Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-3613/2020 27.10.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məhkəmə iclasının katibi X3, X18 Cəmiyyəti “xxxxxxxxxxxxxxxxxx” Sığorta Şirkətinin nümayəndəsi X2, Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə oglunun iştirakları ilə, X18 Cəmiyyəti “xxxxxxxxxxxxxxxxxx” Sığorta Şirkətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “subroqasiya hüququ üzrə vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək MÜƏYYƏN ETDİ: X18 Cəmiyyəti “xxxxxxxxxxxxxxxxxx” Sığorta Şirkəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “subroqasiya hüququ üzrə vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 5.000 (beş min) manat məbləğində pul vəsaiti və ödənilmiş 30,40 (otuz manat qırx qəpik) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 5.030,40 (beş min otuz manat qırx qəpik) manat məbləğində pul vəsaitinin Açıq Səhmdar Cəmiyyəti “xxxxxxxxxxxxxxxxxx” Sığorta Şirkətinin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. X18 Cəmiyyəti “xxxxxxxxxxxxxxxxxx” Sığorta Şirkəti iddiasını onunla əsaslandırmışdır ki, Açıq Səhmdar Cəmiyyəti “xxxxxxxxxxxxxxxxxx” Sığorta Şirkəti tərəfindən PST********** (AA927622) nömrəli “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” şəhadətnaməsi üzrə sığortalanmış Cavabdeh2 məxsus və Cavabdeh1 tərəfindən idarə edilən “VAZ 2109” minik markalı, **-FB-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə yolun sağ kənarında ağır dərəcəli alkoqol zəhərlənməsi ilə uzanmış vəziyyətdə olan piyada Adıgözəlov Ehtibar Ədil oğlunu xx xxxxxx 2014-cü il tarixdə Bakı-Quba magistral şosse yolunun 37-ci kilometrliyində Xəzər yaşayış ərazisində vuraraq hadisə yerindən yayınmışdır. Hadisə nəticəsində, xəsarət almış piyada almış olduğu xəsarətlərdən hadisə yerində ölmüşdür. Sumqayıt şəhəri Polis İdarəsinin xx xxxxxx 2014-cü il tarixli qərarına və Bakı Hərbi Məhkəməsinin xx xxxxxxxx 2014-cü il tarixli 1- (093)-147/14 nömrəli hökmünə əsasən Cavabdeh1 təqsirli bilinmişdir. Baş vermiş yol-nəqiiyyat hadisəsi nəticəsində “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunun 56.1.1-ci və 14.2.2-ci maddələrini rəhbər tutaraq 1308/15 nömrəli sığorta aktına əsasən mərhumun həyat yoldaşının bank hesabına 5.000 (beş min) manat məbləğində sığorta ödənişi xx xxx 2015-ci il tarixli 238 nömrəli ödəniş tapşırığına əsasən köçürülmüşdür. Cavabdehlər tərəfindən törədilmiş mülki hüquq pozuntusu nəticəsində vurulmuş zərərin əvəzi 5.000 (beş min) manat məbləğində sığorta ödənişi Açıq Səhmdar Cəmiyyəti “xxxxxxxxxxxxxxxxxx” Sığorta Şirkəti tərəfindən zərərçəkənə ödənildiyindən, Açıq Səhmdar Cəmiyyəti “xxxxxxxxxxxxxxxxxx” Sığorta Şirkətinin “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 63.1-ci maddəsinin tələbinə görə, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 həmin məbləğdə pulu geriyə tələb etmək (subroqasiya) hüququ vardır. Məhkəmə iclasında X18 Cəmiyyəti “xxxxxxxxxxxxxxxxxx” Sığorta Şirkətinin nümayəndəsi X6 iddia tələbinin dəlillərinə uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə oglu iddianı əsassız hesab edərək izahatında bildirmişdir ki, “VAZ 2109” minik markalı, **-FB-*** dövlət qeydiyyat nişanlı avtomobil mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus olsa da, hüquqi əsaslarla (etibarnamə vasitəsilə) Cavabdeh1 tərəfindən idarə olunmuşdur, başqa sözlə, avtomobil Cavabdeh2 tərəfindən xx xxxx 2009-cu il tarixdə Zaur Dayiyev adlı şəxsə satılmış, ona 30 (otuz) illik etibarnamə verilmiş, avtomobil həmin vaxtdan Cavabdeh2 sahibliyindən çıxmışdır. Həmçinin, iş materiallarına əlavə edilmiş Bakı Hərbi Məhkəməsinin xx xxxxxxxx 2014-cü il tarixli 1-(093)- 147/14 nömrəli hökmü ilə müəyyən olunmuşdur ki, Cavabdeh1 həmin avtomobili xx xxxxxx 2014cü il tarixdə satın almış və qanuni əsaslarla, yəni etibarnamə əsasında idarə etmişdir. Mülki qanunvericilik imperativ olaraq qeyd edir ki, subroqasiya qaydasında tələb yalnız hadisəni törətmiş şəxsə qarşı yönəldilməlidir, başqa sözlə tələb mülkiyyətçiyə deyil, yalnız qanuni əsaslarla yüksək təhlükə mənbəyinin faktiki sahibinə, yəni sürücüyə yönəlməlidir. Buna görə də hesab edir ki, hazırkı iddia hüquqlarını müdafiə və təmsil etdiyi şəxsə qarşı təmin edilə bilməz. Həmçinin, tələb üzrə iddia müddəti keçmişdir. İş materiallarından da görünür ki, iddiaçı tərəf ilə Cavabdeh1 arasında müqavilənin bağlanması və icrası 2015-ci ilə təsadüf edir. İddiaçı isə iddianı 2020-ci ildə qaldırmışdır, bu halda mülki qanunvericiliyin tələbləri baxımından müəyyən edilmiş 3 (üç) illik iddia müddəti (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinin tələbləri baxımından) buraxılmışdır. Ona görə də, iddia tələbi əsassız olmaqla yanaşı, eyni zamanda iddia müddətinin keçməsi ilə əlaqədar təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh1 xx xxxxxxx 2020-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbi üzrə işin digər təkzibedici halları ilə yanaşı mülki qanunvericiliyə müvafiq olaraq iddia müddətinin tətbiq edilərək, iddia ərizəsinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh1 qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, cavabdeh şəxs heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, hər iki iddia tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: X12 Şöbəsi tərəfindən xx xxx 2014-cü il tarixdə verilmiş AZ-İ seriyalı 670333 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Adıgözəlov Ehtibar Ədil oğlu xx xxxxxx 2014-cü il tarixdə baş beyinin partlaması səbəbi ilə Sumqayıt şəhərində ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx xxx 2014-cü il tarixdə 582 nömrə ilə qeyd edilmişdir; X19 İdarəsinin İstintaq Şöbəsinin baş müstəntiqi, polis mayoru X4 xx xxxxxx 2014-cü il tarixli zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanımaq barədə qərarın surətindən və məzmunundan görünür ki, ********* nömrəli cinayət işi üzrə X13 Adıgözəlov Etibar Adil oğlunun (ölmüş zərərçəmiş şəxsin həyat yoldaşı) cinayət prosesində hüquq və qanuni mənafelərinin müdafiəsi üçün zərərçəkmiş şəxslərin hüquqi varisi qismində tanınması qərara alınmışdır; Bakı Hərbi Məhkəməsinin xx xxxxxxxx 2014-cü il tarixli 1-(093)-147/14 nömrəli hökmünün sürətindən və məzmunundan görünür ki, X10 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci və 264-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə bir il altı ay müddətinə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsi ilə bir il müddətinə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə X7 qəti cəza iki il müddətinə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin tələblərinə əsasən Bakı Hərbi Məhkəməsinin xx xxxx 2014-cü il tarixli hökmü ilə X7 təyin edilmiş 3.000 (üç min) manat miqdarında cərimə cəzasınıhazırkı hökm üzrə təyin edilmiş cəza ilə tam toplamaq yolu ilə X1 cəza iki il müddətinə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası və 3.000 (üç min) manat miqdarında cərimə cəzasının təyin edilməsi, cəzasının ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəza çəkmənin əvvəlinin şübhəli şəxs qismində tutulduğu xx xxxxxx 2014-cü il tarixdən hesablanması, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən X7 təyin edilmiş 3.000 (üç min) manat miqdarında cərimə cəzasının müstəqil icra edilməsi hökm edilmişdir; Açıq Səhmdar Cəmiyyəti “xxxxxxxxxxxxxxxxxx” Sığorta Şirkətinin xx xxx 2015-ci il tarixli sığorta aktının müvafiq qaydada təsdiq edilmiş surətindən görünür ki, Açıq Səhmdar Cəmiyyəti “xxxxxxxxxxxxxxxxxx” Sığorta Şirkəti tərəfindən verilmiş PST********** (AA927622) nömrəli “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” şəhadətnaməsi üzrə (şəhadətnamənin qüvvədə olma müddəti xx xxxxx 2013-xx xxxxx 2014) xx xxxxxx 2014-cü il tarixdə saat 19:00 radələrində Bakı-Quba magistral yolunun 37-ci kilometrliyində sığortalı Cavabdeh2 ehtiyatsızlığı səbəbindən etibarnamə əsasında ona məxsus “VAZ 2109” markalı **- FB-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Cavabdeh1 tərəfindən baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində müvafiq sığorta hadisəsinə görə zərərçəkmiş Adıgözəlov Ehtibar Ədil oğlu vəfat etmiş və bunun müqabilində 5.000 (beş min) manat məbləğində dəymiş zərər zərərçəmiş şəxsin hüquqi varisi qismində tanınmış X11 ödənilməsi müəyyən edilmişdir; xx xxx 2015-ci il tarixli 238 nömrəli ödəniş tapşırığının müvafiq qaydada təsdiq edilmiş surətindən görünür ki, 5.000 (beş min) manat məbləğində dəymiş zərər zərərçəmiş şəxsin hüquqi varisi qismində tanınmış X11 ödənilmişdir; Azərbaycan Respublikası DİN BDYPİ QİŞ tərəfindən xx xxxx 2009-cu il tarixdə verilmiş AB seriyalı 303397 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “VAZ 2109” markalı **-FB-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh2 mülkiyyətindədir; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin verdiyi müvafiq məlumata əsasən verilmiş çıxarışın surətindən görünür ki, “VAZ 2109” markalı **-FB-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi Cavabdeh2 tərəfindən Cavabdeh1 xx xxxxxx 2014-cü il tarixdən xx xxxxxx 2014-cü il tarixədək olan müddət üçün etibarnamə verilmişdir; ƏN-İV seriyalı 367461 nömrəli nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında etibarnamənin surətindən görünür ki, Cavabdeh2 tərəfindən mülkiyyətində olan “VAZ 2109” markalı **-FB-*** dövlət qeydiyyat nişanlı avtomobilə sərəncam verilməsinə dair Cavabdeh1 xx xxxxxx 2014-cü il tarixdən xx xxxxxx 2014-cü il tarixədək (on bir ay) olan müddət üçün etibarnamə verilmişdir; Azərbaycan Respublikası DİN BDYPİ Sumqayıt RQİTBŞ tərəfindən xx xxxxxx 2013-cü il tarixdə verilmiş AE seriyalı 007434 nömrəli sürücülük vəsiqəsinin surətindən görünür ki, X5 adına müvafiq BC kateqoryalı vəsiqə verilmişdir; Açıq Səhmdar Cəmiyyəti “xxxxxxxxxxxxxxxxxx” Sığorta Şirkətinin Cavabdeh1 ünvanladığı xx xxxx 2019-cu il tarixli tələbnamənin müvafiq qaydada təsdiq edilmiş surətindən görünür ki, baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin hüquqi varisinə ödənilmiş 5.000 (beş min) manat məbləğində sığorta ödənişi üzrə subroqasiya qaydasında müvafiq şirkətin hesabına 10 (on) gün müddətində ödənilməsi tələb edilmiş, əks təqdirdə müvafiq zərərin ödənilməsi tələbinə dair məhkəməyə müraciət etmək hüququndan istifadə ediləcəyi barədə xəbərdar edilmişdir; Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsinin xx xxxx 2020-ci il tarixli arayışın məzmunundan görünür ki, Cavabdeh2 ünvan 1 ünvanında qeydiyyatdadır; xx xxxxxx 2020-ci il tarixli ********* nömrəli mədaxil qəbzindən görünür ki, müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün Açıq Səhmdar Cəmiyyəti “xxxxxxxxxxxxxxxxxx” Sığorta Şirkəti tərəfindən 30,40 (otuz manat qırx qəpik) manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə ilk növbədə iddia tələbinə mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Mülki prosessual qanunvericiliyə görə sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Məhkəmənin bütün bu prosessual hərəkətləri sözsüz ki, iddianın predmeti və irəli sürülən tələbin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir. Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin İ hissəsin əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən başqa şəxs tərəfindən vurulmuş zərərin həcminə həm də hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər də daxildir; 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan 3-cü şəxsə qarşı malik olduğu hüquqlarından və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığortaçı ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir; 936.5-ci maddəsinə əsasən sığortaçı subrqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvaiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər; 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsulliyyəti daşıyır; 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir; 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enercisindən, atom enercisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur; 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqazidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər; 1114.1-ci maddəsinin tələblərinə görə başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. “Sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinə əsasən sığortalının təqsirkar şəxsə zərərin əvəzini ödəmək tələbi hüququ (iddiası) əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya reqres qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. “İcbari Sığortalar haqqında” Azərbaycan Respulikası Qanununun 63.1-ci maddəsinə görə avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Açıq Səhmdar Cəmiyyəti “xxxxxxxxxxxxxxxxxx” Sığorta Şirkəti tərəfindən PST********** (AA927622) nömrəli “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” şəhadətnaməsi üzrə sığortalanmış Cavabdeh2 məxsus və Cavabdeh1 tərəfindən idarə edilən “VAZ 2109” minik markalı, **-FB-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə yolun sağ kənarında ağır dərəcəli alkoqol zəhərlənməsi ilə uzanmış vəziyyətdə olan piyada Adıgözəlov Ehtibar Ədil oğlunu xx xxxxxx 2014cü il tarixdə Bakı-Quba magistral şosse yolunun 37-ci kilometrliyində Xəzər yaşayış ərazisində vuraraq hadisə yerindən yayınmışdır. Hadisə nəticəsində, xəsarət almış piyada almış olduğu xəsarətlərdən hadisə yerində ölmüşdür. X19 İdarəsinin İstintaq Şöbəsinin xx xxxxxx 2014-cü il tarixli qərarı ilə X13 Adıgözəlov Etibar Adil oğlunun (ölmüş zərərçəmiş şəxsin həyat yoldaşı) cinayət prosesində hüquq və qanuni mənafelərinin müdafiəsi üçün zərərçəkmiş şəxslərin hüquqi varisi qismində tanınmışdır. Bakı Hərbi Məhkəməsinin xx xxxxxxxx 2014-cü il tarixli 1-(093)- 147/14 nömrəli hökmünə əsasən Cavabdeh1 təqsirli bilinmişdir. Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunun 56.1.1-ci və 14.2.2-ci maddələrini rəhbər tutaraq 1308/15 nömrəli sığorta aktına əsasən mərhumun həyat yoldaşının bank hesabına 5.000 (beş min) manat məbləğində sığorta ödənişi xx xxx 2015-ci il tarixli 238 nömrəli ödəniş tapşırığına əsasən köçürülmüşdür. Cavabdehlər tərəfindən törədilmiş mülki hüquq pozuntusu nəticəsində vurulmuş zərərin əvəzi 5.000 (beş min) manat məbləğində sığorta ödənişi Açıq Səhmdar Cəmiyyəti “xxxxxxxxxxxxxxxxxx” Sığorta Şirkəti tərəfindən zərərçəkənə ödənildiyindən, Açıq Səhmdar Cəmiyyəti “xxxxxxxxxxxxxxxxxx” Sığorta Şirkətinin “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 63.1-ci maddəsinin tələbinə görə, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 həmin məbləğdə pulu geriyə tələb etmək (subroqasiya) hüququ vardır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, “VAZ-2109” markalı, **-FB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin mülkiyyətçisi Cavabdeh2 avtomobilə dair xx.xx.2015-ci il tarixdən xx.xx.2014-cü il tarixə kimi Cavabdeh1 ogluna etibarnamə vermişdir. Bu səbəbdən cavabdeh Abiyev X9 Xəyyam Əyyub oğlu tərəfindən törədilmiş mülki hüquq pozuntusuna (deliktə) görə məsuliyyət daşıya bilməz. Bu səbəbdən X18 Cəmiyyəti “xxxxxxxxxxxxxxxxxx” Sığorta Şirkətinin hazırkı iddia tələbi Cavabdeh2 aid hissədə təmin edilməməlidir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, Açıq Səhmdar Cəmiyyəti “xxxxxxxxxxxxxxxxxx” Sığorta Şirkətinin hazırkı iddiası Cavabdeh1 münasibətdə əsaslıdır, iddiaçı iddiasını qeyd edilən cavabdehə münasibətdə əsaslı edən müvafiq sübutlarını məhkəməyə təqdim etmiş, həmin sübutlar məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz təsdiqini tapmışdır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 5.000 (beş min) manat məbləğində pul vəsaiti X18 Cəmiyyəti “xxxxxxxxxxxxxxxxxx” Sığorta Şirkətinin xeyrinə tutulmalı, iddia tələbi Cavabdeh2 münasibətdə isə rədd edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddiaçı tərəfindən ödənilmiş 30,40 (otuz manat qırx qəpik) manat məbləğində dövlət rüsumu Cavabdeh1 X18 Cəmiyyəti “xxxxxxxxxxxxxxxxxx” Sığorta Şirkətinin xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 5.000 (beş min) manat məbləğində pul vəsaiti və ödənilmiş 30,40 (otuz manat qırx qəpik) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 5.030,40 (beş min otuz manat qırx qəpik) manat məbləğində pul vəsaiti Açıq Səhmdar Cəmiyyəti “xxxxxxxxxxxxxxxxxx” Sığorta Şirkətinin xeyrinə tutulsun. İddia tələbi Cavabdeh2 münasibətdə təmin edilməsin. Qətnamədən onun tərəfə rəsmi təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №e-2(005)-3613/2020
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-3613/2020
27.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver