Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-4464/2021 28.10.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X5, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “maliyyə arayışının verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum atası X1 1 iyun 2003-cü il tarixdə haqqını tam ödəyərək Cavabdeh MMC-dən aldığı Bakı şəhəri, Atatürk prospekti 3078 a məhəlləsinin şimal hissəsində yerləşən A5 korpusu 5-ci mərtəbə 3 otaqdan ibarət ümumi sahəsi 138.97 kv.m olan yaşayış sahəsinə dair Maliyyə arayışının verilməsi öhdəliyinin cavabdeh şirkətin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 14.12.2016-cı il tarixdə Bakı şəhəri 13 saylı dövlət notariat kontorunun dövlət notariusu, K.N.Hüseynzadə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsinə əsasən 19 fevral 2006-cı il tarixdə vəfat etmiş atası X7 vərəsəsi olaraq Ondan qalan miras əmlakları irs olaraq qəbul etmişdir. Atası X2 Cavabdeh MMC-dən Bakı şəhəri, Atatürk prospekti 3078 a məhəlləsinin şimal hissəsində yerləşən A5 korpusu 5-ci mərtəbə 3 otaqdan ibarət ümumi sahəsi 138.97 kv.m olan yaşayış sahəsini 21 iyun 2003-cü il tarixdə 111 nömrəli müqavilə ilə almışdır. Eyni tarixli 21 iyun 2003-cü il tarixli Kassa mədaxil orderindən də görünür ki, atası həmin əmlakın ödənişi tam olaraq ödəmiş lakin indiyə qədər maliyyə arayışının cavabdeh təşkilat tərəfindən alınması mümkün olmamışdır. Atası vəfat etdikdən sonra dəfələrlə bu barədə cavabdeh təşkilata müraciət etsə də, cavabdeh təşkilat arayışın ona verilməsindən əsassız şəkildə imtina etmişdir. Daha sonra yenidən cavabdeh təşkilata müraciət etsə də, təşkilat iddiaçıya heç bir cavab verməmişdir. Qanun üzrə vərəsəlik şəhadətnaməsindən də görünür ki, o atasının varisi kimi ondan qalan əmlakı irs olaraq qəbul etməli, lakin bu günə qədər cavabdeh təşkilat ona əsassız imtinalar verərək iddiaçının qanunla qorunan bütün hüquqlarını pozmuşdur. O iddianın məzmunundan irəli gələn maddi-hüquqi tələbini pretenziya formasında cavabdehə göndərmişdir. Lakin, cavabdeh iddiaçının tələbinə etinasız yanaşmış və mübahisənin məhkəməyə qədər çözülməsi üçün heç bir səy göstərməmişdir. Göründüyü kimi tərəflər arasında yaranmış mübahisəsinin məhkəmə qərarı olmadan həlli mümkün deyil. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh "xxxx" MMC-yə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə hər hansı məlumat verməmişdir. Bu səbəbdən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə tərəfin izahatını dinləyib, mülki işin sənədlərini araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İcraçı "xxxx" MMC ilə alıcı X8 arasında bağlanmış 21.06.2003-cü il tarixli müqavilənin notarial qaydada təsdiq olunmuş surətinə əsasən icraçı "xxxx" MMC A5 korpusu, 5-ci mərtəbə 3 otaqdan ibarət, ümumi sahəsi 138,97 kv.m, yaşayış sahəsi 78,32 kv.m təşkil edən mənzili alıcıya təhvil verməyi, alıcı X8 isə ümumi məbləği (30573 ABŞ dolları) nəğd pulla müqavilə ilə razılaşdırılmış müddətdə “İcraçı”ya ödəməyi öhdəsinə götürmüşdür; 21.06.2003-cü il tarixli kassa mədaxil orderinin notarial qaydada təsdiq olunmuş surətinə əsasən X8 tərəfindən 111 saylı müqaviləyə əsasən ********* manat ödəniş olunmuşdur, 1 saylı” ASAN xidmət mərkəzi” Qeydiyyat şöbəsi tərəfindən 23.02.2016-cı il tarixdə verilmiş AZ-İ seriyalı, 797715 saylı ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətinə əsasən X8 19.02.2016-cı il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 23.02.2016-cı il tarixdə 221 nömrə ilə qeyd edilmişdir; Bakı şəhəri 13 saylı notariat ofisinin xüsusi notariusu İ.T.Hüseynova tərəfindən verilmiş 14.10.2016-cı il tarixli 2V-149 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür, 19.02.2016-cı il tarixdə vəfat etmiş, X4 vərəsəsi İddiaçı miras əmlaklardan pay almalıdır. Şəhadətnamə ilə müəyyən olunan əmlak İddiaçı verilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqlarının Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri Bakı Şəhər Ərazi İdarəsi tərəfindən, 1222 nömrəli reyestr kitabının, 111156 nömrəli vərəqəsində, **********26-05301-093066 reyestr nömrəli, ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış, 04.09.2010-cu il tarixdə verilmiş Çıxarışa və elektron informasiya sistemi vasitəsilə 14 oktyabr 2016-cı il tarixdə əldə edilmiş daşınmaz Əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair ********** saylı arayışa əsasən, ünvan 1 ünvanında yerləşən, yaşayış sahəsi 60.3 kv.m, yardımçı sahəsi 43.3 kv.m və ümumi sahəsi 103.6 kv.m olan 3 otaqlı, 1 saylı mənzildən, DİN DYPİ-in RQİŞ tərəfindən, 06.09.2008-ci il tarixdə verilmiş, AB № 166829 nömrəli Azərbaycan Respublikası Nəqliyyat Vasitəsinin Qeydiyyat şəhadətnaməsinə əsasən, 2008-ci il buraxılışlı, JM71B19A580108365 ban nömrəli, CA10251977 mühərrikli, 90DN599 dövlət qeydiyyat nişanı olan, Mazda- CX9 minik markalı nəqliyyat vasitəsi və s. əmlaklar aiddir; İddiaçı tərəfindən "xxxx" MMC-yə göndərilmiş pretenziyanın surətində “14.12.2016-cı il tarixdə Bakı şəhəri 13 saylı dövlət notariat kontorunun dövlət notariusu, K.N.Hüseynzadə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsinə əsasən 19 fevral 2006-cı il tarixdə vəfat etmiş atam X7 vərəsəsi olaraq Ondan qalan miras əmlakları irs olaraq qəbul etmişəm. Atam X3 Cavabdeh MMC-dən Bakı şəhəri, Atatürk prospekti 3078 a məhəlləsinin şimal hissəsində yerləşən A5 korpusu 5-ci mərtəbə 3 otaqdan ibarət ümumi sahəsi 138.97 kv.m olan yaşayış sahəsini 21 iyun 2003-cü il tarixdə 111 nömrəli müqavilə ilə almışdır. Eyni tarixli 21 iyun 2003- cü il tarixli Kassa mədaxil orderindən də görünür ki, atam həmin əmlakın ödənişi tam olaraq ödəmiş lakin indiyə qədər maliyyə arayışının cavabdeh təşkilat tərəfindən alınması mümkün olmamışdır. Qeyd olunanları nəzərə alıb və AR MPM-nin 152.1.6-cı maddəsinə əsasən Sizdən xahiş edirəm mənə atamm adma olan əmlakla bağlı maliyyə arayışını 3 gün müddətində mənə təqdim edilməsini təmin edəsiniz. Əks halda Sizə qarşı AR MPM- nin tələblərinə uyğun iddia tələbi ilə müvafiq məhkəmələrə müracət edəcəyik” göstərilmişdir; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Şərh olunan hüquq normasının dispozisiyasından da aydın olduğu kimi, mülkiyyət hüququ özündə sahiblik, istifadə və sərəncam hüquqlarını ehtiva edən kompleks hüquq olduğuna görə, yalnız sahiblik və istifadə hüquqlarının mövcudluğuna dayanaraq şəxsin əmlak üzərində mülkiyyət hüquqlarını tanımaq qeyri-mümkündür. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ—əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.3-cü maddəsinə əsasən istifadə hüququ—əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25.10.2010-cu il tarixli Qərarına əsasən kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər. Məhkəmə baxışında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, iş üzrə İddiaçı atası X8 19.02.2016-cı vəfat etmişdir. Daha sonra iddiaçı atasından qalan bütün əmlakları yeganə mirası qəbul edən şəxs olaraq qəbul etmişdir. Atası X2 Cavabdeh MMC-dən Bakı şəhəri, Atatürk prospekti 3078 a məhəlləsinin şimal hissəsində yerləşən A5 korpusu 5-ci mərtəbə 3 otaqdan ibarət ümumi sahəsi 138.97 kv.m olan yaşayış sahəsini 21 iyun 2003-cü il tarixdə 111 nömrəli müqavilə ilə almışdır. Eyni tarixli 21 iyun 2003-cü il tarixli Kassa mədaxil orderindən də görünür ki, atası həmin əmlakın ödənişi tam olaraq ödəmiş lakin indiyə qədər maliyyə arayışının cavabdeh təşkilat tərəfindən alınması mümkün olmamışdır. İddiaçı mərhum atası X1 01 iyun 2003-cü il tarixdə haqqını tam ödəyərək Cavabdeh MMCdən aldığı Bakı şəhəri, Atatürk prospekti 3078 a məhəlləsinin şimal hissəsində yerləşən A5 korpusu 5-ci mərtəbə 3 otaqdan ibarət ümumi sahəsi 138.97 kv.m olan yaşayış sahəsi aldığından hazırda onun qanuni üzrə vərəsəsi iş üzrə İddiaçı Maliyyə arayışının verilməsi öhdəliyinin qoyulmasını tələb edir. Lakin, mübahisəli mənzilə dair müvafiq sənəd cavabdeh tərəfindən iddiaçıya təhvil verilməmiş, bununla da cavabdeh öz öhdəliyini yerinə yetirməmişlər. Belə ki, Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Lakin, cavabdeh tərəfindən mənzil tikintisi haqqında bağlanmış müqavilənin şərtlərinə əməl etməli və həmin müqavilələr əsasında iddiaçılara mənzilləri ilə bağlı yaranmış saiblik və istifadə hüquqlarının həyata keçirilməsinə maneçilik törətməməli və həmin mənzilinə dair mülkiyyət hüququn dövlət tərəfindən qeydiyyata alınması barədə sənədlərin- cavabdehin üzərinə mənzilin dəyərinin tam ödənilməsinə dair maliyyə arayışlının verilməsi öhdəliyi qoyulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, X1 1 iyun 2003-cü il tarixdə haqqını tam ödəyərək Cavabdeh MMC-dən aldığı Bakı şəhəri, Atatürk prospekti 3078 a məhəlləsinin şimal hissəsində yerləşən A5 korpusu 5-ci mərtəbə 3 otaqdan ibarət ümumi sahəsi 138.97 kv.m olan yaşayış sahəsinə dair Maliyyə arayışının verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalı, ödənilmiş dövlət rüsumu tələb edilmədiyindən iddiaçılara aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin119-cu və 216-220cimaddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. X1 01 iyun 2003-cü il tarixdə haqqını tam ödəyərək Cavabdeh MMC-dən aldığı Bakı şəhəri, Atatürk prospekti 3078 a məhəlləsinin şimal hissəsində yerləşən A5 korpusu 5-ci mərtəbə 3 otaqdan ibarət ümumi sahəsi 138.97 kv.m olan yaşayış sahəsinə dair Maliyyə arayışının İddiaçı verilməsi öhdəliyi cavabdeh "xxxx" MMC-nin üzərinə qoyulsun. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova
Məhkəmə qərarları › İş №e-2(005)-4464/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-4464/2021
28.10.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver