Məhkəmə qərarları › İş №e-2(005)-3420/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-3420/2024

04.12.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-3420/2024 04.12.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Səmimə Elşad qızının katibliyi, İlk İddiaçı MTK-nin nümayəndəsi Nümayəndə3, eyni zamanda nümayəndəsi və vəkili Nümayəndə1, Qarşılıqlı iddiaçılar Cavabdeh2, Cavabdeh3, X7, Cavabdeh8 oğlunun,Cavabdeh5 İham oğlunun, Cavabdeh1, Cavabdeh6, Cavabdeh7 nümyaəndəsi X8, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Qaçqınların və X14 üzrə Dövlət Komitəsinin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İlk İddiaçı MTK-nin cavabdehlər Cavabdeh2, Cavabdeh3,X10, Cavabdeh8 oğluna, Cavabdeh5 İham oğluna, Cavabdeh7, Cavabdeh1, Cavabdeh6 qarşı (Azərbaycan Respublikası Qaçqınların və X14 üzrə Dövlət Komitəsi müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) “cavabdehlərin qeyri-yaşayış sahəsindən çıxarılması, qeyri-yaşayış sahəsinin təhvil verilməsi və kirayə haqqının ödənilməsi” tələbinə dair ilk, Qarşılıqlı iddiaçılar Cavabdeh2, X12, Cavabdeh3, X7, Cavabdeh8 oğlunun,Cavabdeh5 İham oğlunun, Cavabdeh7, Cavabdeh1, Cavabdeh6 cavabdeh İddiaçı MTK-ya qarşı “mənzillə təmin edilmə” tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MTK cavabdehlər Cavabdeh2 və qeyrilərinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nərimanov rayon Ə.Dəmirçizadə və Y.Bakuvi küçələrini əhatə edən ünvan 1 ünvandakı ikimərtəbəli qeyri-yaşayış sahəsindən çıxarılmaları, müvəqqəti yaşayış üçün Nərimanov rayonu ərazisində kirayə mənzillərə köçürülmələri, kirayə mənzillərə köçrüldükdən sonra 2025-ci ildə öz doğma yurdyuvalarına qaytarılanadək onların hər birinə aylıq 500 manat kirayə haqqının ödənilməsinin iddiaçıya həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı MTK xx.xx.2024-cü il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə yazılı ərizə təqdim edərək, ilk iddianın təmin, qarşılıqlı iddianın rədd olunmasını, cavabdehlər Cavabdeh2, Cavabdeh3, X9, Cavabdeh8, Cavabdeh5, Cavabdeh7, Cavabdeh1 və Cavabdeh6 və onların hər birinin ailə üzvlərinin ünvan 2 ünvandakı ikimərtəbəli qeyri-yaşayış sahəsindən çıxarılmaları, qeyd edilən ünvanda məcbur köçkün kimi qeydə alınmış cavabdehlərin ailə üzvləri ilə birlikdə müvəqqəti yaşayış üçün Nərimanov rayonu ərazisində kirayə mənzillərə köçürülmələri, kirayə mənzillərə köçürüldükdən sonra doğma yurd-yuvalarına qaytarılanadək və məcbur köçkün statusları itirilənədək onların hər birinə aylıq 500 manat kirayə haqının ödənilməsinin iddiaçıya həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı MTK iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhərinin baş planına əsasən paytaxtın daha da abadlaşdırılaraq gözəlləşdirilməsi məqsədilə Bakı şəhəri Nərimanov rayonu Nərimanov metrostansiyası yaxınlığında ötən əsrin 40-50-ci illərində inşa edilmiş, istismar müddətini başa vurmuş, müasir yaşayış tələblərinə cavab verməyən, yararsız binaların da sökülərək onların yerində çoxmənzilli, çoxmərtəbəli yaşayış binalarının tikilərək sakinlərin istifadəsinə verilməsi nəzərdə tutulub. Buna görə də Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2022-ci il tarixli 288 saylı sərəncamı ilə Bakı şəhəri Nərimanov rayon Ə.Dəmirçizadə və Y.Bakuvi küçələrini əhatə edən torpaq sahəsi yeni yaşayış kompleksinin tikintisi üçün MTK-nın istifadəsinə verilib. Bakı Şəhər İcra Hakimiyyəti ilə MTK arasında üzərində tikinti aparılacaq torpaq sahəsinin icarəyə verilməsi barədə xx.xx.2022-ci il tarixli 1729 nömrəli torpaq icarə müqaviləsi bağlanıb. MTK-ya Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən binaların tikintisinə ETİ-28/24 nömrəli xx.xx.2024-cü il tarixli icazə verilib. Bakı Şəhər İcra Hakimiyyəti Başçısının qeyd olunan sərəncamı ilə MTK-ya ayrılmış torpaq sahəsində ünvan 2 ünvanda ikimərtəbəli qeyriyaşayış binası yerləşir. Qeyd olunan binanın sökülməsi üçün MTK-ya təhvil verilməsi baradə balanssaxlayıcı “X3 və Kordinasiya Mərkəzi” X29 ilə MTK arasında xx.xx.2022-ci il tarixli 16 nömrəli müqavilə bağlanılıb. Həmin bina ötən əsrdə tikilib, köhnə və istifadəyə yararsızdır, binanın istismar müddəti bitib. Həmin binanın yararsız olması barədə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 “Azərdövlətsənayelayihə” DLİ tərəfindən xx.xx.2021-ci il tarixli Rəy verilib. Qeyd olunan binada və MTK-ya ayrılan torpaq sahəsində məcburi köçkün olan cavabdehlər məskunlaşıb. Cavabdehlər məskunlaşdıqları həmin binadan mənzil kimi istifadə edirlər. Cavabdehlərə müraciət olunaraq binanın boşaldılması xahiş olunub, onların hər birinin Nərimanov rayonu ərazisində kirayə mənzillə müvəqqəti təmin olunacaqları, 2005-ci ildə öz doğma yurdyuvalarına qayıdanadək kirayə haqlarının MTK tərəfindən ödəniləcəyi vəd edilib. Lakin cavabdehlər həmin binanı və MTK-ya aid ərazini boşladıb tərk etməyib, MTK-nın müraciətinə cavab verməyiblər. Cavabdehlər qeyd olunan binanı boşaltmamaları səbəbindən MTK Bakı Şəhər İcra hakimiyyətinin sərəncamını icra edə, söküntü və tikinti işlərinə başlaya bilməmişdir. Məcburi köçkünlərin 2025-ci ilin sonunadək öz doğma yurdyuvalarına qaytarılması nəzərdə tutulub. MTK cavabdehlərin 2025-ci ilin sonunadək onların öz doğma yurd-yuvalarına qayıdanadək müvəqqəti yaşayış üçün kirayə mənzillərlə təmin olunmalarını və kirayə haqlarının ödənilməsini öz üzərinə götürür. Göstərilənlərin nəzərə alınmasını və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bundan sonra Cavabdeh2 və qeyriləri qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddia tələbinin rədd edilməsi və Bakı şəhəri Nərimanov rayonu Ə. Dəmirçizadə ünvanında məskunlaşmış və İddiaçı MTK-nin şərtlərini qəbul etməyən ailələr Bakı şəhərinin ətraf qəsəbələrində münasib qiymətə olan evlərlə təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddiaçı Cavabdeh2 və qeyriləri qarşılıqlı iddia tələbini onunla əsaslandırmışlar ki, 1992-ci ildən məlum hadisələrlə əlaqədar qeyd edilən ünvanda məskunlaşmışlar. Yaşadıqları bina əvvəllər Ekologiya və Təbii Sərvətlər Nazirliyinin İnstitut Binası olub. Bu yaxınlarda bu ərazinin İddiaçı MTK tərəfindən alındığını və onların binadan çıxarılması üçiin Nərimanov rayon məhkəməsinə müraciət olunduğunu bilmişlər. Qeyd etmişlər ki, torpaqlar işğaldan azad olunsa da, binada məskunlaşan məcburi köçkünlərin öz yurd-yuvalarına qayıtması bir neçə il çəkəcəkdir. MTK-nın bildirdiyi məcburi köçkünlərin hamısının öz yurd yuvalarına qaytarılması haqqında məlumat nə Prezidentin Qarabağ üzrə nümayəndələrində, nə də dövlət qaçqınkomda olmadığını bildirmişlər. Həmçinin onu da bildirmişlər ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qaçqın və məcburi köçkünlərlə bağlı 1 iyul 2004-cii il fərmanında, qaçqın və məcburi köçkünlər öz yurd yuvalarında tam yerləşdirilənə qədər məskunlaşdıqları yerdən çıxarılmamalıdır. Onların məskunlaşdığı ərazidə yaşayan bəzi ailələr 1-ci və 2-ci Qarabağ müharibəsinin veteranları və qaziləridir. İddiaçı MTK-nın nümayəndələri burada məskunlaşmış qaçqınlarla danışıqlar aparmış, bildirmişlər ki, 1 il ərzində ayda 500 azn ödəməklə kirayə çıxsınlar və 1 ildən sonra bu ərazidə tikilən binalarda müvəqqəti mənzillərlə təmin ediləcəklər. Lakin tikinti mütəxəssisləri 1 il ərzində nəzərdə tutulan binanın tikilib başa çatmayacağını bildirmişlər. MTK-nın nümayəndələri zaman-zaman başqa fikirlər söylədiklərindən, insanlarda onlara qarşı inamsızlığın olduğunu bildirmişlər. Məhkəmə iclasında ilk İddiaçı MTK-nin nümayəndəsi və vəkili Nümayəndə1 iddia tələbinin dəlillərinə uyğun izahat verərək, sonuncu iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizəsinin nəzərə alınaraq ilk iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini, qarşılıqlı iddia tələbinin rədd olunmasını məhkəmədən xahiş etmişdir. İlk İddiaçı MTK-nin nümayəndəsi Nümayəndə3 ilk iddia tələbini müdafiə edərək, ilk iddianın təmin edilməsini, qarşılıqlı iddia tələbinin əsassız olduğuna görə rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 və qeyriləri ilk iddia tələbinin təmin edilməsinə etiraz edərək, qarşılıqlı iddia tələbini müdafiə etdiklərini bildirib qarşılıqlı iddia tələbinin dəlilləri üzrə izahat verərək, təmin edilməsini xahiş etdilər. Müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Qaçqınların və X14 üzrə Dövlət Komitəsinin nümayəndəsi Nümayəndə2 2025-ci ilə qədər yalnız bəzi regionlarda məcburi köçkünlər üçün binaların tikilməsinin nəzərdə tutulduğunu, 2025-ci ildən sonra qəbul olunacaq yeni dövlət proqramı əsasında onların mərhələli şəkildə öz yurd-yuvalarına qayıtmaqlarının təmin ediləcəyini, lakin hazırda bu barədə tarixin dəqiq müəyyən edilməsinin mümkün olmadığını qeyd edərək, iddiaya dair münasibətdə məhkəmənini mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, mülki işin sənədlərini araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ilk iddia təmin və qarşılıqlı iddia rədd edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhər Ərazi İdarəsinin Texniki pasportuna əsasən ünvan 4 ünvanında yerləşən qeyri-yaşayış binası mülkiyyət hüququ üzrə balanssaxlayıcı Ekologiya və Təbii Sərvətlər Nazirliyi, X19 resursların Artırılması və Mühafizə olunması Departamenti, Azərbaycan X1 İnstitutunun adına qeydiyyata alınmışdır; ünvan 5 ünvanda yerləşən 2 mərtəbəli yaşayış binasının texniki vəziyyəti haqqında xx.xx.2021-ci il tarixli rəyindən görünür ki, Fövqəladə Hallar Nazirliyi Tikintidə X6 Agentliyinin “Azərdövlətsənayelayihə” Dövlət Layihə İnstitutunun 2 №li memarlıq-inşaat şöbəsinin konstruksiya sektorunun mühəndisləri Anar Vahid, Seymur Məmmədov, 3№li memarlıq-inşaat şöbəsinin konstruksiya sektorunun mühəndisi Emin Cəfərov Tikintidə X6 Agentliyinin 06 iyul 2021 - ci il tarixli, 34/06915 nömrəli tapşırığına əsasən, ünvan 6 ünvanda yerləşən 2 mərtəbəli yaşayış binasına vizual texniki baxış keçirilmiş, Ə.Dəmirçizadə küçəsi 30 saylı ünvanda yerləşən yaşayış binası kürsülü, 1 girişli, 2 mərtəbəli, planda düzbucaqlı şəkilli olub XX əsrin ortalarında inşa edilmişdir. Binanın əsas yükdaşıyan və arakəsmə divarları mişarlanmış əhəng daşından yerinə yetirilmişdir. Mərtəbearası örtükləri və pilləkənləri ağac matenalındandır. Damı çardaq tipli olub dalğavari metal vərəqələrlə örtülmüşdür. Bünövrə və antiseysmik kəmərlərə baxış keçirmək mümkün olmamışdır. Binanın əsas yükdaşıyan divarlarında - fasad hissəsindəki tağvari pəncərə boşluqları ətrafında və divar birləşmələrində qalınlığı 3-5 mm olmaqla müxtəlif istiqamətli çatlar yaranmışdır. Binanın girişlərində, ümumi sahələrində və fasad hissələrində suvaq qatları və hörgü həhlulları aşınmışdır. Binanın dam örtüyündən atmosfer suları daxilə sızmış, nəticədə 2-ci mərtəbədə yerləşən mənzillərin və ümumi sahələrin tavan hissələrində rütubət İzləri yaranmış, daxili bəzək elementləri yararsız vəziyyətə düşmüşdür. Yükdaşıyan və öz yükünü daşıyan mişarlanmış əhəng daşından hörülmüş divarlarda sakinlər tərəfindən gücləndirmə tədbirləri görülmədən müxtəlif ölçüdə boşluqlar açılmışdır ki, bu da binaların yükgötürmə qabiliyyətinin azalmasına səbəb olur. Binanın ön və sol yan fasad hissələrində vətəndaşlar tərəfindən müxtəlif inşaat materiallarından olmaqla əlavə yaşayış sahələri inşa edilmişdir. İnşa edilmiş bu artırmalar binanın əlavə yüklənməsinə səbəb olmuş, onun tikinti və fəza sərtliyini xeyli zəiflətmişdir. Baxış keçirilən mənzillərin bəzi otaqlarında ağac materialından olan döşəmə hissələri deformasiyaya uğramışdır. Binanın kommunikasiya sistemləri - elektrik, su və kanalizasiya xətləri köhnəlmiş və yararsız vəziyyətdədir. Yaşayış binası mövcud tikinti norma və qaydalarına cavab vermir. Yaşayış binası memarlıq nöqteyi nəzərindən heç bir tarixi əhəmiyyət kəsb etmir. Yaşayış binasına keçirilən baxış zamanı bəzi mənzillərə daxildən baxış keçirilməsi üçün şərait yaradılmadı. ünvan 6 ünvanda yerləşən 2 mərtəbəli yaşayış binası texniki cəhətdən yolverilməz kimi qiymətləndirilir; "xxxx" MTK adından MTK-nin sədri X15 (bundan sonra ayrılıqda borclu) və “X5 və Koordinasiya Mərkəzi” X20 İdarə Heyətinin sədri X13 (bundan sonra ayrılıqda balanssaxlayıcı) arasında bağlanmış xx.xx.2022-ci il tarixli 16 saylı müqaviləyə əsasən ““Balanssaxlayıcı” bu Müqaviləyə əsasən dövlət mülkiyyətində olan ünvan 7 ünvanında (ümumi torpaq sahəsi 2093.1 kv.metr) yerləşən və dövlət mülkiyyətində olan iki mərtəbəli inzibati binanın sökülməsi üçün “Borclu”ya təhvil verməyi, əvəzində “Borclu” tərəfindən bu Müqavilə ilə müəyyən edilmiş müddətdə və qaydada həmin qeyri-yaşayış sahəsinin yerləşdiyi ərazidə inşa ediləcək yeni çoxmənzilli binanın birinci mərtəbəsində yerləşən və qarşılıqlı razılaşma əsasında müəyyən edilən 1500 kv.m-dən az olmamaq şərtilə təmirli qeyri- yaşayış sahəsini istifadəyə hazır vəziyyətdə qəbul etməyi öhdəsinə götürür. “Borclu" təhvil aldığı bu Müqavilənin 1.1.1-ci yarımbəndində göstərilən qeyri- yaşayış sahəsini sökməyi' və onun əvəzində qeyri-yaşayış sahəsinin yerləşdiyi ünvan 4 ünvanında yeni çoxmənzilli yaşayış binasını inşa edərək, həmin binanın birinci mərtəbəsində yerləşən və qarşılıc'ı razılaşma əsasında müəyyən edilən 1500 kv.m-dən az olmamaq şərtilə təmirli qeyri- yaşayış sahəsini “Balanssaxlayıcı”nın balansına verməyi öhdəsinə götürür. Bu zaman həmin əmlak üzərində sərəncam vermək hüququ, o cümlədən dövlət əmlakını icarəyə və ya istifadəyə vermək, özəlləşdirilməsi üçün təklif etmək hüquqları "Ba!anssaxlayıcı”da saxlanılır. Azərbaycan Respublikası Bakı Şəhər Nərimanov Rayonu İcra Hakimiyyəti başçısı 228 nömrəli xx.xx.2022-ci il tarixli “Yeni yaşayış binalarının inşa edilməsi məqsədilə torpaq sahəsinin icarə əsasında istifadəyə verilməsi haqqında” Sərəncamına əsasən, Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinin xx.xx.2021 -ci il tarixli, 1/436 nömrəli və “Montın City" Mənzil-Tikinti Kooperativinin xx.xx.2022-ci il tarixli, 1 nömrəli müraciətlərini, Azərbaycan Respuiblikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2022-ci il tarixli, **********22 nömrəli, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2022-ci il tarixli, MİHO/2 1-2-2022-6277 nömrəli razılıq məktublarını, “AZƏRDÖVLƏTLAYİHƏ" Dövlət Baş Layihə İnstitutunun xx.xx.2021-ci il tarixli rəyini və “X5 və Koordinasiya Mərkəzi" X29 ilə "xxxx" MTK arasında bağlanmış xx.xx.2022-cı il tarixli, 16 nömrəli müqaviləni nəzərə alaraq, Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamənin və Azərbaycan Respublikasının mülki və torpaq qanunvericiliyinin tələblərini rəhbər tutaraq qərara qərara alınmışdır; Bakı şəhəri, Nərimanov rayonu, Ə.Dəmirçizadə və Y.Bakuvi küçələrinin əhatə etdiyi ünvanda, yerquruluşu planında göstərilən koordinatlar daxilində yerləşən 0 1839 ha torpaq sahəsi həmin ərazidə qeydə alınmış daşınmaz əmlakların istifadəçiləri (mülkiyyətçiləri) ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun qarşılıqlı razılıq əsasında "xxxx" Mənzil-Tikinti Kooperativi tərəfindən tənzimləməklə yeni yaşayış binalarının inşa edilməsi üçün “Montin City" Mənzil-Tikıntı Kooperativinin icarə əsasında istifadəsinə verilməsinə dair göstəriş verilmişdir. Bakı Şəhər İcra Hakimiyyəti (icarəyəverən) ilə "xxxx" MTK (İcarəçi) arasında bağlanmış 21 oktyabr 2022-ci il tarixli 1729 nömrəli “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” müqavilədən görünür ki, “icarəyəverən” Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 288 saylı, xx.xx.2022-ci il tarixli sərəncamı və Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2021-ci il tarixli yerquluşu planına əsasən Bakı şəhəri, Nərimanov rayonu, Ə.Dəmirçizadə və Y.Bakuvi küçələrinin əhatə etdiyi ünvanda yerləşən torpaq sahəsi "xxxx" MTK-nın istifadəsinə verilmişdir; Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2024cü il tarixli, ETİ-28/24 nömrəli “obyektin tikinitisinə icazənin” surətinə əsasən Bakı şəhəri Nərimanov RİH layihəçi "CRB CONSTRUCTİON” QSC-yə Ə.Dəmirçizadə və Y.Bakuvi küçələrinin kəsişməsində olan qeyri-yaşayış binasında tikinti aparılmasına icazə verilmişdir; xx.xx.2024-cü il tarixli ödəniş qəbzinə əsasən iddiaçı Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsində iddia qaldırmaq üçün 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. Beləliklə, məhkəmə ilk və qarşılıqlı iddia tələblərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinin İ hissəsin əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir; 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; 13-cü maddəsinin İİİ hissəsinə əsasən mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz; 29-cu maddəsinin İV hissəsinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər; 43-cü maddəsinin İİ hissəsinə əsasən dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; 16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir; 152.5-cı maddəsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; 152.6-cı maddəsinə əsasən hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir; 158.1.2-ci maddəsinə əsasən, mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da əmlak hüquqları sayılır. 158.2-ci maddəsinə əsasən, əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. 158.4-cü maddəsinə əsasən, mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir; 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi: Maddə 4.1. Şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin məqsədi ərazilərin və yaşayış məntəqələrinin sosial-iqtisadi inkişafının təmin edilməsindən, fərdi maraqların qorunmasından, insanların həyatına, sağlamlığına, əmlakına, həmçinin dövlətin əmlak maraqlarına təhlükə yaranmasının və ya zərər vurulmasının qarşısının alınmasından, ekoloji təhlükəsizliyin və ətraf mühitin mühafizəsinin təmin edilməsindən, tarix və mədəniyyət abidələrinin qorunmasından ibarətdir; Maddə 4.2. Şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin əsas istiqamətləri aşağıdakılardır: 4.2.1. Azərbaycan Respublikası ərazisinin və ərazi hissələrinin planlaşdırılması yolu ilə ərazilərin inkişaf istiqamətlərinin müəyyən edilməsi, ərazilərdən səmərəli istifadənin və ərazilərin dayanıqlı inkişafının təmin edilməsi; 4.2.2. Azərbaycan Respublikası ərazisində insan üçün əlverişli və sağlam yaşayış, iş və istirahət mühitinin yaradılması baxımından fərqlərin azaldılması və tədricən aradan qaldırılması; Maddə 7.0. Azərbaycan Respublikasında şəhərsalma və tikinti fəaliyyəti aşağıdakı prinsiplər əsasında həyata keçirilir: 7.0.1. sağlam və təhlükəsiz yaşayış, iş və istirahət şəraiti ilə bağlı sosial minimumların təmin edilməsi; 7.0.2. təhlükəsizliyin təmin edilməsi. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi: Maddə 3.1. Mənzil hüquqları yalnız qanuna əsasən mənəviyyatın, sağlamlığın, digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi, ölkənin müdafiəsinin və dövlətin təhlükəsizliyinin təmin edilməsi məqsədləri üçün zəruri olan həddə məhdudlaşdırıla bilər; Maddə 15. Yaşayış sahəsindən istifadə Yaşayış sahəsindən istifadə həmin yaşayış sahəsində yaşayan şəxslərin, qonşuların hüquqlarına və qanuni mənafelərinə, yanğın təhlükəsizliyi tələblərinə, sanitariya-gigiyena, ekoloji tələblərə və qanunvericiliyin digər tələblərinə riayət edilməklə həyata keçirilməlidir; Maddə 28.1. Mülkiyyətçi ona məxsus mənzilin (yaşayış binasının) qəza vəziyyətinə düşməməsi üçün onu vaxtlı-vaxtında əsaslı təmir etmək, mənzil (yaşayış binası) təbii fəlakət və ya mülkiyyətçidən asılı olmayan digər səbəblərdən qəza vəziyyətinə düşdükdə isə onu mümkün olan ən qısa müddət ərzində təmir və bərpa etmək vəzifəsini daşıyır; Maddə 28.3. Mənzilin (yaşayış binasının) mülkiyyətçisi bu Məcəllənin 28.1-ci maddəsində göstərilən vəzifəsini yerinə yetirmədikdə kirayəçilərin, qonşuların və ya digər maraqlı şəxslərin, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) iddiası əsasında mənzilin (yaşayış binasının) qəza vəziyyətində olması barəsində məhkəmə tərəfindən qərar qəbul edilə bilər. Həmin qərarda qəza vəziyyətində olan mənzilin (yaşayış binasının) təmiri üçün ağlabatan müddət müəyyən olunmalıdır. Bu təmir qəza vəziyyətində olan mənzilin (yaşayış binasının) mülkiyyətçisi tərəfindən və onun hesabına həyata keçirilir; Maddə 28.4. Qəza vəziyyətində olan mənzilin (yaşayış binasının) mülkiyyətçiləri bu Məcəllənin 28.3-cü maddəsində nəzərdə tutulan məhkəmə qərarını müəyyən edilmiş müddətdə icra etmədikdə və ya ümumiyyətlə dərhal tələb olunan təmirdən imtina etdikdə, qəza vəziyyətində olan mənzil (yaşayış binası) məhkəmənin qərarı ilə açıq hərracda tələb olunan təmiri həyata keçirməyə razılıq verən şəxsə satılmalıdır. Həmin məhkəmə qərarında, həmçinin məhkəmə tərəfindən müstəqil qiymətləndiricinin təklifləri nəzərə alınmaqla mənzilin (yaşayış binasının) açıq hərraca çıxarılacaq qiyməti müəyyən olunur. Maddə 28.6. Qəza vəziyyətində olan və bərpasının mümkün olmaması məhkəmə tərəfindən təsdiqlənmiş, lakin mülkiyyətçisi sökülməsindən və yenidən tikilməsindən imtina etmiş və ya onun tərəfindən məhkəmənin müəyyən etdiyi müddətdə sökülməsi həyata keçirilməmiş mənzil (yaşayış binası) bu Məcəllənin 28.4-cü maddəsinə əsasən açıq hərracda üç ay ərzində satılmadıqda həmin bina dövlət tərəfindən alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan Hüquqularının və X11 Haqqında” Avropa Konvensiyasının müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli 5 nömrəli Qərarının 2-ci bəndində məhkəmələrə milli qanunvericiliklə yanaşı, Avropa Konvensiyasının müddəlarını rəhbər tutmağı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməyi tövsiyə etmişdir. “İnsan hüquqlarının və X11 haqqında” Avropa Konvensiyasına 1 saylı Əlavə protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və ya hüquqi şəxs öz əmlakından maneə olmadan istifadə etmək hüququna malikdir. Cəmiyyətin mənafelərinə beynəlxalq hüququn qanunları və ümumi prinsiplərinə nəzərdə tutulmuş şərtlərdən başqa, heç kəs öz əmlakından məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Kozacıoğlu Türkiyəyə qarşı” iş üzrə 19 fevral 2009-cu il tarixli Qərarının 64-cü bəndində göstərilmişdir ki, müvafiq milli qanunvericiliyə əsasən kompensasiya şərtləri mübahisələndirilən tədbirin zəruri ədalətli balans yarardığını və xüsusilə də, ərizəçinin üzərinə həddindən artıq yük qoyub qoymadığı qiymətləndirmək üçün mühüm əhəmiyyət kəsb edir. Bununla əlaqədar olaraq, məhkəmə bundan öncə qət etmişdir ki, mülkiyyətin onun dəyərinə uyğun məbləğ ödənilmədən müsadirə olunması, bir qayda olaraq, qeyri-mütənasib müdaxilədir. Lakin, 1 saylı Protokolun 1-ci maddəsi bütün hallarda tam kompensasiya hüququna zəmanət vermir. Qanuni “ictimai maraq” məqsədlərini özgəninkiləşdirilən əmlakın tam bazar dəyərinin ödənilməsindən daha az əhəmiyyətli hesab etmək olar. Həmin Qərarın 65-ci bəndində müəyyən edilmişdir ki, bu halda, müdaxilənin qanunilik tələbinə cavab verdiyi və özbaşına olmadığının artıq müəyyən edilməsi faktını nəzərə alaraq, tam kompensasiyanın ödənilməməsi, eo ipso (bununla) ərizəçinin əmlakının alınmasını, xüsusilə də bu tədbirin ölkənin mədəni irsinin mühafizəsi proqramı kontekstində həyata keçirildiyini nəzərə alaraq, qanunazidd etmir. Buna görə də, bu halda ərizəçiyə kompensasiyanın ödənməsi üçün milli hakimiyyət orqanlarının əsaslandığı meyar və mexanizmlərin zəruri ədalətli tarazlığı pozub pozmadığı və ərizəçi üçün qeyrimütənasib və həddindən artıq yük yaradıb yaratmadığını müəyyən etmək qalır. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Bakı Şəhər Nərimanov Rayonu İcra Hakimiyyəti başçısı 228 nömrəli xx.xx.2022-ci il tarixli “Yeni yaşayış binalarının inşa edilməsi məqsədilə torpaq sahəsinin icarə əsasında istifadəyə verilməsi haqqında” Sərəncamına əsasən, Bakı şəhəri, Nərimanov rayonu, Ə.Dəmirçizadə və Y.Bakuvi küçələrinin əhatə etdiyi ünvanda, yerquruluşu planında göstərilən koordinatlar daxilində yerləşən 0.1839 ha torpaq sahəsi həmin ərazidə qeydə alınmış daşınmaz əmlakların istifadəçiləri (mülkiyyətçiləri) ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun qarşılıqlı razılıq əsasında İddiaçı tərəfindən tənzimləməklə yeni yaşayış binalarının inşa edilməsi üçün “Montin City" Mənzil-Tikinti Kooperativinin icarə əsasında istifadəsinə verilmişdir. ünvan 5 ünvanda yerləşən 2 mərtəbəli yaşayış binasının texniki vəziyyəti haqqında xx.xx.2021-ci il tarixli rəyinə əsasən, ünvan 6 ünvanda yerləşən 2 mərtəbəli yaşayış binası texniki cəhətdən yolverilməz hesab edilmişdir. Bakı Şəhər İcra Hakimiyyəti (icarəyəverən) ilə "xxxx" MTK (İcarəçi) arasında bağlanmış 21 oktyabr 2022-ci il tarixli 1729 nömrəli “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” müqavilə ilə Bakı şəhəri, Nərimanov rayonu, Ə.Dəmirçizadə və Y.Bakuvi küçələrinin əhatə etdiyi ünvanda yerləşən torpaq sahəsi "xxxx" MTK-nın 49 il müddətinə yeni yaşayış binalarının tikintisi üçün istifadəsinə verilmişdir. xx.xx.2024-cü il tarixli, ETİ-28/24 nömrəli Obyektin tikinitisinə icazəyə əsasən, tikinti obyektinin sifarişçisi "xxxx" MTK olmaqla Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən layihəçi "CRB CONSTRUCTİON” QSC-yə Ə.Dəmirçizadə və Y.Bakuvi küçələrinin kəsişməsində olan yaşayış və qeyriyaşayış binalarının tikintisinə icazə verilmişdir. İddiaçı MTK ilə balanssaxlayıcı “X3 və Koordinasiya Mərkəzi” X29 arasında bağlanmış xx.xx.2022-ci il tarixli 16 nömrəli müqaviləyə görə, “Balanssaxlayıcı” bu Müqaviləyə əsasən dövlət mülkiyyətində olan ünvan 7 ünvanında (ümumi torpaq sahəsi 2093.1 kv.metr) yerləşən və dövlət mülkiyyətində olan iki mərtəbəli inzibati binanın sökülməsi üçün “Borclu”ya təhvil verməyi, əvəzində “Borclu” tərəfindən bu Müqavilə ilə müəyyən edilmiş müddətdə və qaydada həmin qeyri-yaşayış sahəsinin yerləşdiyi ərazidə inşa ediləcək yeni çoxmənzilli binanın birinci mərtəbəsində yerləşən və qarşılıqlı razılaşma əsasında müəyyən edilən 1500 kv.mdən az olmamaq şərtilə təmirli qeyri- yaşayış sahəsini istifadəyə hazır vəziyyətdə qəbul etməyi öhdəsinə götürmüşdür. Məhkəmə ilk olaraq qeyd edir ki, ünvan 5 ünvanda yerləşən 2 mərtəbəli yaşayış binası texniki vəziyyəti haqqında xx.xx.2021-ci il tarixli rəyə uyğun sözügedən ərazidə istismar müddətini başa vurmuş istismara yararsız və qəzalı vəziyyətdə olması işin mübahisəsiz hallarıdır. Belə ki, mübahisəli binanın yerləşdiyi məhəllədə istismar müddəti bitmiş yaşayış və qeyri-yaşayış tikililərinin sökülərək yerində yaşayış binasının tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi səlahiyyətli dövlət orqanı tərəfindən MTK-nın istifadəsinə verilmiş, ərazidə yerləşən tikililərin sökülməsi, sakinlərin köçürülməsi və vəsaitin ödənilməsi məsələlərinin qarşılıqlı razılaşma əsasında və müvafiq qanunvericiliyə əsasən həll edilməsi ilk iddia üzrə iddiaçı MTK-ya həvalə olunmuşdur. Hazırda ilk iddiaçı MTK «cavabdehlər Cavabdeh2, Cavabdeh3, X9, Cavabdeh8, Cavabdeh5, Cavabdeh7, Cavabdeh1 və Cavabdeh6 və onların hər birinin ailə üzvlərinin ünvan 2 ünvandakı ikimərtəbəli qeyri-yaşayış sahəsindən çıxarılmaları, qeyd edilən ünvanda məcbur köçkün kimi qeydə alınmış cavabdehlərin ailə üzvləri ilə birlikdə müvəqqəti yaşayış üçün Nərimanov rayonu ərazisində kirayə mənzillərə köçürülmələri, kirayə mənzillərə köçrüldükdən sonra doğma yurd-yuvalarına qaytarılanadək və məcbur köçkün statusları itirilənədək onların hər birinə aylıq 500 manat kirayə haqının ödənilməsinin iddiaçıya həvalə edilməsi» tələbini irəli sürmüşdür. Qarşılıqlı iddiaçı isə “Bakı şəhəri Nərimanov rayonu Ə.Dəmirçizadə ünvanında məskunlaşmış və İddiaçı MTK-nin şərtlərini qəbul etməyən ailələr Bakı şəhərinin ətraf qəsəbələrində münasib qiymətə olan evlərlə təmin edilməsi» tələbini irəli sürmüşdür. “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-İVQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikasının Prezidentinin 2012-ci il 04 sentyabr tarixli 695 nömrəli Fərmanının 1.8-ci bəndinə əsasən Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahi və Xətai rayonlarının ərazisinin abadlıq-quruculuq işlərinin davam etdirilməsi, qəzalı vəziyyətdə olan binaların sökülərək, yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən qəbul edilmiş 25 fevral 2016-cı il tarixli, 86 nömrəli “Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahi, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” Qərarı qəbul edilmişdir. Həmin Qərarın 1-ci bəndinə əsasən, 5 il müddətində mülki, mənzil, şəhərsalma və tikinti qanunvericiliyinin tələblərinə əməl etməklə qəzalı vəziyyətində olan və mövcud şəhərsalma normalarına cavab verməyən yaşayış və qeyri-yaşayış binalarının sökülməsi, sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə hündürmərtəbəli çoxmənzilli yaşayış binalarının tikintisi üçün sökülməsi nəzərdə tutulan qeyri-yaşayış və yaşayış evlərinin ərazilərindən istifadə edilməsi və dövlət mülkiyyətində olan torpaqların daimi istifadəyə və icarəyə verilməsi Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinə tapşırılmışdır. Beləliklə müəyyən edilmişdir ki, Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti başçısının 228 nömrəli xx.xx.2022-ci il tarixli sərəncamı ilə İddiaçı xx.xx.2022-ci il tarixli, 1 saylı müracətini və İddiaçı MTK ilə “X3 və Koordinasiya Mərkəzi” X29 arasında bağlanmış xx.xx.2022-ci il tarixli 16 nömrəli müqaviləni nəzərə alaraq Bakı şəhəri, Nərimanov rayonu, Ə.Dəmirçizadə və Y.Bakuvi küçələrinin əhatə etdiyi ünvanda, yerquruluşu planında göstərilən koordinatlar daxilində yerləşən 0.1839 ha torpaq sahəsi icarə əsasında həmin MTK-nın istifadəsinə verilməsi müvafiq qanunvericiliyə əsasən İddiaçı MTK tərəfindən həll edilməsi qərara alınmışdır. Bundan başqa işin faktiki halına əsasən, İddiaçı MTK ilə balanssaxlayıcı “X3 və Koordinasiya Mərkəzi” X29 arasında bağlanmış xx.xx.2022-ci il tarixli 16 nömrəli müqaviləyə görə, dövlət mülkiyyətində olan ünvan 7 ünvanında (ümumi torpaq sahəsi 2093.1 kv.metr) yerləşən və dövlət mülkiyyətində olan iki mərtəbəli inzibati binanın sökülməsi üçün İddiaçı MTK-ya təhvil verməyi, əvəzində MTK tərəfindən həmin qeyri-yaşayış sahəsinin yerləşdiyi ərazidə inşa ediləcək yeni çoxmənzilli binanın birinci mərtəbəsində yerləşən və qarşılıqlı razılaşma əsasında müəyyən edilən 1500 kv.m-dən az olmamaq şərtilə təmirli qeyri-yaşayış sahəsini istifadəyə hazır vəziyyətdə qəbul etməyi öhdəsinə götürmüşdür. Məhkəmə hesab edir ki, istismar müddəti keçmiş, qəzalı mənzillərdə və evlərdə cavabdehlərin yaşamağa davam etməsi onların həyat və sağlamlıqlarına ciddi təhlükə olmaqla yanaşı, cavabdehlərin müvafiq MTK-nın təklifini qəbul edərək yaşayış sahəsindən çıxmamaları ərazidə standartlara uyğun, yeni yaşayış binasının tikilməsi ilə bağlı sərəncamın həmçinin də xx.xx.2022-ci il tarixli 16 nömrəli müqavilənin icrasına maneçilik yaradır. Bütün bunlar onu deməyə əsas verir ki, cavabdehlərin yaşayış üçün tam yararsız, insan həyatı üçün təhlükəli və qəzalı vəziyyətdə olan mənzillərdən çıxarılması ilk növbədə onlar üçün həyati vacib məsələdir. Hansı ki, onların mənzilləri boşaltdıqları halda, cavabdehlərin ailə üzvləri ilə birlikdə müvəqqəti yaşayış üçün Nərimanov rayonu ərazisində kirayə mənzillərə köçürülmələri MTK-nın xx.xx.2022-ci il tarixli müqavilədən irəli gələn öhdəliklərinin (habelə yeni yaşayış binasının tikilməsi ilə bağlı sərəncamın) icrasını təmin etmək üçün zəruridir və MTK da bu öhdəliklərini yerinə yetirməsi üçün lazımi addımları atır. Həmçinin də iddiaçı MTK cavabdehlərə iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsinədək və hazırkı iş üzrə iddia ərizəsinin verilməsindən sonra halhazıradək olan müddətdə mübahisənin məhkəmədən kənar həlli üçün yetərincə hərəkətlər etmiş, cavabdehlərə əlverişli təkliflər etmişdir. Hazırkı cavabdehlərdən fərqli olaraq, mübahisəli ərazidə yaşayan digər cavabdeh şəxslər – X16 və X17 onlara yaradılmış şəraitdən və İddiaçı əlverişli təkliflərindən yararlanaraq, habelə texniki və təhlükəsizlik baxımından istismara yararsız və insanların yaşaması üçün təhlükə törədə biləcək qəzalı vəziyyətdə olan mənzillərdə yaşamaqdan qurtularaq əvvəlki yaşayış yerlərini tərk etmişlər və iddia tələblərini əks etdirən şəkildə notarial qaydada təsdiqlənmiş müqavilələr bağlamışlar. Məhkəmə bu zaman xüsusi qeyd edir ki, Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinin sərəncamını icra edən İddiaçı tərəfindən cavabdeh şəxslərin məcburi köçkün kimi mənzillərdən müvəqqəti hüquqları qorunur, onlar tərəfindən cavabdehlərin müvəqqəti yaşayış sahələri (kirayə mənzillər) ilə, kirayə haqlarının ödənilməsi təmin olunaraq, yaşayış sahəsindən istifadə etmək hüquqlarının pozuntusu hallarına yol verilməmişdir, cavabdehlərə müvəqqəti yaşamaq üçün verilmiş mənzillərin əvəzində kirayə mənzil və kirayə haqqı ödənilməsi üçün ədalətli təkliflər edilir. Bu isə, cavabdehlərin onlara müvəqqəti yaşamaq üçün verilmiş yaşayış sahələrindən qanunsuz və əsassız olaraq çıxarılmaları kimi qəbul edilə və qiymətləndirilə bilməz. Bundan başqa məhkəmə qeyd edir ki, cavabdehlər hazırki vəziyyətdə Bakı şəhərinin ətraf qəsəbələrində mülkiyyətə daşınmaz əmlakın verilməsini tələb etməklə cəmiyyətə ziyan vuran şəkildə sui-istifadə edirlər ki, onların bu hüquqdan sui-istifadələrinə yol verilməməli, bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yuxarıda qeyd edilən qərarında müəyyən edilmiş müddəalar da rəhbər tutulmalıdır. Bu sui-istifadə isə cavabdehlərin mənzillərə görə müvafiq cəmiyyətdən əsassız olaraq real olmayan şəkildə mülkiyyətlərinə mənzillərin verilməsini tələb etmələrində, mühəndis kommunikasiya xəttlərinin mövcud olmadığı, yaşayış üçün tam yararsız və qəzalı olan mənzillərdən təyinatı üzrə istifadə etməmələrində ifadə olunur. Həmçinin Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Mənzil-Tikinti Kooperativinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 11 oktyabr 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 31 may 2021-ci il tarixli qərarında göstərilmişdir ki, Ayrılmaz və bölünməz əsas insan və vətəndaş hüquq və azadlıqlarından biri kimi bu hüquqa verilən təminat da mülki hüquq münasibətləri iştirakçılarına onu hüquqi bərabərlik, mülkiyyətin toxunulmazlığı prinsiplərinə uyğun əmlak müstəqilliyi, iradə azadlığı şəraitində həyata keçirmək imkanının yaradılmasını, pozulduğu təqdirdə isə məhkəmədə müdafiəsini nəzərdə tutur. Mülkiyyət hüququnun məzmunu Konstitusiyanın 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdən biridir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir və şəxsiyyətin inkişafı üçün zəruri şərtdir. Bununla belə, qeyd olunan hüququn əhəmiyyətinə baxmayaraq, o, mütləq deyil və məhdudlaşdırıla bilər. Nəzərə almaq lazımdır ki, mülkiyyət insanın xüsusi maraqlarının həyata keçirilməsində vacib funksiya daşımaqla yanaşı, Konstitusiyanın 15-ci maddəsinin məzmununa əsasən, sosial yönümlü dövlətdə həm də mühüm sosial funksiyaya malikdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107-2.1 və 107-5.1-ci maddələrinin şərh edilməsinə dair” 2011-ci il 16 dekabr tarixli Qərarı). Həmçinin nəzərə almaq lazımdır ki, Konstitusiyada mülkiyyət hüququ təsbit edilməklə yanaşı, onun ümumi və xüsusi məhdudiyyətlərinin hədləri də müəyyən olunmuşdur (Konstitusiyanın 13-cü maddəsinin İİİ hissəsi, 29-cu maddəsinin İİ hissəsi və 71-ci maddəsinin İİ hissəsi, “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 3.3-cü maddəsi). Belə ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədi ilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir. Vətəndaşın sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısı dövlətin sosial sahədə konstitusion məqsədləri sırasında göstərilməsi və Konstitusiyada heç kəsin yaşadığı mənzildən qanunsuz məhrum olunmasının mümkünsüzlüyünün müəyyən edilməsi mənzil münasibətləri sahəsində dövlətin siyasətinin vacibliyinə və konstitusiya əhəmiyyətli olduğuna dəlalət edir. Ona görə, konstitusiya əsasları olan dövlətin mənzil siyasəti üzrə qəbul etdiyi qərarlar Konstitusiyadan irəli gələn şərtlərə riayət olunmaqla, mülkiyyət hüququnun məhdudlaşdırılması üçün əsas kimi çıxış edə bilər. Lakin hər bir halda belə məhdudiyyət qarşıya qoyulmuş məqsədə ağlabatan şəkildə mütənasib olmaqla mülkiyyətçinin üzərinə fərdi və həddən artıq yük qoymamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair” 2012-ci il 21 dekabr tarixli Qərarı). Qərarda eyni zamanda göstərilir ki: Nazirlər Kabinetinin Qərarı “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-İVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli Fərmanının 1.8-ci bəndinə əsasən, Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının ərazisində abadlıq-quruculuq işlərinin davam etdirilməsi, qəzalı vəziyyətdə olan binaların sökülərək, yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə qəbul edilmişdir. Bu Qərar qəzalı vəziyyətdə olan əmlakın mülkiyyətçidən alınması deyil, insanların yaşaması və ya istifadəsi üçün nəzərdə tutulmuş tikinti obyektlərində sağlam və təhlükəsiz yaşayışın təmin edilməsi üçün əmlakın yenidən qurulub, istismara yararlı vəziyyətə salınıb mülkiyyətçinin istifadəsinə qaytarılması məqsədi daşıyır. Eyni zamanda qeyd olunmalıdır ki, məhkəmələr tərəfindən mübahisəli məsələyə baxılarkən həmin normativ hüquqi akt qüvvədə olmuşdur; Eyni zamanda Mənzil Məcəlləsinin müvafiq maddələri məhz qəza vəziyyətində olan mənzilin (yaşayış binasının) mülkiyyətçisi tərəfindən yenidən qurulmasının və (və ya) yenidən planlaşdırılmasının əsaslarını və qaydalarını tənzimləyir. Həmin maddələr Şəhərsalma və Tikinti Məcəlləsinin müddəalarına uyğun olaraq həyata keçirilən və əsas məqsədlərindən biri insanların həyatına, sağlamlığına, əmlakına təhlükə yaranmasının və ya zərər vurulmasının qarşısının alınması olan şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin reallaşdırılması və qəzalı mənzil fondunun yenidən qurulması prosesində tətbiq ediləcək norma kimi qəbul edilə bilməz; Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, məhkəmə müdafiəsi hüququ yalnız məhkəməyə müraciətlə məhdudlaşmır, habelə pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. Ədalət mühakiməsi mahiyyət etibarı ilə ədalət anlayışına cavab verməli və pozulmuş hüquqların bərpa olunmasını təmin etməlidir; Konstitusiya Məhkəməsinin Plenumu onu da qeyd etməyi vacib hesab edir ki, mövcud qanunvericilikdə Şəhərsalma və Tikinti Məcəlləsinin müddəalarına uyğun olaraq ərazi planlaşdırılması, mənzil fondunun yenilənməsi məqsədi ilə qəzalı vəziyyətdə olan tikililərin yenidən qurulmasına dair qaydalar aydın göstərilməmişdir. Bu qaydaların dəqiq müəyyən olunmaması bəzi hallarda mülkiyyətçilərin öz əmlak hüquqlarından sui-istifadə etməsi, sökülən mənzillərin əvəzinə bazar qiymətinə uyğun olmayan yüksək kompensasiya tələb etməsi ilə nəticələnir. Mülkiyyətçilərlə razılığın əldə olunmasının qeyrimümkünlüyü isə digər mülkiyyətçilərin hüquqlarının pozulmasına, söküntü və tikinti işlərinin əsassız uzanmasına və nəticədə mülkiyyət hüququna müdaxilə ilə bağlı mütənasiblik prinsipinin pozulmasına səbəb olur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, hazırki mübahisə baxımından iddiaçının hazırki tələblə çıxış etməsi cavabdehlərin mübahisəli qeyri-yaşayış binasında müvəqqəti yaşamaq hüquqlarına müdaxilə hesab edilə bilməz. Eyni zamanda “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Qanunun 5-ci maddəsi, habelə “Məcburi köçkünlərin məskunlaşdırılması Qaydası”nın 4-cü maddəsinin müddəaları tələb edir ki, məcburi köçkünlər özlərinə müstəqil surətdə yaşayış yeri taparkən digər şəxslərin mənzil hüquqlarını pozarlarsa, dövlət hakimiyyəti orqanları onları başqa yaşayış yerlərinə köçürməlidirlər”. “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən, məcburi köçkünlərin məskunlaşdırılması müvafiq icra hakimiyyəti orqanları (yerli icra hakimiyyəti orqanları) tərəfindən həyata keçirilir. Məskunlaşdırma məqsədilə yaşayış üçün yararlı olan və ya yararlı hala salınması mümkün olan yaşayış, inzibati və yardımçı binalardan, habelə digər binalardan istifadə edilir. Məcburi köçkünləri belə binalarda məskunlaşdırmaq mümkün olmadıqda və ya müəyyən yaşayış məntəqələrində əhali sıxlığı buna imkan vermədikdə onlar məcburi köçkünlər üçün xüsusi olaraq təşkil edilmiş düşərgələrdə məskunlaşdırılırlar. Düşərgələr yaşayış üçün zəruri tələblərə cavab verməlidir. Məcburi köçkünlərin müstəqil olaraq müvəqqəti məskunlaşmasına o halda yol verilə bilər ki, bu digər şəxslərin hüquqlarını və qanuni maraqlarını pozmasın. Belə hallar mövcud olduqda müvafiq icra hakimiyyəti orqanları məcburi köçkünlərin həmin yaşayış məntəqəsi daxilində başqa yaşayış sahəsinə köçürülməsini təmin etməlidir. Məhkəmə onu da qeyd edir ki, Azərbaycan Respublikası Qaçqınların və X14 üzrə Dövlət Komitəsinin 24 sentyabr 2024-cü il tarixli İddiaçı MTK-nin sədri Mərdalı Məmmədovun sorğusuna cavab məktubundan görünür ki, "MONTİN CİTY” MTK-nın istifadəsində olan və Bakı şəhəri, Nərimanov rayonu, Ə.Dəmirçizadə küçələri 16 ünvanda yerləşən ikimərtəbəli qeyri-yaşayış binasında məskunlaşmış məcburi köçkün ailələri barədə məlumatların verilməsi, onların ata-baba yurdlarına qaytarılması, yeni evlərin və ya mənzillərin verilib-verilməyəcəyi barədə məlumatlandırılmağınıza köməklik göstərilməsi barədə müraciətə baxılmış, bildirilmişdir ki, sözügedən ünvanda yerləşən ikimərtəbəli qeyri-yaşayış binasında Şuşa, Ağdam və Zəngilan rayonlarından olmaqla ümumilikdə on bir məcbiri köçkün ailəsi məskunlaşmış, “Dövlət Proqramı”nın icrası ilə əlaqədar olaraq Şuşa şəhərindən olan beş ailədən birinin Şuşa şəhərinə köçürülməsi təmin edilmiş, digər 4 ailənin isə cari ilin sonuna kimi Şuşa şəhərinə köçürülməsi nəzərdə tulmuşdur (siyahı əlavə olunur). 2025-ci ildə iki ailənin Ağdam şəhərinə, bir ailənin isə Zəngilan rayonunun Məmmədbəyli kəndinə köçürülməsi mümkünlüyünə baxılacağını, qalan üç ailənin pasport qeydiyyatında olduğu yaşayış məntəqələrinin bərpası 2023-2026-cı illəri əhatə edən proqrama daxil olmadığını qeyd etmişdir. Məhkəmə araşdırılması zamanı müəyyən edilir ki, qarşılıqlı iddiaçılar öz davranışları ilə ilk iddiaçının digər şəxslər qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasına mane olmaqla yanaşı, onun həmin sərəncamdan irəli gələn hüquqlarını həyata keçirməsinin qarşısını almış, mübahisəli mənzilləri boşaltmaqdan imtina etmişlər. Buna görə də ilk iddia tələbi təmin olunmalı, qarşılıqlı iddia tələbi rədd edilərək cavabdehlər Cavabdeh2, Cavabdeh3, X18, Cavabdeh8, Cavabdeh5, Cavabdeh7, Cavabdeh1 və Cavabdeh6 və onların hər birinin ailə üzvləri ünvan 2 ünvandakı ikimərtəbəli qeyri-yaşayış sahəsindən çıxarılmalı, qeyd edilən ünvanda məcbur köçkün kimi qeydə alınmış cavabdehlər ailə üzvləri ilə birlikdə müvəqqəti yaşayış üçün Nərimanov rayonu ərazisində kirayə mənzillərə köçürülməli, kirayə mənzillərə köçürüldükdən sonra doğma yurd-yuvalarına qaytarılanadək və məcbur köçkün statusları itirilənədək onların hər birinə aylıq 500 manat kirayə haqqı ödənilməli, ilk iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ona aid edilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. (Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 78.1, 80, 217.4 və 220.5-ci maddələril) “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlk iddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh2, Cavabdeh3, X18, Cavabdeh8, Cavabdeh5, Cavabdeh7, Cavabdeh1, Cavabdeh6 və onların hər birinin ailə üzvləri ünvan 2 ünvandakı ikimərtəbəli qeyri-yaşayış sahəsindən çıxarılsın. ünvan 11 ünvanda məcbur köçkün kimi qeydə alınmış cavabdehlər Cavabdeh2, Cavabdeh3, X18, Cavabdeh8, Cavabdeh5, Cavabdeh7, Cavabdeh1, Cavabdeh6 və hər birinin ailə üzvləri ilə birlikdə müvəqqəti yaşayış üçün Nərimanov rayonu ərazisində kirayə mənzillərə köçürülmələri təmin edilsin. Cavabdehlər Cavabdeh2, Cavabdeh3, X18, Cavabdeh8, Cavabdeh5, Cavabdeh7, Cavabdeh1, Cavabdeh6 və onların hər birinin ailə üzvləri kirayə mənzillərə köçrüldükdən sonra doğma yurd-yuvalarına qaytarılanadək və məcbur köçkün statusları itirilənədək onların hər birinə aylıq 500 manat kirayə haqqı ödənilsin. Mülki iş üzrə çəkilmiş məhkəmə xərcləri iddiaçının aid edilsin. Qarşılıqlı iddiaçı Cavabdeh2 və qeyrilərinin cavabdeh İddiaçı MTK -ya qarşı “mənzillə təmin edilmə” tələbinə dair qarşılıqlı iddia ərizəsi rədd olunsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar