Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(005)-4274/2024 03.12.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, Mayılzadə Gülzadə Çingiz qızının katibliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı X1 Bakı Filialının Cavabdeh qarşı icra üsulunun dəyişdirilməsi tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X1 Bakı Filialı Cavabdeh qarşı icra üsulunun dəyişdirilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 01 dekabr 2021-ci il tarixli 2(103)- 1034/2021 saylı Qətnaməsinin icra üsulunun, qaydasının dəyişdirilməsi vəcavbdeh Cavabdeh qalan 5712,79 manat borcunun onun digər pul gəlirlərinə yönəldilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Nərimanov rayon Məhkkəməsinin 09 mart 2018-ci il tarixli 2(005)-91/2018 saylı Qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh 62000 (altmış iki min) manat əsas borc, 41629,16 (qırx bir min altı yüz iyirmi doqquz manat on altı qıpik) manat məbləğində faiz borcu, müqavilə müddəti bitən tarixdən sonra hesablanmış illik 5 faiz, yəni 3409,99 (üç min dörd yüz doqquz manat doxsan doqquz qəpik) manat, cəmi 107039,15 (yüz yeddi min otuz doqquz manat, on beş qəpik) manat məbləğində kredit borcu və 30 (otuz) manat dövlət rüsumu iddiaçı “X1” Bakı filialının xeyrinə tutulması, borc tələbi ipoteka ilə yüklü edilmiş Cavabdeh məxsus İsmayıllı rayonu, Xənəyə kəndində yerləşən fərdi yaşayış evinə yönəldilməsi, həmin fərdi yaşayış evinin acıq hərraca çıxarılması, İsmayıllı rayonu, Xənəyə kəndində yerləşən fərdi yaşayış evinin açıq hərracda ilkin satış qiyməti 293850 (iki yüz doxsan üç min səkkiz yüz əlli) manat müəyyən edilməsi, əldə ediləcək vəsait Cavabdeh banka olan borcunun ödənilməsinə yönəldilməsi və qeyd edilən fərdi yaşayış evi satıldıqdan sonra İsmayıllı rayonu, Xənəyə kəndində yerləşən fərdi yaşayış evində qeydiyyatda olan şəxslər yaşayış sahəsini ən geci bir ay ərzində tərk etmələri, əmlakın satışından əldə edilən məbləğ hesabına borc ödənildikdən sonra qalan məbləğ Cavabdeh qaytarılması və s. qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 22 yanvar 2020-ci il tarixli 2(103)-152/2020 saylı Qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nərimanov rayon Məhkkəməsinin 09 mart 2018-ci il tarixli 2(005)-91/2018 saylı Qətnaməsimübahisələndirilən-cavabdehdən 41629,16 manat məbləğində faiz borcu və müqavilə müddəti bitən tarixdən sonra hesablanmış illik 5 faiz, yəni 3409,99 (üç min dörd yüz doqquz manat doxsan doqquz qəpik) manat pulun tutulması hissələrində dəyişdirilməsi, Cavabdeh tutulmalı olan faiz borcu 13600 manat, müqavilə müddəti bitən tarixdən sonra hesablanmış illik 5 faiz məbləğ isə 2583 manat müəyyən edilməsi, Qətnamə mübahisələndirilən 62000 manat pulun tutulması hissəsində dəyişdirilmədən saxlanması və s barədə Qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 28 sentyabr 2020-ci il tarixli 2(102)-3856)/2020 saylı Qərarı ilə “X1” Bakı filialının və Cavabdeh kassasiya şikayətləri rəmin edilmiş, BakıApellyasiya Məhkəməsi Mülki Kollegiyasının 22 yanvar 2020-ci il tarixli 2(103)-152/2020 saylı Qətnaməsi tutulan borc məbləği hissələrində ləğv edilmiş, iş həmin hissədə yeni apellyasiya baxışına qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 01 dekabr 2021-ci il tarixli 2(103)-1034/2021 saylı Qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti qismən təmin edilmiş, hazırkı iş üzrə Bakı şəhəri Nərimanov rayon Məhkkəməsinin 09 mart 2018-ci il tarixli 2(005)-91/2018 saylı Qətnaməsi mübahisələndirilən hissədə ləğv edilmiş, həmin hissədə yeni qətnamə qəbul edilməsi, iddia tələbi mübahisələndirilən hissədə qismən təmin edilməsiCavabdeh 19000 (on doqquz min) manat əsas borc, 26342 (iyirmialtımin üç yüz qırx iki min) manat məbləğində faiz borcu, xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixə faiz borcu 3409 (üç min dörd yüz doqquz) manat (illik 5 faiz), cəmi 48751,99 (qırx səkkiz min yeddi yüz əlli bir manat, doxsan doqquz qəpik) manat məbləğində kredit borcu və 13,8 (on üş manat səksən qəpik) manat dövlət rüsumu iddiaçı“X1” Bakı filialına ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 07 iyun 2022-ci il tarixli 2(102)-2930)/2022 saylı Qərarı ilə Cavabdeh kassasiya şikayəti təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 01 dekabr 2021-ci il tarixli 2(103)-1034/2021 saylı Qətnaməsinin dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 01 dekabr 2021-ci il tarixli 2(103)-1034/2021 saylı Qətnaməsi ilə müəyyən olunmuş 48751,99 manat kredit və 13.8 manat dövlət rüsumundan sonra Cavabdeh tərəfindən cəmi 43053 manat kredit borcu ödənişi icra olunmuşdur. Ödənişlər aşağıdakı kimidir: 1. xx.xx.2023- cü il 10000 manat; 2. xx.xx.2023cü il 9800 manat; 3. xx.xx.2023-cü il 200 manat; 4. xx.xx.2023-cü il 10000 manat; 5. xx.xx.2023-cü il 10000 manat; 6. xx.xx.2023-cü il 2053 manat; 7. xx.xx.2024-cü il 1000 manat. Sonradan cavabdeh ərizə yazaraq borcunun 42000 manatlıq hissəsini ödənilməsini nəzərə alaraq təminatın azad edilməsi, qalan borcunu isə ödəyəcəyinə söz vermişdir. Cavabdehin müraciətini nəzərə alaraq qarşılıqlı razılıq əsasında girov əmlak azad edilmişdir. Cavabdehin qalan borcu bu günədək ödənilmədən qalmışdır. Hazırda cavabdehin Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 01 dekabr 2021-ci il tarixli 2(103)-1034/2021 saylı Qətnaməsi ilə müəyyən edilmiş kredit borcundan 5712,79 manatlıq hissəsi qalmışdır. Cavabdeh borcunu icra etməməsi səbəbindən və tələb yönəldilən girov əmlak yüklülükdən azad edildiyindən Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 01 dekabr 2021-ci il tarixli 2(103)-1034/2021 saylı Qətnaməsinin icra üsulu və qaydası dəyişdirilməli, cavabdehin digər pul gəlirlərinə yönəldilməlidir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci addəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən, tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsi həmin ərizələrə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarında qeyd edilir ki, qətnamə çıxarıldıqdan sonra həmin qətnaməni çıxaran hakimin üzərinə qoyulan bir sıra vəzifələr, məsələn, ... qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi (maddə 231.1, 231.2) ...məhz qətnamənin səmərəli icrasını təmin etmək məqsədini daşıyır. Qeyd olunanlar eyni zamanda məhkəmənin qəbul etdiyi qətnamənin icrasına nəzarət funksiyasının həyata keçirilməsinə də xidmət edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən işə məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə görə işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Eyni Məcəllənin 114.1.4-cü maddəsinə uyğun olaraq bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə, ödənilmiş dövlət rüsumu geri qaytarılır. Beləliklə, məhkəmə yuxarıda qeyd edilən qanunvericilik normalarına əsaslanaraq hesab edir ki, işə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261-264 və 268-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı X1 Bakı Filialının Cavabdeh qarşı icra üsulunun dəyişdirilməsi tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan, tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində elektron kabinet vasitəsilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Mehriban Əfəndizadə
Məhkəmə qərarları › İş №e-2(005)-4274/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №e-2(005)-4274/2024
03.12.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver