Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-3002/2023 13.11.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi İsmayılov Pərvin Pərviz oğlunun katibliyi, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, subroqasiya qaydasında Cavabdeh 276 manat və ödənilmiş dövlət rüsumuna görə 30 manat pulun iddiaçı "xxxx" ASC-nin xeyirinə tutularaq ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC tərəfindən MP-P 06271 nömrəli sığorta şəhadətnaməsi əsasında “Əmlak sığortası” növü üzrə sığortalanmış X3 məxsus ünvan 2, 53 saylı mənzilə xx.xx.2022-ci il tarixində Cavabdeh məxsus üst mərtəbədəki mənzildən su axması nəticəsində zərər dəymişdir. Baş vermiş hadisə ilə əlaqədar "xxxx" ASC tərəfindən ünvan 2, 53 saylı mənzilə dəymiş zərərə görə 276 manat sığorta ödənişi həyata keçirilmişdir. Sözügedən sığorta hadisəsi ilə əlaqədar Nərimanov rayon İH MKTB, 35 saylı MKİ-sin Cəmiyyətə təqdim etdiyi xx.xx.2022-ci il tarixli məktubla müəyyən olunmuşdur ki, X3 məxsus ünvan 2, 53 saylı mənzilə üst mərtəbədə yerləşən Cavabdeh məxsus 59 saylı mənzildən su axması nəticəsində maddi ziyan dəymişdir. "xxxx" ASC tərəfindən Cavabdeh qarşı subroqasiya hüququ ilə əlaqədar 0626/23 saylı, xx.xx.2023-cü il tarixli məktubla tələb irəli sürülmüş, lakin hazırkı tarixədək cavabdeh tərəfindən subroqasiya hüququ ilə əlaqədar tələbi təmin olunmadığından həmin tələbin məhkəmə qaydasında təmin olunması zərurəti yaranmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" ASC-nin nümayəndəsi X4 iddia ərizəsinin məzmununa müvafiq izahat verərək onun təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyərək, iddia tələbinin dəlillərini və işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, iddia aşağıda qeyd edilənlərə əsasən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - MP-P 06271 əmlakın sığortası şəhadətnaməsi və ona 1 nömrəli əlavəyə əsasən, Bakı şəhəri, Nərimanov rayonu, X8 prospekti, 41, 53 saylı mənzil "xxxx" ASC tərəfindən xx.xx.2020-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək, sığortalı X2 xeyrinə, sığorta məbləği 57000 manat müəyyən edilməklə sığortalanmışdır. Şərtsiz azadolma məbləği tətbiq olunmamışdır. Sığorta haqqı 370,50 manat təşkil edir; - Nərimanov rayon 35 saylı MKİS-in mühəndisi Aslanov R., texnik Ataşov və fəhlə Süleymanov Q. imzaları ilə təsdiq edilmiş xx.xx.2022-ci il tarixli aktın surətindən görünür ki, X8 prospekti, 41, 53 saylı mənzilin sakini X5 tərəfindən yaşadığı mənzilə yuxarı mərtəbədən su axıntısı haqqında şikayət daxil olmuşdur. Həmin şikayət ilə əlaqədar mənzilə baxış keçirildi. Baxış zamanı məlum oldu ki, həqiqətən xx.xx.2022-ci il tarixində yuxarı mərtəbə-Cavabdeh məxsus 59 saylı mənzildən su axıntısına yol verilmişdir. Nəticədə su axıntısı zamanı 53 saylı mənzilin hamam və tualetinin tavanı, divarları islanmışdır. Hazırda su axıntısının qarşısı alınıb. Ancaq divarlarda sarı ləkələr əmələ gəlmişdir; - "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli sığorta aktının surətindən görünür ki, ipoteka predmeti olan əmlakın sığortalanması növündə sığortalanan Bakı şəhəri, Nərimanov rayonu, X8 prospekti, 41, 53 saylı mənzilə xx.xx.2022-ci il tarixdə üst mərtəbədən subasması nəticəsində zərər dəymişdir. Dəymiş maddi ziyanın və sığorta ödənişinin məbləği 276 manat olaraq müəyyən edilmişdir; - "xxxx" ASC-nin təqdim etdiyi 1151/22 saylı qiymətləndirmə aktının surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, X8 prospekti, 41, 53 saylı mənzilə dəymiş zərərlə bağlı maddi ziyanın ümumi məbləği 276 manat məbləğində müəyyən edilmişdir; - xx.xx.2022-ci il tarixli ödəniş tapşırığının surətindən görünür ki, "xxxx" ASC tərəfindən X2 bank hesabına 276 manat məbləğində pul vəsaiti köçürülmüşdür; - Elektron məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, X8 prospekti, ev 41 ünvanında yerləşən 59 saylı mənzil Cavabdeh mülkiyyət hüququ ilə məxsusdur; - xx.xx.2023-cü il tarixli məktubun surətindən görünür ki, Cavabdeh subroqasiya hüququna əsasən 276 manat məbləğdə vəsaiti 7 iş günü ərzində ödəməsi, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdar edilmişdir; - Ödəniş qəbzindən görünür ki, iddia ərizəsi verilməsi üçün 30 manat dövlət rüsumu ödənilmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, "xxxx" ASC tərəfindən sığortalanmış X3 məxsus ünvan 2 ünvanında yerləşən 53 saylı mənzilə xx.xx.2022-ci il tarixində Cavabdeh məxsus üst mərtəbədə yerləşən 59 saylı mənzildən su axması nəticəsində zərər vurulmuş, bununla da sığorta hadisəsi baş vermişdir. Sığorta aktına əsasən sığortaçı tərəfindən dəymiş zərərə görə sığortalıya 276 manat sığorta ödənişi həyata keçirilmişdir. Hazırda iddiaçı 276 manat sığorta ödənişinin subroqasiya qaydasında cavabdehdən tutulmasını məhkəmədən xahiş edir. Mülki Məcəllənin 936.1 və 936.2-ci maddələrinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Göründüyü kimi, subroqasiya zərərvurmadan irəli gələn məsuliyyətin labüdlüyü və zərərin əvəzinin tam ödənilməsi prinsiplərinin həyata keçirilməsinə xidmət edən hüquqi vasitələrdən biridir. Subroqasiya tələbi sığorta ödənişi vermiş sığortaçının vurulmuş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı irəli sürülən tələbidir. Bu səbəbdən sığortaçıya keçən hüquq sığortalı (faydalalan şəxs) ilə zərərə görə məsuliyyət daşıyan şəxs arasında münasibətləri tənzimləyən qaydalara, yəni delikt haqqında normalara riayət etməklə həyata keçirilir. Beləliklə, tərəflər arasında öhdəliyin əmələ gəlmə əsası mülki hüquq pozuntusunun (deliktin) törədilməsidir. Mülki Məcəllənin 1096.1 və 1096.2-ci maddələrinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Məcəllənin 1097.1-ci maddəsinə görə isə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qeyd edilən maddələrin tətbiqi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: əməl (hərəkət və ya hərəkətsizlik), həmin əməlin hüquqazidd (qeyri-hüquqi) olması, şəxsiyyətə və ya əmlaka dəymiş zərər, əməl və zərər arasında uyğun səbəbli əlaqə və təqsir. Beləliklə, zərər vurmadan irəli gələn öhdəliklər zərərçəkmişin əmlak və şəxsi qeyriəmlak hüquqlarının pozulması nəticəsində yaranır, mütləq xarakter daşıyır, zərər vuranın hesabına və yaxud qanunla üzərinə zərərin əvəzinin ödənilməsi vəzifəsi qoyulan başqa şəxslərin hesabına qeyd edilən hüquqların tam bərpa olunmasının təmin edilməsinə yönəlir. Delikt öhdəliyinin yaranması üçün zərər mövcud olmalı, bu, cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməli, qanunsuz hərəkət və hərəkətsizliklə zərər arasında səbəbli əlaqə olmalıdır. Bundan başqa, zərərvuran şəxsin təqsirindən asılı olmayaraq maddi məsuliyyət daşıması halları istisna olmaqla, zərərvuran şəxsin təqsiri müəyyən edilməlidir. Hazırki mülki iş üzrə zərərin baş verməsi, bunun cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyinin nəticəsi olması, qanunsuz əməllə zərər arasında səbəbli əlaqə, habelə Cavabdeh iddiaçı qarşısında mülki-hüquqi məsuliyyət daşıması üçün zəruri olan həmin şərtlər mövcuddur. Belə ki, təqdim edilmiş sübutlarla müəyyən edilmişdir ki, iddiaçı tərəfindən sığortalanmış ünvan 2 ünvanında yerləşən 53 saylı mənzilə su basma hadisəsi nəticəsində zərər vurulmuşdur. Hadisənin səbəbləri araşdırılarkən müəyyən olunmuşdur ki, həmin binada üst mərtəbədə yerləşən Cavabdeh məxsus 59 saylı mənzildən X2 mənzilinə su axıdılmışdır. Bu hal iddiaçı tərəfindən təqdim edilmiş aktla təsdiq olunur. Sığortalı X3 məxsus evə dəymiş maddi ziyanın məbləğini müəyyən etmək üçün sığortaçı tərəfindən müstəqil ekspert dəvət olunmuş, dəymiş zərərin 276 manat məbləğində olması müəyyən edilmişdir. Baş vermiş hadisə ilə əlaqədar "xxxx" ASC tərəfindən sığortalıya 276 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Beləliklə, sığortaçı sığortalıya (faydalanan şəxsə) əmlak sığortası üzrə sığorta ödənişini həyata keçirdiyindən, həmin ödəniş məbləğində zərər vuran şəxsə qarşı subroqasiya hüququ yaranmışdır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh sığorta ödənişi kimi ödənilmiş 276 manat məbləğində pul və ödənilmiş dövlət rüsumuna görə 30 manat, cəmi 306 manat məbləğində pul tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 276 manat məbləğində pul və ödənilmiş dövlət rüsumuna görə 30 manat, cəmi 306 (üç yüz altı) manat məbləğində pul tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. Qətnamədən tərəfə rəsmi qaydada təqdim olunduğu gündən sonra bir ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva
Məhkəmə qərarları › İş №e-2(005)-3002/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-3002/2023
13.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver