017-ci il tarixli ümumi yığıncağının 164 saylı qərarının X1 üzv qəbul olunmaqla, ona Cavabdeh2 MTK-nın Bakı şəhəri, Nərimanov rayonu, Kazım Kazımzadə küçəsi 802-803 saylı məhəllə, bina 30D, D1-blok, 4-cü mərtəbə, ümumi sahəsi 217.14 kv.m, yaşayış sahəsi 125.12 kv.m olan 4 otaqlı, 54 saylı mənzilə düşməsinə dair hissəsinin etibarsız hesab edilməsi, Cavabdeh2 MTK tərəfindən X3 adına verilmiş 19 oktyabr 2017-ci il tarixli maliyyə arayışının etibarsız hesab edilməsi, Daşınmaz əmlakın dövlət reyestrində Bakı şəhəri, Nərimanov rayonu, 802-803 saylı məhəllə, Kazım Kazımzadə küçəsi, ev 30D, 54 saylı mənzilin X3 adına mülkiyyət hüququ ilə qeydiyyata alınmasına dair daşınmaz əmlakın dövlət reyestrində mövcud olmuş qeydin ləğv edilməsi, Daşınmaz əmlakın dövlət reyestrində Bakı şəhəri, Nərimanov rayonu, 802-803 saylı məhəllə, Kazım Kazımzadə küçəsi, ev 30D 54 saylı mənzilin ½ hissəsinin Cavabdeh3 mülkiyyətində olmasına dair xx.xx.2022-ci il tarixli ********** nömrəli qeydin və həmin mənzilin ½ hissəsinin Cavabdeh4 mülkiyyətində olmasına dair xx.xx.2023-cü il tarixli, ********** qeydin ləğv edilməklə, həmin çıxarışın ləğv edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3247/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia tələbləri rədd edilmişdir. Məhkəmə qətnaməsini onunla əsaslandırmışdır ki, iddia tələbi əsas tələb və törəmə tələblərdən ibarətdir. İddia tələbi, o cümlədən müstəqil tələb irəli sürən şəxsin iddia tələbi əsassızdır və rədd edilməlidir. İddiaçı Məmmədova Aida, müstəqil tələb irəli sürən İddiaçı və Cavabdeh3, Cavabdeh2 MTK arasında real münasibətlərə nəzər yetirdikdə, mübahisənin mövcud olmadığı, hazırki mübahisənin hüquqdan sui-istifadə olduğu qənaətinə gəlinir. İş materiallarından göründüyü kimi, hazırki iş üzrə iddiaçı Bakı Şəhəri Xətai Rayon Məhkəməsində də eyni iddia tələbi irəli sürərək müstəqil tələb irəli sürən üçüncü şəxs qismində işə qoşulmuşdur və məhkəmə tərəfindən iddiası təmin edilməmişdir. Buna baxmayaraq, yenidən eyni iddia tələbi ilə Nərimanov Rayon Məhkəməsinə müraciət etmişdir. Hazırki iş üzrə əlavə cavabdehlərin cəlb edilməsinə münasibətdə isə məhkəmə qeyd edir ki, hər iki iş üzrə iddia tələblərinin mahiyyətindən göründüyü kimi, iddiaçı MTK-nın ümumi yığıncağının protokolunun (çıxarışının) və mənzilə dair verilmiş çıxarışların etibarsız hesab edilməsini xahiş etmişdir. Müvafiq məsələyə isə Xətai Rayon Məhkəməsi tərəfindən yoxlanılaraq qiymət verilmişdir. Bu baxımdan formal olaraq hazırki iddiada digər cavabdehlərin (Cavabdeh4 və "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X10 1 Saylı Bakı Ərazi İdarəsinin) cəlb edilməsi iddia tələbinin mahiyyətini dəyişdirmir. Belə ki, ümumi yığıncağın protokolu X1 üzv qəbul olunması ilə bağlı olmuşdur, həmin protokol və cavabdehlərin adına verilmiş çıxarış isə Xətai Rayon Məhkəməsində mübahisələndirilmiş və iddiası təmin edilməmişdir. Mülki Prosessual Məcəllənin 55-ci maddəsinə əsasən mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər bir tərəfə və yaxud hər iki tərəfə qarşı iddia irəli sürməklə işə qarışa bilərlər. Onlar bu Məcəllənin 4.3 ‒ 4.6-cı maddələrində müəyyən edilmiş qaydalara əməl olunması vəzifəsi istisna olmaqla, iddiaçının bütün hüquqlarından istifadə edir və onun bütün vəzifələrini daşıyırlar. Qanunvericilik normalarının məzmunundan da göründüyü kimi, müstəqil tələb irəli sürən üçüncü şəxs ilə iddiaçı eyni prosessual statusda olmaqla, eyni hüquqlara malikdirlər. İddiaçı isə bu hüquqlarından istifadə edərək Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin icraatında olmuş mülki iş üzrə müstəqil tələb irəli sürmüş və eyni iddia tələbinə mahiyyəti üzrə baxılmışdır. Mülki Prosessual Məcəllənin 259.0.4-cü maddəsinə uyğun olaraq eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslarla mübahisə üzrə iş həmin və ya digər məhkəmənin icraatında varsa, məhkəmə ərizəni baxılmamış saxlayır. İş materiallarından göründüyü kimi, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin icraatında olmuş mülki iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minməmiş, iddiaçı tərəfindən şikayət verilmiş və mülki iş hazırda Bakı Apellyasiya Məhkəməsinin icraatındadır. Bu səbəbdən məhkəmə hesab edir ki, hazırki mübahisə ilə əlaqədar eyni tərəflər, eyni predmet və eyni əsaslarla mübahisə üzrə digər məhkəmənin icraatında mülki iş olduğundan, hazırki iş üzrə iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Məhkəmə cavabdehin nümayəndəsi və vəkilinin hazırki mülki iş üzrə iddiaçının cərimə edilməsi barədə vəsatəti ilə bağlı qeyd edir ki, Mülki Prosessual Məcəllənin 174.5ci maddəsinə görə məhkəmə, işə düzgün və tezliklə baxılmasına və onun həll edilməsinə aşkar surətdə maneçilik törədən, o cümlədən dəfələrlə açıq-aşkar əsassız vəsatət və ya şikayətlər verən işdə iştirak edən şəxsləri, onların nümayəndələrini və ya vəkillərini 500 manatadək cərimə edə bilər. Cərimənin məbləği məhkəmə tərəfindən konkret hallar nəzərə alınmaqla ağlabatan miqdarda müəyyən edilir. Qeyd edilməlidir ki, mahiyyəti üzrə baxılmış iddia tələbi ilə bağlı məhkəməyə təkrarən müraciət edilməsi Mülki Prosessual Məcəllənin 47.1-ci maddəsinin işdə iştirak edən şəxslərin, prosessual qanunvericiliklə onlara verilmiş prosessual hüquqlardan vicdanla istifadə etməyə borclu olması barədə tələbi ilə bir araya sığmır. Lakin məhkəmə qanunvericilikdə “dəfələrlə” terminindən istifadə edilməsini nəzərə alaraq mövcud vəziyyətdə təkrarən eyni iddia ərizəsinin verilməsinin hüquqlardan sui-istifadə olduğunun iddiaçının nəzərinə çatdırılmasını məqsədəmüvafiq hesab edir və cavabdehin nümayəndəsi və vəkilinin cərimə tətbiq edilməsi barədə vəsatətinin təmin edilməməsi qənaətinə gəlir. Lakin iddiaçının nəzərinə çatdırılmalıdır ki, tərəfindən eyni tələblə təkrarən məhkəməyə müraciət edilməsi halında məhkəmə tərəfindən cərimə tətbiq edilməsi məsələsinə baxıla bilər. Mülki Prosessual Məcəllənin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Beləliklə, məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, digər məhkəmənin icraatında eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslarla mübahisə üzrə iş olduğundan İddiaçı cavabdehlər Cavabdeh2 MTK, Cavabdeh3, Cavabdeh4 və "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X10 1 Saylı Bakı Ərazi İdarəsinə qarşı protokolun, çıxarışların etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmalı, iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 100 manat məbləğində pul ona geri qaytarılmalıdır. Cavabdeh4 nümayəndəsi və vəkili X2 İddiaçı barəsində cərimə tətbiq edilməsinə dair vəsatəti təmin edilməməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsinin icraatında eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslarla mübahisə üzrə iş olduğundan, İddiaçı cavabdehlər Cavabdeh2 MTK, Cavabdeh3, Cavabdeh4 və "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X10 1 Saylı Bakı Ərazi İdarəsinə qarşı protokolun və çıxarışların etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Cavabdeh4 nümayəndəsi və vəkili X2 İddiaçı barəsində cərimə tətbiq edilməsinə dair vəsatəti təmin edilməsin. İş üzrə dövlət rüsumu kimi ödənilmiş 100 (yüz) manat məbləğində pul (Bakı Şəhəri üzrə Baş Maliyyə İdarəsi vasitəsilə, mədaxil qəbzinin nömrəsi – **********) İddiaçı geri qaytarılsın. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə şikayət verilə bilər. Hakim Nərgiz Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar