Məhkəmə qərarları › İş №e-2(005)-3259/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-3259/2022

25.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-3259/2022 25.10.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, Məhkəmə iclas katibi Qurbanova Səkinə Nadir qızının katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “ödəbilmiş məbləğin geri qaytarılması” tələbinə dair iddia ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 5000 manat məbləğində vəsaitin, 70 manat dövlət rüsumunun, 0,40 manat bank xidməti xərcinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2021-ci il tarixdə "xxxx" MMC-yə məxsus ** JP *** dövlət qeydiyyat nişanlı İsuzu NPR 75 LK markalı avtonəqliyyat vasitəsi "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortalanmışdır. xx.xx.2022-ci il tarixində X4 idarə etdiyi ** JP *** dövlət qeydiyyat nişanlı İsuzu 75 LK markalı həmin avtonəqliyyat vasitəsi ilə Cavabdeh1 məxsus, Cavabdeh2 idarə etdiyi ** JP *** dövlət qeydiyyat nişanlı ** BV *** dövlət qeydiyyt nişanlı Hyundai County markalı avtonəqliyyat vasitəsinin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş vermişdir. Sabunçu rayon DYPŞ YHN inspektoru X1 tərəfindən Təhməzov Bəhlül oğlu barəsində İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuş, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. xx.xx.2022-ci il tarixində Cavabdeh2 ** BV *** dövlət qeydiyyat nişanlı Hyundai County markalı avtonəqliyyat vasitəsinə vurulan zərərin əvəzində sığorta ödənişi verilməsi ilə bağlı ərizə ilə "xxxx" ASC-yə müraciət etmişdir. X6 yol-nəqliyyat hadisəsində təqsirli bilindiyi üçün ** BV *** dövlət qeydiyyat nişanlı Hyundai County markalı avtonəqliyyat vasitəsinə dəymiş zərər qiymətləndirilmiş, xx.xx.2022-ci il tarixli “Zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabat”a əsasən 5130.00 (beş min bir yüz otuz) manat məbləğində müəyyən edilmişdir. "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli “Sığorta aktı”na əsasən 5000.00 (beş min) manat məbləğində sığorta ödənişi ** BV *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin mülkiyyətçisi Cavabdeh1 bank hesabına köçürülmüşdür. Sonradan məlum olmuşdur ki, sözügedən yol-nəqliyyat hadisəsində təqsirli tərəf ** JP *** dövlət qeydiyyat nişanlı İsuzu NPR 75 LK markal avtonəqliyyat vasitəsinin sürücüsü X6 deyil, ** BV *** dövlət qeydiyyat nişanlı Hyundai County markalı avtonəqliyyat vasitəsinin sürücüsü Cavabdeh2dur. Bununla bağlı AR DİN BDYPİ-dən daxil olmuş xx.xx.2022-ci il tarixli 016-30071-1222 nömrəli məktubda Bəhlül Təhməzovun barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə qəbul edilmiş qərarın ləğv edilərək iş üzrə icraata xitam verildiyi, hadisəni törətməkdə təqsirli bilinən sürücüsü Cavabdeh2 inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı rəyin tərtib edilərək icrasının Sabunçu RPİ-yə həvalə edildiyi göstərilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X5 iddia ərizəsinə uyğun izahat verərərək məhkəmədən iddianın təmin edilməsi ilə bağlı qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Əvvəlki məhkəmə iclaslarında iştirak edən cavabdehlər izahat verərək məhkəmədən iddianın rədd edilməsini xahiş etmişdirlər. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunvericiliklə nəzərdə tutulmuş qaydada məlumatlandırılmış cavabdehlər məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq cavabdehlərin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iddaçının izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: xx.xx.2021-ci il tarixli PPA********** nömrəli icbari sığorta müqaviləsinə dair məlumatdan görünür ki, ** JP *** dövlət qeydiyyat nişanlı, İSUZU NPR 75 LK markalı avtonəqiyyat vasitəsi 1 il müddətinə sığortalanmışdır. Sabunçu rayon DYPŞ YHN inspektoru X1 tərəfindən Təhməzov Bəhlül oğlu barəsində İXP ******* saylı inzibati xəta haqqında tərtib olunmuş protokoldan və TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X6 Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsinində nəzərdə tutulmuş inzibati xətamı törətməkdə təqsirli bilinərək barəsində 40 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. ƏN-V 826601 nömrəli etibarnamədən müəyyən olunur ki, Cavabdeh1 ona məxsus olan ** JP *** dövlət qeydiyyat nişanlı ** BV *** dövlət qeydiyyt nişanlı Hyundai County markalı avtonəqliyyat vasitəsini idarə etməyi Cavabdeh2 etibar etmişdir. Etibarnamə xx.xx.2024-cü ilədək qüvvədədir. xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, Cavabdeh2 ** BV *** dövlət qeydiyyat nişanlı Hyundai County markalı avtonəqliyyat vasitəsinə vurulan zərərin əvəzində sığorta ödənişi verilməsi üçün "xxxx" ASC-yə müraciət etmişdir. xx.xx.2022-ci il tarixli zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabatdan görünür ki, ** BV *** dövlət qeydiyyat nişanlı Hyundai County markalı avtonəqliyyat vasitəsinə dəymiş zərər qiymətləndirilmiş və dəymiş zərər 5130.00 manat məbləğində müəyyən edilmişdir. xx.xx.2022-ci il tarixli ərizədən müəyyən olunur ki, Cavabdeh1 xx.xx.2022-ci il tarixində baş vermiş sığorta hadisəsi ilə bağlı "xxxx" ASC tərəfindən müəyyən edilmiş zərər məbləği ilə razıdır və ödəniləcək 5000 manat məbləğində sığorta ödənişinin şəxsi bank hesabına köçürülməsini xahiş etmişdir. "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli “Sığorta aktı”ndan görünür ki, 5000 manat məbləğində sığorta ödənişi ** BV *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin mülkiyyətçisi Cavabdeh1 bank hesabına köçürülməlidir. xx.xx.2022-ci il tarixli, qaimədən müəyyən olunur ki, "xxxx" ASC tərəfindən 5000 manat pul məbləği Cavabdeh1 bank hesabına köçürülmüşdür. Azərbaycan Respublikası Daixili İşlər Nazirliyi Baş X9 İdarəsi tərəfindən "xxxx" ASC-yə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan müəyyən olunur ki, X4 hərəkətində Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsinin tərkib hissəsinin olması müəyyən edilmədiyindən Azərbaycan Respublikası İXM-nin 135.1.4-cü maddəsinə əsasən onun barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə qəbul edilmiş qərar ləğv edilərək icraata xitam verilmiş, hadisə törətməkdə təqsirli bilinən sürücü Cavabdeh2 inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı rəy tərtib edilərək icrası Sabunçu RPİ-nə həvalə edilmişdir. Mülki iş materiallarından və tərəflərin izahatlarından müəyyən olundu ki, Təhməzov Bəhlül oğlunun idarə etdiyi, "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortalanmış "xxxx" MMC-yə məxsus ** JP *** dövlət qeydiyyat nişanlı İsuzu NPR 75 LK markalı avtonəqliyyat vasitəsi xx.xx.2022-ci il tarixində Cavabdeh1 məxsus, Cavabdeh2 idarə etdiyi ** JP *** dövlət qeydiyyat nişanlı ** BV *** dövlət qeydiyyt nişanlı Hyundai County markalı avtonəqliyyat vasitəsinin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş vermişdir. Təhməzov Bəhlül oğlu barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş, inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Cavabdeh2 ** BV *** dövlət qeydiyyat nişanlı Hyundai County markalı avtonəqliyyat vasitəsinə vurulan zərərin əvəzində sığorta ödənişi verilməsi ilə bağlı ərizə ilə "xxxx" ASC-yə müraciət etmişdir.X6 yol-nəqliyyat hadisəsində təqsirli bilindiyi üçün ** BV *** dövlət qeydiyyat nişanlı Hyundai County markalı avtonəqliyyat vasitəsinə dəymiş zərər qiymətləndirilmiş, “Zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabat”a əsasən 5130.00 manat məbləğində müəyyən edilərək, "xxxx" ASC-nin “Sığorta aktı”na əsasən 5000.00 manat məbləğində sığorta ödənişi ** BV *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin mülkiyyətçisi Cavabdeh1 bank hesabına köçürülmüşdür. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş Cavabdeh1 pulun onun hesabına köçürüldüyünü inkar etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəlləinin 14.2-ci maddəsinə əsasən əsassız varlanma Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları sırasına daxildir. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 439.4-cü maddəsinə əsasən öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 135.1-ci maddəsinə əsasən pullar və sənədli qiymətli kağızlar da əşyadır. Həmin Məcəllənin 135.2-ci maddəsinə əsasən əmlak istənilən əşyaların və qeyri-maddi əmlak nemətlərinin toplusudur. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Məhkəmə qeyd edir ki, mülki işin hallarından mübahisənin hüquqi təbiətinin əsassız varlanma olduğu müəyyən olunur. Belə ki, iddiaçı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.2-ci maddəsində qeyd edildiyi kimi əvvəl mövcud olmuş əsasa, yəni Sabunçu rayon DYPŞ YHN inspektoru X1 tərəfindən Təhməzov Bəhlül oğlu barəsində tərtib olunmuş İXP ******* saylı inzibati xəta haqqında protokola və TP ******* saylı inzibati tənbeh vermə haqqında qərara istinad edərək xx.xx.2022-ci il tarixli “Sığorta aktı”na əsasən 5000 manat məbləğində sığorta ödənişini ** BV *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin mülkiyyətçisi Cavabdeh1 bank hesabına köçürmüşdür. Sonradan pul məbləğinin verilməsi üçün mövcud əsas aradan qalxmışdır. Belə ki, X4 hərəkətində Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsinin tərkib hissəsinin olması müəyyən edilmədiyindən Azərbaycan Respublikası İXM-nin 135.1.4-cü maddəsinə əsasən onun barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə qəbul edilmiş qərar ləğv edilərək icraata xitam verilmiş, hadisə törətməkdə təqsirli bilinən sürücü Cavabdeh2 inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı rəy tərtib edilərək icrası Sabunçu RPİ-nə həvalə edilmişdir. Belə olan halda "xxxx" ASC tərəfindən şəxsi hesabına 5000 manat ödənilmiş Cavabdeh1 əsassız varlanmış şəxs olur. Həmçinin iddiaçı özü də iddia ərizəsinin əsaslandırılması zamanı Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanmaya dair normalarına istinad etmişdir ki, burdan iddiaçının özünün də hazırki mübahisəyə əsassız varlanmaya dair qanunvericiliyin tətbiq edilməli olduğunu inkar etmədiyi görünür. Məhkəmə hesab edir ki, Cavabdeh1 "xxxx" ASC-dən 5000 manat pul məbləğini qəbul etməklə əsassız varlandığı iş materialları ilə sübuta yetirilir. Bu səbəbdən də Cavabdeh1 əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalı olduğundan, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən tələb olunan 5000 manat pul məbləğini ona qaytarmalıdır. Eyni zamanda məhkəmə qeyd edir ki, Cavabdeh2 münasibətdə iddia tələbi əsassızdır. Belə ki, yuxarıda qeyd edilən qanunvericilik müddəalarından aydın olur ki, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Lakin mülki işin materiallarından, həmçinin iddia ərizəsindən və iddiaçının nümayəndəsinin izahatlarından tələb olunan pul məbləğinin bütövlükdə yalnız Cavabdeh1 şəxsi hesabına köçürüldüyü, Cavabdeh2 heç bir əmlak əldə etmədiyi müəyyən olunur. Buna görə də digər cavabdehə qarşı pul məbləğinin müştərək qaydada Cavabdeh2 da tələb edilməsi əsassız və qanunsuzdur. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 5000 manat məbləğində pul tutularaq "xxxx" ASC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən və iddiaçı ödənilmiş dövlət rüsumunu tələb etdiyindən Cavabdeh1 70 manat dövlət rüsumunun və 0,40 manat bank xidməti xərcinin əvəzi tutularaq "xxxx" ASC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 5000 manat məbləğində pul, 70 manat dövlət rüsumunun və 0,40 manat bank xidməti xərcinin əvəzi tutularaq "xxxx" ASC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mehriban Əfəndizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar