Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(005)-3283/2022 23.08.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Əliyeva Nurlana Sahib qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı borcun qaytarılması, dəymiş ziyanın ödənilməsi, şərəf və ləyaqətin alçaldılmasına görə kompensasiya ödənilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı borcun qaytarılması, dəymiş ziyanın ödənilməsi, şərəf və ləyaqətin alçaldılmasına görə maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh borc kimi verilmiş 6000 manat pulun alınaraq ona ödənilməsi, qapının bağlanması səbəbindən xarab olmuş ərzaq məhsullarına görə 343 manat məbləğində kompensasiyanın Cavabdeh alınaraq ona ödənilməsi, Cavabdeh onun şərəf və ləyaqətini alçaltdığına və ləkələdiyinə görə üzr istəməsi və 1000 manat məbləğində kompensasiyanın ona ödənilməsi, məhkəmədə iddia qaldırmaq üçün ödədiyi 93,43 manat məbləğində dövlət rüsumunun əvəzinin alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş İddiaçı nümayəndəsi və vəkili X3 cavabdehlə aralarında barışıq sazişi bağlandığını bildirərək sazişin təsdiq olunmasını və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh müvafiq barışıq sazişinin təsdiq edilməsi və mülki iş üzrə icraata xitam verilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmə tərəflərin təqdim etdiyi barışıq sazişini və iş materiallarını araşdıraraq hesab edir ki, tərəflər arasında bağlanmış barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3 və 52.5-ci maddələrinə əsasən, tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. Tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Barışıq sazişi aşağıdakı məzmunda və şərtlərlə bağlanmışdır:
1. İddiaçı Abşeron rayonu, Xırdalan şəhəri H.Əliyev prospekti 328 ünvanında yerləşən mülkiyyət hüquqları Cavabdeh məxsus, qeydiyyat nömrəsi ********** olan və icarəyə götürdüyü qeyri-yaşayış sahəsindən özünə məxsus olan avadanlıqları tərəflər arasında Barışıq Sazişi imzalandıqdan və məhkəmə tərəfində təsdiq edildikdən sonra 3 gün ərzində aparmağı öz üzərinə götürür.
2. İddiaçı Cavabdeh qarşı “borc verdiyi 6000 manat pul məbləğinin alınaraq ona ödənilməsi, qapının bağlanmasına görə xarab olan ərzaq məhsullarına görə 343 manat məbləğində kompensasiyanın Cavabdeh alınaraq ona ödənilməsi, Cavabdeh tərəfindən onun şərəf ləyaqətini alçaltdığına və ləkələdiyinə görə üzr istəməsi, Cavabdeh tərəfindən onun şərəf ləyaqətimi alçaltdığına və ləkələdiyinə görə 1000 manat məbləğində kompensasiyanın ona ödənilməsi” iddiasından imtina edir və gələcəkdə qeyd edilən iddialar ilə bağlı hər hansı bir tələb irəli sürməyəcək.
3. Şahmarlı X2 Səidə Pəhlivan qızı tərəfindən irəli sürülən “borc verdiyi 6000 manat pul məbləğinin alınaraq ona ödənilməsi, qapının bağlanmasına görə xarab olan ərzaq məhsullarına görə 343 manat məbləğində kompensasiyanın Cavabdeh alınaraq ona ödənilməsi, Cavabdeh tərəfindən onun şərəf ləyaqətini alçaltdığına və ləkələdiyinə görə üzr istəməsi, Cavabdeh tərəfindən onun şərəf ləyaqətimi alçaltdığına və ləkələdiyinə görə 1000 manat məbləğində kompensasiyanın ona ödənilməsi” iddiasından imtina etdiyinə görə 4000 manat məbləğində pul ödəməyi öhdəsinə götürür.
4. Cavabdeh tərəfindən nəzərdə tutulan 4000 manat kompensasiyanın 2000 manatı tərəflər arasında Barışıq Sazişi imzalandıqdan sonra 3 gün ərzində ödəməyi, qalan 2000 manatın 1000 manatını xx.xx.2022-ci il tarixinədək, 1000 manatını isə xx.xx.2022-ci il tarixinədək ödəməyi öz üzərinə götürür. Mülki Prosessual Məcəllənin 191.1 və 191.2-ci maddələrinə əsasən tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Hakim tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. Tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.1 və 262.4-cü maddələrinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. İşin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Məhkəmə barışıq sazişini iş materialları ilə müqayisəli şəkildə araşdıraraq və proses iştirakçılarının izahatlarını dinləyərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı borcun qaytarılması, dəymiş ziyanın ödənilməsi, şərəf və ləyaqətin alçaldımasına görə pul kompensasiyası tələbinə dair mülki iş ilə əlaqədar bağlanmış və müvafiq şərtləri özündə əks etdirən xx.xx.2022-ci il tarixli barışıq sazişi qanuna zidd olmadığından və iş üzrə tərəflərin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığından təsdiq edilməli, mülki iş üzrə icraata xitam verilməli, tərəflərə Mülki Prosessual Məcəllənin 262.4-cü maddəsinin tələbləri izah olunmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52, 191, 261-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddiaçı ilə Cavabdeh arasında aşağıdakı məzmunda bağlanmış xx.xx.2022-ci il tarixli barışıq sazişi təsdiq edilsin:
1. İddiaçı Abşeron rayonu, Xırdalan şəhəri H.Əliyev prospekti 328 ünvanında yerləşən mülkiyyət hüquqları Cavabdeh məxsus, qeydiyyat nömrəsi ********** olan və icarəyə götürdüyü qeyri-yaşayış sahəsindən özünə məxsus olan avadanlıqları tərəflər arasında Barışıq Sazişi imzalandıqdan və məhkəmə tərəfində təsdiq edildikdən sonra 3 gün ərzində aparmağı öz üzərinə götürür.
2. İddiaçı Cavabdeh qarşı verdiyi “borc verdiyi 6000 manat pul məbləğinin alınaraq ona ödənilməsi, qapının bağlanmasına görə xarab olan ərzaq məhsullarına görə 343 manat məbləğində kompensasiyanın Cavabdeh alınaraq ona ödənilməsi, Cavabdeh tərəfindən onun şərəf ləyaqətini alçaltdığına və ləkələdiyinə görə üzr istəməsi, Cavabdeh tərəfindən onun şərəf ləyaqətimi alçaltdığına və ləkələdiyinə görə 1000 manat məbləğində kompensasiyanın ona ödənilməsi” iddiasından imtina edir və gələcəkdə qeyd edilən iddialar ilə bağlı hər hansı bir tələb irəli sürməyəcək.
3. Şahmarlı X2 Səidə Pəhlivan qızı tərəfindən irəli sürülən “borc verdiyi 6000 manat pul məbləğinin alınaraq ona ödənilməsi, qapının bağlanmasına görə xarab olan ərzaq məhsullarına görə 343 manat məbləğində kompensasiyanın Cavabdeh alınaraq ona ödənilməsi, Cavabdeh tərəfindən onun şərəf ləyaqətini alçaltdığına və ləkələdiyinə görə üzr istəməsi, Cavabdeh tərəfindən onun şərəf ləyaqətimi alçaltdığına və ləkələdiyinə görə 1000 manat məbləğində kompensasiyanın ona ödənilməsi” iddiasından imtina etdiyinə görə 4000 manat məbləğində pul ödəməyi öhdəsinə götürür.
4. Cavabdeh tərəfindən nəzərdə tutulan 4000 manat kompensasiyanın 2000 manatı tərəflər arasında Barışıq Sazişi imzalandıqdan sonra 3 gün ərzində ödəməyi, qalan 2000 manatın 1000 manatını xx.xx.2022-ci il tarixinədək, 1000 manatını isə xx.xx.2022-ci il tarixinədək ödəməyi öz üzərinə götürür. İddiaçı Cavabdeh qarşı borcun qaytarılması, dəymiş ziyanın ödənilməsi, şərəf və ləyaqətin alçaldılmasına görə kompensasiya ödənilməsi tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Tərəflərə izah olunsun ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan, tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər.
Hakim Nərgiz Tağıyeva