Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-3025/2021 23.12.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Əmirxanova Kəmalə Fərman qızının sədrliyi Eldarzadə Şirazi Elxan oğlunun katibliyi İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə, Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı subroqasiya qaydasında pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı subroqasiya qaydasında pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 subroqasiya qaydasında iddiaçı "xxxx" ASC-nin xeyrinə dəymiş ziyana görə 6920,17 manat sığorta ödənişinin, ödənilmiş 30,40 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsasandıılrmışdır ki, Cavabdeh1 məxsus, Cavabdeh2 tərəfindən idarə olunan **-FE-*** dövlət qeydiyyat nişanlı Mercedes Benz E220 CDİ markalı avtonəqliyyat vasitəsi ilə "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitələrinin kasko sığortası” növü üzrə sığortalanmış **- AC-*** dövlət qeydiyyat nişanlı Audi A6 markalı avtonəqliyyat vasitəsinə 07.07.2020-ci il tarixində yol- nəqliyyat hadisəsi nəticəsində zərər vurulmuşdur. Baş vermiş yol nəqliyyat hadisəsilə əlaqədar DYP əməkdaşı tərəfindən 07.07.2020-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar tərtib olunmuş və sürücü Cavabdeh2 İXM-nin 327.1ci mddəsi ilə təqsirləndirilərək 40 manat məbləğində cərimə edilmişdir. "xxxx" MMC tərəfindən tərtib olunmuş zərər aktına əsasən **-AC-*** dövlət qeydiyyat nişanlı Audi A6 markalı avtonəqliyyat vasitəsinin təmiri üçün dəymiş ziyanın ümumi miqdarı 11922,13 manat müəyyən edilmişdir. "xxxx" ASC-nin 05.01.2021-ci il tarixli sığorta aktına əsasən dəymiş ziyana görə azadolma çıxılmaqla 11822,13 manat məbləğində sığorta ödənişinin zərərçəkən avtonəqliyyat vasitəsinin təmiri üçün təmir mərkəzinə ödənilməsi qərara alınmış və köçürmə həyata keçirilmişdir. Təmir edildikdən sonra zərərvuran şəxsin mülki məsuliyyətinin icbari sığortası üzrə "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” olduğundan 4901,96 manat məbləği "xxxx" ASC-nin hesabına ödənilmişdir. Qalıq məbləğ olan 6920,17 manatın "xxxx" ASCnin bank hesabına ödənilməsi barədə cavabdehlərə bildiriş göndərilməsinə baxmayaraq cavabdehlər dəymiş ziyan məbləğini ödəməkdən yayınmışdır. Mülki hüquq pozuntusu (delikt) Cavabdeh2 tərəfindən törədilmiş və sonuncunun təqsirli və hüquqazidd əməli nəticəsində sığortalanmış avtomobilin sahibinə maddi zərər yetirilmişdir. Zərərçəkən avtonəqliyyat vasitəsinin təmiri üçün "xxxx" ASC tərəfindən sığortalıya ödənilmiş 6920,17 manat məbləğində vəsaitin subroqasiya qaydasında cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutulmalıdır . Məhkəmə iclasında iddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə iddia ərizəsinə uyğun izahat verərək iddia ərizəsinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin əsassız olduğunu bildirərək, iddianın rədd olunmasını xahiş etmişdir. Didər Cavabdeh1 baxılacaq işin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq heç bir üzrlü səbəb təqdim etmədən mülki iş üzrə təyin edilən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 184.5-ci maddəsinə əsasən işə cavbdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, mülki işin sənədlərini araşdırıb hesab edir ki, iddia tələbi qismən əsaslıdır və aşağıdakı səbəblərə görə qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan; AE seriyalı 145502 nömrəli Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Mercedes Benz E220 CDİ” minik markalı, **-FE-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi X3r. "xxxx" ASC-nin 05.01.2021-ci il tarixli sığorta aktından görünür ki, “Audi A6” markalı **-AC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərər 11922,13 manat məbləğində qiymətləndirilmiş, 100 manat azadolma məbləği çıxıldıqdan sonra 11822,13 manat ödəniş olunacağı qeyd olunmuşdur. Bank çıxarışından görünür ki, "xxxx" ASC tərəfindən "xxxx" MMC-nin hesabına 11922,13 manat köçürülmüşdür. Ödənişin təyinatı ** AC *** sığorta ödənişi. 29.08.2020-ci il tarixli, ********** nömrəli Razılaşdırma protokolundan və ********** nömrəli Təmir kartından görünür ki, “Audi A6” markalı **-AC-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmiri və ehtiyat hissələri ümumi dəyəri 11922,13 manat təşkil etmişdir. TP ******* nömrəli inzibati xəta haqqında protokolun surətindən görünür ki, Cavabdeh2 07.07.2020-cı il tarixdə 08:30 radələrində araməsafə qaydalarını pozmuş və barəsində 40 manat cərimə tətbiq edilmişdir. Nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında etibarnamənin surətindən görünür ki, Cavabdeh1 mülkiyyətində olan “Mercedes Benz E220 CDİ” minik markalı, **- FE-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair Cavabdeh2 etibarnamə vermişdir. Məhkəmə Ekspertiza Mərkəzinin 15.11.2021-ci il tarixli, 9/7256-8/2565 nömrəli ekspert rəyindən görünür ki, "xxxx" MMC-nin 07.07.2020-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2016-cı il buraxılışlı “Audi A:” markalı, **-AC-*** dövlət qeydiyyat nişanlı avtomobil təmir-bərpa xərci, avtoehtiyyat hissələrinin köhnəlmə faizi tətbiq edilməklə təxminən 9016 manat müəyyən edilmişdir. Subroqasiya hüququ sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. (MM-nin 936.1., 936.2., 936.5.-ci mad.) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1.-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Qanunun mənasından müəyyən olunur ki, yüksək təhlükə ilə bağlı fəaliyyəti nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar. Qanunverici tərəfindən belə fəaliyyət nəticəsində zərərin ödənilməsindən azad edilməyi yalnız zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəlməsinin sübuta yetirildiyi hallarda mümkün olduğunu müəyyən etmişdir. Eyni zamanda qanunverici yüksək təhlükə ilə bağlı fəaliyyəti nəticəsində dəymiş zərərin əvəzini ödəməli olan şəxslərin dairəsini də müəyyənləşdirərək bu vəzifənin yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoymuşdur. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi halında sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. Məhkəmə iş materiallarını araşdırıb belə qənaətə gəlir ki, “Audi A6” markalı **-AC-*** dövlət qeydiyyat nömrəli avtomobilin yol nəqliyyat hadisəsi zamanı zədələnməsi nəticəsində sığortalının avtomobilinin təmiri və ehtiyat hissələri üçün 11822,13 manat ödənilsə də, Məhkəmə Ekspertiza Mərkəzinin 15.11.2021-ci il tarixli, 9/7256-8/2565 nömrəli ekspert rəyində qüsur aktlnda qeyd olunan həmin təmir və ehtiyat hissələrinin dəyəri 9016 qeyd edilmişdir. Bundan başqa cavabdehin mülki məsuliyyətinin icbari sığortası üzrə "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” olduğundan, 4901,96 manat məbləği "xxxx" ASC-nin hesabına ödənilmişdir. Belə olan halda, ekspert rəyində qeyd olunan məbləğdən "xxxx" ASC-yə ödənilmiş 4901,96 manat çıxılmalı, yəni 9016 manat – 4901,96 manat = 4114,04 manat və iddianın təmin olunmuş hissəsinə mütanasib olaraq 17,90 manat ödənilmiş dövlət rüsumunun əvəzi manat Cavabdeh2 tutularaq iddiaçı "xxxx" ASC-nə ödənilməlidir. Məhkəmə belə nəticəyə gəlir ki, Cavabdeh1 tərəfindən onun mülkiyyətində olan avtomobilə dair mülki etibarnamə verildiyindən onun mülki məsuliyyəti istisna olunur. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Aparılmış mühasibatlıq ekspertizası tədqiqatının dəyəri cavabdeh X2 tutularaq, 100 (bir yüz) manat məbləğində pul Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005, VÖEN **********1, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilməlidir. Məhkəmə, məhkəmə tədqiqatı zamanı yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ İddia qismən təmin edilsin. Cavabdeh2 4114,04 (üç min beş yüz iyirmi yeddi) manat və iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq 17,90 manat ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilsin. Aparılmış mühasibatlıq ekspertizası tədqiqatının dəyəri cavabdeh X2 tutularaq, 100 (bir yüz) manat məbləğində pul Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005, VÖEN **********1, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilsin. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 ay müddətində Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova Düzdür imza: Hakim Kəmalə Əmirxanova
Məhkəmə qərarları › İş №e-2(005)-3025/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-3025/2021
23.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver