Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(005)-4537/2025 30.09.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızı, Birgə iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı “daşınar əmlakların çıxarılması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədləri məhkəmənin inzibati binasında (Bakı şəhəri, Əhməd bəy Ağaoğlu 34A) məhkəmə iclasından kənar nəzərdən keçirərək, M Ü Ə Y Y Ə N E T D İ: Birgə iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı “daşınar əmlakların çıxarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Zərdab rayonu inzibati ərazisində yerləşən 570.0 ha torpaq sahəsində iddiaçılara məxsus xx.xx.2025 qeydiyyat tarixli, dərmansəpən BADİLLİ CX1000 PRO markalı nəqliyyat vasitəsi, xx.xx.2025 qeydiyyat tarixli, diskli dırmıq ORTOLAN OMEGA 300 markalı nəqliyyat vasitəsi, xx.xx.2025 qeydiyyat tarixli, diskli dırmıq ORTOLAN OMEGA 300 markalı nəqliyyat vasitəsi, xx.xx.2025 qeydiyyat tarixli, toxum səpən MASCAR FUTURA SF6 markalı nəqliyyat vasitəsi, xx.xx.2025 qeydiyyat tarixli, toxum səpən MASCAR FUTURA SF6 markalı nəqliyyat vasitəsi **-AB-*** qeydiyyat nişanlı, BELARUS 2022.3 markalı traktor nəqliyyat vasitəsi, **-AB-*** qeydiyyat nişanlı, BELARUS 2022.3 markalı traktor nəqliyyat vasitəsi, xx.xx.2025 qeydiyyat tarixli, peyin səpən ELİBOLLAR 6TON markalı nəqliyyat vasitəsi, xx.xx.2025 qeydiyyat tarixli, su nasosu ZUCCHELLİ TPİT 400/5 markalı nəqliyyat vasitəsi, xx.xx.2025 qeydiyyat tarixli, suvarma sistemi JOHN DEERE CS00003- AB markalı nəqliyyat vasitəsi, xx.xx.2025 qeydiyyat tarixli, suvarma sistemi JOHN DEERE CS00003-AB markalı nəqliyyat vasitəsi, xx.xx.2025 qeydiyyat tarixli, çiləyici USTMAK UM- ALFA 1000X markalı nəqliyyat vasitəsi, xx.xx.2025 qeydiyyat tarixli, toxum səpən ÖZDUMAN HBM-24 markalı nəqliyyat vasitəsi, **-KS-*** qeydiyyat nişanlı, JAC markalı nəqliyyat vasitəsi, AZ-90-A-794 qeydiyyat nişanlı, MTZ 1221 markalı traktor nəqliyyat vasitəsi,AZ 90-M-498 qeydiyyat nişanlı, MTZ 1221 markalı traktor nəqliyyat vasitəsi,AZ-90- E-638 qeydiyyat nişanlı, MTZ 892 markalı traktor nəqliyyat vasitəsi, xx.xx.2018 qeydiyyat tarixli, SP markalı KOTAN nəqliyyat vasitəsi, xx.xx.2017 qeydiyyat tarixli, AK markalı KOTAN nəqliyyat vasitəsi, xx.xx.2016 qeydiyyat tarixli, P markalı KOTAN nəqliyyat vasitəsi, xx.xx.2018 qeydiyyat tarixli, CAN markalı ÇÖP DOĞRAYAN nəqliyyat vasitəsi, Türk istehsalı 24 li Diskli ağır tip Goble Toscano markası seriya nömrəsi: 332, 7-li Ripper (Patlama) 2 ədəd avadanlıq, 1 ədəd Bitki qalıqlarını xırdalayan, Toscano markalı, 2024-cü il istehsalı avadanlıq, 2 ədəd Ri0per, Mosh markalı avadanlıq, 2 ədəd, 6 korpus 14 nömrəli Alper markalı kotan, 1 ədəd Hamarlayıcı (TK-200), Perkas markalı nəqliyyat vasitəsi, Tunyalar Avtomobil tərəzisi 3x16 metrlik 60 tonluq avadanlıq və onun hissələrinin yararlı vəziyyətdə cavabdehin qanunsuz sahibliyindən maneəsiz şəkildə alınaraq təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər məhkəmə aidiyyəti qaydalarına uyğun olaraq verilmədiyindən geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 1-ci maddəsinin qeyd hissəsinə əsasən, bu Məcəllədə kommersiya mübahisələri dedikdə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələr başa düşülür. 24.2-ci maddəsinə əsasən, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. 25.1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. 26.1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. 31.1-ci maddəsində göstərilir ki, aidiyyət qaydalarının pozulmasına yol verilmir. 24.3-cü maddəsinə əsasən, məhkəmə mübahisənin məhkəmə aidiyyəti ilə əlaqədar məsələlərini ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. 152.1.3-cü maddəsinə əsasən, əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 13-cü maddəsinə əsasən, sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, əmtəə satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir; “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli qərarın 12-ci bəndinə əsasən məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır”. Qərarın 13-cü bəndinə əsasən əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrıayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir. Həmin Qərarın 20-ci bəndinə əsasən: Məhkəmə aidiyyətinin müəyyənləşdirilməsində tərəflərin subyekt tərkibi ilə bağlı meyarın qiymətləndirilməsi baxımından məhkəmələr nəzərə almalıdır ki, mübahisənin xarakteri ilə bağlı müəyyən halların (bu Qərarın 13-cü bəndi) mövcudluğu şərti ilə kommersiya məhkəmələrinin baxış predmetini təşkil edən işlər üzrə tərəflər qismində mülki hüquqi mübahisənin bütün mümkün subyektləri (hüquqi şəxslər, fərdi sahibkarlar, dövlət orqanları, bələdiyyələr, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslər) iştirak edə bilərlər. Qanunverici tərəflər arasında yaranmış mübahisənin qanuni həlini təmin etmək məqsədi ilə tərəflərin subyektiv tərkibi, mübahisənin predmeti və növü üzrə hissələrinin meyarını müəyyən etmişdir. Qeyd olunan meyyarlara uyğun məhkəmə aidiyyatının müəyyən edilməsi və işə aidiyyatı məhkəmədə baxılması yaranmış mübahisələr üzrə tərəfləri hüquqi gözləntilərinin qanuni və tam olaraq bərpa edilməsinə xidmət edir. Qeyd olunmalıdır ki, sahibkarlıq subyektləri arasında yalnız birgə fəaliyyətdən yaranan mübahisələr deyil, həm də onların ayrı-ayrılıqda həyata keçirilən fəaliyyətindən əmələ gələn mübahisələr də kommersiya mübahisəsi sayılır. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2020-ci il 18 sentyabr tarixli Qərarının tətbiqi ilə bağlı məhkəmələrin fəaliyyətinin monitorinqinin nəticələrinə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 19 dekabr 2022-ci il tarixli 6 №-li qərarına əsasən əlavə edilmiş 28-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, fərdi sahibkar kimi müvafiq vergi orqanında uçota alınmış fiziki şəxsin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada öz fəaliyyətini müvəqqəti dayandırması, yəni həmin şəxsin VÖEN-nin (vergi ödəyicisinin eyniləşdirmə nömrəsinin) aktiv olmaması onu fərdi sahibkar statusu olmayan şəxs kimi qiymətləndirməyə əsas vermir. Fərdi sahibkar kimi müvafiq vergi orqanında uçota alınmış fiziki şəxs yalnız Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 34.7.3-cü maddəsində nəzərdə tutulmuş əsaslar üzrə belə uçotdan çıxarıldığı halda fərdi sahibkar statusunu itirmiş hesab edilir. Həmçinin nəzərə alınmalıdır ki, fiziki şəxsin fərdi sahibkar kimi vergi orqanında uçota alınarkən göstərilən konkret fəaliyyət istiqamət(lər)i ilə deyil, qanunla qadağan edilməyən sahibkarlıq fəaliyyətinin başqa növü ilə məşğul olması işin kommersiya məhkəməsinə aidiyyətini dəyişdirmir. İddia ərizəsinin məzmunu ilə müəyyən olunur ki, tərəflər arasında xx.xx.2024-cü il tarixli icarə hüququnun alqı-satqı müqaviləsi bağlanmışdır. Hazırda iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh icarəyə verdikləri torpaq sahəsində yerləşən daşınar əmlakların geri qaytarılmasını xahiş edirlər. “Elektron məhkəmə” informasiya sistemindən çıxarışlardan görünür ki, tərəflərin hər biri – iddiaçılar İddiaçı1 (VÖEN: **********), İddiaçı2 (VÖEN: **********) və İddiaçı3 (VÖEN: **********) və Cavabdeh (VÖEN: **********) fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərdir. Qeyd olunmalıdır ki, sahibkarlıq subyektləri arasında yalnız birgə fəaliyyətdən yaranan mübahisələr deyil, həm də onların ayrı-ayrılıqda həyata keçirilən fəaliyyətindən əmələ gələn mübahisələr də kommersiya mübahisəsi sayılır. Digər tərəfdən mübahisə predmeti olan əmlaklar çoxsaylı dərmansəpən, diskli dırmıq, toxum səpən, kotan, bitki qalıqlarını xırdalayan, hamarlayıcı və s. olmaqla kənd təsərrüfatı sahəsində sahibkarlıq fəaliyyəti ilə bağlı istifadə edilə bilən texnikalar əmlaklardır. İddiaçı1 dənli (çəltik istisna olmaqla) bitkilərin becərilməsi, Cavabdeh isə qarğıdalının becərilməsi fəaliyyət istiqaməti üzrə sahibkarlıqla məşğuldur. Göründüyü kimi, mübahisə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər arasında olmaqla, həmçinin mübahisənin predmeti də onların sahibkarlıq fəaliyyəti ilə bağlıdır. Yəni, mübahisənin həm subyektiv tərkibi, həm predmeti sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədardır. Belə olan halda hazırki iş üzrə subyektlər, onların sahibkarlıq fəaliyyəti subyekti olmaları, habelə yaranmış mübahisənin onların sahibkarlıq fəaliyyəti ilə bağlı olması faktı hazırki işə ümumi məhkəmələrdə baxılmasını qeyri-mümkün etdiyindən qeyd olunan mülki işə kommersiya məhkəməsinin icraatında baxılmalıdır. Qeyd olunmalıdır ki, məhkəmə aidiyyəti ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsin hüquqlarının və qanuni maraqlarının əsas prosessual təminatlarından biri kimi qəbul olunur. Məhkəmə aidiyyətinə dəqiq riayət edilməsi mübahisənin müvafiq məhkəmə icraatı qaydasında hərtərəfli araşdırılmasına zəmanət yaradır. Məhkəmə icraatı növündən asılı olaraq məhkəmə prosesi xüsusi prinsiplər və prosessual qaydalara müvafiq aparılır. Bu prinsip və prosessual normalara riayət edilməsi mübahisənin ixtisaslaşdırılmış qaydada ədalətli həll edilməsinə şərait yaradır. Məhz ona görə mübahisəyə müvafiq məhkəmə aidiyyəti qaydasında baxılması konstitusion baxımdan ciddi əhəmiyyət kəsb edir. Beləliklə yuxarıda göstərilən maddi hüquq normalarının tələblərinə əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı, iddiaçıya qeyd olunan nöqsanlar aradan qaldırdıqdan sonra iddia ərizəsi ilə müvafiq məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Həmçinin dövlət rüsumunun ödənilməsi barədə xx.xx.2025-ci il tarixli **********32 saylı mədaxil qəbzi məlumatlarından görünür ki, İddiaçı3 tərəfindən iddia ərizəsinin verilməsi üçün 100 (yüz) manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia ərizəsi geri qaytarıldığından, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu da ona tam geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 152.2-ci maddəsinə görə iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. - 152.3-cü maddəsinə görə iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. - 152.4-cü maddəsinə görə iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. - 403-1.3-cü maddəsinə əsasən, məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayət bu Məcəllənin 407.1 – 407.3-cü maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olaraq verilir. Şikayətə vəkilin orderi də əlavə olunur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.4-cü, 114, 152, 157-159, 163, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Birgə iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı “daşınar əmlakların çıxarılması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddia ərizəsinin geri qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra təkrar səlahiyyətli məhkəməyə müraciət etməyə mane olmur. İddia ərizəsinin verilməsi üçün İddiaçı3 tərəfindən xx.xx.2025-ci il tarixdə **********32 saylı qəbz nömrəsi əsasında ödənilmiş 100 (yüz) manat dövlət rüsumu İddiaçı3 geri qaytarılsın. Qərardadın icrası dövlət rüsumunun qaytarılması hissəsində Bakı Şəhəri üzrə Baş Maliyyə İdarəsinə və Bakı şəhəri Səbail rayon İcra şöbəsinə həvalə edilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Səbinə Nuriyeva
Məhkəmə qərarları › İş №e-2(005)-4537/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №e-2(005)-4537/2025
30.09.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver