Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(005)-2925/2023 25.07.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi Məhkəmə iclas katibi Qurbanova Səkinə Nadir qızının katibliyi Tərəflərin iştirakı olmadan, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 cavabdehlər "xxxx" MMC və Cavabdeh1 qarşı “çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 cavabdeh "xxxx" MMC və Cavabdeh1 qarşı “çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 2 ( yeni qaydalarla Bakı şəhəri Nərimanov rayonu M. Sənanı küçəsi , ev 153, m-4) mənzilinə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında DƏDRX tərəfindən Cavabdeh1 adına verilmiş xx.xx.2022-ci il tarixili, ********** qeydiyyat nömrəli çıxarış ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1997-ci il tarixdə X1 ilə nikaha daxil olaraq ailə qurmuşdur. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 13 mart 2015-ci il tarixli qərarl ilə nikah pozulmuşdur. Keçmiş həyat yoldaşının atası iddiaçını və onun övladlarını Bakı şəhəri Nərimanov Rayonu M.Sənani küçəsi, ev 31 (yeni qaydalarla ünvan 1 ünvanında yerləşən mənzildən kompensasiya verməklə çıxarmaq üçün məhkəməyə müraciət etmişdir. Lakin iddiaçı bildirir ki, xx.xx.2018-ci il tarixli Cavabdeh2 MMC ilə bağlanmış müqavilədə də, aydın görünür ki, sözügedən ünvan 2 ( yeni qaydalarla Bakı şəhəri Nərimanov rayonu M. Sənanı küçəsi , ev 153, m-4 yerləşən 1 otaqlı 47 v.m mənzilə 20% əlavə etməklə ümumi 56,4 k.m mənzil İddiaçı1 Nusəmmədin qızının adına imzalanmışdır. Eyni zamanda qeyd edir ki, sözü gedən mənzildə bir çox təmir işləri həyata keçirmiş və genişləndirmişdir. Bütün kommunal xərcləri iddiaçı ödəyir və onun adınadır. ünvan 2 ( yeni qaydalarla Bakı şəhəri Nərimanov rayonu M. Sənanı küçəsi , ev 153, m-4 yerləşən evə Cavabdeh1 adına ********** qeydiyyat nömrəli çıxarışın alınmasından məlumatı yoxdur. Hazırda məhkəmədə məlumatı olmuşdur və bu da onun hüquqlarının pozulması deməkdr. Belə ki, iddiaçının istifadə hüququna məhkəmə qaydasında xitam verilmədən evə çıxarış verilmişdir. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iclasda iştirak etməmişlər. Məhkəmə hesab edir ki, tərəflərin iştirakı olmadan mülki işə baxılması mümkündür. Məhkəmə mülki işin sənədlərini araşdırıb, hesab edir ki, mülki iş üzrə icraata xitam verilməlidir. Məhkəmə hesab edir ki, iddiaçı hazırki iddia ərizəsi ilə müvafiq inzibati məhkəməyə müraciət etməlidir, çünki mübahisələndirilən çıxarışın verilməsinə əsas olmuş sənədin mülki-hüquqi müqavilə olması mülki işin materiallarından görünmür. Mülki işin materiallarında olan: -16 fevral 2018-ci il tarixli 33-31/18 saylı müqavilədən görünür ki Cavabdeh2 MMC ünvan 2 ünvanında yerləşən, yaşayış üçün qəzalı vəziyyətdə və ətraf mühitə harmoniyasını itirmiş vəziyyətdə olan binalarda mülkiyyətçiyə məxsus mənzilin söküntüsünü və bu sahədə yeni yaşayış binasının tikintisini həyata keçirərək, bu binada söküntüsü nəzərdə tutulmuş, İddiaçı1 məxsus 1 otaqlı 47 kv.m mənzilin dövlət reyestrindən çıxarışda göstərilmiş (və ya mülkiyyətə dair sənəd olmadığı halda faktiki ölçülərinə uyğun) ümumi sahəsinə 20% əlavə edilməklə E girişində tam təmirli bir otaqlı 56,4 kv.m. mənzili “Mülkiyyətçi” nin mülkiyyətinə verməyi öhdəsinə götürür. Tərəflər müqaviləni imzalamış, cavabdeh MMC-nin möhürü ilə təsdiq edilmişdir. - AR Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin çıxarışından görünür ki, Bakı şəhəri Nəimanov rayonu, M.Sənani küçəsi ev 153, 155, 171, 173, 175, mənzil 74 (yeni qaydalarla AZ 1007, Bakı şəhəri Nərimanov rayonu, Mövsüm Sənani küçəsi, 153, M12, m 4) saylı, 58,60 kv.m. sahəi olan mənzil Cavabdeh1 tam palda xüsusi mülkiyyətindədir. Qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi:xx.xx.2022-ci il tarixidir. Məhkəmə üş üzrə icraata xitam verilməsi barədə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırır: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 25.1-ci maddəsinə əsasən, mülki məhkəmə icraatı qaydasında mülki, ailə, əmək, mənzil, torpaq münasibətləri, təbii ehtiyatlardan istifadə olunması və ya ətraf mühitin qorunması, vergi və digər münasibətlərdən əmələ gələn mübahisələr üzrə tərəflərdən heç olmasa biri fiziki şəxsdirsə və onun fərdi sahibkar statusu yoxdursa və ya belə statusu olsa da, mübahisə onun sahibkarlıq fəaliyyətini həyata keçirməsi ilə əlaqədar yaranmamışsa, həmin mübahisələr üzrə işlərə ümumi məhkəmələr baxır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.7-ci maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair 10 aprel 2015-ci il tarixli Qərarının 17-ci bəndinə əsasən, “Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər. İddia ərizəsində göstərilən tələb məhz çıxarışın ləğvi ilə əlaqədar olub, çıxarışın verilməsinin əsasında dayanan mülki – hüuqi əqdin etibarlılığı mübahisələndirilməmiş, tələb çıxarışın ləğvindən ibarət olsa da, cavabdeh qismində "xxxx" MMC qoyulmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, çıxarışın verilməsinə əsas olan mülki hüquqi əqd müəyyən edilmədiyindən, iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası MPM-nin 261.0.1-ci maddəsinə əsasən, iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.3-cü maddəsinə əsasən işin məhkəmə orqanlarına aid olmaması nəticəsində və ya bu Məcəllənin 261.0.8-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Həmin Məcəllənin 262.5-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 261.0.4, 262, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ İddiaçı1, İddiaçı2, İddiaçı3 cavabdeh "xxxx" MMC və Cavabdeh1 qarşı “çıxarışın ləğv edilməsi” tələbi üzrə mülki işin icraatına xitam verilsin. Ödənilmiş 100 manat dövlət rüsumu İddiaçı1 qaytarılsın. Qərardaddan 10 gün müddətində elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Mehriban Əfəndizadə
Məhkəmə qərarları › İş №e-2(005)-2925/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №e-2(005)-2925/2023
25.07.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver