Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-488/2023 13.07.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, X9 Mehdi qızının katibliyi, İlk İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə, Qarşılıqlı iddiaçı Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İlk İddiaçı Cavabdehnə qarşı “dəymiş maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair ilk; Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı “işgüzar nüfuza dəymiş ziyanın ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı “dəymiş maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən ona vurulmuş maddi zərərə görə 3.300 manat, hüquqi xidmətə görə ödədiyi 500 manat, ödənilmiş dövlət rüsumuna görə 130 manat və dəymiş mənəvi zərərə görə 10.000 manatın cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.2019-cu il tarixində cavabdeh klinikada işləyən həkim Raman Hacıyevə alt dişlərində olan qüsuru müalicə etmək üçün müraciət etmişdir. Raman Hacıyev böyük problem olmadığını yuxarı çənədə dişlərin normal olduğunu, alt çənədə isə sola meyillilik olduğunu bildirmişdir. Həkim bu zaman problemin həll olması məqsədilə, hər iki həm alt, həm üst çənəyə breket taxılaraq, 2 il ərzində gəzdirilməli olduğunu qeyd etmişdir. İddiaçı klinikada maliyyə işlərinə baxan İlhamə Hacıyevanın yanına getmiş, əməliyyat xərcləri olaraq 2200 manat tələb olunsa da, tərəflər 1900 manata razılaşmışlar. İddiaçı cavabdeh kilinikaya həmin gün 1200 manat ödəmiş, qalan 700 manat pulu da oktyabr ayının əvvəlində ödəməklə cəmi 1900 manat pul ödəmişdir. Lakin tələb olunsa da, kassa qəbzi təqdim edilməmişdir. Bəhanə olaraq aparatın həmin gün işləməməsi göstərilmişdir. Bundan əlavə iddiaçı panoram üçün 35 manat pul ödəmiş və panoram ona verilmişdir. Həmçinin breket vurulduğu zaman 3 ədəd olan diş qapağı da həkimdə qalmışdır. Növbəti müalicə müddətində də ona qəbz verilməmişdir. İlk danışıq zamanı ödənişin içində daha bir xidmət dişlərin dərmanlı su ilə hər həftə yuyulmasının daxil olması deyilsə də, elə ilk həftənin sonunda dişlərin dərmanlı su ilə yuyulmasını istədikdə, yanlış anladığını, bu prosedur üçün ayrı ödəniş tələb olunduğunu bildirmişlər. İddiaçı hər həftə klinikaya, həkim qəbuluna getmiş, həkim breketi sıxaraq, bir dəfə alt çənədən bir sağlam diş çıxarmış, məqsəd olaraq isə dişlərin sağa düzülüşünün normal olması deyilmişdi. Lakin əks nəticə alınmış, belə ki, müalicənin başlandığı anda alt çənənin dişləri simmetriya xəttindən yarım diş sol olduğu halda, bir sağlam diş çıxarılması nəticəsində bu günə vəziyyət əksinə dişlər simmetriya xəttindən 1 diş məsafədə sola yönəlmişdir. İki ilin tamamında həkimə dişlərin düzəlmədiyi bildirilsə də, o isə 6 ay da vaxt verilməsini istəmiş, dişlərin tam düzələcəyini bildirmişdir. Daha sonra dişə 1 ədəd implant qoyulmuş və antibiotik və ağrıkəsicidən ibarət resept yazılmışdı. İddiaçının implant qoyulduqdan sonra vəziyyəti pisləşmişdi. Belə ki, üzü şişmiş, ürək döyüntüləri artmış, əl və çənə nahiyyələrində əsmələr yaranmışdı. Həkim isə bunun normal olduğunu bildirmişdi. İddiaçı işi ilə əlaqədar həftə içi işdən icazə ala bilmədiyindən bütün həftəni ağrıkəsicilər içsə də, həftə sonuna halı daha da pisləşmiş, ağır vəziyyətdə həkimə gedərək, implant bu səbəblə çıxarılmışdı. Son 3 ilə yaxın vaxtda hər gün diş, qulaq və baş ağrıları iddiaçını narahat edirdi. Həkim isə şikayətə cavab olaraq hər şeyin normal olduğunu deyirdi. 26 mart 2022-ci il tarixində qoyulan implant da fəsad verdi. Bu dəfə həm sifəti şişmiş, həm də damağı çirk vermişdi. Həkim isə normal olduğunu qeyd edərək, whatsapp vasitəsilə resept göndərmişdi. 09 aprel 2022-ci il tarixdə həkim 1 implantın yetərsiz olduğunu və daha bir implant lazım olduğunu bildirmiş, iddiaçı məcbur olub razılaşmışdı. Həkim 3 dəfə damağını deşsə də implant qoya bilməmiş, 3-cü cəhddə yalnız mikro-imlant qoymuşdu. Bu dəfə də implant fəsadlar verdiyindən, ağrılar və üz və çənə nahiyyəsində şişmələr olduğundan həkimə getmiş, məlum olmuşdu ki, implant ətə birləşib və həkim Raman Hacıyev xx.xx.2022-ci il tarixdə implantı çıxarmışdı. Beləliklə bu “müalicənin” təsiri ilə bu günədək nəinki dişləri düzəlməyib, əksinə, dişlər və çənədə əyilmə olub, iddiaçının müraciət etdiyi 2 ayrı ortodont həkim nəinki “müalicənin” müsbət olduğunu, əksinə fəsadlar verdiyini, hətta indi breket qoydursa dişlərinin töküləcəyini, yalnız 6 ay diş və damaq müalicəsindən sonra breket qoydurmaq mümkün olacağını dedi. Hazırki vəziyyətdə son 2 il 10 ayda iddiaçının keçirdiyi fiziki və mənəvi iztirablar, səhhətinə vurulmuş ziyan mülki iddianın səbəbidir. Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək, işgüzar nüfuza dəymiş ziyanın əvəzi olaraq 3000 manat, hüquqi yardıma görə ödənilən 350 manat cəmi 3350 manat pulun və 53,50 manat dövlət rüsumunun cavabdeh İddiaçı Cavabdeh xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında qarşılıqlı iddia ərizəsi icraata qəbul olunaraq, ilkin iddia ərizəsi ilə birlikdə baxılması qərara alınmışdır. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2019-cu il tarixda dişlərində olan əyriliklə əlaqədar klinikaya müraciət etmişdir. Klinikada həkim-stomotoloq X7 İddiaçı müayinə edərək ona "çəp dişləm" diaqnozu qoyulmuşdur. İddiaçı razılığı ilə diaqnoza uyğun olaraq hər iki çənənin dişlərinin üzərinə müasir tibb tələblərinə uyğun olaraq breket yığılmışdır. İstifadə olunan bütün materiallar klinikanın vəsaiti hesabına təmin edilmişdir. Görülmüş işlərin dəyəri və müəyyən edilmiş vaxtlarda həkim baxışının keçirilməsi və müalicənin dəyəri kimi İddiaçı tərəfindən cəmi 1900 manat klinakaya ödənilmişdir. Bununla bağlı ona xx.xx.2019-cu il tarixdə 1200 manatın ödənilməsinə dair mədaxil qəbzi, xx.xx.2019-cu il tarixdə isə 700 manatın ödənilməsinə dair mədaxil qəbzi verilmişdir. İddiaçı vaxtaşırı müayinələrə gəlmiş və 1 ildən sonra artıq üst çənədə genişləndirmə və distalizasiya başa çatdıqdan sonra həkim tərəfindən üst çənədə breket sökülmüşdür. Bundan başqa alt çənədəki 46-cı dişin üzərində olan qapağı saxlamadığından və fiksasiya edilməsi mümkün olmadığından diş çəkilmişdir. Bundan sonra uzun müddət davamlı müalicə aparılaraq çəkilmiş 46-cı dişin yerinə ağız boşluğunda olan digər dişlər müvafiq olaraq bir-birinin yerinə transpazisiya olunmuşdur. Müalicə iki il davam etmiş və bu müddətdə vaxtaşırı İddiaçı alt və üst dişlərinin yumşaldılması, quruluşunun dəyişdirilməsi işləri icra edilmiş, bununla bağlı revers qövslərindən istifadə edilmiş, qövslər qısa zaman Aralıqlarında dəyişdirilərək yenisi ilə əvəz edilmişdir. Onun ağız boşluğunda ağız gigiyenasını təmin etmək üçün “air flo” vasitəsi ilə təmizləmə işləri aparılmışdır. Demək olar ki, vaxtaşırı qopan breketlər yenisi ilə əvəz edilmişdir. Bir müddət sonra İddiaçı müalicəsinin uzun çəkməsini səbəb göstərərək müalicəsini dayandırmaq istədiyini bildirmişdir. Ona müalicəyə başlamazdan əvvəl müalicənin uzun müddət çəkəcəyi barədə xəbərdar edildiyi barədə həkim tərəfindən bir daha xatırlatma edilmiş və buna səbəb isə onun çənəsinin çəp dişləm olması və bunun adətən uzun müddət ərzində müalicə olunduğu bildirilmişdir. İddiaçı qanunsuz tələblər irəli sürmüş, hətta səs küy salaraq həkimi təhdid edərək iş rejimini pozmuş və saatlarla klinikada iş rejiminin pozulmasına səbəb olmuşdur. Həmin vaxt müalicə üçün müraciət etmiş şəxslərin narahatçılığına səbəb olmaqla yanaşı, onun əsassız tələbi həmin şəxslərdə müəssisəyə olan inamın azalmasına səbəb olmuşdur. Cavabdeh hazırki vəziyyətdə maddi ziyanla bağlı tələbi hüquqi xidmətə görə ödədiyi vəsaitlə bağlıdır. İdidaçı məhkəmədə hüquqi yardım almaq üçün vəkilə 350 manat vəsait ödəyib və hesab edir ki, həmin vəsait İddiaçı alınaraq ona ödənilməlidir. İddiaçı qanunsuz əməlləri nəticəsində müəssisənin iş rejimi pozulmuş və işçiləri real təhdid və təzyiqlərə məruz qalmışdır. Nəticədə həmin gün tamamilə iş rejimi pozulmuş və digər pasientlərə xidmət göstərilməsi mümkün olmamış və hətta müalicə üçün müraciət edən şəxslərin bəziləri müalicə almaqdan imtina etmiş, əsassız olaraq müəssisə barəsində mənfi fikir formalaşmışdır. Cavabdeh MMC bununla bağlı işgüzar nüfuzuna dəymiş ziyanı 3000 manat dəyərində qiymətləndirir. Məhkəmə iclasında iştirak edən ilk İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə ilk iddia tələbini müdafiə etdi, qarşılıqlı iddia tələbini rədd edərək, ilk iddia ərizəsi ilə eyni məzmunlu izahat verdi, qarşılıqlı iddia tələbi üzrə bildirdi ki, qeyd olunanlar tamamilə əsassızdır. Qeyd olunanlara əsasən ilk iddia tələbinin təmin, qarşılıqlı iddia tələbinin isə rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən qarşılıqlı iddiaçı Cavabdeh nümayəndəsi və vəkili Vəkil qarşılıqlı iddia tələbini müdafiə etdi və qarşılıqlı iddia ərizəsi ilə eyni məzmunlu izahat verdi. Habelə bildirdi ki, ekspertiza rəylərindən də aydın olduğu kimi həkim tərəfindən stomatoloji müalicə tam düzgün icra olunmuş, onun hər hansı təqsirli hərəkətinin olmadığı müəyyən olunmuşdur, buna görə də ilk iddia tələbinin rədd edilməsini, qarşılıqlı iddia tələbinin isə təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, onların izahatlarını və ifadəsini iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ilk iddia və qarşılıqlı iddia tələbləri rədd olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarında olan 03 iyun 2022-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, 473C-22 nömrəli toplanmış material üzrə Cavabdeh klinikasının həkim stomatoloqu X3 əməlində Azərbaycan Respublikası CM-nin 314-cü maddəsinin tərkib əlamətləri müəyyən edilmədiyindən, barəsində cinayət işinin başlanılması Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd edilmiş, İddiaçı X5 qarşı 10000 manat məbləğində pul tələbi mülki mübahisə xarakterli olduğundan tərəflərə məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qəbzdən və 1051 nömrəli qəbzdən görünür ki, İddiaçı 230 manat ödəniş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin İddiaçı ünvanladığı xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2022-ci il tarixli **********3584 nömrəli qərarı ilə ünvan 2 ünvanında yerləşən “Nur Dent” diş klinikası adlı obyektdə operativ vergi nəzarəti tədbiri təyin edilmiş və nəticəsi xx.xx.2022-ci il tarixli 013421 nömrəli aktla rəsmiləşdirilmiş və xx.xx.2022-ci il tarixli **********4851 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarla maliyyə sanksiyası tətbiq edilmişdir. İş materiallarında olan “X8” Publik hüquqi şəxsin 169 nömrəli, xx.xx.2022-ci il tarixli çıxarışından görünür ki, İddiaçı alt çənənin selikli qışasının iltihabı diaqnozu qoyulmuşdur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qəbzdən və 972 nömrəli qəbzdən görünür ki, İddiaçı 40 manat ödəniş etmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, İddiaçı psixiatr yardımı üçün "xxxx" MMC-yə 60 manat ödəniş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X4” Publik hüquqi şəxsin Azərbaycan Respublikası Vəkillər Kollegiyası, fərdi qaydada fəaliyyət göstərən Vəkil ünvanladığı xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, vətəndaş İddiaçı Bakı şəhəri, Nizami rayon prokurorluğunun müstəntiqi İlham Xankişiyevin qərarı əsasənda xx.xx.2022-ci il tarixdə “MTE və PAB” phş-nin komisyon ekspertizalar şöbəsində məhkəmə-tibbi ekspertizadan keçirilmiş və onun adına 277/KEŞ nömrəli ekspert rəyi tərtib edilib, aidiyyatı üzrə müstəntiqə təqdim edilmişdir. Azərbaycan Respublikasının “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Qanunun 12-ci və Cinayət Prosessual Məcəlləsinin 222.2-ci maddələrinin tələbinə əsasən təhqiqat aparan şəxsin, müstəntiqin və ya prokurorun icazəsi olmadan təhqiqat və ya ibtidai istintaqın məlumatlarını yaymaq ekspertə qadağandır. İbtidai araşdırma məlumatlarının yayılmasına yalnız ibtidai araşdırma aparan şəxsin, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun və ya məhkəmənin icazəsi ilə yol verilir. Ekspertiza sənədləri də belə məlumatları əks etdirdiyindən, onlar haqqında məlumatlar yalnız ekspertizanı təyin edən şəxsin icazəsi ilə verilə bilər. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X4” Publik hüquqi şəxsin məhkəməyə ünvanlandığı xx.xx.2022-ci il tarixli 277/KEŞ saylı məhkəmə-tibbi ekspert rəyindən görünür ki, Cavabdeh stamotoloji klinikasında İddiaçı adına tərtib edilmiş tibbi sənəddə göstərilənlərə əsasən, o, xx.xx.2019cu il tarixdə klinikaya müraciət etmiş, ona aşağı və yuxarı çənələrin ortodontik müalicəsi aparılmışdır. İddiaçı mütəxəssis müayinəsi zamanı hazırda onda çənədə qeyri simmetrikliyin olduöu müəyyən edilmişdir. İddiaçı aparılmış müalicə taktikası düzgün olmuş, lakin qeyri simmetrikliyi breketlə tam aradan qaldırmaq mümkün olmamışdır. Qeyri simmetrikliyin tam aradan qaldırılması ortoqnatik cərahiyyə yolu ilə mümkündür. İddiaçı bədən səthi üzərində hər hansı bir travmatik xəsarət və ya xəsarət izinin olduöu müəyyən edilməmişdir. İddiaçı aparılmış stomatoloji xidmət Səhiyyə sistemində qüvvədə olan müvafiq təlimat qaydalarına uyğun olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X4” Publik hüquqi şəxsin xx.xx.2023-cü il tarixli, 200/KEŞ nömrəli ekspert rəyindən görünür ki, İddiaçı xx.xx.2019-cu il tarixdə Cavabdeh stamotoloji klinikasına mürciət etmiş və ona aşağı yuxarı və ona aşağı yuxarı çənələrin ortodontik müalicəsinin aparıldığı qeyd edilmişdir. Ortodontik müalicə üsulu dişləmin və dişlərin düzəlməsi istiqamətində tətbiq olunan müalicə metodu hesab edilir. İddiaçı mütəxəssis müayinəsi zamanı onda çənədə qeyri-simmetrikliyin olduğu müəyyən edilmişdir. İddiaçı aparılmış müalicə taktikası düzgün olmuş, lakin qeyri-simmetrikliyi breketlə tam aradan qaldırmaq mümkün olmamışdır. Bu da dişləmin və dişlərin anatomik quruluşdan asılı olur. Qeyrisimmetrikliyin tam aradan qaldırılması ortoqnatik cərrahiyyə yolu ilə mümkündür. İddiaçı aparılmış stomatoloji xidmət Səhiyyə sistemində qüvvədə olan müvafiq təlimat qaydalarına uyğun olmuşdur. Beləliklə müəyyən edildi ki, iddiaçı X1 xx.xx.2019-cu il tarixində alt dişlərində olan qüsuru müalicə etmək üçün Cavabdehnə məxsus klinikada işləyən həkim Raman Hacıyevə müraciət etmişdir. Aparılmış müayinə nəticəsində Klinikada həkim-stomotoloq X7 iddiaçıya "çəp dişləm" diaqnozu qoymuşdur. İki ilin tamamında həkimə dişlərin düzəlmədiyi bildirilsə də, o isə 6 ay da vaxt verilməsini istəmiş, dişlərin tam düzələcəyini bildirmişdir. İddiaçı müalicəyə başlamazdan əvvəl müalicənin uzun müddət çəkəcəyi barədə xəbərdar olunmuşdur. Buna səbəb isə onun çənəsinin çəp dişləm olması və bunun adətən uzun müddət ərzində müalicə olunduğu bildirilmişdir. İddiaçı bu müalicədən narazı qalmışdır. Bu səbəbdən də iddiaçı Nizami rayon prokurorluğuna həkim barəsində şikayət etmiş, 03 iyun 2022-ci il tarixli qərarla cinayət işinin başlanması rədd edilmişdir. İddiaçıya eyni zamanda X5 qarşı 10000 manat məbləğində pul tələbi mülki mübahisə xarakterli olduğundan tərəflərə məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. Hazırda iddiaçı cavabdeh klinikada həkimin düzgün olmayan müalicəsi nəticəsində ona maddi və mənəvi ziyan dəydiyini bildirir, iddia ərizəsində sadaladığı əsaslara görə həmin məbləğin ona ödənilməsini xahiş edir. Cavabdeh qarşılıqlı iddia ilə müraciət edərək, ilk iddiaçının qanunsuz əməlləri nəticəsində müəssisənin iş rejiminin pozulduğunu, digər pasientlərə xidmət göstərilməsinin mümkün olmadığını, müalicə üçün müraciət edən şəxslərin bəzilərinin müalicə almaqdan imtina etdiyini, müəssisə barəsində mənfi fikir formalaşdırdığından Cavabdeh MMC-nin bağlı işgüzar nüfuzuna dəymiş ziyanı 3000 manat dəyərində qiymətləndirir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə qеyd еdir ki, iddiа tələbinin qаnuni əsаsını mülki qаnunvеriciliyin mülki hüquq pоzuntusu ilə bаğlı müddəаlаrı təşkil еdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. - 1096.1 və 1096.2-ci maddələrinin tələblərinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. - 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. - 1112-ci maddəsinə əsasən, tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir. - 1113.1-ci maddəsinə əsasən, birlikdə mülki hüquq pozuntusu törətmiş şəxslər vurulmuş zərər üçün zərərçəkən qarşısında birgə məsuliyyət daşıyırlar. - 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. - 1099.2-ci maddəsinə əsasən, Bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. - 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Qeyd olunan maddi hüquq normalarının mənasına görə dəymiş zərərin ödənilməsinin təmin edilməsi üçün ilk növbədə aşağıdakı hüquqi əsasların müəyyən edilməsi zəruridir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsirli olması. Yalnız bu əsaslar müəyyən olunduqda cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər. Məhkəmə qeyd edir ki, iş üzrə təyin olunmuş məhkəmə-tibbi ekspertizasının rəyi ilə ortodontik müalicə üsulu dişləmin və dişlərin düzəlinəsi istiqamətində tədbiq olunan müalicə metodu hesab edildiyi, İddiaçı aparılmış müalicə taktikası düzgün olduğu, lakin qeyri-simmetrikliyin breketlə tam aradan qaldırılmasının mümkün olmadığını, İddiaçı aparılmış stomatoloji xidmətin Səhiyyə sistemində qüvvədə olan müvafiq təlimat qaydalarına uyğun olduğu nəticəsinə gəlinmişdir. Belə olan halda məhkəmə bildirir ki, ilk iddiaya münasibətdə hüquqi qiymət verilərkən, iş üzrə məhkəmə-tibbi ekspertizasının rəyini mötəbər sübut kimi qəbul edir. Bu baxımdan qeyd olunmalıdır ki, dəymiş zərərin ödənilməsinin təmin edilməsi üçün zəruri olan şərtlər vəhdət şəklində nəzərdən keçirilməlidir ki, şəxsin əməlində (hərəkət və yaxud hərəkətsizliyində) deliktin olması öz təsdiqini tapsın. Hazırki işin faktiki hallarından görünür ki, ilk İddiaçı çənəsində qeyri-simmetriklik aşkar olunmuşdur (zərər mövcuddur), lakin həmin çənədəki qeyri-simmetriklik müalicə taktikasının yanlış aparılması nəticəsində yaranmamış, çünki ekspert rəyi ilə müalicə taktikasının düzgün olması və stomatoloji xidmətin Səhiyyə sistemində qüvvədə olan müvafiq təlimat qaydalarına uyğun olduğu müəyyən edilmiş (zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması), bununla da müalicəni aparmış həkimin əməlində deliktin olması (həmin əməllər arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsirli olması) sübut olunmamışdır. Məhkəmə yuxarıda qeyd olunanlardan əlavə qeyd edir ki, nə qədər ki, müalicəni aparmış həkimin əməlində deliktin olması sübuta yetirilməmişdir, ilk iddiaçının Cavabdehnə qarşı mənəvi zərərin ödənilmıəsi tələbini irəli sürməsi əsaslı hesab oluna bilməz. Eyni zamanda məhkəmə mənəvi zərərin ödənilməsi tələbinə münasibətdə aşağıdakıları qeyd edir. Bundan əlavə Ali Məhkəmənin Plenumunun «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» xx.xx.2008-ci il tarixli Qərarının 2-ci bəndində belə bir mövqe əks etdirilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri -əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. ... Mülki Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin ödənilməsi zərərin əvəzini naturada ödəməklə və ya vurulmuş zərərin əvəzini pulla ödəməklə həyata keçirilə bilər. Məhkəmələr nəzərə almalıdırlar ki, mənəvi zərərin əvəzi, bir qayda olaraq, pulla müəyyən edilir və ödənilir. Mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Məhkəmə qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı “işgüzar nüfuza dəymiş ziyanın ödənilməsi” tələbinə dair qarşılıqlı iddiasına münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə ilk növbədə qeyd edir ki, şəxsin şərəfi dedikdə onun cəmiyyətin üzvü kimi əxlaqi, mənəvi keyfiyyətlərinə, digər insanlara, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən qiymət, ləyaqəti dedikdə şəxsin öz mənəvi və əqli keyfıyyətlərini, cəmiyyətdəki mövqeyini və nüfuzunu dərk etməsi və özünün özünə verdiyi qiymət, nüfuzu dedikdə isə şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə görə tutduğu mövqe başa düşülür. Hər bir cəmiyyətin müəyyən olunmuş birgəyaşayış qaydaları və bu qaydaları təmin edən hüquq normaları mövcuddur. Azərbaycan Respublikasının vətəndaşları Konstitusiya ilə onlara verilmiş fikir, söz, mətbuat, məlumat və yaradıcılıq azadlıqlarını həyata keçirdikdə qanunlara riayət etməli, başqalarının hüquqlarına hörmətlə yanaşmalıdırlar. Çünki hər kəsin hüquq və azadlıqları digərinin hüquq və azadlıqlarının başladığı yerə qədərdir. Bir hüququn həyata keçirilməsi digər hüququn məhdudlaşdırılması və ya ümumiyyətlə, nəzərə alınmaması ilə müşayiət edilə bilməz. Bu baxımdan şərəf və ləyaqətin müdafiəsi həyata keçirilərkən fikir və söz azadlığı hüququnu nəzərdə tutan Konstitusiya müddəalarına da riayət edilməli və hər iki hüquq arasında mütənasiblik təmin olunmalıdır. Bütün hüquqlar həyata keçirilərkən biri digəri ilə rəqabətdə olur və ona görə də qanunun mənəvi zərərin ödənilməsini nəzərdə tutan müddəaları tətbiq edilərkən bir hüququn müdafiəsi digər hüququn məhdudlaşdırılması hesabına həyata keçirilə bilməz. İqtisadi, sosial və mədəni hüquqlar haqqında Beynəlxalq Pakta görə insanın şərəf və ləyaqəti onun iqtisadi, sosial və mədəni hüquqlarının mənəvi əsasını təşkil edir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, məhkəmə araşdırması zamanı yuxarıda qeyd edilən xüsusatlarla bağlı əsaslı sübutlar məhkəməyə təqdim edilməmiş, sadəcə ilkin iddia üzrə İddiaçı səs küy salaraq həkimi təhdid etməsi, onun qanunsuz tələblər irəli sürməsi ilə əsaslandırmış, həmin hala dair video disk təqdim etməklə sübut etməyə çalışmışdır. Göründüyü kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq normaları ilə tənzimlənən hallar, yəni iddiaçının şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatların olması və belə məlumatların yayılma hallarının mövcudluğu ilə bağlı hər hansı mötəbər sübut təqdim edilməmişdir. Bu baxımdan məhkəmə qeyd etməyi zəruri hesab edir ki, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh “işgüzar nüfuzuna zərərin vurulduğu”nu qeyd etsə də, məhkəmə araşdırması zamanı iddia tələblərini əsaslandırdığı hallara dair mötəbər sübutları təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsinə əsasən şəxsiyyətin şərəf və ləyaqəti dövlət tərəfindən qorunur, heç bir hal şəxsiyyətin şərəf və ləyaqətinin alçaldılmasına əsas verə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23.1.-ci maddəsinə əsasən fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Həmin Məcəllənin 23.6-cı maddəsinə əsasən fiziki şəxsin işgüzar nüfuzunun müdafiəsinə dair qaydaları müvafiq olaraq hüquqi şəxsin işgüzar nüfuzunun müdafiəsinə də tətbiq edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23.4-cü maddəsinə əsasən, şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. Maddi hüquq normasının tələbindən müəyyən olunur ki, məlumatı yayan şəxs həmin məlumatın həqiqətə uyğun olmasını sübut etmək vəzifəsi daşıyır. Məlumat əxlaqi prinsiplər, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradırsa, o, şərəf və ləyaqəti ləkələyən məlumat hesab edilir. Məlumat başqa şəxsə, bir neçə şəxsə və yaxud qeyri-müəyyən şəxslər dairəsinə bildirildikdə isə yayılmış hesab edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, məhkəmə araşdırması zamanı yuxarıda qeyd edilən xüsusatlarla bağlı əsaslı sübutlar məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Qeyd olunan qanunların mənasına görə şərəf, ləyaqət və işgüzar nüfuzun müdafiəsi ilə bağlı hüquq münasibətinin əsası üç şərtdən ibarətdir. Həmin şərtlərə aiddir: şəxs barədə məlumatlar yayılması, yayılmış məlumatların şəxsin şərəf, ləyaqət və işgüzar nüfuzunu ləkələməsi, yayılmış məlumatların həqiqətə uyğun olmaması. Məhkəmə qeyd edir ki, məhz bu üç şərtin hamısı mövcud olduqda şəxsin şərəf, ləyaqət və işgüzar nüfuzu barədə iddia təmin olunur. "İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 41-ci maddəsinin tələblərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərər vurulduqda ödənilə bilər. "Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarına əsasən məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, "İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. "İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Plenum qərarının 3-cü bəndində göstərilir ki, mənəvi zərərin ödənilməsi barədə Azərbaycan Respublikası qanunvericiliyinin müddəaları baxımından mənəvi zərərin ödənilməsini tələb etmək hüququ yalnız fiziki şəxslərə aiddir. Fiziki şəxslərin işgüzar nüfuzunu ləkələyən məlumatların yayılması ilə bağlı mənəvi zərərin ödənilməsini tənzimləyən qaydalar sahibkarlar barəsində belə məlumatların yayılması hallarına da şamil edilir. Hüquqi şəxsin təsərrüfat fəaliyyəti və s. funksiyaları barədə yanlış məlumatların yayılması, haqsız rəqabət üsul və vasitələrindən istifadə olunması (təsərrüfat fəaliyyətinin nüfuzdan salınması və təqlidi, istehlakçıların çaşdırılması və s.) nəticəsində onun işgüzar nüfuzuna qəsd edildikdə həmin hüquqi şəxs Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci və 1097.1-ci maddələrinə müvafiq olaraq ona vurulmuş maddi zərərin ödənilməsini tələb edə bilər. Mülki Məcəllənin 21.1-ci maddəsinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 21.2-ci maddəsinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə qeyd edir ki, məhkəmə araşdırması zamanı qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh işgüzar nüfuzuna xələl gəlməklə iqtisadi və maliyyə vəziyyətində hər hansı itkilərə məruz qalması o cümlədən təsərrüfat fəaliyyətinin nüfuzdan salınması və təqlidi, istehlakçıların çaşdırılması, bunların cavabdehin qanunsuz hərəkətləri və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə maddi zərər arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsirinin olmasını təsdiq edən hər hansı mötəbər sübut təqdim olunmamışdır. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. Bu səbəbdən də məhkəmə hesab edir ki, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı “işgüzar nüfuzun müdafiəsinə dair” iddia tələbi məhkəmədə sübuta yetmədiyindən təmin edilməməlidir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ilk İddiaçı Cavabdehnə qarşı “dəymiş maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair ilk iddia və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı “işgüzar nüfuza dəymiş ziyanın ödənilməsi” tələbinə dair qarşılıqlı iddia təmin olunmamalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə nəzərə alır ki, MPM-in 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Məhkəmə hesab edir ki, mülki iş üzrə ödənilmiş dövlət rüsumu ilkin iddia üzrə iddiaçının və qarşılıqlı iddia üzrə iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlk İddiaçı Cavabdehnə qarşı “dəymiş maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair ilkin iddia ərizəsi təmin edilməsin. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı “işgüzar nüfuza dəymiş ziyanın ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi təmin edilməsin. Mülki iş üzrə çəkilmiş məhkəmə xərcləri iddiaçıların özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova
Məhkəmə qərarları › İş №e-2(005)-488/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-488/2023
13.07.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver