Məhkəmə qərarları › İş №e-2(005)-512/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-512/2025

02.09.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-512/2025 02.09.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Ramin Nizaməddin oğlunun sədrliyi Məhkəmə iclasının katibi Cəfərov Davud Rauf oğlunun katibliyi, İlkin iddia üzrə İddiaçı, onun nümayəndəsi vəkili Nümayəndə, İlkin iddia üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 MMC-nin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh3 MMC-yə qarşı “zərərin ödənilməsi tələbinə dair” ilk, iddiaçılar Cavabdeh2 və Cavabdeh3 MMC-nin cavabdeh İddiaçı qarşı “pul tələbinə” dair qarşılıqlı iddia ərizələri üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh3 MMC-yə qarşı “zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabehlərdən müştərək qaydada maddi zərərə görə 25500 manat, mənəvi zərərə görə 100000 manat tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlk iddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixdə o, atası və anası Milli Onkologiya Mərkəzinin şöbə müdiri, cərrah-onkoloq Cavabdeh2 qəbulunda olmuşlar. Cavabdeh2 anasının kolonoskopik və biopsi sənədinə baxaraq biopsidə nəticənin yüngül yazıldığını, lakin nəticənin daha ağır olduğunu bildirmişdir. Əlavə olaraq özü də əli ilə anasını müayinə etmişdir. Sonrasında anasının Həyat klinikasında MRT olunmasını istəmişdir. Həmin gün Həyat klinikasında MRT çəkdirmişlər. xx.xx.2023-cü ildə yenidən Niyazi həkimlə görüşmüşlər və MRT nəticəsini təqdim etmişlər. Niyazi həkim MRT cavablarına baxıb, əlavə olaraq xoledoxda 3 ədəd daşın da olduğunu bildirmiş və əlavə pul qarşılığında əməliyyat etmişkən həmin daşları da götürəcəyini demişdir. Əməliyyatda hansı proseslərin olacağını, həyat təhlükəsinin olub-olmadığını soruşmuşlar, o, isə heç bir həyati təhlükəsi olmayacağını, proseslərin əməliyyat zamanı xəstənin qarın boşluğu açıldıqdan sonra müəyyən ediləcəyini bildirmişdir. İlk yol anus ləğv oluna bilər, yəni ki, bağırsaq ömürlük qarın boşluğundan çölə çıxarılır. İkinci yol bağırsaq qarın boşluğundan çölə çıxarılır, aşağıda qalan hissə müvəqqəti olaraq bağlanır, 3-4 aydan sonra yenidən bərpa olunur. Üçüncü yol isə çanaq hissəyə əl girərsə, bağırsağı üstdən də tikə bilərsə anastomoz qoyub çıxacağını bildirmişdir. Ümumi 4500 manata əməliyyat məbləği danışılmış, lakin Niyazi həkim əməliyyatı Milli Onkologiya mərkəzində deyil, Premium Klinikasında edəcəyini demişdir. xx.xx.2023-cü ildə Premium Klinikasında ilk əməliyyat baş tutmuşdur. Əməliyyatı cərrah Cavabdeh2, cərrah köməkçisi Vüsal Abbasov və anestezoloq Mürsəl Cəfərov etmişdir. Əməliyyat bitdikdən sonra Niyazi həkim əməliyyatın uğurlu keçdiyini, anastomoz qoyduğunu, 3-5 gün ərzində anastomozda problem yaranmazsa 1 həftə sonra xəstənin evə buraxılacağını demişdir. 7-ci gün tamamında evə buraxıla biləcəyini, ancaq 3 gündə nəzarət altında qalarsa daha yaxşı olacağını bildirmişdir. Niyazi həkimin qərarı ilə 3 günlük əlavə ödənişi etmişlər. 9-cu günün axşamı anasının yanına gedərkən, anası səsli mesajla bildirmişdir ki, həkim məsləhəti ilə gavalı aktiviyasının yaxşı olacağı deyilmişdir. Aktiviyanı alıb, anasına vermiş və anasından vəziyyətinin necə olduğunu soruşmüşdür. Anası qarın boşluğunda biraz ağrı olduğunu, ancaq bir dənə dərman (dufalak) verildiyini, həkimin ondan ola biləcəyini dediyini demişdir. Anası hələ də böyük bayıra çıxmamış, baxmayaraq ki, əməliyyatın ikinci günündən normal qidalar (sup, kaşa, yoqurt, alma və s) qəbul etməyə başlamışdır. 10-cu günü, yəni xx.xx.2023-cü ildə hər gün olduğu kimi anası ilə zəng əlaqəsi yaratmağa çalışmış, ancaq zənglərinə cavab verməmişdir. Bundan narahat qalaraq, Premium Klinikasının qaynar xətti ilə zəng əlaqəsi yaradıb, anasının vəziyyəti ilə maraqlanmışdır. Onlar bildirmişlər ki, anası dünən axşamdan-səhərə kimi qaytarmış, hazırda ağrıkəsici vurularaq yatızdırılmışdır. Dərhal atası ilə əlaqə saxlayıb, həmin məlumatı ona bildirmiş, xəstəxanaya getməsini istəmişdir. Atası ona anasının yanında yatan xəstənin həyat yoldaşı olan Nəriman adlı şəxsdən aldığı məlumatları bildirmişdir. Belə ki, anası səhərədək qaytarmış, dərmanı qaytardığını fikirləşib bir daha dərman verilmişdir. Ona verilən məlumata görə həmin gün Anar həkim və Xəyalə tibb bacısı növbətçi həkimlər olmuşlar. Bacısı palataya anasının yanına qalxıb, vəziyyətinin ağır olduğunu hətta dəfələrlə yanında qaytardığını, qaytaran zaman qatı tünd qəhvəyi rəngdə kiçik maye qayıtdığını görmüşdür. Bacısı anasından necə olduğunu soruşduqda isə sol tərəf qarın boşluğunda şiddətli ağrısı olduğunu və ürəyi bulandığını demişdir. Bacısı həkimin gəlməsini tələb etmişdir. Palatadan çölə çıxdıqda Vüsal Abbasov ilə qarşılaşmış, bacısı cərrah köməkçisindən niyə anasının bu vəziyyətə düşdüyünü soruşduqda isə o hər şeyin normal olduğunu, saat 15:00-16:00 arası Niyazi həkimin gələcəyini demişdir. Həmin danışıq zamanı tibb bacısı içəri anasının yanına daxil olaraq birbaşa venaya iynə vurmuşdur. Çölə çıxdıqda həmin iynənin nə üçün olduğunu soruşduqda iynənin ağrıkəsici olduğuna, tərkibinin 3 qarışıq hissədən (dimidrol, analgin, serukal) ibarət olmasını bildirmişlər. 15:00-da Niyazi həkimin hələ də gəlmədiyini görüb, onunla dəfələrlə zəng əlaqəsi yaratmağa çalışsa da, o, zənglərə cavab verməmişdir. Saat 19:00 radələrində Niyazi həkim klinikaya çatmışdır. Atası onu qarşıladıqda Niyazi həkim qaytarmasından xəbərsiz olduğunu bildirmiş və müayinə etmək üçün palataya getmişdir. Həmin vaxtda palatada Niyazi, Vüsal, anası və anasının yanında yatan xəstə olmuşdur. Klinikaya çatıb palatanın qarışında Niyazi həkimin çıxmağını gözləmişdir. Niyazi həkim palatadan çıxdıqdan sonra dərhal təcili əməliyyat qərarı vermiş, səbəbini soruşduqda isə əvvəlki günlərdə qarın boşluğundan çıxartdıqları drenajı yenidən salıb oradan axan mayeyə əsasən bağırsaqda hər hansı problemin ola biləcəyini demişdir. O isə bildirmişdir ki, hər hansı problemin olmağını indiyədək KT aparatı ilə yoxlanılması aparılmamışdır. Saat 21:00 radələrində ikinci əməliyyat baş tutmuş, 21:40-da əməliyyat bitmişdir. Niyazi həkim əməliyyat zamanı bağırsağı əli ilə və su ilə yoxladığını, hər hansı sızmanın baş vermədiyini bildirmiş, problemin xoledoxun alt hissəsində yaranan öddən əmələ gəlmiş kistanın bütün qarın boşluğuna axması nəticədə peritonit olduğunu və bütün qarın boşluğu yuyularaq təmizləndiyi, heç bir problemin qalmadığını, 1 saat sonra xəstəni palatada görə biləcəklərini bildirmişdir. 1 saat keçdikdən sonra Niyazi həkim onları adı reanimasiya olan, lakin reanimasiyada lazım olan avadanlıqların olmadığı otağa çağırmış, vəziyyətin çox ağır olduğunu bildirmiş, səhərə kimi burada nəzarət altında qalacağını demişdir. Hermodinamikası stabil deyil və sidik vermirdi. Saat 03:00-04:00 radələrində Niyazi həkim klinikanı tərk edib, səhər qayıdacağını bildirmişdir. Hər yarım saatdan bir qalxıb vəziyyəti maraqlanmışlar. Mürsəl həkim irəliləyişin olmadığını, hələ də sidik vermədiyini bildirirmişdir. Səhər olduğu zaman yenidən soruşduqda öd peritonitinin olduğunu, intoksikasiya (ciddi zəhərlənmə) prosessinin baş verdiyini, bu səbəbdən septiki şoka girdiyini demişdir. Reanimasiyaya girdikdə təzyiqin 80/53 ə olduğunu görmüş, qızdırmanın 41.9 C olduğunu bildirirmişlər. Niyazi həkim gəldikdən sonra əməliyyata gec götürülmə səbəbini Vüsal həkimin xəstənin vəziyyətinin düzgün dəyərləndirmədiyindən, buna görə gecikdirildiyini bildirmişdir. Hər kəs səhvi Vüsal həkimdə görsə də, Vüsal Niyazinin də ən az onun qədər səhvi var deyirdi. 15:00 radələrində sidiyin damcı ilə başladığını qeyd etdilər. Dərman ehtiyaclarının böyük hissəsinin apteklərdən almağını tələb etdilər. 2-3 gün ərzində süni tənəffüs aparatından keçirilmiş və anasının vəziyyəti yavaş-yavaşda olsa düzəlməyə başlamış, lakin 6-7 ədəd drenajdan heç biri çıxarılmamış və drenajlardan maye gəlirdi. Səbəbini soruşduqda Niyazi həkim hər şeyin normal olduğunu bildirirmiş, buna baxmayaraq Vüsal həkim hər gün qarın boşluğu yuyurdu. Hər gün qarın boşluğunun yuyulması o həddə gətirib çatmışdır ki, günə 200ml 20%-lik albumin 12 saatdan bir və kali köçürülürdü. Bu proseslər zamanı Niyazi həkim çox az əlçatan idi. Gündə bir dəfə qısa müddətli gəlib-gedirdi. Digər reanimatoloq Mürsəl həkimin səhlənkarlığı əslində anasının yanında olması məcburiyyətində olduğu zamanlarda klinikanın çölündə qarşısına çıxması, hətta anasına köçürülməli olan qanın gecikdiyini belə xatırladan zaman, “A doğrudan təmiz yadımızdan çıxıb, yaxşı yadıma saldın” kimi ifadələr işlədirdi. Bir neçə gün keçdikdən sonra anasının vəziyyətində yavaş-yavaş irəliləyişlər olsa da, sağ tərəfində qıc olmalar yaranmışdır. Qıc olmalara görə, tərəfindən İstanbul NS klinikasından nervopatoloq Vüqar həkimi müayinəyə çağırmışdır. Müalicələr davam etdikcə, mədədən qidalar başlanıldı ötürülməyə, lakin bəziləri qusma ilə nəticələnirdi. Mürsəl həkim peristaltikanın olmadığını, intoksikasiya prosesinin hələ də davam etdiyini qeyd edirdi. xx.xx.2023-cü ildə səhəri Vüsal həkim onlara drenajdan 300-400 ml qoxulu köhnəlmiş laxta qanın gəldiyini və Niyazi həkimin bundan xəbərdar olduğunu bildirmişdir. Mürsəl həkimdən soruşduqda o da bu məlumatı təsdiqləmiş, eyni zamanda həmin mayedə nəcisin də aşkar olduğunu, axrıncı dəfə zontdan ötürdükləri dovğanın elementlərini gördüyünü demişdir. Bu zamana kimi hələ də peristaltikanın olmadığını və bağırsağın normal işləmədiyini əlavə etmişdir. Niyazi həkimə dəfələrlə zəng etməyinə baxmayaraq, “yoldayam gəlirəm” ifadələri eşitdi. Saat 21:00-da Niyazi həkim klinikaya gəlmiş, anasını müayinə etdikdən sonra anastomozda deşik olduğunu qeyd etmiş, özü bitişə biləcəyini, əgər 1-2 günə bitişməzsə yenidən əməliyyata götürüləcəyini bildirmişdir. Bəs indi niyə əməliyyata götürülmədiyini soruşduqda hermodinamikasının stabil olmadığını qeyd etmiş, lakin o getdikdən sonra reanimatoloq hermodinamikasının stabil olduğunu, təzyiqi və saturasiyasını dərmansız saxladığını bildirmişdir. Anasının son 3 günü huşu özündə idi, onu, bacısını və qardaşını görüşə çağırıb, danışmışdır. Niyazi həkim yenidən saat 00:00-da qayıtdıqda reanimatoloqla onu üzləşdirdikdən sonra əməliyyatın cərrahi riskli olduğunu boynuna almış, qarın boşluğunu yuyub, getmişdir. Artıq Niyazi həkimin davranışlarının qeyri-müəyyənliyi onda anasını ölümə tərk edə biləcəyi şübhəsi yaratmışdır. Bu səbəbdən xx.xx.2023-cü il tarixdə X5 ümumi-cərrah Musa Sarıyevi dəvət etmiş, anasını müayinə etdikdən sonra hermodinamikasının stabil olduğunu və vaxt itirmədən əməliyyata götürülməsini təkid etmişdir. 2-ci əməliyyat zamanı stomanı çıxarılması lazım olduğunu əlavə etmişdir. Niyazi, Musa və Vüsal həkim arasında keçən konsultasiya nəticəsində Niyazi həkim 3-cü əməliyyat qərarı vermiş və Musa həkimi əməliyyata dəvət etmiş, lakin əməliyyatı özü edəcəyini bildirmişdir. Saat 13:00-da 3-cü əməliyyat baş tutmuşdur. Əməliyyat bitdikdən sonra Niyazi həkim bağırsağın soldan stoma çıxarıldığını, qalan hissəsinin bağlanıb içəri qoyulduğunu, qarın boşluğunun yuyulub, təmizləndiyini bildirmişdir. Anasının vəziyyətini soruşduqda isə, hermodinamikasının normal olduğunu, lakin hələki, tənəffüs aparatına qoşulu olmasını, irəlidəki 12 saatın önəmli olduğunu bildirmişdir. Reanimasiyada çaxnaşmalar baş verirdi. Porterlərin, qan qazı aparatının və s. olmaması tibb bacıları tərəfindən dilə gətirilirdi. Anasının bədəninin hər yerində ödem aşkarlanmışdır. Hər gün prozerin vurulmasına baxmayaraq, böyük bayıra çıxa bilmirdi, peristaltika çox zəif idi, mədəyə göndərilən bütün məhlullar burundakı zont vasitəsi ilə geri qayıdırdı. Durmadan qarın boşluğunun yuyulması nəticəsində kali dəyəri 1.1-ə kimi enmişdi. Albumin artıq günə 300 ml 20% 8 saatdan bir köçürülürdü. Reanimatoloqların vəziyyətin günü gündən ağırlaşmağının səbəbinin qarın boşluğunda problemin hələ də qaldığının, intoksikasiya proesesinin hələ də davam etdiyini, cərrahi fonda yaranmış problemlərin aşikar olduğunu bildirirdilər, lakin Niyazi həkim qarın boşluğunda problemin olmamasını əminliklə vurğulayırdı. Qatı ödün zontdan qayıtmasının və ya 15 gündür drenajlardan hələ də mayələrin gəlməsini normal olduğunu deyirdi. Vüsal həkimə günahının olduğunu, vicdanı sızlayırsa kömək etməsini diləyəndə, “Hamı günahkar məni görür, amma məndən çox Niyazi həkim günahkardır” cümləsini qurmuşdur. xx.xx.2023-cü ildən xx.xx.2023-cü ilədək Niyazi həkimi hər gördüyündə lazımdırsa buraya başqa həkimləri cəlb olunması və ya daha yaxşı reanimasiya şəraitinə anasının köçürülməsini təklif etsə də, o, burada hər bir şəraitin olduğunu, anasına yaxşı baxıldığını bildirirdi. Niyazi həkimə inam qalmadığından, Bakı Medikal Plaza, X23 və Avrasiya Hospitalından reanimasiya şöbə müdirləri ilə əlaqəyə keçərək son vəziyyəti dəyərləndirmələrini, əgər mümkündürsə klinikada gəlib, yerində baxış keçirmələrini xahiş etmişdir. Gələn hər bir reanimatoloq buranın reanimasiyasının şəraitinin olmadığını, burada qaldığı hər gün xəstənin vəziyyətinin daha da ağırlaşacağını bildirmişdir. Problemin qaynağını soruşduqda isə, cərrahi fonda olduğunu və qarın boşluğundakı problem həll olmazsa, anasının ayağa qalxmayacağını demişdilər. 19 noyabr bu məsələlərlə bağlı Niyazi həkimlə keçən gərgin danışıqlardan sonra anasının reanimasiyası daha yaxşı vəziyyətdə olan klinikaya köçürülməli olduğunu boynuna almışdır. Premium klinikasının direktoru Mübariz bəyin Avrasiya Hospitalın direktoru Pərviz bəylə əlaqəyə keçdiyini bildirmiş, özü də cərrahi prosesləri orada edəcəyini, bütün xərclərin Premium klinikası tərəfindən ödənəcəyini vəd etmişdir. xx.xx.2023-cü il tarixədək günə 300-700 manat arası dərman alırdı. Axşam saatlarında klinikalar arası transfer baş tutmuş və anasını Avrasiya Hospitalının reanimasiyasına yerləşdirilmişdir. İlk olaraq baş, döş qəfəsi, qarın boşluğu KT olunmuş, təhvil alan tibb bacısı tərəfindən anasına baxış keçirildikdən sonra anasının çox ciddi yataq yaralarının olmasını bildirmiş və tibb bacısında mövcud olan çəkdiyi şəkilləri ona göstərmişdir. Avrasiya Hospitalında olduğu zaman kassada ondan depozit verməyi tələb olunmuşdur. Pul məsələsinin Premium klinikası tərəfindən qarşılandığını və direktor Pərviz bəyin məlumatı olduğunu bildirmişdir. 20 noyabr Avrasiya Hospitalın reanimasiya şöbə müdiri Vüsal həkimlə görüşmiş və ona anasının vəziyyətinin çox ağır olduğunu, düzgün baxılmadığını və gecikdirildiyini bildirilmişdir. Vüsal həkimin yanından ayrıldıqdan sonra Premium Klinikasının kasssından onunla əlaqə saxlanılmış və gəlib 5000 manat götürüb ödəməyini bildirdilər. Pulu götürüb Avrasiya Hospitala ödəmişdir. 5 gün keçdikdən sonra yenidən depozit etməyi istənildikdə Premium Klinikası ilə əlaqə yaratmaqlarını istədi. Əlaqə yaradıb geri dönüş etdiklərində Premium Klinikasının ödəniş etməkdən boyun qaçırdığını, depoziti onun etməli olduğunu bildirdilər və o, 3000 manat ödəniş etmişdir. Bundan sonra Niyazi həkim və Mübariz bəyə sms yazaraq maddi vəziyyətinin olmaması səbəbindən sosial şəbəkə vasitəsi ilə dostlarından yardım istədiyini bildirmiş, lakin cavab verilməmişdir. 27 noyabrda yenidən 3000 manat ödəniş etmişdir. Həmin vaxtda Vüsal həkimlə görüşdüyü zaman bildirilmişdir ki, anasının gəldiyi ilk 3 gündə mədəyə ötürdüyü müalicəvi dərmanlar geri qayıdıb, peristilaktika yoxdur, buna görə prazerin vurulub, 1 gün stoma işləyib, sonraki günlər isə zontdan qatı öd və ötürülən dərmanlar geri. İntaksikasiya prosesinin hələ də davam etdiyini, qarın boşluğunda cərrahi problemin hələ də mövcud olduğunu qeyd etmişdir. 27 noyabr xalası oğlu Tərlan ilə Pərviz bəyin otağına çağırılmışdır. Baş həkim Azər, Niyazi həkim və reanimatoloq Vüsal orada idi. Pərviz bəy ona anasının 1% yaşama ehtimalı olduğunu, hazırda DUS-də olduğunu bildirmişdir. Vüsal həkim anasının septik şokda olduğunu, əvvəlcədən ona qarın boşluğunda problem olduğu bildirilsəydi başqa müalicə növünü seçəcəyini bildirmiş, çünki son 3 gündür mədəyə göndərilən dərmanlar mənimsənmir, zont vasitəsilə geri qayıdır, drenajlardan hələ də maye axır. Digər tərəfdən Niyazi həkim qarın boşluğunda problem yoxdur deyərək ötürülən hər maddənin bağırsaqlar tərəfindən mənimsəndiyini bildirmişdir. Yenidən ondan 4500 manat depozit etməli olduğunu istədilər, lakin Pərviz bəy və Vüsal həkimin təkidi ilə Premium klinikasından həmin məbləği alıb Avrasiya Hospitala köçürtmüşdür. 16:00-da reanimasiyaya çağırıb anasının vəfat etdiyini dedilər. Saturasiyası 33 idi, lakin bunun dopomin və adrenalinin təsiri altında qaldığını dedilər. Anası ilə son görüş üçün içəri buraxdılar. Niyazi və Dünyamir həkim ilk öncə bağırsağı, sonra isə drenajlardan qarın boşluğunu yuduqlarının şahidi olmuşdur. Niyə yuyursunuz deyə soruşduqda ondan çölə çıxmağını xahiş etdilər. Artıq dərmanların təsiri bitdi, saturasiya 20-dən aşağı düşdü. Reanimatoloq Leyla həkim tərəfindən Niyazi həkimə “Ay həkim neyniyirsiz” ifadəsi işlədilərək onu itələdi və ürək masajına başlanıldı və ondan çölə çıxmağını xahiş etdi. İlk əməliyyat daxil olmaqla heç bir əməliyyatda anasının həyati təhlükəsinin yaranması ilə bağlı yarana biləcək hər hansı sənədə heç bir birinci dərəcəli ailə üzvündən imza istənilməmişdir. xx.xx.2023-cü ildən xx.xx.2023-cü ilədək Premium klinikasını tərk etməmişdir. Anasına seçilən müalicə növlərində səhlənkarlıqlar və səhvlər, müayinələrdə isə əksikliklər müşaiyyət etmişdir. Olduğu müddət ərzində, gecə növbəsi həkimlərin işlərinə etimadsız yanaşmasını qeyd etmişdir. Gecədən səhərə işləməli olan həkimin, səhərə yaxın gəldiyini və ya səhər olmadan klinikanı tərk etməsi palatada yatan xəstələrin həyatını riskə atmaq deməkdir. İkinci əməliyyatda gecikdirilmə olduğunu, Vüsal həkimin düzgün dəyərləndirmə vermədiyini qeyd etsə də, o günə kimi KT müayinəsinin ortada olmadığı da əlavə sualdır. Əgər bağırsaq yoxlanılmışdırsa 18 gün sonrasında niyə anastomozda deşik əmələ gəlib? Üçüncü əməliyyatda xəbər verildikdən 9 saat gec gəlməyinə baxmayaraq hələ də sabaha əməliyyat qərarını fikirləşəcəyini deməsi əlavə suallar doğurur. Bütün bu proseslər Cavabdeh2, Vüsal Abbasov və Mürsəl Cəfərovun yaxından iştirakı ilə aparılmış, anasının ölümü onların səhlənkarlığı və düzgün prosedurlar yerinə yetirmədiklərindən aşikar görünür. 3 əməliyyatın və problemlərin aradan qaldırılmamasının nəticəsində anası X8 xx.xx.2023-cü ildə vəfat etmişdir. Son günə kimi reanimasiya həkimi Vüsalın rəyi ilə, peritonit hələ də var, drenajlardan hələ də öd və ya digər mayelər axır, mədəyə göndərilən məhlullar zont vasitəsi ilə geri qayıdır, yəni ki müalicəyə cavab vermir dedi. Bu travmalar nəticəsində hematoma aşkarlanmış və intaksikasiya proessesi qarın boşluğunda hələ də davam edirdi. Ümumiyyətlə anasına həkim müdaxiləsini iki yerə bölmək olar. İlkin tibbi müdaxilə və müalicə məhz cavabdehlər tərəfindən baş vermişdir. Maddi nemətlərə görə şəraitsiz klinika seçilib, fəsadlar barədə daha öncədən məlumat verilməmiş və nəticədə həkim səhlənkarlığı nəticəsində anası reanimasion ölüm halında olmuşdur. İkinci mərhələdə isə anası kliniki ölüm vəziyyətində Avrasiya Hospitalına köçürülməsidir. Təəssüf ki, ilkin mərhələdə edilən ciddi etinasızlıq, səhlənkarlıq nəticəsində anası septik şok vəziyyətində olmuş, bütün zəruri reanimasyon tədbirlərə baxmayaraq anasını geri qaytarmaq mümkün olmamışdır. İddiaçının anası özünün Konstitusiya ilə təsbit edilən və qorunan hüquqlarından istifadə edərək cavabdehlər tərəfindən göstərilən tibbi xidmətlərdən faydalanmış, ondan tibbi yardım almış, lakin sonuncunun yanlış müalicə metodlarından istifadəsi nəticəsində sağlamlığının ciddi surətdə pozulması ilə müşahidə edilən xəstəliklər almışdır. İddiaçı cavabdehlərə adi bir əməliyyatın həyata keçirilməsi üçün müraciət etmişdir. Həmçinin işin mübahisəsiz halı ondan ibarətdir ki, xanım həkim səhlənkarlığı nəticəsində septik şoka düşmüş və həyatını itirmişdir. İddiaçı həyati təhlükəli şəkildə deyil, normal bir müalicə üçün müəssisəyə daxil olub, ciddi fəsdlarla ayrılması və ölməsi zamanı cavabdehliyi müəssisə üzərinə qoyur, bir şərtlə ki, həmin müəssisə fəsadların məhz onların xidməti nəticəsində əmələ gəlmədiyi sübuta yetirsinlər. Sadalanan hallar cavabdeh tərəfindən iddiaçıya maddi və mənəvi zərərin vurulmasını birmənalı təsdiq edir, iddiaçı da bu zərərin əvəzinin ödənilməsini tələb etmək hüququnu, cavabdehdə isə zərərin əvəzinin ödənilməsini vəzifəsini yaradır İlk iddia üzrə Cavabdeh2 etirazından görünür ki, irəli sürülmüş iddianı qanunsuz və əsassız hesab edir. Bеlə ki, xx.xx.2023-cü il tarixdə xəstə Xəlilova Gülnarə, həyat yoldaşı və oğlu İddiaçı оnun qəbulunda olmuş, оnlar kolonoskopik müayinənin və biopsiyanın nəticələrini göstərmişlər. О, xəstəyə baxış keçirmiş, MRT müayinəsini məsləhət görmüşdür. Həmin müayinələrin nəticələrinə əsasən düz bağırsaqda xərçəng şişi olduğu müəyyən edilmiş və cərrahi yolla müalicə oluması təyin edilişdir. Eyni zamanda xəstənin öd yollarında konkrement (daş) olduğu və öd yollarının genişlənməsi aşkar edilmişdir. Anamnezə görə xəstə xolesistekomiya (öd kisəsinin cərrahi yolla çıxarılması) əməliyyatı keçirmişdir. Protokollara əsasən düz bağırsağın cərrahi yolla müalicə olunmasını və sarılıq yaranmasının qarşısını almaq üçün daşın çıxarılmasını labüd bilmişlər. Onlara əməliyyatın icra olunacaq variantlarını izah etmiş və əməliyyatın Onkoloji Mərkəzdə koloproktoloq cərrahlar tərəfindən icra olunmasını məsləhət görülmüşdür, lakin onlar əməliyyatı оnun yerinə yetirməyini xahiş etmişlər. О isə bu halda əməliyyatın Premium klinikada keçiriləcəyini bildirmişdir. Оnunla razılaşmışlar, amma klinikaya gəlməmişlər. 5-6 gündən sonra yenə yanına gəlmişlər. О, sənədlərə baxmış və xəstənin ATU Onkoloji xəsətəxanasının laborotor nəticələrini görmüşdür. Bu vaxt onlar bildirdilər ki, bu gün xəstə orada əməliyyat olumalıymış, amma dünən axşam o klinikanı tərk edibmiş. Оna inandıqlarına görə əməliyyatı оnun keçirməyini istəyirmişlər. Beləliklə, xəstə və qohumlarına оnun tərəfindən əməliyyatın variantlari izah edilmiş və bu əməliyyatın proktoloq cərrah tərəfindən Onkoloji Mərkəzdə keçirilməsi təklif olunmuşdur. Оnun əməliyyatı keçirməyində təkid etdikləri üçün о əməliyyatın Premium klinikada keçirilməsini təklif etmişdir və onlar buna razılıq vermişdilər. xx.xx.2023-cü il tarixdə X15 tərəfindən baxıldıqdan sonra cərrahi əməliyyat icra olunmuşdur: düz bağırsaq rezeksiya olunub anastomoz qoyulmuş, öd axarındakı daşlar çıxarılmışdır. Əməliyyatdan sonrakı dövr normal keçmiş, xəstə hər gün оnun və müalicə həkimi Vüsal Abbasov tərəfindən daimi nəzarət altında saxlanılmışdır. Xəstənin heç bir narahatlığı olmadığına görə USM və KT müayinəsinə ehtiyac olmamışdır. Əməliyyatın 9-cu günü xəstə çox aktiv olub, 10-cu günü, yəni sabahı evə buraxılmalı imiş. Axşam saat 17-18 radələrində о bu xəstəyə ev məsləhətləri verərkən o, оna son 3 gündə defekasiya aktının olmamasını, amma bununla bağlı narahatlığının olmamasını bildirmişdir. Xəstənin qarnına baxış zamanı qarnı yumşaq, dərin palpasiya zamanı ağrısız və yumşaq olmuşdur. Xəstəyə 1 doza Düfolak məsləhət görmüş, özü isə оna bildirmişdi ki, qəbizlik vaxtı оna gavalı tərkibli aktivia yaxşı kömək edər, “içə bilərəmmi?”, о isə içməsini məsləhət görmüşdür. Düfolak və aktivianın qəbulundan bir xeyli sonra xəstədə halsızlıq, ürək bulanma, qusma və ishal başlamışdır. Növbətçi tibb personalı xəstəyə yardım göstərmişdir. Səhər saat 08-09 radələrində xəstənin qarnında ağrılar yaranmış, növbətçi həkim-cərrah Anar Qasımov tərəfindən baxış keçirilmiş və təcili cərrahi bir vəziyyətin olmadığı qeyd edilmişdir. Sonra saat 09:00-da klinikaya müalicə həkimi Vüsal Abbasov və cərrah professor Müşfiq Həsənov gəlib xəstəyə birgə baxış keçirmişlər, heç bir təcili cərrahi patologiyanın olmadığını qeyd ediblər, vəziyyətinin pisləşməsinin isə axşam qəbul etdiyi düfolak və aktiviadan sonra baş verən funksional dispeptik pozğunluqlarla bağlayıblar və müvafiq müalicə təyin olunmuşdur. Bu haqda оna məlumat verilib. о isə xəstənin evə buraxılmamasını və nəzarətdə saxlanılmasını məsləhət görmüşdür. 17:30 radələrində о klinikaya gəldi, xəstəyə Vüsal doktorla birgə baxış keçirərkən halsız olduğunu, nəbzin 150, təzyiqinin aşağı olmasını, qarnı yumşaq, dərin palpasiya zamanı ağrısız və yumşaq olduğunu qeyd etmişdir. Rektal barmaq baxışı keçirtmiş və rektal boru ilə su sınağı etmiş, anastamozun tamlığının pozulmadığı qərarına gəlmişdir, xəstənin aktiv nəzarətdə saxlanılmasını və təyinatların müvafiq olaraq yerinə yetirilməsi göstərişini vermişdir. Bir saat davam edən baxış nəticəsində qarın boşluğunda hansısa bir patologiyanın olmasına şübhə yaranmışdır. Buna görə USM həkimi dəvət olunmuşdur. О isə ilk öncə qarın boşluğunu köhnə çıxarılmış drenaj boruların yenidən təftiş etmək qərarına gəlmiş və etmişdir. Bu çox uğurlu alınmışdır. Drenaj borunu qarın boşluğuna yeridə bilmişdir. Qarın boşluğundan öd gəlməyə başlamışdır. Bundan sonra USM həkiminin baxışı təxirə salınmış və cərrahi əməliyyatın olunması qərarını vermişdir. Amma xəstənin hemodinamikası qeyri-stabil olduğundan reanimasiya şöbəsində əməliyyat önü hazırlıq keçirilmişdir, nisbi stabilləşmə əldə edilmişdir. Görülmüş bu tədbirlər onu göstərir ki, xəstə daim nəzarətdə olmuş, xəstənin vəziyyətinin dəyişməsinə uyğun təyinatlar olmuşdur. Xəstəyə qarşı personal tərəfindən diqqətsizlik, səhlənkarlıq olmamışdır. xx.xx.2023-cü il tarixdə xəstə təkrar əməliyyat olunmuşdur. Əməliyyat vaxtı qarın boşluğunda 300-350 ml öd olduğu aşkarlanmışdır. Öd sanasiya olunmuşdur. Anastamoza və bağırsaqlara baxış keçirilmiş, tamlığının pozulması aşkarlanmamışdır. Ödün qarın boşluğuna axması, öd axarında olan borunun dislokasiyası zamanı baş verdiyi müəyyənləşmişdir. Çox guman ki, gecə vaxtı çoxsaylı öyümə-qusma və ishal ilə əlaqədar tez-tez ayaqyoluna getməsi zamanı xoledoxda olan drenaj borunun dartılması olmuş və bunun nəticəsində öd qarın boşluğuna axmış və sonra dayanmışdır. Qarın boşluğu sanasiya olunmuş, drenə edilmişdir. Əməliyyatdan sonra xəstəni tənəffüs çatışmazlığına görə ekstubasiya etmək mümkün olmamışdır, təzyiq aşağı, nəbz yüksək, sidik verməyində ləngimə başlamışdır. Xəstə reanimasiyada reanimatoloq tərəfindən müalicə olunmuş, çox çətin korreksiya və idarə olunmuşdur. Xəstədə poliorqan çatışmazlığı yaranmış və davam etməyə başlamışdır. Baxmayaraq ki, peritonit əlamətləri yoxmuş. Ümumi vəziyyətin kritik ağır olduğu üçün borular qarın boşluğundan diaqnostiknəzarət üçün çıxarılmalıymış. Xəstənin vəziyyətinə uyğun müalicələr davam etdirilmişdir. xx.xx.2023-cü il tarixdə axşam saatlarında klinikaya gəlmiş, xəstəyə baxış keçirtmiş, barmaq müayinəsində anastamozun ön divarında ölçüsü 1,0 sm-ə qədər olan fistula olduğunu aşkarlamışdır. Düz bağırsağa rektal boru yerləşdirilmişdir. Qarın boşluğu aktiv drenaj edilərsə, düz bağırsağa rektal boru yerləşdirilməklə xəstəni konservativ yolla müalicə etməklə fistulun bağlanmasına nail olmaq olarmış. Yox əgər qarın boşluğunda peritonit inkişaf edərsə, o zaman təkrar cərrahi əməliyyat olunmalıymış, yəni qarın boşluğu sanasiya və drenaj olunmalıymış, kolostoma yaradılmalıymış. Burada isə qarın boşluğunda borular və sanasiya imkanı olduğu üçün, eyni zamanda xəstənin ümumi vəziyyətinin çox ağır olmuş, aparılan hər hansı cərrahi müdaxilənin xəstənin həyatı üçün çox təhlükəli olduğunu nəzərə alaraq maksimum konsevrativ yolla müalicə olunması qərarına gəlinmişdir. Amma dinamiki nəzarət zamanı bu qərarın dəyişdirilməsi imkanı da mümkün ola bilərmiş. Səhərisi gün xəstənin qohumları X5 cərrah Musa Sarıyevi konsultasiyası üçün dəvət etmişdirlər. Birgə baxış keçirilmişdir. Peritonit əlamətlərinin olmamasını, amma xəstənin ümumi vəziyyətinin çox ağır olduğu qeyd edilmişdir. Buna baxmayaraq, daha güvənli olmaq üçün xəstəyə qoruyucu kolostomanın yaradılması qərarına gəlinmişdir. Bu haqqda və ola biləcək ağırlaşmalar barədə xəstənin oğluna və qohumlarına məlumat verilmişdir. Xəstənin qohumlarının dəvət etdiyi həkim də müalicənin gedişində, göstərilən yardımın kefiyyətində, reanimasiya şöbəsinin fəaliyyətində hər hansı bir nöqsanın olmasını bildirməmişdirlər. xx.xx.2023 tarixdə 13:00-da xəstə təkrar əməliyyat olunmuşdur. Xəstəyə təhlükəli kolostomiya icra edilmiş, qarın boşluğu drenə edilmiş. Amma əməliyyatdan sonrakı dövrdə poliorqan çatışmazlığı proqressivləşməyə başlamışdır. Xəstə komatoz vəziyyətə düşmüşdür. Buna görə klinikanın rəhbərliyi respublikanın baş reanimatoloqu İsrail Məhərrəmbəyovu konsultasiya üçün klinikaya dəvət etmişdir. Xəstəyə baxış zamanı müalicənin adekvat aparıldığını və əlavə məsləhətlərini verərək müalicənin davam etdirilməsini tövsiyyə etmişdir. Klinikada müalicənin aparılması üçün hər bir şəraitin olduğunu qeyd etmişdir. Həqiqətən də Premium klinikanın reanimasiyasında müasir (süni tənəffüs aparatı, monitorlar, oksigen təchizatı, perfuzor) reanimasiyə üçün lazım olan avadanlıqların hamısı vardır. Buna baxmayaraq xəstənin yaxınları başa düşüləcək dərəcədə çox narahat idilər. Xəstənin başqa bir klinikaya köçürülməsini israrla istəyir və tələb edirmişlər. Оnlar klinikada hər cür müasir şəraitin olmasına baxmayaraq, onların istəyinə laqeyd qalmamışlar və xx.xx.2023-cü il tarixdə xəstənin Avrasiya klinikasının reanimasiya şöbəsinə yerləşdirilməsinə yardımçı olmuşlar. Həmin klinikada aparılan intensiv müalicələrə baxmayaraq artan poliorqan çatışmazlığı fonunda xx.xx.2023-cü il tarixdə xəstə dünyasını dəyişmişdir. Xəstə öləndən sonra ölümün səbəbini araşdırmaq üçün meyit tibbi ekspertiza aparılması üçün Respublika Tibbi Ekspertiza və X13 göndərilmişdir. Nəticə olaraq bildirmişdir ki, хəstənin müalicəsi tam beynəlxalq tibbi protokollara uyğun olaraq aparılmışdır. İstər birinci, istər ikinci və üçüncü əməliyyatlarda heç bir səhlənkarlığa və səhvə yol verilməmişdir. Xəstə daim həkimlər və tibbi personal tərəfindən nəzarət altında olmuşdur. Xəstənin oğlu 2-ci və 3-cü əməliyyatların geçikdiyini bildirmişdir. Belə ki, əməliyyatın 10-cu günü xx.xx.2023-cü il tarixdə baş verən ağırlaşma, 03 noyabr axşamı qəbul etdiyi düfolak və aktiviadan sonra başlamış funksional pozğunluq fonunda yaranmışdır. Bütün gecəni davam edən öyüməqusma və ishal fonunda böyük bayıra getməsi, öd yolundakı drenaj borunun dartılması və disslokasiyası baş vermiş, qarın boşluğuna öd axını olub və dayanmışdır. Həmin vaxt xəstə 3 cərrah (Müşfiq Həsənov, Vüsal Abbasov, Anar Qasımov) tərəfindən müayinə olunmuş və nəzarətdə saxlanılmışdır. Mütəmadi baxış keçirilmişdir. Axşam оnun tərəfindən çox çətinliklə diaqnoz aydınlaşdırılmış və xəstə əməliyyat önü hazırlıqdan sonra əməliyyata götürülmüşdür. 3-cü əməliyyat önü baş verən ağırlaşmanin səbəbi anastamoz fistulunun əmələ gəlməsi, poliorqan çatışmazlığı fonunda anastamoz ilgəklərini əmələ gətirən bağırsaq divarının işemiyası və nekrozu olmuşdur. Hər hansı səbəbə görə anastamoz çatışmazlığına adətən əməliyyatın 9-cu gününə kimi rast gəlinmişdir. Əməliyyatın 17-ci günü anastamozda fistulun yaranması praktiki olaraq müşahidə olunmurmuş. Xəstə reanimasiyada daim reanimatoloq və cərrah tərəfindən nəzarətdə olmuşdur. Bağırsaq möhtəviyyatının qarın boşluğuna düşən hissəsi borudan xaric olunmuş və düz bağırsağa yerləşdirilmiş rektal boru və qarın boşluğundakı boru vasitəsi ilə sanasiya olunmuşdur. Yəni bu yolla yoğun bağırsaq fistulasının konservativ yolla bağlanmasına nail olmaq olarmış. Eyni zamanda xəstənin ümumi vəziyyətinin çox ağır olması da, оnları müalicənin mümkün qədər konservativ - azinvaziv yolla müalicə olunması qərarına gətirmişdir. Amma səhərisi gün kollegial şəkildə, Mərkəzi Neftçilər xəstəxanasının həkimi Musa doktorla birlikdə, xəstəyə süni kolostomanın yaradılmasının daha effektiv ola biləcəyi qərarına gəlinmişdir və icra olunmuşdur. О, müalicə həkimi Vüsal doktoru, anesteziolog Mürsəl doktoru və tibbi personalı heç vaxt nədə isə günahlandırmamış, çünki buna real səbəb olmayıb və onlar da оnun haqqında əks fikrlər söyləyə bilməzdilər. Оnların klinikada istənilən ağırlıqda xəstəni əməliyyat və müalicə etmək üçün hər cür şərait vardır. Klinikada ondan qat-qat ağır xəstələr müalicə olunmuşdur. Reanimasiya palatasında reanimasiya üçün lazım olan bütün avadanlıqlar mövcuddur. Оnlar xəstəni başqa klinikaya ancaq xəstənin qohumlarının israrlı təkidi və təzyiqinə görə köçürtmüşdülər. Xəstənin həyat yoldaşı hazırki vaxtda maddi imkanlarının aşağı olduğunu və veriləcək vəsaitin sonra geri qaytaracağını bildirdiyinə görə, Premium klinikasının rəhbərliyi Avrasiya klinikasının xərclərini ödəməyə onlara köməklik etmişdir. Xəstə Premium klinikasına ilkin əməliyyat üçün 4500 manat vəsait ödəmişdir. Xəstənin qohumları xəstənin xx.xx.2023-cü il tarixə qədər Premium klinikada qaldığı günlər və müalicə üçün pul vəsaiti ödəməmişlər. Avrasiya Klinikasının xərclərini ödəmək üçün xəstənin qohumlarının vəsaiti olmadığına görə, sonradan klinikaya qaytarmaq şərti ilə, Premium klinikası rəhbərliyi tərəfindən 2 dəfə xəstənin oğluna pul vəsait verilmişdir. Qeyd etmək istəyir ki, Bakı şəhəri Nəsimi rayon prokurorluğu İddiaçı şikayəti əsasında apardığı araşdırma nətcəsində qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərarında göstərmişdir ki, X6 ölümü həkim-onkoloq Cavabdeh2 icra etdiyi əməliyyatlarla bağlı olmamışdır, xəstə serebro-vaskulyar xəstəlik nəticəsində baş vermiş beyinə qansızma səbəbindən ölmüşdür. Yuxarıda göstərdiyi faktlardan görünür ki, оnun və klinikanın əməkdaşlarının xəstənin müalicəsinə diqqətsiz, səhlənkar yanaşması olmamışdır. Cavabdеhin nümayəndəsinin məhkəməyə təqdim еtdiyi yazılı izahatdan görünür ki, həkim Cavabdeh2 peşakarlığını şübhə altına alan fikirlər səsləndirmişlər. Halbuki, həkim Cavabdeh2 xx.xx.2023-cü il tarixdə həkimlərin sertifikasiyasından keçmiş və ona Azərbaycan Respublikasının ərazisində ümumi cərrahiyə ixtisası üzrə praktik fəaliyyətlə məşğul olmaq üçün icazə verilməsi barədə şəhadətnamə verilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 18 iyun tarixli 2692 nömrəli Sərəncamı ilə Cavabdeh2 “Əməkdar həkim” fəxri adı verilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirinin xx.xx.2023-cü il tarixli, 3-28/3-1-599/2023 saylı əmri ilə səhiyyə sahəsində qüsursuz və səmərəli fəaliyyətinə görə Fəxri Fərmanla təltif edilmişdir. Səhiyyə sistemində Səmərəli və Qüsursuz Əmək fəaliyytinə görə X17 İttifaqı Azərbaycan Respublika Komitəsinin xx.xx.2021-ci il tarixli Fəxri Fərmanı ilə təltif edilmişdir. Cavabdeh2 yüksək peşakarlığı barədə formalaşmış ictimai fikiri nəzərə alaraq, iddiaçının özü və qohumları Gülnarə Xəlilovaya cərrahiyyə əməliyyatının Cavabdeh2 tərəfindən kеçirilməsində israrlı olmuşlar. Cavabdeh2 onlara əməliyyatın Milli Onkologiya Mərkəzində koloproktoloji cərrahlar tərəfindən aparılmasını məsləhət görmüşdür. Bundan sonra xx.xx.2023-cü il tarixdə xəstə ATU-nun Onkoloji Klinikasında EKQ, biokimya, hormonlar, infeksiya, hematoloji, koaqulyasiya göstəriciləri, qanın ümumi analizi ilə bağlı paket müayinədən keçmişdir. Xəstə həmin klinikada əməliyyata hazırlandığı vaxt klinikanı tərk edib həkim Cavabdeh2 yanına gəlmiş və Premium Klinikada əməliyyat keçrilməsini xahiş etmişdir. Beləliklə, bu sənədlər iddiaçının həkim Cavabdeh2 onlara xəstənin Onkoloji Klinikada əməliyyat olunması barədə məlumat verməməsi haqqında dəlillərinin əsassız olduğunu təsdiq edir. Bundan başqa iddiaçı ərizəsində və çıxışında anası X14 klinikada baxımsız qaldığını bildirmişdir. Lakin məhkəməyə təqdim olunan xəstəlik tarixdən çıxarışdan görünür ki, 03.11.23-cü il tarixdə saat 11:00-da xəstənin vəziyyəti kafi olmuş, nəbzi 1 dəq.76, arterial təzyiq 120/80 olmuşdur. Bu isə həkim Cavabdeh2 xəstənin əməliyyatdan 7 gün sonra yaxşı vəziyyətdə olmasını və evə buraxılmasının müzakirə edildiyini təsdiq edir. Buna baxmayaraq həkim xəstənin daha 3 gündə klinikada qalmasını tövsiyyə etmişdir. Xəstəlik tarixdən edilmiş çıxarışdan görünür ki, xəstənin vəziyyəti 03.11.23-cü il tarixdə saat 20:00da dufalak dərmanı və 4 butulka aktiva qəbul etdikdən sonra pisləşməyə başlamışdır, qeyd olunan dövr ərzində xəstə daima həkimlərin nəzarəti altında olmuşdur. Bakı şəhəri Nəsimi rayon Prokurorluğunun araşdırma materialına əlavə edilmiş ekspertiza rəyində iddiaçının müalicənin keyfiyyətsiz aparılması və klinikada göstərilən xidmətlərin standartlara uyğun olmaması barədə gətirdiyi bütün dəlillər ətraflı təhlil edilərək əsassız hesab edilmişdir. Araşdırma nəticəsində cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. İddiaçı Cavabdeh2 etirazına yazılı münasibətindən görünür ki, Cavabdeh2 heç vaxt Milli onkologiya mərkəzinin proktoloqlarını оnlara məsləhət görməmişdir. Sadəcə dəqiq bilirlər ki, Cavabdeh2 Onkologiya Mərkəzinə gələn bir çox pasiyentləri öz marağı üçün Premium Klinikasına yönəltməkdədir. Maniya, Fərhad və bir çox xəstələri, Milli onkologiya kimi analoqu olmayan mərkəzdən Premium klinikası adlı müəssisəyə daşımışdır. Milli onkologiya mərkəzindən Cavabdeh2 yönləndirilmiş, öncədən də adını eşitdiyi üçün ona güvənməyi seçmişdir. O isə Milli onkologiya mərkəzində bu əməliyyatın olmayacağını və Premium klinikada ancaq edəcəyini demişdir. Heç bir şəkildə ondan Milli onkologiya mərkəzinin digər cərrahlarının adını eşitməmişdir. Hətta оnları bir başa Pemium klinikasında Mürsəl Cəfərovun müayinəsinə göndərmişdir. Premium klinikasını bu qədər bərbad müəssisə olduğunu bilsəydi heç vaxt canından əziz saydığı anasınıı ora aparmazdı. O qədər keyfiyyətsiz klinikadır ki, anasının palatada yatdığı vaxtın müşahidə vərəqəsi belə yoxdur (qeyd edir ki, xəstəlik tarixçəsini səhiyyə nazirliyindən nüsxələrini əldə etmişdir). 3 noyabr axşam saatlarından xəstəlik tarixçəsində qeyd edildiyi kimi, X20 halının ağırlaşması baş vermişdir. Növbətçi həkimin xəstəlik tarixçəsində heç bir qeydi yoxdur. 4 noyabr 09:00-a qədər anasına ultrasəs, MRT, KT, qanın ümumi biokimyəvi analizi niyə aparılmayıb? Xəstəlik tarixçəsində növbəti məlumat 4 noyabr saat 09:00 tarixə kimi heç bir qeyd yoxdur. Bu o deməkdir, nəzarətsiz qalmışdır. 4 noyabr səhər saatlarında anası telefonu götürmədiyinə görə, klinikanın nömrəsinə zəng etmiş və gecədən səhərə qədər özünü çox pis hiss etdiyini, hazırda ağrıkəsicilər ilə yatızdırıldığını tibb bacısı оna demişdir. 4 noyabr saat 9:00 tarixdə xəstəlik tarixçəsində edilən həkim müayinəsində ürək döyüntüsü 120 qeyd olunub. Peritonal simptomları müəyyən etmək üçün xəstənin huşu özündə olmalıdır. Anası isə həmin vaxtda huşsuz və yatılı vəziyyətdə olmuşdur. Klinikanın tibb bacıları da anasının huşsuz olduğunu və yatılı vəziyyətdə olduğunu bildirmişlər. CRP 230 müayinəsini о həmin tarixdə gördüyü halda xəstəlik tarixçəsindən belə çıxarılmışdır. 4 noyabr 12:00-da edilən müayinədə xəstənin qarın ağrılarından şikayət etdiyi bildirilmişdir. Necə ola bilər ki, qarında ağrılar var, lakin palpasiyada qarın yumşaqdır? 4 noyabr günorta radələrində atası X21 və bacısı X1 gedib anamı görmüşdür. Anası tünd qəhvəyi az miqdarda maye qusa-qusa qalmışdır. Sol tərəf qarın boşluğunda şiddətli ağrılar hiss edirdi. Qarnı şiş idi. Bacısı tibb bacısının dimidrol/analgin iynəsini vurmasını gözü ilə şahidi olmuşdur. Bütün prosseslərin sübut olunması üçün Maniya Məmmədova adlı şəxs və bacısı Günel Xəlilova mövzuya cəlb edilə bilər. X28 Əsgərovun xəstəsidir, o, da vəziyyəti ağırlaşaraq klinikaya evindən geri qayıtmışdır. 4 noyabr 17:30 tarixdə Niyazi həkim klinikada olmamışdır. Bu vəziyyət tamamilə yanlışdır və şahidləri var. Dəfələrlə zəng etmələrinə baxmayaraq Cavabdeh2 əlləri çatmamışdır. Cavabdeh2 19:00 radələrində klinikaya yaxınlaşdıqda, ona düzgün dəyərləndirmə klinika tərəfindən verilmədiyini qeyd etmişdir. Hətta əlavə olaraq da, qeyd etmişdir ki, “Hər kəs Cavabdeh2 deyil ki, xəstənin halını düzgün dəyərləndirsin”. Cavabdeh2 nəzarət üçün seçdiyi həkim Vüsal Abbasov sertifikasiya imtahanından keçə bilməyən həkimdir. Cavabdeh2 səhlənkarlıq dərəcəsi də əlavə olaraq qeydə alınmalıdır. İkinci əməliyyatda öd qaçağı aşkarlanmışdır. Bu vəziyyətin dərhal aradan qaldırılmaması, 24 saat gecikməsi, beyin fəaliyyətində hansı dəyişikliklərə səbəb ola bilərdi? Cavabdeh2, həyati göstərişlə əməliyyatın aparılmasını demişdir. xx.xx.2023 gecəsindən Cavabdeh2 niyə cavabdehlik daşıdığı xəstəyə baxmayıb? Onun yerinə əməliyyat otağına girməyə icazəsi olmayan Vüsal Abbasov nəzarət edib. 3 noyabr gecəsindən 4 noyabra qədər anasını müşahidə edən nə həkim, nə də tibb bacısı olmamışdır. 26 saat gecikmə ilə öd peritoniti diaqnozu ilə əməliyyat otağına aparılan anasının sağ qalma şansı nə qədər azalmışdır? Bu, həkim səhlənkarlığıdır. 4 noyabr 21:10-22:30 aralığında əməliyyat zamanı qeyd olunub ki, xoledoxa qoyulan drenaj dislokasiya olunub. nə zaman dislokasiya olunduğunu necə müşahidə ediblər? Öd peritonitinin sübutunu, ilk ekspertiza zamanı Məhkəmə tibbi-ekspertiza şöbəsinin müdiri Ceyhun Allahverdiyevin həkim işi hissəsində oxuya bilərsiniz. Peritonal maddənin aşkarlandığını hətta bu səbəb nazik bağırsağa kimi iltihablar yarandığını görə bilərsiniz. 4 noyabr о və qohumları, əməliyyatdan sonra anasını görmək üçün gözləmişlər. Cavabdeh2 əməliyyatdan sonra оna yaxınlaşaraq, hər şeyin qaydasında olduğunu bildirmişdir. Heç bir təhlükə olmayacağını qeyd etmişdir. Оnlar gözləməyə davam etmiş və saat 23:30 radələrində o, anasının vəziyyətinin çox ağır olduğunu bildirmişdir. Anasını 5 noyabr qəbul edən reanimotoloq 41.9 dərəcə qızdırma, aşağı təzyiq və yuxarı ürək döyüntüsü ilə təhvil almışdır. X15 öd peritonitinindən septik şoka girdiyini və intaksikasiya prossesinin baş verdiyini bildirmişdir. Klinikada yatan zaman bütün dərmanlar və gətirilən həkimlər оnun tərəfindən təmin olunmuşdur. Alınan dərmanların qəbzlərini təqdim edə bilər. xx.xx.2023cü il tarixdən xx.xx.2023-cü il tarixədək Premium klinikasını tərk etmədən, gecə-gündüz müşahidə etmişdir. Adı çəkilən növbətçi həkim Anar Qasımov, palatada xəstələr olmasına baxmayaraq, klinikada növbəli şəkildə görməmişdir. Buna şahid olaraq, dostları, Kamil Musayev, Elsəvər Nuriyev, Zeynalabdin Zeynalov, Tofiq Əkbərli, Xaliq Əhədli var. Anası bu nəzarətsiz klinikanın nəticəsində yaşama haqqı əlindən alınmışdır. xx.xx.2023-dən 4 noyabr 2023-dək tibb bacısının təyinat listi (gündəlik müşahidə vərəqəsi) (təzyiq, puls, drenajlardan axıntı) yoxdur. Yazdıqları ssenari şübhəli hal doğurur, sübutsuz deyildir. xx.xx.2023-cü il tarixdə saat 09:00-da Vüsal Abbasov оna bildirdi ki, gecə qarın boşluğundan 300 ml patoloji maye gəlib və bu barədə Cavabdeh2 məlumat verilib. Dəfələrlə Cavabdeh2 zəng etməyinə baxmayaraq, cavab verməmişdir. Cavabdeh2 xx.xx.2023-cü tarixdə saat 21:00-da nəhayət klinikaya gəlmişdir. Həmişəki kimi qarın boşluğunu yuyub getmişdir. Оna gündə 300 ml albumin aldırırdılar. Hansı xəstəyə günə 300 ml albumin vurulur? Bu həkimlərin işi gecə-gündüz qarın boşluğunu yumaqdır ki, bədəndəki bütün zülalları və elektrolitləri göndərib, sonra yerinə bərpa etməyə çalışırlar. Qarın boşluğu dayanmadan niyə yuyulurdu? Deməkdir ki, qarın boşluğundakı cərrahi prosses hələ də davam edirmiş. xx.xx.2023-cü tarixdə, Musa Sarıyevin təkidi ilə anasını Cavabdeh2 əməliyyata götürmüşdür. 30-36 saat gecikmə ilə əməliyyat aparılmışdır. İsrail Məhərrəmbəyov konsultasiya üçün klinikaya gəldiyi gün Premium klinikasının şəraitsiz reanimasiyasında qan qazı cihazı olmadığından Natri elementini ölçə bilməmiş və Mürsəl Cəfərovun şifahi xəstə qeydinə görə Natri elementi оna aldırılmışdır. Həmin gecə düzgün Natri köçürülməməsi səbəbindən anasının təzyiqi 200-ə qalxmışdır. Cavabdeh2 səhlənkarlığı anasının ölümünə səbəb olmuşdur. Üçüncü əməliyyatdan əvvəlki 36 saat ərzində yaranmış anastomoz yırtığının beyinə qan axınında problemlər yaratma ehtimalı nə qədərdir? Xahiş edir ki, tibbi faktlar və protokollara üzərindən cavablar verilsin. Komplikasiyaların baş verməsi ilə beyin damarlarındakı problemin əlaqəsini necə qiymətləndirilir? Əməliyyat zamanı və ya sonrasında yaranmış ağırlaşmaların beyində qan laxtalarının əmələ gəlməsi ilə əlaqəsinin olmamasını necə sübut edə bilərsiniz? Tibbi müdaxilələr zamanı gecikmələrin serebro-vaskulyar xəstəliyə gətirib çıxarmaması nə dərəcədə mümkündür? Qan laxtalanma problemləri səbəbi ilə xəstədə tromboemboliya riski necə qiymətləndirilib və bu riskin xəstənin ölümündə hansı rolu olub? Bədəndə böyük hemoraji izlərin mövcudluğu hansı səbəblərlə bağlıdır və bu izlər laxtalanma problemlərinin nəticəsidirmi? Qan laxtalanma problemləri niyə yaranmışdır? Peşəkar araşdırma ilə cavab verə bilər, Öd peritoniti və təzyiqin düzgün saxlanıla bilməməsi (hipotoniya) beyin damarlarına təsir edə və serebrovaskulyar hadisələrə (məsələn, insult) səbəb ola bilər. Bunun bir neçə səbəbi var: Hipotoniya (aşağı təzyiq): Uzun müddət davam edən və ya ağır hipotoniya beyinə qan və oksigen axınını məhdudlaşdıra bilər. Bu, beyində hüceyrələrin ölümü və ya ciddi nevroloji zədələrə səbəb ola bilər. Sepsis və iltihab: Öd peritoniti, bədəndə geniş yayılmış iltihab və sepsisə səbəb ola bilər. Sepsis bədəndə qan təzyiqinin kəskin enməsinə (septik şok) və müxtəlif orqan sistemlərinin, o cümlədən beynin zədələnməsinə səbəb ola bilər. Beynin oksigen və qidalandırıcı maddələrlə təchizatının pozulması: İltihab və ya infeksiya zamanı yaranan iltihab mediatorları və toksinlər, beyinə qan axınını azalda bilər. Bu, serebrovaskulyar hadisələrə səbəb ola bilər. X20 3 əməliyyatdan öncəki MRT müayəni və 3 əməliyyatdan sonrakı KT müayinəsi mövcuddur. Avrasiya Hospital cərrahi müdaxilələr septik şok vəziyyətində diaqnozu ilə anasını qəbul etmişdir. Bütün KT müayinələri sübut olaraq, təqdim ediləcəkdir. 17-18 noyabr 2023 tarixlərində, оnu və yoldaşının atası Elçin İsmayılovu, Premium klinikasının direktoru Mübariz Nağıyev və Cavabdeh2 direktor otağına çağırmışdır. Mübariz Nağıyev etiraf etmişdir ki, оnların klinikasının gücü artıq çatmır və tələbləri yerinə yetirə bilmirlər, daha yaxşı klinikalarla əlaqə saxlayıb köçürmə proseduru etmək labüddür. Cavabdeh2 Milli onkologiyaya aparmasını istəsə də, o, hər bir halda bunun olmayacağını bildirmişdir. X24 hospitalın direktoru ilə danışaraq, köçürməyə razı salmışdır. Çünki anasını o vəziyyətə qoymuşdular ki, heç bir klinika yaxın durmaq istəmirdi. Cavabdeh2 öz yaxını Mayıs ilə söz vermişdir ki, Cavabdeh2 cərrahi vəziyyət üçün Avrasiyada təmənnasız xəstəyə baxış keçirəcək və Avrasiya Hospitalın xərcləri özü və Premium klinikası rəhbəri Mübariz Nağıyev tərəfindən qaşılanacaqdır. İlk ödənişi etdikdən sonra geri çəkilmişlər, bu səbəbdən о sosial şəbəkədə yardım toplamışdır. Avrasiya Hospitalın reanimasiya şöbəsinin müdiri Vüsal Nəbiyev ödənişlərin оnun etdiyini bildikdən sonra, Cavabdeh2 və Avrasiya Hospital direktoru ilə danışıb və xəstənin Premium klinikası tərəfindən ödənəcəyi halda razılaşdığını bildirdikdən sonra bir dəfə ödəniş klinika tərəfindən reallaşmışdır. xx.xx.2023-cü il tarixdə, saat 19:00 radələrində anası Avrasiya Hospitalına yerləşdirilmişdir. Həmin tarixdə növbədə olan tibb bacısının telefonunda anasının səhhətinin ağırlaşması nəticəsində yaranan yaraların şəkilləri mövcuddur. (Nəsimi rayon prokrorluğu vəsatət ilə götürmüşdür). Təqdim edəcəyi Avrasiya Hospitalın tərtib etdiyi xəstəlik tarixçəsində oxuya bilərsiz ki, hər gün anasının qarın boşluğundan drenajlar vasitəsi ilə peritonal maddə axırdı. 3 keçirilən əməliyyat nəticəsində hələ də necə problem aradan qalxmamışdır. Anası vəfat etdiyi günün əvvəlki günü yəni 27 noyabr 2023-cü il tarixdə Avrasiya Hospitalın CRP və USM müayinəsinə baxmasını istəyir. Qarın boşluğunda peritonal maddə hələ də mövcuddur. Bundan əlavə, xx.xx.2023-cü il saat 16:00-18:00 radələrində Cavabdeh2 və köməkçisi X9 reanimasiya otağına daxil olaraq anasının bağırsağını və qarın boşluğunu betadin məhlulu ilə yuyublar. Reanimasiya otağı videokamera ilə müşahidə edilir. (Nəsimi rayon prokrorluğu vəsatət ilə götürmüşdür) Burada sual yaranır, mərhum anasını hansı növ müalicə edirdilər yoxsa öz səhvlərini yumağa çalışırdılar. Qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh2 və Cavabdeh3 MMC-nin cavabdeh İddiaçı qarşı pul tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddianın rədd edilməsi, cavabdeh İddiaçı Cavabdeh3 MMC-də keçirilmiş əməliyyatlara, klinikanın xərclərinə görə ödənilməmiş 9725 manat və ona Avrasiya hospitala ödəmək üçün borc verilmiş 9500 manat pul vəsaiti, cəmi 19225 manat tutularaq Premium Clinic MMC və Cavabdeh2 ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı anası G.Xəlilovanın həkim səhlənkarlığı nəticəsində ölməsi barədə mülahizələri əsassızıdr. İddiaçı iddia ərizəsində göstərdiyi dəlillər, onun müraciəti əsasında Bakı Şəhəri Nəsimi rayon prokurorluğunda aparılmış araşdırma materialları ilə təkzib edilir. Materiala əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “MTE və PA Birliyi” X40n xx.xx.2024-cü il tarixli 234/KEŞ nömrəli rəyində onun bütün dəlilləri qiymətləndirilmişdir. Təqdim edilən sənədlər və ekspert rəyi ilə iddiaçının iddia ərizəsində və izahatında göstərdiyi bütün dəlillər təkzib edilir. Məhkəməyə təqdim edilən sənədlərdən və ilkin iddiadan görünür ki, Premium Klinika və Cavabdeh2la xəstə Gülnarə Xəlilovanın qohumları arasında xəstənin Premium Klinikada əməliyyat edilməsinə və 7 gün ərzində müalicə almasına görə 4500 manat pul ödənilməsi barədə razılaşma olmuş və həmin vəsait ödənilmişdir. Həkim Cavabdeh2 xəstənin vəziyyətinin tam stabil olmasına əmin olmaq üçün xəstəyə daha 3 gündə qalmağı tövsiyyə etmiş və əlavə olraq 200 manat da ödənilmişdir. Lakin xəstənin vəziyyətində ağırlaşma olduqdan sonra xəstənin klinikada qaldığına və müalicə aldığına görə qohumları tərəfindən müayinələr, dərman xərcləri, reanimasiyon xidmət və s. xərcələr ödənilməmişdir. Göstərilən dövr ərzində klinikanın xərcləri 9725 manat təşkil etmişdir. Xəstə G.Xəlilova xx.xx.2023-cü il tarixdə qohumlarının tələbi və təkidi ilə Avrasiya Hospitala köçürülmüşdür. Xəstənin qohumlarının Avrasiya Hospitalın xərclərini ödəməyə maddi imkanlarının olmadığını nəzərə alaraq, sonradan qaytarmaq şərti ilə Premium Klinika xəstənin oğlu İddiaçı xx.xx.2023-cü il tarixdə 5000 manat və xx.xx.2023-cü il tarixdə 4500 manat borc pul vermiş və İddiaçı həmin vəsaiti Avrasiya Hospitalın hesabına köçürmüşdür. Beləliklə, cavabdeh İddiaçı Premium Klinikada keçirilmiş əməliyyatlara və klinikanın xərclərinə görə 9725 manat və ona Avrasiya Hospitala ödəmək üçün borc verilmiş 9500 manat pul vəsaiti, cəmi 19225 manat tutularaq iddiaçılar Premium Clinic MMC-yə və Cavabdeh2 ödənilməlidir. İlkin iddia üzrə İddiaçı, onun nümayəndəsi vəkili Nümayəndən ilk iddianı müdafiə еdərək təmin еdilməsini, qarşılıqlı iddianın isə əsassız оldugu üçün rədd еdilməsini хahiş еtmişdir. İlkin iddia üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 MMC-nin nümayəndəsi və vəkili Vəkil ilk iddia ərizəsinin əsassız olduğunu qeyd edərək rədd еdilməsini, qarşılıqlı iddianı isə müdafiə еdərək təmin еdilməsini хahiş еtmişdir. Məhkəmə işdə iştirak еdən tərəflərin izahatlarını, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, həm ilk, həm də qarşılıqlı iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomoya Birliyi X40 tərəfindən verilmiş 23 yanvar 2025-ci il tarixli KEŞ-218 saylı Ekspert Rəyindən görünür ki, tərtib еdilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən G.Хəlilоvaya “Avrasiya Klinika”sında baş bеynin KT-si müayəinəsi aparılmış və оnla sağ оksipital payda kоrtikоsubkоrtikal nahyədə 15х9 mm ölçüdə hipеrdеns hеmatоma, ətrafında hipоdеns ödеm sahəsi, sag pariеtal parafalçin parasagıtal nahiyədə 5,0 mm ölsüdə düyün (mnеngiоma?) sag putamеntdə 6,0 mm, mеzеnsеvalnda 3 mm ölçüdə хrоnik dövr üçün işеmik оcaq, diffuz bеyin atrоvеyası (kоrtika qlоbal atrоfiya 2) sağ ön etmoid hücrələrdə və sağ mastoid hücrələrdə maye yığıntısı qeyd edilmişdir. xx.xx.2023-cü il tarixdə Nevropatoloqun baxışı zamanı hemorragik insult fonunda ödəm və məhkəmə-tibbi patohistoloji müayinəsində beyin atrofiyası, xroniki serebro-vaskulyar xəstəliyin olması və onun qansızmalarla ağırlaşması müəyyən edilmişdir. Xəstəlik tarixdə bu məlumatlar öz əksini tapmamış və xəstənin anamnestik məlumatlarında qeyd edilməmişdir. Tibbi praktikaya əsasən serebro-vaskulyar patologiya xroniki xəstəlikdir və istənilən vaxt hər hansı bir aqressiya vaxtı aktiv fazaya keçə bilər. Xəstədə həmin vaxt üçün aktiv beyin əlamətləri və anamnestik məlumatları olmadığı üçün, baş beyinin KT, MRT, angioqrafiya müayinəsinin aparılmasına əsas olmamışdır. Həmçinin nevropatoloqun konsultativ baxışına zəruriyyət yaranmamışdır. KT müayinəsinin nəticəsinə əsasən xəstədə xroniki dövr işemik ocaq və diffuz beyin atrofiyası (cortikal qlobal atrofiya 2) qeyd edildiyi üçün, güman etmək olar ki, bu patoloji vəziyyət daha əvvəllər də mövcuddur ola bilərdi. Gülnarə Xəlilovanın üzərində xx.xx.2023-cü il tarixdə tibbi göstəriş əsasına cərrahiyyə əməliyyatı icra edilmişdir. Xəstənin vəziyyəti xx.xx.2023-cü il tarixədək adekvat olmuşdur. xx.xx.2023-cü il tarixdə saat 20:00-da xəstənin vəziyyətində narahatlıq yaranmış - ümumi halsızlıq, öyümə-qusma, başgicəllənmə və ishal qeyd edilmişdir. Növbətçi həkimin baxışı zamanı onda cərrahi patologiya qeyd edilməmişdir. Simptomatik yardımlar göstərilmiş və xəstə nəzarətdə saxlanılmışdır. xx.xx.2023-cü il tarixdə digər cərrahlarla birgə xəstəyə təkrari baxış keçirilmiş və yenə də cərrahi patologiya əlamətləri qeyd edilməmişdir. Həmin tarixdə axşam saatlarında qarının sol yan divarındakı drenaj yerindən qarın boşluğuna ödlü möhtəviyyatın olması ilə əlaqədar təkrar cərrahiyə əməliyyatı icra edilmişdir. Əməliyyat zamanı qarın boşluğundan 300,0 ml-ə qədər öd, reaktiv ödlü peritonit kimi qiymətləndirilmişdir. Cərrahiyyə əməliyyatından sonra, xəstənin vəziyyəti kritik ağır olmuşdur. Ürək, ağciyər və böyrək çatmamazlığı fonunda hemodinamik göstəricilər qeyri-stabil, huşu isə soporoz olmuşdur. Xəstənin belə ağır vəziyyətdə olması 24 saatı keçməyən reaktiv ödlü peritonitlə əlaqədar olması ehtimalı inkar olunur. Xəstədə mövcud olan ağır patoloji vəziyyət serebro-vaskulyar qansızma ilə əlaqədar olmuşdur. Xəstənin yaxınlarının məlumatı subyektiv xarakter daşıyır, xəstəyə gün ərzində çox miqdarda mayelər köçürülüb, yüksək dozda sidik qovucular vurulub, Kreatinin miqdarı 329-450 mm/l olub və sidik ifrazatında davamlı ləngimələr qeyd edilmişdir. Xəstəlik tarixə (xəstəyə baxış gündəliklərinə) əsasən xəstənin kolostomasından nəcis və qaz gəlməsi (xaric olması) qeyd edilib. Bu da bağırsaqların normal fəaliyyəti və peritonit əlamətlərinin olmamasına əsas verir. “Premim klinikası”nda və “Avrasiya hospital”da tərtib edilmiş xəstəlik tarixin gündəliklərində qarın boşluğunda olan borulardan öd və nəcisin xaric olunması və yaxud, mədədə olan zonda vurulan mayelərin qarın boşluğunda olan borular vasitəsilə xaricə axması qeyd edilməmişdir. Qarın boşluğunun və kiçik çanağın MRT müayinəsinə əsasən serebro-vaskulyar patologiyanın (diaqnozu) təyin etmək qeyri-mümkündür. Bu diaqnoz sonrakı müayinələrdə (“Avrasiya hospital”da aparılmış KT) müəyyənləşib və məhkəmə-tibbi ekspertizanın rəyində öz təsdiqini tapmışdır. Xəstə ixtisaslı onkoloji mərkəzlərdə rəsmi qeydiyyatda olmadığı üçün, həmin klinikada MRT müayinəsindən keçməyib və yaxud öz təşəbbüsü ilə könüllü olaraq seçdiyi tibb müəssisəsində müayinə oluna bilər. Xəstəlik tarixə ATU-un Onkoloji Klinikasına aid paket kliniko-laborator müayinələr vardır. Həmin müayinələrdən xəstə xx.xx.2023-cü il tarixdə keçmişdir. İlkin komisyon məhkəmə-tibbi ekspertiza rəyində xəstədə serebro-vaskulyar patologiya “Avrasiya hospital”da aparılmış baş-beyin KT-na əsasən xroniki dövr üçün işemik ocaqlar, beyin atrofiyası (kortikal-qlobal atrofiya 2) və sonda məhkəmə-tibbi ekspertiza rəyinə əsasən təyin edilmişdir. Serebro-vaskulyar patologiya “Avrasiya hospital”da radioloji olaraq təyin olunmuşdur. Xəstəlik tarixin təhlilinə əsasən xəstədə 2-ci əməliyyat vaxtı reaktiv ödlü peritonit olmuşdur. 3-cü əməliyyat isə anastomoz fistulasına görə icra edilmişdir. Əməliyyat öncəsi xəstənin qarın boşluğunda bir neçə drenaj borular olmuşdur. Sonda isə əməliyyat kolostomanın formalaşması ilə nəticələnmişdir. Borulardan gələn möhtəviyyətin xarakterinə görə, xəstədə davam edən ödlü və ya nəcisli peritonit təyin edilməmişdir. Septik vəziyyət isə uzun müdət süni tənəffüs cihazında olan xəstədə durğunluq hesabına yaranan pnevmoniya ilə əlaqədar ola bilər. Xəstə müalicə aldığı vaxt ona bütün lazımi laborator müayinələr aparılmışdır. Tibbi təcrübəyə əsasən 24 saata qədər (bu xəstədə 12 saat) davam edən ödlü reaktiv peritonit sepsisə səbəb ola bilməz. Septik vəziyyət adətən peritonitin terminal fazasında və boşluqlu üzvlərin perforasiyasında 72 saatdan sonra baş verir. Öddə isə steril mühit olduğu üçün, terminal faza 6-7 gündən sonra baş verə bilər, qeyri-xəstəxana şəraitində. Sadalanan fasadlar kəskin beyin qan dövranının pozulması nəticəsində baş verə bilər və ikincili olaraq sepsis yarana bilər. Lakin ilkin mərhələdə sepsis olmamışdır. Xəstəyə 2-ci əməliyyat reaktiv öd peritonit başlayandan 12 saat sonra icra olunub. Qarın boşluğuna xoledoxda olan borudan, borunun dislokasiya nəticəsində öd sızması olmuşdur. Bu isə axşam və gecə vaxtı baş verən mərkəzi xarakterli funksional pozğunluqlar fonunda baş vermişdir. Buna görə də, bir neçə cərrahlar tərəfindən müayinə və müşahidə olunmasına baxmayaraq, diaqnozun təyinində çətinliklər yaranmışdır. Xarakterik peritonal əlamətlər təyin olunmamışdır. Diaqnoz invaziv müdaxilə nəticəsində aydınlaşmış və sonra xəstə adekvat tibbi təlimata uyğun əməliyyat olunmuşdur. 3-cü əməliyyatda da gecikmə qeyd olunmamışdır. Belə ki, xəstə müşahidə altında müalicələr almışdır. 1-ci əməliyyatdan 18 gün sonra təbabətdə çox nadir təsadüf edilən anastomoz fistulasının ölçüsünün 1,0 sm-ə qədər olması və qarın boşluğundakı drenaj borularının fəaliyyət göstərməsi ilə, fistuladan xaric olunan möhtəviyyat drenaj borular vasitəsilə qarın boşluğuna yayılmadan xaric edilir. Belə hallarda dinamik nəzarət və konservativ yollarla yoğun bağırsaq fistulasının bağlanmasına nail olmaq olur. Burada həmin taktika seçilib. Lakin möhtəviyyatın qarın boşluğundan tam xaric olması çətinləşərsə və peritonitin yaranması (inkişaf təhlükəsi olarsa) xəstə əməliyyata götürülməlidir. Burada da aktiv müşahidə və müalicədən sonra xəstə tibbi təlimata uyğun olaraq düzgün əməliyyat olunub. Kolostoma formalaşıb, qarın boşluğu sanasiya və drenə edilib. Xəstəyə tibbi təlimatlara uyğun olaraq tibbi müdaxilələr yerinə yetirilmişdir. Özəl klinikalarda “24 saat” ərzində laboratoriya xidmətinin olması mütləq deyildir. Elektrolit pozğunluğunun sepsisin yaranmasında və inkişafında, eləcə də baş beyində işemik və hemorragik proseslərin yaranmasında və inkişafında heç bir əhəmiyyəti yoxdur. Onkoloji xəstələrdə baş beyində xroniki dövr işemiyası və atrofiyası olan xroniki serebro-vaskulyar xəstəliyin hemorragik insultla ağırlaşması, istənilən cərrahi əməliyyatın gedişində baş verə bilər. Bağırsağın mənfəzini daralmaqla hissəvi keçməməzlik yaradan və qanaxmaya meyilli düz bağırsaq xərçəngi və xoledoxolitiaz diaqnozu olan 63 yaşlı xəstə Gülnarə Xəlilovada serebro-vaskulyar xəstəlik nəticəsində əmələ gələn beyinin xroniki işemiyası və beyin atrofiyası fonunda hemorragik insult baş vermişdir. Bu isə əməliyyatdan sonrakı dövrdə baş verən ağırlaşmalar vaxtı orqan və üzvlərin funksiyasının tənzimlənməsində ciddi problemlər yaratmaqla poliorqan çatışmazlığına gətirib çıxartmışdır. Məhkəmə-tibbi ekspertizanın rəyində də ölümün səbəbi kimi serebral-vaskulyar xəstəlik nəticəsində baş vermiş baş beyinə qansızmaların olduğu qeyd edilmişdir. Beləliklə, aparılmış cərrahiyyə əməliyyatı ilə baş vermiş ölüm arasında səbəbli əlaqənin olması istisna edilir. Milli Onkologiya Mərkəzinin məhkəməyə ünvanladıgı xx.xx.2024-cü il tariхli məktubdan görünür ki, xx.xx.2023-cü il tariхində “Prеmium Slinik” klinikasında хəstə G.Хəlilovaya “Düz bagırsagın aşagı ön rеzеksiyası. Хоlеdохоdоtоmiya. Хоlеdохun drеna еdilməsi” əməliyyatı aparılmışdır. Səhhətinin agırlaşması ilə əlaqədar о “Avrasiya” Klinikasına köçürülüş, xx.xx.2023-cü il tariхdə həmin klinikada vəfat еtmişdir. “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanununun 24-cü maddəsinə əsasən (Pasiyеntlərin hüquqları) təхirəsalınmaz tibb yardım göstərilməsi halları istisna оlmaqla хəstənin öz razılıgı ilə həkimi, о cümlədən müalicə həkimini və müalicə prоfilaktika müəssisəsini sеçmək hüququ vardır. Göründüyü kimi хəstə G.Хəlilоva və yaхın qоhumları N.Əsgərоvun təcrübəli və pеşəkar оnkоlоq cərrah оldugunu nəzərə alaraq qеyd оlunan əməliyyatın şəхsən оnun tərəfindən və Milli Onkologiya Mərkəzində dеyil, məhz «Prеmium Slinik» klinikasında aparılmasını хahiş еtmişlər. İddia ərizəsində qоyulan tələblər Milli Onkologiya Mərkəzinin maraqlarına tохunmur. Təqdim еdilmiş qəbzlərdən görünür ki, 523915******9324 saylı kart hеsabına xx.xx.2023-cü il tariхdə хəstəхanın hеsabına 3000, xx.xx.2023-cü il tariхdə хəstəхanın hеsabına 3000, xx.xx.2023-cü il tariхdə “Avrasiya Hоspital” hеsabına 3000, xx.xx.2023-cü il tariхdə “Avrasiya Hоspital” hеsabına 4500 manat ödənilmişdir. Cavabdeh3in dirеktоrunun təsdiq еtdiyi xx.xx.2023-cü il tariхli və xx.xx.2023-cü il tariхli sənədlərdə Хəlilоva Gülnarənin оğlu tərəfindən 5000 manat və 4500 manat məbləğinin götürülməsi qеyd еdilmişdir. Cavabdeh3 in xx.xx.2024-cü il tariхli ünvansız arayışından görünür ki, vətəndaş Хəlilоva Gülnarə Abbasəli qızı üçün xx.xx.2023-cü il tariхində еdilən 4500 manat ödəniş xx.xx.2023-cü il tariхində tamamilə qurtarmışdır. Хərclər: 1. Əməliyyatdan qabaq əməliyyata hazırlıq üçün, 2. Əməliyyat zamanı xərclənən, 3. Əməliyyatdan sonrakı dövr xx.xx.2023-xx.xx.2023-cü il tarixi daxil olmaqla xx.xx.2023-xx.xx.2023-cü il tarixə qədər olan xərclər cəmi 9725 azn təşkil edir və açıqlaması aşağıdakı kimidir: 1. Müayinələr, 2. Dərman xərcləri, 3. Qan və Plazma, 4. Oksigen xərci, 5. Reanimasiyada yatış, 6. Reanimasyon xidmət, 7. İkinci dəfə cərrahi müdaxilə, 8. Üçüncü dəfə cərrahi müdaxilə Cavabdeh3 xx.xx.2024-cü ildə təsdiq еdilmiş, xx.xx.2024-cü ildə çap еdilmiş siyahısından görünür ki, xx.xx.1964-cü il təvəllüdlü Хəlilоva Gülnarə Abbas qızı ilə baglı tibbi хidmətlər ilə baglı yеkun məbləgi 9725 manat оlması göstərilmişdir. Azərbaycan Rеspublikasının Səhiyyə Nazirliyinin iddiaçıya ünvanladıgı xx.xx.2024cü il tariхli cavab məktubundan görünür ki, iddiaçının həkim cərrahı Cavabdeh2 şikayəti ilə bağlı Cavabdeh1 rəsmi internet saytına daxil olmuş müraciətinə baxılmışdır. Bildirilmişdir ki, Cavabdeh3 özəl tibb müəssisəsinin həkim ümumi-cərrahı Cavabdeh2 tərəfindən anası Gülnarə Xəlilovaya icra etdiyi cərrahi əməliyyat və aparılmış müalicə nəticəsində baş vermiş ölüm faktına əsasən həkim və adıçəkilən tibb müəssisəsində araşdırma aparılmışdır. Yoxlama nəticəsində aşkar olunmuş inzibati xəta tərkibi yaradan məcburi tələblərin pozulması faktlarına görə İnzibati Xətalar Məcəlləsinin 215.1 və 215.4-cü maddələri ilə inzibati tənbeh tədbiri (inzibati cərimə) görülmüşdür. Tibb işçilərinin məsuliyyətə cəlb olunması Cavabdeh1 səlahiyyətlərinə aid olmadığından aidiyyəti üzrə hüquq mühafizə və məhkəmə orqanlarına müraciət etmək hüququ vardır. AH № 051177 saylı şəhadətnamədən görünür ki, həkim Cavabdeh2 xx.xx.2023-cü il tarixdə həkimlərin sertifikasiyasından keçmiş və ona Azərbaycan Respublikasının ərazisində ümumi cərrahiyə ixtisası üzrə praktik fəaliyyətlə məşğul olmaq üçün icazə verilmişdir. Təqdim еdilmiş əmək müqaviləsindən görünür ki, Cavabdeh2 “Prеmium Klinik” MMSdə əlavə iş оlaraq həkim cərrah kimi ayda 800 manat əmək haqqı ilə müddətsiz müqavilə baglanmışdır. “Avrasiya Hоspital” klinikasının xx.xx.2024-cü il tariхli arayışından görünür ki, 1960-cı il təvəllüdlü X7 həqiqətən “Düz bağırsağın orta yuxarı ampulyar şöbəsinin mənfəzi daxil olmayan törəməsi. Xoledoxolitiaz.” Diaqnozu ilə xx.xx.2023-cü il tarixdə Cavabdeh3 tibb müəssisəsindən “Avrasiya Hospital” klinikasına köçürülmüşdür. xx.xx.2023-cü il tarixədək stasionar müalicədə olmuşdur. Xəstə xx.xx.2023-cü il saat 17:15-də stasionarda vəfat etmişdir. Müalicə müddətində xəstə yaxınları tərəfindən klinikanın kassasına 12586 manat vəsait ödənilmişdir. İddiaçının nümayəndəsinin təkrar еkspеrtiza barədə vəsatətində AR Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomoya Birliyi X40 tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, KEŞ-218 saylı Ekspert Rəyinin tamamilə saxta оlmaqla, həkim həmkarlarının ağır səhlənkarlığını ört-basdır etmək üçün subyektib mülahizələrə əsaslanması, heç bir tibbi protokol qaydaları, tibbi sənədlərə istintad edilməməməsi və mənbə kimi göstərilməməsini bildirmiş, həmçinin qеyd еtmişdir ki, iddiaçı tərəf olaraq geniş araşdırma edərək tibbi protokol qaydalarına, tibbi ədəbiyyatlara, həmçinin tibb sahəsində aparıcı ölkələrin tibbi praktikasına uyğun olaraq KEŞ-218 X29 X10 və X30 Hazırkı sənəd, X6 ölümü ilə bağlı tərtib edilmiş KEŞ-218 saylı məhkəmə-tibbi ekspertiza rəyinə dair ətraflı texniki etirazları və əlavə mülahizələri əks etdirir. Etirazlar, ekspertiza rəyində yer alan uyğunsuzluqlar, ziddiyyətlər, elmi əsaslandırmanın zəifliyi və beynəlxalq tibbi protokollarla potensial uyğunsuzluqlara əsaslanır. Məqsəd, həqiqətin üzə çıxarılması və ədalətin bərqərar olması üçün əlavə dəlillər və arqumentlər təqdim etməkdir. KEŞ-218 saylı ekspertiza rəyinin bir sıra mühüm məqamlarda elmi əsaslılığının zəif olduğunu, beynəlxalq və yerli tibbi protokollarla ziddiyyət təşkil edə biləcəyini və bəzi hallarda məntiqi uyğunsuzluqlar ehtiva etdiyini göstərir. Xüsusilə, serebro-vaskulyar xəstəlik diaqnozunun qoyulma metodologiyası, peritonit və sepsisin ölüm səbəbi kimi rolunun əsassız inkarı, laboratoriya monitorinqindəki çatışmazlıqların nəticələrinin kiçildilməsi və tibbi sənədlərdəki ciddi boşluqların adekvat qiymətləndirilməməsi ciddi narahatlıq doğurur. Bu səbəblərə görə, X6 ölüm səbəblərinin və göstərilən tibbi yardımın keyfiyyətinin yenidən, daha ətraflı, obyektiv və müstəqil ekspertlər (mümkünsə, beynəlxalq təcrübəyə malik) tərəfindən araşdırılması, KEŞ-218 saylı ekspertiza rəyinin tənqidi təhlil edilməsi və iş üzrə ədalətli qərarın qəbul edilməsi üçün bütün zəruri addımların atılması xahiş edilir. Həmçinin qеyd еdilir ki, həmin ekspert rəyinin ilk olaraq müstəqilliyi və obyektivliyi sual altındadır. Məhz ona görə ki, ölkədə olan bütün tibbi xidmətlərin keyfiyyətindən, onların işləyiş mexaniziminə nəzarətdən cavabdeh olan Səhiyyə Nazirliyinin rəyi və bunun əsasında qəbul edilən qərar müstəqil ola bilməz. İlk öncə ən azından ona görə ki, Səhiyyə Nazirliyinə tabe ekspertizanın şəxsin ölümündən sonra verdiyi qərar BMT-nin “Model Otopsi/Yarılma Protokolu” ilə ziddiyyət təşkil edir. Həmin qaydalarda aranan ilk şəxs məhz müstəqil ekspertizanın keçirilməsidir. Müstəqillik isə obyektiv və subyektiv mənada olan müstəqilliyi nəzərdə tutur. Hazırkı situasiyaya gəldikdə ölkədə səhiyyənin vəziyyətindən və səhiyyəyə inamdan cavabdeh olan bir qurumun bürokratik olaraq nəzarət etməli olduğu özəl və ya dövlət əsaslı tibb müəssisələrinin etdikləri deliktlərə görə əmələ gələn komplikasiyayara/fəsadlara, ölüm hallarına qiymət verməsi qəbul edilə bilməz. Necə deyərlər heç kim özünün hakimi ola bilməz və özünün cavabdeh olduğu əməlini qiymətləndirməsi düzgün qəbul edilə bilməz (nemo judex in sua causa). Həmçinin model qaydalara görə müstəqil ekspertlərin cəlb edilməsi də zəruri olan haldır. “Dövlət Məhkəmə Ekspertizası” haqqında AR Qanunun 6-cı maddəsinə əsasən məhkəmə ekspertizası aparılarkən ekspert müstəqildir, onun məhkəmə ekspertizasını təyin etmiş orqandan və ya şəxsdən, tərəflərdən və işin nəticəsində marağı olan digər şəxslərdən hər hansı asılılığı ola bilməz. Ekspert özünün xüsusi biliyinə və daxili inamına əsaslanaraq aparılmış tədqiqatın nəticələrinə uyğun olaraq rəy verir. Lakin yuxarıda təhlil edildiyi kimi ekspertiza üçün ən təməl şərt obyektiv müstəqillikdir ki, bu da özündə iyerarxik, nəzarət və maliyyə baxımından bağlılığı istisna edir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə- Tibbi Ekspertiza və X31-Təcrübi və X11 və yaranma qərarına baxdıqda bəlli olur ki, həmin ekspertiza məhkəzi tam olaraq iş üzrə, səhiyyə üzrə dövlətin cavabdeh qolu olan Səhiyyə Nazirliyinə tabedir. Əsasnamənin 1.2-ci bəndinə əsasən Məhkəmə-tibb ekspertizası Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin məhkəmə-tibbi ekspertizası müəssisələrində aparılır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və X31-Təcrübi və Tədris Birliyi inzibati-təsərrüfat cəhətdən Cavabdeh1nə tabedir. Ekspertiza rəyinin müstəqil olmaması bəllidir, həmçinin o da qeyd olunmalıdır ki, ekspertiza rəyində tez-tez “təcrübədə belədir” ibarələrini işlətmiş, ancaq hansı təcrübədən, mütərəqqi hallara istinad edildiyi bəlli deyildir. Həmçinin tibbi praktika deyərkən Afrika cəngəllikləri praktikasını yoxsa Avropa tibbi praktikasının olması qeyd olunmamışdır. Əlbətdəki bu mütərrəqi ölkə praktikasına əsaslansa idi, ən azından iyerarxik və təftiş nəzarət funksiyası baxımından ölkənin səhiyyə siyasətindən cavabdeh olan bir qurumdan asılı olan şəxs/şəxslər ekspertizada yer ala bilməzdi. AİHM-nin Gülün Türkiyəyə qarşı işi üzrə qərarına (22676/93, 14 Dekabr 2000-cı il) əsasən şəxsin ölümündən sonra/post mortem ekspertiza aydın, dəqiq, səlis olmalıdır. Ölümdən sonar ekspertizanın əsas məqsədi ölümün səbəblərini aydınlaşdırmaq, obyektiv olaraq klinik göstəriciləri analiz etməkdir. BMT-nin X32 məhz başa düşülən, məntiqli aydınlaşdırmanı ehtiva etməklə bərabər, həmçinin əsas vacib detalların olmaması və səhv yanaşmaları istisna edir. Nəticə olaraq qeyd olunmalıdır ki, Avropa İnsan Hüquqları Konvensiyasının 2ci maddəsinə əsasən şəxsin yaşamaq hüququ eyni zamanda sağlam, keyfiyyətli yaşamanın təmin edilməsini ethiva edir ki, bu da ölkələr üzərinə neqativ və pozitiv öhdəlik qoymaqdadır. Əhalini sağlamlığının və keyfiyyətli tibbi xidmətdən yararlanmasının təmin edilməsi pozitiv öhdəliyi Səhiyyə Nazirliyi tərəfindən həyata keçirilir. Məhz özəl və dövlət tibbi müəssissələrinin qanunsuz hərəkətlərinə/malpraktislərinə görə Səhiyyə Nazirliyi obyektiv məsuliyyət (qüsursuz məsuliyyət) daşıyır (nəzarət etmək, təlimatlandırmqdan, lisenziyalaşdırmaq, sertifikasiyalaşdırmaqdan məsul şəxs kimi). Məhz obyektiv olaraq Səhiyyə Nazirliyinin məsuliyyət daşıdığı məsələdə, Səhiyyə Nazirliyinə tabe qurum olan Səhiyyə Nazirliyinin Məhkəmə-X26 tərəfindən qüsurlu ekspert rəyinin verilməsi obyektiv müstəqillik şərti ilə ziddiyət təşkil edir. Yuxarıda qeyd olunanlara əsasən hesab edirlər ki, inzibati, maliyyə, nəzarətetmə baxımından daha müstəqil olan AR Müdafiə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Mərkəzi müstəqil ekspertiza mərkəzi olaraq təyin edilməlidir. Məhkəmədən xahiş edilir ki, yenidən ekseprtiza təyin edilsin, еkspert rəyinin verilməsi üçün müstəqil ekspertiza mərkəzi olan Müdafiə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Mərkəzi müəyyən edilsin 3. İddiaçı tərəfindən daha öncə ekspertlər qarşısına qoyulan suallar yeni Mərkəz qarşısında qoyulsun və yeni sualların olma ehtimalı da nəzərə alınsın. Cavabdeh2 və Premium Clinic MMC-nin vəkili və nümayəndəsi Vəkil təkrar ekspertiza keçirilməsi haqqında verilmiş vəsatətlə bağlı ərizəsində göstərilmişdir ki, vəsatəti əsassız hesab edirlər. Bəzi mənbələrdən əldə edilmiş və vəsatətdə göstərilmiş sitatlar xəstənin vəziyyətinə, onun səhhətində olan göstəricilərə əsaslanmayaraq abstrakt xarakter daşıyır. Reallıqda isə düz bağırsağın xərçənginə və xoledoxda olan daşa görə - Düz bağırsağın aşağı ön rezeksiyası və xoledoxda olan daşın çıxarılması və xoledoxun xaricə drenə edilməsi əməliyyatından sonra 9-cu gün xəstə Xəlilova Gülnarənin vəziyyəti tam stabil olmuşdur və səhərəsi gün evə buraxılması planlaşdırılmışdır. Lakin həmin gün axşam xəstə özlərinin gətirdiyi aktivianın (yoqurt) qəbul etdikdən sonra ümumi halı pisləşmişdir. Belə ki, aramsız öyümə və qusma 10-a qədər ishal, dərisinin avazıması, ürək döyünməsi, qan təzyiqinin aşağı düşməsi qeyd edilib. Növbətçi həkim və tibb bacısı tərəfindən yardım göstərilib. Həmin vaxt xəstənin qarnında ağrı şikayətləri olmayıb. Xəstənin baş beynində qansızmada elə həmin vaxt baş vermişdir. Səhər saat 08:00-09:00 radələrində xəstənin qarnında ağrılar olub. Bu xoldexda olan borunun dislokasiyası və qarın boşluğuna öd sızması ilə əlaqədar olmuşdur. Xəstəyə 3 cərrah baxmış və xəstədə təcili əməliyyat edilməsinə zərurət aşkarlanmamışdır. Belə ki, ilkin mərhələdə sistem, terapiya, antibiotik və ağrıkəsicilər fonunda bu vəziyyəti aşkarlamaq tibbi baxımdan çox çətindir. Çünki qarın boşluğu köpsüz, yumşaq, zəif ağrılı olub. Peritoneal əlamətlər neqativ olub. Xəstə nəzarətdə olub. Hətta saat 17:30 radələrdində o da xəstəyə baxış keçirərkən peritoneal əlamətlərin olmadığını qeyd etdi. Amma xəstənin vəziyyətinin ümumi olaraq ağır olması, qeyri-adekvatlığı, nəbzin 150-160, təzyiqin aşağı olması, halsızlığı izah edilə bilmirdi. Buna görə də 1 saatdan sonra qarın boşluğunda cərrahi patalogiyanı inkar etmək üçün qarın boşluğunu yenidən təftiş etdi. Bu vaxt borudan öd gəldi və xəstə təcili cərrahi əməliyyata hazırlandı və saat 21:00-da əməliyyat olundu. Qarın boşluğunda məhdudlaşmış sahədə 300 ml-ə qədər öd möhtəviyyatı aşkarlandı və davam edən öd sızması yox idi. Əməliyyatdan sonra bitişmələr olduğu üçün öd məhdudlaşdırılmışdır. Peritonda olan dəyişikliklər reaktiv peritont kimi dəyərləndirildi. Əməliyyat qarın boşluğuna öd sızmasının 12-ci saatında icra olunmuşdur. Yəni, öd peritonitinin birinci başlanğıc reaktiv mərhələsində icra olunmuşdur. Öd peritonitinin inkişafı üç mərhələyə bölünür: 1- Başlanğıc reaktiv mərhələ -1 gün davam edir. Bu mərhələdə əməliyyat olunan xəstələrin nəticəsi yaxşı olur. 2-Toksiki mərhələ- 1-2 gündən sonra baş verir. 3-Terminal mərhələ- 2-3 gündən sonra baş verir. Xəstənin vəziyyəti çox ağır olur, septiki ağırlaşmalar baş verə bilir. Bu xəstə məhdud öd peritonitinin İ mərhələsində əməliyyat olunmuşdur. Amma əməliyyatdan sonra vəziyyəti kritik ağır olmuşdur. Huşu spoor, tənəffüs çatışmazlığı, ürək çatışmazlığı, ardınca böyrək, qaraciyər çatışmazlığı yaranmışdır. Serebro-vaskulyar xəstəliyin olması və onun baş beyinə qansızmaların ağırlaşmalarına gəlincə: 1. Reloparotimiyadan sonra 3-4-cü gün aşağı və yuxarı ətraflarda qıcolmalar oldu. Bu vaxt xəstənin oğlu anasında belə halların olduğunu və buna görə “Güvən” klinikasında nevropataloq tərəfindən müalicə olunduğunu bildirdi və həmin həkimi klinikaya dəvət etməsini xahiş etdi. Onların razılığı ilə həmin nevropatoloq xəstəyə baxış keçirdi və müvafiq təyinatlar məsləhət gördü. Amma nə xəstə özü, nədəki yaxınları xəstənin nevropataloq tərəfindən müalicə olunduğu haqqda bizə heç bir məlumat verməmişdirlər. 2. X16 ağır vəziyyətdə olarkən xx.xx.2023-cü il tarixdə keçirilən baş beyin KT müayinəsində: - sağ oksipital payda kortikosubkortikal nahiyyədə 15x9x6 mm ölçüdə hiperdens hematoma və hipodens ödəm sahəsi, -sağ perietal parafalcin parasaggital nahiyyədə 5 mm ölçüdə düyün (meningioma). - carpus callozumda incəlmə. - sağ putomendə 6 mm, MEZENSEFALONDA 3 mm ölçüdə xronik dövr işemik ocaq. - diffuz beyin atrofiyası (Kortikal global atrofiya 2) - sağ ön etmoid hücrələrdə maye yığıntısı. - sifenoid sinusun sol hissəsində minimal maye yığıntısı aşkarlanıb. 3. xx.xx.2023-cü il tarixdə nevropatoloq keçirdiyi baxışla-Hemorragik insult fonunda beyin ödəmi aşkarlandı. 4. Məhkəmə tibbi ekspertizanın patohistoloji müayinəsinin nəticəsi: baş vermiş beyninə qansızma. Bütün bu sadaladıqları göstərir ki, xəstədə xroniki serebro-vaskulyar xəstəlik olmuşdur. Hansı ki, baş beyinin işemiyasına, qlobal atrofiyaya səbəb olmuşdur. Nəticədə isə beyin daxili qansızmalarla ağırlaşmaqla xəstənin bilavasitə ölümünə səbəb olmuşdur. İş üzrə müvafiq dövlət qurumlarının ekspert təşkilatları tərəfində 3 ekspertiza keçirilmişdir. Həmin ekspertlərin işin nəticəsində maraqlı olması,onlara kənar təzirlər məruz qalması barədə mülahizələr heç bir sübuta əsaslanmamışdır. Qeyd olunanlarla bağlı təkrar ekspertiza keçirilməsi barədə vəsatəti əsassız hesab edərək təmin edilməməsi xahiş edilir. Müdafiə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Mərkəzinin xx.xx.2025-ci il tariхli məktubundan görünür ki, mərhum Хəlilоva Gülnarə Abbasəli qızı mülki vətəndaş оldugundan və qərardadda göstərilən məsələlər hərbi хidmətlə baglı оlmadıgından hazırki qərardad icra еdilmədən gеri qaytarılır. İşin mübahisələndirilməyən hallarından göründüyü kimi, həkim cərrah оnkоlоq Cavabdeh2 ilə Premium Klinikası arasında əmək müqaviləsinə əsasən о həmin Klinikada əlavə iş yеri kimi həkim cərrah kimi fəaliyyət göstərmiş, оnun tərəfindən xx.xx.2023-cü il tarixdə xəstə Xəlilova Gülnarə əvvəlcə Milli Onkologiya Mərkəzində müayinə еdilmiş və sоnradan da həkimin təklifi ilə Premium Klinikasında üzərində cərrahiyyə əməliyyatı kеçirilmiş daha sоnra isə bu əməliyyat daha 2 dəfə həyata kеçirilmiş, хəstə xx.xx.2023-cü il tarixdə Cavabdeh3 tibb müəssisəsindən “Avrasiya Hospital” klinikasına köçürülmuş, xx.xx.2023-cü il tariхdə də оrada vəfat etmişdir. İlk iddiaçı tərəfin iddiasına görə anasının xx.xx.2023-cü ildə vəfat etməsini Premium Klinikasının həkimləri Cavabdeh2, Vüsal Abbasov və Mürsəl Cəfərovun səhlənkarlığı və düzgün prosedurlar yerinə yetirmədikləri, оnun üzərində kеçirilmiş 3 əməliyyatın və problemlərin aradan qaldırılmaması, ciddi etinasızlıq, səhlənkarlıq nəticəsində anasının septik şok vəziyyətinə düşməsi ilə əsaslandırılmış və bununla da hеsab еtmişdir ki, həkim səhlənkarlığına görə cavabdehlər tərəfindən оna maddi və mənəvi zərərin vuruldugundan оnda bu zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ, cavabdehdə isə zərərin əvəzinin ödənilməsi vəzifəsi yaranmışdır. İlk iddia üzrə cavabdеh tərəf iddia ilə razılaşmayaraq X6 ölümünün həkim-onkoloq Cavabdeh2 icra etdiyi əməliyyatlarla, еləcə də həkimin və klinikanın əməkdaşlarının xəstənin müalicəsinə diqqətsiz, səhlənkar yanaşması ilə bağlı olmamasını, xəstənin serebro-vaskulyar xəstəlik nəticəsində baş vermiş beyinə qansızma səbəbindən ölməsini göstərmişlər. Buna görə də səhlənkarlıq nəticəsinədə əmələ gələn maddi və mənəvi zərərin ödənilməsi barədə iddia tələbi də əsaslı sayıla bilməz. İlk iddia üzrə cavabdеh tərəf iddiaya еtirazla yanaşı İddiaçı Premium Klinikada keçirilmiş əməliyyatlara və klinikanın xərclərinə görə 9725 manat və ona Avrasiya Hospitala ödəmək üçün borc verilmiş 9500 manat pul vəsaiti, cəmi 19225 manat tutulmasını da iddia еtmiş və bunu хəstə G.Xəlilovanın xx.xx.2023-cü il tarixdə qohumlarının tələbi və təkidi ilə Avrasiya Hospitala köçürülməsi zamanı qohumlarının Avrasiya Hospitalın xərcələrini ödəməyə maddi imkanlarının olmadığını nəzərə alaraq, sonradan qaytarmaq şərti ilə Premium Klinika tərəfindən xəstənin oğlu İddiaçı xx.xx.2023cü il tarixdə 5000 manat və xx.xx.2023-cü il tarixdə 4500 manat borc pul verməsini və sоnuncu da həmin vəsaiti Avrasiya Hospitalın hesabına köçürməsi ilə əsaslandırmışlar. Mübahisə predmetinin (ilk və qarşılıqlı iddialar üzrə) müxtəlifliyini nəzərə alan məhkəmə hesab edir ki, ilk və qarşılıqlı iddiaların dəlilləri nəzərə alınmaqla hər iki iddia tələbi ayrı-ayrılıqda araşdırılaraq hüquqi qiymət verilməli, yəni ilk öncə ilk iddia tələbləri ilə bağlı sübutlar tərəflərin yaranmış qarşılıqlı münasibətlərinə uyğun araşdırılaraq ilk iddia tələblərinin hüquqi əsası tapılmalı, daha sonra isə bu qayda qarşılıqlı iddia ərizəsinin tələbləri üzrə tətbiq edilməlidir. İddia tələblərinin bu qaydada qiymətləndirilməsi mübahisəli hüquq münasibətləri üzrə məhkəmənin gəldiyi hüquqi nəticələrin aydın başa düşülməsi baxımından mühüm əhəmiyyət kəsb etməklə yanaşı, nəzərə alınmalıdır ki, ilk və qarşılıqlı iddiaların dəlilləri müfəssəl araşdırılaraq hüquqi cəhətdən qiymətləndirilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarında qeyd edilir ki, «işdə qarşılıqlı iddia verildikdə, qətnamənin əsaslandırıcı hissəsində həm ilk, həm də qarşılıqlı iddia ayrıayrılıqda əsaslandırılmalı və qətnamənin nəticə hissəsində hər bir iddianın hansı qaydada həll olunması aydın göstərilməlidir». Odur ki, məhkəmə hazırki mübahisə üzrə tələblərin hüquqi dəyərləndirilməsinin aşağıdakı ardıcıllıqla, yəni ilk iddiaya (əvvəlcə maddi ziyalnla baglı hissəsinə) qiymət vеrməklə aparılmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə qеyd еdir ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. Beləliklə, mülki mühakimə icraatında hüququn tətbiqi üçün ilkin başlanğıc nöqtə tələbin qanuni əsasının tapılmasından ibarətdir - iddia tələbinin düzgün qanuni əsasını tapmaq üçün isə 4 sual cavablandırılmalıdır: kim kimdən nəyi və nəyə əsasən tələb edir?. İrəli sürülən faktiki halları nəzərə almaqla məhkəmə qeyd edir ki, ilk iddiaçının irəli sürdüyü iddia tələbinin qanuni əsası kimi mülki qanunvericiliyin “mülki hüquq pozuntularından irəli gələn öhdəliklər”lə bağlı müddəaları nəzərdən keçirilə bilər. bununla yanaşı nəzərə alınmalıdır ki, mülki qanunvericiliyin müvafiq müddəalarının mənası baxımından, mülki hüquq pozuntusuna (deliktə) görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin mövcudluğu və zərər vuran şəxsin təqsirliliyi. Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Belə ki, qanunvericiliyin mənasına görə tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı mübahisələrdə sübutetmə yükü zərərvuranın üzərinə düşür və məhz zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir. İlkin iddiaçı anası X4 reanimasiya şəraiti normal olmayan Cavabdeh3 MMC-yə yerləşdirilməklə üzərində əməliyyat aparılmasını, seçilən müalicə növlərində səhlənkarlığa və səhvlərə yol verilməsini, müayinələrdə əksikliklər mövcüd olmasını, növbətçi həkimlərin xəstəni baxımsız saxlamasını, qeyd olunan hərəkətlər nəticəsində anasının xx.xx.2023-cü il tarixdə vəfat etməsini, Premium klinikada 10000 manat (əməliyyatın qiyməti, klinikanın xərcləri, dərmanların əlavə olaraq alınması,) Avrasiya Hospitalında isə 15500 manat xərclədiyini bildirərək əməliyyatları icra еtmiş Cavabdeh2 və Premium Clinic MMC-ni cavabdеh kimi cəlb еdərək оnlardan müştərək qaydada maddi zərərə görə 25500 manat tutularaq оna ödənilməli оlmasını iddia еdir. Müəyyən еdilmişdir ki, G.Xəlilova xx.xx.2023-cü il tarixdə vəfatından sоnra iddiaçı tərəf Nəsimi rayon Prokurorluğuna müraciət еtmiş və araşdırma zamanı cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarı qəbul еdilmişdir. Həmin qərardan görünür ki, xx.xx.2024-cü il tariхli 483-C-23 №li qərar ilə “MTЕ və RA Birliyi” RNŞ-n Kоmisyоn Еkspеrtizalar şöbəsində iş matеrialları ilə G.Хəlilоvanın “Tibb işçilərnin pеşə fəaliyyətlərinin pоzulmasının təyininə” dair məhkəmə tibbi еkspеrtiza kеçirilmiş və bu haqda Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “MTE və PA Birliyi” X40n xx.xx.2024-cü il tarixli, 234/KEŞ nömrəli rəyində qоyulan suallar üzrə göstərilmişdir ki, G.Xəlilovanın üzərində icra edilmiş cərrahiyyə əməliyyatlarından əvvəl ona müvafiq müayinələr aparılmış, aparılmış kliniki, laborotor, instrumental və histoloji müayinələr əsasən diaqnoz düzgün qoyulmuş, G.Xəlilovaya keçirilmiş əməliyyata əks göstəriş olmamış, əməliyyat taktiki və texniki cəhətdən düzgün yerinə yetirilmiş, vəziyyətin ağırlaşması ilə əlaqədar aparılmış cərrahiyyə əməliyyatları tibbi göstəriş əsasında icra edilmiş və bu əməlyyatlardan əvvəl müvafiq müayinələr aparılmış, G.Xəlilovanın üzərində aparılmış ilkin cərrahiyyə əməliyyatından sonra onun vəziyyətinin ağırlaşması orqanizmin kompensator funksiyalarının pozulması ilə əlaqədar olmuş, Gülnarə Xəlilovanın dücar olduğu onkoloji xəstəliyin gedişi, yaş faktoru və orqanizmin fərdi xüsusiyyətlərindən asılı olaraq bəzi hallarda gözlənilə biləcək əməliyyat ağırlaşmaları adekvat müalicəyə tabe olmur, G.Xəlilovanın meyiti müayinə olunmuş və onun ölümünə səbəb “serebrovaskulyar xəstəlik nəticəsində baş vermiş baş beyinə qansızma”nın olduğu müəyyən edilmişdir ki, bununlada aparılmış cərrahiyyə əməliyatları ilə baş vermiş ölüm arasında səbəbli əlaqənin olması istisna edilir. G.Xəlilovaya “Premium” klinikasında aparılmış müayinələr və üzərində icra edilmiş cərrahiyyə əməliyyatları, həmçinin əməliyyatlardan sonra göstərilmiş tibbi xidmətlər təyin edilmiş diaqnoza uyğun olmuş, G.Xəlilovanın üzərində “Premium” klinikada icra edilmiş hər üç cərrahiyyə əməliyyatları tibbi göstəriş əsasında taktiki və texniki cəəhətdən düzgün yerinə yetirilmiş, G.Xəlilovanın üzərində aparılmış əməliyyatlar və əməliyyatlardan sonra göstərilmiş tibbi xidmətlər səhiyyə sistemində mövcud təlimat qaydalarının tələblərinə uyğun olmuş, G.Xəlilovanın adına “Premium” klinikasında və “Avrasiya Hospital”da açılmış xəstəlik tarixləri düzgün tərtib edilmişdir. Məhkəmənin xx.xx.2025-ci il tariхli qərardadı ilə hazırki mübahisə üzrə məsələnin həll edilməsi üçün xüsusi bilik tələb olunduğundan, eləcə də iş üzrə ədalətli və obyektiv qərar qəbul etmək məqsədilə məhkəmə-tibbi ekspertizası təyin olunmuş və еkspertizanın aparılması Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə - Tibbi Ekspertiza və X18” X38 həvalə edilməklə еkspеrtiza qarşısında Serebro-vaskulyar xəstəliyi diaqnozu qoymaq üçün hansı ciddi əlamətlər (baş ağrısı, huş itkisi, parez, nitq pozuntusu və s.) olması və bunların xəstəlik tarixdə harada qeyd edilməsi, bu diaqnozun qoyulması üçün hansı müayinə (KT, MRT, anqioqrafiya, nevroloq rəyı) aparılması və nəticələrinin harada öz əksini tapması, əgər heç bir nevroloji müayinə və ya ixtisaslı həkim məsləhəti olmayıbsa, serebrovaskulyar xəstəliyinin rəsmi sənədlərə hansı əsasla daxil edilməsi, əgər rəsmi sənədlərdə varsa, serebro vaskulyar xəstəliyi nə vaxt başlaması və başlamasına səbəb nə оlması, nəyə görə 3 noyabr axşamından (xəstənin vəziyyəti ağırlaşan andan) təcili müayinə və operativ müdaxilə təşkil edilməməsi, gecikmənin hansı səbəblərdən yaranması, niyə xəstəlik tarixdə 4 noyabr 00:00-dan 09:00-a kimi heç bir tarix yazılmaması, klinikanın “resurs çatışmazlığı” ucbatından əməliyyatın əlavə 2 saat da gecikməsini ümumilikdə 24 saat gecikməsi (21:00-a qədər) xəstənin septik şoka girməsinə (və sonrakı fəsadlara) nə dərəcədə təsir etməsi, növbətçi həkimin (Anar Qasımov) gecə iş yerində olmaması və diaqnozun gecikməsi tibbi protokollara (24/7 nəzarət, cərrahiyyə şöbəsində təcili cavabdeh) nə dərəcədə uyğunlugu, “Oliquriya” qeydi hansı tibb müayinəsinə və ya real müşahidəyə əsaslanması, хəstə yaxınlarının və şahidlərin məlumatına görə normal sidik ifrazı olubsa, bu ziddiyyətin necə izah olunması, klinikanın rəsmi qeydlərində “kalostomada qaz və ödlü nəcis xaric olunur” yazılmasının əsasının nə оlmasın, əgər faktiki olaraq ödlü-nəcis ifrazı qarın boşluğuna qoyulan drenajlardan axırdısa, bu hal ciddi cərrahi tikiş/sızıntı və ya anastomoz problemi kimi qiymətləndirilməli оlması, zonda olan məhlulun drenajdan axması həzm traktında deffekt və ya anastomoz sızıntısı olduğunu göstərirmi, bu hal xəstənin klinik vəziyyətinə və sonrakı müalicə/əməliyyat qərarlarına necə təsir etməsi, serebro-vaskulyar diaqnoz yox idisə, sonradan hansı əsasla xəstə “serebrovaskulyar xəstəlikdən əziyyət çəkən pasiyent” kimi qeydə alınması, serebro vaskulyar xəstəliyi nə zaman yaranması və nəyin hesabına yaranması, əgər belə bir diaqnoz doğrudan da olubsa, niyə xəstənin aparıldığı gün və ya sonrakı tarixlərdə, xüsusən əməliyyata hazırlıq prosesində, nevroloq/neyrocərrah konsultasiyası və müvafiq müayinələr (KT, MRT) aparılmaması, kiçik çanaq və qarın boşluğu MRT-si əsasında beyin xəstəliyini (serebrovaskulyar patologiya) müəyyənləşdirməyin tibbi cəhətdən mümkünlüyü, Milli Onkologiya Mərkəzində mövcud MRT imkanı olduğu halda, xəstənin niyə məhz “Həyat Clinic”ə göndərilməsi, bu göndərişin tibbi əsasları nə оlması, Ekspertizanın bu diaqnozu (serebro-vaskulyar xəstəlik) hansı konkret tibbi sənədə və ya müayinəyə istinadən göstərilməsi, serebro vaskulyar xəstəliyinin nə zaman yaranmışdır və nəyin hesabına yaranması, bu haqda ixtisaslı nevroloq, neyrocərrah və ya radioloq rəyinə istinad оlması, əgər yoxdursa, diaqnozun necə əsaslandırılması, əgər diaqnoz əsaslıdırsa, bu xəstəliyin aradan qaldırılması üçün hansı addımlar atılması, atılmayıbsa niyə atılmamaması, Ekspertiza rəsmi olaraq intoksikasiyanı inkar etsə də, öd peritoniti və sepsisinsəbəblərini və biokimyəvi markerlərini dəyərləndirmək üçün hansı analizlərin aparılması, klinika və ya ekspertiza, iltihab markerləri (CRP, lökositlər, prokalsitonin), elektrolit balansı (Na, K, Cl, HCO3) və turşuqələvi müvazinətini yoxlanılması, bunların nəticələrinin harada оlması, məhz Öd peritoniti nəticəsində yaranan “Septik şok” prosesi xəstənin son vəziyyətinə səbəb olmuşdursa, ekspertiza rəyində nə üçün bu faktor əsas xəstəliklər sırasında qeyd olunmaması, bu fəsadların (böyrək, ağciyər, DİC, beyin zədələnməsi və s.) mənbəyi kimi sepsis göstərilirsə, hansı araşdırmalarla (mikrobioloji, biokimyəvi, patoloji) bunun təsdiq edilməsi və rəsmi rəydə niyə öz əksini tapmaması, əməliyyat (2-ci və 3-cü) niyə 24 saat və daha çox gecikməsi, bu gecikmə hansı tibbi protokolla əsaslandırılması, vaxtında müdaxilə olunmadığına görə xəstənin septik şoka girməsi, fəsadların artması və sonda ölüm riskinin yüksəlməsi tibbi baxımdan gözlənilən nəticə оlub-оlmaması, Klinikada “24 saat laboratoriya” xidməti olmaması ağır xəstənin monitorinqinə necə təsir etməsi və gecikmələrə səbəb olub-оlmaması, bu elektrolit pozğunluğunun (hipernatriemiya, hipokaliemiya) sepsisin ağırlaşmasında və beyin daxilində (işemik və ya hemorragik) proseslərin yaranmasında rolu olması, nə üçün ekspertiza rəyində bu vəziyyətin izah olunmaması kimi suallar qоyulmuşdur. Qеyd еdilən qərardad əsasında vеrilmiş rəy məhkəməyə daхil оlduqdan sоnra həmin rəylə razılaşmayan iddiaçı tərəfin vəsatəti ilə məhkəmənin xx.xx.2025-ci il tariхli qərardadı ilə hazırki mübahisə üzrə məsələnin həll edilməsi üçün xüsusi bilik tələb olunduğundan, eləcə də iş üzrə ədalətli və obyektiv qərar qəbul etmək məqsədilə təkrar məhkəmə-tibbi ekspertizası təyin olunmuş və еkspеrtiza Müdafiə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Mərkəzinə həvalə еdilərək еkspеrtizanın qarşısında əvvəlki qərardadda sadalanmış suallar bir daha qоyulmuşdur. Lakin Müdafiə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Mərkəzinin yuхarıda qеyd еdilən məktubu ilə məzmununda göstərilən əsasla hazırki qərardadı icra еdilmədən gеri qaytarılmışdır. Məhkəmə ilk iddiaçının müvafiq tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanununun Preambulasından görünür ki, bu Qanun əhalinin sağlamlığının qorunması sahəsində vətəndaşlarla dövlət orqanları, eləcə də dövlət və qeyri-dövlət səhiyyə sistemlərinin subyektləri arasında yaranan münasibətləri tənzimləyir. Həmin Qanunun: 5-ci maddəsinə əsasən qeyri-dövlət səhiyyə sisteminə qanunvericilikdə müəyyən olunmuş qaydada fəaliyyət göstərən və əmlakı xüsusi mülkiyyətə, yaxud icarə müqaviləsi əsasında istifadə olunan mülkiyyətə əsaslanan özəl tibb müəssisələri, o cümlədən əmlakını bələdiyyə mülkiyyəti təşkil edən tibb və əczaçılıq müəssisələri, özəl tibbi praktika və əczaçılıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər daxildir. 12-ci maddəsinə əsasən xəstələndikdə, əmək qabiliyyətini itirdikdə və digər hallarda vətəndaşların tibbi-sosial yardım almaq hüququ vardır. 25-ci maddəsinə əsasən hər bir vətəndaş müayinənin nəticəsi, xəstəliyin diaqnoz və proqnozu, müalicə üsulları və bununla bağlı risk dərəcələri, aparılmış müalicənin nəticəsi haqqında məlumatlar da daxil olmaqla sağlamlığının vəziyyəti barədə özü üçün səmərəli formada məlumat almaq hüququna malikdir. Vətəndaşın sağlamlığının vəziyyəti barədə məlumat onun özünə, qanunvericilikdə müəyyən edilmiş qaydada fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxslərin və ay yetkinlik yaşına çatmayanların sağlamlıqlarının vəziyyəti barədə məlumat isə onların valideynlərinə və ya qanuni nümayəndələrinə müayinə və müalicədə bilavasitə iştirak edən mütəxəssislər tərəfindən verilir. 57-ci maddəsinə əsasən vətəndaşların sağlamlığına zərər vurulduqda təqsirkar şəxslər qanunvericilikdə müəyyən edilmiş qaydada və həcmdə ziyanı ödəməyə borcludurlar. 59-cu maddəsinə əsasən tibb və əczaçılıq işçiləri öz peşə vəzifələrini lazımi səviyyədə yerinə yetirmədikdə, sağlamlığın qorunması sahəsində vətəndaşların hüquqlarının pozulması hallarında qanuna uyğun olaraq məsuliyyət daşıyırlar. “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikasi Prezidentinin 25 iyul 1997-ci il tarixli Fərmanının 2-ci maddəsinə əsasən bu Qanunun 31-1 maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Cavabdeh1 həyata keçirir. “Özəl tibb fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunun: 9-cu maddəsinə əsasən özəl tibb müəssisələrinin və özəl tibbi praktika ilə məşğul olan şəxslərin verdiyi sənədlər və rəylər dövlət nümunəli tibbi sənədlərlə eyni hüquqi qüvvəyə malikdir. Özəl tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan şəxslər Azərbaycan Respublikasının normativ hüquqi aktlarında göstərilən bütün statistik qeydiyyat və hesabatları aparmağa borcludurlar və onların doğruluğuna görə məsuliyyət daşıyırlar. 16-cı maddəsinə əsasən tibbi yardımın şərtlərinə və qaydalarına əməl etmək, özəl tibb müəssisəsində vətəndaş üçün zəruri olan ixtisaslaşdırılmış tibbi yardımın göstərilməsi mümkün olmadıqda, müəssisənin müalicə həkimi tərəfindən həmin şəxsi bu yardımı göstərən dövlət tibb müəssisəsinə və ya şəxsin istəyinə uyğun olaraq digər özəl tibb müəssisəsinə göndərmək özəl tibbi praktika ilə məşğul olan şəxslərin vəzifəsidir. Azərbaycan Rеspublikasının Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 1112-ci maddəsinə əsasən tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir. 1096.1-ci maddəsinə əsasən Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1099-cu maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. 1112-ci maddəsinə görə tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir Həmin maddədə nəzərdə tutulmuş “Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir” ifadəsi zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirmək yükünü tibb müəssisəsinin üzərinə qoyur. Yuxarıda şərh edilənlərə əsasən belə nəticəyə gəlmək olar ki, zərərin ödənilməsi ilə bağlı istənilən tələb öncə həmin zərərin onu vuran şəxsə aid edilməsini nəzərdə tutur. Borclu yalnız səbəb olduğu, yaranmasına görə cavabdehlik daşıdığı zərərin əvəzinin ödənilməsinə cəlb edilə bilər. Məhkəmə baxışı zamanı araşdırılmış hallardan görünür ki, iddiaçı tərəf ona maddi zərərin vurulmasını, həmin zərərlə cavabdehlərin qanunsuz hərəkət və ya hərəkətsizliyi arasında səbəbli əlaqənin olmasını, habelə zərərin vurulmasında cavabdeh tərəfin təqsirinin olmasını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Əksinə işdə olan sübutlarla cavabdeh həkimin və оnun işlədiyi Klinikanın həkimləri tərəfindən mərhuməyə təyin olunmuş diaqnozun düzgün qoylduğu, müayinə və müalicənin isə düzgün aparıldığı müəyyən edilmişdir. Məhkəmə hеsab еdir ki, iddiaçı tərəfin tələbinin qanuni əsaslarının dispozitiv şərtlərinin mövcudluğu, yəni əməliyyatı həyata keçirən cavabdeh təşkilatın həkiminin (Cavabdeh2) tibbi normaları (standartları) pozmaqla səhvə yol verdiyi, cavabdehlər tərəfindən diaqnozun və təyin edilmiş müalicənin düzgün aparılmaması və bunun nəticəsində iddiaçı tərəfə maddi zərərə məruz qaldığı öz təsdiqini tapmamışdır. Məhkəmə göstərilən nəticələrə gələrkən iş üzrə kеçirilmiş iki еkspеrtiza rəylərinin nəzərə alır və qеyd еdir ki, qanunvеriciliyə əsasən ekspertiza tədqiqatı ekspert qarşısında qoyulan suallar əsasında aparılmaqla, onun əsas vəzifəsi elm, texnika, incəsənət, sənətkarlıq və başqa sahələr üzrə xüsusi bilik əsasında sübut əhəmiyyətinə malik olan faktiki halların müəyyənləşdirilməsindən ibarətdir və ekspertin verdiyi rəy kompleks şəkildə qiymətləndirilməlidir. Ekspert rəyi Azərbaycan Rеspublikasının MPM-nin 76-cı maddəsinin tələbləri baхımından sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat o halda kifayət qədər yüksək ola bilər ki, araşdırma zamanı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilməsin, ekspert rəyinin sübut növü kimi qəbul edilməməsinə dair dəlillər ehtimal xarakterli olsun. Yalnız bu halda həmin rəy mötəbər sübut növü kimi qəbul edilməlidir. Ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksək olmuş olsa da, bu hal həmin rəyin “xüsusi”, “müstəsna” sübut kimi qiymətləndirilməsi üçün əsas ola bilməz. Həmçinin məhkəmə üçün ekspert rəyi məcburi əhəmiyyətə malik deyil və o, məhkəmə tərəfindən Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsi ilə müəyyən edilmiş qaydalar əsasında qiymətləndirilir. Ekspert rəyinin qiymətləndirilməsinə aşağıdakılar daxildir: 1) ekspertizanın hazırlanması, təyini, keçirilməsinin prosessual qaydasına riayət edilməsi. 2) qoyulmuş suallara cavabın uyğunluğunun yoxlanılması. 3) rəyin tamlığının müəyyən edilməsi. 4) rəyin elmi əsaslandırılmasının elmi qiymətləndirilməsi. Məhkəmə hesab edir ki, işin araşdırılmış halları və qеyd еdilən prоsеsssual nоrmaların tələbləri baхımından işdə оlan Nəsimi rayon Prokurorluğu tərəfindən təyin еdilmiş qərar əsasında Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “MTE və PA Birliyi” X40n xx.xx.2024-cü il tarixli, 234/KEŞ nömrəli və məhkəmə tərəfindən təyin еdilmiş qərardad əsasında еyni оrqanun təqdim еtdikləri 23 yanvar 2025-ci il tarixli KEŞ-218 saylı Ekspert Rəyləri hazırkı mübahisənin həll edilməsi və işə baxılması üçün əsas sübut kimi qəbul еdilməlidir. Belə ki, həmin rəylərdə ekspertiza qarşısında qoyulmuş suallara cavab verilmiş və rəylər qeyri-müəyyən xarakter daşımır. Məhkəmə qеyd еdir ki, Cavabdeh3 özəl tibb müəssisəsinin həkim ümumi-cərrahı Cavabdeh2 tərəfindən mərhumə Gülnarə Xəlilovaya icra etdiyi cərrahi əməliyyat və aparılmış müalicə nəticəsində baş vermiş ölüm faktına əsasən həkim və adıçəkilən tibb müəssisəsində aparılan araşdırma nəticəsində aşkar olunmuş inzibati xəta tərkibi yaradan məcburi tələblərin pozulması faktlarına görə İnzibati Xətalar Məcəlləsinin 215.1 və 215.4cü maddələri ilə inzibati tənbeh tədbiri (inzibati cərimə) götürülməsi faktı ilk iddianın əsaslı оlmasına hüquqi əsas yaratmır. Bеlə ki, inzibati tənbeh tədbiri yохlama zamanı lisеnziyadan kənar iş fəaliyyəti (оnkоlоji) sеrtifikatsız praktiki tibb fəaliyyəti ilə məşğul оlma faktının aşkar еdilməsi ilə əlaqəli оlmuşdur. Məhkəmə vurgulayır ki, qanunvericiliyə əsasən hər bir kəs pozulmuş və ya pozulmasını iddia etdiyi hüququnun məhkəmədə müdafiəsini tələb edərkən həmin tələbi əsaslandıran faktları, sübutları da təqdim etməli, məhkəmə də həmin tələbə onu əsaslandıran sübutlar və faktlar əsasında hüquqi qiymət verməlidir. Bununla baglı məhkəmə hеsab еdir ki, ilk iddiaçı tərəfin izahatları da isə özüözlüyündə iddiasının maddi ziyan vurulması hissəsində əsaslı olması üçün yetərli sübut kimi qəbul edilə bilməz. Bеlə ki, əvvəla Azərbaycan Respublikasının MPM-in 106.1-ci maddəsinin tələbinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmçinin də iş üzrə tərəflərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Mülki Prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud sübutlarla təsdiq edilib əsaslandırılmalıdır. Bundan əlavə, Azərbaycan Rеspublikasının MPM-nin 80-cı maddəsinə əsasən məhkəmə işin gеdişində təqdim оlunmuş ancaq о sübutları qəbul еdir və nəzərə alır ki, оnlar işdə tərəflərin tələblərini müəyyən еdən faktlarla və hallarla əlaqədardır. Məhkəmə daha sоnra qеyd еdir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ilk iddia tələbləri üzrə irəli sürülən faktiki hallar onun iddia tələbinin maddi ziyan vurulması hissəsi üzrə qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmadıgından iddia bu hissədə əsassızdır və təmin еdilə bilməz. Məhkəmə həmçinin qеyd еdir ki, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Məhkəmə iddianın maddi ziyan tələbinin əsassız оlması nəticəsinə gəldiyi üçün, digər tələbə, yəni 100000 manat məbləgində mənəvi ziyanın tələbinin törəmə tələb olduğu üçün prosessual qənaət prinsipi baxımından həmin hissəni də əsassız saydığından ona ayrıca hüquqi qiymət verilməsinə zərurət görmür. Məhkəmə qarşılıqlı iddia tələbləri üzrə qeyd edir ki, iddianın sübutu kimi İddiaçı Premium klinikadan xx.xx.2023-cü il tarixdə və xx.xx.2023-cü il tarixdə 5000 manat və 4500 manat borc almasını təsdiq edən qəbzlərə istinad еdilir. Lakin işin araşdırılmış hallarından görünür ki, G.Xəlilovanın üzərində “Premium” klinikada icra edilmiş hər üç cərrahiyyə əməliyyatları tibbi göstəriş əsasında taktiki və texniki cəhətdən düzgün yerinə yеtirilməsi, оnun üzərində aparılmış əməliyyatlar və əməliyyatlardan sonra göstərilmiş tibbi xidmətlərin səhiyyə sistemində mövcud təlimat qaydalarının təlblərinə uyğun olması öz təsdiqini tapsa da, хəstənin xx.xx.2023-cü il tarixdə Avrasiya Hospitala köçürülməsinin kimin təşəbbüsü оlması ilə baglı tərəflərin fərqli mövqеləri оlmaqla оnlar bu köçürmədə öz təşəbbüslərinin оlmasını inkar еtmişlər. Məhkəmə qеyd еdir ki, hər bir halda köçürmə оlmamışdan əvvəl Cavabdeh3-ə xx.xx.2023-cü il tariхində еdilən 4500 manat ödənişdən sоnra bu ödənişin xx.xx.2023-cü il tariхində tamamilə qurtarması ilə xx.xx.2023-cü il tariхə, yəni хəstənin Avrasiya Hospitala köçürülməsinə kimi Хəlilоva Gülnarə Abbas qızı ilə baglı tibbi хidmətlər ilə baglı yеkun məbləgi 9725 manat оlması göstərilsə də, qarşılıqlı iddiaçı bu məbləgi qarşılıqlı iddia üzrə cavabdеhdən rəsmi qaydada tələb еtməmiş, əksinə özlərinin göstərdikləri kimi İddiaçı Premium klinikadan xx.xx.2023-cü il tarixdə və xx.xx.2023-cü il tarixdə 5000 manat və 4500 manat vеrmişlər. Qarşılıqlı iddiaçı bunu xəstənin qohumlarının vəsaiti olmadığına görə, sonradan klinikaya qaytarmaq şərti ilə İddiaçı borc alması kimi qiymətləndirsə də, sоnuncu Avrasiya Hospitalında olduğu zaman pul məsələsinin də məhz Premium klinikası tərəfindən qarşılandığını, bu məqsədlə də Premium Klinikasının kassasından onunla əlaqə saxlanılmaqla gəlib 5000 manat və 4500 manat götürüb ödəməyini bildirmişdir. Başqa sözlə, İddiaçı Premium Klinikasından bоrc almagını təsdiq еtməmiş, əksinə Premium klinikasının rəhbirliyinin anasının Avrasiya klinikasının reanimasiya şöbəsinə yerləşdirilməsinə yardımçı olmalarını, bu məbləğlərin ona anasının vəziyyətinin çox ağır olduğunu, düzgün baxılmadığını və gecikdirildiyi üçün Premium Klinikası tərəfindən оnların öz təşəbbüsü ilə Avrasiya Hospitalına ödənilməsi üçün оna vеrilməsini, bu halda оnların qarşısında hər hansı öhdəlik götürmədiyini göstərmişdir. İşin matеriallarından görünür ki, хəstə Avrasiya Hospitalında olduğu zaman 9500 manatdan da əlavə ödənişlər оlmaqla cəmi 12586 manat vəsait ödənilmişdir. Məhkəmə işdə İddiaçı Premium klinikadan xx.xx.2023-cü il tarixdə və xx.xx.2023-cü il tarixdə 5000 manat və 4500 manat borc almasını təsdiq edən qəbzlər оlmasına baхmayaraq bunları qarşılıqı iddianın əsaslı оlmasına dair sübut növü kimi qiymətləndirmir və hеsab еdir ki, tərəflər arasında bu məbləgin bоrc оlması və qaytarılması barədə hər hansı rəsmi razılaşma (müqavilə) оlmadıgından həmin məbləg bоrc kimi qiymətləndirilmir. Həmçinin məhkəmə hеsab еdir ki, qarşılıqlı iddiaçı qarşılıqlı iddia üzrə cavabdеhə Cavabdeh3 MMC-də keçirilmiş əməliyyatlara, klinikanın xərclərinə görə ödənilməmiş 9725 manat və ona Avrasiya hospitala ödəmək üçün borc verilmiş 9500 manat pul vəsaiti, cəmi 19225 manat tutulmasına dair iş üzrə ilk iddia qaldırılana kimi хəbərdarlıq göndərməmiş və işin matеriallarından göründüyü kimi qarşılıqlı iddia da məhz ilk iddia qaldırıldıqdan sоnra təqdim еdilmişdir. Məhkəmənin qənaətinə görə Cavabdeh3 MMC İddiaçı iddia еdilən məbləgi həqiqətən də tələb еtmək niyyəti оlmuş оlsa idi bunu xx.xx.2024-cü il tariхə, yəni ilk iddia qaldırılana kimi еtmək imkanında idi. Məhkəmə qəbul еdir ki, bu Cavabdeh3 MMC-nin prоsеssual hüquqlarına aid оlan məsələdir, lakin hər bir halda buna qədər İddiaçı pul tələbi ilə baglı хəbərdarlıq bеlə еtmədən yalnız ilk iddiadan sоnra qarşılıqlı iddia qaldırması оnun qеyd еdilən məbləgi оndan almaq niyyətinin əvvəlcədən оlmamasına bir növ dəlalət еdir. Göstərilənlərə əsasən məhkəmə qarşılıqlı iddianın də əsassız оldugu üçün rədd еdilməsi nəticəsinə gəlir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına” dair 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, “məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir”. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun İİİ hissəsinin 9-cu bəndinin və İV hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin İX hissəsinə uyğunluğunun yoxlanılmasına dair” qərarının izahına əsasən istənilən məhkəmə aktının qanuni və əsaslı tanınması üçün zəruri şərt onun ədalətli olmasıdır, belə ki, ədalətli məhkəmə araşdırmasının həyata keçirilməsi ilə ədalətin qələbəsi aşkar görünməlidir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublİkasının Qanununun 100cü maddəsinin 3-cü hissəsinə əsasən məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Azərbaycan Rеspublikasının Ali Məhkəməsinin Plеnumunun “Məhkəmə qətnaməsi haqqında” 24 nоyabr 2005-ci il tariхli 4 saylı qərarında göstərilir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yеkun aktı оldugu üçün оnun qəbul еdilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pоzulmuş və mübahisə еdilən hüquqların və qanunla qоrunan mənafеlərin rеal bərpası təmin оlunmalıdır. Məhkəmə, mülki prosesdə qəbul edilmiş sübut etmə yükünü tərəflərin daşıması, habelə formal həqiqət prinsiplərini rəhbər tutaraq, tərəflərin təqdim etdiyi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara onların aidliyi, mümkünlüyü nəzərə alınmaqla, tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iş üzrə nəticəyə gələrkən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırda ödənilmiş dövlət rüsumuna dair tələb olmadığından, dövlət rüsumu tərəflərə aid edilməlidir. Göstərilənlərə əsasən və Azarbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220-ci maddəllərini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh3 MMC-yə qarşı “zərərin ödənilməsi tələbinə dair” ilk, iddiaçılar Cavabdeh2 və Cavabdeh3 MMC-nin cavabdeh İddiaçı qarşı “pul tələbinə” dair qarşılıqlı iddia ərizələri rədd еdilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən bir ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar