Məhkəmə qərarları › İş №e-2(005)-5263/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №e-2(005)-5263/2025

28.11.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(005)-5263/2025 28.11.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Mən, hakim Ədilova Solmaz İmran qızı, İddiaçı cavabdehlər Cavabdeh1 və Maliyyə Nazirliyinə qarşı məhkəməyə müraciətə qadağa qoyulmasına, tələbkar kimi verdiyi ərizələrin qəbulundan imtinaya görə pozulmuş məhkəmə təminatı, sosial, mənzil təminatı hüququnun bərpası və dəyən maddi-mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Maliyyə Nazirliyinə qarşı məhkəməyə müraciətə qadağa qoyulmasına, tələbkar kimi verdiyi ərizələrin qəbulundan imtinaya görə pozulmuş məhkəmə təminatı, sosial, mənzil təminatı hüququnun bərpası və dəyən maddi-mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 qanunazidd hərəkəti nəticəsində hüquq və azadlığının, sosial, mənzil təminatının pozulmasına görə dəyən 355000 manatlıq ziyanın dövlət tərəfindən cavabdehlik daşıyan Maliyyə Nazirliyi tərəfindən ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh1 (BİM) varisi olduğu 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (1 BİİM) xx.xx.2017-ci il tarixli, 2-1(81)-1889/2017 saylı qərarının icrasını borclu ƏƏSMN tabeliyində DSMF-in Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı xx.xx.2023-cü ildən özbaşına dayandırıb, artıq 32 aydır bərpa etmir. 1 BİİM-in xx.xx.2016-cı il tarixli, 2-1(81)-1095/16 saylı qərarının icrası isə 10-cu ildir təmin olunmur, heç icraya da yönəldilmir. Tələbkar kimi verdiyi ərizələrin qəbulundan isə cavabdeh BİM imtina edir. Bu davranışa, məhkəməyə, dövlətə, Konstitusiyaya hörmətsizliyə qərarı çıxaran Cavabdeh1 xidməti vəzifəsinə görə hüquqi qiymət verməyə borclu olduğu halda, Cavabdeh1 xidməti vəzifəsini yerinə yetirir, əksinə, məhkəməyə tələbkar kimi verdiyi ərizələrin də qəbulundan anında imtina edir. Bu, Konstitusiya ilə təminat verilən (qeyri prosessual) özbaşınalığı istisna edən, vicdanlı davranışa, məhkəmə təminatı, məhkəmə qərarlarının məcburi icrası hüququna qadağadır. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddiaya məhkəmə qaydasında baxılmalı olmadığından, iddia ərizəsinin qəbul edilməsindən imtina edilməlidir. Belə ki, iddia ərizəsinin məzmunundan aydın olur ki, iddiaçı iddia ərizəsi ilə Cavabdeh1nə iddialar ilə müraciət edir, lakin iddialarının qəbulundan imtina edilir. Qeyd olunmalıdır ki, inzibati prosessual qanunvericilikdə bir çox qərardadlardan, həmçinin iddianın mümkün sayılmaması barədə qərardaddan şikayət vermək hüququ nəzərdə tutulmuşdur. İddiaçı narazı qaldığı qərardadlardan yuxarı instansiya məhkəməsinə şikayətlər verməli olduğu halda, inzibati məhkəməyə qarşı ayrıca iddia qaldırmışdır. Göründüyü kimi hazırki iddianın məhkəmə qaydasında baxılması yolverilməzdir. İddiaçının Cavabdeh1 tərəfindən qəbul edilmiş məhkəmə aklarını mübahisələndirmək hüququ olmuşdur. İnzibati Prosessual Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Mülki Prosessual Məcəllənin: 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. 153.4-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. 153.5-ci maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. 153.6-cı maddəsinə əsasən iddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi ilk gündən verilmiş hesab edilir. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, hazırki ərizəyə məhkəmə qaydasında baxılmalı olmadığından, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, iddiaçıya mübahisələndirdiyi və ya razı olmadığı məhkəmə aktlarından qanunvericilikdə nəzərdə tutulmuş qaydada şikayət vermək hüququnun olduğu izah edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1, 263-264 və 268-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Maliyyə Nazirliyinə qarşı məhkəməyə müraciətə qadağa qoyulmasına, tələbkar kimi verdiyi ərizələrin qəbulundan imtinaya görə pozulmuş məhkəmə təminatı, sosial, mənzil təminatı hüququnun bərpası və dəyən maddi-mənəvi ziyanın ödənilməsi tələbinə dair ərizəsinin iddianın yolverilməzliyinə görə icraata qəbulundan imtina edilsin. Ərizə və ona əlavə edilmiş sənədlər İddiaçı qaytarılsın. İddiaçıya izah edilsin ki, mübahisələndirdiyi və ya razı olmadığı məhkəmə aktlarından qanunvericilikdə nəzərdə tutulmuş qaydada şikayət vermək hüququ vardır. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar