Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(005)-558/2025 15.07.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Hüseynli Umuxanım Cavid qızının katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh X2 nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə İddiaçı cavabdeh X3 qarşı “əmlakın naturada bölgüsü və açıq hərracdan satılması” tələbinə dair mülki iş üzrə iddia tələbinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh X3 qarşı “əmlakın naturada bölgüsü və açıq hərracdan satılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-355/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən 1/11 hissəsi üzərində Cavabdeh, 10/11 hissəsi üzərində isə İddiaçı payları müəyyən edilmiş ünvan 1 ünvanında inşa olunmuş, blok 2, mərtəbə 9, mənzil 39 ünvanında yerləşən mənzilin tərəflərin paylarına uyğun naturada real ayrılması,açıq hərracda satılaraq pulun paylara mütənasib şəkildə bölünməsinə, 2 “LEXUS GS250” minik markalı **-RR-*** dövlət qeydiyyat nişanlı avtomobilin satış qiyməti olan 18000 manat pul vəsaitinin ½ hissəsini təşkil edən 9000 (doqquz min) manat pul vəsaitinin cavabdehə kompensasiya verilməklə “LEXUS GS250” minik markalı **-RR-*** dövlət qeydiyyat nişanlı avtomobilin tam şəkildə iddiaçının mülkiyyətinə verilməsinə və ya qeyd olunan avtonəqliyyat vasitəsinin açıq hərracda satılaraq pulun paylara mütənasib şəkildə bölünməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında tərəflər barışıq sazişi imzalayaraq, həmin barışıq sazişinin təsdiq edilməsini və bunun əsasında iş üzrə icraata xitam verilməsini xahiş etmişdirlər. Buna dair xx.xx.2025-ci il tarixli tərəflər arasında imzalanmış barışıq sazişini məhkəməyə təqdim etmişdirlər. Həmçinin tərəflərin ərizələrindən görünür ki, onlar aralarında bağlanmış barışıq sazişinin təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdirlər. Məhkəmə iclasında iştirak etmiş tərəflərin nümayəndələri və vəkilləri barışıq sazişinin təsdiq edilməsini məhkəmədən xahiş etdilər. Məhkəmə proses iştirakçısının izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, mülki iş üzrə başlanmış icraata xitam verilməlidir. Belə ki, mülki işin materiallarında olan İddiaçı ilə cavabdeh X4 arasında xx.xx.2025-ci il tarixli Barışıq sazişinin aşağıdakı məzmunda və şərtlərlə bağlanmışdır: Tərəflər aşağıda göstərilən şərtlərlə bağlı razılığı gəlirlər:
1. İddiaçı ünvan 1 ünvanında inşa olunmuş, blok 2, mərtəbə 9, mənzil 39 ünvanında yerləşən mənzilin 1/11 hissəsinin və “LEXUS GS250” minik markalı **-RR-*** dövlət qeydiyyat nişanlı avtomobilin ½ hissəsinin əvəzi olaraq cavabdeh X3 45.000 (qırx beş min) manat ödənişin edilməsi ilə bağlı razıdır.
2. İddiaçı barışıq sazişi qüvvəyə mindikdən sonra ünvan 1 ünvanında inşa olunmuş, blok 2, mərtəbə 9, mənzil 39 ünvanında yerləşən mənzilin satılmasına və mənzilin satışından əldə ediləcək 45.000 (qırx beş min) manat pul vəsaitinin 3 (üç) ay ərzində cavabdehə nağda şəkildə və ya bank vasitəsi ilə ödənilməsinə dair öhdəlik götürür.
3. İddiaçı barışıq sazişi hüquqi qüvvəyə mindikdən sonra 3 (üç) ay ərzində mənzilin satılmadığı və ya cavabdehə 45.000 (qırx beş min) manat kompensasiyanın ödənilmədiyi təqdirdə əlavə olaraq gecikdirilmiş hər ay üçün 45.000 (qırx beş min) manat ümumi məbləğin 0.5 faizi həcmində dəbbə pulu ödəyəcəyinə dair öhdəlik götürür.
4. Cavabdeh X4 ünvan 1 ünvanında inşa olunmuş, blok 2, mərtəbə 9, mənzil 39 ünvanında yerləşən mənzilin 1/11 hissəsinin və “LEXUS GS250” minik markalı **- RR-*** dövlət qeydiyyat nişanlı avtomobilin ½ hissəsinin əvəzi olaraq İddiaçı tərəfindən ona 45.000 manat dəyərində ödəniş edilməsinə razıdır.
5. Cavabdeh X4 bu Saziş hüquqi qüvvəyə mindikdən sonra ünvan 1 ünvanında inşa olunmuş, blok 2, mərtəbə 9, mənzil 39 ünvanında yerləşən mənzilin cavabdeh tərəfindən satılması və mənzilin satışından əldə ediləcək 45.000 (qırx beş min) manat pul vəsaitinin İddiaçı tərəfindən 3 (üç) ay ərzində ödənilməsinə dair üzərinə götürdüyü öhdəliklə razıdır.
6. Cavabdeh X4 ünvan 1 ünvanında inşa olunmuş, blok 2, mərtəbə 9, mənzil 39 ünvanında yerləşən mənzilin 1 /11 hissəsi olaraq mənzilin satışından əldə ediləcək 45.000 (qırx beş min) manat pul vəsaitini əldə etdikdən sonra həmin mənzilə və “LEXUS GS250” minik markalı **-RR-*** dövlət qeydiyyat nişanlı avtomobilinə qarşı heç bir tələbi və iddiası olmayacağına dair öhdəlik götürür.
7. Bu Sazişlə başqa hal nəzərdə tutulmadığı hallarda tənzimlənməyən digər məsələlər Azərbaycan Repsublikasının qanunvericiliyinə uyğun olaraq həll edilir.
8. Barışıq Sazişi tərəflərin qarşılıqlı razılığı ilə bağlanır, Sazişin şərtləri tərəflərə tam aydındır, tərəflər bu Sazişin təsdiq edildiyi halda doğuracağı hüquqi nəticələri qəbul edərək bu Sazişi imzalayırlar.
9. Barışıq Sazişi məhkəmə tərəfindən təsdiq edildiyi gündən hüquqi qüvvəyə minir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 5.4-cü (bundan sonra MPM) maddəsinə əsasən qanunda başqa hal nəzərdə tutulmayıbsa, onlar məhkəmə araşdırmalarını barışıq sazişi ilə tamamlaya bilər, irəli sürülən tələbi etiraf, yaxud rədd edə bilərlər. 6-cı maddəsinə əsasən mülki işlər və iqtisadi mübahisələr üzrə ədalət mühakiməsi yalnız məhkəməyə aiddir və məhkəmələr tərəfindən qanunla müəyyən olunmuş qaydada həyata keçirilir. 14.3-cü maddəsinə əsasən məhkəmə tərəflərə, məhkəmə baxışını barışıq sazişi ilə tamamlamağı təklif etməyə borcludur və tərəflər qanunda nəzərdə tutulan hallar istisna edilməklə, iddianı etiraf edə və yaxud ondan imtina edə bilərlər. 52.3-cü maddəsinə əsasən, tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. 191.1-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 08 may 2016-cı il tarixli Qərarında qeyd edilmişdir: Dispozitivlik prinsipi işdə iştirak edən şəxslərin, ilk növbədə tərəflərin iş materiallarından və prosessual hüquqlardan maraqlarına uyğun sərbəst istifadə etməsinin mümkünlüyünü nəzərdə tutur. Buna uyğun olaraq iddianın qaldırılması, onun əsasının və predmetinin müəyyənləşdirilməsi, habelə iddiadan imtina edilməsi iddiaçının iradəsindən asılıdır. Barışıq sazişinin bağlanması, çıxarılmış məhkəmə aktı ilə razılaşılması və ya ondan şikayət verilməsi hər iki tərəfin iradəsi əsasında müəyyən olunur. İddianın etiraf edilməsi (qəbul edilib-edilməməsi), habelə iddia müddətinin tətbiq olunub-olunmaması isə cavabdehin mövqeyindən asılıdır. Tərəflər öz hüquqlarının müdafiəsi üsullarını müstəqil şəkildə özləri seçə bilərlər, məhkəmə isə mülki məhkəmə icraatının prinsiplərini, maddi və prosessual hüquq normalarını rəhbər tutaraq yalnız ədalət mühakiməsi funksiyasını həyata keçirir. Qeyd edilən hüquq normalarından aydın olur ki, mülki iş üzrə tərəflər qanunvericiliyin tələblərinə zidd olmayan barışıq sazişi bağlamaq hüququ vardır və ədalət mühakiməsi həyata keçirən məhkəmələr bu hüquqların həyata keçirilməsinə yardım etmək vəzifəsinin daşıyıcılarıdır. Mülki iş üzrə tərəflər arasında barışıq sazişi bağlandığı və məhkəmə tərəfindən təsdiq olunduğu təqdirdə iş üzrə icraata xitam verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu geri qaytarılır. Həmin Məcəllənin 122.3-cü maddəsinə əsasən, tərəflər barışıq sazişi bağladıqda məhkəmə xərcləri və yardım göstərməyə görə nümayəndəyə və vəkilə ödənilən xərclər tərəflərin razılığına uyğun olaraq bölüşdürülür. Məhkəmə hesab edir ki, iş üzrə icraata xitam verildiyindən İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumları ona geri qaytarılmalıdır. İş üzrə aparılmış məhkəmə tikinti-texniki və məhkəmə-əmtəəşünaslıq ekspertizasının dəyəri olan 100 manat müştərək qaydada İddiaçı və X1 tutularaq dövlət bücəsinə, iş üzrə müstəqil qiymətləndirici tərəfindən aparılmış məhkəmə-əmtəəşünaslıq ekspertizasının dəyəri olan 300 manat müştərək qaydada İddiaçı və X1 tutularaq "xxxx" MMC-nə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 261.0.1, 268-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddiaçı cavabdeh X3 qarşı “əmlakın naturada bölgüsü və açıq hərracdan satılması” tələbinə dair iddia ərizəsi üzrə tərəflər arasında bağlanmış barışıq sazişi aşağıdakı şərtlər daxilində təsdiq edilsin: BARİŞİQ SAZİŞİ
Bakı şəhəri xx.xx.2025-ci il Bu barışıq sazişi İddiaçı və cavabdeh X4 arasında bağlanır. Tərəflər - İddiaçı və cavabdeh X4 iddiaçının cavabdehə qarşı “ünvan 1 ünvanında inşa olunmuş, blok 2, mərtəbə 9, mənzil 39 ünvanında yerləşən mənzilin tərəflərin paylarına uyğun naturada real ayrılması,açıq hərracda satılaraq pulun paylara mütənasib şəkildə bölünməsi və “LEXUS GS250” minik markalı **-RR-*** dövlət qeydiyyat nişanlı avtomobilin satış qiyməti olan 18000 manat pul vəsaitinin ½ hissəsinin təşkil edən 9000 manat pul vəsaitinin cavabdehə kompensasiya verilməklə “LEXUS GS250” minik markalı **-RR-*** dövlət qeydiyyat nişanlı avtomobilin tam şəkildə iddiaçının mülkiyyətinə verilməsinə və ya qeyd edilən avtomobilin açıq hərracda satılaraq pulun paylara mütənasib şəkildə bölünməsi” tələbinə dair mülki işi barışıq sazişi ilə yekunlaşdırırlar. Tərəflər aşağıda göstərilən şərtlərlə bağlı razılığı gəlirlər:
1. İddiaçı ünvan 1 ünvanında inşa olunmuş, blok 2, mərtəbə 9, mənzil 39 ünvanında yerləşən mənzilin 1/11 hissəsinin və “LEXUS GS250” minik markalı **-RR-*** dövlət qeydiyyat nişanlı avtomobilin ½ hissəsinin əvəzi olaraq cavabdeh X3 45.000 (qırx beş min) manat ödənişin edilməsi ilə bağlı razıdır.
2. İddiaçı barışıq sazişi qüvvəyə mindikdən sonra ünvan 1 ünvanında inşa olunmuş, blok 2, mərtəbə 9, mənzil 39 ünvanında yerləşən mənzilin satılmasına və mənzilin satışından əldə ediləcək 45.000 (qırx beş min) manat pul vəsaitinin 3 (üç) ay ərzində cavabdehə nağda şəkildə və ya bank vasitəsi ilə ödənilməsinə dair öhdəlik götürür.
3. İddiaçı barışıq sazişi hüquqi qüvvəyə mindikdən sonra 3 (üç) ay ərzində mənzilin satılmadığı və ya cavabdehə 45.000 (qırx beş min) manat kompensasiyanın ödənilmədiyi təqdirdə əlavə olaraq gecikdirilmiş hər ay üçün 45.000 (qırx beş min) manat ümumi məbləğin 0.5 faizi həcmində dəbbə pulu ödəyəcəyinə dair öhdəlik götürür.
4. Cavabdeh X4 ünvan 1 ünvanında inşa olunmuş, blok 2, mərtəbə 9, mənzil 39 ünvanında yerləşən mənzilin 1/11 hissəsinin və “LEXUS GS250” minik markalı **- RR-*** dövlət qeydiyyat nişanlı avtomobilin ½ hissəsinin əvəzi olaraq İddiaçı tərəfindən ona 45.000 manat dəyərində ödəniş edilməsinə razıdır.
5. Cavabdeh X4 bu Saziş hüquqi qüvvəyə mindikdən sonra ünvan 1 ünvanında inşa olunmuş, blok 2, mərtəbə 9, mənzil 39 ünvanında yerləşən mənzilin cavabdeh tərəfindən satılması və mənzilin satışından əldə ediləcək 45.000 (qırx beş min) manat pul vəsaitinin İddiaçı tərəfindən 3 (üç) ay ərzində ödənilməsinə dair üzərinə götürdüyü öhdəliklə razıdır.
6. Cavabdeh X4 ünvan 1 ünvanında inşa olunmuş, blok 2, mərtəbə 9, mənzil 39 ünvanında yerləşən mənzilin 1 /11 hissəsi olaraq mənzilin satışından əldə ediləcək 45.000 (qırx beş min) manat pul vəsaitini əldə etdikdən sonra həmin mənzilə və “LEXUS GS250” minik markalı **-RR-*** dövlət qeydiyyat nişanlı avtomobilinə qarşı heç bir tələbi və iddiası olmayacağına dair öhdəlik götürür.
7. Bu Sazişlə başqa hal nəzərdə tutulmadığı hallarda tənzimlənməyən digər məsələlər Azərbaycan Repsublikasının qanunvericiliyinə uyğun olaraq həll edilir.
8. Barışıq Sazişi tərəflərin qarşılıqlı razılığı ilə bağlanır, Sazişin şərtləri tərəflərə tam aydındır, tərəflər bu Sazişin təsdiq edildiyi halda doğuracağı hüquqi nəticələri qəbul edərək bu Sazişi imzalayırlar.
9. Barışıq Sazişi məhkəmə tərəfindən təsdiq edildiyi gündən hüquqi qüvvəyə minir. Mülki Prosessual Məcəlləsinin 191-ci maddəsinin tələbləri izah edilmiş və şərtləri tərəflərə aydındır. Bu saziş Azərbaycan dilində eyni hüquqi qüvvəyə malik 3 nüsxədə tərtib edilmişdir. Saziş hər birində 1 nüsxə olmaqla məhkəmədə və digər nüsxələri tərəflərdə saxlanılır. İddiaçı cavabdeh X3 qarşı “əmlakın naturada bölgüsü və açıq hərracdan satılması” tələbinə dair mülki işin icraatına xitam verilsin. İddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu ona geri qaytarılsın. İş üzrə aparılmış məhkəmə tikinti-texniki və məhkəmə-əmtəəşünaslıq ekspertizasının dəyəri olan 100 manat müştərək qaydada İddiaçı və X1 tutularaq dövlət bücəsinə ödənilsin. İş üzrə müstəqil qiymətləndirici tərəfindən aparılmış məhkəmə-əmtəəşünaslıq ekspertizasının dəyəri olan 300 manat müştərək qaydada İddiaçı və X1 tutularaq "xxxx" MMC-nə ödənilsin. Tərəflərə izah edilsin ki, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan, qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə biər.
Sədrlik edən: Solmaz Ədilova