Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(005)-2909/2025 29.05.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 MMC-yə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın və müqavilənin etibarsız hesab edilməsi, qeydiyyatın ləğv edilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, Əhməd bəy Ağaoğlu 34A), açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: I. İşin halları: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 MMC-yə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın və müqavilənin etibarsız hesab edilməsi, qeydiyyatın ləğv edilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nərimanov rayonu, X4 küçəsi, giriş 52 ünvanında (çıxarışda 52 B) Cavabdeh1 və Cavabdeh2 adına verilmiş **********2-05301-083005 reyestr nömrəli xx.xx.2023-cü il tarixli çıxarışın və həmin çıxarışın verilməsinə əsas olmuş Cavabdeh3 MMC ilə həmin şəxslər arasında bağlanmış xx.xx.2023-cü il tarixli nömrəsiz saxta müqavilənin etibarsız hesab edilməsi; Bakı şəhəri, Nərimanov rayonu, X4 küçəsi, giriş 52 ünvanında (çıxarışda 52 B) Cavabdeh1 və Cavabdeh2 adına birinci və ikinci mərtəbədə qeyri-yaşayış sahəsinə mülkiyyət hüququnun qeydiyyatının ləğv edilməsi öhdəliyinin DƏDKRX Publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması; DƏDKRX Publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin **********2-05301-083005 reyestr nömrəli xx.xx.2023-cü il tarixli çıxarışın verilməsi, eləcə də Cavabdeh3 MMC-nin xx.xx.2023-cü il tarixli nömrəsiz saxta müqavilənin təsdiq edilməsi ilə əhatə olunan hərəkətlərinin qanunsuz hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. II. Vəsatət: İddiaçının nümayəndəsi və vəkili Vəkil xx.xx.2025-ci il tarixdə elektron kabinet vasitəsilə vəsatət təqdim edərək, icraatda olan e-2(004)-2909/2025 saylı mülki işin Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatında e-2(004)-355/2025 saylı mülki işə birləşdirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, iddiaçılar Cavabdeh3 MMC (VÖEN: **********), Cavabdeh1 və Cavabdeh2 Yasal Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh3 MMC ilə cavabdeh İddiaçı arasında bağlanmış xx.xx.2011-ci il tarixli 005-Q/Y saylı, xx.xx.2011-ci il tarixli 006-Q/Y saylı, 08 iyul 2016-cı il tarixli 001 saylı, 08 iyul 2016-cı il tarixli 002 saylı və xx.xx.2016-cı il tarixli 003 saylı müqavilənin və həmin müqavilələr əsasında cavabdeh İddiaçı adına verilmiş xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli, 0**********2-05301- 083001 reyestr nömrəli və xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli, 0**********2- 05301-083002 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışların etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini tələb etmişlər. Hazırda həmin ilkin iddia üzrə Yasamal Rayon Məhkəməsində iş № e- 2(004)-355/2025 saylı mülki iş hakim Ülkər xanım Xəlilin icraatında olmaqla araşdırılır. İddia tələblərimizi əsaslandıran sübutların hamışı, o cümlədən qarşılıqlı iddia ərizəsi həmin məhkəməyə təqdim edilmişdir. Hakimin xx.xx.2025-ci il tarixli qərardadına əsasən qarşılıqlı iddia ərizəsi 20 günlük müddətin ötməsi səbəbindən icraata qəbul edilməsindən imtina edilmişdir. Qanunun həmin normasından çıxış edərək hesab edir ki, müxtəlif məhkəmələrin icraatinda eyni şəxslər arasında eyni predmet üzrə və eyni əsaslarla olan həmin mülki işlər bir icraatda, ilkin iddianın verildiyi məhkəmənin icraatında birləşdirilməlidir. III. Tərəflərin mövqeyi: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili vəsatəti müdafiə edərək, mülki işlərin birləşdirilməsi barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 MMC-nin nümayəndəsi mülki işlərin birləşdirilməsi barədə vəsatətə etiraz edərək, onun təmin olunmamasını məhkəmədən xahiş etdi. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, digər cavabdehlər məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə hazırki hazırlıq iclasının digər cavabdehlərin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. IV. Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Məhkəmə iddiaçının nümayəndəsi və vəkili, cavabdehin nümayəndəsini dinləyib, iddiaçının nümayəndəsi və vəkilinin vəsatətini, iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin icratında olan e-2(005)-2909/2025 saylı mülki iş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatında olan e-2(004)-355/2025 saylı mülki işə birləşdirilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prossesual Məcələsinin: - 43-cü maddəsinə əsasən əgər müxtəlif məhkəmələrin icraatında olan işlər biri-biri ilə əlaqəlidirsə, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və qətnamə çıxarılmalıdır. Bu məqsədlə iş (işlər) bir-biri ilə əlaqəli işlərdən birini ilkin olaraq icraata qəbul etmiş məhkəməyə göndərilməlidir. Bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. - 169.3-cü maddəsinə əsasən hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. -169.4-cü maddəsinə əsasən bu Məcəllənin 169.1-169.3-cü maddələrində göstərilən hərəkətləri hakim çəkişmə prinsipinə əməl etməklə həmin məsələ üzrə işdə iştirak edən şəxsləri dinlədikdən sonra edə bilər. İş materiallarından görünür ki, hazırki iş üzrə iddia tələbi Bakı şəhəri, Nərimanov rayonu, X4 küçəsi, giriş 52 ünvanında (çıxarışda 52 B) Cavabdeh1 və Cavabdeh2 adına verilmiş **********2-05301-083005 reyestr nömrəli xx.xx.2023-cü il tarixli çıxarışın və həmin çıxarışın verilməsinə əsas olmuş Cavabdeh3 MMC ilə həmin şəxslər arasında bağlanmış xx.xx.2023-cü il tarixli nömrəsiz müqavilənin etibarsız hesab edilməsi; həmin ünvanda cavabdehlərin adına birinci və ikinci mərtəbədə qeyri-yaşayış sahəsinə mülkiyyət hüququnun qeydiyyatının ləğv edilməsi öhdəliyinin DƏDKRX Publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması və s. barədədir. Digər tərəfdən məhkəmə tərəfindən iş materiallarına əlavə olunmuş sənədlərlə müəyyən olunmuşdur ki: - iddiaçılar Cavabdeh1, Cavabdeh3 MMC və Cavabdeh2 cavabdeh İddiaçı qarşı “çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, iddiaçı Cavabdeh3 MMC ilə cavabdeh İddiaçı arasında bağlanmış xx.xx.2011-ci il tarixli 005- Q/Y saylı, xx.xx.2011-ci il tarixli 006-Q/Y saylı, 08 iyul 2016-cı il tarixli 001 saylı, 08 iyul 2016-cı il tarixli 002 saylı və xx.xx.2016-cı il tarixli 003 saylı saylı müqavilənin və həmin müqavilələr əsasında cavabdeh İddiaçı adına verilmiş xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli, 0**********2-05301-083001 reyestr nömrəli və xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli, 0**********2-05301- 083002 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışların etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. (mülki iş № e-2(004)-355/2025). - cavabdeh Əliyeva X1 İlham Almas oğlu, Cavabdeh3 MMC və Cavabdeh2 və DƏDKRX PHŞ 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “müqavilənin etibarsız hesab edilməsi və öhdəliyin qoyulması” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixdə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. - bununla belə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-355/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı ilə iddiaçılar Cavabdeh1, Cavabdeh3 MMC və Cavabdeh2 cavabdehlər İddiaçı və X3 qarşı “çıxarışın etibarsız hesab edilməsi və pul” tələbinə dair iddia ərizəsi üzrə cavabdeh İddiaçı tərəfindən verilmiş “müqavilənin etibarsız hesab edilməsi və öhdəliyin qoyulması” tələbinə dair qarşılıqlı iddia ərizəsi – qarşılıqlı iddia ərizəsi verilməsi müddətinin ötürülməsi əsası ilə geri qaytarılmışdır. Bu səbəbdən İddiaçı müstəqil iddia tələbi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət etmişdir. Konstitusiya Məhkəməsi Plenumunun M.Xocalıyevin şikayəti üzrə 2014-cü il 9 iyul tarixli Qərarına əsasən, prosessual qənaət prinsipi məhkəmə proseslərinin uzadılmasının aradan qaldırılmasına, bir sıra prosessual institutların münasib hala gətirilməsinə, onların qanunvericiliklə daha dəqiq tənzimlənməsinə yönəlmişdir. Məhkəmə mülki işlər üzrə iddiaların əsası və predmeti, irəli sürülmüş iddia tələbləri arasında əlaqə və bağlılığın olduğunu, habelə tərəflərin eyni olmasını nəzərə alaraq hesab edir ki, mülki işlər bir-biri ilə əlaqəlidir. İşlərin birləşdirilməsi ədalət mühakiməsinin düzgün həyata keçirilməsini, həmçinin prossesual qənaət prinsipi baxımından işlərə bir icraatda baxılması mövcud olan mübahisəyə daha tez və obyektiv hüquqi qiymət verilməsini təmin edə bilər. Bu baxımdan, mülki işlərin birləşdirilməsi məqsədəmüvafiqdir və onlar birlikdə baxılmaq üçün bir icraatda birləşdirməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, hazırkı mülki mübahisə üzrə e-2(005)- 2909/2025 saylı mülki iş daha sonra (xx.xx.2025-ci il tarixdə) icraata qəbul olunduğundan e-2(005)-2909/2025 saylı mülki iş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatında olan, daha əvvəl icraata qəbul edilmiş e-2(004)-355/2025 saylı mülki işə birləşdirilməlidir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, vəsatət təmin edilməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin icratında olan İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 MMC-yə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın və müqavilənin etibarsız hesab edilməsi, qeydiyyatın ləğv edilməsi və s.” tələbinə dair iddia ərizəsi üzrə e-2(005)- 2909/2025 saylı mülki iş Bakı şəhəri Yasamal Rayon məhkəməsinin icraatına ilkin olaraq daxil olmuş iddiaçılar Cavabdeh1, Cavabdeh3 MMC və Cavabdeh2 cavabdehlər İddiaçı və X3 qarşı “çıxarışın etibarsız hesab edilməsi və pul” tələbinə dair iddia ərizəsi üzrə e- 2(004)-355/2025 saylı mülki işə birləşdirilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 267.1-ci maddəsinə əsasən, məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər. Həmin Məcəllənin 395.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslər qətnamədən ayrılıqda birinci instansiya məhkəmələrinin qərardadlarından bu məcəllədə göstərilən hallarda və məhkəmənin qərardadı işin sonrakı hərəkətinə mane olduqda şikayət verə bilərlər. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 169, 263-264, 267-268 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Vəsatət təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin icratında olan İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 MMC-yə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın və müqavilənin etibarsız hesab edilməsi, qeydiyyatın ləğv edilməsi və s.” tələbinə dair iddia ərizəsi üzrə e-2(005)-2909/2025 saylı mülki iş Bakı şəhəri Yasamal Rayon məhkəməsinin icraatına ilkin olaraq daxil olmuş iddiaçılar Cavabdeh1, Cavabdeh3 MMC və Cavabdeh2 cavabdehlər İddiaçı və X3 qarşı “müqavilənin, çıxarışın etibarsız hesab edilməsi və pul” tələbinə dair iddia ərizəsi üzrə e-2(004)-355/2025 saylı mülki işə birləşdirilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim Səbinə Nuriyeva
Məhkəmə qərarları › İş №e-2(005)-2909/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №e-2(005)-2909/2025
29.05.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver