Məhkəmə qərarları › İş №e-2(005)-5558/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №e-2(005)-5558/2025

29.01.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(005)-5558/2025 29.01.2026 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əzizova Şəbnur Rəfail qızının sədrliyi, Məmmədova Aygün Tərlan qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzil üzərində formal mülkiyyət hüququna xitam verilməsi, mənzilə pay hüququnun müəyyən edilməsi və s.” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 qarşı “mənzil üzərində formal mülkiyyət hüququna xitam verilməsi, mənzilə pay hüququnun müəyyən edilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyət hüququ əsasında ona və Cavabdeh2 məxsus ünvan 1 ünvanında yerləşən 28 nömrəli mənzilə dair cavabdehin formal mülkiyyət hüququna xitam verilərək, həmin evin dövlət reyestrində onun və Cavabdeh2 evi kimi qeydiyyata alınması, bununla yanaşı Cavabdeh2 ilə onun ailə münasibətlərinin pozulması nəzərə alınmaqla birgə nikah dövründə əldə edilmiş qeyd olunan evə dair onun ½ payının müəyyən edilməsi və yaxud həmin evə onun və atası tərəfindən ödənilmiş bütün məbləğ, yəni 79680 manat, həmçinin qeyd olunan məbləğin cavabdehdə saxlanılması nəticəsində dəymiş 20000 manat maddi ziyan, 15000 mənəvi ziyanın cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 tərəfindən məhkəməyə icraatın birləşdirilməsi barədə vəsatətlə müraciət edilərək bildirilmişdir ki, iddiaçı Qarabağlı (Ələsgərova) Səbinə İlham qızı Cavabdeh1 qarşı “mənzilə dair cavabdehin mülkiyyət hüququna xitam verilməsi, mənzilə pay hüququnun müəyyən edilməsi, pul və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və iş məhkəmənin icraatındadır. Daha əvvəl, yəni xx.xx.2025-ci il tarixdə iddiaçı Cavabdeh1 cavabdehlər Cavabdeh2, Qarabağlı (Ələsgərova) Səbinə İlham qızı və X2 qarşı “mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət etmişdir. Hazırda həmin iş hakim Mehriban xanım Əfəndizadənin icraatındadır (iş nömrəsi: e-2(005)-4270/2025) və mülki iş üzrə məhkəmə hazırlıq iclası xx.xx.2026-cı il tarixə, saat 10:30-a təyin edilmişdir. Göründüyü kimi, mülki işlər bir-biri ilə əlaqəlidir. Prosessual qənaət prinsipinə uyğun olaraq tərəflər arasındakı mübahisəyə qısa müddətdə baxılması və məhkəmələrin iş yükünün də azaldılması baxımından sözügedən mülki işlərin eyni icraatda birləşdirilməsi daha məqsədəuyğun olar. Odur ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin icraatında olan e-2(005)-5558/2025 saylı mülki işin həmin məhkəmənin icraatında olan e-2(005)-4270/2025 saylı mülki işə birləşdirilməsi barədə qərardad qəbul edilməsi xahiş edilmişdir. İddiaçı (nümayəndəsi və vəkili Vəkil1) vəsatəti əsasında Cavabdeh2 mülki iş üzrə cavabdeh qismində cəlb edilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 izahatında mülki işlərin bir icraatda birləşdirilməsinə razı olmadığını bildirdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh tərəf məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə (iştirak edən iddiaçının nümayəndəsi və vəkilinin münasibətini də nəzərə almaqla) mülki prosessual qanunvericiliyin tələblərinə əsasən iclasın cavabdeh tərəfin iştirakı olmadan keçirilməsini mümkün hesab edir. Məhkəmə cavabdehin nümayəndəsi və vəkilinin vəsatətini nəzərdən keçirib, mülki işin materiallarını araşdırıb hesab edir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin icraatında olan İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzil üzərində formal mülkiyyət hüququna xitam verilməsi, mənzilə pay hüququnun müəyyən edilməsi və s.” tələbinə dair iddiası üzrə e-2(005)-5558/2025 saylı mülki iş həmin məhkəmənin hakimi Mehriban Əfəndizadənin icraatında olan iddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı, Cavabdeh2 və X2 qarşı “mənzildən çıxarılma” tələbinə dair iddiası üzrə e-2(005)- 4270/2025 saylı mülki işlə bir icraatda birləşdirilməlidir. Belə ki, iş materiallarında olan: - Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(005)- 4270/2025 saylı qərardadı ilə iddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı, Cavabdeh2 və X2 qarşı “mənzildən çıxarılma” tələbinə dair iddiası üzrə məhkəmə icraatı mümkün hesab edilmişdir. - xx.xx.2025-ci il tarixli məhkəmə bildirişi ilə müəyyən olunur ki, iddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı, Cavabdeh2 və X2 qarşı “mənzildən çıxarılma” tələbinə dair iddiası ilə əlaqədar e-2(005)-4270/2025 saylı mülki iş üzrə növbəti məhkəmə hazırlıq iclası xx.xx.2026-cı il tarixə, saat 10:30-a təyin edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 169.3-cü maddəsinə müvafiq olaraq, hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Məhkəmə hər iki iş üzrə materialları araşdıraraq belə qənaətə gəlir ki, qeyd olunan tələblərə bir icraatda baxılması prosessual qənaət prinsipinə riayət olunmaqla, mübahisənin tam, obyektiv, hərtərəfli, birdəfəlik və daha çevik həllinə nail olmağa imkan verəcəkdir. Belə ki, tələblər bir-birilə əlaqəli olub, bir tələb (e-2(005)-5558/2025 saylı mülki iş) üzrə ünvan 2 ünvanında yerləşən mənzil üzərində cavabdehin formal mülkiyyət hüququna xitam verilərək, həmin mənzilə dair iddiaçının pay hüququnun müəyyən edilməsi, digər tələb (e-2(005)-4270/2025 saylı mülki iş) üzrə isə iddiaçı mülkiyyət hüququndan çıxış edərək, cavabdehlərin sözügedən mənzildən çıxarılmasını tələb edir. Digər işdə X1 cavabdeh qismində göstərilməsi isə iddia tələblərinə bir yerdə baxılmasını ona görə istisna etmir ki, hər iki mübahisə üzrə məhkəmə araşdırmasının birlikdə aparılması, tərəflərin tələb və etirazlarına kompleks şəkildə qiymət verilməsi onların hüquqlarını pozmayacaq, əksinə işə ağlabatan müddətdə baxılaraq mübahisənin bir yekun məhkəmə aktı ilə həll olunmasını təmin edəcəkdir. Bununla da məhkəmənin qənaətinə görə, bu işlərin birləşdirilməsi eyni faktlar, hallar və sübutlar üzərində təkrar araşdırma aparılması zərurətini aradan qaldırmaqla, məhkəmələrin resurslarının daha səmərəli istifadəsinə imkan verəcəkdir. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin icraatında olan İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzil üzərində formal mülkiyyət hüququna xitam verilməsi, mənzilə pay hüququnun müəyyən edilməsi və s.” tələbinə dair iddiası üzrə e-2(005)-5558/2025 saylı mülki iş həmin məhkəmənin hakimi Mehriban Əfəndizadənin icraatında olan iddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı, Cavabdeh2 və X2 qarşı “mənzildən çıxarılma” tələbinə dair iddiası üzrə e-2(005)-4270/2025 saylı mülki işlə bir icraatda birləşdirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 169, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin icraatında olan İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzil üzərində formal mülkiyyət hüququna xitam verilməsi, mənzilə pay hüququnun müəyyən edilməsi və s.” tələbinə dair iddiası üzrə e- 2(005)-5558/2025 saylı mülki iş həmin məhkəmənin hakimi Mehriban Əfəndizadənin icraatında olan iddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı, Cavabdeh2 və X2 qarşı “mənzildən çıxarılma” tələbinə dair iddiası üzrə e-2(005)-4270/2025 saylı mülki işlə bir icraatda birləşdirilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim Şəbnur Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar