Məhkəmə qərarları › İş №e-2(005)-2772/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-2772/2022

05.08.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-2772/2022 05.08.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X1, Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi X8 iştirakı ilə, İddiaçı cavabdehlər "xxxx" MMC-yə və Respublika Xammal və Əmtəə Birjasının "xxxx" MMC-yə qarşı “hərracın yekunları barədə protokolununetibarsız sayılması və çıxarışın ləğvi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Sülh küçəsində yerləşən 0,10 ha torpaq səhəsinə və üzərində tikilmiş 1 mərtəbəli, ümumi sahəsi 178,4 kv.m, yaşayış sahəsi 94,5 və yardımçı sahəsi 83,9 kv.m olan 6 otaqlı “A” literi və 2 mərtəbəli ümumi sahəsi kv.m olan 131,9 kv.m, yaşayış sahəsi, 83,5 kv.m və yardımçı sahəsi 48,4 kv.m olan 4 otaqlı “B” literi, tikintialtı sahəsi 230 kv.m olan 1 nömrəli fərdi yaşayış evinin edilməsinə dair Ləğv prosessində olan "xxxx" MMCilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 13/03 saylı Hərracın yekunları barədə Protokol etibarsız hesab edilməsi, Bakı şəhəri, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Sülh küçəsində yerləşən 0,10 ha torpaq səhəsinə və üzərində tikilmiş 1 mərtəbəli, ümumi sahəsi 178,4 kv.m, yaşayış sahəsi 94,5 və yardımçı sahəsi 83,9 kv.m olan 6 otaqlı “A” literi və 2 mərtəbəli ümumi sahəsi kv.m olan 131,9 kv.m, yaşayış sahəsi, 83,5 kv.m və yardımçı sahəsi 48,4 kv.m olan 4 otaqlı “B” literi, tikintialtı sahəsi 230 kv.m olan 1 nömrəli fərdi yaşayış evinin "xxxx" MM-nin mülkiyyət hüququna dair Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsindən verilmiş xx.xx.2021-ci il tarixli, ********* saylı Çıxarış ləğv edilməklə həmin mənzil üzərində İddiaçı mülkiyyət hüquqları bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 25 oktyabr 2018-ci il tarixli, 2(005)-53/2018 qətnaməsi ilə cavabdehlər birgə qaydada əsas borca görə 57719,17 ABŞ dolları, faiz borcuna görə 10466,41 ABŞ dolları, əldən çıxmış faydaya görə 841,21 ABŞ dolları, cərimə borcuna görə 2000 ABŞ dolları, cəmi 71.026,79 (yetmiş bir min iyirmi altı dollar, yetmiş doqquz sent) ABŞ dolları məbləğində borc ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankın müəyyən etdiyi qüvvədə olan məzənnə ilə manatla və bildirişin DƏDRX-də qeydə alınması üçün ödənilmiş 30 manat, məhkəmədə baxılması üçün ödənilmiş 30 manat dövlət rüsumu iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulması və tutmanın ona məxsus olan Bakı şəhəri, Lökbatan qəsəbəsi, «Sədərək» Ticarət Mərkəzi, Şirniyyat sıra 5, korpus 1, yer 55 ünvanda olan və dəyəri 172.590 manat müəyyən edilmiş, tərkibi müxtəlif çeşidli mətbəx əşyalarından ibarət mal qalığına və dəyəri 250.000 manat müəyyən edilməklə Daşınmaz əmlakın dövlət reyestrində 116 nömrəli reyestr kitabının 10 nömrəli vərəqində qeydiyyata alınan, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Sülh küçəsində yerləşən 0.10 ha torpaq sahəsinə və onun üzərində tikilmiş 1 mərtəbəli ümumi sahəsi 178.4 kv.m, yaşayış sahəsi 94.5 kv.m və yardımçı sahəsi 83.9 kv.m olan 6 otaqlı “A” literi və 2 mərtəbəli ümumi sahəsi 131.9 kv.m, yaşayış sahəsi 83.5 kv.m və yardımçı sahəsi 48.4 kv.m oian 4 otaqlı “B” literi, tikintialtı sahəsi 230 kv.m olan 1 nömrəli fərdi yaşayış evinə yönəldilərək açıq hərracdan satılmaqla əldə olunmuş vəsait hesabına borcun ödənilməsi qət edilmişdir. Qətnamədən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin 20 fevral 2019-cu il tarixli, 2(103)-2338/2019 nömrəli qətnaməsi ilə, apellyasiya şikayəti qismən təmin edilməmiş, hazırki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-53/2018 nömrəli, 25 oktyabr 2018-ci il tarixli qətnaməsi dəbbə puluna aid hissədə dəyişdirilərək dəbbə pulunun məbləği 200 (ABŞ) dolları müəyyən edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2338/2019 saylı, xx.xx.2019-ci il tarixli icra sənədinə və Abşeron rayon İcra və Probasiya şöbəsinin xx.xx.2019-cu il tarixli, 17/75-1/8-7H saylı sifarişinə əsasən "xxxx" BOKT MMC-nin kredit tələbi üzrə tutmanın yönəldildiyi və X2 məxsus olan Bakı şəhəri, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Sülh küçəsində yerləşən 0,10 ha torpaq səhəsinə və üzərində tikilmiş 1 mərtəbəli, ümumi sahəsi 178,4 kv.m, yaşayış sahəsi 94,5 və yardımçı sahəsi 83,9 kv.m olan 6 otaqlı “A” literi və 2 mərtəbəli ümumi sahəsi 131,9 kv.m olan 131,9 kv.m, yaşayış sahəsi, 83,5 kv.m və yardımçı sahəsi 48,4 kv.m olan 4 otaqlı “B” literi, tikintialtı sahəsi 230 kv.m olan 1 nömrəli fərdi yaşayış evinin ilkin satış qiyməti 250 000 (iki yüz əlli min) manat məbləğində olmaqla "xxxx" MMC tərəfindən açıq hərracda satışa çıxarılmışdır. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2019-cu və xx.xx.2019-cu il tarixli bildirişlərdən müəyyən edilir ki, fərdi evin açıq hərracdan satılması məqsədi ilə ilkin satış qiyməti 250.000 manat olmaqla xx.xx.2020-ci il tarixində 15:15-da ilkin hərrac keçirilmişdir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2020-ci il tarixli bildirişdən müəyyən edilir ki, fərdi evin təkrar hərracdan satılması məqsədi ilə satış qiyməti 250.000 manat olmaqla xx.xx.2019-cu il tarixində 11:00-da təkrar hərrac keçirilmişdir. Hərrac təşkilatçısı tərəfindən keçirilmiş hərraclarla bağlı “Birja Yenilikləri” qəzetində müvafiq elanlar yerləşdirilmişdir. Təkrar hərrac da baş tutmadığından hərrac təşkilatçısının xx.xx.2020-ci il tarixli bildiriş məktubuna əsasən “İpoteka Haqqında” Qanunun 43.7-ci maddəsinə müvafiq olaraq ipoteka predmetləri təkrar hərracdakı ilkin satış qiymətindən 25% az olmayan qiymətə "xxxx" MMC-yə təklif olunmuşdur. Bundan sonra İddiaçı "xxxx" MMC müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə cavabdeh Respublika Xammal və Əmtəə Birjasının "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “hərracın nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair idda ilə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinə müraciət edilmişdir. Məhkəmənin 2(005)-1851/2021 saylı, xx.xx.2021-ci il tarixli Qətnaməsinə əsasən İddiaçı TBC BOKT MMC müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə cavabdeh Respublika Xammal və Əmtəə Birjasının "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “hərracın nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilməmişdir. Məhkəmənin 2(005)-1851/2021 saylı, xx.xx.2021-ci il tarixli Qətnaməsinin əsaslandırıcı hissəsində qeyd edilmişdir ki, Məhkəmə araşdırması zamanı müəyyən edilir ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2338/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə və Abşeron rayon icra və Probasiya şöbəsinin xx.xx.2019-cu il tarixli, 17/75-1/8-7H saylı sifarişinə əsasən «Külək" MMC tərəfindən İddiaçı məxsus olan Bakı şəhəri, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Sülh küçəsində yerləşən 0,10 ha torpaq səhəsinə və üzərində tikilmiş 1 mərtəbəli, ümumi sahəsi 178,4 kv.m, yaşayış sahəsi 94,5 və yardımçı sahəsi 83,9 kv.m olan 6 otaqlı “A" literi və 2 mərtəbəli ümumi sahəsi 131,9 kv.m olan 131,9 kv.m, yaşayış sahəsi, 83,5 kv.m ve yardımçı sahəsi 48,4 kv.m olan 4 otaqlı “B" literi, tikintialtı sahəsi 230 kv.m olan 1 nömrəli fərdi yaşayış evinin satışı üçün Abşeron rayon icra və Probasiya şöbəsi tərəfindən hərracın keçirilməsi haqqında Sifariş verilmiş və həmin əmlakın hərracda satılmasını təşkil edən «Külək" MMC tərəfindən qanunvericiliyin tələblərinə uyğun olaraq hərracın keçirilməsi təşkil edilmişdir. Keçirilən hərracın nəticəsində alıcı olmadığından “İpoteka haqqında” Qanunun 43.7-ci maddəsinə müvafiq olaraq ipoteka predmeti ipoteka saxlayana təklif olunmuş, lakin yekun protokol hələ də tərtib olunmamışdır. Lakin Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli e-2-2(113)-2186/2020 saylı qətnaməsi ilə keçirilmiş hərracın yekunlarına dair protokolun və alqı-satqı müqavilələrinin iddiaçı “TBC Kredit BOKT" MM-dən ödəmə mənbəyindən sadələşdirilmiş vergi tutulmadan və həmin verginin ödənilməsi ondan tələb edilmədən bağlanması vəzifəsi cavabdeh Azərbaycan Respublikası Respublika Xammal və X12 Mərkəzi “Külək" MMC-nin üzərinə qoyulmuşdur. Məhkəmə araşdırması zamanı Hərrac təşkilatçısı tərəfindən qeyd edilən fərdi yaşayış eviə dair keçirilmiş hərraclara dair bütün sənədlər təqdim edilmiş, lakin yekun protokol olmadığından məhkəməyə təqdim edilməmişdir. İşin hallarından da göründüyü kimi keçirilmiş hərracın yekunlarına dair protokol bağlanmamışdır. Lakin cari ilin əvvəlindən "xxxx" MMC tərəfindən İddiaçı şifahi formada xəbərdarlıqlar verilmiş və ipoteka predmeti olan Bakı şəhəri, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Sülh küçəsində yerləşən 0,10 ha torpaq səhəsinə və üzərində tikilmiş 1 mərtəbəli, ümumi sahəsi 178,4 kv.m, yaşayış sahəsi 94,5 və yardımçı sahəsi 83,9 kv.m olan 6 otaqlı “A” literi və 2 mərtəbəli ümumi sahəsi 131,9 kv.m olan 131,9 kv.m, yaşayış sahəsi, 83,5 kv.m ve yardımçı sahəsi 48,4 kv.m olan 4 otaqlı “B” literi, tikintialtı sahəsi 230 kv.m olan 1 nömrəli fərdi yaşayış evinə dair hərracda protokol bağlanması və evin hazırda "xxxx" MMC-nin mülkiyyətində olması barədə məlumat verilmişdir. Bundan sonra VK üzvü Nümayəndəla bağlanmış 1223 saylı X6 haqqında Müqavilə üzrə «Külək" MMC-yə Vəkil sorğusu verilmiş və əldə edilən sənədlərə baxış keçirilərkən «Külək" MMC ilə “TBC Kredit BOKT" MMC arasındc xx.xx.2020-ci il tarixli, 13/03 saylı Hərracın yekunları barədə Protokol tərtib edilmişdir. Qeyd edilən Hərracın yekunları barədə Protokolun xx.xx.2020-ci il tarixli olması təəccüb və təəssüf doğurmaya bilməz. Belə ki, yuxarıda qeyd etdiyi kimi Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin icraatında olan 2(005)-1851/2021 saylı mülki işin araşdırılması zamanı keçirilmiş hərracların nəticəsi olmamışdır. Eyni zamanda xx.xx.2020-ci il tarixdə Hərracın yekunları barədə Protokolun olması Bakı Kommersiya Məhkəməsinə müvafiq iddianın verilməsini və xx.xx.2020-ci il tarixli e-2-2(113)-2186/2020 saylı qətnaməsi ilə keçirilmiş hərracın yekunlarına dair protokolun və alqı-satqı müqavilələrinin iddiaçı “TBC Kredit BOKT" MMC-dən ödəmə mənbəyindən sadələşdirilmiş vergi tutulmadan və həmin verginin ödənilməsi ondan tələb edilmədən bağlanması vəzifəsi cavabdeh Azərbaycan Respublikası Respublika Xammal və X12 Mərkəzi “Külək" MMC-nin üzərinə qoyulması zərurətini aradan qaldırır. Lakin belə bir zərurət var idi. Çünki Bakı Kommersiya Məhkəməsinin icraatında olmuş e-2-2(113)-2186/2020 saylı iş və Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin icraatında olan 2(005)-1851/2021 saylı mülki işə baxılarkən belə bir Protokol mövcud olmamışdır. Qeyd edilən xx.xx.2020-ci il tarixli, 13/03 saylı Hərracın yekunları barədə Protokol 2021-ci ilin iyun ayından sonra bağlana bilərdi. Təkzibedilməz sübutlar onu deməyə əsas verir ki, Protokolun tarixi Hərrac tərəfindən qəsdən, məqəsdli şəkildə təhrif edilmiş, bağlandığı tarixi deyil 2020-ci il tarixi göstərilmişdir. Əvvəlki tarixli qeyd etməkdə məqsəd isə xx.xx.2020-ci il tarixli bildiriş məktubuna əsasən “ipoteka Haqqında" Qanunun 43.7-ci maddəsinə müvafiq olaraq ipoteka predmetləri təkrar hərracdakı ilkin satış qiymətindən 25% az olmayan qiymətə “TBC Kredit BOKT" MMC-yə təklif olunması və xx.xx.2020-ci il tarixdən 30 gün keçmədən Protokolun tərtib olunması olmuşdur. Belə ki, AR ipoteka Haqında Qanunun 43.8-ci il maddəsinə əsasən ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. Hərrac təşkilatçısı geri tarixlə Protokol bağlamaqda məqsədi də ipotekaya xitam verilməsinin qarşısının alınması olmuşdur. Lakin Hərrac təşkilatı keçirilmiş hərracın yekunlarına dair protokolun və alqı-satqı müqavilələrinin iddiaçı “TBC Kredit BOKT" MMC-dən ödəmə mənbəyindən sadələşdirilmiş vergi tutulmadan və həmin verginin ödənilməsi ondan tələb edilmədən baälanması vəzifəsi cavabdeh Azərbaycan Respublikası Respublika Xammal və X12 Mərkəzi “Külək" MMC-nin üzərinə qoyulması barədə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020ci il tarixli e-2-2(113)-2186/2020 saylı qətnaməsinin mövcud olmasını və Protokolu ən yaxşı halda qətnamənin tarixindən sonrakı tarixə tərtib etməli olduğunu unutmuşdur. İddia ərizəsinə əlavə edilimiş Dövlət Reyestri xidmətindən verilmiş xx.xx.2021-ci il tarixli, ********* saylı Çıxarışdan müəyyən edilir ki, "xxxx" MMC-nin mənzil üzərində mülkiyyət hüquqları tanınmışdır. İddiayə əlavə edilmiş və yuxarıda sadalanan mötəbər sübutlardan aydın olur ki, İpoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra xx.xx.2020-ci il tarixdən başlayaraq 30 təqvim günü ərzində yəni xx.xx.2020-ci il tarixədək ipoteka predmetini əldə etməmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh "xxxx" MMC-nin nümayəndəsi X13 iddia tələbini əsassız hesab edərək rədd olunmasını xahiş etmiş, yazılı etiraz təqdim edərək bildirmişdir ki, eyni tərəflər arasında eyni predınet barəsində verilmiş iddia üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1851/2021 saylı iş üzrə xx.xx.2021-ci il tarixdə çıxartdığı qətnamə qanuni qüvvəyə minmiş və mübahisələndirilməmişdir. Həmin qətnamədə iddianın təmin edilməməsinin hüquqi əsası kimi əqdin etibarsızlığını mübahisələndirməyə imkan verən kəsici müddətlərin buraxılması çıxış edir. Qətnamədə qeyd edilən "məhkəmə araşdırması zamanı müəyyən edilir ki, Keçirilən hərracın nəticəsində alıcı olmadığından "İpoteka haqqında" AR Qanunun 43.7-ci maddəsinə əsasən ipoteka predıncti ipoteka saxlayana təklif olunmuş, lakin yekun protokol hələ də tərtib edilməmişdir' hüquqi fakt olmayıb, məhkəmə araşdırması zamanı hərrac təşkilatı tərəfindən protokolun məhkəməyə təqdim edilməməsinin nəticəsində yaranmışdır, əslində isə həmin protokol xx.xx.2020-ci il tarixdə tərtib edilərək imzalanmış, lakin ödəmə mənbəyində sadələşdirilmiş verginin ipoteka saxlayandan tələb edilməsinə və həmin verginin tərəfindən ödənilmədiyinə görə hərrac təşkilatı tərəfindən onlara verilməmişdir. Həmin protokolun xx.xx.2020-ci il tarixində tərtib edilməsi də bunu təsdiq edir. Bakı Kommersiya Məhkəməsinin qətnaməsinin yalnız vergi xidməti tərəfindən apellyasiya və kassasiya qaydasında mübahisələndirilməsi onu göstərir ki, bu iddia predmeti barədə mübahisə əslində ipotekasaxlayanla vergi orqanları arasında olmuş və hərrac təşkilatı ilə əsaslı mübahisəsi yaranmamışdır. İpotekasaxlayan ipoteka predmetinin balansa götürülməsi üçün ipoteka predınetinin son satış qiyməti ilə borc məbləği arasında fərqi təşkil edən 65 884.46 (altmış beş min səkkiz yüz səksən dörd) manat vəsaiti xx.xx.2021-ci il tarixdə Abşeron rayon İcra və X7 Xəzinədarlığı Agentliyinə AZ53CTRE******************** saylı hesaba köçürmüş və həmin məbləğ daha sonra bıı iş üzrə iddiaçı tərəfindən qəbul edilmişdir. Digər cavabdehə məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh hər hansı üzürlü səbəb göstərmədən məhkəmə iclasında səlahiyyətli nümayəndələrinin iştirakını təmin etməmişlər. Bu səbəbdən məhkəmə Azərbaycan Respublikası MPM-nin müvafiq olaraq 185.5-ci və 185.6-cı maddələrinin tələblərinə əsasən işə bu cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2338\2019 saylı, xx.xx.2019-cu il tarixli icra vərəqəsinin surətinə əsasən cavabdehlər X9, X10, X3 birgə qaydada 57719,17 ABŞ dolları əsas, 10466,41 ABŞ dolları faiz, 200 A3Ş dc cərimə, əldən çıxmış faydaya görə 841, 21 ABŞ dolları, cəmi 69226,79 (altmış doqquz min iki yüz iyirmi altı ABŞ dolları, yetmiş doqquz sent) ABŞ dolları məbləğində borc ödəniş günü AR Mərkəzi Bank müəyyən etdiyi qüvvədə olan məzənnə ilə manatla və bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi olaraq isə 30 manat pul vəsaiti "xxxx" BOKT MMC-nin xeyrinə tutulması, X2 məxsus Bakı şəhəri, Lökbatan qəsəbəsi, “Sədərək” Ticarət Mərkəzi Şirniyyat sıra 5, korpus 1, yer 55 ünvanında yerləşən, dəyəri 172590 manat müəyyən edilir tərkibi müxtəlif çeşidli mətbəx əşyalarından ibarət mal qalığına və dəyəri 172590 manat müəyyən edilməklə Daşınmaz Əmlakın dövləl reyestrində 116 nömrəli reyestr kitabının 10 nömrəli vərəqində qeydiyyata alınan Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Sülh küçəsində yerləşən 0.10 ha torpq sahəsinə və üzərində tikilmiş 1 mərtəbəli, ümumi sahəsi 178,4 kv.m, yaşayış sahəsi 94,5 kv.m yardımçı sahəsi 83,9 kv.m olanTofaqlı “A ” literi və 2 mərtəbəli ümumi sahəsi 131,9 kv.m, yaşayış sahəsi 83,5 kv.m və yardımçı sahəsi 48,4 kv.m olan 4 otaqlı “B” literi, tikintialtı sahəsi 230 kv.m olan 1 nömrəli fərdi yaşayış evinə yönəldilərək açıq hərracdan satılmaqla əldə olunmuş vəsait hesabına borc ödənilməsi, ekspertiza tədqiqatının dəyəri 50 manat cavabdehlər X9, X10, İddiaçı birgə qaydada tutulub AR ƏN Məhkəmə Ekpsertiza Mərkəzinin hesabına keçirilməsi qət edilmişdir; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətinə əsasən ümumi sahəsi 310.3 kv.m olan Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Sülh küçəsi, ev 1 saylı fərdi yaşayış evi və 0,10 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ kimi "xxxx" BOKT MMC-nin adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2021-ci il tarixdə qeydiyyata alınmışdır; Respublika Xammal və Əmtəə Birjasının "xxxx" MMC-nin xx.xx.2019-cu il tarixli, 01/4489 nömrəli açıq hərracın keçirilməsinə dair bildirişin surətinə əsasən ipoteka predmetini təşkil edən Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Sülh küçəsində yerləşən 0.10 torpaq sahəsi və üzərində yerləşən 1 nömrəli fərdi yaşayış evinin ilkin satış qiyməti 250.000 manat, hərracda iştirak üçün 5% miqdarında behin məbləği 12500 manat olmaqla hərraca çıxarılması və hərracın 07 yanvar 2020-ci il tarixdə saat 15:15-15:25-dək ünvan 3 ünvanında keçiriləcəyi barədə Abşeron rayon İcra və Probasiya Şöbəsi, "xxxx" MMC-yə və qeyrilərinə məlumat verilmişdir; Respublika Xammal və Əmtəə Birjasının "xxxx" MMC-nin xx.xx.2019-cu il tarixli, 01/4729 nömrəli açıq hərracın keçirilməsinə dair bildirişin surətinə əsasən ipoteka predmetini təşkil edən Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Sülh küçəsində yerləşən 0.10 torpaq sahəsi və üzərində yerləşən 1 nömrəli fərdi yaşayış evinin ilkin satış qiyməti 250.000 manat, hərracda iştirak üçün 5% miqdarında behin məbləği 12500 manat olmaqla hərraca çıxarılması və hərracın 07 yanvar 2020-ci il tarixdə saat 15:15-15:25-dək ünvan 3 ünvanında keçiriləcəyi barədə Abşeron rayon İcra və Probasiya Şöbəsi, "xxxx" MMC-yə və qeyrilərinə məlumat verilmişdir; Respublika Xammal və Əmtəə Birjasının "xxxx" MMC-nin xx.xx.2020-ci il tarixli, 01/138 nömrəli açıq hərracın keçirilməsinə dair bildirişin surətinə əsasən ipoteka predmetini təşkil edən Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Sülh küçəsində yerləşən 0.10 torpaq sahəsi və üzərində yerləşən 1 nömrəli fərdi yaşayış evinin ilkin satış qiyməti 250.000 manat, hərracda iştirak üçün 5% miqdarında behin məbləği 12500 manat olmaqla hərraca çıxarılması və hərracın 27 yanvar 2020-ci il tarixdə saat 15:15-15:25-dək ünvan 3 ünvanında keçiriləcəyi barədə Abşeron rayon İcra və Probasiya Şöbəsi, "xxxx" MMC-yə və qeyrilərinə məlumat verilmişdir; “Birja yenilikləri” qəzetinin 20-26 dekabr 2019-cu il tarixə buraxılışından görünür ki, qeyd olunan fərdi yaşayış evinin hərraca çıxarılmasına dair elan yerləşdirilmişdir; FM Express daşıma Xidmətinin kuryer xidmətləri üçün mədaxil qəbzinin 124818 saylı ƏİV seriylı talonunun surətindən görünür ki, İddiaçı hərracın keçirilməsi barədə bildirişi xx.xx.2020-ci il tarixdə qəbul etmişdir. Açıq hərracın yekunları barədə xx.xx.2020-ci tarixli, 13/03 nömrəli protokolunun surətinə əsasən Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2338/2019 saylı, xx.xx.2019-ci il tarixli icra vərəqəsinin, Abşeron rayon İcra və Probasiya Şöbəsinin 17/75-118-7H saylı, xx.xx.2019-cu il tarixli sifariş məktubunun və "xxxx" BOKT MMC-nin müvafiq məktubunun icrasına ilkin hərrac qiyməti 250.000 manat olan İddiaçı məxsus Bakı şəhəri, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Sülh küçəsində yerləşən 0,10 ha torpaq səhəsi və onun üzərində tikilmiş 1 mərtəbəli, ümumi sahəsi 178,4 kv.m "A” literi və 2 mərtəbəli ümumi sahəsi 131,9 kv.m "B” literi, tikintialtı sahəsi 230 kv.m olan 1 nömrəli fərdi yaşayış evini 187.500 manata ipoteka saxlayan "xxxx" MMC-nin etibarnamə üzrə nümayəndəsi X13 əldə etmişdir; Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1851/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən ı̇ ddiaçiİddiaçı TBC BOKT MMC müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə cavabdeh Respublika Xammal və Əmtəə Birjasının "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı "hərracın nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilməmişdir; xx.xx.2022-ci il tarixli ödəniş qəbzinə əsasən İddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, açıq hərracın yekunları barədə xx.xx.2020-ci tarixli, 13/03 nömrəli protokolunun surətinə əsasən Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2338/2019 saylı, xx.xx.2019-ci il tarixli icra vərəqəsinin, Abşeron rayon İcra və Probasiya Şöbəsinin 17/75-118-7H saylı, xx.xx.2019-cu il tarixli sifariş məktubunun və "xxxx" BOKT MMC-nin müvafiq məktubunun icrasına ilkin hərrac qiyməti 250.000 manat olan İddiaçı məxsus Bakı şəhəri, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Sülh küçəsində yerləşən 0,10 ha torpaq sahəsi və onun üzərində tikilmiş 1 mərtəbəli, ümumi sahəsi 178,4 kv.m "A” literi və 2 mərtəbəli ümumi sahəsi 131,9 kv.m "B” literi, tikintialtı sahəsi 230 kv.m olan 1 nömrəli fərdi yaşayış evini 187.500 manata ipoteka saxlayan "xxxx" MMC-nin etibarnamə üzrə nümayəndəsi X13 əldə etmişdir. İddiaçı keçirilən hərracın nəticəsində alıcı olmadığından “İpoteka haqqında” Qanunun 43.7-ci maddəsinə müvafiq olaraq ipoteka predmeti ipoteka saxlayana təklif olunmuş, lakin yekun protokol hələ də tərtib olunmamışdır. Lakin Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli e-2-2(113)-2186/2020 saylı qətnaməsi ilə keçirilmiş hərracın yekunlarına dair protokolun və alqısatqı müqavilələrinin iddiaçı “TBC Kredit BOKT" MM-dən ödəmə mənbəyindən sadələşdirilmiş vergi tutulmadan və həmin verginin ödənilməsi ondan tələb edilmədən bağlanması vəzifəsi cavabdeh Azərbaycan Respublikası Respublika Xammal və X12 Mərkəzi “Külək" MMC-nin üzərinə qoyulmuşdur. Məhkəmə araşdırması zamanı Hərrac təşkilatçısı tərəfindən qeyd edilən fərdi yaşayış evinə dair keçirilmiş hərraclara dair bütün sənədlər təqdim edilmiş, lakin yekun protokol olmadığından məhkəməyə təqdim edilməmişdir. İşin hallarından da göründüyü kimi keçirilmiş hərracın yekunlarına dair protokol bağlanmamışdır. Cavabdeh tərəf hərracın təşkili və keçirilməsi zamanı qanunvericiliyin tələblərinin pozulmadığını göstərmişdir. İş materialları və tərəflərin izahatları ilə müəyyən edilir ki, hazırda mübahisələndirilən hərrac artıq başa çatmış, əmlakın mülkiyyətçisi hazırda TBC Kredit BOKT” MMC-dir. İddiaçı isə Bakı şəhəri, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Sülh küçəsində yerləşən 0,10 ha torpaq səhəsi və üzərində tikilmiş 1 mərtəbəli, ümumi sahəsi 178,4 kv.m, yaşayış sahəsi 94,5 və yardımçı sahəsi 83,9 kv.m olan 6 otaqlı “A” literi və 2 mərtəbəli ümumi sahəsi kv.m olan 131,9 kv.m, yaşayış sahəsi, 83,5 kv.m və yardımçı sahəsi 48,4 kv.m olan 4 otaqlı “B” literi, tikintialtı sahəsi 230 kv.m olan 1 nömrəli fərdi yaşayış evinin keçmiş mülkiyyətçisi deyil, evin mülkiyyətçisi X4r. Belə olan halda, məhkəmə onu da qeyd edir ki, iddiaçı olaraq İddiaçı hərracın nəticələrini mübahisələndirmək üçün subyektiv hüququ yoxdur. Nəzərə alınmalıdır ki, MPM-in 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulubpozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. Qeyd olunan məsələ ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçı Musayev X5 rayonu, Mehdiabad qəsəbəsi, Sülh küçəsində yerləşən 0.10 torpaq sahəsi və üzərində yerləşən 1 nömrəli fərdi yaşayış evi ilə bağlı keçirilmiş hərracın etibarsız hesab edilməsini tələb etməsinə baxmayaraq, özünün bu cür iddia tələbi ilə məhkəməyə müraciət etməyə subyektiv hüquqa malik olmasını sübut etməmişdir. Göründüyü kimi iddiaçı subyektiv hüquqa malik olmadığı halda hazırki iddia tələblərini irəli sürməsi tələblərinin əsassız olduğuna dəlalət edir. «İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiya»nın 1 saylı Protokolun 1-ci maddəsi üç müxtəlif normadan ibarətdir: Birinci abzasın cümləsində təsbit olunan birinci norma ümumi xarakterlidir və mülkiyyətdən maneəsiz istifadə prinsipini bəyan edir, birinci abzasın ikinci cümləsində təsbit olunan ikinci norma mülkiyyətdən məhrum edilməni əhatə edir və onu müəyyən şərtlərlə şərtləndirir; ikinci abzasda bəyan edilən üçüncü norma təsdiq edir ki, iştirakçı dövlətlər ümumi maraqlara müvafiq olaraq mülkiyyətdən istifadəyə nəzarəti və digər tədbirləri həyata keçirmək hüququna malikdirlər. İkinci və üçüncü normalar mülkiyyətdən maneəsiz istifadə hüququna edilən konkret müdaxilə nümunələri ilə bağlıdır; buna görə də birinci normada bəyan edilən ümumi prinsip baxımından şərh olunmalıdır (Ceyms və başqaları Birləşmiş Krallığa qarşı). Yuxarıda sadalanan işin hallarını nəzərə almaqla məhkəmə hesab edir ki, İddiaçı hazırki iddia tələbini irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul etmək mümkün deyildir. Çünki o, mübahisəli ev üzərində qanunla nəzərdə tutulmuş qaydada hər hansı hüquq əldə etməmiş, bu isə o deməkdir ki, iddiaçının hərracın nəticələrinin etibarsızlığı ilə bağlı tələb etmək barədə iddianı tələb hüququ olmayan şəxs olaraq verdiyinə görə iddiaçının subyektiv hüququ yaranmamışdır. Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, İddiaçı cavabdehlər "xxxx" MMC-yə və Respublika Xammal və Əmtəə Birjasının "xxxx" MMC-yə qarşı “hərracın yekunları barədə protokolununetibarsız sayılması və çıxarışın ləğvi” tələbinə dair iddiası rədd edilməli, iddia rədd edildiyindən məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 100 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdehlər "xxxx" MMC-yə və Respublika Xammal və Əmtəə Birjasının "xxxx" MMC-yə qarşı “hərracın yekunları barədə protokolunun etibarsız sayılması və çıxarışın ləğvi” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar