Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(005)-5273/2025 13.01.2026 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi Məhkəmə iclas katibi Mayılzadə Gülzadə Çingiz qızının katibliyi ilə, Cavabdeh1, onun nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3nə qarşı hərracın nəticələrinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3nə qarşı hərracın nəticələrinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh3 MMC tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, X1 küçəsi, ev 28 ünvanında yerləşən 23 nömrəli mənzilinin qiymətləndirilməsinə dair xx.xx.2024-cü il tarixli, 0350/24 saylı qiymətləndirmə hesabatının ləğv edilməsi, eyni zamanda həmin mənzilə dair Cavabdeh2 MMC-nin hərrac nəticələri barədə 17 iyun 2025-ci il tarixli **********72568832 saylı protokolunun etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, göstərilən tarixdə məhkəmə iclasına gəlməmişdir. Eyni zamanda iddiaçının nümayəndəsi və vəkili Nümayəndə elektron kabinet vasitəsilə ərizə təqdim edərək, məhkəmə prosesində iştirak edə bilməyəcəyini bildirmiş və məkəmə prosesinin başqa tarixə təyin edilməsini xahiş etmişdir. Məhkəmə mülki prosessual qanunvericiliyin tələblərinə əsasən hazırlıq iclasının iddiaçının iştirakı olmadan keçirilməsini mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 vəsatət ilə müraciət edərək, 2(005)-4872/2025 mülki işə e-2(005)-5273/2025 saylı mülki işin birləşdirilməsi və hər iki işə bir icraatda baxılması barədə qərardad qəbul edilməsini xahiş etdi. Vəsatət onunla əsaslandırılmışdır ki, icraatda olan 2(005)-4872/2025 mülki iş üzrə iddiaçı Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin cavabdehlər "xxxx" MMС-yə, Cavabdeh1 və Nəsimi rayon İcra Şöbəsinə qarşı Bakı şəhəri, Nəsimi rayonu, X1 küçəsi ev 28 ünvanında yerləşən 23 nömrəli mənzilin satılması ilə əlaqədar keçirilmiş hərracın nəticələrinə dair 17 iyun 2025-ci il tarixli **********72568832 nömrəli Protokolun etibarsız hesab edilməsi tələbi barədə iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət etmişdir. Məlumat üçün bildiririr ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin icraatında İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 MMC-yə və Cavabdeh3 MMC-yə qarşı Cavabdeh3 MMC tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, X1 küçəsi, ev 28 ünvanında yerləşən 23 nömrəli mənzilinin qiymətləndirilməsinə dair xx.xx.2024-cü il tarixli, 0350/24 saylı qiymətləndirmə hesabatının ləğv edilməsi, eyni zamanda həmin mənzilə dair Cavabdeh2 MMC-nin hərrac nəticələri barədə 17 iyun 2025ci il tarixli **********72568832 saylı protokolunun etibarsız hesab edilməsi tələbi barədə e- 2(005)-5273/2025 saylı mülki iş vardır. Həmin iş üzrə iddia ərizəsi xx.xx.2025-ci ildə məhkəməyə təqdim edilmişdir. Məhkəmə İddiaçı Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3nə qarşı hərracın nəticələrinin etibarsız hesab edilməsi iddiasına dair e-2(005)-5273/2025 saylı mülki iş və iddiaçı Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin cavabdehlər "xxxx" MMС-yə, Cavabdeh1 və Nəsimi rayon İcra Şöbəsinə qarşı hərracın nəticələrinin etibarsız hesab edilməsinə dair iddiasına dair 2(005)-4872/2025 saylı mülki iş bir-biri ilə əlaqəli olduğundan onların bir icraatda birləşdirilməsi məsələsinin müzakirə olunmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, eyni tərəflərin iştirak etdiyi eyni növlü iddiaları olduğu, hazırki iş üzrə Cavabdeh1 olan digər iş üzrə də Cavabdeh1 olduğu və bu iddialar bir-biri ilə əlaqədar olduğu üçün onların bir icraatda birləşdirilməsi məqsədəmüvafiqdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 169.3-cü maddəsinə əsasən hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır Mülki Prosessual Məcəllənin 169.4-cü maddəsinə əsasən Bu Məcəllənin 169.1- 169.3-cü maddələrində göstərilən hərəkətləri hakim çəkişmə prinsipinə əməl etməklə həmin məsələ üzrə işdə iştirak edən şəxsləri dinlədikdən sonra edə bilər. Konstitusiya Məhkəməsi Plenumunun M.Xocalıyevin şikayəti üzrə 2014-cü il 9 iyul tarixli qərarına əsasən, prosessual qənaət prinsipi məhkəmə proseslərinin uzadılmasının aradan qaldırılmasına, bir sıra prosessual institutların münasib hala gətirilməsinə, onların qanunvericiliklə daha dəqiq tənzimlənməsinə yönəldilmişdir. Məhkəmə mülki işlər iddiaların əsası və predmeti, irəli sürülmüş iddia tələbləri arasında əlaqə və bağlılığın olduğunu nəzərə alaraq hesab edir ki, mülki işlər bir-biri ilə əlaqəlidir. İşlərin birləşdirilməsi ədalət mühakiməsinin düzgün həyata keçiirlməsini, həmçinin prosessual qənaət prinsipi baxımından işlərə bir icraatda baxılması mövcud olan mübahisəyə daha tez və obyektiv hüquqi qiymət verilməsini təmin edə bilər. Bu baxımdan, vəsatətə əsasən mülki işlərin birləşdirilməsi məqsədəmüvafiqdir və onlar birlikdə baxılmaq üçün bir icraatda birləşdirilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, hazırki mülki mübahisə üzrə saylı mülki iş daha sonra daxil olduğundan və icraata qəbul olunduğundan e-2(005)-5273/2025 saylı mülki iş məhkəmənin icraatında olan 2(005)-4872/2025 saylı mülki işə birləşdirilməlidir. Məhkəmə, MPM-nin 169.3-cü maddəsinin tələbini nəzərə alaraq hesab edir ki,İddiaçı Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3nə qarşı hərracın nəticələrinin etibarsız hesab edilməsi tələbinə dair e-2(005)-5273/2025 nömrəli mülki iş və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin icraatında olan iddiaçı Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin cavabdehlər "xxxx" MMС-yə, Cavabdeh1 və Nəsimi rayon İcra Şöbəsinə qarşı hərracın nəticələrinin etibarsız hesab edilməsi tələbinə dair 2(005)- 4872/2025 nömrəli mülki işə birləşdirilməlidir. Azərbaycan respublikasının Mülki Prosessual Məcəllənin : 264.0.7-ci maddəsinə əsasən ayrıca akt şəklində qəbul edilən qərardaddan şikayət verilə bilərsə, şikayət vermə müddəti və qaydası göstərilir. 267.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər. 395.1.-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər qətnamədən ayrılıqda birinci instansiya məhkəmələrinin qərardadlarından aşağıdakı hallarda şikayət verə bilərlər: 395.1.1. bu Məcəllədə göstərilən hallarda; 395.1.2. məhkəmənin qərardadı işin sonrakı hərəkətinə mane olduqda. 395.2-ci maddəsinə əsasən birinci instansiya məhkəmələrinin digər qərardadlarından şikayət verilmir. İşdə iştirak edən şəxslər bu qərardadlardan narazı qaldıqda qərardada olan etirazlarını apellyasiya şikayətlərinə daxil edə bilərlər. Məhkəmə qeyd edir ki, hazırki qərardad məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilsə də, Mülki Prosessual Məcəllədə həmin qərardaddan şikayət verilməsi nəzərdə tutulmamışdır. Həmçinin, bu qərardad işin sonrakı hərəkətinə mane olmadığından hazırki qərardaddan şikayət verilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 169, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3nə qarşı hərracın nəticələrinin etibarsız hesab edilməsi tələbinə dair e-2(005)-5273/2025 nömrəli mülki iş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin icraatında olan iddiaçı Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin cavabdehlər "xxxx" MMС-yə, Cavabdeh1 və Nəsimi rayon İcra Şöbəsinə qarşı “hərracın nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair 2(005)- 4872/2025 nömrəli mülki işə birləşdirilsin. e-2(005)-5273/2025 saylı mülki işin icraatına xitam verilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim Mehriban Əfəndizadə
Məhkəmə qərarları › İş №e-2(005)-5273/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №e-2(005)-5273/2025
13.01.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver