Məhkəmə qərarları › İş №e-2(005)-4002/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-4002/2025

17.11.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-4002/2025 17.11.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi Gülməmmədova Qumru Habil qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili X3, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş X15 iştirakları ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” Publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (X32 və X33 müstəqil tələbi irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) daşınmaz əmlaka sahiblik və istifadə hüququnun tanınması tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” Publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nərimanov rayonu, keçmiş Y.V.Çəmənzəminli küçəsində (keçmiş “Нагорная” küçəsində) yerləşən 71 A saylı fərdi yaşayış evi üzərində idiaçı Əliyev Əli X2 və istifadə hüququnun müəyyən edilməsi, qətnamənin həmin hüququn daşınmaz əmlakın dövlət reyesrində qeydə alınması üçün əsas olması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nərimanov rayonu, keçmiş Y.V.Çəmənzəminli (keçmiş «Нагорная») küçəsində yerləşən 71 A saylı fərdi yaşayış evi mülkiyyət hüququ əsasında erməni əsilli X29 məxsus olmuşdur. Sonuncunun həmin mənzil üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində 3 nömrə ilə qeydə alınması, onun adına xx.xx.1989-cu il tarixdə verilmiş Qeydiyyat vəsiqəsi ilə tam təsdiq olunur. 1989-cu ildən erməni separatizminin baş qaldırdığı vaxtdan Azərbaycan Respublikasının ərazisində, o cümlədən Bakı şəhərində yaşayan ermənilər Azrəbaycandan köçməyə hazırlaşmışlar. Bu məqsədlə onlar özlərinə məxsus daşınar və daşınmaz əmlakları özgəninkiləşdirmişlər. Həmin ermənilər sırasında qeyd olunan fərdi yaşayış evinin mülkiyyətçisi X30 də olmuşdur. X30 mülkiyyətində olan fərdi yaşayış evinin alğı-satqısı ilə bağlı onun atası X34 ilə razılığa gəlmişlər. Sözügedən evin X1 barədə mülkiyyətçi X24 özünün və onun ailə üzvləri X6, X17, X7 razılıq ərizələrini notariat kontoruna ünvanlamışlar. Həmin fərdi yaşayış evinin satıcı qismində çıxış edən mülkiyyətçi X25 və mənzilin alıcısı qismində çıxış edən onun atası X34 arasında alğı-satqı müqaviləsinin bütün mühüm şərtləri barədə danışıqlar başa çatdıqdan və ümumi razılaşma əldə olunduqdan sonra X25 özünə aid bütün daşınar və daşınmaz əmlakların idarə olunması, sərəncam verilməsi və sair səlahiyyətlərini X21 etibar etmiş, sözügedən etibarnamə xx.xx.1989-cu il tarixdə notarial qaydada təsdiq olunmuşdur. Bundan sonra mülkiyyətçi evi satıcıya təhvil vermiş, sonuncu isə evin razılaşdırılmış dəyərini mülkiyyətçiyə ödəmişdir. X25 və X36 arasında fərdi yaşayış evinə dair alğı-satqı müqaviləsi faktiki olaraq bağlansa və həmin ev X16 mülkiyyətinə verilsə də, məlum hadisələrlə bağlı müqavilə tərəfləri müqaviləni notarial qaydada təsdiqlədə bilməmişlər. Qeyd olunduğu kimi digər ermənilər kimi X25 ailə üzvləri ilə birlikdə 1989-cu il tarixdə Azərbaycandan köçüb getmişdir. Həmin vaxtdan iddiaçının atası X34 ailə üzvləri ilə dəyərini ödəyərək əldə etdiyi fərdi yaşayış evində yaşamağa başlamışdır. xx.xx.2021-ci il tarixdə onun atası X34 vəfat etmişdir. O, həmin ünvanda yaşamış, həmin ünvana yaxın ərazidə yerləşən orta məktəbə getmişdir. Hazırda da qeyd olunan ünvanda yaşayır. Onun həmin fərdi yaşayış evində yaşaması qonşular X11, X12, X10 notarial qaydada təsdiq olunmuş xx.xx.2017-ci il tarixli ərizələri, yerləşdiyi əraziyə xidmət göstərən Nərimanov Mənzil Kommunal Təsərrüfatı Birliyinin 35 saylı mənzil Kommunal İstismar Sahəsinin verdiyi arayışlarla da təsdiq olunur. Həmin fərdi yaşayış evinin 1989-cu ildən onun atası X34 və onun ailə üzvlərinin, o cümlədən özünün sahiblik və istifadələrində olması, həmçinin həmin ünvan üzrə həyata keçirilmiş kommunal ödənişlərə dair qəbzlərlə də sübuta yetirilir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili X4 iddia ərizəsinin məzmununa müvafiq izahat verərək bildirmişdir ki, mənzil əvvəllər erməni əsilli şəxsə məxsus olmuşdur. O zaman mənzilin mülkiyyətçisi ilə iddiaçının atası arasında alğı-satqı olmuş və iddiaçı mənzilin qarşılığını həmin şəxsə ödəmişdir. Mənzillə bağlı sərəncam və digər hüquqları əks etdirən etibarnamə də verilmişdir. Lakin məlum hadisələr səbəbindən alğı-satqı müqaviləsini rəsmiləşdirmək mümkün olmamışdır. İddiaçı və ailəsi 1989-cu il ildən bu günə qədər həmin mənzildə yaşayır. İddia tələbinin təmin edilməsini xahiş etmişdir Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, 1989-cu ildən həmin fərdi yaşayış evində ailəsi ilə yaşayırlar. Alğısatqı olan zaman onun təxmini 10 yaşı olmuşdur. Bu səbəbdən həmin adamı xatırlamır. 30 ildən çoxdur ki, evə sahiblik edirlər. İddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş X33 Digər proses iştirakçılarına məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin üzrlü səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə prosesdə iştirak edən tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq, iddia tələbinin dəlillərini və işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, iddia aşağıda qeyd olunanlara əsasən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - Azərbaycan SSRİ-nin xx.xx.1989-cu il tarixli qeydiyyat inventarlaşdırma sənədinin surətindən görünür ki, Bakı, Y.V.Çəmənzəminli küçəsi 71a nömrəli fərdi yaşayış evi X18 məxsus olmuşdur; - xx.xx.1990-cı il tarixli etibarnamənin surətindən görünür ki, X25, Bakı, Y.V.Çəmənzəminli küçəsi 71a nömrəli fərdi yaşayış evi ilə bağlı sərəncam, istifadə və digər hüquqları X21 etibar etmişdir; - X25 və onun ailə üzvləri tərəfindən verilmiş xx.xx.1989-cu il tarixli razılıq ərizəsindən görünür ki, onlar Bakı şəhəri, Y.V.Çəmənzəminli küçəsi 71a nömrəli fərdi yaşayış evinin satılmasına razılıq vermişlər; - Mənzil-Kommunal Təsərrüfat Birliyinin 35 saylı Mənzil-Kommunal İstismar Sahəsi tərəfindən verilmiş 221566 nömrəli arayışın surətindən görünür ki, İddiaçı Y.V.Çəmənzəminli küçəsi 71 nömrəli mənzildə pasport qeydiyyatındadır. X9, bacısı X33 qeydiyyatsız yaşayırlar; - 1 saylı “Asan xidmət” mərkəzi notariat ofisində X27, X28, X22 tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli ərizədən görünür ki, İddiaçı onların qonşusudur. ünvan 1 ünvanında yaşayır; - 5 nömrəli Bakı şəhər klinik xəstəxanası tərəfindən verilmiş xx.xx.2001-ci il tarixli ölüm şəhadətnaməsindən görünür ki, X34 xx.xx.2001-ci il tarixdə vəfat etmişdir; - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, Bakı şəhəri, Y.Vəzirov küçəsi, 71a saylı fərdi yaşayış evi X19 adına qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir; - İş materiallarına əlavə edilmiş kommunal ödənişlərin ödənilməsi ilə bağlı qəbzlərdən görünür ki, 1992-ci il tarixdən etibarən Bakı şəhəri, Y.Vəzirov küçəsi, 71a saylı fərdi yaşayış evi ilə bağlı kommunal ödənişlər X34 tərəfindən həyata keçirilmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi erməni əsilli X14 mülkiyyətində olmuşdur. Həmin mənzilin satılması ilə bağlı onunla iddiaçının atası X34 razılığa gəlmiş və xx.xx.1990-cı il tarixdə evin mülkiyyətçisi tərəfindən evin idarə olunması, sərəncam verilməsi və digər hüquqların ötürülməsi ilə bağlı etibarnamə vermişdir. Lakin həmin dövrdə baş vermiş gərginlik, Azərbaycanda yaşayan ermənilərin köçməyə başlaması fərdi yaşayış evinin alğısatqısının rəsmiləşdirilməsinə maneə olmuşdur. İddiaçı və onun ailəsi evlə bağlı şifahi alğı-satqı müqaviləsindən sonra həmin mənzildə yaşamağa başlamışdır. Hazırda da həmin mənzildə yaşamağa davam edirlər. İddiaçı mənzilin onun atası tərəfindən 1989-cu il tarixdə alınmasına baxmayaraq alğı-satqı edildiyi vaxtdan bu günə qədər həmin evin mülkiyyətçisinin sənəd üzərində X5masına və həmin dövrdən evə sahiblik etmələrinə istinad edərək, fərdi yaşayış evi üzərində sahiblik hüququnun tanınmasını xahiş edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli qərarının 7.1 və 7.2-ci bəndlərinə əsasən, mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə və onun üzərində sərəncam vermək faktını müəyyən etməzdən əvvəl daşınmaz əmlakın hüquqi vəziyyətinə, məqsədli təyinatına və sair aydınlıq gətirilməli, daşınmaz əmlakın mülkiyyət hüququ üzrə dövlət qeydiyyatına alınıb-alınmadığı aydınlaşdırılmalıdır. Özbaşına tikililər, istismara qəbul edilməmiş tikililər, qurğular, eləcə də başqasının adına qeydə alınmış tikililər üzərində sahiblik faktının, həmçinin avtonəqliyyat vasitələri və digər daşınar əmlak üzərində sahiblik, istifadə, sərəncam faktının müəyyən edilməsi barədə ərizələrə məhkəmələr tərəfindən xüsusi icraat qaydasında baxıla bilməz. Belə tələblərə məhkəmələr tərəfindən iddia icraatı qaydasında baxılmalıdır. Məhkəmə qeyd edir ki, Ali Məhkəmənin hazırki mübahisəyə baxılması qaydası barədə müvqeyindən də göründüyü kimi bu növ (başqasının adına qeydə alınmış tikililər üzərində sahiblik faktının tanınması) iddialara xüsusi icraat qaydasında deyil, iddia icraatı qaydasında baxılmalıdır. İddiaçı əvvəlcə xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət etsə də ərizəsini geri götürmüş, sonradan iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 158.2, 158.4 və 159-cu maddələrinə görə, əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 1 sentyabr 2000-ci ilədək qüvvədə olan Azərbaycan SSR Mülki Məcəlləsinin 43-cü maddəsinə görə, əqdin notariat formasının məcburiliyi və buna riayət edilməməsinin nəticələri əqdlərin notariat təsdiqi yalnız qanunda göstərilən hallarda məcburidir. Qanunla tələb olunan notariat formasına riayət edilməməsi (bu Məcəllənin 44-cü maddəsi) əqdin e`tibarsızlığına səbəb olur. Tərəflərdən biri notariatda təsdiq edilməli olan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdi notariatda təsdiq etdirməkdən boyun qaçırırsa, əqddə qanuna zidd əməl olmadıqda, məhkəmə əqdi icra etmiş tərəfin tələbi üzrə, onu bağlanmış hesab etməyə haqlıdır. Bu halda, əqdin notariat tərtibatı tələb olunmur. Əqdin notariatdan kənar bağlanmış hesab olunması qaydasını müəyyən edən əvvəlki MM-in 43-cü maddəsinin İİ hissəsinə əsasən tərəflərdən biri notariatda təsdiq edilməli olan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdi notariatda təsdiq etdirməkdən boyun qaçırırsa, əqddə qanuna zidd əməl olmadıqda, məhkəmə əqdi icra etmiş tərəfin tələbi üzrə, onu bağlanmış hesab etməyə haqlıdır. Əvvəlki mülki qanunvericilik eyni zamanda əqdin yazılı formasına riayət edilmədiyi halda tərəfləri səhv məhkəmə aktlarından qorumaq məqsədi ilə bir sıra digər təminatlarıda nəzərdə tutmuşdur. Belə təminatlardan biri əvvəlki MM-in 42-ci maddəsində öz əksini tapmışdır. Bu normaya görə əqdin qanunla tələb edilən sadə yazılı formasına riayət edilməməsi, mübahisə zamanı tərəfləri, əqdi təsdiq etmək üçün şahid ifadələrinə istinad etmək hüququndan məhrum edir. Konstitusiya Məhkəməsinin Plenumunun İ.K.Rəcəbovun şikayəti üzrə 22 mart 2006cı il tarixli Qərarında “əqdin notarial formasına riayət edilməməsi”nin nəticələri ilə bağlı formalaşdırdığı hüquqi mövqeyinə əsasən, göstərilən müddəanın mahiyyətinə görə əqdi tamamilə və ya qismən icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün bir neçə şərtə, o cümlədən onun yazılı formada tərtib edilməsinə riayət edilmiş olmalıdır. Yaşayış evinin alqı-satqısı haqqında müqavilə də yazılı formada tərtib edilməli olan əqdlərdən biridir. Konstitusiya Məhkəməsinin Plenumu qeyd olunan hüquqi mövqeyini bir sıra Qərarlarında (S.Əliyevanın şikayəti üzrə 31 may 2006-cı il tarixli Qərar, C.Abdullayevanın şikayəti üzrə 13 aprel 2007-ci il tarixli Qərar və s.) təsdiq etməklə göstərmişdir ki, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab etməsi üçün mütləq aşağıdakı hallar mövcud olmalıdır: - əqdin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsi əks tərəfin təqsiri ucbatından baş verməli; - məhz əks tərəf əqdin notariat qaydasında təsdiqlənməsindən yayınmalı; - əqdin özü qanuna zidd olmamalı və onun yazılı formada tərtib edilməsinə dair tələbə əməl edilmiş olmalıdır. Sonuncu şərt qanunvericilikdə etibarlılığı birbaşa yazılı formada tərtib edilməsindən asılı hala gətirilmiş əqdlər üçün xüsusi əhəmiyyət daşıyır. Göründüyü kimi, qanunverici daşınmaz əmlakın alqı-satqısı haqqında müqavilənin etibarlılığını hər bir halda onun yazılı formada bağlanması və notariat qaydasında təsdiqlənməsi ilə şərtləndirir. Həmin şərtlərə əməl edilməməsi daşınmaz əşyaların alqısatqısı müqaviləsinin etibarlılığını şübhə altına alır. Göründüyü kimi qanunverici əqdi icra etmiş tərəfin tələbi üzrə əqdin bağlanmış hesab edilə bilməsini əqddə qanunazidd halın olmaması ilə şərtləndirmişdir. Hazırki iş materiallarından görünür ki, mübahisələndirilən fərdi yaşayış evi xüsusi mülkiyyət olmaqla, X18 məxsus olmuşdur. Bununla bağlı olaraq mülkiyyətçi tərəfindən xx.xx.1989-cu il tarixdə notarial qaydada etibarnamə verilmiş, yaşayış evi ilə bağlı sərəncam, istifadə və idarəetmə hüquqları iddiaçının atasına ötürülmüşdür. Həmçinin mülkiyyətçinin ailə üzlərinin də yazılı razılıqları alınmışdır. Lakin həmin dövrdə ölkədə baş vermiş ictimai-siyasi hadisələr nəticəsində alğı-satqı müqaviləsinin notarial qaydada rəsmiləşdirilməsi mümkün olmamışdır. Buna baxmayaraq, iddiaçının atası və ailə üzvləri 1989-cu ildən etibarən mübahisəli evdə fasiləsiz, açıq və vicdanlı şəkildə yaşayaraq əmlaka sahiblik etmiş, kommunal ödənişləri həyata keçirmiş və evi faktiki olaraq mülkiyyətçi kimi idarə etmişlər. Bu hallar kommunal ödəniş qəbzləri, MKTB arayışları və qonşuların notarial qaydada təsdiq olunmuş ərizələri ilə sübuta yetirilmişdir. Bundan əlavə, işə baxılması zamanı məhkəmə tərəfindən yerli baxış keçirilmiş, yerli baxış protokolu ilə müəyyən edilmişdir ki, iddiaçı ailəsi ilə birlikdə faktiki olaraq mübahisəli yaşayış sahəsində yaşayırlar və həmin mənzildən istifadə edirlər. Yerli baxış zamanı müəyyən edilmiş digər hal ondan ibarət olmuşdur ki, 1989-cu il tarixdə verilmiş etibarnamədə və digər sənədlərdə mübahisəli mənzilin nömrəsi 71a kimi qeyd edilmişdir. Bəzi ödəniş qəbzlərində iddiaçının faktiki sahiblik etdiyi və hazırda yaşadığı fərdi yaşayış evi “71” kimi qeyd edilmişdir. Belə ki, yerli baxış zamanı təqdim edilmiş qəbzlərin fotoşəkillərindən görünür ki, Nərimanov rayonu, X31 küçəsi, ev 71/A nömrə ilə qeyd edilmiş fərdi yaşayış evinin kommunal ödənişləri X23 tərəfindən, eyni ünvanda 71a nömrə ilə qeyd edilmiş fərdi yaşayış evinin kommunal ödənişləri Aydın Zeynalov tərəfindən, həmin ünvanda 71 nömrə ilə qeyd edilmiş fərdi yaşayış evinin kommunal ödənişləri isə İddiaçı tərəfindən ödənilir. Ünvan nömrələnməsindəki bu fərqlər eyni daşınmaz əmlakın identifikasiyasına mane olmur və iddiaçının sahiblik və istifadə hüquqlarını şübhə altına almır. Məhkəmə hesab edir ki, iddiaçı və onun ailəsi tərəfindən uzun müddət ərzində mübahisəli yaşayış evinə 35 il ərzində vicdanlı, fasiləsiz və açıq şəkildə sahiblik edilməsi, mülkiyyətçinin razılığı ilə evin faktiki olaraq alıcıya verilməsi, bu müddət ərzində hər hansı etirazın irəli sürülməməsi, habelə digər şəxslərin əmlak üzərində istifadə hüququnun olmaması iddia tələbinin əsaslı olduğunu sübuta yetirir. Bu səbəbdən iddiaçının həmin fərdi yaşayış evi üzərində sahiblik hüququ tanınmalıdır. Mülki məhkəmə icraatının prinsiplərinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Başqa sözlə, mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır (Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.3 və 217.4-cü maddələri). Məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Bakı şəhəri, Nərimanov rayonu, keçmiş Y.V.Çəmənzəminli küçəsində yerləşən 71A saylı fərdi yaşayış evi üzərində iddiaçı Əliyev Əli X2 və istifadə hüququ tanınmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Bakı şəhəri, Nərimanov rayonu, keçmiş Y.V.Çəmənzəminli küçəsində yerləşən (X29 məxsus olmuş) 71A saylı fərdi yaşayış evi üzərində iddiaçı Əliyev Əli X2 və istifadə hüququ tanınmalıdır. Qətnamə müvafiq hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün əsasdır. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilmişdir. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən sonra 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar