Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-555/2025 23.01.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, Mayılzadə Gülzadə Çingiz qızının katibliyi, Qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə Cavabdeh nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “liftdən istifadəyə maneənin aradan qaldırılması” tələbinə dair ilkin, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı “pul” tələbinə dair iddia ərizələri üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təsviri hissə İlkin iddia üzrə İddiaçı cavabdehlər "xxxx" MMMC-yə qarşı “liftdən istifadəyə maneənin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək sakini olduğu ünvan 1 ünvanında yerləşən çoxmənzilli binada cavabdeh "xxxx" MMMC-nin sahə mülkiyyətçilərinin ümumi əmlakı olan liftdən istifadəyə yaratmış olduğu bütün qadağa və maneələrin qanunsuz hesab edilməsi, həmin binada cavabdeh "xxxx" MMMC tərəfindən liftdən istifadə edilməsi üçün tətbiq edilən kilid sisteminin qanunsuz hesab edilərək ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, onunla Bakı şəhəri ünvan 3 ünvanında mənzilə dair Akkord Sənaye Tikinti İnvestesiya Korporasiyası ASC ilə arasında xx.xx.2011cu il tarixli 14459 saylı müqavilə bağlanmış, eyni tarixli aktla mənzil ona təhvil verilmişdir. Həmçinin həmin müqavilə üzrə mənzilin dəyərini tam şəkildə ödəmiş və ona sözügedən 67.00 kv.m olan mənzil üçün heç bir borcunun olmadığı barədə xx.xx.2017 tarixli 66 nömrəli maliyyə arayışı verilmişdir. Həmin mənzil üzərindəki mülkiyyət hüququ xx.xx.2021ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq ona müvafiq çıxarış verilmişdir. Mənzil hazırda xüsusi mülkiyyət hüququ üzrə tam ona məxsusdur. Cavabdeh sakini olduğu binanın idarə edilməsi ilə bağlı elə binanın əvvəlki işbaz idarəçilərinin təşəbbüsü ilə və onun xəbəri olmadan yaradılmış mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətidir. Cavabdehlə hər hansı müqaviləsi olmasa da, binanın sakini kimi mənzilinə görə kommunal ödəniş adı altında hər ay pul ödəyir. Buna baxmayaraq hazırda binadakı liftdən istifadəyə görə bina sakinlərindən əlavə pul yığılır. Liftə kilid quraşdırıb, pulu ödəyən liftdən istifadə edir, ödəməyənin istifadəsinə isə qadağa qoyulur. Cavabdeh tərəfindən liftdən digər şəxslərin (binada yaşayan sakinlərin, habelə binada yaşayan yaxınlarına qonaq gələn şəxslərin) istifadəsinə maneə yaradılması mülki qanunvericiliyin tələblərinə ziddir. Lift binanın sahə mülkiyyətçilərinin ümumi mülkiyyəti olduğuna görə cavabdeh tərəfindən liftə kilid sisteminin tətbiqi sahə mülkiyyətçisi kimi onun mülkiyyət hüququnun pozulması kimi qiymətləndirilməlidir. Belə ki, lift ümumi paylı mülkiyyət hüququ ilə yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə məxsusdur. Liftin kimin tərəfindən quraşdırması da bunu dəyişdirmir. Bu halda belə, lift onu quraşdıran şəxs və ya şəxslərin mülkiyyətinə keçməz və yenə də binanın sahə mülkiyyətçilərinin ümumi mülkiyyəti sayılar. Cavabdeh "xxxx" MMMC iddia tələbinə qarşı etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, o, İddiaçı iddia tələbini tam qəbul etmir. Belə ki, Cavabdehxx.xx.2022-ci il tarixdə Dövlət qeydiyyatına alınmışdır. Cəmiyyətin yaradılması barədə qərar sahə mülkiyyətçilərinin 50 faizdən çoxunun səsləri hesabına qəbul edilmişdir. Cəmiyyət xx.xx.2022-ci il tarixdə Dövlət qeydiyyatına alınmışdır. Cəmiyyət Nizamnamə ilə müəyyən olunmuş məqsədlərlə ümumi maraqlar əsasında birləşmiş sahə mülkiyyətçilərinin təşəbbüsü ilə yaradılmış könüllü, özünü idarəedən, öz fəaliyyətinin əsas məqsədi kimi gəlir əldə etməyi nəzərdə tutmayan qeyri-kommersiya təşkilatı olan hüququ şəxsdir. Cəmiyyətin yaradılmasının əsas məqsədi daşınmaz əmlak kompleksini birgə idarə etmək, binanın ümumi əmlakının istismarını və s. öhdəliklərinin idarə edilməsindən ibarət olmuşdur. Cəmiyyətin Nizamnaməsinin 2.2.1 -ci bəndinə əsasən cəmiyyət yaşayış binasının cəmiyyət iştirakçılarının ümumi istifadəsində olan daxili və xarici kommunal xidmətləri təchizatı xəttlərinin və digər qurğu və avadanlıqlarının təmiri və lazım gələrsə bərpa edilərək daim işlək vəziyyətdə saxlanması fəaliyyətini həyata keçirir. Buradan tam aydın olur ki, cavabdeh mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq yaradılmış və tam qanuni əsaslarla fəaliyyət göstərir. İddiaçı ərizədə bildirmişdir ki, cavabdehlə hər hansı müqaviləsi olmasa da binanın sakini kimi mənzilinə görə kommunal ödəniş adı altında hər ay pul ödəyir. Kommunal ödənişlərlə bağlı Mənzil Məcəlləsində açıq-aydın müddəalar vardır. İddia ərizəsində iddiaçı qeyd etmişdir ki, lift binanın sahə mülkiyyətçilərinin ümumi mülkiyyəti olduğuna görə cavabdeh tərəfindən liftə kilid sisteminin tətbiqi sahə mülkiyyətçisi kimi onun mülkiyyət hüququnun pozulması kimi qiymətləndirir. Bununla bağlı diqqətə çatdır ki, Mənzil Məcəlləsinin 35-ci maddəsinə əsasən lift, lift şaxtası çoxmənzilli binanın ümumi əmlakıdır və ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. Qanunverici çoxmənzilli binanın ümumi əmlakın idarə edilməsi, istismarı, ona sahibliyi, istifadə və sərəncam verilməsi qaydasını təmin etmək məqsədinin həyata keçirilməsi ilə mənzil mülkiyyətçiləri müştərək cəmiyyətini səlahiyyətinə verilmişdir. Konkret olaraq liftə kilid quraşdırılması məsələsinə gəlincə onu qeyd etmək istəyirik ki, bina kompleksimi.» olan kilidlər köhnəldiyi üçün mövcud texniki-təhlükəsizlik tələblərinə cavab verib-verməsini yoxlamaq məqsədilə cavabdeh tərəfindən 2022-ci ilin avqust ayında hala cavabdeh Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Sənayedə X4 və Dağ X13 Agentliyinə müraciət etmişdir. Hamin müraciətə cavab olaraq 27 sentyabr 2022-ci il tarixli, xx/xx-06664 saylı məktubla Agentliyin müfəttişi tərəfindən 24 ədəd liftdə (qeydiyyat nömrələri 31833-31856) texniki təhlükəsizliyin vəziyyətinin yerində qiymətləndirilməsi işlərinin aparıldığını, qiymətləndirmə zamanı qayda tələblərinin pozulması hallarının aşkar olunduğu və bu barədə akt tərtib edildiyi bildirilmiş, texniki təhlükəsizliyin təmin edilməsi məqsədilə pozuntunun aradan qaldırılması üçün zəruri tədbirlərin görülməsi və nəticəsi barədə Agentliyə məlumat verilməsi tələb edilmişdir. Buna görə də bina kompleksində istismarda olan 24 ədəd lift maşınlarının yenilənməsi və əlavə vəsaitin yığılması barədə sahə mülkiyyətçilərinin imzaları ilə toplanmış səslərə əsasən Ümumi Yığıncaq qərar qəbul edilmişdir. Qərar bina sakinlərinin 50 faiz iştirakçılarının səs çoxluğu ilə təsdiqlənmiş və müvafiq protokolla rəsmiləşdirilmişdir. Qəbul edilmiş qərara əsasən liftlərin yenilənməsi üçün tələb olunan vəsait Cəmiyyətin mənzil fondunun imkanları xaricində olduğundan həmin vəsait mülkiyyətçilərdən toplanaraq həyata keçirilməlidir. Bununla bağlı hesabat aparılmış və bir lift üçün lazım olan vəsait 14000 manat olması müəyyən edilmişdir. 24 lift və bir liftə görə 14000 manat pul vəsaiti tələb olunduğunu nəzərə aldıqda ümumilikdə 336000 manat pul vəsaiti tələb olunduğu məlum olmuşdur. Həmin məbləğ isə binada yerləşən ‘HİS mənzil sayına bölünməklə hər bir sahə mülkiyyətçisi üçün 360 manat pul vəsaiti hesabına ödənilməsi qərara alınmışdır. Göründüyü kimi, liftlərin yenilənməsi 11 İNnin rəy və aktına. Ümumi yığıncağın qərarına əsasən həyata keçirilmişdir. Bu da birbaşa təhlükəsizlik baxımından və hazırkı qanunvericiliyin tələblərinə əsasən edilmişdir. İddiaçı ərizəsində açıqlamamışdır ki, ona hansı liftdən istifadəyə görə maneə yaradılır. Bu çox mühüm əhəmiyyət kəsb edir. Odur ki, tanı aydın olsun deyə bildirmək istəyirik ki, yaşayış kompleksi 8 blokdan ibarətdir və hər blokda 3 ədəd lift mövcuddur (şəkillər əlavə olunur). Hazırkı iş üzrə sözügedən lift 8-ci blokda yerləşir, həmin blokda olan 3 liftdən ikisi yenidir, digər 1 lift bina sakinləri tərəfindən ödənişlər tam yığıldıqdan sonra yenisi ilə əvəzlənəcəkdir. İddiaçıya məxsus 8»2 saylı mənzil 8-ci blok, 17-ci mərtəbədə yerləşir. Bu günə kimi iddiaçının köhnə liftdən istifadəsinə heç bir maneə qoyulmamışdır və o halhazırda köhnə liftdən sərbəst istifadə edir. Onun yeni quraşdırılmış liftlərdən istifadəsi haqlı olaraq məhdudlaşdırılmışdır. Çünki, yeni liftlərdən yalnız ödəniş etmiş sakinlər istifadə edə bilər. İddiaçıya 360 manat yeni liftin quraşdırılması üçün ödəniş etməsi dəfələrlə bildirilsə də bu günə kimi heç bir ödəniş etməmişdir. İddiaçı kilid sisteminin ləğv edilməsini deməklə məhz yeni lifti nəzərdə tutur. Bu isə absurddur, çünki həmin qərarı mülkiyyətçilərin özləri veriblər, həmçinin həmin maneənin götürülməsi ödəniş etmiş mülkiyyətçilərin hüquqlarının pozulmasına gətirib çıxara bilər. Bu isə ədalətsizlik olardı, həmçinin mülkiyyətçilər arasında ayrı-seçkiliyə və onların ciddi narazılığına gətirib çıxarardı. Ona görə də lift sisteminin yenilənməsi və kilid sisteminin qurulması birbaşa bina mülkiyyətçilərinin istəyi və qərarıdır, bununla kənar şəxslərin binaların girişinə daxil olmasına imkan verilmir, həmçinin baş verə biləcək oğurluq və digər neqativ halların qarşısı alınır. Odur ki, kilid sisteminin quraşdırılması yuxarıda qeyd edilənlərə əsasən qanuni və əsaslı olaraq qoyulması tam təsdiqlənir. 2009-cu ildən 2020-ci ilə kimi iddiaçı bir manat da kommunal ödəniş etməmişdir. Bununla iddiaçı, o cümlədən ödəniş etməmiş digər sahə mülkiyyətçiləri liftlərə vaxtında xidmət olunmasına və texniki qulluq edilməsinə problemlər yaratmışdılar. Çünki, həmin liftlər texniki qulluq göstərilməsi üçün müvafiq şirkətlə müqavilə bağlanılmış və həmin müqavilə üzrə aylıq xidmət haqları ödənilmişdir. Daha sonra qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" MMMC cavabdeh İddiaçı qarşı “pul” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cаvabdeh İddiaçı 360 manat məbləğində lift qurğusunun yenilənməsi üçün haqqın və 30 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçı Cavabdeh Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, ”Nərimanov-31” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti xx.xx.2022-ci il tarixdə Dövlət qeydiyyatına alınmışdır. Cəmiyyətin yaradılması barədə qərar sahə mülkiyyətçilərinin 50 faizdən çoxunun səsləri hesabına qəbul edilmişdir. Cəmiyyət xx.xx.2022-ci il tarixdə Dövlət qeydiyyatına alınmışdır. Cəmiyyət Nizamnamə ilə müəyyən olunmuş məqsədlərlə ümumi maraqlar əsasında birləşmiş sahə mülkiyyətçilərinin təşəbbüsü ilə yaradılmış könüllü, özünüidarəedən, öz fəaliyyətinin əsas məqsədi kimi gəlir əldə etməyi nəzərdə tutmayan qeyri-kommersiya təşkilatı olan hüququ şəxsdir. Cəmiyyətin yaradılmasının əsas məqsədi daşınmaz əmlak kompleksini birgə idarə etmək, binanın ümumi əmlakının istismarını və s. öhdəliklərinin idarə edilməsindən ibarət olmuşdur. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Sənayedə X4 və X9 Agentliyinin 27 sentyabr 2022-ci il tarixli, xx/xx-06664 saylı məktubla Agentliyin müfəttişi tərəfindən 24 ədəd liftdə (qeydiyyat nömrələri 31833- 31856) texniki təhlükəsizlik vəziyyətinin yerində qiymətləndirilməsi işlərinin aparıldığını, qiymətləndirmə zamanı qayda tələblərinin pozulması hallarının aşkar olunduğu və bu barədə akt tərtib edildiyi bildirilmiş, texniki təhlükəsizliyin təmin edilməsi məqsədilə pozuntunun aradan qaldırılması üçün zəruri tədbirlərin görülməsi və nəticəsi barədə Agentliyə məlumat verilməsi tələb edilmişdir. Buna görə də bina kompleksində istismarda olan 24 ədəd lift maşınlarının yenilənməsi və əlavə vəsaitin yığılması barədə sahə mülkiyyətçilərinin imzaları ilə toplanmış səslərə əsasən Ümumi Yığıncaq qərar qəbul etmişdir. Qərar bina sakinlərinin 50 faiz iştirakçılarının səs çoxluğu ilə təsdiqlənmiş və müvafiq protokolla rəsmiləşdirilmişdir. Qəbul edilmiş qərara əsasən liftlərin yenilənməsi üçün tələb olunan vəsait Cəmiyyətin mənzil fondunun imkanları xaricində olduğundan həmin vəsait mülkiyyətçilərdən toplanaraq həyata keçirilməlidir. Bununla bağlı hesabat aparılmış və bir lift üçün lazım olan vəsait 14000 manat olması müəyyən edilmişdir. 24 lift və bir liftə görə 14000 manat pul vəsaiti tələb olundğunu nəzərə aldıqda ümumilikdə 336000 manat pul vəsaiti tələb olunduğu məlum olmuşdur. Həmin məbləğ isə binada yerləşən 908 mənzil sayına bölünməklə hər bir sahə mülkiyyətçisi üçün 360 manat pul vəsaiti hesabına ödənilməsi qərara alınmışdır. Göründüyü kimi, liftlərin yenilənməsi FHNnin rəy və aktına, Ümumi Yığıncağın qərarına əsasən həyata keçirilmişdir. Bu da birbaşa təhlükəsizlik baxımından və hazırkı qanunvericiliyin tələblərinə əsasən edilmişdir. yaşayış kompleksi 8 blokdan ibarətdir və hər blokda 3 ədəd lift mövcuddur (şəkillər əlavə olunur). Hazırkı iş üzrə sözügedən lift 8-ci blokda yerləşir. Həmin blokda olan 3 liftdən ikisi yeni liftdir, digər 1 lift bina sakinləri tərəfindən ödənişlər tam yığıldıqdan sonra yenisi ilə əvələnəcəkdir. İddiaçıya məxsus 892 saylı mənzil 8-ci blok, 17-ci mərtəbədə yerləşir. Bu günə kimi iddiaçının köhnə liftdən istifadəsinə heç bir maneə qoyulmamışdır və o halhazırda köhnə liftdən sərbəst istifadə edir. Onun yeni quraşdırılmış liftlərdən istifadəsi haqlı olaraq məhdudlaşdırılmışdır. Çünki, yeni liftlərdən yalnız ödəniş etmiş sakinlər istifadə edə bilər. İddiaçıya 360 manat yeni liftin quraşdırılması üçün ödəniş etməsi dəfələrlə bildirilsədə bugünə kimi heç bir ödəniş etməmişdir. Məhkəmə iclasında iştirak edən qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" MMMC-nin nümayəndəsi X8 iddia ərizəsinə uyğun izahat verərək, ilkin iddia tələbinin rədd, qarşılıqlı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İlkin iddia üzrə İddiaçı məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə mülki işə idddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfin izahatını dinləyib, mülki işin sənədlərini araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ilkin və qarşılıqlı iddia tələbləri qismən təmin edilməlidir. Mülki işin materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - İddiaçı ilə Akkord Sənaye Tikinti İnvestesiya Korporasiyası ASC arasında bağlanmış xx.xx.2011-ci il tarixli, 14459 nömrəli alqı-satqı müqaviləsinə əsasən satıcı "xxxx"ASC "X6" müəssisəsi Bakı şəhərində, Nərimanov rayonu ərazisində 1937 saylı məhəllədə Əliyar Əliyev küç., inşa etdirdiyi 8 saylı binanın ,8 blok, 1015 saylı 1 otaqdan ibarət, ümumi sahəsi 67 Kv.metr olan mənzili «alıcı» İddiaçı satmağı, alıcı isə bu müqavilə ilə nəzərdə tutulmuş qaydada tərəflər arasında razılaşdırılmış şərtlər daxilində aldığı mənzilin dəyərini (qiymətini) ödəməyi öhdəsinə götürür; Bu müqavilənin 1.1-ci bəndində qeyd edilən mənzilin dəyəri (qiyməti) tərəflərin razılığı ilə 39865 manat məbləğində müəyyən olunur və Alıcı mənzilin qiymətini otuz doqquz min səkkiz yüz altmış beş manat 00 qəpik 58 (əlli səkkiz ) ay müdci dində ödəməyi öhdəsinə götürür; -"xxxx"ASC tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli 66 nömrəli maliyyə arayışından görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, məhəllədə Əliyar Əliyev küçəsi, 1937 saylı məhəllə, bina 8, blok 8, 17-ci mərtəbə, 155 ünvanında inşa olunan “D” binası 16-cı mərtəbədə yerləşən 103 nömrəli, 1 otaqlı, ümumi sahəsi ümumi sahəsi 67 Kv.m 1015 saylı mənzil üçün bağlanmış 14459 saylı xx.xx.2011-ci il tarixli müqaviləyə dair heç bir borcu yoxdur. - Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan müəyyən olunur ki, yeni qaydalarla Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi 2, M18, 5 saylı mənzil İddiaçı tam payda xüsusi mülkiyyətindədir və bu barədə xx.xx.2021-ci il tarixdə ********** nömrəli qeyd aparılmışdır; - "xxxx" MMMC ilə İdeal Lift MMC-arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 13/23 nömrəli lift xidməti barədə müqaviləsinə əsasən Tərəflər təsdiq edirlər ki, “İcraçı” “Sifarişçi”-nin istifadəsində olan ünvan 4 ünvanında yerləşən “KOSMOS” çoxmənzilli yaşayış kompleksindəki 24 ədəd lift, "xxxx" ASC-nin inşa etdiyi çoxmənzilli yaşayış binasında yerləşən 24 ədəd lift maşınları təmiri və texniki xidmətin göstərilməsini öhdəsinə götürür. “Sifarişçi” isə bu müqavilənin ayrılmaz hissəsi sayılan qiymətlərin razılaşdırma protokolunda göstərilən yerinə yetrilmiş işləri qəbul edib, dəyərini vaxtında ödəməyi öhdəsinə götürür. (1.1-ci bəndi) Ödəniş yerinə yetirilmiş xidmətin təqdim edilməsini təsdiq edən sənədlər əsasında növbəti ayın ilk 10 (on) bank günü ərzində həyata keçirilir. 6.2 Xidmətin servis haqqı-24 ədəd lift maşınları üçün 3000 (üç min manat) AZN vəsait təşkil edir. (6.1 və 6.2-ci bəndi); - AR Ədliyyə Nazirliyi X1 Reyestrindən Çıxarışdan görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixində qeydiyyata alınmışdır. Fəaliyyət məqsədi daşınmaz əmlak kompleksini birgə idarə etmək, binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericilikdə müəyyənləşdiirlmiş hədlərdə barəsində sərəncam verilməsini tələb etməkdir. - Cavabdeh sahə mülkiyyətçilərinin xx.xx.2022-ci il tarixli ümumi yığıncağın protokoldan görünür ki, “Kosmos yaşayış kompleksində mövcud olan 24 ədəd Lift maşınlarının yenilənməsi qüsurların aradan qaldırılması gündəlik məsələ olaraq qaldırılmış və qərar kompleksdə yaşayan mülkiyyətçilərin öhdəliyinə buraxılması, kompleksdə faktiki yaşayan mülkiyyətçilərin ümumi yığıncağının 51 % imzalı rəyi olduğu halda qəbul edilməsi, qərar qəbul olunduğu halda Ümumi Liftlər üçün xərclər hesablanaraq mülkiyyətçilərin vəsaiti hesabına liftlərin yenilənməsi həyata keçirilməsi, Qərarın icrasına nəzarət "xxxx" MMMC-nin İdarə Heyətinin sədri Toğrul Nəbiyevə həvalə edilməsi qərara alınmışdır. -Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Sənayedə X4 və Dağ X13 Agentliyinin xx.xx.2022-ci il tarixli Cavabdeh sədrli Toğrul Nəbiyevə ünvanlanmış məktubundan görünür ki, 19.09 2022-ci il tarixində Agentliyin müfəttişi tərəfindən 24 ədəd liftdə (qeydiyyat nömrələri: 31833-31856) texniki təhlükəsizliyin vəziyyətinin yerində qiymətləndirilməsi işləri aparılmışdır. Qiymətləndirilmə zamanı qayda tələblərinin pozulması halları aşkar olunmuş və bu barədə akt tərtib edilmişdir (surəti əlavə olunur). Texniki təhlükəsizliyin təmin edilməsi məqsədilə pozuntunun aradan qaldırılması üçün zəruri tədbirlərin görülməsi və nəticəsi barədə Agentliyə məlumat verilməsi tələb olunması qeyd edilmişdir. - Cavabdeh xx.xx.2024-cü il tarixli arayışından görünür ki, "xxxx" ASC-nin inşa etdiyi ünvan 6 ünvanında yerləşən “Kosmos” yaşayış kompleksində X7 ona məxsus bina 8, blok 8, mənzil 892 (köhnə 1015) 01 Yanvar 2015-ci il tarixindən xx.xx.2020-ci il tarixinədək dövrdə kommunal xidmət göstərən “Continental Construction and X15” MMC-nin 2020-ci ildə “X16” MMC-yə təhvil verdiyi borc məlumatlarına əsasən heç bir kommunal ödənişi etməmişdir. - Bakı Apellyasiya Məhkəməsinin 16(103)-801/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadından görünür ki,ərizəçi İddiaçı ərizəsi təmin edilmiş, iş üzrə yekun məhkəmə aktı çıxarılanadəkİddiaçı məxsus Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, 1937-ci məhəllə, ev 8, mənzil 892, yeni qaydalarlar: ünvan 7 saylı mənzilin yerləşdiyi çoxmənzilli binada liftdən (hər üç liftdən) istifadəyə yaradılan maneə və qadağaların aradan qaldırılması vəzifəsi cavabdeh "xxxx" MMMC-nin üzərinə qoyulması qərara alınmışdır. Məhkəmə tərəflərin izahatını, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə hesab edir ki, ilkin iddia aşağıda göstərilənlərə əsasən qismən təmin olunmalıdır. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; İİ. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər; Maddə 24. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının əsas prinsipi İİİ. Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Hüquqlardan sui-istifadəyə yol verilmir; Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır; İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur; İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiya: Maddə 6. Ədalətli məhkəmə araşdırması hüququ
1. Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyaya dair Protokol: Maddə 1. Mülkiyyətin müdafiəsi Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; Maddə 152.5.Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; Maddə 152.6. Hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir; Maddə 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur; Maddə 227.1. Yaşayış binasının mənzildən kənarda və ya mənzil daxilində yerləşən, birdən çox mənzilə xidmət edən ümumi otaqları, dayaq konstruksiyaları, mexaniki, elektrik, sanitariya-texniki və digər avadanlığı, habelə yerləşdiyi torpaq sahəsi ümumi paylı mülkiyyət hüququ ilə yaşayış binasının tərkib hissəsi mülkiyyətçilərinə mənsubdur. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: Maddə 6.0. Mənzil qanunvericiliyi aşağıdakılarla bağlı münasibətləri tənzimləyir: Maddə 6.0.10. kommunal xidmətlərin göstərilməsi; Maddə 6.0.11. yaşayış sahəsinə və kommunal xidmətlərə görə xidmət haqlarının müəyyən edilməsi və ödənilməsi; Maddə 29.3. Qanunla və ya müqavilə ilə başqa hal nəzərdə tutulmayıbsa, yaşayış sahəsinin mülkiyyətçisi yaşayış sahəsinin və əgər həmin sahə mənzildirsə, müvafiq yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinin ümumi əmlakının saxlanması yükünü daşıyır, kommunal mənzildə otaq mülkiyyətçisi isə əlavə olaraq həmin mənzilin otaq mülkiyyətçilərinin ümumi əmlakının saxlanması yükünü daşıyır Maddə 35.1. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər (o cümlədən, mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər) (bundan sonra – çoxmənzilli binanın ümumi əmlakı) ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. Çoxmənzilli binanın yerləşdiyi torpaq sahəsinin sərhədi və ölçüləri torpaq qanunvericiliyinin və şəhərsalma fəaliyyəti haqqında qanunvericiliyin tələbləri nəzərə alınmaqla müəyyən edilir. Maddə 37.1. Çoxmənzilli binada mülkiyyətə sahə əldə edilərkən bu binada ümumi əmlaka ümumi mülkiyyət hüququnda pay həmin əldə edənə keçir. Maddə 37.2. Müqavilənin çoxmənzilli binada sahəyə mülkiyyət hüquqlarının keçməsi ilə bərabər binada ümumi əmlaka ümumi mülkiyyət hüququnda payın keçməsini məhdudlaşdıran müddəaları əhəmiyyətsizdir. Maddə 45.5. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının onun səlahiyyətlərinə aid edilmiş məsələlər üzrə bu Məcəllə ilə müəyyən edilmiş qaydada qəbul etdiyi qərarların icrası həmin binada bütün sahə mülkiyyətçiləri, o cümlədən, səsvermədə iştirak etməyən mülkiyyətçilər üçün məcburidir. Maddə 122.1. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin aşağıdakı hüquqları vardır: cəmiyyətin qəbul olunmuş illik gəlir və xərclər smetası əsasında çoxmənzilli binanın hər bir sahə mülkiyyətçisinin çoxmənzilli binanın ümumi əmlakına mülkiyyət hüququnda payına mütənasib olaraq onun üçün ödəniş və haqların miqdarını müəyyən etmək. (122.1.3) Maddə 122.3. Çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi xərclərdə iştirak üzrə öz vəzifələrini yerinə yetirmədikdə, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin mütləq ödəniş və haqların əvəzinin məcburi ödənilməsini məhkəmə qaydasında tələb etmək hüququ vardır. Maddə 135.1. Fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. Maddə 135.2. Yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqın ödənilməsi vəzifəsi aşağıdakı andan yaranmış hesab edilir: Maddə 135.2.1. yaşayış sahəsinin sosial kirayə müqaviləsi üzrə kirayəçi üçün– belə müqavilə bağlandığı andan Maddə 135.2.2. dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin kirayə müqaviləsi üzrə kirayəçi üçün – belə müqavilə bağlandığı andan; Maddə 135.2.3. mənzil-tikinti kooperativi üzvləri üçün – mənzil-tikinti kooperativi tərəfindən yaşayış sahəsinin verildiyi andan; Maddə 135.2.4. Yaşayış sahəsinin mülkiyyətçisi üçün – yaşayış sahəsinə mülkiyyət hüququ əmələ gəldiyi andan. Maddə 137.1. Çoxmənzilli binanın idarəetmə müqaviləsində başqa müddət nəzərdə tutulmayıbsa, yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqq hər ay üçün həmin aydan sonra gələn ayın beşinədək təqdim edilmiş ödəniş sənədləri əsasında həmin aydan sonra gələn ayın on beşinədək ödənilir. Maddə 137.4. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin, mənzil-tikinti kooperativinin və ya vətəndaşların yaşayış sahəsinə olan ehtiyaclarını ödəmək üçün müvafiq qanuna uyğun olaraq yaradılmış digər ixtisaslaşmış istehlak kooperativinin (bundan sonra – ixtisaslaşmış istehlak kooperativi) üzvləri çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına, cari və əsaslı təmirinə xərclərin çəkilməsi, habelə kommunal xidmətlərin ödənilməsi ilə bağlı mütləq ödənişləri və (və ya) haqları mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarəetmə orqanı və ya mənzil-tikinti kooperativinin idarəetmə orqanı və ya digər ixtisaslaşmış istehlak kooperativinin idarəetmə orqanı tərəfindən müəyyənləşdirilmiş qaydada ödəyirlər. Maddə 137.6. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin yaradılmadığı halda, idarəedici təşkilat tərəfindən idarə olunan çoxmənzilli binanın sahə mülkiyyətçiləri yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqları həmin idarəedici təşkilata ödəyirlər. Maddə 137.9. Çoxmənzilli binanın sahə mülkiyyətçiləri həmin sahələrin saxlanması və təmiri üzrə xidmət və işlərin xərclərini müvafiq fəaliyyət növlərini həyata keçirən şəxslərlə bağlanılan müqavilələrə uyğun olaraq çəkirlər. Maddə 137.10. Mülkiyyətçilər, kirayəçilər və ya digər şəxslər tərəfindən sahənin istifadə edilməməsi yaşayış sahəsinə və faktiki istehlak edilmiş kommunal xidmətlərə görə haqqın ödənilməməsi üçün əsas deyildir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun“R.Məhərrəmovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2020-ci il tarixli Qərarı: Mənzil qanunvericiliyi sahə mülkiyyətçilərinin mütləq şəkildə mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə üzvlüyünü tələb etmir. Belə ki, Mənzil Məcəlləsinin 121.1-ci maddəsində binaların sahə mülkiyyətçilərinin mənzil mülkiyyətçiləri müştərək cəmiyyətində iştirakı vəzifə kimi yox, hüquq kimi göstərilmişdir. Bununla belə çoxmənzilli binaların sahə mülkiyyətçisinin mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin üzvü olmaması onu ümumi əmlakın saxlanması və təmiri üzrə xərclərin və kommunal xidmətlərin ödənilməsi vəzifəsindən azad etmir. Məhkəmə yuxarıda istinad edilən qanunvericilik normalarına istinadən hesab edir ki, ilkin iddia qismən,qarşılıqlı iddia tam təmin edilməlidir. Belə ki, tərəflərin izahatından müəyyən olunur ki, binada 3 lift fəaliyyət göstərir. Bunlardan ikisi cavabdehin təşəbbüsü ilə yenilənib. Yaşayış binasındakı sahə mülkiyyətçilərinin bir hissəsi liftlərin təmiri,yenilənməsi üçün pul ödəyib, bir hissəsi isə ödəməyib. Pul ödəyən şəxslərə liftdən istifadə üçün kart verilib, pul ödəməyən şəxslərə isə kart verilməyib, ona görə də kartı olmayan mülkiyyətçilər və onların ailə üzvləri yeni liftdən istifadə edə bilmirlər. Pul ödəyən şəxslərin hər biri 360 manat ödəyib. Məhkəmə hesab edir ki, liftin kimin təşəbbüsü və ya kimin maliyyə vəsaiti ilə təmir etdirilməsindən asılı olmayaraq, liftdən digər şəxslərin (binada yaşayan və ya orada yaşamayan, lakin binaya gələn şəxslərin) istifadəsinə maneə yaradılması Mülki Məcəllənin tələblərinə ziddir. Belə ki, lift ümumi paylı mülkiyyət hüququ ilə yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə məxsusdur. Mənzil Məcəlləsinin 35.1-ci maddəsindən görünür ki, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər, o cümlədən liftlər ümumi paylı mülkiyyət hüququ ilə məxsusdur. Oxşar məzmunlu göstəriş Mülki Məcəllənin 231.1.3-cü maddəsində də müəyyən olunub. Hər hansı şəxsin, o cümlədən sahə mülkiyyətçilərindən birinin və ya bir neçəsinin öz təşəbbüsü və maliyyə vəsaiti ilə yeni lift quraşdırması liftin həmin şəxslərin mülkiyyətinə keçməsi ilə nəticələnmir. Belə halda da lift binanın sahə mülkiyyətçilərinin ümumi mülkiyyəti sayılır. Yeni lift üçün maliyyə vəsaiti sərf etmiş şəxs Mülki Məcəllənin 1087- 1090-cı maddələrində müəyyən edilmiş əsaslar olduğu təqdirdə “özgə işlərini tapşırıqsız aparan şəxs” hesab oluna bilər və o, çəkdiyi xərcin əvəzinin (öz payından artıq olan hissənin əvəzinin) ödənilməsini müvafiq sübutlar təqdim etməklə digər sahə mülkiyyətçilərindən tələb edə bilər. Beləliklə, lift binanın sahə mülkiyyətçilərinin ümumi mülkiyyəti olduğuna görə cavabdeh tərəfindən liftə kilid sisteminin tətbiqi iddiaçının (sahə mülkiyyətçisinin) mülkyyət hüququnun pozulması kimi qiymətləndirilməlidir. Şərh edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, ilkin iddia qismən təmin edilməli və Cavabdeh MMMC-nin üzərinə İddiaçı Bakı şəhəri Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, 1937 məh., ev 8, mənzil 892, yeni qaydalarla: ünvan 7 ünvanında yerləşən çoxmənzilli binada yerləşən çoxmənzilli binada olan liftlərdən istifadəsinə maneələrin yaradılması qadağan edilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki iddiaçının iddia tələbinin digər hissələri – kilid sisteminin qanunsuz hesab edilməsi və sökülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbini sürməyə subyektiv hüququ yoxdur. Buna görə iddia tələbi o hissədə təmin edilə bilməz. Qarşılıqlı iddia ilə bağlı məhkəmə yenə də yuxarıda istinad edilən normalara əsasən qeyd edir ki, iddia tələbi əsaslıdır bə təmin edilməlidir. Belə ki qarşılıqlı iddia üzrə cavabdeh X5 haqq ödəmək yolu ilə çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına çəkilən xərclərdə onun həmin əmlaka ümumi mülkiyyət hüququnda payına mütənasib olaraq iştirak etməyə borclu olduğu halda borcu ödəməmişdir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ
İlkin iddia qismən təmin edilsin. İddiaçı Bakı şəhəri Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, 1937 məh., ev 8, mənzil 892, yeni qaydalarla: ünvan 7 ünvanında yerləşən çoxmənzilli binada olan liftlərdən (hər üç liftdən) istifadəsinə yaradılmış maneələr və qadağaların aradan qaldırılması vəzifəsi Cavabdeh MMMC-nin üzərinə qoyulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. İlkin iddia üzrə dövlət rüsumunun 50 (əlli) manatı Cavabdeh MMMC-dən tutularaq İddiaçı ödənilsin. Qarşılıqlı iddia təmin edilsin. İddiaçı 360 manat məbləğində pul və 30 manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" MMMC-yə ödənilsin. Qarşılıqlı iddia üzrə dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçıya aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Mehriban Əfəndizadə