Məhkəmə qərarları › İş №e-2(005)-4021/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-4021/2025

19.12.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-4021/2025 19.12.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdehlər X3 və Cavabdeh2 qarşı ümumi əmlakın bölünməsi və payın müəyyən edilməsi barədə tələbinə dair iddia ərizəsi barədə mülki iş üzrə (Açar sözlər: ümumi əmlakın bölünməsi və payın müəyyən edilməsi barədə) Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi Məhkəmə iclas katibi Mayılzadə Gülzadə Çingiz qızının katibliyi, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər X3 və Cavabdeh2 qarşı ümumi əmlakın bölünməsi və payın müəyyən edilməsi barədə tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddia ərizəsinin və ona etirazın dəlilləri: a) İddia ərizəsinin dəlilləri İddiaçı cavabdehlər X3 və Cavabdeh2 qarşı ümumi əmlakın bölünməsi və payın müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 2 saylı Mediasiya təşkilatında Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış, xx.xx.2025ci il tarixli. MSB/2-00920/2025 saylı barışıq sazişinin Bakı şəhəri, Atatürk prospekti, 37A saylı evin 37 saylı, yaşayış sahəsi 56.1 kv. metr, ümumi sahəsi 62.2 kv. metr mənzilin dəyərinin və təmir xərclərinin Cavabdeh1 tərəfindən ödənildiyi, Cavabdeh2 həmin mənzilin alınmasına, təmirinə və digər xərclərinə pul vəsaiti xərcləmədiyi, bu səbəbdən də Cavabdeh2 həmin mənzildə heç bir payı olmadığı hissəsində, həmçinin Bakı şəhəri 51 saylı notariat ofisində Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış xx.xx.2025-ci il tarixli. 3M-2589 saylı nikah müqaviləsinin, Bakı şəhəri, Atatürk prospekti, 37A saylı evin 37 saylı, yaşayış sahəsi 56.1 kv. metr, ümumi sahəsi 62.2 kv. metr mənzilin dəyərinin və təmir xərclərinin Cavabdeh1 tərəfindən ödənildiyi, Cavabdeh2 həmin mənzilin alınmasına, təmirinə və digər xərclərinə pul vəsaiti xərcləmədiyi, bu səbəbdən də Cavabdeh2 həmin mənzildə heç bir payı olmadığı hissəsində etibarsız hesab edilməsi, Cavabdeh1 adına qeydiyyata alınmış Bakı şəhəri, Atatürk prospekti, 37A saylı evin 37 saylı mənzilin bölünərək, həmin əmlakda Cavabdeh2 1⁄2 hissədə payının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. (iddia ərizəsinə əlavə) İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(005)-2356/2020 saylı qətnaməsi ilə ilkin iddia üzrə iddiaçı Cavabdeh2 ilkin iddia üzrə cavabdeh İddiaçı və Yaman Sametə qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddiasının təmin edilməməsi, qarşılıqlı iddianın təmin edilməsi, qarşılıqlı iddia üzrə Cavabdeh2 15 sentyabr 2018-ci il tarixli kredit müqaviləsi üzrə ümumi olaraq 362100 (üç yüz altmış iki min yüz) manat məbləğində pul vəsaitinin (213000 ABŞ dolları ekvivalentində) 181050 (bir yüz səksən bir min manat əlli qəpik) manat məbləğində pul hissəsinin qarşılıqlı iddia üzrə İddiaçı və 181050 (bir yüz səksən bir min manat əlli qəpik) manat məbləğində pul hissəsinin qarşılıqlı iddia üzrə iddiaçı Yaman Sametin xeyrinə; xx.xx.2018-ci il tarixli kredit müqaviləsi üzrə isə 61560,40 manat (altmış bir min beş yüz altmış manat 40 qəpik) məbləğində pul vəsaitinin (36212 ABŞ dolları ekvivalentində) qarşılıqlı iddia üzrə İddiaçı xeyrinə tutulması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası xx.xx.2021-ci il tarixli 2(103)-2379/2021 saylı qətnaməsi ilə, həmin qətnamədən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, həmin qətnamədən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(102)-6529/2021 saylı qərarı ilə təmin edilməmişdir. Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(005)-2356/2020 saylı qətnaməsinin icrası ilə bağlı həmin məhkəmə tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli icra vərəqəsi hazırda Nərimanov rayon icra şöbəsinin icraatındadır. Lakin, icra sənədi üzrə borclu Cavabdeh2 tərəfindən icra edilməmişdir. Borclunun adına rəsmiləşdirilmiş əmlak müəyyən edilmədiyi üçün, borcun onun digər Cavabdeh1 ilə birgə nikah dövründə əldə etdiyi daşınmaz əmlakdakı payına yönəldilməsi qərara alınmış, Binəqədi rayon icra şöbəsinin böyük icra məmuru X5 xx.xx.2025-ci il tarixli qərarı ilə, Mahmudova Könül Pirhəsən qızının adına rəsmiləşdirilmiş Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti 37A saylı evin 37 saylı mənzilinin 1⁄2 hissəsinin üzərinə həbs qoyulması qərara alınmışdır. Lakin, birgə mülkiyyətdə olan əmlakda borclunun payı müəyyən edilmədiyi üçün, həmin əmlak barəsində sonrakı icra hərəkətlərinin həyata keçirilməsi mümkün olmamışdır. Bu səbəbdən, İddiaçı, hazırki mülki iş üzrə cavabdeh, icra işi üzrə borclu Cavabdeh2 Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti 37A saylı evin 37 saylı mənzildə payının müəyyən edilməsi barədə məhkəmədə iddia qaldırmağı zəruri hesab edir. Ağcabədi rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 01.082014-cü il tarixli arayışdan görünür ki, Cavabdeh2, Cavabdeh1 ilə xx.xx.2000-ci il tarixdə nikaha daxil olmuşlar. Bakı Şəhər İcra Hakimiyyətinin Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş xx.xx.2004-cü il tarixli ÖM seriyalı 151553 saylı qeydiyyat vəsiqəsindən görünür ki, Bakı şəhəri, Atatürk prospekti, 37A saylı evin 37 saylı mənzili üzərində Cavabdeh1 mülkiyyət hüququ qeydiyyata alınmışdır. Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 tərəfindən məhkəməyə yazılı etiraz ərizəsi ilə müraciət etmişdir. Etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı vəkili Vəkil1 tərəfindən ərizədə qeyd olunanlar tamamilə əsassızdır, cəfəngiyatdır, uydurmadır və şəxsi mülahizələrinə əsaslanan yazılmışdır. Belə ki, daha öncə də qeyd edildiyi kimi, evin alqı-satqı müqaviləsi Cavabdeh1 ilə satıcı arasında bağlanmış və evin pulu tam şəkildə onun tərəfindən satıcıya ödənilmişdir. Bu müqavilədə də öz əksini tapmışdır, həmçinin evin satıcısı sağdır, yaşıyır. Bu barədə ətraflı məlumatı məhkəyə təqdim etmişdir. Bundan əlavə olaraq Ailə məcəlləsinə əsasən tərəflər Nikah Müqaviləsi imzalamış və müqavilədə bu mənzildə Cavabdeh2 heçbir payı olmadığı öz əksini tapmışdır. Məlum olduğu kimi, Ailə Məcəlləsinin 38-ci maddəsinə əsasən “Nikah müqaviləsi nikaha daxil olan şəxslər arasında bağlanan, nikah dövründə və (və ya) nikah pozulduqda ər-arvadın əmlak hüquqlarını və vəzifələrini müəyyən edən sazişdir. Nikah müqaviləsi ilə ər-arvad birgə mülkiyyətin qanunla müəyyən olunmuş rejimini dəyişərək, ümumi əmlaka, onun ayrı-ayrı növlərinə və ya ər-arvadın hər birinin əmlakına birgə, paylı və ya ayrıca mülkiyyət rejimi tətbiq edə bilərlər.Nikah müqaviləsi ər-arvadın mövcud olan və gələcəkdə əldə edəcəkləri əmlaka dair bağlana bilər.” Göründüyü kimi, müqavilənin bağlanmasında qanunvericilik məhdudiyyət qoymamış, istənilən vaxt bu müqavilənin bağlanmasını qanuni saymışdır. Bu səbəbdən vəkilin şəxsi mülahizələrinə əsasən müqavilənin etibarsız sayılması iddiası heç bir qanuni maddi hüquq normasına əsaslanmır. Həmçinin tərəflər arasında boşanma prosesi başlandığı üçün tərəflər ilk öncə mediasiyaya müraciət etmiş və mediasiyada barışıq sazişi imzalamışlar. X9 də qeyd olunan mənzilin Cavabdeh1 məxsus olduğu və Cavabdeh2 həmin mənzildə heçbir bir payının olmadığı öz əksini tapmışdır. Məlum olduğu kimi, Mülki Məcəlləyə, Mediasiya haqqında qanuna əsasən tərəflər boşandığı zaman Mediasiya prosesində Barışıq Sazişi imzalamaqla aliment, uşaqların kimdə qalması, əmlaklarla bağlı şərtləri müəyyən edə bilər. Yalnız rəsmi olaraq boşanmanı Məhkəmə həyata keçirir. Barışıq Sazişinə əməl edilməməsi tərəflər üçün məsuliyyət yaradır. Bu baxımdan Barışıq Sazişinin etibarsız sayılması üçün heç bir hüquqi əsas yoxdur. Bu səbəbdən işə heç bir əsası olmayan şəxsi mülahizələrə görə deyil.maddi hüquq normalarına əsasən, təqdim edilən sübutlara əsasən baxılmalıdır. Eyni zamanda həmin mənzil alınarkən Cavabdeh2 ölkə ərazisində olmadığı ilə bağlı da məhkəməyə sübut təqdim edilmişdir. İmanov X4 şəhəri, Z. Adıgözəlov küçəsi 71 ünvanında yerləşən mənzildə qeydiyyatdadır və həmin mənzildə hüquqi cəhətdən paya sahib ola bilər və həmin mənzildə payı müəyyən edilə bilər. Hal-hazırda Cavabdeh1 uşaqları ilə birgə yaşadığı ünvan 2 ünvanında yerləşən mənzildə Cavabdeh2 heç bir payı yoxdur, o mənzilin alışı, təmiri və mebellərin alışı tamamilə Cavabdeh1 və atasın şəxsi vəsaiti hesabına həyata keçirilmişdir. Bununla bağlı müzakirələr iddia ərizəsində qeyd olunan borcla bağlı əvvəlki məhkəmələrdə də olmuşdur və fakt öz təsdiqini tapdığına görə bu məsələ bağlanmışdır. İddiaçı iddianın əsası kimi bu mənzilin birgə nigah dövründə alındığını qeyd edərək sanki birgə nigah dövründə alınıbsa Cavabdeh2 orda payı varmış kimi qənaətə gəlir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 225.5-ci maddəsinə əsasən Ərin (arvadın) öhdəlikləri üzrə tutma onun mülkiyyətində olan əmlaka, habelə onun ərlə arvadın ümumi əmlakındakı payına bu şərtlə yönəldilə bilər ki, nikah kontraktında ayrı qayda nəzərdə tutulmuş olmasın. Həmçinin məhkəməyə iddia ərizəsi təqdim edərkən iddiaçının əsas kimi təqdim etdikləri Binəqədi icra məmurunun qərarı qanunsuz hesab edilərək Binəqədi rayon məhkəməsi tərəfindən ləğv edilmişdir və sənəd qanuni qüvvəsini almışdır. Həmçinin iddiaçı tərəfin guya ki, Cavabdeh2 onlara ödəniş etmədiyi yazılsa da məhkəmə gedişatında bu öz təsdiqini tapmamış və aylıq olaraq Cavabdeh2 stabil şəkildə ödəniş etdiyi sübuta yetirilmişdir . Bundan əlavə İddiaçı Cavabdeh2 bu mənzildə payının olması ilə bağlı hər hansı əsaslı sübut təqdim etməmiş, iddiasını əsaslandırmamışdır. İddianın əsasları və məhkəmə qətnaməsinin zəruriliyi kimi təqdim edilən əsaslar məhkəmə gedişatında öz təsdiqini tapmadığı üçün iddia rədd edilməlidir. İddiaçının təqdim etdiyi sənədlər, ərizə və sübutlar əsassız hesab edilməsi, məhkəməni çaşdırmaq məqsədi güddüyü üçün və yalnız şəxsi mülahizələrə əsaslandığı üçün sübut kimi qəbul edilməsin və Bakı şəhər Nərimanov rayon Məhkəməsində qaldırdıqları iddia rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında verilən izahatlar Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsinə uyğun izahat verərək,iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 iddia tələbinin əssasız olduğunu qeyd edərək,təmin edilməməsini xahiş etdi.Bildirdi ki, Telman tərəfindən ödəniş olunub. Mütəmadi ödənişlər edib. Telmanın payı ilə bağlı sənədlər verilib, həmin əmlakda Telmanın payı yoxdur. Barışıq sazişi və nikah müqaviləsinin bağlanma tarixi deyil, hüquqi əsası var. İddiaçı tələblə bağlı sübut təqdim etmir. Payın olmamasına dair sübutlar verilib. Mülki işin materialları - Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(102)-6529/21 saylı qərarından görünür ki, Cavabdeh2 kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29103)-2379/2021 saylı,20 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılması qərara alınmışdır. - Ağcabədi rayon Qeydiyyat şöbəsinin xx.xx.2014-cü il tarixli çıxarışından görünür ki, Cavabdeh2 və X3 arasında 18.08.200-ci il tarixdə nikah bağlanmışdır. - Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(005)-2356/2020 saylı qətnaməsindən görünür ki, Cavabdeh2 ilkin iddia üzrə cavabdeh İddiaçı və Yaman Sametə qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilməmiş, Cavabdeh2 15 sentyabr 2018-ci il tarixli kredit müqaviləsi üzrə ümumi olaraq 362100 (üç yüz altmış iki min yüz) manat məbləğində pul vəsaitinin (213000 ABŞ dolları ekvivalentində) 181050 (bir yüz səksən bir min manat əlli qəpik) manat məbləğində pul hissəsi qarşılıqlı iddia üzrə İddiaçı və 181050 (bir yüz səksən bir min manat əlli qəpik) manat məbləğində pul hissəsi qarşılıqlı iddia üzrə iddiaçı Yaman Sametin xeyrinə; xx.xx.2018-ci il tarixli kredit müqaviləsi üzrə isə 61560,40 manat (altmış bir min beş yüz altmış manat 40 qəpik) məbləğində pul vəsaiti (36212 ABŞ dolları ekvivalentində) qarşılıqlı iddia üzrə İddiaçı xeyrinə tutulması qərara alınmışdır. - Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin qərarından görünür ki, Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin 2(005)-2356/2020 saylı, xx.xx.2025-ci il tarixli icra sənədi üzrə borclu Cavabdeh2 nikahda olduğu Cavabdeh1 adına qeydə alınan Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti, ev 37A ünvanında yerləşən 37 saylı mənzilin birgə nikah dövründə əldə olunan əmlak kimi ½ hissəsinin üzərinə həbs qoyulması qərara alımışdır. - Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(103)- 2379/2021 saylı qətnaməsindən görünür ki, Cavabdeh2 apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 14 oktyabr 2020-ci il tarixli 2(005)-2356/2020 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. - Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli, 1(103)- 634/2024 saylı hökmündən görünür ki, Apellyasiya protesti və apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin Cavabdeh2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə məhkum olunmasına dair 07 mart 2023-cü il tarixli, 1(001)-73/2023 nömrəli hökmün ləğv edilməsi qərara alınmışdır. - Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnvertarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin xx.xx.2004-cü il tarixli Qeydiyyat Vəsiqəsindən görünür ki, Cavabdeh1 Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti, ev 37A ünvanında yerləşən 37 saylı mənzili xüsusi mülkiyyət kimi qeydiyyatdan keçirmişdir. - Bakı 2 saylı Mediasiya Təşkilatının xx.xx.2025-ci il tarixli, MŞB/2-00920/2025 saylı Barışıq sazişindən görünür ki, Tərəflər Cavabdeh2 və Cavabdeh1 arasında birgə nikah dövründə əldə olunmuş daşınar və daşınmaz əmlaklarla bağlı aşağıdakı qaydada razılığa gəldilər.xx.xx.2000-ci il tarixli, 77 nömrəli akta əsasən Ağcabədi ray, Qeydiyyat şöbəsi tərəfindən qeydə alınmış nikahın pozulmasına tərəflər etiraz etmir və bu səbəbdəın nikahın pozulması ilə bağlı tərəflər adiyyəti rayon Məhkəməsinə müraciət edə bilərlər. Cavabdeh2 etiraf edir ki, Cavabdeh1 ilə xx.xx.2000-ci il tarixdə nikaha daxil olduqdan sonra Cavabdeh1 və onun atası X1 şəxsi vəsaiti hesabına xx.xx.2001 -ci il tarixdə Nərimanov rayonu, Atatürk prospektində yelşən 3 (üç) otaqlı, yaşayış sahəsi 56.1 kv, molan, ümumi sahəsi 62.2 kv, m-olan ev 37 “a”, ünvanında yerləşən, 37-ci mənzilin dəyəri və təmir xərci tam şəkildə ödənilmiş və daşınmaz əmlak Cavabdeh1 adma rəsmiləşdirilmişdir. Cavabdeh2 adı çəkilən daşınmaz əmlakın alınmasına, təmirinə və digər xərclərinə pul vəsaiti xərcləməmişdir. Bu səbəbdən Cavabdeh2 yuxarda adı çəkilən daşınmaz əmlakda heçbir paya sahib deyil və həmin əmlakla bağlı gələcəkdə Məhkəmədə iddia qaldırmayacağına da öhdəlik götürür və eyni zamanda həmin əmlakın Cavabdeh1 tərəfindən satılması üçündə xx.xx.2021-ci il tarixdə 43 saylı Notarial kontorda öz razılığını vermişdir. Tərəflər arasında nikah dövründə 2 (iki) övladları xx.xx.1994-cü il doğum təvəllüdlü İmanova (Hacıyeva) Nilufər Telman qızı və xx.xx.1996-cı il doğum təvəllüdlü X6 dünaya və övladları artıq yetkinlik yaşma çatdıqları üçün tərəflər arasında övladlarının hansı valideynin yanında qalması həmçinin onların saxlanılması ilə bağlı yaranmış xərclərin ödənilməsi ilə bağlı heçbir mübahisə yoxdur. Tərəflər Barışıq sazişində qeyd olunan bəndlərin doğruluğunu öz imzaları ilə təsdiq edirlər. - xx.xx.2025-ci il tarixli Nikah Müqaviləsindən görünür ki, tərəflər razılaşır ki, Cavabdeh1 P Pirhəsən qızı ilə xx.xx.2000-ci il tarixdə nikaha daxil olduqdan sonra Cavabdeh1 və onun atası X1 şəxsi vəsaiti hesabına xx.xx.2001-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospektində yelşən 3 (üç) otaqlı, yaşayış sahəsi 56.1 kv, m-olan, ümumi sahəsi 62.2 kv kv, m-olan ev 37 "a", ünvanında yerləşən, 37-ci mənzilin dəyəri və təmir xərci tam şəkildə ödənilmiş və daşınmaz əmlak Cavabdeh1 adına rəsmiləşdirilmişdir. Cavabdeh2 adı çəkilən daşınmaz əmlakın alınmasına, təmirinə və digər xərclərinə pul vəsaiti xərcləməmişdir. Adıçəkilən əmlak birgə nikah dövründə ümumi gəlir hesabına əldə olunmadığı üçün Cavabdeh2 yuxarıda adı çəkilən daşınmaz əmlakda heçbir paya sahib deyil və həmin əmlakla bağlı gələcəkdə məhkəmədə iddia qaldırmayacağına dair öhdəlik götürmüşdür. Mülki işə tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası:

13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respbulikasının Mülki Məcəlləsi Maddə 144.5. Daşınmaz əmlaka mülkiyyət hüququ əmlakın fiziki cəhətdən bölünməsini nəzərdə tutmayan, lakin yaranacaq ümumi paylı mülkiyyətdə payların nisbətini faizlə müəyyənləşdirən bölünmə planı əsasında bölünə bilər. Mülkiyyətçi tərəfindən tərtib edilən belə bölünmə planı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada təsdiq edildikdən sonra mülkiyyətçinin bölünmə nəticəsində yaranan payların hər birinə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınır; Maddə 152.1. Mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. 225.2. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. 225.3. Daş-qaş və digər zinət şeyləri istisna olmaqla, fərdi istifadədə olan əmlak (paltar, ayaqqabı və i.a.) nikah dövründə ərlə arvadın ümumi vəsaiti hesabına əldə edilmiş olsa da, ondan istifadə etmiş arvadın (ərin) mülkiyyəti sayılır. 225.4. Ər-arvaddan hər birinin əmlakı o halda onların birgə mülkiyyəti sayıla bilər ki, nikah dövründə ərlə arvadın ümumi əmlakı və ya ərin (arvadın) şəxsi əmlakı hesabına həmin əmlakın dəyərini əhəmiyyətli dərəcədə artıran vəsait qoyulduğu (əsaslı təmir, yenidənqurma, yeni avadanlıqla təchizetmə və i.a.) müəyyənləşdirilsin. Əgər nikah kontraktında və ya ərlə arvadın razılaşmasında ayrı qayda nəzərdə tutulubsa, bu qayda tətbiq edilmir. 225.5. Ərin (arvadın) öhdəlikləri üzrə tutma onun mülkiyyətində olan əmlaka, habelə onun ərlə arvadın ümumi əmlakındakı payına bu şərtlə yönəldilə bilər ki, nikah kontraktında ayrı qayda nəzərdə tutulmuş olmasın. 225.6. Daşınmaz əmlaka birgə hüququ olan ərin (arvadın) razılığı olmadan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquq barədə bağlanmış müqavilə etibarsız hesab edilir. Bu, həmçinin əldə edənin belə hüququn yalnız müqavilə tərəfinə məxsus olması barədə vicdanlı olduğu hallara da aiddir. Əgər müqavilə üzrə tərəf müqavilənin etibarsızlığını bilirdisə və ya bilməli idisə, əldə edən həmin tərəfdən etibarsızlıqdan irəli gələn zərərin əvəzinin ödənilməsini tələb edə bilər Azərbaycan Respbulikasının Ailə Məcəlləsi 36.1. Ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. 38.2. Nikah müqaviləsi ilə ər-arvad birgə mülkiyyətin qanunla müəyyən olunmuş rejimini dəyişərək, ümumi əmlaka, onun ayrı-ayrı növlərinə və ya ər-arvadın hər birinin əmlakına birgə, paylı və ya ayrıca mülkiyyət rejimi tətbiq edə bilərlər. 38.3. Nikah müqaviləsi ər-arvadın mövcud olan və gələcəkdə əldə edəcəkləri əmlaka dair bağlana bilər. 38.4. Ər-arvad nikah müqaviləsində bir-birinin qarşılıqlı saxlanması, bir-birinin gəlirlərində iştirak üsulları, hər birinin ailə xərclərində iştirakı qaydası ilə bağlı hüquq və vəzifələrini, nikah pozulduqda hər birinə düşəcək əmlakı və ər-arvadın əmlak münasibətlərinə dair hər hansı başqa müddəanı müəyyənləşdirmək hüququna malikdirlər. 40.2. Nikah müqaviləsinin icrasından birtərəfli qaydada imtina etməyə yol verilmir. 40.3. Ərin (arvadın) tələbinə əsasən məhkəmənin qətnaməsi ilə nikah müqaviləsi Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müqavilələrin dəyişdirilməsi və pozulması üçün nəzərdə tutulmuş əsaslarla və qaydada dəyişdirilə və ya pozula bilər. 40.4. Nikah müqaviləsində nikah pozulduqdan sonrakı dövr üçün nəzərdə tutulan vəzifələr istisna olmaqla, nikaha xitam verilməsi anından nikah müqaviləsinə də xitam verilir. 40.5. Nikah müqaviləsi Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə əqdlərin etibarsız hesab edilməsi üçün nəzərdə tutulmuş əsaslarla məhkəmə tərəfindən tamamilə və ya qismən etibarsız hesab edilə bilər. 40.6. Müqavilənin şərtləri əri (arvadı) çox əlverişsiz vəziyyətə saldıqda nikah müqaviləsi onun tərəfindən mübahisələndirilə bilər. Nikah müqaviləsinin bu Məcəllənin 38.6-cı maddəsinin digər tələblərini pozan şərtləri əhəmiyyətsizdir və müqavilənin bağlandığı andan etibarsız hesab edilir. “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Q ə r a r ı:

6.4. Ər-arvadın ümumi əmlakının bölünməsi onlardan birinin (və ya hər ikisinin), eləcə də ödəməni ər-arvadın ümumi əmlakında onlardan birinin payına yönəltmək istəyən kreditorun (kreditorların) tələbi ilə həyata keçirilə bilər (Ailə Məcəlləsi, 36.1-ci maddə). 6.5. Qanunverici bölgünün aparılmasını əvvəlcə ər-arvadın öz iradələrinə buraxmışdır. Ailə Məcəlləsinin 36.2-ci maddəsinə əsasən ər-arvadın ümumi əmlakı onların sazişi əsasında bölünə bilər. Belə saziş əmlakın bölünməsinə dair ikitərəfli əqddir və müqavilə hüququnun ümumi qaydalarına tabedir. 6.36. Konstitusiya Məhkəməsinin 2021-ci il 23 iyul tarixli Qərarında ifadə edilmiş hüquqi mövqelərə əsasən Mülki Məcəllənin 225-ci, Ailə Məcəlləsinin 32 və 41.2ci maddələrinin tələblərinə uyğun olaraq nikah dövründə ərin və ya arvadın ailə ehtiyaclarının təmin edilməsi məqsədilə üzərinə götürdüyü öhdəliklər ər-arvadın ümumi əmlakına daxil olmaqla hər ikisi üçün vəzifələr yaradır. Ailə Məcəlləsinin 36-cı maddəsində nəzərdə tutulmuş ər-arvadın ümumi əmlakının bölgüsü müddəası onların mülkiyyət paylarının, iqtisadi dəyərə malik olan tələb hüquqlarının və yerinə yetirilməli olan öhdəliklərinin bölünməsini ehtiva edir. Şəxsi xarakterli öhdəliklərin icrası üçün ərin (arvadın) şəxsi əmlakı kifayət etmədikdə kreditor (kreditorlar) ödəməni ər-arvadın ümumi əmlakında müvafiq tərəfin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələb barədə ərizə verə bilər. Ailə Məcəlləsinin 37.3-cü maddəsinə müvafiq olaraq ər-arvadın bir-birinə qarşı əmlak bölgüsü haqqında iddiasına baxılarkən ümumi öhdəliklər üzrə borclar ər-arvadın hər birinin mülkiyyət payına mütənasib olaraq bölünür. Lakin bu bölgü kreditor (kreditorlar) qarşısında ər-arvadın birgə borclu olması halını aradan qaldırmır. Azərbaycan Respbulikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

İşə baxan məhkəmənin mövqeyi Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallara onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşıb-uzlaşmamasına hüquqi qiymət verilməlidir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa, (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa, əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Məhkəmə tərəfləri dinləyib, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassızdır. Belə ki, məhkəmə araşdırması zamanı mübahisəli müqavilənin etibarsız əqd kimi tanınması üçün əsaslar mövcud deyildir və iddia tələbi təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, еtibarsız əqdlər etibarsızlıq halını yaradan səbəblərin müxtəlifliyindən asılı olaraq dörd növə ayrılmışdır - əhəmiyyətsiz əqdlər; mübahisə edilən əqdlər; müvafiq razılığın olmamasına görə etibarsız olan əqdlər; məhkəmə qərarı ilə etibarsız sayılan əqdlər. (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 2 aprel 2021-ci il tarixli Qərarı və Ali Məhkəmənin Mülki və Kommersiya kollegiyalarının “Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” xx.xx.2022-ci il tarixli qərardadı) Məhkəmə hesab edir ki, baxılan iş üzrə etibarsızlığı tələb edilən alqı-satqı müqaviləsi müvafiq razılığın olmamasına görə (mülkiyyətçinin iradə ifadəsinə zidd) etibarsız olan əqdlər kateqoriyasına daxildir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “F.Nəcəfovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair”qərarında göstərilmişdir ki, “... əqdin bağlanmasına zahirən razılığı olmayan ümumi mülkiyyət sahibinin bu əqddən xəbərdar olması və bəyəndiyini göstərən hərəkət və rəftarı işin hallarından bariz məlum olduğu təqdirdə, işin halları tam və hərtərəfli araşdırılıb bunlara hüquqi qiymət verilmədən, birgə mülkiyyətçilərdən hər hansı birinin imzasının olmamasına görə onun bu əqdə razılığının olmadığı qənaətinə gəlinməsi mülki hüququn vicdanlılıq və hüquqdan sui-istifadənin yolverilməzliyi prinsiplərinə zidd nəticənin yaranmasına səbəb olar.” Konstitusiya Məhkəməsi həmin qərarında qeyd etmişdir ki, müqavilənin imzalanmaması (ona razılıq verilməməsi) və ya forma tələbinə riayət edilməməsi əsasları ilə hüquqi qüvvəsinin olmaması barədə iddialara baxarkən məhkəmələr formal mülahizələrdən çıxış etməməli, tərəflərin vicdanlılığının və davranışlarının ardıcıllığının müəyyən edilməsi üçün işin bütün hallarını hərtərəfli araşdırmalı, yaranacaq nəticənin ədalətlilik və vicdanlılıq prinsiplərinə uyğunluğunu müəyyən etməli və yalnız bundan sonra müvafiq qərar qəbul etməlidirlər. İddiaçı Cavabdeh2 qarşı müqavilənin etibarsız hesab edilməsi və cavabdehlərin birgə nikah dövründə əldə etdikləri əmlakda payların müəyyən edilməsi tələbi ilə məhkəməyə müraciət edir. Bunun onunla məsaslandırır ki, cavabdehin iddiaçıya borclu olduğunu təsdiq edən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi mövcuddur. Həmin qətnamənin cavabdeh tərəfindən icra edilmədiyini,borcun cavabdehin Cavabdeh1 ilə birgə nikah dövründə əldə etdiyi əmlaya yönəldilməsini tələb edir. Belə ki, mülki işin araşdırılmış halları ilə müəyyən edilir ki, iş materiallarında olan Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(005)-2356/2020 saylı qətnaməsindən görünür ki, Cavabdeh2 ilkin iddia üzrə cavabdeh İddiaçı və Yaman Sametə qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilməmiş, Cavabdeh2 15 sentyabr 2018-ci il tarixli kredit müqaviləsi üzrə ümumi olaraq 362100 (üç yüz altmış iki min yüz) manat məbləğində pul vəsaitinin (213000 ABŞ dolları ekvivalentində) 181050 (bir yüz səksən bir min manat əlli qəpik) manat məbləğində pul hissəsi qarşılıqlı iddia üzrə İddiaçı və 181050 (bir yüz səksən bir min manat əlli qəpik) manat məbləğində pul hissəsi qarşılıqlı iddia üzrə iddiaçı Yaman Sametin xeyrinə; xx.xx.2018-ci il tarixli kredit müqaviləsi üzrə isə 61560,40 manat (altmış bir min beş yüz altmış manat 40 qəpik) məbləğində pul vəsaiti (36212 ABŞ dolları ekvivalentində) qarşılıqlı iddia üzrə İddiaçı xeyrinə tutulması qərara alınmışdır.Daha sonra cavabdeh təərfindən apellyasiya şikayəti verilmiş və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(103)-2379/2021 saylı qətnaməsindən görünür ki, Cavabdeh2 apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 14 oktyabr 2020-ci il tarixli 2(005)-2356/2020 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır.Bundan sonra cavabdeh tərəfindən kasssasiya şikayəti verilmiş,həmin şikayət təmin edilməmişdir. Daha sonra qətnamə icra olunması üçün Bakı Şəhəri Nərimanov Rayon İcra Şöbəsinə göndərilmiş və həmin icra sənədi Cavabdeh2 tərəfindən icra edilməmişdir.Binəqədi rayon icra şöbəsinin icra məmurunun qərarı ilə Bakı şəhəri, Nərimanov rayonu,Atatürk prospekti 37 A saylı evin 37 saylı mənzilin ½ hissəsinin üzərinə həbs qoyulması qərara alınmışdır. Hazırda iddiaçı həmin mənzilə dair Cavabdeh2 payının müəyyən edilməsini xahiş edir. İş materiallarında olan Bakı 2 saylı Mediasiya Təşkilatının xx.xx.2025-ci il tarixli, MŞB/2- 00920/2025 saylı Barışıq sazişindən görünür ki, Cavabdeh2 Cavabdeh1 ilə xx.xx.2000-ci il tarixdə nikaha daxil olduqdan sonra Cavabdeh1 və onun atası X1 şəxsi vəsaiti hesabına xx.xx.2001 -ci il tarixdə Nərimanov rayonu, Atatürk prospektində yelşən 3 (üç) otaqlı, yaşayış sahəsi 56.1 kv, m-olan, ümumi sahəsi 62.2 kv, m-olan ev 37 “a”, ünvanında yerləşən, 37-ci mənzilin dəyəri və təmir xərci tam şəkildə ödənilmiş və daşınmaz əmlak Cavabdeh1 adına rəsmiləşdirilməsini, Cavabdeh2 adı çəkilən daşınmaz əmlakın alınmasına, təmirinə və digər xərclərinə pul vəsaiti xərcləməmişdir. Bu səbəbdən Cavabdeh2 yuxarda adı çəkilən daşınmaz əmlakda heçbir paya sahib deyil və həmin əmlakla bağlı gələcəkdə Məhkəmədə iddia qaldırmayacağına da öhdəlik götürür və eyni zamanda həmin əmlakın Cavabdeh1 tərəfindən satılması üçündə xx.xx.2021-ci il tarixdə 43 saylı Notarial kontorda öz razılığını vermişdir. Həmçinin, iş materiallarında olan xx.xx.2025-ci il tarixli Nikah Müqaviləsindən görünür ki, tərəflər Cavabdeh1 ilə xx.xx.2000-ci il tarixdə nikaha daxil olduqdan sonra Cavabdeh1 və onun atası X1 şəxsi vəsaiti hesabına xx.xx.2001-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospektində yelşən 3 (üç) otaqlı, yaşayış sahəsi 56.1 kv, m-olan, ümumi sahəsi 62.2 kv kv, m-olan ev 37 "a", ünvanında yerləşən, 37-ci mənzilin dəyəri və təmir xərci tam şəkildə ödənilmiş və daşınmaz əmlak Cavabdeh1 adına rəsmiləşdirilmişdir. Cavabdeh2 adı çəkilən daşınmaz əmlakın alınmasına, təmirinə və digər xərclərinə pul vəsaiti xərcləməmişdir. Adıçəkilən əmlak birgə nikah dövründə ümumi gəlir hesabına əldə olunmadığı üçün Cavabdeh2 yuxarıda adı çəkilən daşınmaz əmlakda heçbir paya sahib deyil və həmin əmlakla bağlı gələcəkdə məhkəmədə iddia qaldırmayacağına dair öhdəlik götürmüşdür. Beləliklə iş materiallarından görünür ki, tərəflər Nikah Müqaviləsi imzalamış və müqavilədə bu mənzildə Cavabdeh2 heç bir payı olmadığı öz əksini tapmışdır. Tərəflər nikahın pozulması ilə bağlı mediasiyaya müraciət etmiş və mediasiyada barışıq sazişi imzalamışlar. X9 də qeyd olunan mənzilin Cavabdeh1 məxsus olduğu və Cavabdeh2 həmin mənzildə heçbir bir payının olmadığı öz əksini tapmışdır. İdidaçı barışıq sazişinin və nikah müqaviləsinin etibarsızlığı barədə iddiairəli sürsə də, iddiasının əsaslılığını təsdiq edən sübutları təqdim edə bilməmişdir. Digər tərəfdən, müqavilənin mülki işin icraatı zamanı bağlanması özü-özlüyündə onun etibarsız hsab edilməsi üçün kifayət edən əsas deyil. Digər tərəfdən cavabdehlərin mülkiyyərində başqa əmlaklarının olması, hazırki mənzilin yeganə yaşayış olduğunu təkzib edən hər hansı sübut da mövcud deyil ( mülki işin materiallarında). “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarı:

1. Məhkəmə qətnaməsi mülki və kommersiya mübahisələrindən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. 2 Məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə, qanuni hesab edilir. Azərbaycan Respublikası MPM-nin 13.4-cü maddəsinə müvafiq olaraq mübahisə edilən münasibəti tənzimləyən hüquq norması olmadıqda, məhkəmə oxşar münasibətləri tənzimləyən hüquq normalarını tətbiq edir. Belə normalar da olmadıqda, məhkəmə Avropa İnsan Hüquqları Məhkəməsinin təcrübəsinə, presedent hüququna mülki qanunvericiliyin prinsiplərinə istinad etməklə qətnamə qəbul etməyə haqlıdır. 2.4. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin həmin faktlara tətbiq edilən hüquqdan irəli gələn qəti nəticəsi şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Prosessual qanunvericiliyin tələblərinə əsasən hər bir tərəfin öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğunu, iddiaçının isə məhkəməyə qeyd edilən əmlakların qiymətinin qat-qat yuxarı olmasını sübuta yetirə bilmədiyini nəzərə alaraq, məhkəmə iddianın təmin edilməsi üçün heç bir əsas görmür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.(MPM, maddə 14.2, 77.1 və 88 maddələri). Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı cavabdehlər X3 və Cavabdeh2 qarşı ümumi əmlakın bölünməsi və payın müəyyən edilməsi tələbinə dair iddiası rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd olunanlara və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq

QƏT ETDİ:

İddiaçı cavabdehlər X3 və Cavabdeh2 qarşı ümumi əmlakın bölünməsi və payın müəyyən edilməsi tələbinə dair iddia ərizəsi təmin edilməsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Mehriban Əfəndizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar