Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(005)-5703/2025 30.12.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızı, İddiaçı cavabdehlər “ADO-G X2 Quraşdırma” Məhdud Məsuliyyətli Cəmiyyətinə,”B.X1 Zavodu” Məhdud Məsuliyyətli Cəmiyyəti, “ADO-G Engineering “ Məhdud Məsuliyyətli Cəmiyyəti, Cavabdeh4, Cavabdeh5nə qarşı mülkiyyət hüququ ilə əlaqədar mübahisələr tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər “ADO-G X2 Quraşdırma” Məhdud Məsuliyyətli Cəmiyyətinə,”B.X1 Zavodu” Məhdud Məsuliyyətli Cəmiyyəti, “ADO-G Engineering “ Məhdud Məsuliyyətli Cəmiyyəti, Cavabdeh4, Cavabdeh5nə qarşı mülkiyyət hüququ ilə əlaqədar mübahisələr tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə İddiaçı iddia ərizəsinin mümkünlüyü məsələsinə baxıb iş materiallarını araşdırıb hesab edir ki, İddiaçı tərəfindən iddia ərizəsinin forma və məzmunu ilə bağlı qanunvericliklə müəyyən olunmuş tələblərə riayət edilmədiyindən iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, iddiaçı iddia ərizəsində birgə nikah dövründə təsis olunmuş hüquqi şəxslərin üzərinə xərclərin və gəlirlərinə dair məlumatın verilməsi öhdəliyinin qoyulması, cavabdehlərin mülkiyyətində, istifadəsində olan əmlaklar varədə məlumatın verilməsinə dair öhdəliyinin qoyulması barədə tələblərlə yanaşı, cavabdeh hüquqi şəxslərin bank hesablarına həbsin qoyulması, bölüşdürülməmiş mənfəətin üzərinə həbsin qoyulması və öhdəliklərin götürülməsinə dair qadağanın qoyulmasına dair qətnamə qəbul edilməsi xahiş edilmişdir ki, götərilən tələblər iddia tələbinin predmeti ola bilməz. Mahiyyəti üzrə bank hesablarının üzərinə qhəbs qoyulması, qadağaların qoyulması müvəqqəti təminat tədbiri barədə ərizədə tələb olaraq irəli sürülə bilər. İddiaçı isə iddia ərizəsində həmin tələbləri qeyd edərək, qətnamə qəbul edilməsini xahiş etmişdir. Halbuki Mülki Prosessual Məcəllənin 149.2.2-ci maddəsinə əsasən iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) ərizədə göstərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
48. Hər bir fiziki və hüquqi şəxs eyni dərəcədə qanunla müəyyən edilən və qanunla yol verilən mülki prosessual hüquqlar əldə etmək və vəzifələr daşımaq qabiliyyətinə (mülki-prosessual hüquq qabiliyyəti) malikdir. 50.1. Prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər. 149.2.3-cü maddəsinə əsasən iddia ərizəsində iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 152.3-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Beləliklə, məhkəmə ərizədə qanunla müəyyən edilmiş forma və məzmunla bağlı tələblərə riayət edilmədiyini, nəzərə alıb hesab edir ki, İddiaçı cavabdehlər “ADO-G X2 Quraşdırma” Məhdud Məsuliyyətli Cəmiyyətinə,”B.X1 Zavodu” Məhdud Məsuliyyətli Cəmiyyəti, “ADO-G Engineering “ Məhdud Məsuliyyətli Cəmiyyəti, Cavabdeh4, Cavabdeh5nə qarşı mülkiyyət hüququ ilə əlaqədar mübahisələr tələbinə dair ərizəsi əlavə olunan sənədlərlə birlikdə geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-cu, 152-ci və 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddiaçı cavabdehlər “ADO-G X2 Quraşdırma” Məhdud Məsuliyyətli Cəmiyyətinə,”B.X1 Zavodu” Məhdud Məsuliyyətli Cəmiyyəti, “ADO-G Engineering “ Məhdud Məsuliyyətli Cəmiyyəti, Cavabdeh4, Cavabdeh5nə qarşı mülkiyyət hüququ ilə əlaqədar mübahisələr tələbinə dair ərizəsi əlavə olunan sənədlərlə birlikdə geri qaytarılsın. Dövlət rüsumu kimi ödənilmiş 100 (yüz) manat məbləğində pul (Bakı Şəhəri üzrə AsanPay vasitəsi ilə, qəbzin nömrəsi: **********88) İddiaçı geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində elektron məhkəmə informasiya sistemində yaradılmış kabinet vasitəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər.
Hakim: Mehriban Əfəndizadə