Məhkəmə qərarları › İş №e-2(005)-382/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-382/2023

24.10.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-382/2023 24.10.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X1, İlk iddia üzrə Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 MTK və Cavabdeh2 qarşı “mənzilin boşaldılması, təhvil verilməsi və maneələrin aradan qaldırılması” tələbinə dair ilk, Cavabdeh2 İddiaçı və Cavabdeh1 MTK-ya qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təsviri hissə İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 MTK-nın ünvan 1 ünvanda tikdiyi 6 bloklu çoxmərtəbəli yaşayış binasının 1-ci blok 6-cı mərtəbəsində yerləşən ümumi sahəsi 65 kv.m olan 1 otaqlı mənzildən İddiaçı istifadə hüququnun qarşısındakı maneələrin aradan qaldırılması, mənzilin boşaldılması, mənzilin İddiaçı təhvil verilməsi, İddiaçı mənzildən istifadə və sahiblik hüquqlarının həyata keçirilməsinə maneələr yaradılmasının cavabdehlərə və digər şəxslərə qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 MTK-nın sədri X7 ilə xx.xx.2018-ci il tarixində İddiaçı ilə bağlanmış müqaviləyə əsasən sonuncuya Cavabdeh1 MTKnın ünvan 1 ünvanda tikdiyi 6 bloklu çoxmərtəbəli yaşayış binasının 1-ci blok 6-cı mərtəbəsində yerləşən ümumi sahəsi 65 kv.m olan 1 otaqlı mənzil 84500 manata satılmışdır. İddiaçı adına verilmiş maliyyə arayışından görünür ki, mənzilin pay dəyəri olan 84500 manat pul payçı İddiaçı tərəfindən tam ödənilmişdir. Mübahisəli halın yaranmasına səbəb 2022-ci ilin may ayında iddiaçı öz mənzilini təmir elətdirmək istəmiş, lakin mənzilə baxarkən X9 tərəfindən mənzilin qapısının açarının dəyişdirilməsi, təmir işlərinin aparılması halı olmuşdur. İddiaçı bundan sonra MTK-nın işçiləri və digər cavabdeh arasında danışıq olmuş, lakin Cavabdeh2 tərəfindən tikinti işlərinin aparılmasının dayandırılmasından imtina olunmuşdur. X3 mənzilə qanunsuz daxil olması bağlı iddiaçının nümayəndəsi olan oğlu X10 şikayət ərizəsi ilə Nərimanov RPİ 16-cı PB-nə şikayət ərizəsi ilə müraciət etmişdir. Araşdırma zamanı müəyyən olunmuşdur ki, cavabdeh X5 qeyd edilən binanın 1ci blok, 6-cı mərtəbəsindən 1 otaqlı, 60 kv sahəsi olan mənzil satılmışdır, hansı ki, həmin mənzil ilə qonşuluqda yerləşir. Buna baxmayaraq cavabdeh tərəfindən qanunsuz olaraq iddiaçıya məxsus mənzilin zəbt olunması və təmir işlərinin aparılması davam etdirilir, mənzil iddiaçıya təhvil verilmir, mənzildən istifadə və sahiblik hüquqlarının həyata keçirilməsi üçün maneələr yaradır. Cavabdeh2 İddiaçı və Cavabdeh1 MTK-ya qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 2 ünvanda tikdiyi 6 bloklu çoxmərtəbəli yaşayış binasının 1-ci blok 6-cı mərtəbəsində yerləşən ümumi sahəsi 65 kv.m olan 1 otaqlı mənzilə dair İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, ilk iddia üzrə iddiaçı tələbinin əsası kimi onunla Cavabdeh1 arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqaviləyə istinad etmişdir. Həmin müqavilədən görünür ki, Cavabdeh1 MTK-mn ünvan 3 ünvanda tikdiyi 6 bloklu çoxmərtəbəli yaşayış binasının 1-ci blok 6-cı mərtəbəsində yerləşən ümumi sahəsi 65 kv.m olan 1 otaqlı mənzili 84500 manata İddiaçı satılmışdır. Cavabdeh1 MTK-nın sədri X7 ilə xx.xx.2018-ci il tarixdə Cavabdeh2 arasında bağlanmış 14 nömrəli müqaviləyə əsasən Cavabdeh2 Cavabdeh1 MTK-nın Bakı şəhəri, Nərimanov rayonu, İ.Dadaşov küçəsi, ev 57 ünvanda tikdiyi 6 bloklu çoxmərtəbəli yaşayış binasının 1-ci blok 6-cı mərtəbəsində yerləşən ümumi sahəsi 60 kv.m olan İ otaqlı mənzili 75000 manata satılmışdır. Mənim adıma verilmiş maliyyə arayışından görünür ki, mənzilin pay dəyəri 75000 manat payçı Cavabdeh2 tərəfindən tam ödənilmişdir. Cavabdeh2 həmin mənzili alarkən mənzilin yerləşdiyi yaşayış binası bünövrədən çıxarılmış, lakin mərtəbələri hələ inşa edilməmişdir. Mənzilin yerləşdiyi yaşayış binası inşa edildikdən sonra, mənzil Cavabdeh1 MTK tərəfindən Cavabdeh2 təhvil verilmiş, Cavabdeh2 həmin mənzilə giriş qapısını özü alaraq quraşdırmış və bundan sona Cavabdeh2 mənzili təmir etdirmiş, mütəmadi olaraq mənzilə gəlibgetmişdir. Bu illər ərzində İddiaçı bir dəfə də olsun Cavabdeh2 mənzilinə gəlməmiş, həmin mənzilə dair hər hansı iddia irəli sürməmişdir. Həm Cavabdeh2, həm də İddiaçı ilə Cavabdeh1 MTK arasında bağlanmış müqavilələrdən görünür ki, həmin müqavilələr eyni tarixdə, eyni ünvan üzrə bağlansa da, mənzillərin ümumi sahələri 60 və 65 kv.m-dir. Hazırda isə İddiaçı onunla Cavabdeh1 arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqaviləyə istinad etsə də, həmin müqavilə üzrə ona satılmış sahəsi 65 kv.m olan mənzilin deyil, Cavabdeh2 məxsus ümumi sahəsi 60 kv.m olan mənzilin ona məxsus olmasını iddia edir. Göründüyü kimi, Cavabdeh1 sahə ölçüləri tamamilə fərqli olan eyni ünvana dair eyni tarixdə həm Cavabdeh2, həm də İddiaçı ilə müqavilə bağlamışdır. Bundan başqa, İddiaçı ona satılmış mənzilin məhz Cavabdeh2 məxsus mənzil olmasına dair hər hansı sübut (təhvil-təslim aktı) təqdim etməmişdir. Cavabdeh Təbriz MTK-tərəfindən sözügedən mənzil Cavabdeh2 təhvil verildiyindən, Cavabdeh2 həmin mənzilə giriş qapısı quraşdıraraq mənzildə təmir işləri apardığından və bu müddət ərzində, hazırkı mübahisəyədək mənzildən istifadə etməyinə dair cavabdeh MTK və digər şəxslərdən hər hansı bir etiraz daxil olmadığından hesab edir ki, cavabdehin müqaviləsi etibarsız hesab edilməlidir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmənin hazırlıq iclasında iştirak etmiş ilk iddia üzrə İddiaçı nümayəndəsi və vəkili Nümayəndə izahatında bildirdi ki, İddiaçı və Cavabdeh1 MTK arasında bağlanmış müqavilənin predmeti olan mənzil və Cavabdeh2 və Cavabdeh1 MTK arşında bağlanmış müqavilənin predmeti olan mənzil sahələri fərqli göstərilsə də, Cavabdeh2 müqavilə üzrə ona çatası mənzildə deyil, İddiaçı bağladığı müqavilə predmeti olan mənzildə təmir işləri aparır. Bu səbəbdən də ilk iddia tələbləri təmin edilməli, İddiaçı tərəfindən dəyəri ödənilmiş və onun tərəfindən bağlanmış müqavilə predmeti olan mənzil ona təhvil verilməlidir. Qarşılıqlı iddiaçının bağladığı müqavilənin predmeti ilk iddia üzrə iddiaçının bağladığı müqavilənin predmeti olmadığından onun ilk iddiaçının müqaviləsinin etibarsızlığını tələb etmək kimi subyektiv hüququ yoxdur, buna görə də qarşılıqlı iddia rədd edilməlidir. Məhkəmə iclasında ilk iddia üzrə Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil izahatında bildirdi ki, qarşılıqlı iddia ərizəsini məhkəməyə təqdim etdikdən sonra verilmiş ekspert rəyindən və işin digər materiallarından İddiaçı aldığı mənzilin Cavabdeh2 çatası mənzildən fərqli olduğunun aydın olmasını göstərmişdir. Eyni zamanda, qeyd etmişdir ki, Cavabdeh2 dəyərini ödədiyi mənzildə təmir işləri aparmaqla İddiaçı hüquqlarına hər hansı formada müdaxilə, bağladığı müqaviləyə əsasən İddiaçı verilməli olan mənzilə köçməsi və təmir işləri aparması üçün hər hansı maneə yaratmadığından ilk iddia tələbləri bütünlüklə rədd edilməlidir. Əsaslandırıcı hissə: a) Mülki işin materialları Satıcı Cavabdeh1 MTK və İddiaçı arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən Cavabdeh1 MTK-nın Bakı şəhəri, Nərimanov rayonu, İ.Dadaşov küçəsi, ev 57 ünvanda tikdiyi 6 bloklu çoxmərtəbəli yaşayış binasının 1-ci blok 6-cı mərtəbəsində yerləşən ümumi sahəsi 65 kv.m olan 1 otaqlı mənzil Cavabdeh1 MTK tərəfindən 84500 manata İddiaçı satılmışdır. Satıcı Cavabdeh1 MTK və Cavabdeh2 arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 14 nömrəli müqaviləyə əsasən Cavabdeh1 MTK-nın Bakı şəhəri, Nərimanov rayonu, İ.Dadaşov küçəsi, ev 57 ünvanda tikdiyi 6 bloklu çoxmərtəbəli yaşayış binasının 1-ci blok 6-cı mərtəbəsində yerləşən ümumi sahəsi 60 kv.m olan 1 otaqlı mənzil Cavabdeh1 MTK tərəfindən 75000 manata Cavabdeh2 satılmışdır. xx.xx.2018-ci il tarixli maliyyə arayışdan görünür ki, Cavabdeh1 MTK-ya məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, İ.Dadaşov küçəsi, ev 57 ünvanda tikdiyi 6 bloklu çoxmərtəbəli yaşayış binasının 1-ci blok 6-cı mərtəbəsində yerləşən ümumi sahəsi 60 kv.m olan 1 otaqlı mənzilin dəyəri olan 75000 manat pul Cavabdeh2 tərəfindən tam ödənilmişdir, MTK-ya borcu yoxdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 25 iyun 2023-cü il tarixli, 10/1330 nömrəli ekspert rəyində qeyd olunur ki, xx.xx.2018-ci il tarixli müqavilə ilə İddiaçı "Təbriz” MTK tərəfindən verilmiş ünvan 3 ünvanda tikilmiş 6 bloklu çoxmərtəbəli yaşayış binasının 1-ci blok 6-cı mərtəbəsində yerləşən ümumi sahəsi 65 kv.m olan 1 otaqlı mənzil ilə xx.xx.2018-ci il tarixli 14 nömrəli ilə Cavabdeh2 "Təbriz” MTK tərəfindən verilmiş ünvan 3 ünvanda tikilmiş 6 bloklu çoxmərtəbəli yaşayış binasının 1-ci blok 6-cı mərtəbəsində yerləşən ümumi sahəsi 60 kv.m olan 1 otaqlı mənzillərin üst-üstə düşmədiyi, belə ki, aparılmış hesablamalar nəticəsində, mübahisəli mənzilin ümumi sahəsinin qonşu ilə ortaq divarların və xarici divarların eninin yarısı, sərbəst (daxili) divarların eninin hamısı nəzərə alınmaqla 63,7 kv.metr (9,1 x 7,0 m) təşkil etdiyi, mübahisəli mənzilin girişinin sol tərəfində yerləşən mənzilin isə ümumi sahəsinin qonşu ilə ortaq divarların və xarici divarların eninin yarısı, sərbəst (daxili) divarlarının eninin hamısı nəzərə alınmaqla 60,97 kv.metr (9,1 x 6,7 m) təşkil etdiyi müəyyən edilir. “X2” MMC tərəfindən verilmiş 28 fevral 2023-cü il tarixli, 24 nömrəli rəydə qeyd olunur ki, rəyin tədqiqat hissəsində göstərilənlərə, o cümlədən Cavabdeh2 ilə “Təbriz" MTK-nın sədri X4 arasında bağlanmış 15 dekabr 2018-ci il tarixli, 14 nömrəli müqavilənin şərtlərinə uyğun olaraq, Bakı şəhəri, Nərimanov rayonu, İ.Dadaşov küçəsi, ev 57 ünvanında Cavabdeh1 MTK tərəfindən inşa edilmiş yüksəkmərtəbəli yaşayış binasının 1-ci girişi, 6-cı mərtəbəsində yerləşən, Cavabdeh2 satılmış 1 otaqlı mənzilin daxili ölçüləri üzrə (mənzilin sərhədləri boyu) ümumi sahəsinin 59,84 m2 olduğu müəyyən edilir. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 59-cu maddəsinin 2-ci və 3-cü bəndlərinin və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının xx.xx.2012-ci il tarixli 07 №- li qərarının 3.8-ci bəndinin tələblərinə müvafiq olaraq, Bakı şəhəri, Nərimanov rayonu, İ.Dadaşov küçəsi, ev 57 ünvanında Cavabdeh1 MTK tərəfindən inşa edilmiş yüksəkmərtəbəli yaşayış binasının 1-ci girişi, 6-cı mərtəbəsində yerləşən, Cavabdeh2 satılmış 1 otaqlı mənzilin ümumi sahəsinin 52,3 m2 təşkil etdiyi müəyyən olunur. b)Məhkəmə tərəfindən müəyyən edilən hallar: İddiaçı mənzil əldə etmək məqsədi ilə Cavabdeh1 MTK ilə müqavilə bağlayaraq, Cavabdeh1 MTK-nın ünvan 1 ünvanda tikdiyi 6 bloklu çoxmərtəbəli yaşayış binasının 1-ci blok 6-cı mərtəbəsində yerləşən ümumi sahəsi 65 kv.m olan 1 otaqlı mənzili almış, mənzilin dəyərini tam ödəmiş və buna dair maliyyə arayışını almışdır. Eyni zamanda Cavabdeh2 mənzil əldə etmək məqsədi ilə Cavabdeh1 MTK ilə müqavilə bağlayaraq, Cavabdeh1 MTK-nın ünvan 1 ünvanda tikdiyi 6 bloklu çoxmərtəbəli yaşayış binasının 1-ci blok 6-cı mərtəbəsində yerləşən ümumi sahəsi 60 kv.m olan 1 otaqlı mənzili almış, mənzilin dəyərini tam ödəmiş və buna dair maliyyə arayışını almışdır. Cavabdeh2 MTK tərəfindən onun mənzili kimi göstərilmiş mənzildə təmir işləri aparmağa bağlamışdır. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müqavilə üzrə dəyərini ödədiyi mənzilin Cavabdeh1 MTK tərəfindən ona verilmədiyini, Cavabdeh2 tərəfindən təmir işləri aparılan mənzilin ona çatası mənzi olduğunu bildirdə də, onun nümayəndəsi və vəkili sonradan məhkəmə iclasında Cavabdeh2 təmir işləri apardığı mənzilin İddiaçı verilməsi mənzil olmadığını qəbul etdiyini bildirdi. Eyni zamanda Cavabdeh2 İddiaçı və Cavabdeh1 MTK arasında bağlanmış müqavilənin etibarsızlığına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etsə də, onun nümayəndəsi və vəkili məhkəmə iclasında mübahisələndirdikləri müqavilənin predmeti olan mənzilin Cavabdeh2 verilmiş mənzil olmadığını qəbul etdi. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; 29-cu maddəsinin İ və İİ bəndlərinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur; “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 nömrəli protkolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; 148.2-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və daşınmaz əmlaka başqa hüquqları əldə etmiş hər bir şəxsin hüquqları müdafiə edilməlidir; 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər; 178.8-ci maddəsinə əsasən tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxslə binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi (satıcı) arasında bu Məcəllənin 39cu fəsli ilə nəzərdə tutulan podrat münasibətləri əmələ gəlir və belə münasibətlərdə torpaq sahəsinin mülkiyyətçisi (satıcı) podratçı, tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxs isə sifarişçi hesab edilir. Bu zaman digər öhdəliklərlə yanaşı, satıcı (podratçı) bu Məcəllənin 144-1.4-cü maddəsində nəzərdə tutulan müqavilədə müəyyənləşdirilən müddətdə binanın tikintisini başa çatdırmaq və istismarına icazə almaq, tərkib hissəni əldə etmək istəyən şəxs (sifarişçi) isə razılaşdırılmış məbləği hissə-hissə vaxtında satıcıya ödəmək vəzifəsi daşıyır. Tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisinin (satıcının, podratçının) və (və ya) həmin binanın tərkib hissəsini əldə etmək istəyən şəxsin dəyişməsi onlar arasında yaranan münasibətlərə bu Məcəllənin 39-cu fəslində nəzərdə tutulan podrat münasibətlərinin tətbiqini istisna etməməlidir; 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir; 355.2-ci maddəsinə əsasən razılıq üçün müəyyənləşdirilmiş əqd formasına riayət edilməsi tələb olunmur; 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır; 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur; 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır; 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 452.1-ci maddəsinə əsasən fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir; 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 112.1-ci maddəsinə əsasən mənzil-tikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir; 113.1-ci maddəsinə əsasən mənzil-tikinti kooperativinə üzv qəbul edilmiş fiziki və ya hüquqi şəxsə mənzil-tikinti kooperativi binasında ödənilən pay haqqının miqdarına müvafiq olaraq mənziltikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı əsasında yaşayış (qeyri-yaşayış) sahəsi verilir; 113.2-ci maddəsinə əsasən bu Məcəllənin 113.1-ci maddəsində göstərilən qərar mənzil-tikinti kooperativi binalarının yaşayış sahələrinə köçmə üçün, nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə isə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydə alınması üçün əsasdır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Cavabdeh1 MTK-nın ünvan 1 ünvanda tikdiyi 6 bloklu çoxmərtəbəli yaşayış binasının 1-ci blok 6-cı mərtəbəsində yerləşən ümumi sahəsi 65 kv.m olan 1 otaqlı mənzilin dəyəri İddiaçı və Cavabdeh1 MTK arasında bağlanmış müqaviləyə əsasən İddiaçı tərəfindən tam ödənmişdir və buna dair müvafiq arayış almışdır. Cavabdeh1 MTK müqavilənin predmeti olan mənzili İddiaçı verməyi öhdəsinə götürsə də, lakin müqavilə öhdəliyi bugünədək icra edilməmişdir. İddiaçı mənzili əldə etməkdən ibarət olan subyektiv hüququ yalnız cavabdehin müvafiq hərəkətlər etməsi ilə realizə oluna bilər. Lakin cavabdeh bu hərəkətləri etməli olduğu halda etmədiyindən iddiaçının hüququnun realizəsi baş tutulmamışdır. Bu səbəbdən də iddiaçı haqlı olaraq hüququn realizəsinin digər forması olan məhkəmə müdafiəsindən istifadə etmək qərarına gəlmiş və bu mənzilin ona təhvil verilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə digər ilk iddia tələbləri il bağlı qeyd edir ki, həmin mənzilə hüququ olmayan şəxslərin köçməsi, təmir işləri aparması kimi hallar iş materialları ilə öz təsdiqini tapmadı. Belə ki, ilk iddia ərizəsindən və ilk iddia üzrə iddiaçının nümayəndəsi və vəkilinin məhkəmə iclaslarında verdiyi izahatlardan aydın olur ki, ilk iddiaçı Cavabdeh2 təmir işləri apardığı mənzilin ona çatası mənzil olduğunu düşünərək hazırki iddia tələbləri ilə məhkəməyə müraciət etmişdir. Lakin iş üzrə alınmış ekspert rəyindən xx.xx.2018-ci il tarixli müqavilə ilə İddiaçı "Təbriz” MTK tərəfindən verilmiş ünvan 3 ünvanda tikilmiş 6 bloklu çoxmərtəbəli yaşayış binasının 1-ci blok 6-cı mərtəbəsində yerləşən ümumi sahəsi 65 kv.m olan 1 otaqlı mənzil ilə xx.xx.2018-ci il tarixli 14 nömrəli ilə Cavabdeh2 "Təbriz” MTK tərəfindən verilmiş ünvan 3 ünvanda tikilmiş 6 bloklu çoxmərtəbəli yaşayış binasının 1-ci blok 6-cı mərtəbəsində yerləşən ümumi sahəsi 60 kv.m olan 1 otaqlı mənzillərin üst-üstə düşmədiyi müəyyən edilmişdir. Belə olan halda, İddiaçı bağladığı müqavilənin predmeti olan mənzilə hər hansı müdaxilənin olduğu müəyyən olunmur. Bu hissədə iddia tələblərinin əsaslı olmasını təsdiq edən hər hansı sübut iş materiallarında mövcud deyil. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyrimüəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Azərbaycan Respublikasının Mülki Prosessual qanunvericiliyi obyektiv həqiqət prinsipini deyil, formal həqiqət prinsipini əsas götürməkdədir; bu prinsipə əsasən, bir tərəfdən hakim yalnız tərəflərin məhkəməyə bildirdiyi və təqdim etdiyi faktiki halları və sübutları nəzərə almalıdır; başqa yandan isə hakim faktlarla və hallarla bağlı tərəflərin dəlillərinin həqiqiliyini yalnız o zaman müəyyən edə bilər ki, onları qarşı tərəf mübahisələndirməsin. Formal həqiqət prinsipi belə əsaslandırılır ki, kökündə mülki (özəl) hüquqi münasibətlər duran faktların (halların) xidməti vəzifəyə əsasən (qulluq mövqeyinə görə) müəyyənləşdirilməsində hər hansı bir ictimai (publik) maraq yoxdur. Beləliklə də bu, iradə azadlığının prosessual təcəssümüdür və nəticə etibarilə, məhkəmə və tərəflər arasında iş bölgüsünə təsir edir: yalnız tərəflər faktları (halları) təqdim edir, məhkəmə isə bunların əsasında müəyyən nəticəyə gəlir. Beləliklə məhkəmə hesab edir ki, ilk iddia tələbləri mənzilin İddiaçı təhvil verilməsi hissəsində qanuni və əsaslı olduğundan bu hissədə təmin edilməlidir. Məhkəmə qarşılıqlı iddia ərizəsi ilə bağlı qeyd edir ki, Cavabdeh2 İddiaçı və Cavabdeh1 MTK arasında bağlanmış müqavilənin etibarsızlığı barədə iddia tələbinin əsası olaraq həmin müqavilənin predmeti olan mənzilin özü və Cavabdeh1 MTK arasında bağlanmış müqavilənin predmeti ilə eyni mənzil olmasını göstərsə də, məhkəmə araşdırması zamanı hər iki müqavilə predmeti olan mənzillərin üst-üstə düşmədiyi və ayrı mənzillər olduğu müəyyən edilmiş, qarşılılıqlı iddiaçının nümayəndəsi və vəkili də bunu öz izahatında təsdiq etmişdir. Azərbaycan Respubllikası Konstitusiya Məhkəməsi Plenumunun “S.Ələkbərovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 14 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 3 iyul 2015-ci il tarixli Qərarında qeyd edilir: Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə, iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə qeyd edir ki, Cavabdeh2 tərəfindən etibarsız hesab olunması barədə iddia qaldırılmış müqavilə predmetinin onun tərəfindən bağlandığı müqavilə predmeti ilə eyniyyət təşkil etməsi əsası ilə məhkəməyə müraciət etmişdir. Halbuki yuxarıda qeyd edildiyi kimi bu predmetlərin eyniyyət təşkil etməməsi, mənzillərin üst-üstə düşməyən iki fərqli mənzil olması məhkəmə araşdırılması zamanı müəyyən olunmuş, bu faktı qarşılıqlı iddia üzrə iddiaçı tərəf də qəbul etmişdir. Belə olan halda Cavabdeh2 İddiaçı və Cavabdeh1 MTK arasında bağlanmış müqavilə predmeti olan mənzilə heç bir hüququnun olmadığı, bu müqavilənin və heç bir hüququ və mənafelərinə toxunmadığı halda müqaviləni mübahisələndirməsi mülki qanunvericiliyin normalarına uyğun deyil və bu normaların pozuntusudur. Qarşılıqlı iddia ərizəsi üzrə iddiaçının subyektiv hüququ olmadığından məhkəmə əqdin etibarsız hesab olunması üçün göstərilmiş əsasları araşdırmağı zəruri hesab etmir. Belə yanaşma prosessual qənaət prinsipinin tələbidir və məhz buna görə də qarşılıqlı iddianın təmin olunması mümkün deyildir, qarşılıqlı iddia ərizəsi rədd olunmalı, iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu və 216-220cimaddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İlk iddia qismən təmin edilsin. Cavabdeh1 MTK və sifarişçi İddiaçı arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqavilə şərtlərinə əsasən Bakı şəhəri, Nərimanov rayonu, İ.Dadaşov küçəsi, ev 57 ünvanda inşa edilmiş 6 bloklu çoxmərtəbəli yaşayış binasının 1-ci blok 6-cı mərtəbəsində yerləşən ümumi sahəsi 65 kv.m olan 1 otaqlı mənzilin verilməsi öhdəliyi Cavabdeh1 MTK -nın üzərinə qoyulsun. İlk iddia qalan hissədə təmin edilməsin. İlk iddia üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qarşılıqlı iddia təmin edilməsin. Qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən bir ay müddətində elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar