Məhkəmə qərarları › İş №e-2(005)-3176/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №e-2(005)-3176/2023

28.07.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(005)-3176/2023 28.07.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim oğlu İddiaçı Cavabdeh qarşı mənzildən qeydiyyatdan çıxarılma və s. tələbinə dair iddia ərizəsinə baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ünvan 1 ünvanında yerləşən mənzildən qeydiyyatdan çıxarılması və Nərimanov Rayon Polis İdarəsinin üzərinə bu çıxarılmanı qeydiyyata alması barədə öhdəlik qoyulması (məcburetmə) barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ******* nömrəli, xx.xx.2022 tarixli daşınmaz əmlakın alğı-satqı müqaviləsindən göründüyü kimi, ünvan 1 ünvanında yerləşən mənzili (bundan sonra “mənzil”) o, X1 almışdır. ********** qeydiyyat nömrəli Daşınmaz əmlakın dövlət reyestri çıxarışından göründüyü kimi hal-hazırda mənzil onun tam paylı mülkiyyətindədir. Alqı-satqıdan əvvəl həmin dövrdə mənzildə qeydiyyatda olan Cavabdeh **********952 nömrəli, xx.xx.2022 tarixli ərizə ilə alğı-satqıya etirazı olmadığını bildirmiş, yaşayış sahəsini tərk etməyi və yaşayış yeri üzrə qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşdür. Lakin, ******* nömrəli, xx.xx.2023 tarixli arayışdan göründüyü kimi, Cavabdeh hələ də mənzildə qeydiyyatdadır. Cavabdeh mənzildə qeydiyyatdan çıxarılması ilə bağlı Nərimanov Rayon Polis İdarəsi rəsmi müraciətlərinə cavab olaraq, xx.xx.2023 tarixli, 50/2-M-19265/1 nömrəli məktubla qeydiyyatdan çıxarılmaya imtina vermiş və bildirmişdir ki, bunun üçün məhkəməyə müraciət etsinlər. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, mülki işə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından, iddia ərizəsinin qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2020-ci il tarixli Qərarında göstərilmişdir ki, mülkiyyətçinin iradə ifadəsi olan razılıq ərizəsi ilə ona məxsus yaşayış sahəsinə digər şəxsin qeydiyyata alınması nəticəsində yaranmış hüquqi münasibətlərə mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilə bilər. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunda əsas müddəa kimi təsbit edilən yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola biləcəyi nəzərə alınmaqla yaşayış sahəsinə münasibətdə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında müvafiq icra hakimiyyəti orqanı (inzibati orqan) tərəfindən qeydiyyatdan çıxarılması təmin olunmalıdır. Əks halda məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair (məcburetmə haqqında iddia) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. İddia ərizəsində qeyd edilənlərdən və iddia ərizəsinə əlavə edilmiş xx.xx.2022-ci il tarixli, AN-İ seriyalı, ******* nömrəli alqı-satqı müqaviləsindən göründüyü kimi, iddiaçı mübahisələndirilən mənzili satın almışdır və mənzil hazırda onun mülkiyyətindədir. Eyni zamanda ƏMDX DƏDKR-in çıxarışından da görünür ki, ünvan 3 ünvanında yerləşən mənzil xx.xx.2022-ci il tarixində ********** nömrə ilə İddiaçı xüsusi mülkiyyəti olaraq qeydə alınmışdır. İddiaçının iddia ərizəsində bildirdiyinə görə cavabdeh hazırda onun mülkiyyətində olan müvafiq mənzildə əvvəlcədən qeydiyyatda olmuş, hazırda da qeydiyyatda qalmaqda davam edir. Cavabdeh İddiaçı məxsus yaşayış sahəsindən istifadə hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından və həmin evdə yaşamasına əsas verən, iddiaçı ilə yaxın qohumluq münasibətləri (müvafiq yazılı razılaşma olmadan iddiaçıya məxsus evdə yaşama hüququ və s.) olmadığından, iddiaçıya məxsus evdə faktiki yaşamadığından, pasport qeydiyyatı isə yaşayış sahəsindən istifadə hüququ yaratmadığından, məhkəmə belə qənaətə gəlir ki, cavabdehin iddiaçıya məxsus mənzildən istifadə hüququ yoxdur. Hazırkı iddia tələbinin əsasını cavabdehin iddiaçının mülkiyyətində olan mənzildən qeydiyyatdan çıxarılması təşkil edir. Belə halda mənzilin mülkiyyətçisi olan iddiaçı cavabdehin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması barədə müvafiq Polis İdarəsinə müraciət etmək hüququna malikdir və iş materiallarından göründüyü kimi, o, həmin müraciəti etmiş və onun tələbi təmin edilməmişdir. Belə olan halda iddiaçı, qanunvericiliyin tələblərinə uyğun olaraq məcburetmə haqqında iddia ilə inzibati icraat qaydasında məhkəməyə müraciət etmək hüququna malikdir. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsində şəxsin müvafiq icra hakimiyyəti orqanları tərəfindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarıldığı hallar sadalanmışdır. Konstitusiya Məhkəməsi Plenunumun müvafiq maddə ilə bağlı hüquqi mövqeyinə görə, mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Mülki Prosessual Məcəllənin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, hazırki ərizəyə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, iddiaçıya aidiyyətı üzrə səlahiyyətli olan Bakı İnzibati Məhkəməsinə müraciət etmək hüququ izah edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.2, 153.2.1, 263-264 və 268-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı mənzildən qeydiyyatdan çıxarılma və s. tələbinə dair iddia ərizəsinin yolverilməzliyinə görə icraata qəbul edilməsindən imtina edilsin. İddiaçı iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya qaytarılsın. İddiaçıya izah edilsin ki, müvafiq iddia tələbi ilə bağlı Bakı İnzibati Məhkəməsinə müraciət etmək hüququ vardır. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə şikayət verilə bilər. Hakim Nərgiz Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar