Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-3400/2021 04.11.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Vüqar Şahbaz oğlunun sədrliyi, Fətəlizadə Rufanə Xıdır qızının katibliyi, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “subroqasiya qaydasında pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “subroqasiya qaydasında pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 subroqasiya qaydasında "xxxx" ASC-nin xeyrinə dəymiş ziyana görə 13476,98 manat sığorta ödənişinin, ödənilmiş 30,40 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 məxsus və Cavabdeh2 tərəfindən idarə olunan ** NZ *** dövlət qeydiyyat nişanlı Shacman markalı avtonəqliyyat vasitəsi ilə "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitələrinin tam sığortası” növü üzrə sığortalanmış ** JF *** dövlət qeydiyyat nişanlı X12 markalı avtonəqliyyat vasitəsinə 30.10.2019-cu il tarixində yol-nəqliyyat hadisəsi nəticəsində zərər vurulmuşdur. Baş vermiş yol nəqliyyat hadisəsilə əlaqədar 06.12.2019-cu il tarixli TP ******* saylı X14 haqqında qərar tərtib olunmuş və sürücü Cavabdeh2 təqsirli bilinmişdir. “X11” MMC tərəfindən tərtib olunmuş zərər aktına əsasən ** JF *** dövlət qeydiyyat nişanlı X12 markalı avtonəqliyyat vasitəsinin təmiri üçün dəymiş ziyanın ümumi miqdarı 16 044,98 manat müəyyən edilmişdir. "xxxx" ASC-nin 06.03.2020-ci il tarixli sığorta aktına əsasən dəymiş ziyana görə 15 944,98 manat məbləğində sığorta ödənişinin “X11” MMC-nin hesabına ödənilməsi qərara alınmış və köçürmə həyata keçirilmişdir. Zərərvuran şəxsin mülki məsuliyyətini icbari sığorta edən "xxxx" Sığorta Şirkəti ASC tərəfindən “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə 2 468,00 manat məbləğində sığorta ödənişi "xxxx" ASC-nin hesabına ödənilmişdir. Həmçinin 100 manat azadolma çıxılmışdır. Sığorta tərəfindən sığortalıya 13 476,98 manat məbləğində vəsaitin "xxxx" ASC-nin bank hesabına ödənilməsi barədə cavabdehlərə müvafiq bildiriş göndərilmiş, lakin cavabdehlər dəymiş zərər məbləğini ödəməkdən yayınmışdır. Məhkəmə iclasında iştirak etmiş "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, onlar məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan; X14 Haqqında TP3391431 saylı qərarın surətindən görünür ki, 30.10.2019-cu il tarixdə Cavabdeh2 nəqliyyat vasitəsini etibarnamə olmadan idarə edilməsinə görə, əks istiqamət hərəkət zolağına çıxaraq manevr etmiş və Azərbaycan Respublikası İXM-nin 332.1 və 327.1-ci maddələrində nəzərdə tutulmum inzibati xətanı törətdiyinə görə barəsində 40 manat məbləğində cərimə edilmişdir. Binəqədi RPİ-nin 16.11.2018-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında Qərarın surətindən görünür ki, 30.10.2019-cu il tarixdə saat 19:58-də radələrində Cavabdeh2 idarə etdiyi “Shacman SX 331” markalı, **-NZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən idarəetməni itirərək yolayrıcı qarşısında işıqforun qırmızı işığında dayanan X3 idarə etdiyi “Opel Astra” markalı, **-UH-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, toqquşma nəticəsində Opel astra markalı avtomobil irəliyə doğru hərəkət edərək yolayrıcıda işıqforun yaşıl işığında hərəkətdə olub və dayanmış vəziyyətdə olan X5 idarə etdiyi “Mitsubishi Airtrek” markalı, **-NV-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş və eyni zamanda “Shacman SX 331” markalı yük avtomobili isə yolayrıcıda işıqforun yaşıl işığında hərəkətdə olub və dayanmış vəziyyətdə olan X6 idarə etdiyi “X12” markalı, **-JF-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Araşdırma zamanı izahatı alınmış Cavabdeh2 bildirmişdir ki, o, “Shacman SX 331” markalı yük avtomobili təxminən 1 həftədir ki, idarə edir. Həmin yük avtomobili Cavabdeh1 məxsusdur. Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “X12” markalı, **-JF-*** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" ASC-yə məxsusdur. 2019-cu il tarixli Minik avtomobili üçün yol vərəqəsinin surətindən görünür ki, “X12” markalı, **-JF-*** dövlət qeydiyyat nişanlı avtomobil xidməti işlərlə əlaqədar müxtəlif ünvanlara getmək üçün X7 verilmişdir. "xxxx" ASC-nin Cavabdeh1 ünvanlanmış 31.10.2019-cu il tarixli “Zərərin qiymətləndirilməsi prosesində iştrakı ilə əlaqədar” məktubun surətindən görünür ki, X6 idarə etdiyi “X12” markalı, **-JF-*** dövlət qeydiyyat nişanlı avtomobilinə dəymiş zərərin qiymətləndirmə prosesində iştirak etməsi Cavabdeh1 xahiş olunmuşdur. "xxxx" ASC-nin Cavabdeh1 və Cavabdeh2 ünvanlanmış 31.05.2020-ci il tarixli “Subroqasiya hüququ ilə əlaqədar” məktubun surətindən görünür ki, “X12” markalı, **-JF- *** dövlət qeydiyyat nişanlı avtomobilə 30.10.2019-cu il tarixində yol-nəqliyyat hadisəsi nəticəsində zərər vurulmuşdur. Baş vermiş hadisə ilə əlaqədar "xxxx" ASC tərəfindən 15944,98 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Cavabdehlərin mülkiyyəti "xxxx" Sığorta Şirkəti ASC tərəfindən “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortalanmışdır. Ödənilmiş 2468 manat məbləğin sığortaçı tərəfindən ödənildiyini əsas tutaraq 13476,98 manat məbləğində vəsaitin 15 təqvim günü ərzində "xxxx" ASC-nin bank hesabına ödənilməsi xahiş edilmişdir. “Paşa Bank”-ın ödəniş qəbzinin surətindən görünür ki, "xxxx" ASC tərəfindən “X9” MMC-nin hesabına 16044,98 manat köçürülmüşdür. 06.03.2020-ci il tarixli "xxxx" ASC-nin sığorta aktının surətindən görünür ki, “X12” markalı, **-JF-*** dövlət qeydiyyat nişanlı avtomobil 45000 manat məbləğinə, 100 manat azadolma məbləği olmaqla sığortalanmışdır. Dəymiş maddi zərər və sığorta ödənişi olan zərər məbləği 16044,98 manat, sığorta ödənişi isə 15944,98 manat ödənilmişdir. 04.11.2019-cu il tarixli "xxxx" ASC-nin Zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabatın surətindən görünür ki, “X12” markalı, **-JF-*** dövlət qeydiyyat nişanlı avtomobilə cəmi ehtiyyat hissələri üçün 9460,95 manat, cəmi zhmət haqqı 4136,83 manat olmaqla, ümumilikdə ƏDV-li məbləğ 16044,7768 manat təşkil edir. “X10” MMC-nin 22.01.2020-ci il tarixli Hesab-fakturasının surətindən görünür ki, “X12” markalı, **-JF-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmiri cəmi 16044,98 manata başa gəlir. “X10” MMC-nin İcra edilmiş xidmətlərə dair aktın surətindən görünür ki, “X12” markalı, **-JF-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmiri cəmi 16044,98 manata başa gəlmişdir. X1 Sığortası Şəhadətnaməsinin surətindən görünür ki, “X12” markalı, **-JF-*** dövlət qeydiyyat nişanlı avtomobil 17.07.2019-16.07.2020-ci il tarixədək 45000 manat məbləğində sığortalanmışdır. “AZEMİS” X4 görünür ki, Cavabdeh1 ünvan 1 ünvanında qeydiyyatdadır. “AZEMİS” X4 görünür ki, Abbasov X8 rayonu, Qaragüney kəndində qeydiyyatdadır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30.09.2021-ci il tarixli, 9/5693 saylı ekpert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan “X10” MMC tərəfindən tərtib edilmiş 22.01.2020-ci il tarixli qüsur aktı məlumatlarına əsasən 2011-ci il buraxılışlı “Mercedes-Benz Sprinter” markalı, mühərrikin iş həcmi 2143 sm/3, 99_JF-927 dövlət qeydiyyat nişanlı mikroavtobusun təmirbərpa xərci təxminən aşağıdakı kimi müəyyən edilir. Dəyişilməli hissələrin qiyməti təzə hissələrin qiymətinə müvafiq hesablanmaqla 11583 manat: dəyişilməli hissələrin qiyməti – 8503, təmir-bərpa işlərinin qiyməti 3080 manat. Dəyişilməli hissələrin qiymətinə aşınma tətbiq etməklə 8458 manat: dəyişilməli hissələrin qiyməti – 5378 manat, təmir-bərpa işlərin qiyməti – 3080 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrənin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, “hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur”. 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Həmin Məcəllənin 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi qanunvericiliyə və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Həmin Məcəllənin 926-cı maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə qanunvericiliyə, həmçinin sığorta müqaviləsinə uyğun olaraq, sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. Sığortaçı sığorta ödənişini sığorta məbləği həddində həyata keçirir. Sığorta ödənişinin miqdarının müəyyən edilməsi və ödənilməsi qaydası icbari sığortada icbari sığorta qanunvericiliyi ilə, könüllü sığortada müvafiq sığorta qaydalarına əsasən bağlanan sığorta müqaviləsi ilə müəyyən edilir. Həmin Məcəllənin 916.1-ci maddəsinə görə əgər sığortalı zərərin əvəzini ödəmək tələbini üçüncü şəxs qarşısında irəli sürə bilirsə, həmin tələb sığortaçıya bu şərtlə keçir ki, o, zərərin əvəzini sığortalıya ödəmiş olsun. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. “İcbari sığortalar haqqında” Qanunun 23.1.6-cı maddəsində sığortaçının sadalanan hüquqları sırasında sığorta ödənişini verdikdən sonra müvafiq şəxslərə qarşı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936-cı maddəsində və bu Qanunun 25-ci maddəsində nəzərdə tutulmuş qaydada subroqasiya hüququndan istifadə etmək hüququ da nəzərdə tutulmuşdur. Həmin Qanunun 25.1.3-cü maddəsində sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququnun yarandığı hallar sırasında o da qeyd edilir ki, icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh1 məxsus və Cavabdeh2 tərəfindən idarə olunan ** NZ *** dövlət qeydiyyat nişanlı Shacman markalı avtonəqliyyat vasitəsi ilə "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitələrinin tam sığortası” növü üzrə sığortalanmış ** JF *** dövlət qeydiyyat nişanlı X12 markalı avtonəqliyyat vasitəsinə 30.10.2019-cu il tarixində yol-nəqliyyat hadisəsi nəticəsində zərər vurulmuşdur. Baş vermiş yol nəqliyyat hadisəsilə əlaqədar X14 haqqında qərar tərtib olunmuş və sürücü Cavabdeh2 təqsirli bilinmişdir. “X10” MMC tərəfindən tərtib olunmuş zərər aktına əsasən ** JF *** dövlət qeydiyyat nişanlı X12 markalı avtonəqliyyat vasitəsinin təmiri üçün dəymiş ziyanın ümumi miqdarı 16 044,98 manat müəyyən edilmişdir. "xxxx" ASC-nin 06.03.2020-ci il tarixli sığorta aktına əsasən dəymiş ziyana görə 15944,98 manat məbləğində sığorta ödənişinin “X11” MMC-nin hesabına ödənilməsi qərara alınmış və köçürmə həyata keçirilmişdir. Zərərvuran şəxsin mülki məsuliyyətini icbari sığorta edən "xxxx" Sığorta Şirkəti ASC tərəfindən “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə 2 468,00 manat məbləğində sığorta ödənişi "xxxx" ASC-nin hesabına ödənilmişdir. Həmçinin 100 manat azadolma çıxılmışdır. Sığorta tərəfindən sığortalıya 13 476,98 manat məbləğində vəsaitin "xxxx" ASC-nin bank hesabına ödənilməsi barədə cavabdehlərə müvafiq bildiriş göndərilmiş, lakin cavabdehlər dəymiş zərər məbləğini ödəməkdən yayınmışdır. Məhkəmə hesab edir ki, Cavabdeh2 avtomobili idarə edərək təqsirli olduğu yolnəqliyyat hadisəsi nəticəsində “X12” markalı, **-JF-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi "xxxx" ASC zərər vurmuş və həmin zərər "xxxx" ASC ilə bağlanmış sığorta müqaviləsinin şərtlərinə əsasən sığortaçı "xxxx" ASC tərəfindən ödənilərək verilmiş sığorta ödənişi həcmində tələb cavabdehlərə keçdiyindən, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Məhkəmə iddia tələbinin “...məbləğin Cavabdeh1 müştərək qaydada tutulması” hissəsini araşdıraraq belə qənaətə gəlir ki, “Shacman SX 331” markalı, **-NZ-*** dövlət qeydiyyat nişanlı avtomobil mülkiyyət hüququ əsasında Cavabdeh1 məxsus olduğundan və idarə etmək hüququ olmayan şəxsə nəqliyyat vasitəsini idarə etmək üçün verdiyinə görə Cavabdeh1 yüksək təhlükə mənbəyinin sahibi kimi məsuliyyət daşıyır. Ona görə də, zərərin əvəzi müştərək qaydada onunla birlikdə Cavabdeh2 tutulmalıdır. Məhkəmə iddianın dəymiş ziyana görə 13476,98 manat məbləğinə dair hissədə qeyd edir ki, 30.09.2021-ci il tarixli, 9/5693 saylı ekpert rəyinə əsaslanaraq, həmçinin zərər dəymiş avtomobilin buraxılış ili 2011-ci il olmasını nəzərə alaraq, avtomobilə dəymiş ziyan qiymətləndirilərkən dəyişilməli hissələrin qiymətinə aşınma tətbiq etməklə 8458 manat: dəyişilməli hissələrin qiyməti – 5378 manat, təmir-bərpa işlərin qiyməti – 3080 manat məbləğində hesablanmalıdır. Odur ki, iddianın 8458 manat həcmində təmin olunmasını məhkəmə daha məqsədəmüvafiq hesab edir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 25.1.3-cü maddəsinə əsasən sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və/və ya müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi halında yaranır. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia təmin edilmiş hissəsinə mütanasib olaraq 18,80 manat dövlət rüsumu cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 70 manat cavabdehlərdən tutularaq (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X2, KOD 210005, VÖEN **********1, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3,) Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilsin. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 8458 (səkkiz min dörd yüz əlli səkkiz) manat məbləğində pul və 18,80 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri 70 (yetmiş) manat cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X2, KOD 210005, VÖEN **********1, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ) Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi (alındığı) gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Vüqar Quliyev
Məhkəmə qərarları › İş №e-2(005)-3400/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-3400/2021
04.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver