Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-292/2024 02.08.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Ramin Nizaməddin oğlunun sədrliyi Məhkəmə iclasının katibi Cəfərov Davud Rauf oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdeh1 nümayəndəsi Nümayəndə3, Cavabdeh "xxxx" ASC-nin nümayəndələri Araz Alakhverdiyev və X6 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1nə və "xxxx" MMC-yə qarşı istehsalda baş vermiş bədbəxt hadisə nəticəsində sağlamlığa vurulmuş maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1nə qarşı istehsalda baş vermiş bədbəxt hadisə nəticəsində sağlamlığa vurulmuş maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, istehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində sağlamlığına vurulmuş 3024 manat maddi zərərin, ona dəymiş mənəvi zərərin kompensasiyası kimi 5000 manat məbləğində pulun, hüquqi yardım alınması ilə bağlı vəkilə ödənilmiş 100 manatın, mediasiya xərci kimi ödənilmiş 50 manatın, etibarnamə alınması ilə əlaqədar ödədiyi 17,25 manatın, ümumilikdə 8191,25 manat məbləğində pulun Cavabdeh1ndən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, "xxxx" MMC-də çilingər vəzifəsində işləmişdir. xx.xx.2019-cu il tarixdə əmr əsasında təhkim olunduğu Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən 124 saylı marşrut xəttinin sonuncu dayanacağında yerləşən dispetçer məntəqəsinə işə çıxmışdır. Təxminən saat 13:45 radələrində 124 saylı marşrut üzrə işləyən “Daewoo” markalı, **-TE-*** dövlət qeydiyyat nişanlı avtobusun sürücüsü X5 dispetçer X13 avtobusun əyləc sistemində nasazlıq yarandığını bildirmişdir. S.Əliyev isə ona müraciət etməsini, nasazlığın aradan qaldırılması mümkün olmadıqda isə təmir üçün qaraja göndəriləcəyini bildirmişdir. Ə.Babayev ona yaxınlaşaraq qabaq təkərlərin əyləc sistemində nasazlıq olduğunu bildirmiş və nasazlığın aradan qaldırlmasını xahiş etmişdir. O, sürücü Ə.Babayevə idarə etdiyi avtomaşının sükanını sağ tərəfə döndərməsini bildirmiş, avtobusun əyləc sistemini tənzimləməyə başlamışdır. Bu zaman sürücü işlək vəziyyətdə saxladığı avtobusu irəli hərəkət etdirmiş və avtobusun təkəri ona dəyərək xəsarət yetirmişdir. Həmin vaxt qışqırdıqda, sürücü avtobusu arxaya vermiş və yenidən sağ əl və ayağının, eləcə də ombasının üstündən keçərək təkrar xəsarət yetirmişdir. X23 tərəfindən təqdim edilmiş xx.xx.2019-cu il tarixli, 1760 saylı arayışda onun “Müştərək travma. Sağ sirkə kasasının arxa kənarının qapalı yerdəyişən sınığı və budun arxaya çıxığı. Sağ mil sümüyünün tipik yerinin və sağdan V ayaq darağının sümüyünün əsasının qapalı yerdəyişməyən sınığı. Döş qəfəsinin küt travması” diaqnozu ilə xəsarət aldığı göstərilmişdir. Bundan sonra baş vermiş hadisə tədqiq edilərək, xx.xx.2019-cu il tarixdə “İstehsalatda bədbəxt hadisə haqqında”, 01/2019 saylı Akt tərtib edilmişdir. İstehsalatda baş vermiş qeyd olunan hadisə baş verdikdən sonra məcbur olub, müxtəlif tibb müəssisələrində müayinə və müalicə keçmiş, eləcə də bir neçə cərrahi əməliyyatına məruz qalmışdır. Tərəfindən cavabdeh "xxxx" MMC və Cavabdeh2 Sığorta Şirkəti ASC-yə qarşı “istehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində sağlamlığa vurulmuş maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Suraxanı Rayon Məhkəməsinə müraciət edilmiş, Suraxanı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(010)-3652/2020 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh2 Sığorta Şirkəti ASC-dən 3116 manat məbləğində pulun tutularaq ona verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən və Cavabdeh2 Sığorta Şirkəti ASC tərəfindən apelyasiya şikayəti verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 059/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə onun apellyasiya şikayətinin qismən, Cavabdeh2 Sığorta Şirkəti ASC-nin apelyasiya şikayətinin tam təmin edilməsi, Suraxanı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(010)- 3652/2020 saylı qətnaməsinin ləğv edilməsi və iş üzrə yeni qətnamə qəbul edilməsi, iddia tələbinin qismən təmin edilməsi, cavabdeh "xxxx" MMC-dən 3116 manat məbləğində pulun tutularaq İddiaçı verilməsi qət edilmişdir. Bundan sonra Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi qanuni qüvvəsini alaraq, icra sənədi icra edilməsi üçün Sabunçu rayon İcra Şöbəsinə göndərilmişdir. xx.xx.2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(103)-059/2022 saylı icra sənədi icra edilərək, Cavabdeh1 tərəfindən ona ödənilməli olan 3116 manat məbləğində pul ödənilmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Avtomobil nəqliyyatı sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” xx.xx.2021-ci il tarixli Fərmanına əsasən Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Cavabdeh1 publik hüquqi şəxs yaradılmış və Publik hüquqi şəxs "xxxx"nin hüquqi varisidir. İstehsalatda qeyd etdiyi hadisə baş verdikdən sonra Stimul hospitalında 2-ci cərrahi əməliyyata məruz qalmış və yalnız əməliyyat üçün zəruri olan avadanlıqlara və müayinələrinə 3024 manat məbləğində xərc çəkmişdir. Tərəfindən xx.xx.2023-cü il tarixli pretenziya ilə Cavabdeh1nə müraciət edilərək, 5 gün ərzində ona xəsarət yetirilməsi, eləcə də sağlamlığının korlanması nəticəsində dəymiş maddi zərərin məbləği olaraq 3024 manat məbləğində pulun ödənilməsi təklif edilmiş, əks halda mövcud qanunvericiliyə əsasən məhkəməyə müraciət etmək məcburiyyətində qalacağı bildirilmişdir. Cavabdeh təşkilat tərəfindən müraciətinə hər hansı bir cavab verilməmişdir. Cavabdehin təqsiri ucbatından sağlamlığına zərər vurulması, bunun nəticəsində sağlamlığını itirməyi, əməliyyata məruz qalmağı, məcburən uzun müddət ərzində başqalarının yardımı ilə hərəkət etməyi, əlil statusu almağı, eləcə də cavabdeh təşkilatın vurulmuş zərərin ödənilməsi istiqamətində könüllü olaraq demək olar ki, heç bir addım atmaması və sair hallar onu alçaltmış, özünə, etdiyi hərəkətlərə inamsızlıq və hörmətsizlik hissi yaratmışdır. Göstərilənlərə əsasən həm də mənəvi ziyan vurulmuşdur. Cavabdeh tərəfindən vurulmuş mənəvi ziyanı simvolik olaraq 5000 manat məbləğində qiymətləndirir. Həmin pul da cavabdehdən alınaraq ona ödənilməlidir. Daha sonra iddiaçı iddia ərizəsinə əlavə təqdim edərək, eyni tələbi Cavabdeh1 və "xxxx" MMC-yə qarşı yönəltmişdir. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 iddia tələbini müdafiə edib, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh1 nümayəndəsi Nümayəndə3 iddia tələbini qəbul etməyərək rədd edilməsini xahiş etdi. Cavabdeh "xxxx" ASC-nin nümayəndələri Araz Alakhverdiyev və X14 iddia tələbinin əsassız olduğunu, iddiaçıya bütün sığorta ödənişlərinin edildiyini bildirdilər və iddianın rədd edilməsini xahiş etdilər. Cavabdeh1 məhkəməyə təqdim etdiyi iddia ərizəsinə etirazda cavabdeh mənəvi zərərin tutulması ilə bağlı qeyd edir ki, bu tələbə Suraxanı Rayon Məhkəməsində baxılmış, mənəvi ziyanın tutulması hissəsində iddia tələbi təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi həmin hissədə qətnaməni dəyişdirmədən saxlamışdır. Cavabdehdən iddiaçının xeyrinə 3116 manat maddi ziyanın tutulması qət edilmiş, həmin hissədə qətnamə tam icra edilmişdir. İstehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində sağlamlığına vurulmuş 3024 manat pulun tutulması barədə qeyd etmişdir ki, "xxxx" MMCnin xx.xx.2021-ci il tarixli qəbzindən görünür ki, o, 3000 manata əşyalar almışdır. Lakinəşyaların nə üçün, hansı məqsədlə alındığı məlum deyil. Bundan əlavə qeyd edir ki, iddiaçı daha əvvəl məhkəməyə müraciət edərkən, iddia tələbinin həcmini artırmamış bu pulu tələb etməmişdir. Daha sonra cavabdeh etiraza əlavə təqdim edərək bildirmişdir ki, Cavabdeh1 "xxxx" MMC-nin hüquqi varisi deyil. Bununla bağlı ölkə Prezidentinin 11 oktyabr 2021-ci il tarixli 1462 və 1463 saylı iki Fərmanı mövcuddur, həmçinin xx.xx.2024-cü il tarixli, 2-2(102)- 131/2024 saylı Ali Məhkəmənin qərarında da bu mövqe əks olunmuşdur. Bunda əlavə keçirilmiş ekspertiza əsasında verilmiş ekspert rəyi ilə bağlı qeyd etmişdir ki, iddiaçının keçirdiyi əməliyyat ilə bədbəxt hadisənin səbəbli əlaqəsinin olması təsdiqlənmir. xx.xx.2021-ci il tarixdə İddiaçı üzərində aparılmış “sol bud-çanaq oynağının endoprotezləşməsi” əməliyyatının aparılmasının səbəbi birinci aparılmış əməliyyatın uğursuzluğunun nəticəsidirmi, yoxsa tibbi cəhətdən ikinci əməliyyat aparılmalı idimi sualına ekspert digər əməliyyatın zəruriyyətinin istisna edildiyini bildirmişdir. Məhkəmə iş üzrə proses iştirakçılarının izahatlarını təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia tələbi qismən edilməlidir. Belə ki, iş materialları və tərəflərin təqdim etdiyi sübutlar ilə aşağıdakılar müəyyən edilir: “İstehsalatda bədbəxt hadisə haqqında” xx.xx.2019-cu il tarixli, 01/2019 nömrəli Aktdan görünür ki, İddiaçı xx.xx.2019-cu il tarixdə əmr əsasında təhkim olunduğu Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən 124 saylı marşrut xəttinin sonuncu dayanacağında yerləşən dispetçer məntəqəsində işə çıxmışdır. Təxminən saat 13:45 radələrində 124 saylı marşrut üzrə işləyən “Daewo” markalı, 10- TE846 dövlət qeydiyyat nişanlı avtobusun sürücüsü X4 dispetçer X15 avtobusun əyləc sistemində nasazlıq yarandığını bildirmişdir. S.Əliyev isə ona müraciət etməsini, nasazlığın aradan qaldırılması mümkün olmadıqda isə təmir üçün qaraja göndəriləcəyini bildirmişdir. Ə.Babayev ona yaxınlaşaraq qabaq təkərlərin əyləc sistemində nasazlıq olduğunu bildirmiş və nasazlığın aradan qaldırılmasını xahiş etmişdir. O, sürücü Ə.Babayevə idarə etdiyi avtomaşının sükanını sağ tərəfə döndərməsini bildirib avtobusun əyləc sistemini tənzimləməyə başlamışdır. Bu zaman sürücü işlək vəziyyətdə saxladığı avtobusu irəli hərəkət etdirmiş və avtobusun təkəri ona dəyərək xəsarət yetirmişdir. Həmin vaxt o qışqırdıqda sürücü avtobusu arxaya vermiş və yenidən sağ əl və ayağının, eləcə də ombasının üstündən keçərək ona təkrar xəsarət yetirmişdir. X23 tərəfindən təqdim edilmiş xx.xx.2019-cu il tarixli, 1760 saylı arayışda onun “Müştərək travma. Sağ sirkə kasasının arxa kənarıınn qapalı yerdəyişən sınığı və budun arxa çıxığı. Sağ mil sümüyünün tipik yerinin və sağdan V ayaq darağının sümüyünün əsasının qapalı yerdəyişməyən sınığı. Döş qəfəsinin küt travması” diaqnozu ilə xəsarət aldığı göstərilmişdir; "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli qəbzindən görünür ki, İddiaçı adlı xəstəyə 3000 manat məbləğində 5 adda tibbi məhsul (mal) verilmişdir; "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, İddiaçı cərrahi əməliyyatda istifadə olunan protezlər Türkiyə Respublikasının "xxxx" endropez şirkətinə məxsusdur. MMC qanunvericiliyə uyğun həmin şirkətin mallarının idxalını həyata keçirir. İddiaçı cərrahi əməliyyatı zamanı istifadə olunan protezlərin ümumi dəyəri 3000 manat təşkil etmişdir; Stimul Hospitalın 31 nömrəli məktubundan görünür ki, xx.xx.2021-ci il tarixdə İddiaçı hospitala müraciət etmişdir. Ona “Sol bud-çanaq oynağının endoprotezləşməsi” əməliyyatı icra edilmişdir; Məhkəmə-Tibbi Ekspertiza və X10 X19 KEŞ-162 saylı, xx.xx.2024-cü il tarixli ekspert rəyi ilə müəyyən edilir: “İstehsalda bədbəxt hadisə” haqqında 01/2019 nömrəli aktdan görünür ki, İddiaçı xx.xx.2019-cu il tarixdə xəsarət almışdır. Bununla əlaqədar ilkin olaraq “X23”də, daha sonra “ATU-nun X8”nda və “Stimul Hospital”da stasionar müayinə və müalicələrdə olmuşdur. Tibbi sənədlərə əsasən İddiaçı üzərində xx.xx.2021-ci il tarixdə “Stimul Hospital”da “Sol bud-çanaq oynağının total endoprotezləşməsi” cərrahiyyə əməliyyatı icra edilmişdir. İcra edilmiş əməliyyat İddiaçı almış olduğu travmanın xarakterindən asılı olaraq zaman keçdikcə oynaqda yaranmış artrozla bağlı ola bilərdi. İddiaçı üzərində ilkin mərhələdə “Sol dudun çıxığının yerinə salınması” (“X23”), daha sonra “Sirkə kəsasının osteosintezi” (“ATU-nun X8”) və sonda “Sol bud-çanaq oynağının total endoprotezləşməsi” (“Stimul Hospital”) kimi tibbi müdaxilələrin aparılması qeyd edilmişdir. Tibbi praktikada yuxarıda sadalanan müdaxilələrin hər biri ayrı-ayrılıqda aparı bilər və “Osteosintez” əməliyyatı nəticəsində olduqda “Endoprotez” əməliyyatı icra olunur. Qeyd olunanları nəzərə alaraq xx.xx.2021-ci il tarixə İddiaçı üzərində aparılmış “Sol budçanaq oynağının endoprotezləşməsi” əməliyyatı ilə daha əvvəl aparılmış “Sirkə kasasının osteosintezi” əməliyyatı arasında səbəbli əlaqənin olması istisna edilir. “Bakı Şəhər Təcili və X3”nın Statistika şöbəsindən verilmiş 3828 saylı "Müşayiət vərəqi"nin kserosurətindən görünür ki, xx.xx.2019-cu il tarixdə saat 13-da İddiaçı Mirasul oğlunun adına BŞT va TTYS-nın 15 saylı bölməsinə çağırış olmuşdur. Çağırış yerinə gəldikdə: xəstənin deməsinə görə, yıxılıb. BŞT və TTYS-nın həkiminin diaqnozu: "Döş qəfəsinin küt travması, Sol bud sümük başının çıxığı". Xəstəyə müvafiq tibbi yardım edildi. Ətraf immobilizasiya edildi. Sol. Analgin + Dimedrol inyeksiya edildi. Saat 14-də xəstə xarəkdə "X21 çatdırıldı. “X23”də tərtib edilmiş C4502 saylı “Xəstəlik tarixi”nin kserosurətindən görünür ki, İddiaçı xx.xx.2019-cu il tarixdə, saat 14-də TTY maşını ilə Klinikanın Travmatologiya şöbəsinə gətirilib. Daxil olarkən şikayətləri sol bud-çanaqda, sağ biləkdə va ayaq pəncəsində ağrılardandır. Deməsinə görə, Lökbatan qəsəbəsində yıxılma nəticəsində travma alıb. xx.xx.2019-cu il tarixdə yenidən məlumat verdi ki, Lökbatanda 124 saylı Avtobusun axırıncı dayanacağında maşın üstündən keçib. Hüquq mühafizə orqanlarına məlumat verildi. Obyektiv müayinədə dəri və görünən selikli qişaların rəngi normaldır. AT- 120/70mm.c.st., nəbzi dolğun və ritmiki, dəqiqədə 84 vurğudur. Tənəffüsü spontan, təminedicidir. Auskultasiyada ağciyərlər üzərində vezikulyar tənəffüs eşidilir. Qarnı palpasiyada yumşaqdır. Qaraciyər və dalaq əllənmir. Pasternatski simptomu mənfidir. Yerli müayinədə sol aşağı ətraf içəri rotasiya vəziyyətindədir. Ətraflarda qısalıq var. Sağ mil bilək və ayaq pəncəsi ağrılıdır. xx.xx.2019-cu il tarixli USM-də: “Qarın boşluğunda maye, travmatik dəyişiklik yoxdur”. Sağ mil-bilək oynağının 2 proyeksiyalı R-qrammasında: “Mil sümüyünün tipik yerinin yerdəyişməyən sınığı”. Sağ pəncənin R-qramıtmasında “Sol budçanaq oynağının R-qramımasında: “Budun cıxığı va sirka kasarmın arxa kansrının yerdəyişən sınığı”. Daxili anesteziya altında Koser üsulu ila çıxıq yerina salındı. Qama qabarından mil keçmakla atraf skelet dartmasına qoyuldu. xx.xx.2019-cu il tarixli EKQ-da: “Hiss dastasinin sağ ayaqcığının natamam blokadası, Miokardın mülayim dəyişikliyi” 20xx.xx.2019-cu il tarixlərda xəstənin ümumi vəziyyəti kafidir. Şikayəti sol bud-çanaq oynağında olan ağrıdandır. xx.xx.2019-cu il tarixdə xəstənin ümumi vəziyyəti kafidir. Şikayati eynidir. Sol aşağı ətrafda olan skelet dartması çıxarıldı. Xəstənin özü və yaxınları cərrahi əməliyyatdan imtina etdilar. Xəstənin oğlunun və özünün deməsinə görə, xəstəni başqa klinikaya aparırlar. Saat 09-da xəstə evə yazıldı. Son kliniki diaqnoz: “Müştərək travma; Sağ sirkə kasasının arsa kanarının qapalı yerdəyişən sınığı və budun arxaya çıxığı, Sağ mil sümüyünün tipik yerinin və V ayaqdarağı sümüyünün ətrafının qapalı yerdəyişməyən sınığı: Döş qəfəsinin küt travması”. "xxxx" MMC tərəfindən xx.xx.2019-cu il tarixdə tərtib edilmiş “İstehsalatda bədbəxt hadisə haqqında Akt. № 01/2019” kserosurətindən görünür ki, “...Bədbəxt hadisənin baş verdiyi yer Qaradağ rayonu, Lökbatan qəsəbəsi. X1. Peşəsi (vazifasi) - İİ dərəcəli çilingər. Bədbəxt hadisə baş verərkən yerinə yetirdiyi peşə (vəzifə) üzrə iş stajı 1 il 2 ay. Axırıncı dəfə əməyin təhlükəsizliyi üzrə keçirilən təlimatın tarixi xx.xx.2019-cu il. Bədbəxt hadisənin baş vermə tarixi və vaxtı – xx.xx.2019-cu il saat 14. Bədbəxt hadisənin təfsilatı "xxxx" MMC-nin çilingəri İddiaçı xx.xx.2019-cu il tarixdə əmr əsasında təhkim olunduğu Bakı səhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən 124 saylı marşrut xəttinin sonuncu dayanacağında yerləşən dispetçer məntəqəsinə işə çıxmışdır. Təxminən saat 135 radələrində 124 saylı marşrut üzrə işləyən “Daewoo” markalı **-TE-*** dövlət qeydiyyat nişanlı avtobusun sürücüsü X5 dispetçer X13 avtobusun əyləc sistemində nasazlıq yarandığını bildirmişdir. S.Əliyev ona ərazidəki çilingər İddiaçı müraciət etməsini, nasazlığın aradan qaldırılması mümkün olmadıqda isə, təmir üçün qaraja göndəriləcəyini bildirmişdir. Ə.Babayev çilingər İddiaçı yaxınlaşaraq qabaq təkərlərin əyləc sistemində nasızlıq olduğunu bildirmiş və nasazlığın aradan qaldırılmasını xahiş etmişdir. Çilingar İddiaçı sürücü Ə.Babayevə idarə etdiyi avtobusun sükanını sağ tərəfə döndərməsini bildirmiş, özü isə avtobusun sağ tərəfinə keçərək əylə sistemini tənzimləməyə başlamışdır. Bu zaman sürücü ani olaraq işlək vəziyyətdə saxladığı avtobusu irəli hərəkət etdirmiş və avtobusun təkəri əyləc sistemini tənzimləyən çilingər Ə.Qasımova dəyərək ona xəsarət yetirmişdir. Ə.Qasımovun qışqırıq səsinə sürücü avtobusu geri doğru hərəkət etdirmiş, avtobusdan aşağı düşdükdə onun xəsarət aldığını gördüyü üçün təcili yardıma və rəhbərliyə məlumat vermişdir. Hadisə yerinə gəlmiş təcili yardım briqadası tərəfindən Ə.Qasımov Bakı şəhərində yerləşən “X23”ə aparılmışdır. “X23”dən təqdim edilmiş xx.xx.2019-cu il tarixli, 1760 nömrəli məktubda İddiaçı “Müştərək travma. Sağ sirkə kasasının arxa kənarının qapalı yerdəyişən sınığı və budun arxaya çıxığı. Sağ mil sümüyünün tipik yerinin və sağdan V ayaq darağının sümüyünün əsasının qapalı yerdəyişməyən sınığı. Döş qəfəsinin küt travması” diaqnozlu xəsarət aldığı göstərilmişdir. Bədbəxt hadisənin səbəbi – "xxxx" MMC-nin rəhbərliyi tərəfindən təsdiq edilmiş “Sürücülərin marşrut xəttində təhlükəsiz işləməsinə dar Təlimat”ın 28-ci bəndinin (avtobusda olan nasazlığı aradan qaldırmağa başlamazdan əvvəl avtobusun mühərrikini söndürməli, sürətlər qutusunun dəstəyi neytral sürət ötürücüsü ilə birləşdirilməli, əl əyləcini çəkməli, avtobusa tam baxış keçirməlidir) və 29-cu bəndinin (texniki xidmət və təmir zamanı təhlükəsizlik texnikası qaydalarına əməl etməli, təkərlərin qabaq və arxasına dayaqların qoyulmasına nəzarət etməlidir) tələblərinə riayət olunmaması. "xxxx" MMC-nin rəhbərliyi tərəfindən təsdiq edilmiş “Avtodəstə rəisinin vəzifə təlimatı”nın “Vəzifə borcu” bölməsinin 13-cü bəndinin (Sürücülərlə istehsalat təlimatının keçirilməsini həyata keçirir, onların istehsalat və əmək intizamına, yol hərəkəti, əməyin mühafizəsi və təhlükəsizlil texnikası qaydalarına ciddi riayət etmələrinə nəzarət edir) tələblərinə riayət edilməməsi. Əmək qanunvericiliyinin pozuntusuna yol vermiş şəxslər Babayev". Salah Ələsgərov, Ələkbər Babayev. “Stimul Hospital”dan verilmiş 10150/21 saylı “Xəstəlik tarixindən çıxarış Epikrizi”ndən görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək “Sol bud-çanaq oynağının acetabuloplastikadan sonrakı vəziyyəti; Sol bud-çanaq oynağının artrozu" diaqnozu ilə Hospitalda müayinə və müalicədə olmuşdur. Bud-çanaq oynağının Rentgen müayinəsində diaqnoz təsdiqlənmiş, xx.xx.2021-ci il tarixdə Spinal anesteziya altında xəstəyə “Sol bud-çanaq oynağının total endoprotezləşməsi” cərrahiyyə əməliyyatı icra edilmişdir. Nəticə : “İstehsalatda bədbəxt hadisə haqqında 01/2019 nömrəli akt dan görünür ki, Ağanabi Qasımov xx.xx.2019-cu il tarixdə xəsarət almışdır. Bununla əlaqədar ilkin olaraq “X23”də, daha sonra “ATU-nun X8”nda və “Stimul Hospital”da stasionar müayinə və müalicələrdə olmuşdur. Tibbi sənədlərə əsasən, İddiaçı üzərində xx.xx.2021-ci il tarixdə “Stimul Hospital”da “Sol bud-çanaq oynağının total endoprotezləşməsi” cərrahiyyə əməliyyatı icra edilmişdir. İcra edilmiş əməliyyat İddiaçı almış olduğu travmanın xarakterindən asılı olaraq zaman keçdikcə oynaqda yaranmış artrozla bağlı ola bilərdi. Onun üzərində ilkin mərhələdə “Sol budun çıxığının yerinə salınması” (“X23”), daha sonra “Sirkə kəsasının osteosintezi” (“ATU- X8”) və sonda “Sol bud-çanaq oynağının total doprotezləşməsi” (“Stimul Hospital”) kimi tibbi müdaxilələrin aparılması qeyd edilmişdir. Tibbi praktikada yuxarıda sadalanan müdaxilərin hər biri ayrı-ayrılıqda aparıla bilər və “Osteosintez” əməliyyatı nəticəsiz olduqda “Endoprotez” əməliyyatı icra olunur. Beləliklə, qeyd olunanları nəzərə alaraq xx.xx.2021-ci il tarixdə İddiaçı üzərində aparılmış “Sol bud-çanaq oynağının endoprotezləşməsi” əməliyyatı ilə daha əvvəl aparılmış “Sirkə kasasının osteosintezi” əməliyyatı arasında səbəbli əlaqənin olması istisna edilir. Cavabdeh2 Sığorta Şirkəti ASC ilə 3 nömrəli Bakı Avtonəqliyyat Müəssisəsi MMC arasında bağlanılmış xx.xx.2014-cü il tarixli, QAL-00011106 saylı icbari həyat sığorta müqaviləsi ilə əlaqədar xx.xx.2022-ci il tarixli, İA-009/22 saylı sığorta ödənişi barədə aktdan görünür ki, 14886,83 manat sığorta ödənişi sığorta olunanın təqdim edilmiş hesabına köçürmə yolu ilə ödənilir. (ödəniş tapşırığı xx.xx.2022, № 603 Xalq Bank ASC) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1059/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki: İddiaçı cavabdehlər "xxxx" MMC və Cavabdeh2 Sığorta Şirkəti ASC-yə qaşrı “istehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində sağlamlığa vurulmuş maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(010)-3652/2020 saylı qətnaməsindən iddiaçı və Cavabdeh2 Sığorta Şirkəti ASC tərəfindən verilmiş apelyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxılmışdır. İddiaçı iddia ərizəsi, daha sonra iddia ərizəsinə əlavə barədə ərizə ilə məhkəməyə müraciət edərək, istehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində sağlamlığına vurulmuş 3500 manat maddi zərərin və ona dəymiş mənəvi zərərin kompensasiyası kimi 10000 manat məbləğində pulun, ümumilikdə 13500 manat məbləğində pulun cavabdehlərdən müştərək qaydada tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(010)- 3652/2020 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh2 Sığorta Şirkəti ASC-dən 3116 manat məbləğində pulun tutularaq İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən iddiaçı və Cavabdeh2 Sığorta Şirkəti ASC tərəfindən apelyasiya şikayəti verilmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(103)- 3270/2021 saylı qətnaməsi ilə İddiaçı apelyasiya şikayəti təmin edilməmiş, Cavabdeh2 Sığorta Şirkəti ASC-nin apelyasiya şikayəti təmin edilmiş, Suraxanı Rayon Məhkəməsinin 2(010)-3652/2020 saylı iş üzrə xx.xx.2020-ci il tarixli qətnaməsinin “Cavabdeh2 Sığorta Şirkəti ASC-dən 3116 manatın tutularaq İddiaçı verilməsi” hissəsində ləğv olunması, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməklə, İddiaçı cavabdehlər "xxxx" MMC və Cavabdeh2 Sığorta Şirkəti ASC-yə qarşı “istehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində sağlamlığa vurulmuş maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi” barədə iddia tələblərinin Cavabdeh2 Sığorta Şirkəti ASC-yə münasibətdə də rədd olunması, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsini Mülki kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(102)- 5062/2021 saylı qərarı ilə İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3270/2021 nömrəli iş üzrə xx.xx.2021ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmışdır. Məhkəmə araşdırması zamanı tədqiq edilmiş sübutlarla işin mübahisəsiz halları ilə müəyyən edilir ki, istehsalatda baş vermiş bədbəxt hadisə baş vermişdir, hadisə əməyin təhlükəsizlik qaydalarının pozulması ilə bağlı olmuş, hadisə nəticəsində iddiaçı xəsarət almış, hadisənin baş verməsində işəgötürən təqsirli olmuş və iddiaçıya əlillik dərəcəsi təyin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1059/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti qismən, Cavabdeh2 Sığorta Şirkəti ASC-nin apelyasiya şikayəti tam təmin edilmiş, Suraxanı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(010)-3652/2020 saylı qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilmişdir. İddia tələbi qismən təmin edilməklə, cavabdeh "xxxx" MMC-dən 3116 manat məbləğində pul tutularaq İddiaçı verilmişdir. İddiaçı hazırda ona dəymiş 3024 manat maddi ziyanın və 5000 manat mənəvi ziyanın cavabdehlərdən müştərək qaydada tutulmasını tələb edir. İddiaçı "xxxx" MMC-nin hüquqi varisi olması əsası ilə maddi və mənəvi ziyanı Cavabdeh1ndən tələb edir. Məhkəmə bu hissədə iddia tələbini əsaslı hesab etmir və Cavabdeh1 iddia ərizəsinə verilmiş etirazdakı mövqeyi ilə razılaşır. Belə ki, Azərbaycan Respublikası Prezidentinin “Dəniz nəqliyyatı sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 1462 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında X12, habelə Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında X12 tabeliyində X2 Mərkəzi, eləcə də Nəqliyyat və Texniki-Təminat İdarəsi publik hüquqi şəxslərin əsasında Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində “Dövlət Dəniz və Liman Agentliyi” publik hüquqi şəxs yaradılmışdır. Bundan başqa Azərbaycan Respublikası Prezidentinin Avtomobil nəqliyyatı sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında 1463 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin, Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin tabeliyində “Nəqliyyat-Servis”, “1 nömrəli Bakı Avtonəqliyyat Müəssisəsi”, “2 nömrəli Bakı Avtonəqliyyat Müəssisəsi”, "xxxx", “1 saylı Gəncə Regional Nəqliyyat”, “2 saylı Quba Regional Nəqliyyat”, “3 saylı Şirvan Regional Nəqliyyat”, “4 saylı Lənkəran Regional Nəqliyyat”, “5 saylı Yevlax Regional Nəqliyyat”, “6 saylı Şəki Regional Nəqliyyat”, “7 saylı Göyçay Regional Nəqliyyat”, “8 saylı Sumqayıt Regional Nəqliyyat”, “9 saylı Ucar Regional Nəqliyyat”, “10 saylı Şəmkir Regional Nəqliyyat”, “11 saylı Tovuz Regional Nəqliyyat”, “12 saylı Beyləqan Regional Nəqliyyat”, “13 saylı Cəlilabad Regional Nəqliyyat”, “14 saylı Şamaxı Regional Nəqliyyat”, “15 saylı Mingəçevir Regional Nəqliyyat” məhdud məsuliyyətli cəmiyyətlərinin, Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində “Avtomobil Nəqliyyatı ilə Daşımaların Təşkili” və “Nəqliyyat Təlim-Tədris Mərkəzi” məhdud məsuliyyətli cəmiyyətlərinin, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı yanında Sumqayıt Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsinin və Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı yanında Gəncə Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsinin əsasında Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (bundan sonra – Agentlik) publik hüquqi şəxs yaradılmışdır. Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 8 sentyabr tarixli Fərmanı ilə təsdiq edilmiş Cavabdeh1 Nizamnaməsində də əvvəlcə mövcud olmuş qurumların hüquqi varisi olması müəyyən edilməmişdir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda qiymət verərək, habelə əmək qanunvericiliyinin tələblərini nəzərə alaraq hesab edir ki, Cavabdeh1nə münasibətdə məhkəmə iddia ərizəsindəki dəlilləri əsassız hesab edir, iddiaçının xeyrinə Cavabdeh1ndən maddi və mənəvi ziyanın tutulması barədə tələblərinin rədd edilməsi qənaətinə gəlir. Məhkəmə digər Cavabdeh2 ASC-yə qarşı iddia tələbini qismən əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239.1-ci maddəsinə əsasən İstehsalatda baş vermiş bədbəxt hadisədə və ya peşə xəstəliyində təqsirli (tam və ya qismən) olan işəgötürən həm işçiyə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə korlanması nəticəsində dəymiş zərərin, həm müalicə olunması üçün çəkdiyi, həm də ona müavinətlər verilməsi ilə əlaqədar çəkilən xərclərin eləcə də Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş digər əlavə xərclərin əvəzini bütövlükdə ödəməlidir. 239.4-cü maddəsinə görə istehsalat qəzaları və yaxud peşə xəstəliyi nəticəsində zərərçəkən şəxslərin zərərə görə verilən ödənclərinin məbləğləri qanunvericiliklə müəyyən edilmiş qaydada əmsallaşdırılmalıdır. İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi qaydalarının, şərtlərinin və məbləğinin təsdiq edilməsi haqqında AR Nazirlər Kabinetinin 9 yanvar 2003-cü il 3 saylı qərarı ilə təsdiq edilmiş İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi Qaydaları, şərtləri və məbləğinin 1.1-ci bəndinə əsasən Bu Qaydalar Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilmə qaydalarını, şərtlərini və məbləğini müəyyən edir. İşçinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulduqda və ya bu səbəbdən həlak olduqda (bundan sonra - istehsalda əmək xəsarəti), bədbəxt hadisənin araşdırılması barədə müvafiq akta əsasən təqsirkar müəssisə, idarə və təşkilatlar (bundan sonra – təqsirkar işəgötürən (təqsirkar müəssisə) işçiyə dəyən zərərə görə qanunvericiliyə uyğun olaraq maddi məsuliyyət daşıyır. Bu zərər təqsirkar müəssisələrdə gəlir hesabına, büdcədən maliyyələşdirilən müəssisələrdə isə büdcə vəsaiti, yaxud büdcədənkənar vəsaitlər hesabına “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq ödənilir. İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında Qanunun 16.4-cü maddəsinə əsasən əlavə sığorta ödənişi sığorta hadisəsi nəticəsində zərər çəkmiş sığorta olunana həmin hadisənin birbaşa səbəbi olduğu hallarla əlaqədar müalicəyə, əlavə qidalanmaya, dərman alınmasına, protezləşdirməyə, başqasının qulluğuna, sanatoriya-kurort müalicəsinə, xüsusi nəqliyyat vasitələri əldə edilməsinə, başqa peşəyə hazırlanmaya çəkdiyi xərclərinin əvəzinin ödənilməsinə görə verilən pul təzminatıdır. İşdə olan sənədlər ilə müəyyən edilir ki, İddiaçı cərrahi əməliyyatı zamanı istifadə olunan protezlərin və digər malların ümumi dəyəri 3024 manat təşkil etmişdir. Məhkəmə İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında qanunun 16.4-cü maddəsinə əsasən iddiaçının əlavə sığorta ödənişi tələb etmək hüququ yarandığı qənaətinə gəlir. Bu səbəbdən də cavabdeh "xxxx" ASC-dən 3024 manat məbləğində əlavə sığorta ödənişi tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iddia tələbinin mənəvi zərərin tutulması hissəsi ilə bağlı qeyd edir ki, iddia həmin hissədə təmin edilməməlidir. Belə ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarına əsasən məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X9 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X9 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Plenum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X9 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Plenum eyni zamanda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdeh "xxxx" ASC-dən 3024 manat məbləğində əlavə sığorta ödənişi, hüquqi yardım alınması ilə bağlı vəkilə ödənilmiş 100 manatın, mediasiya xərci kimi ödənilmiş 50 manatın, etibarnamə alınması ilə əlaqədar 17,25 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməsin. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. "xxxx" ASC-dən 3024 manat məbləğində əlavə sığorta ödənişi, hüquqi yardım alınması ilə bağlı vəkilə ödənilmiş 100 manat, mediasiya xərci kimi ödənilmiş 50 manat, etibarnamə alınması ilə əlaqədar 17,25 manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Ramin Quliyev
Məhkəmə qərarları › İş №e-2(005)-292/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-292/2024
02.08.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver