Məhkəmə qərarları › İş №e-2(005)-2901/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №e-2(005)-2901/2024

28.06.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(005)-2901/2024 28.06.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızı, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(005)- 2901/2024 saylı qərardadından İddiaçı nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 20 000 manat məbləğində pul vəsaitinin və 150 manat dövlət rüsumunun əvəzinin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, əvvəlcədən tanıdığı Cavabdeh X1 sifariş əsasında avtomobil gətirilməsi ilə məşğul idi. O bir gün ona da əməkdaşlıq təklif edərək sərmayə verməyi qarşılığında avtomobil alıb sataraq pul qazanıb ona da xeyir verə biləcəyini dedi. O, ona bu təklifin ona da maraqlı olmasını, lakin ehtiyat etdiyini və avtomobili özündən başqa tanımadığı hansısa şəxsin adına ala bilməyəcəyini bildirib. Bundan sonra o bunun problem olmayacağını və onun ona etibarnamə verməsiylə bu problemi həll edib birbaşa onun adına avtomobilləri ala biləcəyini bildirdi. Bu məsələ ona ağlabatan gəldiyi üçün o bu təkliflə razılaşdım. Razılaşmaya əsasən o onun etibarnaməsi əsasında onun adına avtomobil alaraq ölkəyə gətirməli, bundan sonra həmin avtomobilləri təmir etdirərək satışa yararlı vəziyyətə gətirməli, daha sonra isə avtomobilin satışını onun iştirakıyla həyata keçirərək avtomobilləri satıb onun sərmayesini qaytararaq yerdə qalan gəliri bölməli idilər. Lakin o onu aldadaraq ondan 20 000 manat məbləğində pul vəsaitini alaraq iki ədəd VF1KZ0B********** ban nömrəli, Renault Megane markalı 2010-cu il buraxılışlı və KMHDC81TP8014657 ban nömrəli Hyundai İ 30 markalı, 2008-ci il buraxılışlı minik avtomobillərini almışdır. Avtomobilləri aldıqdan sonra ona verdiyi etibarnamə ilə gömrük hərəkətlərini icra etmiş və avtomobilləri Azərbaycan Respublikasında gömrük ödənişlərini edərək qeydiyyata aldırmışdır. Bundan sonra həmin avtomobillərə dair xx.xx.2022-ci il tarixində BB322739 saylı və BB322735 saylı qeydiyyat şəhadətnamələri verilmişdir. O, gömrük prosedurlarını həyata keçirmək üçün ona verdiyi etibarnamədən sui-istifadə edərək həmin avtomobilləri digər üçüncü şəxslərə satmış və əldə olunan pul vəsaitindən nə ona çatası xeyri, nə də sərmaye kimi öz pulunu ona verməmişdir. Yəni ona etdiyi etibardan sui-istifadə edərək pullarını ələ keçirmişdir. Hesab edir ki, ona məxsus olan və cavabdeh tərəfindən satılmış həmin avtomobillərin dəyəri olan pul vəsaiti cavabdehdən tutularaq ona ödənilməlidir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(005)- 2901/2024 saylı qərardadı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır. Göstərilən qərardaddan İddiaçı nümayəndəsi və vəkili Nümayəndə şikayət verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi-2(005)-2901/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadının ləğv edilməsi və işin icraata qəbul edilərək mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iddia tələbinin iddiaçının VÖEN üzrə qeydiyyatdan keçdiyi sahibkarlıq fəaliyyəti ilə əlaqəsi yoxdur. Belə ki, iddiaçı restoran və kafe işlətməsi üzrə fəaliyyət göstərsə də (VÖEN buna uyğundur) cavabdehlə razılaşdığı işin onun göstərdiyi fəaliyyətə aidiyyəti olmamışdır. Belə ki, iddiaçı vergi orqanında qeydiyyatdan keçdiyi fəaliyyətini davam etdirsə də əlavə olaraq başqa fəaliyyətlə də məşğul olmaq istədiyindən cavabdehlə mövcud razılaşmaya gəlmişdir. Həmin münasibətlər zamanı da cavabdehlə mübahisəsi yaranmışdır. İddia tələbi də konkret olaraq iddiaçının və cavabdehin öz VÖEN-ləri üzrə göstərdikləri fərdi sahibkarlıq fəaliyyətinə aidiyyəti olmadığından iddiaçı iddiasını ümumi məhkəməyə ünvanlamışdır. Məlum olduğu kimi məhkəmə aidiyyətlərinin tətbiqi ona görə edilir ki, ixtisaslaşmış və bölüşdürülmüş işlər üzrə məhkəməyə tərəflər müraciət edə bilsin və bununla da kommersiya işləri üzrə kommersiya məhkəmələri, rayon şəhər məhkəmələri üzrə rayon şəhər məhkəmələri işlərə baxsın. Nəzərə alınması zəruridir ki, bu münasibətlər üzrə iddiaçının və ya cavabdehin VÖEN-nin mövcud olması VÖEN-in təsnifat kodu və fəaliyyət növü, aralarında bağlanılmış müqavilə və ya hər hansı bir sövdələşmə mövcud olsaydı, bu sövdələşmədə mübahisələrin həlli qaydası kimi xüsusi məhkəmə göstərilsəydi o zaman Kommersiya mübahisəsi kimi əsas göstərmək olardı. İşin kommersiya məhkəməsinə aidiyyətinin müəyyən edilməsi üçün həm mübahisənin subyekt tərkibi, predmeti, həm də xarakteri məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmalıdır. Bu zaman mübahisənin hər iki tərəfinin sahibkarlıq fəaliyyəti subyekti olması və mübahisənin predmetini təşkil edən tələbin onların birlikdə və ayrılıqda həyata keçirdikləri sahibkarlıq fəaliyyətindən irəli gəlməsi tələb olunur. Fiziki şəxslər yalnız mübahisənin onların fərdi sahibkar kimi qeydiyyatdan keçməklə həyata keçirdikləri sahibkarlıq fəaliyyətindən irəli gəldiyi, korporativ tələblərlə bağlı hüquqi şəxsin iştirakçılarından biri olduqları və bir-biri ilə əlaqədar olan biri ümumi, digər isə kommersiya məhkəməsinə aid olan tələblərin birləşdirildiyi halda işə kommersiya məhkəməsində baxılmalı olduğu hallarda kommersiya mübahisəsinin subyekti qismində çıxış edə bilərlər. Hazırkı işdə isə qeyd olunan hallar aşkar olaraq müəyyən olunmur. İddia tələbinin iddiaç ilə cavabdehin vergi orqanında qeydiyyatdan keçdiyi VÖEN üzrə təsnifat koduna müvafiq fəaliyyət sahəsinə uyğun sahibkarlıq fəaliyyəti ilə əlaqəsi yoxdur. Məlum olduğu kimi məhkəmə aidiyyətlərinin tətbiqi ona görə edilir ki, ixtisaslaşmış və bölüşdürülmüş işlər üzrə məhkəməyə tərəflər müraciət edə bilsin və bununla da kommersiya işləri üzrə kommersiya məhkəmələri, rayon şəhər məhkəmələri üzrə rayon şəhər məhkəmələri işlərə baxsın. İddiaçının vergi ödəyicisi kimi qeydiyyatda olmağı isə bu məsələyə aid deyil, özünün digər sahədə göstərdiyi fəaliyyət sahəsinə aid olmuşdur. İddiaçı X2 cavabdehlər X4, X3, Azərbaycan Respublikas Əmlak Məsələləri Dövlət komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı mülki iş üzrə xx.xx.2024-cü il tarixli, e-2(102)-2439/2024 saylı qərarını vahid məhkəmə təcrübəsi kimi nümunə göstərmək olar. Məhkəmə mübahisələndirilən qərardadı, qərardaddan verilmiş şikayəti və iş materiallarını araşdıraraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Məhkəmənin mübahisələndirilən qərardadında qeyd edilmişdir ki, iddia ərizəsindən göründüyü kimi, tərəflər arasında yaranmış mübahisə kommersiya xarakteri daşıyır. Belə ki, İddiaçı vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) alaraq, fərdi sahibkar kimi qeydiyyatdan keçmişdir. Eyni zamanda Cavabdeh da vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) alaraq, fərdi sahibkar kimi qeydiyyatdan keçmişdir. Mübahisə isə sərmayə qarşılığında avtomobil satışından gəlir əldə edilməsi ilə bağlı yaranan pul tələbindən irəli gəlmişdir. Belə olan halda hazırkı mübahisəyə mübahisənin predmeti, hüquq münasibətlərinin xarakteri və subyektiv tərkibi nəzərə alınaraq ümumi məhkəmədə deyil, ərazi yurisdiksiyası üzrə müvafiq kommersiya məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.2-ci maddəsinə əsasən, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, həmin Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Mülki Prosessual Məcəllənin 31.1-ci maddəsinə görə aidiyyət qaydalarının pozulmasına yol verilmir. Bu Məcəllənin 151.1-ci maddəsinə görə iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Şikayətin dəlilləri ilə bağlı məhkəmə qeyd edir ki, “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli Qərarının 12-ci bəndinə əsasən məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrıayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Eyni Qərarın 13-cü bəndinə görə isə əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətini birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn mübahisələrdə mütləq şərt kimi mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasına diqqət yetirilməlidir (Qərarın 14-cü bəndi). Göründüyü kimi, işin kommersiya məhkəməsində baxılması üçün tərəflərin birgə sahibkarlıq fəaliyyəti həyata keçirmələri və ya onlar arasında müqavilənin olması zəruri şərt deyildir. Belə ki, yuxarıda qeyd olunduğu kimi, tərəflərin sahibkarlıq fəaliyyətini birgə və ya ayrı-ayrılıqda həyata keçirdiyi zaman əşya-hüquqi münasibətlərdən, deliktdən irəli gələn mübahisələrə də kommersiya məhkəməsində baxıla bilər. Həmçinin qeyd edilməlidir ki, fiziki şəxsin fərdi sahibkar kimi vergi orqanında uçota alınarkən göstərilən konkret fəaliyyət istiqamət(lər)i ilə deyil, qanunla qadağan edilməyən sahibkarlıq fəaliyyətinin başqa növü ilə məşğul olması işin kommersiya məhkəməsinə aidiyyətini dəyişdirmir (Qərarın 23-cü bəndi). Qeyd olunanlara əsasən məhkəmə haqlı olaraq hesab etmişdir ki, işə məhkəmə aidiyyəti üzrə ümumi məhkəmədə baxılmalı olmadığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalı, iddiaçıya məhkəmə aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə müraciət etmək hüququ izah edilməlidir. Mülki Prosessual Məcəllənin 269-cu maddəsinə əsasən şikayətə qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində yazılı icraat qaydasında baxılır. Şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir. Əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə, bu Məcəllənin 32.5-ci maddəsində nəzərdə tutulmuş qaydada aidiyyət haqqında qərardaddan şikayət verildikdə isə həmin şikayət bu Məcəllənin 403-1.5-ci maddəsinin tələbləri izah edilməklə işdə iştirak edən şəxslərə rəsmi qaydada verilir və iş kasasiya instansiyası məhkəməsinə göndərilir. Beləliklə, məhkəmə hesab edir ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(005)-2901/2024 saylı qərardadının ləğv edilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş əsaslar aşkar edilmədiyindən şikayət təmin edilməməli, şikayət 7 gün müddətində işlə birlikdə baxılmaq üçün kassasiya instansiyası məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 32.5, 152, 263-264 və 268-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(005)- 2901/2024 saylı qərardadından İddiaçı nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş şikayət təmin edilməsin. Şikayət mülki işlə birlikdə baxılması üçün Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim Nərgiz Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar