Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-3284/2025 27.11.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə Cavabdeh qarşı; Qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia tələbi üzrə cavabdeh İddiaçı qarşı (açar sözlər: qeyri-yaşayış sahəsindən çıxarılma; təmir xərci) Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi, İlkin iddia üzrə iddiaçının nümayəndəsi-vəkili Vəkil iştirakı ilə, İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə Cavabdeh qarşı “torpaq sahəsindən və qeyriyaşayış sahəsindən çıxarılma” barədə ilkin, qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia tələbi üzrə cavabdeh İddiaçı qarşı “tikintiyə sərf olunmuş vəsait” tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə mülki işə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin inzibati binasında (Bakı şəhəri, Əhmədbəy Ağaoğlu 34A), açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: I. İşin mahiyyəti: İddiaçı Cavabdeh qarşı “torpaq sahəsindən və qeyri-yaşayış sahəsindən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Süleymanov Rəşad Musa oğlunun qanunsuz istifadəsində olan – iddiaçının mülkiyyətçisi olduğu Bakı şəhəri, Nərimanov rayonu, Arif Heydərov küçəsi, 6 (Yeni qaydalarla: Bakı şəhəri, Nərimanov rayonu, Arif Heydərov küçəsi, 120-122) ünvanda yerləşən torpaq sahəsindən və qeyriyaşayış (ofis) binasından cavabdehin (oradan qanunsuz olaraq istifadə edən digər şəxslərlə birlikdə) çıxarılması, həmin torpaq sahəsinin və qeyri-yaşayış (ofis) binasın iddiaçıya təhvil verilməsi və cavabdeh (həmçinin oradan qanunsuz olaraq istifadə edən digər şəxslər) tərəfindən əmlaka daxil olmağa və sərbəst şəkildə istifadə etməyə törədilən bütün növ maneələrin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, “Bakı şəhəri, Nərimanov rayonu, Arif Heydərov küçəsi, 6 (Yeni qaydalarla: Bakı şəhəri, Nərimanov rayonu, Arif Heydərov küçəsi, 120-122) ünvanında yerləşən torpaq sahəsi və qeyri-yaşayış (ofis) binaları mənim mülkiyyətimdədir. İki ildən çox müddətdir ki, həmin ünvanda yerləşən torpaq sahəsinin bir hissəsini və qeyri-yaşayış binasının birini cavabdeh – oğlunun istifadəsinə vermişdir. Cavabdeh həmin yerdə yaşayır, həm də sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Qeyd edir ki, şifahi razılığa əsasən adı gedən əmlakı oğlumun istifadəsinə iki il müddətinə vermişəm və o, həmin yerdən 2025-ci ilin mart ayında çıxmalı idi. Lakin, tərəfindən cavabdehə dəfələrlə şifahi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, o, həmin torpaq sahəsndən və o:is binasından çıxmaqdan boyun qaçırır. Bu azmış kimi, tanımadığım digər şəxslərin də həmin əmlakdan qanunsuz olaraq istifadə etməsinə şərait yaradır. Sonuncu dəfə cavabdehə xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubu göndərərək, gün ərzində ofis sahəsini on təqvim tam boşaldıb, oranın açarlarını mənə təhvil verməsini, əks halda məhkəməyə müraciət edəcəyim barədə cavabdehi xəbərdar etsəm də, bu günədək cavabdeh tərəfindən heç bir müsbət addım atılmamışdır. Mən, mülkiyyətimdə olan həmin yerdən özüm istifadə etmək istəyirəm, həmin yerlə bağlı başqa planlarım vardır. Lakin, cavabdehin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində mən həmin yerdən istədiyim kimi istifadə edə və ona sahib ola bilmirəm. Göründüyü kimi, həmin torpaq sahəsi və ofis binası cavabdehin və tanımadığım digər şəxslərin qanunsuz sahibliyindədir və cavabdeh həmin yerdən çıxmır. Nəticədə mənim mülkiyyətim hüquqlarım pozulur və mən, həmin əmlakla bağlı mülkiyyət hüququmu həyata keçirə bilmirəm.” İlkin iddia üzrə iddiaçı xx.xx.2025-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, Cavabdeh qanunsuz istifadəsində olan Bakı şəhəri, Nərimanov rayonu, Arif Heydərov küçəsi, 6 (Yeni qaydalarla: ünvan 1 ünvanda yerləşən torpaq sahəsindən və qeyri-yaşayış (ofis) binasından cavabdehin (oradan qanunsuz olaraq istifadə edən digər şəxslərlə birlikdə) çıxarılması, həmin torpaq sahəsinin və qeyri-yaşayış (ofis) binasın mənə təhvil verilməsi və cavabdeh (həmçinin oradan qanunsuz olaraq istifadə edən digər şəxslər) tərəfindən əmlaka daxil olmağa və sərbəst şəkildə istifadə etməyə törədilən bütün növ maneələrin aradan qaldırılması, hazırki iş üzrə hüquqlarının müdafiəsi üçün vəkil bürosuna ödədiyi 350 (üç yüz əlli) manat məbləğində xidmət haqqının əvəzinin, məhkəməyə ödədiyi 100 (bir yüz) manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia üzrə iddiaçı xx.xx.2025-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, Cavabdeh qanunsuz istifadəsində olan – iddiaçının mülkiyyətçisi olduğu Bakı şəhəri, Nərimanov rayonu, Arif Heydərov küçəsi, 6 (Yeni qaydalarla: ünvan 1 ünvanda yerləşən torpaq sahəsinin və qeyri-yaşayış (ofis) binasının boşaldılması, cavabdehin həmin torpaq sahəsindən və qeyri-yaşayış (ofis) binasından çıxarılması, həmin torpaq sahəsinin və qeyri-yaşayış (ofis) binasın iddiaçıya təhvil verilməsi və cavabdeh tərəfindən əmlakına daxil olmağa və sərbəst şəkildə istifadə etməyə törədilən bütün növ maneələrin aradan qaldırılması, hazırki iş üzrə hüquqlarımın müdafiəsi üçün vəkil bürosuna ödədiyi 350 (üç yüz əlli) manat məbləğində xidmət haqqının əvəzinin, məhkəməyə ödədiyi 100 (bir yüz) manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh xx.xx.2025-ci il tarixdə qarşılıqlı iddia tələbi üzrə cavabdeh İddiaçı qarşı “tikintiyə sərf olunmuş vəsait” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nərimanov rayonu. Arif Heydərov küçəsi, 6 (Yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən torpaq sahəsi və üzərində inşa edilmiş 300 kv.m sahəsi olan qeyri-yaşayış sahəsinin tikintisinə sərf edilmiş 498 000 (dörd yüz doxsan səkkiz min) manat vəsaitin və qarşılıqlı iddia ilə məhkəməyə müraciət olunan zaman ödənilmiş 790 manat dövlət rüsumunun cavabdeh İddiaçı alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, “cavabdeh İddiaçı mənim atamdır. Bakı şəhəri Nərimanov rayonu, Arif Heydərov küçəsi, 6 (Yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən torpaq sahəsi cavabdehə məsxusdur. Atam həmin torpaq sahəsini aldıqdan sonra arazmızda belə bir razılığa gəldik ki, orda qeyri-yaşayış sahəsi inşa edək. Atam bildirdi ki, mən bura vəsait xərcləmək istəmirəm. Mənə ona bildirdim ki, ipən burda qeyri-yaşayış sahəsi inşa etmək istəyirəm. O da, heç bir etirazının olmadığını bildirdi. 2021-ci ilin payız aylan ofisin tikintisinə başladım və 2022-ci ilin sonu bitirdik. Təxminən 300 kv.m sahəsi olan ofisi və 0,06 ha sahəsi olan həyətyani sahədə də müxtəlif ağaclar əkidik yerinə döşəmə etdirdik və s. Ofis və həyətinə təxminən 498 000 (dörd yüz doxsan səkkiz) manat vəsait xərclədik. Çəkilən xərclərə dair bütün qaimələr, bank köçürmələri, sübutlar mövcuddur. 2022-ci ilin sonundan hazıradək həmin qeyri-yaşayış sahəsi həm sahibliyimdə həm də istifadəmdə olub. Ofisdə tikinti layihələndirmə şirkəti fəaliyyət göstərir. Şirkətdə 16 nəfər işçi fəaliyyət göstərir. Bu gün İddiaçı məhkəməyə qaldırdığı iddia həm mənim həm də burda çalışan 16 nəfərin hüquqlarının da pozulması, işsiz qalması deməkdir. Aramızda yaranmış bu soyuqlud valideyinlərimizin ailə münasibətlərinin bitirməsindən irəli gəlir. İddiaçı şəxsi prinsiplər üzərindən mənə qarşı belə bir iddia qaldırmışdır. Hesab edirəm ki, Bakı şəhəri Nərimanov rayonu, Arif Heydərov küçəsi, 6 (Yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən torpaq sahəsi ə üzərində inşa edilmiş qeyriyaşayış sahəsinə sərf olunmuş 498000 manat cavabdeh tərəfindən ona ödənilməlidir.” II. Tərəflərin mövqeləri: Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, ilkin iddia tələbinin təmin edilməsi, qarşı tərəfin qarşılıqlı iddia tələbinin rədd edilməsi haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, ilkin iddia üzrə cavabdeh – qarşılıqlı iddia üzrə iddiaçı məhkəmə iclasında iştirak etməmişdirlər. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə, mülki işə ilkin iddia üzrə cavabdeh – qarşılıqlı iddia üzrə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. III. İşin faktiki halları: - Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən elektron çıxarışdan görünür ki, ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış binası xüsusi mülkiyyət hüququ üzrə tam payla xx.xx.2012-ci il tarixdə X4 adına qeydiyyata alınmışdır. - Hədiyyə verən X5 və hədiyyə alan İddiaçı arasında bağlanmış 07 fevral 2023-cü il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış binası sonuncunun mülkiyyətinə verilmişdir. - Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən elektron çıxarışdan görünür ki, ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış binası xüsusi mülkiyyət hüququ üzrə tam payla xx.xx.2023-cü il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır. - İddiaçı tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, sonuncudan 10 təqvim günü ərzində ofis sahəsini boşaldıb açarlarının təhvil verilməsi xahiş edilmiş, əks təqdirdə ofis sahəsindən çıxarılma və icarə haqqı barədə iddia tələbi ilə məhkəməyə müraciət olunacağı bildirilmişdir. - Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən elektron çıxarışdan görünür ki, ünvan 2 (Yeni qaydalarla: ünvan 3 ünvanında yerləşən sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaq sahəsi xx.xx.2024-cü il tarixdə İddiaçı adına xüsusi mülkiyyət hüququ üzrə tam payla qeydiyyata alınmışdır. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanış 13 avqust 2025-ci il tarixli məktubdan görünür ki, ünvan 5 qeyri-yaşayış binası xx.xx.2023-cü il tarixdə İddiaçı adına qeydiyyatdan keçmişdir. Sözügedən əmlak sökülmüş, əmlakın yerləşdiyi ünvan 5 ünvanda 0,3829 ha sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaq sahəsi xx.xx.2024-cü il tarixdə İddiaçı adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. IV. Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Məhkəmə ilkin iddia üzrə iddiaçının nümayəndəsi-vəkilinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ilkin iddia tələbi təmin edilməli, qarşılıqlı iddia tələbi isə təmin edilməməlidir. Məhkəmə iclasında təqdim edilmiş sübutlar əsasında müəyyən edilmişdir ki, ünvan 5 qeyri-yaşayış binası və əmlakın yerləşdiyi ünvan 5 ünvanda 0,3829 ha sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaq sahəsi İddiaçı mülkiyyətindədir. İddiaçının əmlaklara dair mülkiyyət hüququ daşınmaz əmlakın Dövlət reyestrində qeydə alınmış, bununla bağlı müvafiq çıxarışlar verilmişdir. İlkin iddia üzrə Cavabdeh iddiaçının oğludur. Onlar arasında əmlakın Cavabdeh istifadəsinə verilməsinə dair şifahi razılıq olmuşdur. İlkin iddia üzrə iddiaçı xx.xx.2025-ci il tarixdə cavabdehə müraciət edərək 10 gün müddətində əmlakın boşaldılaraq təhvil verilməsini xahiş etmiş, lakin əmlak təhvil verilməmişdir. Bu səbəbdən hazırda İddiaçı qeyd olunan qeyri-yaşayış sahəsinin boşaldılması və ona təhvil verilməsi barədə tələblə məhkəməyə müraciət etmişdir. Eyni zamanda məhkəmə araşdırması zamanı Cavabdeh qarşılıqlı iddia ərizəsi təqdim edərək, tikintiyə sərf etdiyi 498000 manat vəsaitin İddiaçı tərəfindən ona ödənilməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesində ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu mənada məhkəmənin qənaətinə görə, iddia tələbi üzrə iddiaçının irəli sürdüyü faktiki hallara onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşıbuzlaşmamasına hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Həmin Konstitusiyanın 29-cu maddəsinin 3-cü hissəsinə görə, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 146.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). -146.2-ci maddəsinə əsasən, daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. -152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. -152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. - 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. -165.1-ci maddəsinə əsasən, sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. - 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya”nın 1 saylı protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Məhkəmə qeyd edir ki, iddia tələbinin hüquqi əsasını mülkiyyətin müdafiəsi ilə bağlı olan Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157-ci maddəsi təşkil edir. İlk olaraq, ayrılmaz və bölünməz əsas insan və vətəndaş hüquq və azadlıqlarından biri kimi mülkiyyət hüququna verilən təminat mülki hüquq münasibətləri iştirakçılarına onu hüquqi bərabərlik və toxunulmazlıq prinsiplərinə uyğun əmlak müstəqilliyi, iradə azadlığı şəraitində həyata keçirmək imkanının yaradılmasını, pozulduğu təqdirdə məhkəmə müdafiəsini nəzərdə tutur. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdən biridir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq, dövlət tərəfindən qorunur. Bu anlamda, hər hansı üçüncü şəxsin törətdiyi pozuntudan mülkiyyətçinin əşya hüquqları məhkəmə müdafiəsi üsulu ilə müdafiə edilir. Belə hüquqi müdafiə üsulunun əsas məqsədi ya mülkiyyətçiyə ona məxsus olan sahiblik, əmlakdan istifadə və onun üzərində sərəncam vermək hüquqlarını bərpa etməkdən, ya da bu hüquqların həyata keçirilməsinə mane olan halları aradan qaldırmaqdan ibarətdir. Bu üsulun əsas istiqaməti subyektiv hüquq olan mülkiyyət hüququnu bilavasitə müdafiə etməklə şərtlənir. Milli və beynəlxalq qanunvericilik müddəalarının mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddaratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.2-ci maddəsinin dispozisiya şərtlərinə görə əmlakın tələb olunması üçün üç şərtin mövcudluğu tələb olunur: iddiaçı qaytarılması tələb olunan əşyanın mülkiyyətçisi olmalıdır; əşya faktiki olaraq özgəsinin sahibliyində olmalıdır; özgəsinin əşyaya sahibliyinin hüquqi əsası olmamalıdır. Bu şərtlərdən hər hansı birinin sübuta yetirilməməsi iddianın rədd olunmasına əsasdır. Ona görə də Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgənin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, ilk növbədə qaytarılması tələb olunan əşyanın mülkiyyətçisi olduğunu, bundan sonra əşyanın faktiki olaraq özgəsinin sahibliyində olduğunu və nəhayət özgəsinin əşyaya sahibliyinin hüquqi əsasının olmadığını sübut etməlidir. Məhkəmə ilkin iddia tələbinə münasibətdə qeyd edir ki, ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış binası X5 və İddiaçı arasında bağlanmış 07 fevral 2023-cü il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən, sonuncunun mülkiyyətinə verilmişdir. Müqaviləyə əsasən, ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış binası xüsusi mülkiyyət hüququ üzrə tam payla xx.xx.2023-cü il tarixdə İddiaçı adına qeydiyyata alınmış, bununla bağlı daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. İlkin iddia üzrə Cavabdeh hazırda mübahisəli qeyri-yaşayış sahəsindən istifadə edir. İlkin iddia üzrə İddiaçı xx.xx.2025-ci il tarixdə Cavabdeh yazılı qaydada müraciət edərək 10 gün müddətində əmlakın boşaldılaraq açarların təhvil verilməsini xahiş etmiş, lakin əmlak təhvil verilməmişdir. Göründüyü kimi, mübahisəli əmlak tam payla ilkin iddia üzrə İddiaçı xüsusi mülkiyyətindədir. O, mülkiyyətçi kimi əmlaka sərbəst surətdə sahib olmaqla, ondan istifadə edə və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə və əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər. Hazırki ilkin iddia üzrə Cavabdeh iddiaçının oğludur. İddiaçı əvvəlcə oğluna - cavabdehə qeyri-yaşayış sahəsindən müvəqqəti istifadə etməsi üçün razılıq vermiş, lakin daha sonradan onun əmlakdan çıxarılmasını tələb etmişdir. Məhkəmə tərəfindən ilkin iddia üzrə Cavabdeh mübahisəli mənzilə dair hər hansı bir əmlak hüququ müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, ilkin iddia üzrə Cavabdeh mübahisəli torpaq və qeyriyaşayış binasından istifadə etməsi, onu boşaltmaqdan imtina etməsi İddiaçı mülkiyyətçi kimi əmlak hüquqlarının həyata keçirilməsinə və həmin əmlakdan istifadə etməsinə maneə yaradır və iddiaçının qanunla qorunan mülkiyyət hüquqlarını pozur. Bu səbəbdən İddiaçı mübahisəli əmlakda qalması, mülkiyyətçiyə maneə törətməsi mülkiyyət hüquqlarının məhdudlaşdırılması baxımından qanunsuz hal kimi qiymətləndirilməlidir. Belə olan halda məhkəmə hazırda İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Arif Heydərov küçəsi, 6 (Yeni qaydalarla: ünvan 1 ünvanda yerləşən torpaq sahəsi və qeyri-yaşayış (ofis) binasının boşaldılması, Cavabdeh həmin torpaq sahəsindən və qeyri-yaşayış (ofis) binasından çıxarılması və həmin torpaq sahəsi və qeyri-yaşayış (ofis) binasının iddiaçıya təhvil verilməsini, habelə ilkin iddia üzrə Cavabdeh tərəfindən İddiaçı mülkiyyətində olan əmlaka daxil olmağa və sərbəst şəkildə istifadə etməyə törədilən bütün növ maneələrin aradan qaldırılmasını ilkin iddia üzrə İddiaçı mülkiyyət hüquqlarının bərpası kimi qanuni hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. -1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. -1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. -1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. -1092.2-ci maddəsinə əsasən əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. -1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Məhkəmə qarşılıqlı iddia tələbinə münasibətdə isə qeyd edir ki, bununla bağlı, sözügedən mübahisə həll olunarkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1 və 1091.2-ci maddələrinin tələbləri rəhbər tutulmalıdır. Belə ki, sözügedən müdəalara əsasən, əgər bir şəxs hüquqi əsas olmadan, digər şəxsin hesabına əmlak əldə edirsə və ya onun maddi rifah halı yaxşılaşdırılırsa, bu, əsassız varlanma hesab olunur. Əsassız varlanan o şəxs sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin hesabına əmlak əldə etsin (MM m.1091) Şərh olunan maddənin məzmunundan göründüyü kimi, əsassız varlanma dedikdə bir şəxsin heç bir hüquqi əsas olmadan başqa şəxsin hesabına əmlak əldə etməsi anlaşılır. Əsassız varlanma heç bir hüquqi əsas olmadan başqa şəxsin hesabına zənginləşməni ehtiva edən hüquqazidd hərəkətdir. Əsassız varlanma yalnız o halda baş verir ki, bu cür varlanmaya haqq qazandıran əsas qanunda və ya müqavilədə nəzərdə tutulmamış olsun. Əsassız varlanma yalnız hüquqi və ya müqavilə əsası olmadan varlanma ilə məhdudlaşmır, eyni zamanda həyata keçirilməmiş və ya sonradan aradan qalxmış hüquqi əsaslar mövcud olduqda da tətbiq edilir. Mülki Məcəllənin 1092-ci maddəsinə əsasən isə əsassız varlanmış şəxs əldə etdiklərini əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Bunun nəticəsində əsassız varlanmış şəxs hüquqazidd yolla əldə etdiklərindən məhrum olur, onlardan əsassız məhrum olmuş şəxs isə itirdiklərini əldə etmiş olur və qanunçuluq bərpa edilir. Əldə edilənləri vermək mümkün olmadıqda onların dəyəri ödənilir. Qanundan irəli gələn öhdəlik kimi əsassız varlanma çərçivəsində tələbin haqlı sayılması üçün isə aşağıdakı şərtlər müəyyən edilməlidir: - cavabdehin əmlak əldə etməsi; - həmin əmlakı iddiaçının əmlakı hesabına əldə etməsi; - əldəetmə üçün qanundan və ya müqavilədən irəli gələn heç bir əsasın olmaması, yaxud bu cür varlanmanın həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənməsi. İddiaçı mübahisəli ərazidə qeyri-yaşayış sahəsinin tikintisinə 498000 manta vəsait sərf etdiyini bildirmiş, qeyd olunan məbləğin mülkiyyətçi - cavabdeh tərəfindən ona ödənilməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, tərəflər göstərdikləri və ya iddia etdikləri hallara dair müvafiq sübutları təqdim etməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin tələbinə görə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın 127-ci maddəsinin Vİİ hissəsinə görə isə məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar—iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli Qərarına görə proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Bununla belə, qarşılıqlı iddia üzrə iddiaçı məhkəmə iclaslarında iştirak etməməklə, onun tərəfindən cavabdehin mülkiyyətində olan qeyri-yaşayış sahəsinin tikintisinə 498000 manat vəsait sərf edilməsini təsdiq edən mötəbər sübutları (şahid, ekspertiza keçirilməsinə dair vəsait və s.) məhkəməyə təqdim etməmiş və məhkəmə araşdırması zamanı həmin hallara dair hər-hansı mötəbər sübut aşkar edilməmişdir. Digər tərəfdən məhkəmə iclasında qarşılıqlı iddia üzrə iddiaçının vəsatətinə əsasən şahidlər məhkəməyə dəvət olunmuş və dinlənilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş xx.xx.1983-cü il təvəllüdlü X2 bildirmişdir ki, "Ado-G X11 Quraşdırma" Məhdud Məsuliyyətli Cəmiyyətində müqavilə əsasında beton işləri ilə məşğuldur. Mübahisəli qeyri-yaşayış sahəsi olan obyektdə tikinti işləri aparmışdır. Yerin qazılması, armaturun yığılması, beton tökülməsi və s.işlər görmüşdür. Ustadır. Sifarişi verən Məmmədov İlham olub. Tikinti materiallarını şirkətin direktoru Yaqub adlı şəxs göndərirdi. İddiaçı gəlib işə nəzarət edirdi və pulu Məmmədov İlham verirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş xx.xx.1985-ci il təvəllüdlü X1 bildirmişdir ki, "Ado-G X11 Quraşdırma" Məhdud Məsuliyyətli Cəmiyyətində usta kimi fəaliyyət göstərmişdir. Mübahisəli ərazinin tikintisində 2-3 il əvvəl iştirak etmişdir. Hörgü,suvaq və beton işləri görmüşdür. Tikinti işləri "Ado-G X11 Quraşdırma" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən maliyyələşirdi. İddiaçı şirkətin direktorudur, cavabdehi iddiaçının oğlu kimi tanıyır. Tikintiyə sərf olunan məbləğ "Ado-G X11 Quraşdırma" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən ödənilirdi. Prorab İlham adlı şəxs olub. Tikinti materialı lazım olarkən Əjdər adlı şəxsə demişlə və "Ado-G X11 Quraşdırma" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən təmin olunurdu. Əmək haqqı "Ado-G X11 Quraşdırma" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş xx.xx.1954-cü il təvəllüdlü X3 bildirmişdir ki, "Ado-G X11 Quraşdırma" Məhdud Məsuliyyətli Cəmiyyətində sahə rəisi vəzifəsində işləyir. Mübahisəli qeyri-yaşayış sahəsinin tikilişində iştirak etməmişdir, lakin iddiaçının göstərişi ilə tikinti materiallarını göndərmişdir. Tikinti materiallarının alınması barədə göstəriş verilirdi və göndərirdi. Cavabdehi oğlu kimi tanıyır, lakin orada sonuncu dəfə nə tikildiyini bilmir. Məhkəmə iclasında şahid qismində dindirilmiş xx.xx.1989-cu il təvəllüdlü Abbasov Mamed bildirmişdir ki, "Ado-G X11 Quraşdırma" Məhdud Məsuliyyətli Cəmiyyətində topoqraf işləyir, mübahisəli Bakı şəhəri, Nərimanov rayonu, Arif Heydərov küçəsi, 6 ünvanında iş görmüş, şirkət tərəfindən ora göndərilmiş, orada ölçülər vermişdir. MMC bildiyinə görə İddiaçıdur. MMC-dən əmək haqqı alır. Həmin ünvanda təxminən 20 gün işləmiş, 20 gün ərzində 5 dəfə getmiş, kodlar vermişdir. Cavabdeh müəllimin oğludur. Onu orada bəzən ofisə - həmin ünvana yaxın ayrı binada yerləşən ofisə gələn-gedən görmüşdür. Ustaların xərclərini çox güman ki, şirkət ödəmişdir. Məhkəmə qeyd edir ki, qarşılıqlı iddia tələbi üzrə iddiaçının bildirdiyi hallar – təmirtikinti işləri görməsi, vəsait xərcləməsi və s. bilavasitə onun sübutetmə yükü ilə bağlıdır və iddiaçı bu hallara dair sübutetmə vəzifəsi daşıyır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alındığında isə bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Hazırda məhkəmə araşdırması zamanı yuxarıda qeyd olunan maddi hüquq normalarının tələbləri üzrə qarşılıqlı iddia tələbi üzrə iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları təkzibedilməz, əsaslı şübhələrdən kənar sübutlarla sübut edə bilməmişdir. Belə olan halda yaranmış mübahisədə qarşılıqlı iddia tələbi üzrə iddiaçının tələbinin əsaslı olması, habelə hazırda cavabdeh tərəfindən iddiaçının qanunla qorunan hüquqlarının pozulması – sonuncunun hesabına əsassız varlanması halı təsdiq olunmur. Məhkəmə qarşılıqlı iddia ərizəsinə əlavə edilmiş elektron-qaimə fakturalara münasibətdə isə qeyd edir ki, qeyd olunan sənədlərlə qarşılıqlı iddia tələbi üzrə cavabdehin mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Arif Heydərov küçəsi, 6 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə, qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh tərəfindən xərc çəkilməsi sübut olunmur. Belə ki, qeyd olunan qaimələrdə qəbul edən şəxs kimi "xxxx" MMC (hüquqi ünvanı: ünvan 6 ödənişi edən şəxs isə göstərilməmişdir. Bununla da, çəkilən xərclərin İddiaçı məxsus əmlaka dair çəkilməsi, habelə Cavabdeh hesabına ödənilməsi təsdiq olunmur. İddiaçı həmçinin hüquqi yardım üçün ödənilmiş 350 (üç yüz əlli) manat məbləğində pulun cavabdeh tərəfindən ona ödənilməsini xahiş edir. Prosessual qanunvericiliyin məhkəmə xərclərini tənzimləyən normalarına əsasən nümayəndələrə və vəkillərə ödənilən xərclər məhkəmə məsrəflərinə daxildir. Həmin məsrəflər də digər məhkəmə xərcləri kimi ödənilmiş tələbin məbləğinə münasib olaraq tərəflərə aid edilir. Qanunvericilik eyni zamanda məhkəmənin üzərinə nümayəndəyə və ya vəkilə ödənilmiş xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə ağlabatan məbləğdə tutulması vəzifəsi qoyur. Konkret hallar dedikdə göstərilən yardımın həcmi (məhkəmə hərəkətlərinin və iclaslarının sayı), müddəti, baxılan işin mürəkkəbliyi və sair bu kimi amillər nəzərə alınmalıdır. Xərclərin ağlabatan məbləğ anlayışı qiymətləndirilən anlayış olub, hər bir iş üzrə konkret hallar nəzərə alınmaqla onun məzmunu müəyyən edilməlidir. Belə ki, bir mülki iş üzrə ağlabatan olan məbləğ başqa iş üzrə ya həddən artıq, ya da hərdən az məbləğ kimi qəbul edilə bilər. İddiaçı tərəfindən iş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli hüquqi yardımın göstərilməsi barədə müqavilə, habelə mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən vəkil xidməti təyinatı ilə 350 manat ödəniş edilmişdir. İlkin iddia üzrə iddiaçı məhkəmə iclasında Bakı şəhəri Mərkəz Vəkil Bürosunun vəkili ilə təmsil olunmuşdur. Məhkəmə hazırki iş üzrə göstərilmiş hüquqi yardıma görə tələb etdiyi xərci işin konkret halları və həcmi baxımından ağlabatan məbləğ hesab edir və bu hissədə tələbin tam təmin edilərək, hüquqi yardıma görə xərcin əvəzi kimi 350 (üç yüz əlli) manat məbləğin ilkin iddia üzrə cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməsini əsaslı hesab edir. Həmçinin məhkəmə məhkəmə xərclərinə münasibətdə hesab edir ki, ilkin iddia tələbi təmin edildiyindən, ilkin iddia üzrə ödənilmiş dövlət rüsumu ilkin iddia tələbi üzrə cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməli, qarşılıqlı iddia tələbi rədd edildiyindən qarşılıqlı iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. - 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. -124.2-ci maddəsinə əsasən, iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. - 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmə qeyd edilənlərə və göstərilən qanunvericilik normalarına əsasən hesab edir ki, ilkin iddia tələbi təmin edilməli, ilkin iddia üzrə Cavabdeh qanunsuz istifadəsində olan ilkin iddia üzrə İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Arif Heydərov küçəsi, 6 (Yeni qaydalarla: ünvan 1 ünvanda yerləşən torpaq sahəsi və qeyriyaşayış (ofis) binası boşaldılsın, Cavabdeh həmin torpaq sahəsindən və qeyri-yaşayış (ofis) binasından çıxarılsın, həmin torpaq sahəsi və qeyri-yaşayış (ofis) binası iddiaçıya təhvil verilməli, ilkin iddia üzrə Cavabdeh tərəfindən İddiaçı mülkiyyətində olan əmlaka daxil olmağa və sərbəst şəkildə istifadə etməyə törədilən bütün növ maneələr aradan qaldırılmalı, ilkin iddia üzrə Cavabdeh hazırki iş üzrə hüquqların müdafiəsi üçün vəkil bürosuna ödədiyi 350 (üç yüz əlli) manat məbləğində xidmət haqqı və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 100 (yüz) manat tutularaq İddiaçı xeyrinə ödənilməli, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı “Bakı şəhəri Nərimanov rayonu. Arif Heydərov küçəsi, 6 (Yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən torpaq sahəsi və üzərində inşa edilmiş 300 kv.m sahəsi olan qeyri-yaşayış sahəsinin tikintisinə sərf edilmiş 498 000 (dörd yüz doxsan səkkiz min) manat vəsaitin və qarşılıqlı iddia ilə məhkəməyə müraciət olunan zaman ödənilmiş 790 manat dövlət rüsumunun cavabdeh İddiaçı alınaraq ona verilməsi” tələbinə dair iddiası təmin edilməməli, qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçıya aid edilməlidir. V. Nəticə: Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 238, 241-244 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İlkin iddia tələbi təmin edilsin. İlkin iddia üzrə Cavabdeh qanunsuz istifadəsində olan ilkin iddia üzrə İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Arif Heydərov küçəsi, 6 (Yeni qaydalarla: ünvan 1 ünvanda yerləşən torpaq sahəsi və qeyri-yaşayış (ofis) binası boşaldılsın, Cavabdeh həmin torpaq sahəsindən və qeyri-yaşayış (ofis) binasından çıxarılsın, həmin torpaq sahəsi və qeyri-yaşayış (ofis) binası iddiaçıya təhvil verilsin. İlkin iddia üzrə Cavabdeh tərəfindən İddiaçı mülkiyyətində olan əmlaka daxil olmağa və sərbəst şəkildə istifadə etməyə törədilən bütün növ maneələr aradan qaldırılsın. İlkin iddia üzrə Cavabdeh hazırki iş üzrə hüquqların müdafiəsi üçün vəkil bürosuna ödənilmiş 350 (üç yüz əlli) manat məbləğində xidmət haqqı və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 100 (yüz) manat tutularaq İddiaçı xeyrinə ödənilsin. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı “Bakı şəhəri Nərimanov rayonu. Arif Heydərov küçəsi, 6 (Yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən torpaq sahəsi və üzərində inşa edilmiş 300 kv.m sahəsi olan qeyri-yaşayış sahəsinin tikintisinə sərf edilmiş 498 000 (dörd yüz doxsan səkkiz min) manat vəsaitin və qarşılıqlı iddia ilə məhkəməyə müraciət olunan zaman ödənilmiş 790 manat dövlət rüsumunun cavabdeh İddiaçı alınaraq ona verilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçıya aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov 540) apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səbinə Nuriyeva
Məhkəmə qərarları › İş №e-2(005)-3284/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-3284/2025
27.11.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver