Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-3295/2025 04.11.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mənzilə istifadə hüququna itirilmiş hesab edilməsi tələbinə dair iddia ərizəsi barədə mülki iş üzrə (açar sözlər: mənzilə istifadə hüququ) Məhkəmə iclas katibi Mayılzadə Gülzadə Çingiz qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili X4 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İşin faktiki halları: Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın X14 Reyestri Publik Hüquqi Şəxsi Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ******* nömrəli çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən 35 nömrəli (yeni qaydalarla: AZ 1078, ünvan 2 xx.xx.2017-ci il tarixdə ********** nömrə ilə X2 adına qeydiyyata alınmışdır. 510750 nömrəli maliyyə arayışından görünür ki, , ünvan 1 ünvanında "xxxx"MTK-nın inşa etdiyi çoxmərətəbli yaşayış binasının 11(on bir) mərtəbəsində 3 (üç) otaqlı 35(otuz beş) saylı mənzil X5 məxsusdur. Hazırda İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2, habelə cavabdehlərlə birlikdə yaşayan yetkinlik yaşına çatmayan övladı övladı X3 iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 35 nömrəli (yeni qaydalarla: AZ 1078, ünvan 2 mənzil yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. a) İddia ərizəsinin dəlilləri İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mənzilə istifadə hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2, habelə cavabdehlərlə birlikdə yaşayan yetkinlik yaşına çatmayan övladı iddiaçı X1 Solmaz Əlifağa qızının mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 35 nömrəli (yeni qaydalarla: AZ 1078, ünvan 2 mənzilinə dair istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahş etmişdir.(iddia tələbi dəqiqləşdirilmişdir). İddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehlər Cavabdeh1 və onun keçmiş arvadı Cavabdeh2 xx.xx.2017-ci il tarixdə İddiaçı tam mülkiyyət hüquqi ilə məxsus ünvan 1, mənzil 35 (yeni qaydalarla: AZ 1078, ünvan 2ünvanına formal olaraq passport qeydiyyatına düşmüş və heç vaxt həmin mənzildə yaşamamışlar. Qeyd olunur ki, Cavabdeh1 İddiaçı ögey qardaşıdır. Hazırda cavabdehlərlə heç bir əlaqə yoxdur, bu isə həmin mənzilə mülkiyyətçinin sərəncam vermək hüququna maneçilik törətməklə onu əlverişsiz vəziyyətə salır. Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən iddia ərizəsinə etiraz yazılı şəkildə məhkəməyə təqdim edilməmişdir. Məhkəmə iclasında verilən izahatlar Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili X8 iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. O qeyd etdi ki, mənzil iddiaçının xüsusi mülkiyyətindədir, vərəsəlik qaydasında deyil, əvəzli müqavilə əsasında əldə edilib. Cavabdeh1 iddiaçının ögey qardaşı, Cavabdeh2 onun həyat yoldaşıdır. Hazırda cavabdehlərin mənzildə qeydiyyatda olması iddiaçının mülkiyyətçi kimi hüquqlarından sərbəst və maneəsiz istifadə etməsinə maneə yaradır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə mülki işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh1 bildirdi ki, mübahisə predmeti olan mənzilə təxminən 7-8 il əvvəl qeydiyyata düşüb. Həyat yoldaşı ilə 1 ildən artıq müddətdir ki, ayrı yaşayırlar. Təxminən 1 il 2 aydır ki, həmin mənzildə yaşamır. Hazırda yaşadığı mənzil Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşir, iddiaçının qızına məxsusdur. Məhkəmə tərəflərin izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini və işdə olan sübutları işin faktiki hallarının tam və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, iddia aşağıda qeyd olunanlara əsasən təmin edilməlidir. Mülki işin materialları: - Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın X14 Reyestri Publik Hüquqi Şəxsi Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ******* nömrəli çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən 35 nömrəli (yeni qaydalarla: AZ 1078, ünvan 2 xx.xx.2017-ci il tarixdə ********** nömrə ilə X2 adına qeydiyyata alınmışdır. - "xxxx" MTK tərəfindən tərtib edilmiş xx.xx.2017-ci il tarixli, 55 saylı arayışdan müəyyən edilir ki, Bakı şəhəri, Nərimanov rayonu, X.Şuşinski küçəsindəki 54 №-li evin 11ci mərtəbəsində yaşayış sahəsi 66 kv.metr olan 3 otaqlı 35 №-li mənzil X5 məxsusdur. - "xxxx" MTK-nın üzvlərinin ümumi iclasının xx.xx.2017-ci il tarixli protokolundan görünür ki, vətəndaş X7 Bakı şəhəri, Nərimanov rayonu, X.Şuşinski küçəsindəki 54 №-li evin 11-ci mərtəbəsində ümumi sahəsi 138,2 kv.m., yaşayış sahəsi 66 kv.metr olan 3 otaqlı 35 №-li mənzilin payçısı olaraq təsdiq edilmişdir. - "xxxx" MTK tərəfindən tərtib edilmiş 510750 nömrəli maliyyə arayışından görünür ki, , ünvan 1 ünvanında "xxxx"MTK-nın inşa etdiyi çoxmərətəbli yaşayış binasının 11(on bir) mərtəbəsində 3 (üç) otaqlı 35(otuz beş) saylı mənzil X5 məxsusdur.mənzilin tam dəyərini ödəmişdir, MTK-ya heç bir borcu yoxdur. - “AZEMİS” elektron məhkəmə informasiya sistemindən çıxarışlardan görünür ki, Cavabdeh1 məxsus AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsi şəxsə xx.xx.2017-ci il tarixdə verilmiş; yaşayış yeri kimi ünvan 3 ünvanı göstərilmişdir. - “AZEMİS” elektron məhkəmə informasiya sistemindən çıxarışlardan görünür ki, Cavabdeh2a məxsus AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsi şəxsə xx.xx.2017-ci il tarixdə verilmiş; yaşayış yeri kimi ünvan 3 ünvanı göstərilmişdir. - xx.xx.2025-ci il tarixli, ********** nömrəli qəbzdən müəyyən edilir ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 100 manat dövlət rüsumu ödəmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinin İ hissəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. 60-cı maddəsinin İ hissəsinə görə, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir; 71-ci maddəsinin İ, İİ hissələrinə görə, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə əlaqədar mübahisələri məhkəmələr həll edir; 125-ci maddəsinin Vİİ hissəsinə əsasən, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6.1.4-cü maddəsinə görə, mülkiyyətin toxunulmazlığı mülki qanunvericiliyin prinsiplərindən biridir. 11.1-ci maddəsinə əsasən, mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. 228.1-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. 228.2-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 30.1-ci maddəsinə əsasən, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. 30.2-ci maddəsinə əsasən, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. 30.4-cü maddəsinə əsasən, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. 30.5-ci maddəsinə əsasən, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, məhkəmənin bu Məcəllənin 30.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla qəbul edilmiş qərarı ilə müəyyənləşdirilən yaşayış sahəsindən istifadə müddəti başa çatdıqda, keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə hüququna xitam verilir. Göstərilən müddət başa çatanadək keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə hüququna mülkiyyətçinin yaşayış sahəsinə mülkiyyət hüququna xitam verilməsi ilə eyni vaxtda, yaxud məhkəmənin qərarı ilə belə hüququn saxlanmasına əsas olmuş hallar aradan qalxdıqda xitam verilir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin 1-ci hissəsinin 5-ci bəndinə görə şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Cavabdehin evdən istifadə hüququnun olmadığının müəyyən edilməsi barədə qətnamə həmin müddəanın məqsədi baxımından istifadə hüququna xitam verilməsi barədə qətnaməyə bərabər tutulur və cavabdehin qeydiyyatdan çıxarılmasına əsas verir. Qeyd olunanlar cavabdehi yaşayış yeri üzrə qeydiyyatdan çıxarmağa səlahiyyəti olan dövlət orqanının üzərinə vəzifə qoyulması deyil, qanunun göstərişinin iddiaçıya və həmin dövlət orqanına izah edilməsidir. Azərbaycan Respublikası Mülki Prossesul Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə iclasında müəyyən olundu ki, ünvan 1 ünvanında yerləşən 35 nömrəli (yeni qaydalarla: AZ 1078, ünvan 2 mənzil iddiaçıya məxsusdur və cavabdehlər həmin mənzildə qeydiyyatda olmuşlar. Cavabdehlərin iddiaçının mülkiyyətindəki mənzildə qeydiyyatda olması onu mülkiyyətində olan evindən istədiyi kimi istifadə və sahiblik etməyə, mənzilə dair sərəncam verməyə imkan vermir. Ona görə də, iddiaçı hazırda məhkəməyə müraciət etmişdir. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın X14 Reyestri Publik Hüquqi Şəxsi Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarıa əsasən, ünvan 1 ünvanında yerləşən 35 nömrəli (yeni qaydalarla: AZ 1078, ünvan 2 xx.xx.2017-ci il tarixdə ********** nömrə ilə X2 adına qeydiyyata alınmışdır.Həmçinin, 510750 nömrəli maliyyə arayışına əsasən, ünvan 1 ünvanında "xxxx"MTK-nın inşa etdiyi çoxmərətəbli yaşayış binasının 11 (on bir) mərtəbəsində 3 (üç) otaqlı 35 (otuz beş) saylı mənzil X5 məxsusdur. Mülki iş üzrə iddiaçı iddia ərizəsi üzrə qeyd edir ki, Cavabdeh1 iddiaçının ögey qardaşıdır. Cavabdeh1 və onun keçmiş arvadı Cavabdeh2 həmin mənzildə qeydiyyatda olaraq, iddiaçının onu mülkiyyətində olan evindən istədiyi kimi istifadə və sahiblik etməyə, mənzilə dair sərəncam verməyə imkan vermir. Cavabdeh1 məhkəmə iclasında verdiyi izahata əsasən Cavabdeh1 və keçmiş arvadı Cavabdeh2, həmçinin xx.xx.2016-cı il təvəllüdlü övladı X6 da ünvan 1 ünvanında yerləşən 35 nömrəli (yeni qaydalarla: AZ 1078, ünvan 2 ünvanında qeydiyyatdadır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, mənzil 2017-ci ildə iddiaçının mülkiyyətinə keçib və cavabdehlər təxminən həmin il mənzilə köçərək yaşamağa başlamış və qeydiyyata düşmüşlər. Bu səbəbdən məhkəmə hesab edir ki, mübahisəyə hal-hazırda qüvvədə olan Mənzil Məcəlləsinin normaları tətbiq edilməlidir. Qeyd edilməlidir ki, mənzil və mülki qanunvericiliyin tələblərinə əsasən şəxsin digər şəxslərə məxsus yaşayış sahəsindən istifadə etməsinə (yaşaması, köçməsi) haqq qazandıran qanuni hallar mövcud olmalı, eyni zamanda həmin hallar zaman və istifadə baxımdan öz qüvvəsini itirməməlidir. Bunlara, şəxsin əşya hüquqlarının mövcudluğu, mülkiyyətçi ilə yaşayış sahəsindən istifadə etmək hüququ verən müvafiq müqavilənin bağlanması və digər qanuni halları aid etmək olar. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. İş materialları ilə müəyyən olunur ki, cavabdehlərdən Cavabdeh1 ögey qardaş olmaq, mənzilin mülkiyyətçisi olan iddiaçının ailə üzvü deyil, onlar arasında hər hansı qohumluq və ya ailə münasibəti mövcud deyildir. Digər tərəfdən, cavabdehlərdən heç biri iddiaçıdan özünün saxlanılmasını tələb etmək hüququna malik olmadığından Ailə Məcəllənin 30.1-ci maddəsində nəzərdə tutulan mənada iddiaçının “digər qohumları” da hesab olunmur. Belə olan halda, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsinin tələbləri baxımından cavabdehlərin iddiaçıya məxsus mənzilə istifadə hüquqları yaranmamışdır. Digər tərəfdən qeyd edilməlidir ki, yaşayış binasının tərkib hissəsindən (mülkiyyət hüququnun tərkib hissəsi olan) istifadə hüququnun yaranması üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinə riayət edilməsi tələb olunur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə görə isə yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Lakin, iş materialları ilə müəyyən olunur ki, tərəflər arasında evdən istifadə hüququnun əmələ gəlməsinə dair notariat qaydasında təsdiqlənən yazılı müqavilə də bağlanmamışdır. Müqavilə bağlanmadığına görə, cavabdehin mənzildən istifadə hüququ da əmələ gəlməmişdir. Məhkəmə hesab edir ki, hazırki halda iddiaçı mübahisəli evin mülkiyyətçisi olduğundan o, öz mülahizəsinə görə evə dair sahiblik, istifadə, sərəncam hüququna malikdir. Lakin, mülkiyyətçiyə heç bir aidiyyəti olmayan cavabdehin evdə hər hansı hüquqlarının olmamasına baxmayaraq, həmin evdə qeydiyyatda olması iddiaçının öz mülkiyyətindən dinc istifadə hüququnu həyata keçirməyə mane olur. Odur ki, iddiaçı cavabdehlərin ona məxsus mənzildən istifadə hüquqlarının itirilmiş hesab edilməsini tələb etməkdə haqlıdır. Eyni zamanda məkəmə onu da qeyd edir ki, Cavabdeh1 öz izahatında uzun müddətdir həmin məzildə yaşamadığını da qedy etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.2-ci maddəsinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Odur ki, məhkəmə hesab edir ki, cavabdehlərin himayəsində olan xx.xx.2016-cı il təvəllüdlü X6 azyaşlı olduğundan, hesab edir ki, iddia tələbi tam təmin edilməlidir. Belə ki, qanunvericliyin tələbinə görə on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, cavabdehlər Cavabdeh1 və X6 həmçinin onların yetkinlik yaşına çatmayan övladı X6 İddiaçı məxsus olan mübahisə mənzili tərk etmişdir və iddiaçının və cavabdehin bildirdiyinə əsasən onlar hazırda başqa mənzildə yaşayır. Qeyd edilənlərə əsasən müəyyən edildi ki, cavabdehlər Cavabdeh1 və X6 həmçinin onların yetkinlik yaşına çatmayan övladı X6 mübahisəli mənzildə yaşamır və onun qeydiyyatı formal xarakter daşıyır. Cavabdehlərin mübahisəli mənzildə qeydiyyatda qalması iddiaçıya mənzildən maneəsiz istifadə etməyə imkan vermir. Ona görə də, iddia əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə eyni zamanda qeyd edir ki, iddiaçı cavabdehlərin “mənzilə dair istifadə hüquqlarının itirilmiş hesab edilməsi” tələbini irəli sürsə də, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdehlərin həmin mənzildən istifadə hüququ ümumiyyətlə yaranmamışdır. Belə olan halda məhkəmə iddianın faktiki əsasını nəzərə almaqla hesab edir ki, cavabdehin mənzildən istifadə hüququnun olmadığı müəyyən edilməlidir. Məhkəmə belə qənaətə gəlir ki, cavabdehin mübahisəli mənzilə qeydiyyata alınması “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin tələbləri baxımından onun vətəndaş hüquqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratsa da, bunun nəticəsində yaranmış həmin hüquqlar Mülki Məcəllənin 152.1-ci maddəsində nəzərdə tutulan elementlərdən biri olan istifadə hüququnu təşkil etmir və onun həmin mənzildə pasport qeydiyyatında olması həmin mənzildən istifadə hüququnun yaranması kimi qiymətləndirilə bilməz Bununla yanaşı cavabdehin mübahisəli mənzildə qeydiyyatda qalması iddiaçıya mülkiyyətindən maneəsiz istifadə etməyə imkan vermir. Məhkəmə qeyd edir ki, bu qəbildən olan iddialara baxılarkən iddianın hansı hüququnun müdafiəsi üçün və hansı məqsədlə müraciət etdiyi nəzərə alınmalıdır. İddiaçı tələbini cavabdehlər Cavabdeh1 və Cavabdeh2 həmçinin onların yetkinlik yaşına çatmayan övladı X3 onun mənzilində qeydiyyatda qalmasını öz şəxsi mülkiyyəti üzərində sahiblik, istifadə yə sərəncam hüquqlarının tam həyata keçirə bilməməsi, bununla da hüququnun pozulması ilə əlaqələndirmişdir. İddiaçının məqsədi cavabdehin qeydiyyatdan çıxarılmasına nail olmaqdır. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunun 9-cu maddəsinin 1ci hissəsinin 5-ci bəndinə görə şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafıq dövlət orqanı tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Bu baxımdan cavabdehlərin evdən istifadə hüququnun olmadığının müəyyən edilməsi və istifadə hüququnun itirilməsi barədə qətnamə həmin müddəanın məqsədi baxımından istifadə hüququna xitam verilməsi barədə qətnaməyə bərabər tutulur və cavabdehlərin qeydiyyatdan çıxması üçün əsas verir. Bu cavabdehin yaşayış yeri üzrə qeydiyyatdan çıxarmağa səlahiyyəti olan dövlət orqanının üzərinə vəzifə qoyulması deyil, qanun göstərişinin işdə iştirak edən şəxsbrə və həmin dövlət orqanına izah edilməsidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın” 1 saylı Protokolunun 1-ci maddəsinə görə hər bir fıziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2, həmçinin onların yetkinlik yaşına çatmayan övladı X3 İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 35 nömrəli (yeni qaydalarla: AZ 1078, ünvan 2 mənzilə istifadə . Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2, həmçinin onların yetkinlik yaşına çatmayan övladı X3 İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 35 nömrəli (yeni qaydalarla: AZ 1078, ünvan 2 mənzilə istifadə hüquqlarının olmaması müəyyən edilsin. Mülki iş üzrə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq İddiaçı ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mehriban Əfəndizadə
Məhkəmə qərarları › İş №e-2(005)-3295/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-3295/2025
04.11.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver