Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(005)-2875/2023 07.07.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Mən, hakim Quliyev Ramin Nizaməddin oğlu, İddiaçı cavabdehlər Azərbaycan Respublika Xammal və Əmtəə Birjası Cavabdeh1 MMC və "xxxx" MMC-yə (Sumqayıt şəhəri üzrə İcra İdarəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində göstərilməklə) qarşı əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə məhkəmənin inzibati binasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı cavabdehlər Azərbaycan Respublika Xammal və Əmtəə Birjası Cavabdeh1 MMC və "xxxx" MMC-yə (Sumqayıt şəhəri üzrə İcra İdarəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində göstərilməklə) qarşı əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən əmlak kompleksinin likvid qiymətinin müəyyən edilməsinə dair Sumqayıt şəhəri üzrə İcra İdarəsinin 10/20 saylı, xx.xx.2023-cü il tarixli sifariş məktubuna əsasən Azərbaycan Respublika Xammal və Əmtəə Birjası Cavabdeh1 MMC-nin xx.xx.2023-cü il tarixli Əmlakın qiymətləndirilməsi barədə hesabatının əsassız hesab edilməsi, məhkəmə əmtəəşunaslıq ekpertizası təyin olunmaqla mülkiyyətində olan əmlakın real bazar dəyərinin müəyyən olunduqdan sonra likviq dəyəri ilə hərraca çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırımışdır ki, Sumqayıt şəhəri üzrə İcra İdarəsinin 10/20 saylı, xx.xx.2023-cü il tarixli sifariş məktubuna əsasən Azərbaycan Respublika Xammal və Əmtəə Birjası Cavabdeh1 MMC-nin xx.xx.2023-cü il tarixli Əmlakın qiymətləndirilməsi barədə hesabatında ona məxsus olan ünvan 1 ünvanda yerləşən əmlak kompleksinin likvid qiyməti 150000 manat müəyyən edilmişdir. Cavabdeh2 ASC-nin Sumqayıt filialı ilə İddiaçı, “TERM” kompaniyası və X1 arasında bağlanmış xx.xx.2013-cü il tarixli zaminlik müqavilələrinin surətlərindən görünür ki, Cavabdeh2 ASC-nin Sumqayıt filialı ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2013-cü il tarixli, SM4449 saylı Baş kredit müqaviləsindən irəli gələn öhdəliklərin tamamilə icra edilməsi üçün guya o, “TERM” kompaniyası və X1 məsuliyəti öz üzərilərinə götürmüşlər. O, xx.xx.2013-cü il tarixdə nə Bankda, nə də notariusda olmamış, hər hansı zaminlik müqavləsinə imza atmamşdır. Məhkəmə iclasına dəvət olunsaydı, məhkəmə xətşunaslıq ekspertizası təyin olunsaydı, imzanın ona məxsus olmaması müəyyən edilərdi. Bununla bağlı zaminlik müqaviləsinin etibarsız hesab olnmasına dair Sumqayıt Şəhər Məhkəməsinə iddia ərizəsi təqdim etmişdir. İş materiallarında olan Cavabdeh2 ASC-nin xx.xx.2014-cü il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2013-cü il tarixli , SM4449 saylı kredit müqaviləsi üzrə "xxxx" MMC-nin 15 oktyabr notraiusda olmamışdır. 2014-cü tarixə əsas borcu 188700 manat, faiz borcu 14535, dəbbə borcu 40000 manat, cəmi borcu 243235 manat təşkil edir. Sumqayıt şəhəri üzrə İcra İdarəsinin 10/20 saylı, xx.xx.2023-cü il tarixli sifariş məktubuna əsasən Azərbaycan Respublika Xammal və Əmtəə Birjası Cavabdeh1 MMC-nin xx.xx.2023-cü il tarixli Əmlakın qiymətləndirilməsi barədə hesabatında ona məxsus olan ünvan 1 ünvanda yerləşən əmlak kompleksinin likvid qiyməti 150000 manat müəyyən edilməsini tam qanunsuz və əsassız hesab edir. Qiymətləndirmə zamanı iştirakı təmin olunmamış, mülkiyyətimdə olan əmlakın yerləşdiyi ərazidə torpaq sahəsinin hər sotunun real bazar dəyəri 40000-50000 manatdır. Azərbaycan Respublika Xammal və Əmtəə Birjası Cavabdeh1 MMC-nin mütəxəsisi isə əmlakını real bazar dəyərindən 5 dəfə az qiymətləndirmiş, külli miqdar dəyəri olan əmlakını dəyərindən çox ucuz qiymətə “hərrac” keçirilməsi adı altında ələ keçirmək istəyirlər. Bu hüquqlarının pozulması deməkdir. Bu hesabat verilən zaman qiymətləndirici işin nəticəsi ilə maraqlı olan şəxs olmuş, əmlakın dəyərini bilərək çox ucuz bir qiymətə dəyərləndirmişdir. Ona görə də, məhkəmə müdafiəsi hüququndan istifadə edərək üzərinə həbs qoyulmuş daşınmaz əmlakının hərraca çıxarılması zamanı real bazar dəyərinin müəyyən edilməsi üçün yeni məhkəmə əmtəəşunaslıq ekspertizanın keçirlməsini zəruri hesab edir. Sumqayıt şəhəri üzrə İcra İdarəsinin 10/20 saylı, xx.xx.2023-cü il tarixli sifariş məktubuna əsasən Azərbaycan Respublika Xammal və Əmtəə Birjası Cavabdeh1 MMC-nin xx.xx.2023-cü il tarixli Əmlakın qiymətləndirilməsi barədə hesabatında hərracı da həmin ünvanda yerləşən, faktiki olaraq eyni şəxsə məxsus Hərrac Mərkəzi "xxxx" MMC keçirir. Hər iki müəssisə həm Cavabdeh1, həm də "xxxx" MMC faktiki olaraq eyni bir şəxsə məxsus olduğundan bu hesabat həqiqi hesab oluna bilməz. İcra vərəqəsi icraatına verilmiş Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru O.İddiaçı iş üzrə qərəzli mövqeydə olan biri kimi əsas borclu olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə, “TERM” kompaniyasının dəyəri milyonlarla ölçülən əmlakları olmasına baxmayaraq onlara qarşı heç bir sorğu keçirməmiş, icra hərəkətləri etməmişdir. Zamin olmaqla onlardan sonra məsuliyyət daşımağına baxmayaraq, indiki əmlakının dəyəri ümumi borcun ödənilməsi üçün kifayət etməsinə baxmayaraq qanunvericiliyin tələblərini pozaraq çoxsaylı nəqliyyat vasitələrinin də üzərinə həbs qoyulması üçün məkhəməyə 2 dəfə təqdimat vermiş, hər iki dəfə təqdimatları rədd edilmişdir. Bu hərkətlər icra məmuru tərəfindən korrupsiya hüquqpozması əməllərinə yol verməsi deməkdir. Bu hallara dair xüsusi qərardad çıxarılmalıdır. İddia ərizəsinin mümkünlüyü məsələsinə baxıb, iş materiallarını araşdırıb hesab edirəm ki, iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli və iddia ərizəsi əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 153.2-ci və 153.2.1ci maddələrinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. Qeyd edirəm ki, “ərizəyə məhkəmə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə” müddəası özündə, mülki işin məhkəmədə deyil, qanunun tələbinə görə başqa orqanda, yaxud iş məhkəməyə aid olsa da, mülki mühakimə icraatı qaydasında deyil, başqa məhkəmə icraatı qaydasında (cinayət, inzibati və ya inzibati xətalara dair işlər üzrə icraat) baxılmalı olmasını, habelə qanunla xüsusi mübahisələndirmə qaydası müəyyən edilmiş aktların iddia icraatı qaydasında mübahisələndirilməsinin yolverilməzliyini ehtiva edir. Hesab edirəm ki, hazırki halda qiymətləndirmə hesabatının ləğv edilməsi tələbi ayrıca məhkəmə icraatının predmeti ola bilməz, həmin məsələyə icra icraatı qaydasında baxılmalıdır. (müvafiq yekun məhkəmə aktının icrası qaydasında 8 indeksi ilə) Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin “İcra icraatı çərçivəsində borclunun əmlakının hərracdan satılması qaydası ilə bağlı qanunvericiliyin tətbiqi üzrə” 24 noyabr 2021-ci il tarixli, 02/2021 saylı qərardadı ilə icra icraatı çərçivəsində borclunun ipoteka predmetinə, vergi ödəyicisi kimi siyahıya alınmış əmlaka və girov predmeti olan qiymətli kağızlara aid olmayan əmlaklarına tələbin yönəldilməsi və hərracdan satılması qaydaları Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415-ci və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45.6, 45.7, 51, 53, 61, 62-ci maddələri ilə tənzimlənir və bu münasibətlərə qanunun analogiyası üzrə digər qanunvericilik aktlarında nəzərdə tutulmuş hərrac qaydaları tətbiq edilməməsi, icra icraatı çərçivəsində borclunun ipoteka predmetinə və girov predmeti olan qiymətli kağızlarına aid olmayan əmlaklarına tutmanın yönəldilməsi zamanı əmlakın hərraca çıxarılan ilkin (başlanğıc) satış qiyməti onun bazar dəyəri ilə müəyyən olunması, borclunun ipoteka predmeti olmayan əmlakının, notariusun icra qeydi əsasında tutma yönəldilmiş ipoteka predmeti olan əmlakının, habelə vergi ödəyicisi kimi siyahıya alınmış əmlakının ilkin (başlanğıc) satış qiyməti hərracın keçirilməsinədək olan dövr ərzində icra icraatı çərçivəsində hərracı bu qiymət əsasında sifariş etmiş icra məmurunun hərəkətlərindən verilmiş şikayət qaydasında aidiyyəti məhkəmədə mübahisələndirilməsi, hərrac keçirildikdən sonra isə qiymət “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun olaraq iddia icraatı qaydasında mübahisələndirilməsi qərara alınmışdır. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 114.1.2-ci maddəsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmaq üçün qəbul etməkdən imtina edilərsə ödənilmiş dövlət rüsumu geri qaytarılır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Azərbaycan Respublika Xammal və Əmtəə Birjası Cavabdeh1 MMC və "xxxx" MMC-yə (Sumqayıt şəhəri üzrə İcra İdarəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində göstərilməklə) qarşı əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi tələbinə dair iddia ərizəsinin qəbul edilməsindən imtina edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153, 262, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİM: İddiaçı cavabdehlər Azərbaycan Respublika Xammal və Əmtəə Birjası Cavabdeh1 MMC və "xxxx" MMC-yə (Sumqayıt şəhəri üzrə İcra İdarəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində göstərilməklə) qarşı əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi tələbinə dair iddia ərizəsinin qəbul edilməsindən imtina edilsin. İddiaçıya icra icraatı çərçivəsində hərracı bu qiymət əsasında sifariş etmiş icra məmurunun hərəkətlərindən verilmiş şikayət qaydasında aidiyyəti məhkəmədə mübahisələndirmək hüququ izah edilsin. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Ramin Quliyev
Məhkəmə qərarları › İş №e-2(005)-2875/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №e-2(005)-2875/2023
07.07.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver