Məhkəmə qərarları › İş №e-2(005)-3882/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №e-2(005)-3882/2025

09.10.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(005)-3882/2025 09.10.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Ramin Nizaməddin oğlunun sədrliyi, Cəfərov Davud Rauf oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsi, 13M saylı evin 177 saylı mənzilinin Cavabdeh və onun ailə üzvlərinin qanunsuz istifadəsi nəticəsində ona vurulmuş 43200 manat məbləğində maddi zərərin, eləcə də bu illər ərzində ona vurulmuş 10000 manat məbləğində mənəvi zərərin və ödənilmiş 249,6 manat dövlət rüsumunun, ümumilikdə 53449,6 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı vəsatət verərək, hazırki mülki işin Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin icraatında olan 2(010)-2051/2025 saylı mülki işlə birlikdə baxılması üçün bir icraatda birləşdirilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh mülki işin birləşdirilməsinə etiraz etmədi. Məhkəmə mülki işin materiallarını araşdıraraq hesab edir ki, İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair mülki işin birlikdə baxılması üçün Suraxanı Rayon Məhkəməsinin icraatında olan iddiaçı Cavabdeh İddiaçı qarşı “pul” tələbinə dair 2(010)- 2051/2025 saylı mülki işlə birlikdə baxılması üçün bir icraata birləşdirilməsi məqsədə müvafiqdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 169.3-cü maddəsinə əsasən hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair mülki iş Suraxanı Rayon Məhkəməsinin icraatında olan 2(010)-2051/2025 saylı mülki işlə bir icraatda birləşdirilməlidir. Mülki Prosessual Məcəllənin 395-ci maddəsinə uyğun olaraq birinci instansiya məhkəməsinin qərardadlarından yalnız Məcəllədə birbaşa göstərilən hallarda, həmçinin qərardad işin sonrakı hərəkətinə mane olduqda şikayət verilə bilər. Birinci instansiya məhkəmələrinin digər qərardadlarından şikayət verilmir. İşdə iştirak edən şəxslər bu qərardadlardan narazı qaldıqda qərardada olan etirazlarını apellyasiya şikayətlərinə daxil edə bilərlər. Məhkəmə qeyd edir ki, mülki işlərin bir icraatda birləşdirilməsi və ayrılması barədə qərardadlardan şikayət verilməsi mülki prosessual qanunvericiliklə nəzərdə tutulmadığından və bu qərardad işin sonrakı hərəkətinə mane olmadığından hazırki qərardaddan şikayət verilə bilməz. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 169, 263-264 və 395-ci maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair 2(005)-3882/2024 saylı mülki iş Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin icraatında olan 2(010)- 2051/2025 saylı mülki işlə birlikdə baxılması üçün bir icraatda birləşdirilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim Ramin Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar