Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-548/2025 18.03.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi Gülməmmədova Qumru Habil qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili X16, vəkili Vəkil2, Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı (X18 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) pul tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən qanunsuz olaraq etibardan sui-istifadə edərək satdığı Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, 787-ci məhəllədə inşa etdiyi 18 mərtəbəli yaşayış binasının A blokunun 7-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 88 kv.m təşkil edən mənzilin satışından əldə edilmiş 40 000 ABŞ dolları məbləğində pul vəsaitinin və əlavə mənəvi təzminat olaraq 10 000 manat, ümumillikdə 78000 manat pul vəsaitinin cavabdehdən tutularaq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı, iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim edərək, Cavabdeh tərəfindən qanunsuz olaraq etibardan sui-istifadə edərək satdığı Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, 787-ci məhəllədə inşa etdiyi 18 mərtəbəli yaşayış binasının A blokunun 7-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 88 kv.m təşkil edən mənzilin satışından əldə edilmiş 37059 ABŞ dolları məbləğində pul vəsaitinin və əlavə mənəvi təzminat olaraq 10000 manat, ümumillikdə 73000 manat pul vəsaitinin tutularaq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2003-cü ildə "xxxx" MTK-nın sədri olduğu dövrdə "xxxx" MTK ilə cavabdehin rəsmi nikahda olduğu X17 arasında bağlanmış xx.xx.2003-cü il tarixli müqaviləyə əsasən Kooperativ tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, 787-ci məhəllədə inşa etdiyi 18 mərtəbəli yaşayış binasının A blokunun 7-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 88 kv.m təşkil edən mənzil cavabdehin özü tərəfindən imzalanmasına baxmayaraq X7 adına rəsmiləşdirilmişdir. 2005-ci ildə Cavabdeh rəsmi nikah münasibətlərində olduğu X10 və kooperativi aldadaraq xx.xx.2005-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən həmin mənzili X2. Həmin alğı-satqı müqaviləsi onun, Ağaməli Məmmədovun və Cavabdeh özünün iştirakı ilə həyata keçirilmiş və Cavabdeh 40000 ABŞ dollar məbləğində pul vəsaiti əldə etmişdir. "xxxx" MTK ilə həmin mənzilin satılmasına dair bu müqaviləni bağlayarkən cavabdeh bütün bunları guya qanuni nikahda olduğu X7 razılığı ilə etdiyini bildirmiş və bu müqaviləni də özü imzalamışdır. Lakin bir müddət keçdikdən sonra cavabdehin nikahda olduğu X4 gəlib mənzilini tələb etdikdə ona məlum olmuşdur ki, sözügedən mənzil Cavabdeh tərəfindən kənar şəxsə satılmışdır. Məhz bundan sonra da cavabdehin nikahda olduğu X17 xx.xx.2003-cü il tarixli müqaviləyə əsasən Kooperativə qarşı onun adına rəsmiləşdirilmiş Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, 787-ci məhəllədə inşa etdiyi 18 mərtəbəli yaşayış binasının A blokunun 7-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 88 kv.m təşkil edən mənzilin tələbi ilə məhkəmələrdə mübahisə qaldırmış və iddia ərizəsinə əlavə olunmuş məhkəmə qərarlarından da göründüyü kimi məhkəmələr tərəfindən iddialar təmin olunaraq sözügedən mənzilin ona verilməsi qərara alınmışdır. Məhkəmə qərarları icraya yönəlmiş və icra mərhələsində borclu şəxs olaraq qanuni qüvvəyə minmiş məhkəmə qərarları əsasında həmin mənzilin X11 təhvil verilməsi haqqında ona xəbərdarlıq edilmişdir. Lakin sözügedən mənzil Cavabdeh hüquqazidd hərəkətləri nəticəsində kənar şəxsə satıldığından mənzilin qaytarılması qeyri-mümkün olmuşdur. Nəticədə hətta onun barəsində icra məmuru tərəfindən Cinayət Məcəlləsinin 306-cı maddəsi ilə (məhkəmə qətnaməsini qəsdən icra etməmə) cinayət işi başlanılması üçün təqdimat da verilmişdir. Bundan sonra yaranmış bu problemin həll olunması üçün həmin vaxt Kooperativin fəaliyyəti dayandığından və Kooperativdə başqa mənzil olmadığından "xxxx" MMC ilə xx.xx.2010-cu ildə müqavilə bağlayaraq həmin şirkət tərəfindən Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Talıblı küçəsində inşa edilmiş 111,0 kv.m sahəsi olan 3 otaqlı mənzilin dəyərini öz şəxsi vəsaiti olmadığından ayrı-ayrı şəxslərdən borc alaraq tam ödəyərək almış və həmin mənzili Nəsimi rayonu, Xətai prospekti, 787-ci məhəllədə inşa etdiyi 18 mərtəbəli yaşayış binasının A blokunun 7-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 88 kv.m təşkil edən mənzilin əvəzinə X11 təhvil vermişdir. Belə ki, iddia ərizəsinə əlavə olunmuş Nəsimi Rayon Məhkəməsinin 8(005)-1108/2010 saylı, xx.xx.2010-cu il tarixli “icraata xitam verilməsi haqqında” qərardadından da göründüyü kimi icra sənədində göstərilən həmin mənzilin əvəzinə tərəfindən "xxxx" İnşaat Şirkəti tərəfindən inşa edilmiş Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Talıblı küçəsində inşa edilmiş 111,0 kv.m sahəsi olan 3 otaqlı mənzil icra məmuru tərəfindən X11 təhvil verildiyindən iş üzrə icraata xitam verilmişdir. Cavabdeh Kooperativi aldadaraq başqa şəxsə satdığı mənzilin əvəzində onun keçmiş həyat yoldaşı X11 təhvil verdiyi bu mənzilin hazırkı bazar qiyməti 125 000 manat təşkil edir. Onu da qeyd edir ki, götürdüyü borc məbləğlərinə görə həmin şəxslərin şikayətləri əsasında hətta o inzibati tənbeh tədbirlərinə də məruz qalmışdır. Cavabdehin ona qarşı etdiyi bu hüquqazidd hərəkətləri və ona vurduğu maddi ziyanın ödənilməsinə köməklik olunması barədə Nəsimi Rayon Polis İdarəsinə şikayət edib. Lakin həmin idarə tərəfindən şikayətinə baxılaraq “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərar qəbul olunmuş və mülki qaydada məhkəməyə müraciət etmək hüququ ona izah olunmuşdur. Həmin qərardan da göründüyü kimi araşdırma zamanı izahatı alınmış X6 əri Cavabdeh Kooperativdən onun adına rəsmiləşdirilmiş mənzili başqasına satmasından məlumatı olmamışdır. Sonradan məlum olmuşdur ki, cavabdeh sözügedən mənzili X7 adına rəsmiləşdirdiyi vaxt hətta saxta nikahda olmuşdur. Belə ki, o, həmin vaxt Rusiya Federasiyasında başqa şəxslə rəsmi nikahda olsa da, bunu hamıdan o, cümlədən dövlət orqanlarından gizlətmiş və ailə qanunvericiliyinin tələbini pozmaqla Eteri Kazımova ilə ikinci dəfə rəsmi nikaha daxil olmuşdur. Hansı ki, həmin qanunvericiliyin tələbinə görə şəxsin rəsmi nikahda ola-ola başqası ilə nikaha daxil olması qadağandır. Bütün bunlardan sonra o, Cavabdeh başqasına satdığı sözügedən mənzilin pulunu tələb edib və o, ona bildirdi ki, mənzilin satışından əldə olunmuş 40000 ABŞ dolları pul vəsaitindən 30 000 ABŞ dolları məbləğində pul vəsaitini Eteri Kazımova ilə birlikdə xərcləmişdir. Bunu o, Polis İdarəsində verdiyi izahatında da təsdiqləmişdir. Lakin araşdırma zamanı yuxarıda da qeyd etdiyi kimi Eteri Əhmədova bunun yalan olduğunu və ümumiyyətlə mənzilin başqasına satılmasından məlumatı olmadığını bildirmişdir. O, yenə də Cavabdehla dəfələrlə telefonla zəng edərək mənzilin pulunu qaytarmağı tələb edirdi. İlk öncə o, onunla razılaşaraq birdəfəyə qaytarmaq imkanının olmadığını, hissə-hissə qaytara biləcəyini bildirdi. Göründüyü kimi, cavabdeh bütün bu hüquqazidd hərəkətləri ilə də ona külli miqdarda ziyan vurmuşdur. Bu illər ərzində heç bir qanuni əsas olmadan öz hüquqazidd hərəkətləri nəticəsində Kooperativə məxsus əmlakı özündə saxlayaraq öz iradəsinə uyğun istifadə edərək əsassız varlanmışdır. Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 iddia tələbinə etiraz ərizəsi təqdim edərək qeyd etmişdir ki, iddiaçının özünün də bildirdiyi kimi, yuxarıda qeyd olunan mənzilin alğısatqı müqaviləsinin tərəfləri, yəni mülki-hüquq münasibətlərinin subyektləri "xxxx" MTK və X17 olmuşlarlar və iddiaçı özü həmin münasibətlərin subyekti olmamışdır. Mülki-hüquq münasibətlərinin subyekti olan hüquqi şəxsin rəhbəri və ya hər- ansı digər işçisi tərəfindən həmin hüquqi şəxsə məxsus hüquqların mənimsənilməsi, qanunla müəyyən edilmiş hallar istisna olmaqla (misal üçün hüquqların ötürülməsi və s.) yolverilməzdir və hazırki mülkihüquq münasibətləri üzrə "xxxx" MTK tərəfindən hüquqların İddiaçı ötürülməsi halı mövcud olmamışdır. Belə olan halda, İddiaçı hazırki iddianı irəli sürməsi subyektiv hüquq baxımından istisna edilir. Eyni zamanda qeyd edilməlidir ki, Cavabdeh tərəfindən hər hansı bir mülki-hüquq pozuntusu (delikt) edilməmiş, hətta ehtimal olunsa ki, belə hal baş vermişdir, ona qarşı iddia qaldırmaq hüququ İddiaçı deyil, "xxxx" MTK-ya məxsusdur. 2. İddiaçı iddia ərizəsində qeyd edir ki, 2005-ci ildə Cavabdeh rəsmi nikahda olduğu X10 və kooperativi aldadaraq 95/A-7 nömrəli xx.xx.2005-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən həmin mənzili X2. Həmin alğı-satqı müqaviləsi onun Ağaməli Məmmədovun və Cavabdeh özünün iştirakı ilə həyata keçirilmiş və Cavabdeh 40 000 ABŞ dolları məbləğində pul vasitəsini əldə etmişdir. İş materiallarında olan 95/A-7 saylı 14 yanvar 2005-ci il tarixli müqavilədən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti 787-ci məhəllədə inşa edilmiş 18 mərtəbəli yaşayış binasının A blokunun 7-ci mərtəbəsində yerləşən ümumi sahəsi 88 kv.m təşkil edən mənzil Cavabdeh tərəfindən deyil, "xxxx" MTK tərəfindən X1. Həmin alğı-satqıdan əldə edilmiş vəsaitin isə Cavabdeh verilməsi hər hansı bir qəbzlə və yaxud digər dəlillə sübuta yetirilmir. 3. İddiaçı iddia ərizəsində qeyd edir ki, mənzilin X3 nəticəsində əldə olunmuş pul vəsaiti Cavabdeh verilmişdir. İş materiallarında olan qanuni qüvvəyə minmiş 2(006)-2098/2008 saylı, 15 sentyabr 2008-ci il tarixli məhkəmə qətnaməsinə nəzər yetirdikdə görünür ki, həmin iş üzrə keçirilən məhkəmə prosesində "xxxx" MTK-nın nümayəndəsi izahatında bildirmişdir ki, Cavabdeh həyat yoldaşı Eteri ilə birlikdə mənzilin pulunu geri alarkən, hər hansı bir qəbzə imza etməmişlər. Kooperativin mühasibi pulu alması ilə əlaqədar Eteri Əhmədovadan qəbzə imza etməyi xahiş etdikdə, Cavabdeh narazılığını bildirərək, rəsmiyyətə ehtiyac olmadığını demişdir. Bu səbəbdən "xxxx" MTK-da pulun ödənilməsini təsdiqləyən hər hansı bir sənəd yoxdur. Göründüyü kimi, əvvəlki məhkəmə iclaslarında səsləndirilən fikirlərlə hazırki iddia ərizəsindəki fikirlər tam ziddiyyət təşkil edir. Həmin məhkəmə iclasında "xxxx" MTK-nın nümayəndəsi bildirmişdir ki, pul vəsaiti Nicat və Eteriyə verilib (bu hal məhkəmə tərəfindən inandırıcı hesab edilməyib), hazırda isə iddiaçı bildirir ki, pul vəsaiti tək Nicata verilib. Göründüyü kimi hazırki iddia formal mülahizələrə əsaslanır. 4. İddiaçı iddia ərizəsində qeyd edir ki, Nəsimi Rayon Məhkəməsinin 2(006)-2098/2008 saylı 15 sentyabr 2008-ci il tarixli qətnaməsinin icrası ilə bağlı "xxxx" MMC ilə xx.xx.2010-cu ildə müqavilə bağlayaraq həmin şirkət tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi Talıblı küçəsində inşa edilmiş 111 kv/m sahəsi olan 3 otaqlı mənzilin dəyərini öz şəxsi vəsaiti olmadığından ayrı-ayrı şəxslərdən borc alaraq almış və X11 təhvil vermişdir. Qeyd etmək lazımdır ki, Nəsimi Rayon Məhkəməsinin 2(006)-2098/2008 saylı 15 sentyabr 2008-ci il tarixli qətnaməsinə əsasən, qətnaməni icra etməli olan şəxs, yəni borclu "xxxx" MTK olmuş və İddiaçı həmin MTK-nın öhdəliyini şəxsən icra edibsə, Cavabdeh qarşı deyil, "xxxx" MTK-ya qarşı iddia qaldırmalı idi. 5. İddiaçının şikayəti əsasında Nəsimi rayon Polis İdarəsində aparılmış araşdırma zamanı cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli Qərarında qeyd olunur ki, İddiaçı izahatında bildirmişdir ki, "xxxx" MTK-nın direktoru olsa da, mənzilin alğı-satqısının təşkil olunmasından və satılmasından məlumatı olmamışdır. İddiaçı iddia ərizəsində isə qeyd edir ki, alğı-satqı müqaviləsi onun, Ağamalı Məmmədovun və Cavabdeh iştirakı ilə baş tutmuşdur. Bundan başqa iş materiallarında olan 95/A-7 saylı 14 yanvar 2005-ci il tarixli müqavilədən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti 787-ci məhəllədə inşa edilmiş 18 mərtəbəli yaşayış binasının A blokunun 7-ci mərtəbəsində yerləşən ümumi sahəsi 88 kv.m təşkil edən mənzil Cavabdeh tərəfindən deyil, "xxxx" MTK tərəfindən X5 və "xxxx" MTK-nın adından müqavilə İddiaçı tərəfindən imzalanmışdır. Göründüyü kimi yenə də növbəti ziddiyyətli fikirlər ifadə edilmiş, bu isə öz növbəsində iddianın əsassız olmasını ehtimal etməyə əsas verir. Eyni zamanda həmin qərarda qeyd olunmuşdur ki, Cavabdeh mənzilin satılmasına görə pul vəsaiti almadığını bildirmişdir. 6. İddia ərizəsinin məzmunundan və əlavə edilmiş sənədlərdən də görünür ki, tərəflər arasında mübahisə Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti 787-ci məhəllədə inşa edilmiş 18 mərtəbəli yaşayış binasının A blokunun 7-ci mərtəbəsində yerləşən ümumi sahəsi 88 kv.m təşkil edən mənzil "xxxx" MTK tərəfindən X3 ilə bağlı 95/A-7 saylı 14 yanvar 2005-ci il tarixli müqavilə bağlandıqdan sonra yaranmışdır. 2008-ci ildə mübahisə üzrə məhkəmə qətnaməsi qəbul olunmuş və Nəsimi Rayon Məhkəməsinin 2(006)-2098/2008 saylı 15 sentyabr 2008-ci il tarixli qətnaməsinin icrası 03 dekabr 2010-cu il tarixdə başa çatmışdır. İddiaçının iddia etdiyi, guya ona zərər yetirilməsi ilə bağlı iddia müddətinin axımı 2005-ci ilin yanvar ayından başlamış və həmin vaxtdan 20 ilə yaxın vaxt keçmişdir. Hətta mübahisəyə aidiyyəti olan Nəsimi Rayon Məhkəməsinin 2(006)-2098/2008 saylı 15 sentyabr 2008-ci il tarixli qətnaməsinin icrası 03 dekabr 2010-cu il tarixdə başa çatmışdır, həmin vaxtdan da 14 ilə yaxın vaxt keçmişdir. Yəni iddiaçı ehtimal etdiyi hüquqlarının pozulmasını bildiyi vaxtdan ən azı 14 il vaxt keçmişdir. Odur ki, yuxarıda qeyd olunanlara əsasən İddiaçı Cavabdeh qarşı “pulun geri qaytarılması”na dair iddia tələbinin rədd olunması ilə bağlı qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 iddia müddətinin tətbiqinə dair ərizə təqdim edərək qeyd etmişdir ki, iddia ərizəsinin məzmunundan və əlavə edilmiş sənədlərdən də görünür ki, tərəflər arasında mübahisə Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti 787-ci məhəllədə inşa edilmiş 18 mərtəbəli yaşayış binasının A blokunun 7-ci mərtəbəsində yerləşən ümumi sahəsi 88 kv.m təşkil edən mənzil "xxxx" MTK tərəfindən X3 ilə bağlı 95/A-7 saylı 14 yanvar 2005-ci il tarixli müqavilə bağlandıqdan sonra yaranmışdır. 2008-ci ildə mübahisə üzrə məhkəmə qətnaməsi qəbul olunmuş və Nəsimi Rayon Məhkəməsinin 2(006)-2098/2008 saylı 15 sentyabr 2008-ci il tarixli qətnaməsinin icrası 03 dekabr 2010cu il tarixdə başa çatmışdır. İddiaçının iddia etdiyi, guya ona zərər yetirilməsi ilə bağlı iddia müddətinin axımı 2005-ci ilin yanvar ayından başlamış və həmin vaxtdan 20 ilə yaxın vaxt keçmişdir. Hətta mübahisəyə aidiyyəti olan Nəsimi Rayon Məhkəməsinin 2(006)- 2098/2008 saylı 15 sentyabr 2008-ci il tarixli qətnaməsinin icrası 03 dekabr 2010-cu il tarixdə başa çatmışdır, həmin vaxtdan da 14 ilə yaxın vaxt keçmişdir. Yəni iddiaçı ehtimal etdiyi hüquqlarının pozulmasını bildiyi vaxtdan ən azı 14 il keçmişdir. İddiaçı iddiası özüözlüyündə tamamilə əsassızdır. Belə ki, iddia ərizəsindən və əlavə edilmiş sənədlərdən də görünür ki, iddiaçı cavabdehdən Nəsimi Rayon Məhkəməsinin 2(006)-2098/2008 saylı 15 sentyabr 2008-ci il tarixli qətnaməsinin icrası ilə bağlı "xxxx" MTK tərəfindən X12 verilmiş mənzilin dəyərini tələb edir. Halbuki, nə iddiaçı, nə də ki cavabdeh həmin qətnamənin tərəfləri deyillər, mənzillə bağlı münasibətlərin subyektləri olmayıblar. İddiaçı yanlış olaraq hesab edir ki, əvvəllər "xxxx" MTK-nın sədri olması MTK-nın hüquqlarını ona məxsus olmasını ehtiva edir. Qeyd olunanları nəzərə alaraq, İddiaçı Cavabdeh qarşı “pulun geri qaytarılması” tələbinə dair iddiası üzrə iddia müddəti tətbiq edilərək iddiadan imtina etməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X18 məhkəməyə etiraz ərizəsi təqdim edərək bildirmişdir ki, o, 2008-ci ildə "xxxx" MTK-ya qarşı “öhdəliyin icra edilməsi” tələbinə dair iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, 787-ci məhəllədə inşa etdiyi 18 mərtəbəli yaşayış binasının A blokunun 7-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 88 kv.m. təşkil edən mənzilin "xxxx" MTK tərəfindən ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Nəsimi Rayon Məhkəməsinin 15 sentyabr 2008-ci il tarixli qətnaməsi ilə onun iddia tələbi təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2008ci il tarixli qətnaməsi ilə Nəsimi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmış, qətnamədən narazı qalan "xxxx" MTK kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2009-cu il tarixli, 2(102)- 1945/2009 saylı qərarı ilə "xxxx" MTK-nın kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 25 dekabr 2008-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin məhkəmə aktları ilə müəyyən edilmişdir ki, “Cavabdeh X9 xəbəri və razılığı olmadan cavabdeh "xxxx" MTK-ya müraciət edərək, iddiaçı X9 adından hərəkət etmək səlahiyyəti olmadığı halda, arvadı E.Əhmədovanın öz mənzilini satmaq istədiyini bildirmiş, cavabdeh "xxxx" MTK isə xx.xx.2003-cü il tarixdə E.Əhmədova ilə aralarında bağlanmış müqavilə öhdəliklərinin tələblərini pozaraq, mülkiyyətçinin mənzili satmaqla bağlı fikrini araşdırmadan, onun rəsmi razılığını və ya notariat qaydasında təsdiqlənmiş etibarnaməsini almadan, heç bir sənədləşdirmə aparmadan mübahisəli mənzilə görə Cavabdeh 30 000 ABŞ dolları pul vermiş və mənzili başqa vətəndaşa satmışdır”. Göründüyü kimi, yuxarıda qeyd edilən qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə həmin mənzil satılarkən məlumatının olmadığı, razılığının alınmadığı müəyyən edilmiş, məhz buna görə məhkəmənin qərarı ilə "xxxx" MTK-ya mənzilin ona qaytarılması həvalə edilmişdir. Odur ki, həmin mənzilin satışından əldə edilmiş vəsaitin hara və necə xərclənməsindən də onun məlumatı olmamışdır. Bundan başqa, İddiaçı Cavabdeh hərəkətləri ilə bağlı şikayət ərizəsi ilə müvafiq polis orqanına müraciət etmiş, onun ərizəsi əsasında araşdırma aparılmışdır. Həmin araşdırma zamanı da izahatında da qeyd etmişdir ki, onun ümumiyyətlə mənzilin satılmasından xəbəri olmayıb, bununla bağlı müvafiq məhkəmə qərarları tərəfindən təqdim edilmişdir. İddiaçı hazırki iddia ərizəsi ilə müraciət etmək üçün subyektiv hüququ yoxdur. Mülki mübahisənin qanuni həlli üçün ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmaması araşdırmalıdır. Hazırki iddia tələbi ilə bağlı İddiaçı məhkəmədə iddia qaldırmaq üçün subyektiv hüququ yoxdur. Ona görə ki, iddia ərizəsinin məzmunundan da görünür ki, iddiaçı iddia tələbinin hüquqi əsası kimi 2003-cü ildə "xxxx" MTK ilə X17 arasında bağlanmış 14/07 nömrəli xx.xx.2003-cü il tarixli müqaviləyə əsasən Koorperativ tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, 787-ci məhəllədə inşa etdiyi 18 mərtəbəli yaşayış binasının A blokunun 7-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 88 kv.m. təşkil edən mənzilin satılmasından əldə edilmiş vəsaitin cavabdehdən tutulmasına istinad edir. Həmin müqavilə isə İddiaçı ilə yox, "xxxx" MTK ilə Cavabdeh qızı arasında bağlanmışdır. Göründüyü kimi, hazırki iş üzrə İddiaçı həmin dövrdə MTK-nin sədri olsa da, mənzilə dair bağlanmış 14/07 nömrəli xx.xx.2003-cü il tarixli müqavilənin tərəfi olmamışdır. Məhz buna görə də, bütün məhkəmə mübahisələri üzrə tərəf qismində "xxxx" MTK çıxış etmişdir. Buna görə də, İddiaçı hazırki iddia tələbi ilə məhkəmədə iddia qaldırmağa subyektiv hüquqa malik deyildir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X19 bildirmişdir ki, Cavabdeh mənzilin satışından əldə etdiyi 40000 ABŞ dolları pul vəsaitindən bu günədək iddiaçıya cəmi 5000 manat pul vəsaiti qaytarılmışdır. Həmin pulun qaytarılması ilə bağlı iddiaçı və cavabdeh arasında çoxsaylı söhbətlər olub. Bundan sonra cavabdeh iddiaçıya 5000 manat vəsait göndərmişdir. Buna görə də həmin məbləği borcdan çıxmışlar. Ödənişi təsdiq edən qəbz də elektron kabinetə daxil edilmişdir. İddia ərizəsi onun tərəfindən tərtib edilməyib. Daha sonradan iş materiallarını araşdırmışdır, bu səbəbdən də iddia tələbinə əlavə ərizə məhkəməyə təqdim edilmişdir. Həmin 5000 manat ödəniş borcdan çıxılmışdır. Cavabdeh MTK-ya həyat yoldaşının razı olduğunu və onun xəstə olduğuna görə gələ bilmədiyini bildirib, etibardan sui-istifadə edərək mənzilin Şamama xanıma satılmasını həyata keçirib. Şamama xanıma Eteri xanımın adına rəsmiləşdirilmiş mənzil satılıb. Mənzil MTK-dan əldə olunduğu zamandan iddiaçı tərəfindən mənzilin cavabdeh tərəfə satılması arasında xeyli müddət keçmişdir. Artıq eyni mənzil qalmadığından, başqa binadan mənzil verilməli olmuşdur. İddiaçı barəsində cinayət işi başlanmışdır, o da məcbur qalaraq mənzilin dəyərini ödəmişdir. İddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil2 bildirmişdir ki, iddiaçı cinayət məsuliyyətinə cəlb olunmaması üçün Eteri xanıma ev alıb. Ev alınan zaman Nicatla Eterinin nikahı olmamışdır. Müqavilə imzalanan zaman Nicat özü imzalamaq istəyib. Sonra evin satılması məsələsində Nicat deyib ki, “Siz mənim həyat yoldaşımı görməmisiz, müqaviləni mən imzalamışam”. İddiaçı da ona inanıb və razılaşıb. Cavabdeh ev üçün müştərini özü gətirib, onlar da ona etibar etmişlər. Sonradan Eteri xanım gəlib ki, “bizim nikahımız pozulub və evin satılmasından məlumatsız olmuşam”. İddiaçı da Eteri xanım ev tələb etdiyi üçün ona ev alıb verib. Bu məsələyə görə İddiaçı ziyan vurulmuşdur. Bu səbəbdən iddia qaldırılmışdır. İddiaçı iddia ərizəsində bütün məbləği qeyd etmişdir. Sonradan aydınlaşdırmışlar ki, pul ödənişi var və buna görə də həmin məbləği borcdan çıxdılar. Bundan başqa iddiaçı ilə cavabdeh arasında tək 2024-cü ilin sentyabr ayında deyil, 2022-2023-cü illərdə də danışıqlar olub. Cavabdeh 5000 manat ödəniş etməklə iddianı qəbul etmişdir. Müddət axımı da həmin zamandan başlayır. Onu da bildirir ki, iddia müddətinin tətbiqi barədə ərizə verilməsi iddianı qəbul etmək deməkdir. Bundan başqa isə Nicat özü iddiaçı ilə görüşmək istəyib. O deyib ki, “məni polisə vermisən, gəl görüşək, məsələni aydınlaşdıraq”. Buna görə Vüqar bəy də görüşüb. Onlar 12 sentyabr 2024-cü il tarixdə görüşüblər. Onlar görüşən zaman İddiaçı kart məlumatlarını cavabdehə deyib, cavabdeh də səhəri gün 5000 manat ödəniş edib. Qəbzin şəklini isə cavabdeh iddiaçıya göndərmiş və demişdir ki, 5000 manat ödəmişdir, qalan hissəsinə də ödəyəcək. Daha sonra isə heç bir ödəniş edilməyib, bu səbəbdən də məhkəməyə müraciət olunub. İddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil1 bildirmişdir ki, qarşı tərəfin təqdim etdiyi qəbzi qəbul etmirlər. Hazırki dövrdə istənilən kart hesabına ödəniş edərək qəbz əldə etmək mümkündür. Qarşı tərəf həmin ödənişin Cavabdeh tərəfindən ödənilməsini təsdiq edən sübut təqdim etməmişdir. Eteri xanıma mənzil daha yüksək məbləğə satılıb. Lakin 2 il sonra daha çox sahəsi olan mənzil daha aşağı qiymətlə başqa şəxsə satılıb. Bu məsələdə ziddiyyətli məqamlar çoxdur. İddiaçı mənzili onun iştirakı ilə satılmadığını bildirir, lakin izahatlarında mənzili özünün satdığı qeyd edilib. Ödəniş qəbzi də məsələni təsdiq etmir. iddiaçının Cavabdeh qarşı iddia qaldırmaqda subyektiv hüququ yoxdur. Çünki öhdəlik "xxxx" MTK-nın üzərinə qoymuşdur. Əgər iddiaçı öz vəsaiti hesabına mənzil alıbsa belə o, pulunu MTK-dan tələb etməlidir. Bu məsələlər nəzərə alınmalıdır. İddia müddəti də ötürülmüşdür. Vüqar cavabdehlə görüşmək istəyində israrlı olub və Eteri xanımla bağlı ona suallarının olduğunu deyib. Daha sonra görüşüblər. İddiaçı Eteri xanımın maddi vəziyyəti barədə soruşan zaman Cavabdeh bildirib ki, “bizim nikahımız pozulub, onun barəsində məlumatım yoxdur”. Bir müddət sonra isə şirkətin nümayəndəsi tərəfinə zəng edərək ona qarşı iddia qaldırıldığını, iddia təmin edilməsə belə pulu ondan alacaqlarını deyib. Onlar arasında başqa telefon zənglərinin olub-olmaması barədə məlumatı yoxdur. Nicat evin pulunu alıb və Eteri ilə birlikdə ailə olaraq xərcləyiblər. İddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X18 heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək, iddia tələbinin dəlillərini və işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, iddia aşağıda qeyd olunanlara əsasən təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - "xxxx" MTK ilə X17 arasında bağlanmış xx.xx.2003-cü il tarixli müqavilənin surətindən görünür ki, “Kooperativ” tikintisi başa çatdıqdan sonra müqavilə şərtlərinə uyğun olaraq yeni tikilmiş binanın A blokunda, ümumi sahəsi 88 m2 olan 7-ci mərtəbədə yerləşən yaşayış sahəsini “Payçı”ya təhvil verməyi, “Payçı” isə sahə haqqını ödəməyi öhdəsinə götürür; - "xxxx" MTK ilə X14 arasında bağlanmış xx.xx.2005-ci il tarixli müqavilənin surətindən görünür ki, “Kooperativ” tikintisi başa çatdıqdan sonra müqavilə şərtlərinə uyğun olaraq yeni tikilmiş binanın A blokunda, ümumi sahəsi 95 m2 olan 7-ci mərtəbədə yerləşən yaşayış sahəsini “Payçı”ya təhvil verməyi, “Payçı” isə sahə haqqını ödəməyi öhdəsinə götürür; - Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2098/2008 saylı, xx.xx.2008-ci il tarixli qətnaməsindən görünür ki, Bakı şəhəri, Xətai prospekti, 787-ci məhəllədə inşa edilən 18 mərtəbəli yaşayış binasında ümumi sahəsi 88 kv.m təşkil edən mənzilin X15 verilməsinin "xxxx" MTK-ya həvalə edilməsi qət edilmişdir; - Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-5094/2008 saylı, xx.xx.2008-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 15 sentyabr 2008-ci il tarixli, 2(006)-2098/2008 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması, cavabdeh "xxxx" MTK tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi qət edilmişdir; - Azərbaycan Respublikası Ali Məhkəməsinin MK-nın xx.xx.2009-cu il tarixli, 2(102)- 1945/2009 saylı qərarının surətindən görünür ki, cavabdeh "xxxx" MTK tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx.xx.2008-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır; - Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2370/2010 saylı, xx.xx.2010cu il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdeh X15 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MTK-ya qarşı “Birgə nikah dövründə əldə edilmiş əmlakın bərabər paylara bölünməsi” tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir; - Cinayət işi üzrə icraata xitam verilməsi barədə xx.xx.2010-cu il tarixli qərarın surətindən görünür ki, X13 zərərçəkmiş şəxs qismində qalmasına əsas olmadığından onun işi üzrə zərərçəkmiş şəxs qismində iştirakına xitam verilməsi, AR CM-in 306.2-ci maddəsi ilə başlanılmış 106012 nömrəli cinayət işi üzrə icraata əməldə cinayət tərkibi olmadığından xitam verilməsi qərara alınmışdır; - Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-1108/10 saylı, xx.xx.2010-cu il tarixli qərardadının surətindən görünür ki, Nəsimi Rayon Məhkəməsinin 2(006)-2098/08 saylı, xx.xx.2009-cu il tarixli icra sənədi üzrə icraata xitam verilmişdir; - Cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərarın surətindən görünür ki, İddiaçı Feyruz oğlunun ərizəsi əsasında toplanmış material üzrə cinayət təqibinin başlanmasının rədd edilməsi qərara alınmışdır. Məhkəmə tərəfindən işin müəyyən olunmuş hallarından görünür ki, iddiaçının rəhbər olduğu MTK ilə cavabdehin rəsmi nikahda olduğu üçüncü şəxs şəxs X17 arasında Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, 787-ci məhəllədə inşa edilmiş 18 mərtəbəli yaşayış binasının A blokunun 7-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 88 kv.m təşkil edən mənzilə dair xx.xx.2003-cü il tarixli müqavilə bağlanmışdır. 2005-ci ildə Cavabdeh həmin mənzili X2. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə mənzilin mülkiyyətçisinin razılığı olmadan satılması müəyyən edilmiş, Bakı şəhəri, Xətai prospekti, 787-ci məhəllədə inşa edilən 18 mərtəbəli yaşayış binasında ümumi sahəsi 88 kv.m təşkil edən mənzilin X15 verilməsinin "xxxx" MTK-ya həvalə edilməsi qət edilmişdir. MTK-nın vəzifəli şəxsi olan iddiaçı barəsində cinayət işi başlanmışdır. Bundan sonra iddiaçı həmin mənzilin əvəzinə Kooperativdə başqa mənzil olmadığından "xxxx" MMC ilə xx.xx.2010-cu il tarixində müqavilə bağlayaraq Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Talıblı küçəsində inşa edilmiş 111,0 kv.m sahəsi olan 3 otaqlı mənzili X11 təhvil vermişdir. Hazırda iddiaçı cavabdeh tərəfindən aldadılmasına və cavabdehin qanunazidd hərəkətlərinə görə, satılmış mənzilin əvəzinə mənzil almaqla ziyana düşdüyünə istinad edərək, ona dəymiş zərərin məhkəmə qaydasında cavabdehdən tutulmasını xahiş edir. Cavabdeh isə iddiaçının bu cür iddia qaldırmaq üçün subyektiv hüquqa malik olmadığına, mənzil vermək öhdəliyinin iddiaçının üzərinə deyil, MTK-nın üzərinə qoyulduğuna, həmçinin iddia müddətinin ötürüldüyünə istinad edərək iddiaya etiraz edir. Mülki Məcəllənin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 21-ci maddəsi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Bu mənada, zərərin əvəzinin ödənilməsi ilə bağlı hər bir konkret iddia tələblərinin əsası digər hüquq sahələrindən (məsələn, müqavilə hüququ, delikt hüququ və s.) irəli gəlir. Bu baxımdan iddiaçının cavabdehə qarşı tələbinin qanuni əsası kimi Mülki Məcəllənin mülki hüquq pozuntusuna (deliktə) dair 1096 və 1097-ci maddələri nəzərdən keçirilə bilər. Mülki Məcəllənin 1096 və 1097-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Zərər vurmadan irəli gələn öhdəliklər zərərçəkmişin əmlak və şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində yaranır, mütləq xarakter daşıyır, zərər vuranın hesabına və yaxud qanunla üzərinə zərərin əvəzinin ödənilməsi vəzifəsi qoyulan başqa şəxslərin hesabına qeyd edilən hüquqların tam bərpa olunmasının təmin edilməsinə yönəlir. Mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün aşağıdakı şərtlərin mövcud olması tələb olunur: 1) törədilmiş əməlin hüquqa zidd olması; 2) əməlin təqsirli olaraq törədilməsi; 3) törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması; 4) zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması. Hazırki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən olunmuşdur ki, “Cavabdeh X13 xəbəri və razılığı olmadan cavabdeh "xxxx" MTK-ya müraciət edərək X13 adından hərəkət etmək səlahiyyəti olmadığı halda arvadı E.Əhmədovanın öz mənzilini satmaq istədiyini bildirmiş, "xxxx" MTK isə xx.xx.2003-cü il tarixdə E.Əhmədova illə aralarında bağlanmış müqavilə öhdəliklərinin tələblərini pozaraq mülkiyyətçinin mənzili satmaqla bağlı fikrini araşdırmadan, onun rəsmi razılığını və ya notariiat qaydasında təsdiqlənmiş etibarnaməsini almadan, heç bir sənədləşdirmə aparmadan mübahisəli mənzilə görə Cavabdeh 30000 ABŞ dolları pul vermiş və mənzili başqa vətəndaşa satmışdır. Hazırki iş üzrə İddiaçı həmin dövrdə "xxxx" MTK-nın sədri olması, qətnamənin vəzifəli şəxs tərəfindən icra edilməməsinə görə onun barəsində cinayət işinin başlanılması, sonradan qətnamənin icrası məqsədilə İddiaçı tərəfindən cavabdehin keçmiş arvadına mənzilin alınıb verilməsi iş materialları ilə öz təsdiqini tapır. Bu baxımdan cavabdehin hüquqizidd hərəkətləri nəticəsində iddiaçıya zərər dəyməsi müəyyən olunur.” Cavabdeh və müstəqil tələb irəli sürməyən üçünçü şəxsin iddiaçının subyektiv hüququnun olmaması dəlili ilə bağlı isə məhkəmə qeyd edir ki, İddiaçı barəsində cinayət işi başlanıldığından onun mənzil almaq məcburiyyətində qalması sübut olunsa da, mənzilin məhz onun deyil, MTK-nın vəsaiti hesabına alınması iş materialları ilə öz təsdiqini tapmır. Bu səbəbdən iddiaçı düşmüş olduğu zərərin əvəzini zərər vurulmasına səbəb olan şəxsdən tələb etmək hüququna malik şəxs kimi qəbul edilməlidir. Lakin cavabdeh tərəfindən iddia müddətinin tətbiq edilməsi barədə ərizə verildiyindən, məhkəmə hesab edir ki, iddia müddəti tətbiq edilməklə iddia tələbi rədd edilməlidir. Belə ki, Mülki Məcəllənin 372-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Mülki Məcəllənin 373.1-ci maddəsinə görə ümumi iddia müddəti on il təşkil edir. Həmin Məcəllənin 375.2-ci maddəsinə müvafiq olaraq məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Mülki Məcəllənin 380.1-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 dekabr 2001-ci il tarixli Qərarında göstərilmişdir ki, iddia müddəti institutu hüquq münasibətləri iştirakçılarının intizamlandırmaq, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur etmək, müqavilə və ya maliyyə intizamının nizamlanmasına kömək etmək; mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri sabitliyin aradan qaldırılmasına xidmət göstərmək, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaratmaq baxımından əhəmiyyətlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 iyun 2013-cü il tarixli Qərarına əsasən iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 07 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Göründüyü kimi, şəxsin hüququ pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətlərini şamil edir. Maraqlı tərəfin tələbi üzrə məcburiyyət tədbirlərinin tətbiqi hər zaman deyil, yalnız iddia müddətləri həddində mümkündür. Qeyd olunmalıdır ki, hər hansı müddətin, o cümlədən iddia müddətinin ötürülübötürülməməsi nəticəsinə gəlmək üçün, mütləq qaydada həmin müddətin başlama, yəni müddətin axımının başlanğıc günü müəyyən olunmalıdır. Bunu, yəni müddətin axımı gününü müəyyən etmədən, hər hansı bir müddətin ötürülüb-ötürülməməsi nəticəsinə gəlmək isə qeyri-mümkündür. Yuxarıda da qeyd edildiyi kimi, hazırki iş üzrə iddia tələbinin əsasını deliktə əsaslanan münasibətlər təşkil etdiyindən, məhz mülki qanunvericiliklə müəyyən edilmiş 10 illik iddia müddəti şamil edilməlidir (Mülki Məcəllənin 373.1-ci maddəsi). Hazırki iş materiallarından görünür ki, Nəsimi Rayon Məhkəməsinin 15 sentyabr 2008-ci il tarixli qətnaməsinin icrası məqsədilə "xxxx" MTK-nın sədri İddiaçı tələbkara ünvan 1 ünvanında "xxxx" MTK tərəfindən inşa edilmiş çoxmərtəbəli binanın 7-ci blokunun 17-ci mərtəbəsində yerləşən 111 kv.m. sahəsi olan 3 otaqlı mənzil təklif etmiş, Eteri Əhmədovanın razılığı əsasında həmin mənzil xx.xx.2010-cu il tarixli müqavilə ilə sonuncunun adına rəsmiləşdirilmiş, bu barədə icra məmuru tərəfindən xx.xx.2010-cu il tarixli akt tərtib olunmuş və qətnamənin icrası təmin edildiyindən icra sənədi üzrə icraata xitam verilmişdir. Göründüyü kimi, iddiaçı hüquqlarının pozulduğunu ən azı yeni mənzilin verilməsinə dair müqavilənin rəsmiləşdirildiyi gündən, yəni xx.xx.2010-cu il tarixindən bilirdi. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş 5000 manatın ödənilməsi barədə qəbz ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçı qeyd edilən ödənişin cavabdeh tərəfindən ödənildiyini bildirsə də, cavabdeh həmin ödənişin onun tərəfindən edilməsini qəbul etməmişdir. Məhkəmə iş üzrə qeyd edilən halın mühüm əhəmiyyət kəsb etdiyini nəzərə alaraq, xx.xx.2025-ci il tarixli sübutların təmin edilməsi barədə qərardadı ilə Xətai rayonu, Mərkəzi Bulvar küçəsində yerləşən “Həyat market”dəki “Mpay” ödəniş terminalı vasitəsilə həyata keçirilən ödənişin kim tərəfindən ödənilməsini müəyyən etmək məqsədilə xx.xx.2024-cü il tarixdə, 17:59 radələrində çəkilmiş kamera görüntülərini tələb etsə də, ödənişin həyata keçirildiyi marketdə kamera olmadığından qərardad icra olunmadan geri qaytarılmışdır. Məhkəmə həmin sübutun mötəbər olmadığını, məhz cavabdeh tərəfindən iddiaçıya ödəniş edildiyini təsdiq etmədiyini, ödəniş qəbzinin tarixinin daha əvvəl olmasına baxmayaraq, iddia ərizəsi verildikdən bir müddət sonra məhkəməyə təqdim edildiyini nəzərə alaraq, iddiaçının təqdim etdiyi qəbzi borclu şəxsin borcu etiraf etməsini təsdiq edən sübut kimi qəbul etmir. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericilikdə birbaşa göstərilməsə də, lakin nəzərdə tutulan dispozitivlik prinsipinə görə proses hakimin (məhkəmənin) deyil, yalnız tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir. Bu mənada prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Məhkəmə özü sübutları toplamamalı, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaratmalı, tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, “affirmanti, non neganti, incumbit probation” (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında həmin Məhkəmə mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı mövcud iddia tələbi üzrə qanunla müəyyən edilmiş iddia müddətini ötürdüyündən, cavabdeh isə iş üzrə iddia müddətinin tətbiq edilməsini xahiş etdiyindən, iddia müddəti tətbiq edilərək, mövcud iddia tələbi rədd edilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı (X18 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) pul tələbinə dair iddiası təmin edilməməli, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı (X18 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) pul tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən tərəfə rəsmi qaydada təqdim olunduğu gündən sonra bir ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva
Məhkəmə qərarları › İş №e-2(005)-548/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-548/2025
18.03.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver