Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-502/2024 14.02.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ İddiaçı “İcbari Sığorta Bürosu” X5 Cavabdeh qarşı (açar sözlər: subroqasiya qaydasında pul tələbi) Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi ilə, İddiaçı “İcbari Sığorta Bürosu” X5 Cavabdeh qarşı “subroqasiya qaydasında pul” tələbinə dair mülki işə məhkəmənin binasında (Bakı şəhəri, Əhməd bəy Ağaoğlu 34A), açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: I. İşin mahiyyəti: İddiaçı “İcbari Sığorta Bürosu” X8 Cavabdeh qarşı “subroqasiya qaydasında pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, subroqasiya hüququ ilə əlaqədar pul tələbinin təmin edilməsi məqsədilə Cavabdeh 250 manat və ödənilmiş dövlət rüsumuna görə 30 manat, ümumilikdə 280 (iki yüz səksən) manat pulun iddiaçı “İcbari Sığorta Bürosu” HŞİ-nin xeyrinə tutularaq ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, LPO ASC "xxxx" Sığorta Şirkəti tərəfindən PST********** nömrəli sığorta şəhadətnaməsi əsasında “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə Cavabdeh adına sığortalanmış “Subaru Forester” markalı, 90NG243 dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi 27 fevral 2020ci il tarixində Bakı şəhəri, Azadlıq prospektində Cavabdeh tərəfindən idarə olunarkən baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində X2 əmlakına maddi xarakterli zərər vurulmuşdur. Hadisə ilə əlaqədar “İcbari Sığorta Bürosu” HŞİ tərəfindən zərərçəkənə dəymiş zərər üzrə aşağıdakı cədvəldə qeyd olunan məbləğdə sığorta (kompensasiya) ödənişi həyata keçirilmişdir. Cavabdeh yol-nəqliyyat hadisəsi zamanı nəqliyyat vasitəsini istifadə etməyə, idarə etməyə və ya digər qaydada istismar etməyə hüququ olmamışdır. Yol nəqliyyat hadisəsi ilə əlaqədar Bakı şəhər DYPİ-nin xx.xx.2020-ci il tarixli TP3537890 nömrəli tənbeh vermə haqqında Qərarından məlum olur ki, yol nəqliyyat hadisəsi baş verərkən Cavabdeh “Subaru Forester” markalı, 90NG243 dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsini AR İXM-nin 332.4-cü maddəsinin tələblərini pozmaqla (nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə) idarə etmişdir. Bu hal subroqasiya üçün qanuni əsas hesab olunur. II. Tərəflərin mövqeləri: Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq iddiaçının nümayəndəsi və cavabdeh məhkəmə iclasına gəlməmişdir. İddiaçının nümayəndəsi xx.xx.2024-cü il tarixdə “Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə ərizə ilə məhkəməyə müraciət edərək, işə iddiaçının iştirakı olmadan baxılaraq qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi və vəkili Vəkil xx.xx.2024-cü il tarixdə məhkəməyə “Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə ərizə ilə müraciət edərək, məhkəmə baxış iclasının iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin və cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. III. İşin faktiki halları: İş materiallarına əlavə edilmiş: - Nəqliyyat vasitəsinə dair komputer çıxarışından görünür ki, “BMW 530” markalı **- SB-*** 90NG243 dövlət qeydiyyat nişanlı avtomobilin sahibi X3r. - AC73073 saylı sürücülük vəsiqəsinin surətindən görünür ki, Cavabdeh məxsus nəqliyyat vasitəsinin qüvvədə olma müddəti xx.xx.2018-xx.xx.2020-ci il tarixidir. - AC 331309 №-li nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Subaru Forester” markalı, 90NG243 dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Cavabdehdur. - Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışdan görünür ki, xx.xx.2020-ci il tarixdə, saat 16:57-də Azadlıq prospektində toqquşma yol hadisəsi baş vermişdir. Təqsirli olan şəxs Cavabdeh məxsus “Subaru Forester” markalı, 90NG243 dövlət qeydiyyat nişanlı avtomobildir. AC 073073 sürücülük vəsiqəsinin xx.xx.2020-ci il tarixdə müddəti bitmişdir. - xx.xx.2019-cu il tarixli PST********** №-li icbari sığorta müqaviləsinə dair məlumatda çıxarışından görünür ki, “Subaru Forester” markalı, 90NG243 dövlət qeydiyyat nişanlı avtomobil sığortaçı "xxxx" ASC tərəfindən xx.xx.2020-ci il tarixədək avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növündə sığorta olunmuşdur. - xx.xx.2020-ci il tarixli İXP ******* saylı “İnzibati xəta” haqqında protokoldan görünür ki, “Subaru Forester” markalı, 90NG243 dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Cavabdeh AR İXM-nin 327.1-ci və 332.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. - xx.xx.2020-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, xx.xx.2020-ci il tarixdə saat 16:57-də “Subaru Forester” markalı, 90NG243 dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Cavabdeh tərəfindən AR İXM-nin 327.1-ci və 332.4-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Cavabdeh 400 manat cərimə olunmuşdur. - İC AA 2275/20 saylı işə dair sığorta aktından görünür ki, sığortalı Cavabdeh xx.xx.2020-ci il tarixdə sığortalının ehtiyatsızlığından Bakı şəhəri, Azadlıq prospektində sığorta hadisəsi baş vermişdir. X1, zərərçəkən avtomobil “BMW 530” markalı **-SB-*** dövlət qeydiyyat nişanlı avtomobildir. Zərərin həcmi 250 manatdır. - 19.05.2020-ci il tarixli əmlaka dair qiymətləndirmə aktından görünür ki, “BMW 530” markalı **-SB-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın ümumi məbləği 250 manatdır. - xx.xx.2020-ci il tarixli ölkədaxili ödəniş tapşırığından görünür ki, “İcbari Sığorta Bürosu” X8 tərəfindən X4 məxsus kart hesabınaa 250 (iki yüz əlli) manat məbləğində pul vəsaiti köçürülmüşdür. IV. Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, “Subaru Forester” markalı, 90NG243 dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2019-cu il tarixli PST********** №-li avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü ilə "xxxx" Sığorta Şirkətində sığorta olunmuşdur. Cavabdeh həmin avtomobili idarə edərkən xx.xx.2020-ci il tarixdə saat 16:57-də tarixdə Bakı şəhəri, Azadlıq prospektində yol nəqliyyat hadisəsi baş vermişdir. Baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində X4 məxsus “BMW 530” markalı **-SB-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuşdur. Nəticədə nəqliyyat vasitəsinə 250 (iki yüz əlli) manat məbləğində maddi zərər vurulmuşdur. Avtomobili idarə edərkən Cavabdeh qüvvədə olan sürücülük vəsiqəsi olmamışdır. O, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci və 332.4cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 400 manat məbləğində cərimə olunmuşdur. İddiaçı tərəfindən “BMW 530” markalı **-SB-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəyən 250 (iki yüz əlli) manat zərər qarşılanmışdır. Hazırda iddiaçı ödənilmiş sığorta ödənişinin geri qaytarılması barədə tələb ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. - 936.1-ci maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. - 936.2-ci maddəsinə əsasən, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. - 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. - 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). - 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. - 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. - 1114.1-cü maddəsinə əsasən, başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. - 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikası “İcbari sığortalar haqqında” Qanununun: - 25.1-ci maddəsinə əsasən, sığortaçının mülki məsuliyyətin icbarı sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sğortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ aşağıda göstərilən hallarda yaranır; 25.1.1 Sığorta hadisəsi inzibati məsuliyyəti istisna edən və ya əməlin cinayət olmasını aradan qaldıran hərəkətlər istisna olmaqla, sığortalının və ya sığorta olunanın həmin hadisənin baş verməsinə yönəldilmiş qəsdən etdiyi qanunazidd hərkətlərinin nəticəsi olduqda. 25.1.3. İcbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istfadə etməyə, idarə etməyə, işlətməyə və diğər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. 25.4-cü maddəsinə əsasən, bu Qanunun 32.1.1-ci maddəsində nəzərdə tutulmuş halda kompensasiya ödənişi həyata keçirildikdə, müvafiq icbari sığorta müqaviləsi üzrə faydalanan şəxsin sığortaçı və ya müvafiq hallarda sığortaçının ləğvetmə komissiyası qarşısındakı tələb hüququ verilmiş kompensasiya ödənişi həcmində bu Qanunun 27-ci maddəsində nəzərdə tutulmuş İcbari Sığorta Bürosuna keçir. 27.1-ci maddəsinə əsasən, icbari Sığorta Bürosu (bundan sonra - “Büro”) zərərçəkən sığorta olunanların və zərər vurulan üçüncü şəxslərin maraqlarının müdafiəsini, icbari sığorta sisteminin sabitliyi və inkişafını təmin etmək üçün, habelə aşağıdakı funksiyaların həyata keçirilməsi məqsədilə bu Qanunun tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq X8 kimi təsis edilən və fəaliyyət göstərən qeyri-kommersiya təşkilatıdır: 27.1.6-cı maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazisində baş verən hadisələr nəticəsində sağlamlığına zərər dəyən üçüncü şəxslərə bu Qanunda nəzərdə tutulmuş müvafiq hallarda kompensasiya ödənişlərinin verilməsini təmin etmək və bununla əlaqədar sığorta hadisələrinin araşdırılması və sığorta ödənişlərinin verilməsi zamanı sığortaçılara aid bütün hüquq və vəzifələrdən istifadə etmək. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun: 36.3-cü maddəsinə əsasən yol hərəkəti iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. 37-ci maddəsinə əsasən mexaniki nəqliyyat vasitəsinin sürücüsü yol hərəkəti qaydalarına riayət etməli, bu qanunun yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair tələblərini bilməli və yerinə yetirməlidir. Göründüyü kimi mübahisə baş vermiş yol - nəqliyyat hadisəsi nəticəsində zərərçəkənə məxsus avtomobilə dəymiş ziyanın əvəzi kimi ödənilmiş 250 (iki yüz əlli) manat məbləğin subroqasiya qaydasında Cavabdeh tərəfindən tutulması barədədir. Cavabdeh sığorta olunmuş avtomobili idarə edərkən xx.xx.2020-ci tarixdə qəza törətmişdir. Hadisə zamanı Cavabdeh nəqliyyat vasitəsini istifadə etməyə, idarə etməyə və ya digər qaydada istismar etməyə hüququ olmamışdır. Belə ki, Cavabdeh məxsus AC73073 saylı sürücülük vəsiqəsinin qüvvədə olma müddəti xx.xx.2020-ci il tarixdə bitmişdir. Yol nəqliyyat hadisəsi xx.xx.2020-ci il tarixdə baş vermişdir. Cavabdeh yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli olması iş materialları ilə təsdiq olunur. Cavabdeh barəsində xx.xx.2020-ci il tarixli İXP ******* saylı “İnzibati xəta” haqqında protokol tərtib olunmuş və o, xx.xx.2020-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən AR İXM-nin 327.1-ci və 332.4-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyindən 400 (dörd yüz) manat məbləğində cərimə olunmuşdur. Məhkəmə hesab edir ki, avtomobilə dəymiş zərərə görə məsuliyyət daşıyan şəxs tərəfindən zərərin əvəzi ödənilmədiyindən və həmin zərər iddiaçı tərəfindən ödənildiyindən, iddiaçı vurulmuş ziyana görə zərərçəkmiş şəxsə ödədiyi məbləğə dair subroqasiya qaydasında iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. İş materiallarına əsasən zərərçəkmiş X4 məxsus “BMW 530” markalı **-SB-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 250 manat müəyyən edilmiş, həmin məbləğ xx.xx.2020-ci il tarixdə iddiaçı “İcbari Sığorta Bürosu” X8 tərəfindən X4 məxsus kart hesabınaa köçürülmüşdür. Məhkəmə araşdırması zamanı dəymiş zərərə dair Cavabdeh tərəfindən məhkəməyə hər hansı bir sübut (rəy, hesabat və s.) təqdim edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, avtomobilə dəymiş zərər barədə gəlinmiş nəticə (250 manat) məhkəmə tərəfindən qəbul ediləndir. Həmçinin məhkəmə qeyd edir ki, cavabdehin iddiaçıya sığorta ödənişini ödəməkdən imtina etməsi sığorta hüququnun ümumi prinsiplərinə ziddir. Çünki, bu imtina sığorta institutunun mahiyyətinə zidd olmaqla ədalətli hesab edilə bilməz. Bu cür münasibət ayrıayrı şəxslər tərəfindən sığorta institutlarına və sığorta təşkilatlarına olan inamın və etibarın itirilməsi ilə nəticələnə bilər. Nəticədə isə, bu inamın və etibarın itirilməsindən ən çox sığorta təşiklatları zərər çəkə bilər. Çünki, iddiaçının güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd cavabdehin hüququnu həyata keçirməsi və aralarında yaranmış mülki hüquq münasibətlərini nəzərə almaq istəməməsi yalnız və yalnız hüquqdan sui-istifadə kimi qiymətləndirilə bilər. Buna isə qanunvericiliklə yol verilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmə dövlət rüsumunun tutulması məsələsinə münasibətdə qeyd edir ki, iddia tələbi təmin edildiyindən, tərəflərin dövlət rüsumundan azad olması halları məhkəmə tərəfindən müəyyən edilmədiyindən məhkəmə xərcləri Cavabdeh aid edilməli, ödənilmiş dövlət rüsumu kimi 30 (otuz) manat Cavabdeh tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 250 (iki yüz əlli) manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 (otuz) manat tutularaq iddiaçı “İcbari Sığorta Bürosu” X5 xeyrinə ödənilməlidir. V. Nəticə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 250 (iki yüz əlli) manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 (otuz) manat tutularaq iddiaçı “İcbari Sığorta Bürosu” X5 xeyrinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov 540) apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Səbinə Nuriyeva
Məhkəmə qərarları › İş №e-2(005)-502/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-502/2024
14.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver