Məhkəmə qərarları › İş №e-2(005)-3026/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №e-2(005)-3026/2025

10.07.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(005)-3026/2025 10.07.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi, Cavabdeh Cavabdeh2 Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı cavabdehlər Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə və Cavabdeh2 qarşı “çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, Əhməd bəy Ağaoğlu 34A), açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: I. İşin halları: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nardaran qəsəbəsi, Abşeron küçəsi, döngə 5də yerləşən, 8 saylı mənzilə dair Cavabdeh2 adına Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2007-ci il tarixli ********* qeydiyyat nömrəli, **********16-10301 reyestr nömrəli “Hüquqların dövlət qeydiyyat haqqında daşınmaz əmlakın dövlət reyestrindən” Çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. II. Vəsatət: İddiaçının nümayəndəsi və vəkili Vəkil1 xx.xx.2025-ci il tarixdə vəsatət təqdim edərək, iddia ərizəsinin predmetini təşkil edən çıxarışın sahibi Cavabdeh2 mülki işə cavabdeh qismində cəlb edilməsini xahiş etmişdir. Cavabdeh xx.xx.2025-ci il tarixdə dəftərxana vasitəsilə vəsatət təqdim edərək, Azərbaycan Respublikasının MPM-nin 51.3-cü maddəsinin tələbləri baxımından cavabdeh qismində cəlb edilməli olmağının iddiaçıya təklif edilməsini, iddiaçı bu təklifə razılaşmadığı halda MPM-nin 57-ci maddəsinə əsasən müstəqil tələb irəli sürməyən 3-cü şəxs kimi işə cəlb olunmasını, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin icraatında olan İddiaçı və qeyrilərinə qarşı mənzildən çıxarılma tələbinə dair iddia ərizəsinin olması və Bakı şəhəri Sabunçu rayonunda qeydiyyatda olmağını nəzərə alaraq hazırda icraatda olan mülki işin qeyd edilən işlə birləşdirilməsi üçün Bakı şəhəri Sabunçu rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH ******* saylı xx.xx.2007-ci il tarixli Çıxarışa əsasən Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Abşeron küçəsi, döngə 5-də istifadədə olan 8 nömrəli fərdi yaşayış evi ona məxsusdur. Lakin ona və ailəsinə həmin mənzildən istifadə etmək mümkün olmamışdır. Belə ki, 2007-ci ildən bəri ona məxsus fərdi yaşayış evi İddiaçı və qeyriləri tərəfindən zəbt edilmişdir. Bununla əlaqədar cavabdeh İddiaçı və qeyrilərinə qarşı mənzildən çıxarılma tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Sabunçu Rayon məhkəməsinin e-2(008)-3204/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı ilə iddia ərizəsinin məhkəmə icraatı mümkün sayılmışdır. Hazırda həmin mülki iş məhkəmənin icraatındadır. Lakin Sabunçu rayon məhkəməsinin elektron informasiya sisteminə İddiaçı nümayəndəsi və vəkili Vəkil1 Yunis oğlu vəsatətlə müraciət edərək qeyd etmişdir ki, İddiaçı Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Ərazi İdarəsinə qarşı çıxarışın ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov rayon məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Nardaran qəsəbəsi, Abşeron küçəsi, döngə 5-də yerləşən, 8 saylı mənzilə dair Cavabdeh2 adına Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövləıt Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2007-ci il tarixli, ********* qeydiyyat nömrəli, **********16- 10301 reyestr nömrəli “Hüquqların dövlət qeydiyyat haqqında daşınmaz əmlakın dövlət reyestrindən” Çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və həmin iddia ərizəsi e-(005)-3026/2025 saylı mülki iş hakim Şəbinə Nuriyevanın sədrliyi ilə baxılır. Bu səbəbdən də, hazırkı işə baxılıb yekun qərar qəbul edilənədək Bakı şəhəri Sabunçu rayon məhkəməsinin icraatında olan mülki işin dayandırılmasını xahiş etmişdir. Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə vəsatət təmin edilərək, mülki iş üzrə icraat dayandırılmışdır. Bildirir ki, hazırkı mülki iş üzrə mübahisləndirilən “Hüquqların dövlət qeydiyyat haqqında daşınmaz əmlakın dövlət reyestrindən” Çıxarış Cavabdeh2 mülkiyyətində olan fərdi yaşayış evinə aiddir və həmin çıxarışda əmlakın Cavabdeh2 adına olması qeyd olunmuşdur. Səfərov X2 rayonu, Nardaran qəsəbəsi, ünvan 1 ünvanında rəsmi qeydiyyatdadır. Göründüyü kimi icraatda olan mülki iş üzrə İddiaçı cavabdeh kimi “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” Publik Hüquqi şəxsin 1 Saylı Ərazi İdarəsini qeyd etmişdir. Halbu ki, hazırkı iş üzrə mübahhisələndirilən “Çıxarış” ona məxsusdur və qeyd olunan idda tələbindən yalnız İddiaçı vəkili Vəkil1 Sabunçu rayon Məhkəməsinə vəsatətlə müraciət etdikdən sonra xəbərləri olmuşdur. İcraatıda olan mülki iş üzrə cavabdeh kimi qeyd olunan “Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Ərazi İdarəsi” Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur Qaydalarının və “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsinin və s. həyata keçirir ki, hazırkı iş üzrə yalnız həmin qurumun cavabdeh qismində qoyulması düzgün deyil. Bu iş birbaşa öz hüquq və mənafelərimə toxunduğundan Azərbaycan Respublikasının MPM-nin 51.3-cü maddəsinin tələbləri baxımından cavabdeh qismində cəlb edilməli olmağı iddiaçıya təklif edilməli, razılaşmadığı halda MPM-nin 57-ci maddəsinə əsasən müstəqil tələb irəli sürməyən 3-cü şəxs kimi işə cəlb edilməlidir. İddiaçının nümayəndəsi və vəkilinin vəsatətinə və cavabdehin ərizəsinə əsasən, Cavabdeh2 mülki iş üzrə cavabdeh qismində işə cəlb olunmuşdur. III. Tərəflərin mövqeyi: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil2 mülki işlərin birləşdirilməsi barədə vəsatəti müdafiə edərək, onun təmin olunmasını və baxılması üçün Bakı şəhəri Sabunçu rayon Məhkəməsinə göndərilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh mülki işlərin birləşdirilməsi barədə vəsatəti müdafiə edərək, onun təmin olunmasını məhkəmədən xahiş etdi. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, iddiaçı və digər cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə hazırki hazırlıq iclasının iddiaçının və digər cavabdehin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. IV. Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Məhkəmə cavabdehi, onun nümayəndəsi və vəkilini dinləyib, cavabdehin vəsatətini, iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin icratında olan e-2(005)-3026/2025 saylı mülki iş Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin icraatında olan e-2(008)-3204/2025 saylı mülki işə birləşdirilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prossesual Məcələsinin: - 43-cü maddəsinə əsasən əgər müxtəlif məhkəmələrin icraatında olan işlər biri-biri ilə əlaqəlidirsə, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və qətnamə çıxarılmalıdır. Bu məqsədlə iş (işlər) bir-biri ilə əlaqəli işlərdən birini ilkin olaraq icraata qəbul etmiş məhkəməyə göndərilməlidir. Bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. - 169.3-cü maddəsinə əsasən hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. -169.4-cü maddəsinə əsasən bu Məcəllənin 169.1-169.3-cü maddələrində göstərilən hərəkətləri hakim çəkişmə prinsipinə əməl etməklə həmin məsələ üzrə işdə iştirak edən şəxsləri dinlədikdən sonra edə bilər. İş materiallarından görünür ki, hazırki iş üzrə iddia tələbi Bakı şəhəri, Nardaran qəsəbəsi, Abşeron küçəsi, döngə 5-də yerləşən, 8 saylı mənzilə dair Cavabdeh2 adına Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2007-ci il tarixli ********* qeydiyyat nömrəli, **********16-10301 reyestr nömrəli “Hüquqların dövlət qeydiyyat haqqında daşınmaz əmlakın dövlət reyestrindən” Çıxarışın ləğv edilməsi barədədir. Digər tərəfdən məhkəmə tərəfindən iş materiallarına əlavə olunmuş sənədlərlə müəyyən olunmuşdur ki: -Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən MH seriyalı, ******* saylı çıxarışla müəyyən olunur ki, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Abşeron küçəsi, döngə 5-də istifadədə olan 0.01084 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 43.9 kv.m yaşayış, 39,2. kv.m köməkçi sahədən ibarət 8 nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə, Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində 40 nömrəli reyestr kitabının 3750 nömrəli vərəqində qeydiyyata alınmışdır. - Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi tərəfindən hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən elektron çıxarışla müəyyən olunur ki, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi tam payla xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh2 adına qeydə alınmışdır. - iddiaçı Cavabdeh2 cavabdehlər X1, X3 və İddiaçı qarşı Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Abşeron küçəsi, döngə 5-də istifadədə olan 8 nömrəli fərdi yaşayış evindən çıxarılma tələbi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət etmişdir, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-3204/2025 saylı xx.xx.2025ci il tarixli qərardadı ilə iddia ərizəsinin icraatı mümkün hesab edilmişdir. (mülki iş № e- 2(008)-3204/2025) Konstitusiya Məhkəməsi Plenumunun M.Xocalıyevin şikayəti üzrə 2014-cü il 9 iyul tarixli Qərarına əsasən, prosessual qənaət prinsipi məhkəmə proseslərinin uzadılmasının aradan qaldırılmasına, bir sıra prosessual institutların münasib hala gətirilməsinə, onların qanunvericiliklə daha dəqiq tənzimlənməsinə yönəlmişdir. Göründüyü kimi hazırki iş üzrə İddiaçı Cavabdeh2 adına Bakı şəhəri, Nardaran qəsəbəsi, Abşeron küçəsi, döngə 5-də yerləşən, 8 saylı mənzilə dair daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışı mübahisələndirir, digər tərəfdən isə hazırkı iş üzrə Cavabdeh2 hazırki iş üzrə İddiaçı və digər şəxslərin mübahisəli fərdi yaşayış evindən çıxarılması tələbi ilə məhkəməyə müraciət etmişdir. Qeyd edilənlər öz növbəsində işlərin biri-biri ilə əlaqəli olması və bu baxımdan ədalət mühakiməsinin düzgün həyata keçirilməsinin təmin edilməsi üçün birgə baxılmasını və qətnamə çıxarılmasını şərtləndirir. Məhkəmə mülki işlər üzrə iddiaların əsası və predmeti, irəli sürülmüş iddia tələbləri arasında əlaqə və bağlılığın olduğunu, habelə tərəflərin eyni olmasını nəzərə alaraq hesab edir ki, mülki işlər bir-biri ilə əlaqəlidir. İşlərin birləşdirilməsi ədalət mühakiməsinin düzgün həyata keçirilməsini, həmçinin prossesual qənaət prinsipi baxımından işlərə bir icraatda baxılması mövcud olan mübahisəyə daha tez və obyektiv hüquqi qiymət verilməsini təmin edə bilər. Bu baxımdan, mülki işlərin birləşdirilməsi məqsədəmüvafiqdir və onlar birlikdə baxılmaq üçün bir icraatda birləşdirməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, hazırkı mülki mübahisə üzrə e-2(005)- 3026/2025 saylı mülki iş daha sonra (xx.xx.2025-ci il tarixdə) icraata qəbul olunduğundan e-2(005)-3026/2025 saylı mülki iş Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin icraatında olan, daha əvvəl (xx.xx.2025-ci il tarixdə) icraata qəbul edilmiş e-2(008)-3204/2025 saylı mülki işə birləşdirilməlidir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, vəsatət təmin edilməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin icratında olan İddiaçı cavabdehlər Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə və Cavabdeh2 qarşı “çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə e-2(005)-3026/2025 saylı mülki iş Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin icraatına ilkin olaraq daxil olmuş iddiaçı Cavabdeh2 cavabdehlər X1, X3 və İddiaçı qarşı “mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi üzrə e-2(008)-3204/2025 saylı mülki işə birləşdirilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 267.1-ci maddəsinə əsasən, məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər. Həmin Məcəllənin 395.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslər qətnamədən ayrılıqda birinci instansiya məhkəmələrinin qərardadlarından bu məcəllədə göstərilən hallarda və məhkəmənin qərardadı işin sonrakı hərəkətinə mane olduqda şikayət verə bilərlər. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 169, 263-264, 267-268 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Vəsatət təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin icratında olan İddiaçı cavabdehlər Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə və Cavabdeh2 qarşı “çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə e- 2(005)-3026/2025 saylı mülki iş Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin icraatına ilkin olaraq daxil olmuş iddiaçı Cavabdeh2 cavabdehlər X1, X3 və İddiaçı qarşı “mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi üzrə e-2(008)-3204/2025 saylı mülki işə birləşdirilsin. Mülki iş baxılması üçün Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar