Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-446/2024 09.02.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, Məhkəmə iclas katibi Mayılzadə Gülzadə Çingiz qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Mənzil-Tikinti Kooperativinə qarşı (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) ümumi yığıncağın qərarının iddiaçıya verilməsi öhdəliyinin "xxxx" Mənzil-Tikinti Kooperativinin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi və iddia ərizəsinin dəqiqləşdirilməsi ilə bağlı ərizə üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" Mənzil-Tikinti Kooperativinə qarşı (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) ümumi yığıncağın qərarının iddiaçıya verilməsi öhdəliyinin "xxxx" Mənzil-Tikinti Kooperativinin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında inşa edilmiş 1ci giriş, 17-ci mərtəbədə yerləşən, ümumi sahəsi 188.65 kv.m olan 47 saylı mənzilə dair İddiaçı "xxxx" MTK-nın üzvlüyünə qəbul olunmasına dair ümumi yığıncağının qərarının iddiaçıya verilməsi vəzifəsi cavabdeh "xxxx" MTK-nın üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ünvan 1 ünvanında inşa edilmiş 1-ci giriş, 17-ci mərtəbədə yerləşən, ümumi sahəsi 188.65 kv.m olan 47 saylı mənzilə dair İddiaçı "xxxx" Mənzil-Tikinti Kooperativinin üzvlüyünə qəbul olunmasına və həmin mənzilin onun mülkiyyətinə verilməsinə dair ümumi yığıncağının qərarının iddiaçıya verilməsi vəzifəsinin cavabdeh "xxxx" Mənzil-Tikinti Kooperativinin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdeh "xxxx" MTK-ilə xx.xx.2011-ci ildə payçı qismində üzv olaraq müqavilə bağlamış və həmin müqavilə üzrə üzərimə düşən məbləği tam şəkildə Qız Qalası MTK-ya ödəmişdir. Müqavilənin şərtlərinə əsasən cavabdeh ona ünvan 2 ünvanında 47 saylı binada ümumi sahəsi 188.65 kv.m yaşayış sahəsi isə 100.41 kv.m olan, 1-ci giriş 17-ci mərtəbədə yerləşən 4 otaqlı mənzil təhvil verməli idi. Hal hazırda mənzil hazır olub və mən həmin mənzilə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyetstrində qeydə alınması (çıxarışın verilməsi) üçün tələb olunan onun Qız Qalası “Mənzil-Tikinti Kooperativinin üzvlüyünə qəbul olunmasına dair üzvlərinin ümumi yığıncağının qərarının verilməsi tələb etməyinə baxmayaraq cavabdeh həmin sənədləri ona verməkdən imtina edir, onun əvəzinə ondan pul tələb edir. O bir payçı olaraq üzərinə düşən ödənişi tam şəkildə həyata keçirmiş buna dair müvafiq maliyyə arayışı da mövcuddur. Sözügedən mənzili təmir edərək uzun müddətdir ki həmin mənzildə yaşayır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh və üçüncü şəxsə məhkəmə iclasının vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etmirlər. Məhkəmə onların iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia qismən əsaslıdır və qismən təmin edilməlidir. Mülki işin materiallarında olan: - xx.xx.2011-ci il tarixli müqaviləsindən müəyyən olunur ki, "xxxx" Mənzil-Tikinti Kooperativi sədri F.Ə.Abdullayev tərəfindən ünvan 1 ünvanında inşa edilmiş 1-ci giriş, 17ci mərtəbədə yerləşən, ümumi sahəsi 188.65 kv.m olan 47 saylı mənzili alıcı İddiaçı mülkiyyətinə verir. Mənzilin dəyəri başa gəlmə qiyməti ilə müəyyən edilmişdir. - Maliyyə arayışından görünür ki, ünvan 1 ünvanında inşa edilən kooperativ yaşayış binası "xxxx" Mənzil-Tikinti Kooperativinə məxsusdur. Bu binanın 1-ci giriş 17-ci mərtəbəsində ümumi sahəsi 188,65 kv.m yaşayış sahəsi, 100,41 kv.m olan 4 otaqlı 47 saylı mənzilin pay dəyəri payçı İddiaçı tərəfindən tam ödənilmişdir, MTK-ya borcu yoxdur. - Tikintilərin Dövlət Reyestrindən Çıxarışdan görünür ki, "xxxx" Mənzil-Tikinti Kooperativinə ünvan 1, Ceyhun Hacıbəyli küçəsi, ev 28C ünvanında tikintiyə icazə verilmişdir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, İddiaçı "xxxx" Mənzil-Tikinti Kooperativi ilə müqavilə bağlamış və müqaviləyə əsasən ödənişlər etmişdir. Maliyyə arayışından qeyd edilir ki, ünvan 1 ünvanında inşa edilən kooperativ yaşayış binası "xxxx" Mənzil-Tikinti Kooperativinə məxsusdur. Bu binanın 1-ci giriş 17-ci mərtəbəsində ümumi sahəsi 188,65 kv.m yaşayış sahəsi, 100,41 kv.m olan 4 otaqlı 47 saylı mənzilin pay dəyəri payçı İddiaçı tərəfindən tam ödənilmişdir, MTK-ya borcu yoxdur. Buna baxmayaraq müqaviləyə uyğun olaraq razılaşdırılmış mənzilə dair sənədlər ona təhvil verilməmişdir. Bu səbəbdən iddiaçıya müvafiq sənədlərin verməsi öhdəliyinin də "xxxx" Mənzil-Tikinti Kooperativinin üzərinə qoyulmalı olduğunu bildirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçırirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun: 8-ci maddəsinə əsasən, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə). 10-cu maddəsinə əsasən, qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-cimaddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 568.2-ci maddəsinə əsasən əgər alqısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcı əşyanı alıcıya verməklə bir vaxtda onun ləvazimatını, habelə əşyaya aid olan, qanunvericilikdə və ya müqavilədə nəzərdə tutulan sənədləri də (texniki pasportu, keyfiyyət sertifikatını, istismar təlimatını və i.a.) verməyə borcludur. Məhkəmə tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək, belə nəticəyə gəlir ki, ünvan 1 ünvanında inşa edilmiş 1-ci giriş, 17-ci mərtəbədə yerləşən, ümumi sahəsi 188.65 kv.m olan 47 saylı mənzilə dair İddiaçı "xxxx" Mənzil-Tikinti Kooperativinin üzvlüyünə qəbul olunmasına və həmin mənzilin onun mülkiyyətinə verilməsinə dair ümumi yığıncağının qərarının İddiaçı təqdim edilməsi "xxxx" Mənzil-Tikinti Kooperativinin üzərinə öhdəlik olaraq qoyulması hissəsində iddia tələbi əsaslıdır və təmin edilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən, mülki iş üzrə ödənilmiş 100 manat dövlət rüsumu cavabdeh "xxxx" MTK-dan tutulmalı, qalan hissədə iddiaçıya aid edilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmış, öz qətnaməsini məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. ünvan 1 ünvanında inşa edilmiş 1-ci giriş, 17-ci mərtəbədə yerləşən, ümumi sahəsi 188.65 kv.m olan 47 saylı mənzilə dair İddiaçı "xxxx" Mənzil-Tikinti Kooperativinin üzvlüyünə qəbul olunmasına və həmin mənzilin onun mülkiyyətinə verilməsinə dair ümumi yığıncağının qərarının İddiaçı təqdim edilməsi "xxxx" Mənzil-Tikinti Kooperativinin üzərinə öhdəlik olaraq qoyulsun. İddia üçün ödənilmiş 100 manat dövlət rüsumu cavabdeh "xxxx" Mənzil-Tikinti Kooperativindən tutulsun. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mehriban Əfəndizadə
Məhkəmə qərarları › İş №e-2(005)-446/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-446/2024
09.02.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver