Məhkəmə qərarları › İş №e-2(005)-2752/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №e-2(005)-2752/2025

16.05.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(005)-2752/2025 16.05.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızı, İddiaçı Cavabdeh X14 Cəmiyyətinə, X5, X3, X1 X6, X4 və X7 qarşı (üçüncü şəxs qismində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X8 Dövlət Qeydiyyatı İdarəsi cəlb edilməklə) “sədr vəzifəsindən azad edilmə və X8nin dövlət reyestrindən çıxarılma” tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh X14 Cəmiyyətinə, X5, X3, X1 X6, X4 və X7 qarşı qarşı “sədr vəzifəsindən azad edilmə və X8nin dövlət reyestrindən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı Cavabdeh ATSC-də qanuni təmsilçilik funksiyalarına malik sədr vəzifəsindən azad olunması, adının Cavabdeh ATSC-nin X8nin dövlət reyestrindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, N.Nərimanov rayonu, Moskva pospekti 80 Ünvanında yaradılmış və təsisçisi AR-nın Dövlət Əmlak Komitəsi olan "xxxx" ATSC İddiaçı xəbəri olmadan 25 may 2004-cü ildə Ümumi yığıncağın Protokoluna əsasən onu cəmiyyətin sədri təyin etmişdir. Halbuki, İddiaçı həmin cəmiyyətdə heç vaxt sədr olmamış və heç bunun arzusunda da olmamışdır. Heç həmin cəmiyyətdə hansı işlər görülür, cəmiyyətin fəaliyyəti nədən ibarətdir bunlardan belə xəbəri yoxdur. İddiaçı İcra İdarələrindən cəmiyyətin banka borcunun olması barədə icra sənədləri gəldikdən sonra ona məlum olmuşdur ki, o həmin cəmiyyətdə sədr təyin olunmuşdur. Həmçinin bildirmək istəyir ki, həmin cəmiyyətin nə hüquqi sənədləri, nə möhürü, nə də digər sənəd və əmlakının harada olub-olmaması, kimə borcu olması, vergi ödəyib-ödəməməsi ona məlum deyildir. Bu halın iddiaçıya məlum olduğu təqdirdə onun tərəfindən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə və İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə ərizə ilə müraciət edilmiş və "xxxx" X14 Cəmiyyətində sədr vəzifəsindən azad olunmağı üçün köməklik göstərilməsi xahiş olunmuşdur. Ərizəyə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətində baxılmış və bildirilmişdir ki, Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı"na uyğun olaraq keçmiş Azərbaycan Respublikasının Dövlət Əmlak Komitəsinin xx.xx.1997-ci il tarixli, 706 nömrəli sərəncamı ilə keçmiş Ticarət Nazirliyinin tabeliyində olmuş "xxxx" mağazasının bazasında "xxxx" Açıq Səhmdar Cəmiyyəti yaradılmış və səhmləri xx.xx.1997-ci il tarixində tam özəlləşdirilərək mülkiyyətçisi dəyişmişdir. Məsələ ilə bağlı tərəfimizdən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında fəaliyyət göstərən Dövlət Vergi Xidmətinə və Azərbaycan Respublikası Milli Depozit Mərkəzinə sorğu ünvanlanmışdır. Azərbaycan Respublikası Milli Depozit Mərkəzinin xx.xx.2025-ci il tarixli cavab məktubunda qeyd edilmişdir ki, "Qiymətli kağızlar bazarı haqqında" Azərbaycan Respublikası Qanununun 28.2-ci maddəsinə əsasən, depozitar sistemində saxlanılan qiymətli kağızların mülkiyyətçilərinin müəyyən edilməsinə dair məlumat gizli (konfidensial) sayılır. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, iddia ərizəsi aiddiyyət qaydaları pozulmaqla verildiyindən geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsinin məzmunundan görünür ki, şəxs hüquqi şəxsin rəhbəri – sədri vəzifəsindən azad edilməsini və adının X8nin dövlət reyestrindən çıxarılmasını xahiş edir. Şəxsin hüquqi şəxslə arasında hər hansı əmək müqaviləsinin bağlanması ,əmək münasibətlərinin yaranması mülki işin materialları ilə müəyyən edilmir. Əksinə iddia ərizəsində şəxs sədr vəzifəsinə Cavabdeh ASC-nin ümumi yığıncağının qərarı əsasında təyin edildiyini bildirir. AR Ali Məhkəməsinin Plenumunun18 sentyabr 2020-ci il arixli “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” qərarının 19-cu bəndinə əsasən, X8 ilə bağlı korporativ tələblər (təsisçilər, üzvlər, iştirakçılar, hüquqi şəxsin nizamnaməsi ilə müəyyən edilən idarəetmə orqanlarının nümayəndələri arasında və ya onlarla hüquqi şəxs arasında olan hüquqi şəxsin fəaliyyətindən, o cümlədən hüquqi şəxsin yaradılmasından, yenidən təşkil olunmasından, ləğv edilməsindən, idarə olunmasından, eləcə də səhmlərin, təsis və iştirak paylarının alqı-satqısından ibarət tələblər) üzrə işlərə də MPM-in 26.2-ci maddəsində kommersiya məhkəmələrinin müstəsna baxış predmetinə aid edilməlidir. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən, hüquqi şəxslərin, xarici hüquqi şəxsin nümayəndəlik və ya filiallarının təsis sənədlərinə edilən hər bir dəyişiklik, eləcə də qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi qeydiyyata alınmalıdır. Həmin Qanunun 9.2-ci maddəsinə əsasən, dəyişikliyin qeydiyyata alınması üçün həmin dəyişikliyin baş verdiyi andan 40 gündən gec olmayaraq qeydiyyat orqanına ərizə ilə müraciət edilməlidir. Ərizədə baş vermiş dəyişiklik göstərilməli və həmin dəyişikliyi təsdiq edən sənədlər təqdim edilməlidir. Hüquqi şəxsdə rəhbər dəyişikliyinin dövlət qeydiyyatına alınması üçün təsisçinin qərarı və yeni təyin edilən rəhbərin şəxsiyyət vəsiqəsinin surəti “Kommersiya qurumunun dövlət qeydiyyatı haqqında” ərizə ilə birlikdə qeydiyyat orqanına təqdim olunmalıdır. Hüquqi şəxsdə təsisçi dəyişikliyinin dövlət qeydiyyatına alınması üçün təsis payının özgəninkiləşdirilməsinə dair müqavilənin (alqı-satqı, bağışlama, dəyişdirmə) əsli və ya əsli ilə düzgünlüyü notarial qaydada təsdiq edilmiş surəti, nizamnaməyə dəyişiklik edilməsi barədə təsisçinin qərarı, nizamnaməyə edilmiş dəyişiklik layihəsi (və ya yeni redaksiyada nizamnamə), “Kommersiya hüquqi şəxsin dövlət qeydiyyatı haqqında” ərizə ilə birlikdə qeydiyyat orqanına təqdim olunmalıdır. Qeyd edilən normalara istinadən məhkəmə hesab edir ki, hazırki iddia tələbinə mülki məhkəmədə baxıla bilməz. İddiaçının təsisçilərə və hüquqi şəxsə qarşı olan korporativ tələblərinə kommersiya məhkəməsində, hüquqi şəxsin reyestr məlumatlarında dəyişikliklərin edilməsindən vergi orqanının imtinası barədə tələbinə isə inzibati məhkəmədə baxıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.2-ci maddəsinə əsasən, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, həmin Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Mülki Prosessual Məcəllənin 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Bu Məcəllənin 151.1-ci maddəsinə görə iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Eyni Məcəllənin 114.1.3-cü maddəsinə uyğun olaraq bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu geri qaytarılır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, işə məhkəmə aidiyyəti üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsində baxılmalı olmadığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalı, iddiaçıya qeyd olunan nöqsan aradan qaldırıldıqdan sonra aidiyyəti üzrə məhkəməyə yenidən müraciət etmək hüququ izah edilməlidir. Həmçinin İddiaçı tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu ona geri qaytarılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263-264 və 267-268 və 284-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh X14 Cəmiyyətinə, X5, X3, X1 X6, X4 və X7 qarşı (üçüncü şəxs qismində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X8 Dövlət Qeydiyyatı İdarəsi cəlb edilməklə) “sədr vəzifəsindən azad edilmə və X8nin dövlət reyestrindən çıxarılma” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçılara izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra aidiyyəti üzrə məhkəməyə müraciət etməyə mane olmur. ********** qəbzi ilə ödənilmiş 100 manat dövlət rüsumu İddiaçı geri qaytarılsın. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində elektron kabinet vasitəsilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Mehriban Əfəndizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar