Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-377/2021 31.05.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X6, İddiaçı Yaşar qızının, Cavabdeh “X10” MMC-nin nümayəndəsi X7 iştirakı ilə, İddiaçı Yaşar qızının cavabdehlər “X10” MMC-yə və Cavabdeh1 qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Yaşar qızı cavabdehlər “X10” MMC-yə və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər “Oksigen” Klinik Xəstəxanasından və “Oksigen” Klinik Xəstəxanasının pediatr həkimi Cavabdeh1 müştərək qaydada 60000 manat maddi ziyanın və mənəvi zərərin əvəzi kimi 150.000 manat pul vəsaitinin, dövlət rüsumunun əvəzi qismində 30 manat pul məbləğinin, ümumilikdə 210000 manat və 30 manat pul məbləğinin cavabdehlərdən alınaraq birdəfəlik qaydada ona ödənilməsi barədə qətnamə, cavabdehlərin əməllərinə cinayət qanunvericiliyinə uyğun olaraq qiymət verilməsi üçün istintaq orqanına göndərilməsi barədə xüsusi qərardad qəbul edilməsini xahiş etmişdir. İddiaçı Yaşar qızı iddia tələbini onunla əsaslandırmışdır ki, o, X18 ilə 11.09.2016-cı il tarixdə rəsmi nikaha daxil olmuş, bir müddət sonra hamilə qalmışdır. Hamiləliyi doğuşa qədər tam normal şəkildə keçmiş və heç bir şikayəti olmamışdır. Belə ki, vaxtlı-vaxtında həkim-ginekoloqa müraciət etmiş və daim həkimin nəzarəti altında olmuşdur. Hamiləlik müddətində bir neçə dəfə həkimin göstərişi ilə Usm müayinəsi və qan analizləri vermişdir. 17 sentyabr 2019-cu il tarixdə iddiaçıda doğuş sancıları başlamış və o təbii doğuş üçün “Oksigen” Klinik Xəstəxanasına müraciət etmişdir. Təbii doğuş üçün 17 sentyabr 2019-ci il tarixdə “Oksigen” Klinik Xəstəxanasına 675 manat ödəniş etmişdir. Doğuş həkimi Kamal Niftəliyev təyin olunmuşdur. Həmin gün yəni 17 sentyabr 2019-cu il tarixdə təbii doğuşla oğlu Onur Məmmədli dünyaya gəlmişdir. Onur dünyaya gələndən sonra uşağa pediatr həkim kimi Cavabdeh1 təyin edilmişdir. İddiaçı uşağın sağlamlığı haqqında həkim pediatr Cavabdeh1 maraqlanmış, həkim uşaq “fizioloji sarlıq” keçirir və fizioloji sarılıqla bağlı qanda “Bilirubin” miqdarı yüksəkdir deyə bildirmişdir. İddiaçı fizioloji sarılıqdan tam narahat olmuş və həkimə xəstəxanada qalmağı təklif etmişdir. Həkim isə xəstəxanada qalmağa ehtiyac olmadığını, qısa vaxta keçib gedəcəyini və bütün uşaqların fizioloji sarılıq keçirdiyini, yəni normal qarşılamağı bildirmişdir. Xəstəxanadan çıxan günü fizioloji sarılıqla bağlı hər hansı resept yazılmağını xahiş etmiş, həkim isə heç bir reseptə ehtiyac olmadığını, uşaq üçün yalnız yemək adını yazaraq onunla sağollaşmışdır. İddiaçı ilk dəfə ana olduğundan fizioloji sarılığın nə olduğunu başa düşmədiyi üçün ailəsinə demiş və ailəsi də məlumat almaq üçün həkimdən xəstəlik barədə maraqlanmışlar. Həkim ailəsinə də narahat olmamağı, tezliklə fizioloji sarılığın keçib gedəcəyini və heç bir müalicəyə ehtiyac olmadığını bildirmişdir. Hətta ailəsi həkimdən birdən sarılığı artsa nə etsinlər barədə sual vermiş, həkim yenə öz cavabında “narahat olmayın fizioloji sarılıqdır, bütün uşaqlarda olur” çıxıb gedəcək deyə bildirmişdir. İddiaçı evə gəldikdən 3 gün sonra Onurun günü gündən daha geri getdiyini, sarılığının daha da artmasını və halsız vəziyyətini görərək həkimə yenidən zəng etmiş, həkim ona yenə sarılığın çəkilib gedəcəyini, narahat olmamağı bildirmişdir. Bir dəfə də olsun həkim Bilirubinin yüksək olmağından narahatçılıq keçirtməmiş və ona hər hansı bir həkimə getməyi göstəriş verməmiş və yaxud gətir müayinə edim deməmiş və işə soyuq yanaşaraq səhlənkarlıq etmişdir. İddiaçı Yaşar qızı artıq uşağın əlində lap halsız vəziyyətini, nəfəs belə almamasını, sarılığının artdığını video lentə alıb, həkimin telefonuna göndərmiş və həkimə ona “Oksigen” Klinik Xəstəxanasına gəlməsini və uşağı yenidən müayinə edəcəyini bildirmişdir. Həkim Cavabdeh1 ona bazar günü olduğundan xəstəxananın işləmədiyini bəhanə gətirərək hər hansı bir kömək göstərməyəcəyini bildirmişdir. Çarəsiz vəziyyətdə iddiaçı uşağı 22 sentyabr 2019-cu ildə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi K.Fərəcova adına Elmi-Tədqiqat pediatriya instutuna müayinə üçün gətirmiş, burada Onurun qan analizini etmişlər və bilurubinin həddindən çox yüksək olduğunu bildirmişlər. Hətta ondan “Oksigen” Klinik Xəstəxanası bilirubinin belə yüksək vəziyyətdə xəstəni evə necə buraxmalarını təəccüblə soruşmuşlar. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi K.Fərəcova adına X2 iddiaçıya uşaqda fizioloji sarılıq deyil, pataloji sarılıq olmasını demişlər. İddiaçı ilə uşaq arasında qan uyuşmazlığı olduğundan uşaq fizioloji sarılıq deyil, pataloji sarılıq keçirir və bu sarılıq öz özünə keçmir. Həmçinin Onuru müayinə edən həkimlər bilirubin miqdarı qanda çox olarsa 2 orqan (göz və ya qulaq) sıradan çıxacağını bildirmişlər. “Oksigen” Klinik Xəstəxanası iddiaçının orda qan analizlərini realizə etməmiş, bilirubinin yüksək olduğuna əhəmiyyət verməmiş, səhlənkarlıq edərək onu evə buraxmışdır. Patoloji sarılıq nəticəsində uşaqda düzəlməz xəstəliklər yaranmışdır. Belə ki, İran İslam Respublikasının Təbriz şəhərində iddiaçıya yenə eyni diaqnoz qoyulmuşdur. İddiaçının oğlunda isə qulaq nahiyyəsinə təsir etmiş və tamamilə eşitmir. Onun eşitmə cihazına və eşitmə təliminə ehtiyacı vardır və maddiyatı yüksək olduğundan etdirə bilmir. Bundan əlavə keçirdiyi patoloji sarılıq nəticəsində oğlu hazırda 1 yaşına çatsa da boynunu saxlaya bilmir, oturmur, yerimir. Bir sözlə sağlam doğulmuş uşağın gələcəyini “Oksigen” Klinik Xəstəxanası şikəst etmişdir. İddiaçı uşağı İran İslam Respublikasına və Türkiyə Respublikasına aparmış, bütün həkimlər ona xəstəliyin başlıca səbəbi kimi uşağın sarılıqla bağlı müalicəsinin gecikməsi olduğunu bildirmişlər. Hətta sarılıq nəticəsində uşağın qulağı 4-cü dərəcə ilə eşitməmə diaqnozu qoyulmuş, imkansızlıq səbəbindən Qulaq aparatı ala bilməmiş, aparat taxılandan sonra qulaq əməliyyatı olunmalıdır. O, əməliyyat isə çox bahalı əməliyyatlardan biridir və iddiaçının buna maddi imkanı çatmır. “Oksigen” Klinik Xəstəxanasının səhlənkarlığı nəticəsində iddiaçı uşağı ilə birlikdə çox əziyyət çəkir. Bir ildir onların günü müalicə üçün xəstəxanalarda keçir. Bugünədək iddiaçı özəl xəstəxanalara getmiş, həkimlərin yazdığı dərmanları almış, oğlunu Rentgen, Angioqrafiya və Neyrosonoqrafiya müayinəsi etdirmiş, həkimlərin göstərişi əsasında müxtəlif adda qan analizləri vermişdir. Həkimlərin reseptlərdə yazdıqları dərmanları almışdır. Artıq madiyyat baxımından çatdıra bilmədiyindən X4 25 iyul 2020-ci il tarixində aldığı 17300 manat borc pulla oğlunu Türkiyə Respublikasına aparmış, orada 1 ay qalaraq müayinə etdirə bilmişdir. Uşağı əvvəlcə İran İslam Respublikasına, daha sonra isə Türkiyə Respublikasında müayinəyə apararaq 1 ay orada qalmışlar. Türkiyədə həkimlər ona uzun müddət orda qalmağı, uşağın masaj və fizioterapiya olunmağını bildirmişlər. “Oksigen” Klinik Xəstəxanası səhlankarlığı nəticəsində oğlu Onurun analiziləri ilə maraqlanmamış, çıxardıqları səhv nəticəsində bugünki günədək uşağı bu yaşında xəstəliklərlə mübarizə aparır və xəstəlikdən əziyyət çəkir. Hal-hazırda uşağı belə qoyub işləyə bilmir və uşağına müalicə lazımdır. Odur ki, “Oksigen” Klinik Xəstəxanasıın səhlənkarlığı nəticəsində maddi ziyan olaraq 60000 manat məbləğində maddi ziyan dəymişdir və hələdə maddi ziyan dəyməkdə davam edir. Cavabdehdən iddiaçının xeyrinə mənəvi zərərin əvəzi olaraq 150 000 manat pul tutulmalıdır. Belə ki, uşağının gözünün qabağında belə vəziyyətdə olmasından iddiaçı ailəsi ilə birlikdə mənəvi sarsıntılar, iztirablar, stresslər keçirir. Uşağın xəstəliyinə görə o məcburiyyət qarşısında qalıb evində dəyərli olan əşyaları, qızılları dəyərindən dəfələrlə ucuz satmış, bir çox kənar şəxslərdən borc pul almışdır. Göstərilənlərin nəzərə alınmasını və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı Yaşar qızı iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh “X10” MMC-nin nümayəndəsi X12 iddia tələbini qəbul etməyərək iddia tələbinin rədd olunmasını xahiş etmiş. Əlavə olaraq qeyd etmişdir ki, təmsil etdiyi Klinikada iddiaçının uşağına düzgün diaqnoz qoyulmuş, səhhətinin sonradan ağırlaşmasında Klinikanın təqsiri yoxdur. Uşaq doğularkən ona tibbi göstərişlərə uyğun müalicə tətbiq olunmuşdur. Cavabdeh1 21.05.2021-ci il tarixdə məhkəmənin dəftərxana vasitəsilə yazılı etiraz təqdim edərək, bildirmişdir ki, X13 doğuşa yardımla bağlı X10na müraciət etmiş və 17.09.2019-cu il tarixdə onun fizioloji yolla oğlan uşağı doğulmuşdur. Həmin yeni doğulmuş uşaq tərəfindən müayinə edilmiş və iki sutkadan sonra sağlam vəziyyətdə evə yazılmışdır. Xəstəxanada olduğu müddət ərzində yeni doğulmuş uşağın ümumi vəziyyətində heç bir problem qeyd olunmamış, normal qidalanmış və anasının yanında olmuşdur. Xəstəxanadan evə yazılan gün, uşaqla ana arasında qrup uyğunsuzluğu olduğundan uşaqdan “ümumi bilrubin” analizi götürülmüş və alınan nəticə Səhiyyə Nazirliyinin protokollarına əsasən müalicə tələb etmədiyindən anaya qidalanma və qulluq haqqında məsləhətlər verilərək evə yazılmışdır. Bundan sonra 22.09.19-cu il tarixdə ana zəng edərək uşağın rənginin saraldığını və süst olması barədə məlumat vermişdir. Həmin günü qeyri-iş günü olmasına baxmayaraq uşağın stasionar qaydada müalicə qəbul etməsi üçün xəstəxanaya aparmaları tövsiyə olunmuşdur. İddiaçı X8 doğuşa yardımla bağlı müraciəti əsasında onun fizioloji yolla oğlan uşağı doğulmuş və ona keyfiyyətli tibbi xidmət göstərilmişdir. Onun özü və yeni doğulmuş uşağı barədə tibbi norma və standartlara düzgün əməl edilmişdir.. Göstərilənlərin nəzərə alınmasını və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X11”nin 16.12.2020-ci il tarixli, 2472 nömrəli rəyinə əsasən 2019-cu il təvəllüdlü X14 adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə və iş materiallarına əlavə edilmiş məlumatlara əsaslanaraq, qərarda qarşıya qoyulan suallara uyğun ekspert komissiyası aşağıdakı nəticəyə gəlir: X16 K.Fərəcova adına X2 təyin edilmiş “Yenidoğulmuşların hemolitik xəstəliyi (qrup üzrə) sarılıqlı forma” diaqnozu xəstəliyin klinikasını nəzərə alaraq doğulduqdan 3 gün sonra yenidoğulmuşa təyin oluna bilərdi. “Yenidoğulmuşların hemolitik xəstəliyi (qrup üzrə) sarılıqlı forma” xəstəliyinə səbəb rezurs konfilikti və qan qruplarının uyğunsuzluğu ola bilər. Onur Məmmədliyə təyin edilmiş “Yenidoğulmuşların hemolitik xəstəliyi (qrup üzrə) sarılıqlı forma” diaqnozu düzgün olaraq qanın laborator müayinəsində ümumi bilirubinin qanda səviyyəsinin yüksəlməsinə (465 mkmol/L) əsasən müəyyən edilmişdir. “X9”nda isə yenidoğulmuş uşağa qanın laborator müayinəsində ümumi bilirubinin göstəricisi yoxlanılmış və 148 mkmol/L olduğu müəyyən edilmişdir ki, bu da fizioloji sarılığın klinikasına uyğun olmuşdur. “X9”nda yenidoğulmuş uşağa aparılmış müayinə və müalicələr Səhiyyə sistemində qüvvədə olan müvafiq təlimat qaydalarına uyğun olmuşdur; Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X11”nin 15.04.2021-ci il tarixli, 971 nömrəli rəyinə əsasən Biokimyəvi analizi: 22.09.2019-cu il tarixdə, Bilirubin ümumi-465mkmol/L, dtiz-39mkmol/L, qeyri düz- kmol/L, Ca-1.85mmo1/İ„ K-4.0mmol/L, Na-142mmol/L. 23.09.2019-cu il tarixdə Bilimbin ümumi-398mkmol/L, düz-40mkmol/L, qeyri düz- 358mkmol/L. 24.09.2019-cu il tarixdə Bilimbin ümumi-270.0mkmol/L, düz-26.0mkmol/L, qeyri düz- 244.0mkmolL. 25.09.2019-cu il tarixdə Bilirubin ümumi-218.0mkmol/L, düz-26.0mkmol/L, qeyri düz- 190.0mkmol/L. 26.09.2019-cu il tarixdə Bilimbin ümumi-208mkmol/L, düz- 23mkmol/L, qeyri düz- 185mkmol/L, Ca-1.98mmol/L, Cl-mol/L, K-5.1mmol/L, Na- 140mmol/L, Ümumi zülal-50q/l, CRZ- 12mq/l., Nəticə olaraq 2019-cu il təvəllüdlü X14 adma tərtib edilmiş tibbi sənədlərə, məhkəmə-tibbi ekspert rəylərinə və iş materiallarına əsaslanaraq, qərarda qoyulmuş suallara uyğun olaraq aşağıdakı nəticəyə gəlinir: K.Fərəcova adma X2 X16 təyin edilmiş “Yenidoğulmuşların hemolitik xəstəliyi (qrup üzrə) sarılıqlı forma” diaqnozu doğulduqdan 3-5 gün ərzində təyin edilə bilər. “Yenidoğulmuşların hemolitik xəstəliyi (qrup üzrə) sarılıqlı forma” ana və uşağın rezus konilikti və qan qruplarının uyğunsuzluğu nəticəsində yarana bilərdi. 3.5. Yenidoğulmuşun “X9”nda 19.09.2019-cu il tarixdə qanın laborator müayinəsi zamanı ümumi bilirubinin göstəricisi 148mkmol/L olmuşdur ki, bu da fizioloji sarılığın klinikasına uyğun olmuş, 26.09.2019-cu il tarixdə isə K.Fərəcova adına Elmi-X1 laborator müayinəsində müəyyən edilmiş ümumi bilirubinin səviyyəsinin yüksəlməsi (465mkmol/L) “Yenidoğulmuşların hemolitik xəstəliyi (qrup üzrə) sarılıqlı forma” diaqnozunu təsdiq edir. Bu müddət ərzində ümumi bilirubin göstəricisinin yüksəlməsi mümkün ola bilərdi. 4. Yenidoğulmuş uşağa tibb müəssisələrində göstərilmiş tibbi yardımlar Səhiyyə sistemində qüvvədə olan müvafiq təlimat qaydalarına uyğun olmuşdur; İşin müəyyən olunan və mübahisələndirilməyən hallarına əsasən iddiaçı 17 sentyabr 2019cu il tarixdə təbii doğuş üçün “Oksigen” Klinik Xəstəxanasına müraciət etmiş, həmin gün təbii doğuşla oğlu Onur Məmmədli dünyaya gəlmişdir. İddiaçı uşağı ilə birgə 3 gün sonra 19.09.2019-cu il tarixdə evə yazılmışdır. 22 sentyabr 2019-cu ildə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi K.Fərəcova adına Elmi-Tədqiqat pediatriya instutuna müayinə üçün gətirmiş, burada Onurun qan analizini etmişlər və bu zaman bilurubinin 22.09.2019-cu il tarixdə, Bilirubin ümumi-465mkmol/L olaraq göstərilmişdir. İddiaçı iddia edir ki, o klinika tərəfindən evə buraxılarkən yəni 19.09.2019-cu il tarixdə qanın laborator müayinəsi zamanı ümumi bilirubinin göstəricisinə görə 148mkmol/L olmamış, bu göstərici çox olmuş, həkim uşağı evə buraxmalı olmadığı halda, ona heç bir müalicəyə ehtiyac olmadığını bildirmişdir. Bu səbəbdən, iddiaçı cavabdehlərin hərəkətlərində təqsir olduğunu qeyd edir və cavabdehlər “Oksigen” Klinik Xəstəxanasından və “Oksigen” Klinik Xəstəxanasının pediatr həkimi Cavabdeh1 müştərək qaydada 60000 manat maddi ziyanın və mənəvi zərərin əvəzi kimi 150.000 manat pul vəsaitinin, dövlət rüsumunun əvəzi qismində 30 manat pul məbləğinin, ümumilikdə 210000 manat və 30 manat pul məbləğinin cavabdehlərdən alınaraq birdəfəlik qaydada ona ödənilməsi barədə qətnamə, cavabdehlərin əməllərinə cinayət qanunvericiliyinə uyğun olaraq qiymət verilməsi üçün istintaq orqanına göndərilməsi barədə xüsusi qərardad çıxarılmasını xahiş edir. Məhkəmə ekspert rəylərini əsas götürərək “X10”nda və həkim Cavabdeh1 tərəfindən iddiaçının onun yenidoğulmuş uşağına göstərilmiş ixtisaslı tibbi yardımın təyin edilmiş diaqnoza uyğun aparılmasını vurğulayır. Nəzərə alınmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 21-ci maddəsi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Bu mənada, zərərin əvəzinin ödənilməsi ilə bağlı hər bir konkret iddia tələblərinin əsası digər hüquq sahələrindən (müqavilə hüququ, delikt hüququ, əsassız varlanma və s.) irəli gəlir. Hazırkı mübahisəyə münasibətdə isə zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası əsassız varlanma müddəalarından yaranır. Belə ki, Mülki Məcəllənin 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Məhkəmə qeyd edir ki, mülki qanunvericilik mülki hüquq pozuntusunu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaraq təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməli (hərərəti və ya hərəkətsizliyi) tanıyır. Hüquq pozuntusu üçün şəxsin (və ya şəxslərin) təqsirli davranışı olmalıdır. Yalnız təqsirli davranış hüquq pozuntusu kimi ola bilər. Əgər şəxs təqsirli davranışa yolu verməmişdirsə, onda hüquq pozuntusunun yaranmasından söhbət gedə bilməz. Başqa sözlə, hüquqa zidd hərəkətin edilməsində şəxsin yalnız təqsirli olduqda həmin hərəkət hüquq pozuntusu sayılır. Bundan əlavə, hüquq pozuntusu hüquqi məsuliyyətə səbəb olmalıdır. Hüquqi məsuliyyətə səbəb olmayan hüquqa zidd davranış, hüquqa zidd əməl hüquqla qadağa edilmiş hərəkət və hərəkətsizlik formasında ola bilər. Vacid amillərdən biri sayılan hüquq pozuntusunun obyektiv cəhəti hüquqla tənzimlənən və mühafizə olunan ictimai münasibətlərə ziyan vuran, hüquqa zidd əməl (hərəkət və ya hərəkətsizlik), habelə zidd əməllə onun ictimai-təhlükəli nəticəsinin müəyyən edilməsi səbəbli əlaqə təşkil edir. Hüquq pozuntusunun tərkibini təşkil edən elementlərdən hər hansı birinin (məsələn təqsirin) mövcud olması onun hüquq pozuntusu hesab edilməsinə gətirib çıxarır və qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olmur. Məhkəmə onu da qeyd edir ki, Mülki Məcəllənin qeyd edilən maddələrinin tələblərinə görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. İddia tələblərindən göründüyü kimi iddiaçı, “X10” MMC və onun həkimi, onun uşağına yanlış diaqnoz qoyması və ya uşağın müalicəsi ilə bağlı hərəkətsizliyə yol verməsi iş üzrə təyin olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X11”nin 16.12.2020-ci il tarixli, 2472 nömrəli, 15.04.2021-ci il tarixli, 971 nömrəli rəyləri ilə öz təsdiqini tapmır. Həmin təyinat əsasında verilmiş ekspert rəyinə görə, K.Fərəcova adma X2 X16 təyin edilmiş “Yenidoğulmuşların hemolitik xəstəliyi (qrup üzrə) sarılıqlı forma” diaqnozu doğulduqdan 3- 5 gün ərzində təyin edilə bilər. “Yenidoğulmuşların hemolitik xəstəliyi (qrup üzrə) sarılıqlı forma” ana və uşağın rezus konilikti və qan qruplarının uyğunsuzluğu nəticəsində yarana bilərdi. 3.5. Yenidoğulmuşun “X9”nda 19.09.2019-cu il tarixdə qanın laborator müayinəsi zamanı ümumi bilirubinin göstəricisi 148mkmol/L olmuşdur ki, bu da fizioloji sarılığın klinikasına uyğun olmuş, 26.09.2019-cu il tarixdə isə K.Fərəcova adına Elmi-X1 laborator müayinəsində müəyyən edilmiş ümumi bilirubinin səviyyəsinin yüksəlməsi (465mkmol/L) “Yenidoğulmuşların hemolitik xəstəliyi (qrup üzrə) sarılıqlı forma” diaqnozunu təsdiq edir. Bu müddət ərzində ümumi bilirubin göstəricisinin yüksəlməsi mümkün ola bilərdi. 4. Yenidoğulmuş uşağa tibb müəssisələrində göstərilmiş tibbi yardımlar Səhiyyə sistemində qüvvədə olan müvafiq təlimat qaydalarına uyğun olmuşdur; Bu baxımdan məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı cavabdeh tərəfindən hüquqi nəticə etibarı ilə ona qarşı mülki hüquq pozuntusunun (deliktin) törədildiyini və nəticədə ona maddi ziyanın vurulduğunu iddia etsə də, zərərin cavabdehlərin qanunsuz hərəkəti nəticəsində vurulması müəyyən edilməmişdir. Məhkəmə baxışı zamanı cavabdehlərin iddiaçıya qarşı hər hansı təqsirli, hüquqa zidd əməlin törədilməsi müəyyən edilməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçının “maddi ziyanın tutulması” tələbi əsasızdır və rədd edilməlidir. Məhkəmə iddia tələbinin «mənəvi zərərin tutulması» hissəsinə münasibətdə qeyd edir ki, maddi zərəri tutulması hissəsində iddia rədd olunduğundan və mənəvi zərər bu tələbdən törəmə olduğundan «mənəvi zərərin əvəzi kimi 150.000 manat pul vəsaitinin» cavabdehlərdən tutulması təmin oluna bilməz. Məhkəmə eyni zamanda, iddiaçının «cavabdehlərin əməllərinə cinayət qanunvericiliyinə uyğun olaraq qiymət verilməsi üçün istintaq orqanına göndərilməsi barədə xüsusi qərardad qəbul edilməsi» barədə tələbinə dair qeyd edir ki, iddiaçının əməlində cinayətin əlamətlərinin olması aşkara çıxarılmadığından, tələb təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 265.4-cü maddəsinə əsasən, məhkəmə işə baxarkən, tərəflərin və ya digər şəxslərin hərəkətlərində cinayətin əlamətlərini aşkara çıxararsa, o, bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. İddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4. maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, İddiaçı Yaşar qızının cavabdehlər “X10” MMCyə və Cavabdeh1 qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddiası rədd edilməli, ödənilmiş 30 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Yaşar qızının cavabdehlər “X10” MMC-yə və Cavabdeh1 qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova
Məhkəmə qərarları › İş №e-2(005)-377/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-377/2021
31.05.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver