Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-405/2025 06.02.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi Mayılzadə Gülzadə Çingiz qızının katibliyi Cavabdeh2 və Cavabdeh3 vəkili Vəkil Heydər oğlunun iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh3 qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddia tələbi və onun dəlilləri İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh3 və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı maddi ziyanın əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona dəymiş 700 min manat məbləğində ümumi zərərin 350 min manatının cavabdehlərdən Cavabdeh2 və Cavabdeh3, 350 manatının isə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsindən tutulması barədə qətnamənin qəbul edilməsinin qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddia tələblərini onunla əsaslandırmışdır ki, cavadehlərdən-X11 və Cavabdeh3 anası-X29 ilə şərikli münasibətlərdə biznes fəaliyyəti olmuş və bu münasibətlərdən birgə əmlakları mövcud idi. 2006-cı ildən başlayaraq aralarında mübahisələr yarandığından məhkəmələrə müraciətlər olunmuşdur. Bu müraciətlərdən biri kimi də, Afət Əliyevanın iddiası üzrə, Suraxanı Rayon Məhkəməsinin 2(010)-67/2010 saylı, 06 may 2010-cu il tarixli qətnaməsi ilə, onun ilkin iddiası təmin edilmiş, cavabdeh-İddiaçı və X15 arasında 22 saylı dövlət notariat kontorunda bağlanmış, reyestr nömrəsi 4-Ə-1/169 olan xx.xx.2004-cü il tarixli alqı-satqı müqaviləsi etibarsız hesab edilmiş; Həmin müqavilə əsasında verilmiş 357 “a” saylı, 10 avqust 2004-cü il tarixli qeydiyyat vəsiqəsi qismən-tikilinin ½ hissəsinin İddiaçı adına qeydiyyata alındığı hissədə ləğv edilərək Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı-Zığ və Suraxanı-Qaraçuxur yollarının kəsişməsində yerləşən ümumi sahəsi-A tikilinin-945,5 kv.m., B-tikilinin-44,0 kv.m. olan qeyri-yaşayın binasının tam mülkiyət hüquqi əsasında X22 adına qeydə alınması Əmlak Məsələləri Komitəsi yanında Daşənmaz Əmlakın dövlət reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilmişdir. Bu məqamda qeyd etməyi zəruri hesab edir ki, birinci instansiya məhkəməsinin həmin qətnaməsindən apellyasiya şikayəti verilsə də, qeyd olunan qətnamə qanunsuz olaraq icraya yönəldilmiş və bu ərəfədə qətnamə icra edilərək mübahisə edilən əmlak üzrə, həmin əmlakın 100 faizlik tam mülkiyyətçisi kimi, X22 adına reyestrdən çıxarış da verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3512/2010 saylı, 08.09. 2010-cu il tarixli qətnaməsi ilə birinci instansiya məhkəməsinin bu iş üzrə qəbul etdiyi qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş üzrə verilmiş kassasiya şikayətinə əsasən isə, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasında baxılmış və Mülki Kollegiyanın 21 fevral 2011-ci il tarixli qərarı ilə, kassasiya şikayəti qismən təmin edilmiş və yenidən baxaılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə kassasiya qaydasında baxılarkən iş üzrə iddiaçı X29 vəfat etmiş və kassasiya instansiyası məhkəməsi onun oğlu-Cavabdeh2 iş üzrə hüquqi varis kimi işə cəlb etmişdir. Apellyasiya instansiyası məhkəməsində işə baxılarkən iddiaçının hüquqi varisi Cavabdeh2 ərizə ilə məhkəməyə müraciət edərək iddiadan imtina etdiyini bildirmişdir. Habelə İddiaçı da ərizə ilə məhkəməyə müraciət edərək qarşılıqlı iddiadan imtina etdiyini bildirmişdir və iş üzrə icraata xitam verilməklə birinci instansiya məhkəməsi tərəfindən qəbul olunmuş qətnamənin ləğv edilməsini hər iki tərəf xahiş etmişdir. Tərəflər məhkəmədə iddia tələblərindən imtina etməsinin səbəblərini izah edərək bildirmişlər ki, aralarında barışıq əldə olunmuşdur. Hər iki tərəf bir-birinə qarşı tələbdən imtina edirlər. Mübahisəli əmlakın 50%-nin Afət Əliyavanın, digər 50%-nin İddiaçı adına sənədləşməsi barədə razılığa gəlmişlər. Göstərilənlərlə əlaqədar olaraq bu iş üzrə Bakı Apellyasiya Məhkəməsinin qəbul etdiyi 03 may 2011-ci il tarixli Qərardadı ilə, Afət İsi qızı X3 Rüstəmova, X13, Bakı şəhəri 22 saylı Dövlət notariat kontoruna və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın dövlət reyestri xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə, qeydiyyat vəsiqəsinin hissəvi ləğv edilməsinə və yeni qeydiyyat vəsiqəsinin verilmsinə dair iddia ərizəsi, həmçinin Əliabbas Fəxrəddin oğlu X2 qarşı real və mənəvi zərərin tutulmasına dair qarşılıqlı iddası üzrə mülki işdə Suraxanı Rayon Məhkəkməsi tərəfindən qəbul olunmuş xx.xx.2010-cu il tarixli qətnamə tərəflərin iddiadan imtina etməsinə görə ləğv olunmuş və iş üzrə icraata xitam verilmişdir. Bu ərərfədə qeyd etməyi zəruri hesab edir ki, Afət Əliyeva ilə aralarında yaranmış mübahisələr üzrə davam edən növbəti məhkəmə prosesindən sonra, o, iddiaçının istifadəsindəki mobil telefonuna zəng edərək ona qarşı etdiklərinin düzgün olmadığından bağışlanmasını istəmiş və əmlaklarını geri qaytaracağını bildirmişdir. Bu zəngdən bir neçə gün sonra X29 vəfat etmiş və şəxsən onun vəsiyyəti əsasında, vəfatından sonra, vərəsələri- Cavabdeh2 və Cavabdeh3 ilə aramızda müvafiq müqavilələr də bağlanmışdır. -İddiaçı 28 iyun 2014-cü il tarixdə həbs olunmuş, xx.xx.2019-cu il tarixdə həbsdən çıxmış, uzun müddət müalicə və ağır əməliyyatdan sonra Cavabdeh2 və Cavabdeh3 ilə aralarındakı razlılaşmanın onlar tərəfindən pozulduğunu bildi və iddiaçıya məlum olmuşdur ki, 50 faizlik tam mülkiyyət hüququ ona məxsus və Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı-Zığ və Suraxanı-Qaraçuxur yollarının kəsişməsində yerləşən ümumi sahəsi- A tikilisinin-945,5 kv.m., B-tiklisinin 44,0 kv.m olan qeyri yaşayış binası, Cavabdeh2 tərəfindən, ünvan 1 ünvanda yaşayan X5 177.968 manata satılmış və onlar arasında bu əmlakın alqı-satqısına dair müqavilə, xx.xx.2012-ci il tarixdə, 11 saylı dövlət notariat kontorunda bağlanmışdır. Bundan başqa bu şəxslər arasında, xx.xx.2012-ci il tarxdə həmin dövlət notariat kontorunda daha bir alqı-satqı müqaviləsi də bağlanmışdır. İndi isə, X4 mülkiyytində olan və ünvan 2 ünvanda yerləşən, ümumi sahəsi 142,59 kv.m. yaşayış sahsi 40.000 manata Cavabdeh2 satılmışdır. Bu cür müəmmalı və saxta alqı-satqı müqavilələri bağlamaqla cavabdehlər aralarındakı alqı-satqı üzrə ödənilən məbləğlərin miqdarını qəsdən gizlətmişlər. Belə ki, iddiaçı həbs olunmamışdan əvvəl, mübahisəli bu qeyri yaşayış binasının bazar qiyməri 700-800 min ABŞ dolları məbləğində müəyyən edilmişdir. Beləliklə, Binəqədi Rayon Məhkəməsinin e-2(001)-170/2023 saylı, xx.xx.2023cü il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Bu qətnamədən tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5984/2023 saylı, 15 dekabr 2023-cü il tarixli qətnaməsi ilə, Binəqədi Rayon Məhkəməsinin e-2(001)-170/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Nəhayətdə, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-1455/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə, iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş; Bakı Apellyasiya Məhkəməsinin Mülki Kolegiyasının 2(103)-5984/2023 saylı, 15 dekabr 2023-cü il tarixli qətnaməsi qisməniddianın təmin edilmədiyi “Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 06 may 2010-cu il tarrixli qətnaməsinə əsasən, xx.xx.2010-cu il tarixdə əmlak kompleksinin tam mülkiyyət hüququ üzrə Afət Abdullayevanın adına keçirilməsi və Bakı şəhəri 7 saylı Dövlət Notariat Kontorunun xx.xx.1011-ci il tarixli 2V/1-45 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən xx.xx.2011-ci il tarixdə Cavabdeh2 adına qeydiyyatdan keçməsi ilə əlaqədar bütün hüquqverici sənədlərin iddiaçıya aid hissəsində etibarsız hesab edilməsi, dəymiş maddi və mənəvi zərərə görə cavabdehlər Cavabdeh2 və Şahin Abdillayevdən müştərək qaydada 100.000 manat məbləğində pulun onun xeyinə tutulması” hissəsində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-170/2023 saylı, 24 yanvar 2023-cü il tarixli qətnaməsinin qüvvədə saxlanıldığı hissədə ləğv edilmiş və iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Məhkəmə Kolegiyasının bu nəticəyə gəlməsi üçün, qəbul edilmiş qərarın 102-110-cu paraqraflarında aşağıdakı kimi qeydlər aparılmışdır: “Bununla belə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhəməsi iddia tələbinin “Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 06 may 2010-cu il tarixli qətnaməsinə əsasən, xx.xx.2010cu il tarixdə əmlak kompleksinin tam mülkiyyət hüququ üzrə Afət Abdullayevanın adına keçirilməsi və Bakı şəhəri 7 saylı Dövlət Notariat Kontorunun xx.xx.1011-ci il tarixli 2V/1-45 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən xx.xx.2011-ci il tarixdə Cavabdeh2 adına qeydiyyatdan keçməsi ilə əlaqədar bütün hüquqverici sənədlərin iddiaçıya aid hissəsində etibarsız hesab edilməsi, dəymiş maddi və mənəvi zərərə görə cavabdehlər Cavabdeh2 və Şahin Abdillayevdən müştərək qaydada 100.000 manat məbləğində pulun onun xeyinə tutulması” hissəsində rədd edilməsinə dair birinci instansiya məhkəməsinin qətnaməsini qüvvədə saxlayarkən gəldiyi mövqeyi, idiaçının adına reyestrdə aparılmış qeydiyyatın şübhə altına alınması ilə əsaslandırılmışdır. Halbuki apellyasiya instansiyası məhkəməsi həmin nəticəyə gələrkən daşınmaz əmlakın dövlət reyestrinin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyasının mövcud olmasını diqqətdən qaşırmışdır. 103. Belə ki, işdən göründüyü kimi Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli qətnaməsinə əsasən Əmlak Kompleksinin Afət Abdullayevanın adına xx.xx.2010-cu il tarixində tam mülkiyyət hüququ əsasənda qeydiyyata alınması, həmin qətnamə qanuni qüvvəyə minmədən aparılmış, daha sonradan tərəflərin iddiadan imtina etməsinə görə adı çəkilən qətnamə ləğv edilərək,iş üzrə icraata xitam verilmiş, bununla da Əmlak Kompleksinin ½ hissəsinin iddaçıya, ½ hissəsinin isə Afət Abdullayevanın adına qeydə alınması barədə 10 avqust 2004-cü il tarixdə 01 №-li reyestr kitabında, 40-cı səhifədə, 357 “a” reyyestr nömrəsi ilə qeydiyyata alınmış reyestrin məzmununun həqiqiliyi və tamamlığı bərpa olunmuşdur. Buna baxmayaraq apellyasiya insatansiya məhkəməsi işin həmin halına Mülki Məcəllənin 140-cı maddəsi və ”Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.4.-cü maddəsi baxımından düzgün hüquqi qiymət verməmişdir.” 104. Belə ki, Mülki Məcəllənin 140-cı maddəsinə sasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar iistisna olmaqla, həqiqi hesab edilir.
105. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 8.0.4.-cü maddəsinə əsasən isə qanuni qüvvəyə minmiş məhkəmə qərarları daşınmaz əmlak üzərində hüquqların əmlə gəlməsinin, başqasına keçəməsinin, məhdudlaşdırılmasının(yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. 106. Hazırki işdə mübahisə predmeti olan Əmlak Kompleksinin ½ hissəsinə münasibətdə iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın ləğv edilməsi, həmçinin iddiaçının Əmlak Kompleksinin Cavabdeh2 mülkiyyətinə keçməsinə, daha sonra isə, alqı-satqı müqaviləsi əsasında Əsmər Fətullayevanın mülkiyyətinə keçməsinə razılıq ifadə etməsi və bəyənməsi məhkəmələr tərəfindən aşkar edilməmişdir. 107. Məhkəmə kollegiyası qeyd olunanlarla bağlı hesab edir ki, apellyasiya instansiya məhkəməsi vicdanlı əldə edən Əsmər Fətullayevanın qeydiyyatla əlaqədar əldə etdiyi hüquqlar saxlanıldığı halda, Cavabdeh2 daşınmaz əmlaka hüquqularının qeydiyyatının əsassızlığına, bunun nəticəsində iddiaçıya vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürmək hüququnun yaranmasına Mülki Məcəllənin 149.2.-ci və 452.2.-ci maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməmişdir. 108. Apellyasiya instansiya məhkəməsi tərəfindən mübahisənin hüquqi həlli baxımından Mülki Məcəllənin əmlak hüquqlarının dövlət qeydiyyatı ilə bağlı (140, 148.2. və 149.2.-ci maddələr) əqdin etibarsızlığı ilə bağlı ( 337, 340.2. və 351-ci maddələr), əqddə razılıqla bağlı (355, 357 və 358.1.-ci maddələr) və öhdəlik və müqavilə ilə bağlı ümumi normalarına(385.1., 390.1., 399.1. və 452.2.-ci maddələr) istinad ediləklə kifayətlənilsə də, həmin normalar işin hallarına uyğun olaraq düzgün tətbiq edilməmiş, Mülki Məcəllənin 157.4.-cü maddəsi ümumiyyətlə nəzərdən keçirilməmiş, işin müəyyən edilmiş faktiki hallarının qeyd olunan normanın dispozisiya şərtlərinə uyğunluğu istiqamətində hüquqi dəyərləndirmə aparılmamışdır. 109. Hallbuki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addımkimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasn dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmsından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddu hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa iddia haqlı sayılır, uzlaşmırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə təmin olunmalı deyilsə) iddia rədd edilir. 110. Mülkiyyətin müdafiəsini təmin edən Mülki Məcəllənin 157.4.-cü maddəsinin mənasından aydın olur ki, iddiaçının həmin tələblə çıxış edə bilməsi üçün əşyanın mülkiyyətçisi olması, cavabdeh tərəfindən əşyaya qəsd və ya başqa maneələr törədilməsi və həmin maneələrin əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilməsi aşkar edilməlidir...” Beləliklə, Ali Məhkəmənin qeyd olunan xx.xx.2024-cü il tarixli qərarı ilə müəyyən edilmişdir ki, əmlak hüquqlarım üzrə dəymiş zərərin əvəzi, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 tərəfindən iddiaçıya ödənilməlidir. Bununla yanaşı, Bakı Apellyasiya Məhkəməsinin həmin iş üzrə qəbul etdiyi xx.xx.2021-ci il tarixli qərardadı ilə o da müəyyən edilmişdir ki: “İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəindən verilmiş RX seriyalı ******* çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsi 3066, bina 40, 88 saylı mənzil X6 adına özəlləşdirilmişdir. Lakin, iddia təmin tədbiri barədə qərardadın icrası ilə bağlı təqdim edilmiş məktubdan görünür ki,(i.v.264) Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsi 3066, bina 40, 88 saylı mənzil Cavabdeh3 adına özəlləşdirilmişdir. Apellyasiya baxışı zamanı təqdim edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəindn verilmiş RX seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsi 3066, bina 40, 88 saylı mənzil X8 mülkiyyətindədir.” X32 təqdim edilməmişdən əvvəl, X16 Ərizəsi ilə, tərəfindən Binəqədi Rayon Məhkəməsinə müraciət olunaraq, Cavabdeh3 oluna məxsus Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsi 3066, bina 40, 88 saylı mənzilin, həmçinin, hər iki cavabdeh- Cavabdeh2 və X9 adlarına olan digər əmlaklar üzərinə həbs qoyulmaqla, həmin mənzilin və əmlakların 3-cü şəxslərin adlarına özgəninkiləşdirilməsinin qadağan ediməsi barədə qərardad qəbul edilməsi xahiş edilmiş və Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə, ərizənin qismən tmin edilərək, Cavabdeh3 oluna məxsus Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsi 3066, bina 40, 88 saylı mənzilin üzərinə həbs qoyulmuşdur. Beləliklə, mülkiyyəti üzərində hüqularının itirilməsi ilə nəticələnən və X14 Fətullayeva arasında bağlanmış xx.xx.2012-ci il tarixli alqı satqı müqaqaviləsindən görünür ki, bilərəkdən və qəsdlə ki, sonradan iddiaçıya dəymiş zərəri az miqdarda ödəmək şərti ilə, həmin əmlak dəyərindən qat-qat aşağı qiymətə satılmış, eyni zamanda bu şəxslər arasında həmin gündə də başqa bir alqı-satqı müqaviləsi bağlanılaraq, indi isə, Əsmər Fətullayevanın mülkiyyətindəki Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsi 3066, bina 40, 88 saylı mənzil Cavabdeh2 adına 40 min manata özəlləşdirilmişdir. Yuxarıda da qeyd edildiyi kimi, cavabddehlərin vəkili tərəfindən məhkəməyə təqdim edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-9736/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadından da görünür ki, Cavabdeh2, iddiaçıya məxsus əmlakın satışından əldə etdiyi pul vəsaiti hesabına mübahisəli mənzil, əvvəlcə onun adına rəsmiləşdirilsə də, sonradan, 2014-cü ildə, bu mənzil, onun qardaşı olan ikinci Cavabdeh3 adına keçirilmişdir. Cavabdehlərin vəkilinin, MTT barədə məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadından etdiyi şikayətində göstərdiyi və Bakı Apellyasiya Məhkəməsinin icraatında olan iş üzrə, iddiaçının tələbinin ikinci hissəsinə, 10 ildən artıq müddətdə ona məxsus əmlak hüquqlarından məhrum edildiyindən, həmin əmlakın mülki dövriyyə şəraitində istifadəsində olduğu halda, istifadəsindən əldə edəcəyi ümumilikdə 100 min manat məbləğində maddi və mənəvi zərərin, yəni, 90 min manat məbləğində əldən çıxmış faydanın və 10 min manat dəyərində mənəvi zərərin mənim xeyrinə tutulması məsələsinə baxılacaqdır. Bu fakt, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-1455/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə də tam təsdiq edilməklə, “...verilmiş kassasiya şikayəti qismən təmin edilmiş; Bakı Apellyasiya Məhkəməsinin Mülki Kolegiyasının 2(103)- 5984/2023 saylı, 15 dekabr 2023-cü il tarixli qətnaməsi qismən- iddianın təmin edilmədiyi “Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 06 may 2010-cu il tarixli qətnaməsinə əsasən, xx.xx.2010-cu il tarixdə əmlak kompleksinin tam mülkiyyət hüququ üzrə Afət Abdullayevanın adına keçirilməsi və Bakı şəhəri 7 saylı Dövlət Notariat Kontorunun xx.xx.1011-ci il tarixli 2V/1-45 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən xx.xx.2011-ci il tarixdə Cavabdeh2 adına qeydiyyatdan keçməsi ilə əlaqədar bütün hüquqverici sənədlərin iddiaçıya aid hissəsində etibarsız hesab edilməsi, dəymiş maddi və mənəvi zərərə görə cavabdehlər Cavabdeh2 və Şahin Abdillayevdən müştərək qaydada 100.000 manat məbləğində pulun onun xeyinə tutulması” hissəsində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-170/2023 saylı, 24 yanvar 2023-cü il tarixli qətnaməsinin qüvvədə saxlanıldığı hissədə ləğv edilmiş və iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir... Hazırki iddia tələbi isə, məhz, Ali Məhkəmənin qərarından irəli gəldiyindən, yeni tələb hesab olunmaqla, qərarının 107.-ci paraqrafında göstərildiyi kimi, “Məkəmə kollegiyası qeyd olunanlarla bağlı hesab edir ki, apellyasiya instansiya məhkəməsi vicdanlı əldə edən Əsmər Fətullayevanın qeydiyyatla əlaqədar əldə etdiyi hüquqlar saxlanıldığı halda, Cavabdeh2 daşınmaz əmlaka hüquqularının qeydiyyatının əsassızlığına, bunun nəticəsində iddiaçıya vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürmək hüququnun yaranmasına Mülki Məcəllənin 149.2.-ci və 452.2.-ci maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməmişdir.” Beləliklə, iş üzrə, üçüncü cavabdeh-Əmlak Məsələləri Komitəsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı təlbimiz onunla bağlı olmuşdur ki, məhz, İdarənin əməkdaşlarının hazırki iş üzrə cavabdehlər-Cavabdeh2 və Cavabdeh3 ilə cinayət əlaqəsinə girərərk mənə məxsus əmlakın birgə mənimsənilməsinin həyata keçirildiyi tam təsdiq edilir. Göstərilənlərlə əlaqədar olaraq, iddiaçıya dəymiş 300 min manat məbləğində ümumi zərərin 150 muin manatının, cavabdehlər- Cavabdeh2 və Cavabdeh3, Cavabdeh3 adıına rəsmiləşdirirdlmiş mənzilin hərrac yolu ilə satışından əldə edilmiş pul vəsaitinin, 150 min manatının isə, 3-cü cavabdeh- Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsindən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş edir. Daha sonra iddiaçı iddia tələbinin həcminin artırılmas barədə ərizə təqdim edərək, ona dəymiş 700 min manat məbləğində ümumi zərərin 350 min manatının cavabdehlərdən Cavabdeh2 və Cavabdeh3, 350 manatının isə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsindən tutulması barədə qətnamənin qəbul edilməsinin qəbul edilməsini xahiş etmişdir.
Cavabdehlərin iddiaya etiraz ərizəsi və onun dəlilləri
Cavabdehlərin vəkili və nümayəndəsi H.Hüseynov elektron kabinet vasitəsilə ərizə təqdim edərək iddiaya etiraz etmişdir. Etiraz ərizəsi onunla əsaslandırılmışdır ki iddia ərizəsi qeyri müəyyəndir. Əmlakın hərracdan satılmasına dair məhkəmə qətnaməsi mövvud deyil. Belə vəziyyətdə, hərracda satılmayan əmlaka görə 300000 manat pul tələb edilməsi mümkünsüzdür. İddia ərizəsinin məzmunundan da görünür ki, iddiaçı keçmiş fəaliyyətinin tarixindən bəhs etməklə özünü xarakterizə edir. Görünən odur ki, iddiaçının keçmiş fəaliyyəti qalmaqallı hadisələrlə zəngindir və hazırda iddiaçı təsadüflərdən yararlanmağa çalışır. Həbsdən azad olduqdan sonar əsassız varlanmağa cəhd edərək əsassız iddialarla məhkəmələrə müraciət etmişdir. Hazırda zəif həlqə kimi Ceyhun və Cavabdeh3 qardaşlarını seçmişdir. Həbsdə yatarkən Cavabdeh2 onu ziyarət etməməsinin əvəzini çıxmağa çalışır. 2021-ci ildən başlayaraq Ceyhun və Cavabdeh3lərə qarşı müxtəlif iddialar qaldırıb və hazırdada iddia qaldırmaqda davam edir. İddiaçı mübahisə olnan obyektin satılmasında müştərinin tapılmasında, hətta Cavabdeh3 adına evin alınmasında bilavasitə iştirak etmiş, satılmış əmlakın dəyərinin yarısını şəxsdən almışdır. Məhz bu səbəbdən 12 l ərzində iddia qaldırmamışdır. Məhkəmənin diqqətinə çatdırır ki, İddiaçı ali təhsilli hüquqşünas olmaqla uzun müddət vəkillik fəaliyyəti ilə məşğul olmuşdur. Xəzər və Binəqədi Rayon Məhkəmələrində İddiaçı pul tələblərinə baxılmış və iddiaları rədd edilmişdir. Hazırda Bakı Apellyasiya Məhkəməsində Suraxanı Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli qətnaməsinə əsasən, xx.xx.2010-cu il tarixdə əmlak kompleksinin tam mülkiyyət hüququ ilə Afət Abdullayevanın adına keçirilməsi və Bakı şəhəri 7 saylı Dövlət Notariat Kontorunun xx.xx.2011-ci il tarixli 2V/1-45 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən xx.xx.2011-ci il tarixdə Cavabdeh2 adına qeydiyyatdan keçməsi ilə əlaqədar bütün hüquqverici sənədlərin iddiaçıya aid hissəsində etibarsız hesab edilməsi, dəymiş maddi və mənəvi zərərə görə cavabdehlərdən müştərək qaydada 100000 manat məbləğində pulun onun adına tutulması” hissəsinə baxılır. İddiaçı 2012-ci ildə 2 saylı Bakı-İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək hazırda iddia etdiyi daşınmaz əmlakın yarısına onun adına, digər yarısına isə Cavabdeh2 adına reyestrdən çıxarış verilməsini xahiş etmişdir. Yəni obyektin satılmasının qarşısını almağa səy göstərmişdir. Bakı İnzibati İqtisadi Məhkəməsinin xx.xx.2012-ci il tarixli Qərarı ilə iddia rədd edilmişdir. İddiası təmin olunmadığı halda məhkəmə qərarından şikayət verməmişdir. Başqa sözlə tələbinin qanunsuzluğu ilə barışmışdır. Göstərilənləri və hazırki iddia tələbinin qeyri müəyyən olunmasını nəzərə alaraq iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş edir.
Məhkəmə icraatı iştirakçılarının izahatları
Məhkəmə iclasında iştirak edən cavabdehlər Cavabdeh2 və Cavabdeh3 vəkili Vəkil Heydər oğlu etiraz ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın rədd olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumatlandırılmış iddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Eyni zamanda əvvəlki məhkəmə iclasında izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəfin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir.
Mülki işin materialları
- Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1217/2018 saylı qətnaməsindən görünür ki,X1 X7 və Cavabdeh2 qarşı müqavilənin etibarsız hesab edilməsi, mülkiyyət hüququna xitam verilməsi,qeyri yaşayış sahəsinin əldə edilməsində üstünlük hüququnun tanınması və pulun ödənilməsi barədə iddia rədd edilmişdir. - Ali Məhkəmənin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli 2(102)-1455/2024 saylı qərardadından görünür ki, iddiaçı tərəfindən verilən kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5984,2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi qismən – iddianın təmin edilmədiyi “Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli qətnaməsinə əsasən, xx.xx.2010cu il tarixdə əmlak kompleksinin tam mülkiyyət hüququ üzrə Afət Abdullayevanın adına keçirilməsi və Bakı şəhəri 7 saylı Dövlət Notariat Kontorunun xx.xx.2011-ci il tarixli 2V/1- 45 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən xx.xx.2011-ci il tarixdə Cavabdeh2anın adına qeydiyyatdan keçməsi ilə əlaqədar bütün hüquqverici sənədlərin iddiaçıya aid hissəsində etibarsız hesab edilməsi, dəymiş maddimənəvi zərərə görə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 100.000 manat məbləğində pulun onun xeyrinə tutulması” hissəsində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-170/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsinin qüvvədə saxlanıldığı hissədə ləğv edilməsi; işin həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır. - Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 16(001)- 243/2024 saylı qərardadından görünür ki,ərizəçi İddiaçı X16 barədə ərizəsi qimən təmin olunur.Cavabdeh3 məxsus Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsi, məhəllə 3066, bina 40a, 88 saylı mənzilin üstünə həbs qoyulub. - Bakı şəhər Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il 2(003)-73/2022 saylı qətnamədən görünür ki,İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh3 qarşı cavabdehlər 500000 dollarının bu günə olan manatla məzənnəsi ilə 850000 manat maddi zərərin və 150000 manat məbləğində əldən çıxmış faydanın(mülki dövriyyə şəraitində dəymiş maddi zərərin istifadəsindən əldə edilən gəlir) iddiaçının xeyrinə tutulması tələbinə dair iddia təmin edilməmişdir. - Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(103)-4526/2024 saylı qətnaməsindən görünür ki, İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfidnən qəbul edilmiş xx.xx.2023-cü il tarixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə qismən, yəni iddianın “Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı-Zığ və Suraxanı-Qaraçuxur yollarının kəsişməsində yerləşən ümumi sahəsi – “A” tikilisinin 945,5 kv.m, “B” tikilisinin 44,0 kv.m. olan mübahisəli Əmlak Kompleksinin Suraxanı Rayon Məhkəməsinin 06 may 2010-cu il tarixli qətnaməsinə əsasən, 01 iyul 2010-cu il tarixdə tam mülkiyyət hüququ üzrə Afət Abdullayevanın adına keçirilməsi və Bakı şəhəri 7 saylı Notariat Kontorunun verdiyi 01 aprel 2011-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”yə əsasən 30 aprel 2011-ci il tarixində Cavabdeh2 adına qeydiyyatdan keçməsi ilə əlaqədar bütün hüquqverici sənədlərin İddiaçı aid hissəsində etibarsız heab edilməsi barədə” hissəsinin rədd edilməsi hissəsində ləğv edilsin və həmin tələblə bağlı iş üzrə yeni qətnamə qəbul edilərək, həmin tələbin qismən təmin edilməsi; - Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı-Zığ və Suraxanı-Qaraçuxur yollarının kəsişməsində yerləşən ümumi sahəsi – “A” tikilisinin 945,5 kv.m, “B” tikilisinin 44,0 kv.m. olan mübahisəli Əmlak Kompleksinin Suraxanı Rayon Məhkəməsinin 06 may 2010-cu il tarixli qətnaməsinə əsasən, 01 iyul 2010-cu il tarixdə tam mülkiyyət hüququ üzrə Afət Abdullayevanın adına keçirilməsi və Bakı şəhəri 7 saylı Notariat Kontorunun verdiyi 01 aprel 2011-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”yə əsasən 30 aprel 2011-ci il tarixində Cavabdeh2 adına qeydiyyatdan keçməsi ilə əlqədar bütün hüquqverici sənədlər İddiaçı aid 37,5 faiz hissəsində etibarsız hesab edilməsi; tələbin qalan hissəsinin təmin edilməməsi; Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi 24 yanvar 2023-cü il tarixli qətnamənin hazırki apellyasiya baxışının predmetini təşkil edən qalan hissəsi, yəni iddianın “dəymiş maddi-mənəvi zərərə görə cavabdehlər Ceyhun və Cavabdeh3lərdən müştərək qaydada pulun iddiaçının xeyrinə tutulması” hissəsində təmin edilməməsi hissəsində dəyişdirilmədən saxlanılması qət edilmişdir. - İddiaçı xx.xx.2025-ci il tarixli kassasiya şikayətindən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(103)-4526/2024 saylı qətnaməsindən kassasiya şikayəti verərək iddia tələbinin tam təmin edilməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. - "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli hesabatından görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı-Zığ və Suraxanı-Qaraçuxur yollarının kəsişməsində yerləşən qeyri-yaşayış binasının dəyəri ******* (bir milyon dörd yüz min) manat təşkil edir.
Mülki işə tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 21-ci maddəsinə müvafiq olaraq, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1 və 1097.3-cü maddələrinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrənin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, “hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyriəmlak xarakterli olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1115-ci maddəsinə görə isə, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Həmin Məcəllənin 452.2-ci maddəsinə əsasən, kreditor öhdəliyin predmeti olan əmlakın ona verilməsini tələb etmək əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 149.2-ci maddəsinə əsasən, əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. İşə baxan məhkəmənin mövqeyi
Məhkəmə hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. İddiaçının iddia tələbininin bir hissəsi – 700 min manat məbləğində pulun yarısının, yəni 350 min manatının Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsindən tutulmasına aid hissəsində icraata Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə xitam verilmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, iddia ərizəsində iddiaçı AR Ali Məhkəməsinin 30 aprel 2024-cü il tarixli, 2(102)-1455/2024-cü il tarixli Qərarına istinad edərək, cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində ona dəymiş maddi ziyanın ödənilməsini xahiş edir və bu zərəri 300000 manat məbləğində qiymətləndirir. Daha sonra iddia tələbinin həcminin artırılmasına dair ərizə təqdim edir və cavabdehlərdən ona dəymiş maddi ziyanın əvəzi olaraq 700 min manat məbləğində pulun tutulmasını xahiş edir. Göründüyü kimi, iddia tələbinin həcminin artırılmasına dair ərizədə iddianın faktiki əsası deyil, yalnız zərərin məbləği dəyişidirimişdir. Məhkəmə iddiaçının bu mövqeyini Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.5-ci maddəsinin həmin Məcəllənin 155, 156 və 372.4-cü maddələri ilə müqayisəli şəkildə şərh edilməsinə dair” 27 avqust 2012-ci il tarixli Plenum Qərarına uyğun hesab edir. Məhkəmə daha sonra qeyd edir ki, iddiaçı AR Ali Məhkəməsinin yuxarıda istinad edilən Qərarına istinad etsə də, həmin Qərarda Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5984/2023 nömrəli, 15 dekabr 2023-cü il tarixli qətnaməsi qismən, o cümlədən dəymiş maddi-mənəvi zərərə görə cavabdehlərdən Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 100 min manat məbləğində pulun onun xeyrinə tutulması hissəsində ləğv edilmiş və iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Eyni Qərar ilə cavabdehlər Cavabdeh2 ilə Əsmər Fətullayeva arasında Əmlak Kompleksinə dair Bakı şəhəri 11 saylı dövlət notariat ofisində bağlanmış xx.xx.2012-ci il tarixli alqı-satqı müqaviləsinin iddiaçıya aid hissəsində etibarsı hesab edilməsi, həmin əmlak üzərində tam mülkiyyət hüquqlarının bərpa edilməsi və həmin əmlakın 50 faizi üzrə tam mülkiyyət hüququnun onun adına yenidən qeydiyyata alınması və bu barədə çıxarışının verilməsinin cavabdeh DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması hissəsində təmin edilməməsinə münasibətdə birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanması hissəsində Bakı Apellyasiya Məhkəməsinin qərarı qüvvədə saxlanılmışdır. Beləliklə iddia tələbinin həmin hissəsi ilə bağlı yekun məhkəmə aktı qəbul edilmiş və o hissə artıq apellyasiya baxşının predmeti olmamışdır. İddiaçı AR Ali Məhkəməsinin sözügedən Qərarının 107-ci maddəsinə istinad etsə də, orada iddiaçı tərəfindən yeni iddia tələbinin irəli sürülməsi deyil, artıq icraatda olan mülki iş üzrə daşınmaz əmlaka hüquqların qeydiyyatının əsassızlığına, bunun nəticəsində iddiaçıya vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürmək hüququnun yaranmasına MM-nin 149.2 və 452.2-ci maddələrinin tələbləri baxımından düzgün qiymət verilməməsi qeyd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(103)-4526/2024 saylı qətnaməsi ilə Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı-Zığ və Suraxanı-Qaraçuxur yollarının kəsişməsində yerləşən ümumi sahəsi – “A” tikilisinin 945,5 kv.m, “B” tikilisinin 44,0 kv.m. olan mübahisəli Əmlak Kompleksinin Suraxanı Rayon Məhkəməsinin 06 may 2010-cu il tarixli qətnaməsinə əsasən, 01 iyul 2010-cu il tarixdə tam mülkiyyət hüququ üzrə Afət Abdullayevanın adına keçirilməsi və Bakı şəhəri 7 saylı Notariat Kontorunun verdiyi 01 aprel 2011-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”yə əsasən 30 aprel 2011-ci il tarixində Cavabdeh2 adına qeydiyyatdan keçməsi ilə əlqədar bütün hüquqverici sənədlər İddiaçı aid 37,5 faiz hissəsində etibarsız hesab edilməsi; tələbin qalan hissəsinin təmin edilməməsi; Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi 24 yanvar 2023-cü il tarixli qətnamənin hazırki apellyasiya baxışının predmetini təşkil edən qalan hissəsi, yəni iddianın “dəymiş maddi-mənəvi zərərə görə cavabdehlər Ceyhun və Cavabdeh3lərdən müştərək qaydada pulun iddiaçının xeyrinə tutulması” hissəsində təmin edilməməsi hissəsində dəyişdirilmədən saxlanılması qət edilmişdir. Hazırki iddia tələbi üzrə isə iddiaçı Cavabdeh3 məxsus mənzilin ona məxsus əmlakın satışından əldə edilən pul vəsaiti hesabına alındığını nəzərə alaraq zərərin bir hissəsinin Cavabdeh3 adına rəsmiləşdirilən mənzilin hərrac yolu ilə satışından əldə edilmiş pul vəsaiti hesabına ödənilməsini tələb edir. Eyni zamanda əmlakın məbləğinin yarısının - 350 min manatının cavabdehlərdən tutulmasını xahiş edir. Məhkəmə hesab edir ki, iddia tələbi özü özlüyündə əsassıdzdır. Belə ki, iddiaçı əmlakın dəyərinin yarısının cavabdehlərdən tutulmasını tələb etsə də, əmlak üzərində tam mülkiyyət hüquqlarının bərpa edilməsi və həmin əmlakın 50 faizi üzrə tam mülkiyyət hüququnun onun adına yenidən qeydiyyata alınması barədə iddia tələbinin rədd edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi mövcuddur. Digər tərəfdən cavabdehə məxsus mənzilin məhz mübahisəli əmlakın satılması nəticəsində əldə edilmiş pul məbləği hesabına alınmasını təsdiq edən hər hansı sübut yoxdur. İddiaçıya dəymiş maddi və mənəvi ziyanın - əldən çıxmış faydanın ödənilməsi barədə iddia tələbi isə başqa məhkəmə icraatının predmetidir. Mülki iş üzrə tədqiq ediliş sübutlara məcmu halda qiymət verərək, məhkəmə maddi ziyanın ödənilməsi ilə bağlı iddia tələbini əsassız hesab edir və belə nəticəyə gəlir ki, ümumulikdə iddiaçılar qarşı tərəfin hərəkət və ya hərəkətsizliyi nəticəsində onlara hər hansı bir maddi zərərin dəyməsini sübuta yetirə bilmədilər. Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 21.2, 1096, 1097.1-ci maddələrinin tələblərinə görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Maddi ziyanın məbləğini və onun vurulduğunu iddia edən tərəf bu halları; ziyanın onun təqsiri olmadan dəydiyini iddia edən şəxs isə təqsiri olmadığını sübut etməyə borcludur. Məhkəmə hesab edir ki, iddiaçılara dəymiş ziyan və cavabdehlərin hərəkətləri arasında hər hansı səbəbli əlaqə müəyyən edilmir. Qeyd edilənlərə əsasən məhkəmə maddi ziyanla bağlı iddia tələbini əsassız hesab edir və onun rədd edilməsi qənaətinə gəlir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, “məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir”. AR Mülki Prosessual Məcəlləsinin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublİkasının Qanununun 100-cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Azərbaycan Respublikası MPM-nin: - 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh3 qarşı maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi təmin edilməsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətdə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Mehriban Əfəndizadə