Məhkəmə qərarları › İş №e-2(005)-2882/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-2882/2022

13.09.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-2882/2022 13.09.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X1, İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 46000 (qırx altı min) manat, hüquqi yardıma görə ödədiyi 150 (yüz əlli) manat, dövlət rüsumu üçün ödədiyi 240 (iki yüz qırx) manatı və həmçinin mənəvi ziyana görə 1000 (bir min) olmaqla, cəmi 47390 (qırx yeddi min üç yüz doxsan) manat dəymiş real ziyanın tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh2 Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən xx.xx.2019-cu ildə verilmiş reyestr nömrəsi **********96, qeydiyyat nömrəsi 16190372 olan çıxarışa əsasən Abşeron rayonu, 2 nömrəli tərəvəzçilik sovxozu ərazisində yerləşən, ümumi sahəsi 3ha olan torpaq sahəsi üzərində Cavabdeh1 məxsus istifadə hüquqlarını xx.xx.2021-ci il tarixə kimi 174000(bir yüz yetmiş dörd min) manata ona satmağı, iddiaçı isə müqavilə rəsmiləşdirilərkən 174000 (bir yüz yetmiş dörd min) manatı satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Tərəflər razılığa gəldikdən sonra xx.xx.2020-ci il tarixdə müqavilənin təminatı kimi cavabdehə 8000 (səkkiz min) manat beh ödəmiş, qalan 166000 (bir yüz altmış altı min) manatı müqavilə rəsmiləşdirilərkən ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh sonradan ondan daha 15000 (on beş min) manat beh ödəməsini xahiş etmiş və o cavabdehlə razılaşaraq ona ümumi 23000 (iyirmi üç min) manat beh ödəmiş, qalan 151000 (bir yüz əlli bir min) manatı isə xx.xx.2021-ci il tarixə müqavilə rəsmiləşdirilərkən ödəməyi öhdəsinə götürmüşdür. Beləliklə o, iş üzrə Cavabdeh2 ümumilikdə 23000 (iyirmi üç min min) manat beh ödəmişdir. Lakin Cavabdeh2 verdiyi vədinə əməl etməmiş və Abşeron rayonu, 2 nömrəli tərəvəzçilik sovxozu ərazisində yerləşən, ümumi sahəsi 3 ha olan torpaq sahəsi üzərində Cavabdeh1 məxsus istifadə hüquqlarını xx.xx.2021-ci il tarixə kimi 174000 (bir yüz yetmiş dörd min) manata ona satmağı cəfəngiyatdan başqa bir şey deyil, ona görə də verdiyi behi geri tələb etmiş, lakin Cavabdeh2 ödədiyi behi də geri qaytarmaqdan imtina etmişdir və ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilənlərin nəzərə alınması və iddianın təmin edilməsi xahiş edilir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsinin məzmununa uyğun izahat təqdim edərək iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh1 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Bu səbəbdən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 yazılı ərizə təqdim edərək bildirmişdir ki, İddiaçı Sumqayıt Şəhər Məhkəməsində Cavabdeh2 qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə müraciət etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-8228/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh2 qarşı cavabdehdən 46.000 manat, hüquqi yardıma görə ödədiyi 150 manat, dövlət rüsumu üçün ödədiyi 30 manat və həmçinin mənəvi ziyana görə 1000 manat olmaqla, cəmi 47.180 manat dəymiş real ziyanın tutularaq ona ödənilməsinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-8228/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi İddiaçı tərəfindən mübahisələndirilməmiş və qanuni qüvvəsini almışdır. Azərbaycan Respublikası MPM-nin 261.0.2-ci maddəsinə əsasən, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi qərardadı olarsa hakim iş üzrə icraata xitam verir. Yuxarıda göstərilənləri nəzərə alaraq, İddiaçı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsinə Cavabdeh2 aid hissədə xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəfin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İddiaçı ilə Cavabdeh1 arasında xx.xx.2020-ci il tarixdə bağlanmış və Bakı şəhəri 50 saylı Notariat Ofisi tərəfindən təsdiq edilmiş beh müqaviləsinin notarial qaydada təsdiq edilmiş surətinə əsasən tərəflər xx.xx.2021-ci il tarixə kimi Abşeron rayonu, 2 nömrəli tərəvəzçilik sovxozu ərazisində yerləşən, ümumi sahəsi 3 ha olan torpaq sahəsini 174.000 (bir yüz yetmiş dörd min) manat məbləğə istifadə hüquqlarının satılması barədə alqı-satqı müqaviləsi bağlamaq, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən - xx.xx.2019-cu il tarixdə verilmiş, reyestr nömrəsi **********96, qeydiyyat nömrəsi ********** olan çıxarışa əsasən Abşeron rayonu, 2 nömrəli tərəvəzçilik sovxozu ərazisində yerləşən, ümumi sahəsi 3 ha olan torpaq sahəsi üzərində Cavabdeh1 məxsus istifadə hüquqlarının xx.xx.2021-ci (iyirmi dörd yanvar iki min iyirmi birinci) il tarixə kimi İddiaçı satmağı, İddiaçı isə göstərilən tarixə kimi həmin torpağa dair istifadə hüquqlarını almaq barədə öhdəlik götürmüşlər. Həmin müqaviləyə əsasən «Beh verən» İddiaçı gələcəkdə bağlanacaq istifadə hüquqlarının alqısatqısına dair müqavilənin təminatı kimi «Beh alan» - Cavabdeh1 8.000 (səkkiz min) manat məbləğində pul vəsaiti ödəyir. Alıcı nəzərdə tutulan beh pulunu notariusun, bankda açılan depozit hesabı vasitəsi ilə Satıcıya ödəyir. «Beh alan» həmin məbləği qəbul edir. Tərəflərin razılaşmasına əsasən əgər müqavilənin icra edilməməsi üçün, beh vermiş tərəf məsuliyyət daşıyırsa, beh digər tərəfdə qalır. Əgər müqavilənin icra edilməməsi üçün beh almış tərəf məsuliyyət daşıyırsa, o, digər tərəfə behin iki mislini ödəməlidir. «Beh verən» əsas müqavilə rəsmiləşdirilərkən qalan 166 (bir yüz altmış altı min) manat məbləğində pul vəsaitini Satıcıya ödəməlidir; xx.xx.2021-ci il tarixli beh müqaviləsinə əlavənin 1.1-ci bəndindən görünür ki, tərəflər xx.xx.2020-ci il tarixdə bağladıqları və notarial qaydada təsdiq edilmiş, 3M-916 reyestr saylı beh müqaviləsinin 2-ci bəndində nəzərdə tutulmuş, gələcəkdə bağlanacaq torpaq sahəsinin alqı-satqı müqaviləsinin təminatı kimi beh verən - İddiaçı tərəfindən beh alan - Cavabdeh1 ödənilən behin məbləğinə 15.000 manat əlavə edilməklə həmin behin miqdarının 23.000 manat məbləğində, həmçinin müqavilənin 3-cü bəndində nəzərdə tutulmuş, alqı-satqı müqaviləsi rəsmiləşdirilərkən beh verən tərəfindən ödənilməli olan pul vəsaitinin miqdarının 151.000 manat məbləğində müəyyən edilməsi barədə razılığa gəlmişdirlər. Həmin müqavilənin 2.1-ci bəndindən görünür ki, beh verən bu müqavilə ilə ödənilməsi nəzərdə tutulan puluna əlavə olaraq ödənilən 15.000 manat məbləğində pulu notariusun bankda açılan depozit hesabı vasitəsi ilə beh alana ödəyir. 2.2-ci bəndindən görünür ki, beh alan həmin məbləği qəbul edir. Müqavilənin rəsmiləşdirilməsi üzrə xərclər beh verən tərəfindən ödənilir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-8228/201 saylı xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı Sumqayıt Şəhər Məhkəməsində Cavabdeh2 qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməmişdir; xx.xx.2022-ci il tarixli qəbzə əsasən İddiaçı məhkəmədə iddia qaldırmaq üçün 160 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 390.1-ci maddəsinə əsasən, fiziki və hüquq şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər; 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445.2. və 445.2.1-ci maddələrinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 491.1-ci maddəsinə əsasən beh müqavilənin bağlanmasını təsdiq etmək və icrasını təmin etmək məqsədilə razılığa gələn tərəflərdən birinin müqavilə üzrə digər tərəfə verəcəyi ödənişlər hesabına verdiyi pul məbləğidir; 491.2-ci maddəsinə əsasən behin məbləğindən asılı olmayaraq beh haqqında razılaşma yazılı formada bağlanmalıdır; 491.3-cü maddəsinə əsasən müqavilə üzrə tərəfin verəcəyi ödənişlər hesabına ödənilmiş məbləğin beh olub-olmadığına şübhə yarandıqda, o cümlədən bu Məcəllənin 491.2-ci maddəsində müəyyənləşdirilmiş qaydaya riayət edilməməsi nəticəsində şübhə yarandıqda həmin məbləğ, əgər əksi sübuta yetirilməsə, avans kimi ödənilmiş sayılır; 492.2-ci maddəsinə əsasən əgər müqavilənin icra edilməməsi üçün beh vermiş tərəf məsuliyyət daşıyırsa, beh digər tərəfdə qalır. Əgər müqavilənin icra edilməməsi üçün beh almış tərəf məsuliyyət daşıyırsa, o, digər tərəfə behin iki mislini ödəməlidir. Bundan əlavə, müqavilənin icra edilməməsi üçün məsuliyyət daşıyan tərəf, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, beh məbləği hesaba alınmaqla, zərərin əvəzini digər tərəfə ödəməyə borcludur. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh1 arasında xx.xx.2020-ci il tarixdə bağlanmış və Bakı şəhəri 50 saylı Notariat Ofisi tərəfindən təsdiq edilmiş beh müqaviləsinin notarial qaydada təsdiq edilmiş surətinə əsasən tərəflər xx.xx.2021-ci il tarixə kimi Abşeron rayonu, 2 nömrəli tərəvəzçilik sovxozu ərazisində yerləşən, ümumi sahəsi 3 ha olan torpaq sahəsini 174.000 (bir yüz yetmiş dörd min) manat məbləğə istifadə hüquqlarının satılması barədə alqı-satqı müqaviləsi bağlamaq, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş, reyestr nömrəsi **********96, qeydiyyat nömrəsi ********** olan çıxarışa əsasən Abşeron rayonu, 2 nömrəli tərəvəzçilik sovxozu ərazisində yerləşən, ümumi sahəsi 3 ha olan torpaq sahəsi üzərində Cavabdeh1 məxsus istifadə hüquqlarının xx.xx.2021-ci (iyirmi dörd yanvar iki min iyirmi birinci) il tarixə kimi İddiaçı satmağı, İddiaçı isə göstərilən tarixə kimi həmin torpağa dair istifadə hüquqlarını almaq barədə öhdəlik götürmüşlər. Həmin müqaviləyə əsasən «Beh verən» İddiaçı gələcəkdə bağlanacaq istifadə hüquqlarının alqı-satqısına dair müqavilənin təminatı kimi «Beh alan» - Cavabdeh1 8.000 (səkkiz min) manat məbləğində pul vəsaiti ödəyir. Alıcı nəzərdə tutulan beh pulunu notariusun, bankda açılan depozit hesabı vasitəsi ilə Satıcıya ödəyir. «Beh alan» həmin məbləği qəbul edir. Tərəflərin razılaşmasına əsasən əgər müqavilənin icra edilməməsi üçün, beh vermiş tərəf məsuliyyət daşıyırsa, beh digər tərəfdə qalır. Əgər müqavilənin icra edilməməsi üçün beh almış tərəf məsuliyyət daşıyırsa, o, digər tərəfə behin iki mislini ödəməlidir. «Beh verən» əsas müqavilə rəsmiləşdirilərkən qalan 166 (bir yüz altmış altı min) manat məbləğində pul vəsaitini Satıcıya ödəməlidir. xx.xx.2021-ci il tarixli beh müqaviləsinə əlavənin 1.1-ci bəndindən görünür ki, tərəflər xx.xx.2020-ci il tarixdə bağladıqları və notarial qaydada təsdiq edilmiş, 3M-916 reyestr saylı beh müqaviləsinin 2-ci bəndində nəzərdə tutulmuş, gələcəkdə bağlanacaq torpaq sahəsinin alqı-satqı müqaviləsinin təminatı kimi beh verən - İddiaçı tərəfindən beh alan - Cavabdeh1 ödənilən behin məbləğinə 15.000 manat əlavə edilməklə həmin behin miqdarının 23.000 manat məbləğində, həmçinin müqavilənin 3-cü bəndində nəzərdə tutulmuş, alqı-satqı müqaviləsi rəsmiləşdirilərkən beh verən tərəfindən ödənilməli olan pul vəsaitinin miqdarının 151.000 manat məbləğində müəyyən edilməsi barədə razılığa gəlmişdirlər. Həmin müqavilənin 2.1-ci bəndindən görünür ki, beh verən bu müqavilə ilə ödənilməsi nəzərdə tutulan puluna əlavə olaraq ödənilən 15.000 manat məbləğində pulu notariusun bankda açılan depozit hesabı vasitəsi ilə beh alana ödəyir. 2.2-ci bəndindən görünür ki, beh alan həmin məbləği qəbul edir. Müqavilənin rəsmiləşdirilməsi üzrə xərclər beh verən tərəfindən ödənilir. İddiaçı cavabdehin xx.xx.2020-ci il tarixdə bağlanmış və Bakı şəhəri 50 saylı Notariat Ofisi tərəfindən təsdiq edilmiş beh müqaviləsi üzrə öhdəliklərini müqavilə ilə müəyyən edilmiş vaxtda icra etmədiyini bildirir və cavabdehdən aralarında bağlanmış beh müqaviləsi üzrə 46.000 manat məbləğində pul vəsaiti tələb edir. İddiaçı tərəfindən məhkəmədə iddia qaldırılması üçün 240 manat məbləğində dövlət rüsumu ödənilmiş və iddiaçı həmin məbləği cavabdehlərdən tələb edir. Beləliklə, göründüyü kimi, İddiaçı ilə Cavabdeh1 əmlakın alqı-satqısına dair müqavilənin bağlanmasını təsdiq etmək və icrasını təmin etmək məqsədilə razılığa gəlmişlər və bu məqsədlə, İddiaçı ilə Cavabdeh1 23.000 manat məbləğində beh verməklə aralarında müqavilə bağlamışlar. Lakin sonradan cavabdehlər öz üzərinə düşən işləri yerinə yetirməmişdir. Bu səbəbdən məhkəmə belə qənaətə gəlir ki, Cavabdeh1 məsuliyyət daşıdığından aldığı behin iki mislini, yəni 46.000 manat məbləğində pulu iddiaçıya ödəməlidir. Məhkəmə iddia tələbinin “mənəvi zərərin tutulması” hissəsində belə qənaətə gəlir ki, iddia tələbi bu hissədə rədd edilməlidir. Belə ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarında Plenum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Plenum eyni zamanda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Həmin qərarın 8-ci bəndində həmçinin qeyd edilmişdir ki, mənəvi zərərin ödənilməsi barədə tələblərə baxıldıqda mülki məsuliyyətin yaranması əsasları müəyyən edilməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunması, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsi, zərərvuran şəxsin təqsiri, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsi, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsi aydınlaşdırılmalıdır. Lakin məhkəmə araşdırılması zamanı iddiaçı mənəvi sarsıntı və iztirab keçirməsi ilə bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. Bu səbəbdən məhkəmə iddia tələbini mənəvi zərərin tutulması hissəsində əsassız hesab edir və rədd edilməsi qənaətinə gəlir. Digər tərəfdən məhkəmə qeyd edir ki, iddiaçının maddi ziyan tələbinin qismən təmin olunması iddiaçıya münasibətdə ədalətli kompensasiyanı əvəz edir. Belə ki, “Kletsova Rusiyaya qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli X4 Hüquqları Məhkəməsi də mübahisənin mahiyyətini, pozuntunun xarakterini nəzərə alaraq iddiaçının iddiasının təmin edilməsi barədə məhkəmə aktının qəbul edilməsini mənəvi zərərin ödənilməsinin ədalətli kompensasiyası hesab etmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin oxşar mövqeyi «Bokova Rusiya qarşı» işi üzrə xx.xx.2019-cu il tarixli Qərarında da mövcuddur. Qərarda qeyd olunur: «ərizəçiyə qarşı işə baxılarkən məhkəmə tərəfindən pozuntunun olmasının aşkar edilməsi ərizəçinin irəli sürdüyü mənəvi zərərə görə ədalətli təzminatı özünə ehtiva edir». Bundan başqa Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən iddia qaldırılması üçün ödənilmiş 160 manat məbləğində dövlət rüsumu Cavabdeh1 tutularaq İddiaçı ödənilməldir. 150 manat məbləğində hüquqi yardıma görə ödənilmiş məbləğ iddiaçı tərəfindən məhkəmə qarşısında sübuta yetirilmədiyindən təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2020-ci il tarixli beh müqaviləsi üzrə Cavabdeh1 46.000 manat məbləğində pul və 160 manat məbləğində dövlət rüsumu İddiaçı xeyrinə tutulmalıdır. İş üzrə Cavabdeh2 münasibətdə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 13 sentyabr 2022-ci il tarixli qərardadı qəbul edilmişdir. Qeyd olunanlara əsasən və habelə Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2020-ci il tarixli beh müqaviləsi və xx.xx.2021-ci il tarixli beh müqaviləsinə əlavə üzrə Cavabdeh1 46.000 (qırx altı min) manat məbləğində pul və 160 manat (bir yüz altmış) məbləğində dövlət rüsumu İddiaçı xeyrinə tutulsun. İddia tələbi qalan hissədə rədd olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar