Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(005)-2868/2021 01.12.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Əmirxanova Kəmalə Fərman qızının sədrliyi Eldarzadə Şirazi Elxan oğlunun katibliyi ilə İlkin iddia üzrə İddiaçı nümayəndəsi və vəkili Nümayəndə və ilkin iddia üzrə Cavabdeh iştirakı ilə, İlkin iddia üzrə Cavabdeh ilkin iddia üzrə İddiaçı qarşı qarşılıqlı iddia ərizəsinin baxılmamış saxlanılmasına dair Cavabdeh ərizəsinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı Cavabdeh qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh, əmlak hüquqlarından məhrum olma ilə bağlı vurulmuş real zərərin əvəzi kimi 400.000 manat, əldən çıxmış fayda kimi 100.000 manatın və mənəvi ziyana görə 30.000 manat tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlkin iddia üzrə Cavabdeh ilkin iddia üzrə İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ona qarşı qaldırdığı vurulmuş maddi ziyan, əldən çıxmış fayda və mənəvi zərərin əvəzinin ödənilməsinə dair iddiası əsassız hesab edilərək xitam verilməsi və Əhmədov X1 Bələdiyyəsinin torpaq sərhədləri hüdudlarından kənarda yerləşən və dövlət mülkiyyətində qalan torpaq sahəsinə Cavabdeh əsassız hesab etdiyi sənədlər təqdim etməklə Cavabdeh vurduğu maddi ziyana görə 799 000 manat, mənəvi ziyana görə 50000 manat tutularaq Cavabdeh ödənilməsi barədə qətnamə çixarılmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 20.08.2021-ci il tarixli, e-2(005)- 2868/2021 saylı qərardadı ilə qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi qarşılıqlı iddia üzrə iddiaçının vəsatəti əsasında baxılmamış saxlanılmışdır. Qeyd edilən qərardaddan İddiaçı vəkili və nümayəndəsi şikayət verərək, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 20.08.2021-ci il tarixli, e-2(005)-2868/2021 saylı qarşılıqlı iddia ərizəsinin baxılmamış saxlanılmasına dair qərardadının ləğv edilməsini xahiş etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 20.08.2021-ci il tarixli, e-2(005)- 2868/2021 saylı qərardadı ilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 20.08.2021-ci il tarixli, e-2(005)-2868/2021 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayət təmin edilmiş, Bakı Şəhər Nərimanov Rayon Məhkəməsinin 20.08.2021-ci il tarixli, e-2(005)- 2868/2021 saylı qərardadı ləğv edilmiş, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə məhkəmə baxışının davam edilməsi qərara alınmışdır. İlkin iddia üzrə Cavabdeh məhkəmə iclasında mülki işin baxılmamış saxlanılması barədə ərizəsinə uyğun izahat verərək, ərizəsini müdafiə etdi. İlkin iddia üzrə İddiaçı nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında qarşılıqlı iddia ərizəsinin baxılmamış saxlanılmasına etraz etmədiyini bildirdi. Məhkəmə hesab edir ki, hazırki iş üzrə qarşılıqlı iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə hesab edir ki, iddiaçı iddia ərizəsinin baxılmamış saxlanmasını xahiş etdiyindən və cavabdeh işə mahiyyəti üzrə baxılmasına təkid etmədiyindən iddia ərizəsi baxılmamış saxlanmalıdır. Məhkəmə qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının MPMnin 259, 260, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi baxılmamış saxlanılsın. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh sənədlərin əsillərinin alıb yenidən məhkəmədə iddia qaldırmaq hüququ izah olunur. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra ondan 10 (on) gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Kəmalə Əmirxanova
Məhkəmə qərarları › İş №e-2(005)-2868/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №e-2(005)-2868/2021
01.12.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver