Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-632/2025 10.04.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və 1 saylı Bakı Cavabdeh2nə qarşı (açar sözlər: etibarnamənin etibarsız hesab edilməsi) Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh Cavabdeh1, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və 1 saylı Bakı Cavabdeh2nə qarşı “etibarnamənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, Əhməd bəy Ağaoğlu 34A) açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: I. İşin mahiyyəti: İddiaçı cavabdehlər Cavabdeh1 və 1 saylı Bakı Cavabdeh2nə qarşı “etibarnamənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2018-ci il tarixdə 7E-3571 saylı X4 Cavabdeh1 verdiyi etibarnamənin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı, Bakı şəhər, Ü.Bünyadzadə 1, mənzil 20 ünvanında yerləşən mənzil iddiaçıya məxsusdur. Həmin mənzilə dair mülkiyyət hüququ Bakı şəhər, İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsində 388 №-li reyestr kitabında 55806-cı səhifəsində qeydəalma 30, 25104 № ilə xx.xx.1996-cı il tarixdə qeydiyyata alınmış və MH seriyalı 064409 №-li qeydiyyat vəsiqəsi ilə verilmişdir. Mülkiyyətində olan mənzili xx.xx.2005-ci il tarixdə bağışlanma müqaviləsi ilə övladı X5 bağışlamışdır. X3 xx.xx.2023-cü ildə vəfat etmişdir. Daha sonra ona məlum oldu ki, övladı xx.xx.2018-ci il tarixdə həyat yoldaşı Cavabdeh1 adına 7E3571 nömrəli etibarnamə vermişdir. Gəlini sözügedən etibarnamə ilə onu evdən çıxararaq, mənzildən istifadəsinə məhdudiyyət qoymuşdur. Qeyd etmək istəyir ki, övladına xx.xx.2014-cü il tarixdə “Şizofreniya Paranoid forma” diaqnozu qoyulmuş və 1 saylı Respublika Psixatriya Xəstəxanasında müalicə almışdır, ünvan 2 ünvanladığı müraciətə cavab olaraq xx.xx.2014-cü il tarixdə № 3742 arayışda da qeyd olunmuşdur ki, övladı “Şizofreniya paranoid forma” diaqnozundan əziyyət çəkir. Belə olduğu halda X3nun anlaqsız vəziyyətindən istifadə edərək Cavabdeh1 adına verilmiş xx.xx.2018-ci il tarixli 7E- 3571 nömrəli etibarnamə nə dərəcə düzgün ola bilər. Buna görə də məhkəməyə müraciət etməyə məcburdur. II. Tərəflərin mövqeləri: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək bildirmişdir ki, ünvan 3 ünvanda yerləşən mənzil İddiaçı məxsus olmuşdur. Daha sonra həmin mənzili iddiaçı X3na bağışlamışdır. X9 vəfat etdikdən sonra həmin mənzil etibarnamə ilə Cavabdeh1 tərəfindən özəlləşdirilmişdir. Etibarnamə verildiyi tarixdən əvvəl X9 psixiatriya xəstəxanasında müalicə alırdı və “şizofreniya paranoid” diaqnozu qoyulmuşdur. Bu vəziyyətdə olan şəxsin qəyyumu olmadığı halda heç bir etibarnamə verə bilməz. X4 xəstəliyi ilə bağlı Bakı Ağır Cinayətlər Məhkəməsinə sorğuya cavab daxil olmuşdur və orada açıq-aşkar qeyd olunmuşdur. Digər məhkəmələrdə şəxsin vəziyyətini araşdırmadan ümumi bir qənaətə gəlmişlər. Binəqədi Rayon Məhkəməsində bu arayış təqdim olunmayıb və bu halda hakimin həmin şəxsin anlaqsız olmasını bilməsi mümkünsüzdür. Məhkəmə iclasında iştirak edən cavabdeh iddia tələbinə etiraz edərək, onun təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçı tərəfin istinad etdiyi Bakı Ağır Cinayətlər Məhkəməsinə daxil olmuş məktubdur və həmin məktubun həqiqiliyi şübhə doğurur, çünki orada 1989-cu il təvəllüdlü şəxs kimi qeyd olunub. X4 1991-ci il təvəllüdlü qızı var və cavabdehlə 1973-cü ildə nikaha daxil olmuşlar. Həmin sənəd Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən verilmiş sorğuya əsasən verilib və məhkəmənin 2014-cü il tarixli hökmü ilə X9 5 il 9 ay müddətində məhkum olunmuşdur. Belə olan halda məhkəmə tərəfindən həmin sənəd etibarlı hesab edilsəydi, onun anlaqsız olması müzakirə edilərdi və onun barəsində hökm qəbul olunmazdı. Bakı şəhəri 2 saylı Cəzaçəkmə Müəssisənin etibarnaməsi var və əgər anlaqsız hesab olunsaydı o, orada cəza çəkməzdi. Eyni tarixli etibarnamə 2015 və 2016-ci illərdə də verilib. X9 həbsdən çıxandan sonra müalicəsini davam etdirmək üçün sərhəddən asanlıqla keçib və 2018-ci ildə ona taksi fəaliyyəti ilə məşğul olmaq üçün vergi orqanı tərəfindən icazəsi var. Vəfat edənə qədər həmin şəxs taksi fəaliyyəti ilə məşğul olub. Tərəflər arasında bağlanmış şərti müqavilə olub və müqavilə ilə bağlı Binəqədi Rayon Məhkəməsində İddiaçı məhkəməyə ərizə verərək, etibarnamə əsasında imzalanmış və Cavabdeh1 verilmiş 96.03 kv.m mənzilə dair vərəsəlik hüququnun tanınması ilə bağlı müraciət etmişdir. Həmin iddiada tərəf özü qəbul edir ki, etibarnamə tam etibarlıdır və o pay cavabdehə verilsə də, vərəsəlik payı var, çünki oğlu vəfat etmişdir. Binəqədi Rayon Məhkəməsi həmin iddianı rədd etmişdir və Apellyasiya Məhkəməsi tərəfindən İddiaçı payını tanımışdır. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, digər cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə, mülki işə müstəqil tələb irəli sürməyən digər cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. III. İşin faktiki halları: İş materiallarında olan: - xx.xx.2005-ci il tarixdə bağlanmış reyestrdə 4Ə-1/80 № ilə qeyd edilmiş bağışlama müqaviləsinə görə İddiaçı özünə məxsus ünvan 5 ünvanında yerləşən 1 otaqlı mənzili X4 mülkiyyətinə vermişdir. - ÖM seriyalı № 245834 nömrəli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Ü.Bünyadzadə küçəsində yerləşən 1 saylı evin 20 nömrəli mənzili mülkiyyət hüququ üzrə X4 adına 388 nömrəli reyestr kitabının 55800 nömrəli vərəqində xx.xx.2005-ci ildə qeydiyyata alınmışdır. - 1 saylı Respublika Psixiatriya Xəstəxanası tərəfindən Bakı Ağır Cinayətlər Məhkəməsinə ünvanlanmış 20 sentyabr 2014-cü il tarixli 3742 nömrəli məktubun surətindən görünür ki, 1989-cu il təvəllüdlü X9 xx.xx.2014-cü il tarixdən hal-hazıradək “Şizofreniya Paranoid forma” diaqnozu ilə adı göstərilən xəstəxanada müalicədə olmuşdur. -2 saylı Cəzaçəkmə Müəssisəsi tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli xx/xx-2131 saylı vəkalətnamə ilə müəyyən olunur ki, məhkum X9 DSMF tərəfindən əlilliyə görə təyin olunmuş təqaüd pulunu Bankdan alınması üçün pensiya plastik kartının alınmasını, dəyişdirilməsi və təqaüd kartının verilməsi üçün yoldaşı Cavabdeh1 etibar edir. - xx.xx.2016-cı il tarixdə reyestrdə 7/19-34 nömrə ilə qeyd alınmış etibarnamənin əsli ilə müəyyən olunur ki, X9 tərəfindən harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq bütün daşınan və daşınmaz əmlakını idarə etməyi, onun üzərində sərəncam verməyi və s. səlahiyyətləri xx.xx.2017-ci il tarixədək həyat yoldaşı Cavabdeh1 etibar etmişdir. - xx.xx.2018-ci il tarixdə reyestrdə 7E-3571 nömrə ilə qeyd alınmış etibarnamənin təsdiq olunmuş surəti ilə müəyyən olunur ki, X9 tərəfindən harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq bütün əmlakını idarə etməyi, onun üzərində sərəncam verməyi və s. səlahiyyətləri xx.xx.2023-cü il tarixədək Cavabdeh1 etibar etmişdir. - xx.xx.2018-ci il tarixli 40 №-li şərtli müqavilədən görünür ki, bir tərəfdən "xxxx" MMC-nin direktoru X12 və digər tərəfdən X9 arasında bağlanmış müqaviləyə əsasən, ünvan 8 ünvanında yerləşən mənzilin və həmin mənzilin 41.4 kv.m olan zirzəmisinə ümumi sahəsinə 20 % əlavə edilməklə tam təmirli 96,5 kv.m mənzili X4 mülkiyyətinə verməyi öhdəsinə götürür. - xx.xx.2019-cu il tarixli, 85 nömrəli müqavilədən görünür ki, həmin müqavilə 2 otaqlı, sahəsi 71,2 kv.m. olan mənzil barədə müqavilədə mülkiyyətçi olaraq qeyd olunmuş Cavabdeh1 ilə bağlanmışdır. - AZ-İİ seriyalı 371150 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X9 xx.xx.2023-cü il tarixdə mədə cisminin bədxassəli yeni törəməsi səbəbindən ölmüşdür. - Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 02 avqust 2018-ci il tarixli 2(005)- 3210/2018 saylı qətnaməsi ilə İddiaçı cavabdeh X6 qarşı bağışlama müqaviləsinin ləğvi tələbinə dair iddiası rədd edilmişdir. -Bakı Apellyasiya Məhkəməsinin MK-nın 12 noyabr 2018-ci il tarixli 2(103)- 11998/2018 saylı qətnaməsi Nərimanov rayon Məhkəməsinin 02 avqust 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. - Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(102)-2363/2019 saylı qərarından görünür ki, İddiaçı kassasiya şikayəti təmin edilməyərək, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 12 noyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. - Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin e-2(001)-2938/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, İddiaçı cavabdehlər Cavabdeh1 və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı X4 müqavilənin tərəfi qismində tanınması, müqaviləyə düzəliş edilməsi vəzifəsinin qoyulması və vərəsəlik hüququnun müəyyən edilməsi tələbinə dair iddia ərizəsi rədd edilmişdir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsi tərəfindən məhkəməyə ünvanlanmış 15 mart 2025-ci il tarixli məktubla müəyyən olunur ki, xx.xx.1959-cu il təvəllüdlü ünvan 9 ünvanda yaşayan X9 arxiv məlumatına görə dəfələrlə adı yuxarıda göstərilən xəstəxanada müalicədə olub. Sonuncu dəfə xx.xx.2014-cü il tarixdə xəstəxanaya qəbul olunub. xx.xx.2024-cü il tarixdə xəstəxanadan evə yazılıb. IV. Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin nümayəndə-vəkillərinin və cavabdehin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Məhkəmə tərəfindən iş materialları ilə müəyyən olunmuşdur ki, xx.xx.2018-ci il tarixdə X9 tərəfindən harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq bütün əmlakını idarə etməyi, onun üzərində sərəncam verməyi və s. səlahiyyətləri xx.xx.2023-cü il tarixədək Cavabdeh1 etibar etmişdir. X9 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. İddiaçı X4 anası, Cavabdeh1 isə X4 həyat yoldaşıdır. Hazırda İddiaçı, oğlu – mərhum X9 tərəfindən xx.xx.2018-ci il tarixdə Cavabdeh1 verilmiş etibarnamənin etibarsız hesab olunmasını xahiş edir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesində ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallara onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşıb-uzlaşmamasına hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: Maddə 28.1. Fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir. Maddə 28.8. Ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Maddə 342.1. Psixi pozuntu nəticəsində fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin bağladığı əqd etibarsızdır. Belə əqdin tərəflərindən hər biri aldıqlarının hamısını digər tərəfə eyni ilə qaytarmalı, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə onun dəyərini pulla ödəməlidir. Bundan başqa, əgər fəaliyyət qabiliyyətli tərəf digər tərəfin fəaliyyət qabiliyyəti olmadığını bilirdisə və ya bilməli idisə, ona dəymiş real zərərin əvəzini də ödəməlidir. Maddə 346.1. Fəaliyyət qabiliyyətli olsa da, əqd bağlandığı zaman öz hərəkətlərinin mənasını başa düşmədiyi və ya onlara rəhbərlik edə bilmədiyi vəziyyətdə fiziki şəxsin bağladığı əqd onun özünün və ya əqd bağlanması nəticəsində hüquqları və ya qanunla qorunan mənafeləri pozulmuş digər şəxslərin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Maddə 346.2. Sonradan fəaliyyət qabiliyyətli sayılmış fiziki şəxsin bağladığı əqd, əgər əqdin bağlandığı zaman fiziki şəxsin öz hərəkətlərinin mənasını başa düşmədiyi və ya onlara rəhbərlik edə bilmədiyi sübuta yetirilərsə, onun qəyyumunun iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Maddə 359.1. Əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər. Maddə 362.1. Bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. Maddə 362.2. Notarial forma tələb edən əqdlərin bağlanması üçün etibarnamə notariat qaydasında təsdiqlənməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında təlimatın (etibarnamə verildiyi tarixdə qüvvədə olan redaksiyasının) : -39-cu bəndinə əsasən, əqdin iştirakçılarından hər hansı birinin ruhi xəstəliyə və ya ağıl zəifliyi nəticəsində öz hərəkətinin əhəmiyyətini başa düşə və ya öz hərəkətlərinə rəhbərlik edə bilməməsini, yaxud spirtli içkilərdən və ya narkotik vasitələrdən, psixotrop maddələrdən sui-istifadə etməsi, habelə qumara qurşanması nəticəsində öz ailəsini ağır maddi vəziyyətə salmasını, yaxud digər israfçılıq hərəkətləri ilə ailəsini dolanacaq xərclərindən məhrum etməsini güman etmək üçün notariusun əsasları vardırsa, şəxsin isə fəaliyyət qabiliyyətinin olmamasına və ya fəaliyyət qabiliyyətinin məhdud olmasına dair məhkəmə qətnaməsi yoxdursa, notarius əqdin təsdiq edilməsini təxirə salır və şəxsin fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilməsi haqqında məhkəmə qətnaməsinin olub-olmadığını aydınlaşdırır. -75-ci bəndinə əsasən, etibarnamənin mətnində onun tərtib edildiyi (imzalandığı) yer və vaxt, nümayəndənin və ya təmsil olunanın soyadı, adı, atasının adı (hüquqi şəxsin tam adı) və yaşayış yeri (hüququ şəxsin olduğu yer), lazımi hallarda isə vəzifəsi göstərilməlidir. Vəkillərin adına etibarnamələrdə vəkillərin iş yeri (hüquq məsləhətxanası) göstərilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1, 670.1, 670.3 və 673.1-ci maddələrinin şərh edilməsinə dair” 19 dekabr 2012-ci il tarixli qərarında təsbit edilmiş hüquqi mövqeyə görə “Mülki Məcəllənin 390-cı maddəsində müəyyən edilən müqavilə azadlığı Azərbaycan Respublikası Konstitusiyasının 29-cu və həmin Məcəllənin 152.1-ci maddələrində nəzərdə tutulmuş mülkiyyət hüququnın reallaşdırılması elementlərindən biri kimi çıxış edir. Qeyd olunan normalarda şəxslərin azad surətdə müqavilələr bağlamaq və bu müqavilələrin məzmununu müəyyənləşdirmək təminatı verilir...” xx.xx.2018-ci il tarixdə reyestrdə 7E-3571 nömrə ilə qeyd alınmış etibarnamənin etibarsız sayılması barədə iddia tələbi, etibar edənin fəaliyyət qabiliyyəti olmayan şəxs olması ilə əsaslandırılmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair» 2 aprel 2021-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, qanunvericilikdə bütün əqdlər üçün tələb olunan etibarlılıq şərtləri ilə yanaşı, yalnız müəyyən növ əqdlər baxımından tələb olunan xüsusi etibarlılıq şərtləri də nəzərdə tutulmuşdur. Əqdlərin ümumi etibarlılıq şərtləri içərisində onun iştirakçılarının anlaqlılığı xüsusi əhəmiyyət daşıyır. Belə ki, əqdin qurucu əsası iradə ifadəsidir və yalnız şəxsin müəyyən bir hüquqi nəticəni, yəni mülki hüquq və öhdəlikləri yaratmaq üçün etmiş olduğu iradə ifadəsinin nəticəsində əmələ gəlir. Buna görə də əqdin etibarlı olması üçün hər şeydən əvvəl əqdi əmələ gətirən iradə mövcud olmalıdır. İradənin mövcudluğu üçün isə anlaqlılığın olması zəruridir. Şəxsin iradəsini əmələ gətirən onun anlaqlılığıdır, anlaqlılıq olmadığı təqdirdə şəxsin formalaşmış iradəsindən də bəhs oluna bilməz. Ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Qanunverici 7 yaşından yuxarı yaşda olan fiziki şəxslərin fəaliyyət qabiliyyətsiz hesab olunmaları üçün məhkəmə qərarının olmasını tələb edir. Lakin nəzərə alınmalıdır ki, həmin şəxslərin fəaliyyət qabiliyyətsizliyi məhkəmənin qərarı nəticəsində deyil, onun daimi anlaqsızlığı səbəbindən olur. Bu kimi hallarda məhkəmənin qərarı hüquqi faktın (mülki hüquq fəaliyyət qabiliyyətinin olmaması faktının) təsdiqi rolunu oynayaraq, şəxsin anlaqsızlığının açıqlanmasını təmin etmək məqsədi daşıyır. Fiziki şəxsin anlaqlılığını müvəqqəti, keçici olaraq itirməsi həmin şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab olunmasına hüquqi əsas vermir. Lakin anlaqlılığını müvəqqəti itirən şəxs fəaliyyət qabiliyyətli hesab olunsa da, Mülki Məcəllənin 346.1-ci maddəsinə uyğun olaraq, əqdin bağlanması zaman anlaqlılığın olmamasının sübuta yetirilməsi ilə həmin əqdin etibarsızlığının məhkəmə qərarı ilə təsdiq edilməsi imkanı nəzərdə tutulmuşdur. Başlanğıc olaraq notariat qaydada bağlanmış əqdin etibarlılığı qəbul edilir. Yəni notariat qaydada verilmiş etibarnamənin əqd olaraq qanuni olması prezumpsiyası vardır. Etibarnamənin verildiyi zaman vəkalət verənin anlaqlılığının olmamasının sübuta yetirilməsi vəzifəsi, bunda marağı olan şəxsin, yəni iddiaçının üzərinə düşür. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Bununla belə, iddiaçının “X4 anlaqsız olması və s.” kimi dəlilləri məhkəmə iclasında təsdiq olunmamış, iddiaçı tərəfindən X4 fəaliyyət qabiliyyətinin olmaması, onun etibarnamə verərkən öz hərəkətlərini başa düşməməsi və ya onlara rəhbərlik edə bilməməsi barədə məhkəməyə hər hansı mötəbər sübut təqdim edilməmişdir. Həmçinin məhkəmə qeyd edir ki, ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Hazırki iş üzrə etibar edən X4 ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşmədiyindən və ya öz hərəkətlərinə rəhbərlik edə bilmədiyindən fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi, ona qəyyum təyin olunması və s. halı (bununla bağlı məhkəmə qətnaməsi, sərəncam və s. olması) müəyyən edilməmişdir. Digər tərəfdən cavabdeh – etibar edilən Cavabdeh1 Əbdürəhim qızı etibar edən mərhum X4 həyat yoldaşı olmuşdur. X9 cəza çəkmə müəssisəsində olarkən bir sıra səlahiyyətləri yoldaşına etibar etmişdir. Belə ki, 2 saylı Cəzaçəkmə Müəssisəsində məhkum olarkən xx.xx.2015-ci il tarixli xx/xx-2131 saylı vəkalətnamə ilə DSMF tərəfindən ona əlilliyə görə təyin olunmuş təqaüd pulunu Bankdan alınması üçün pensiya plastik kartının alınmasını, dəyişdirilməsi və təqaüd kartının verilməsi üçün yoldaşı Cavabdeh1 etibar etmişdir. X2 xx.xx.2016-cı il tarixdə tərəfindən harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq bütün daşınan və daşınmaz əmlakını idarə etməyi, onun üzərində sərəncam verməyi və s. səlahiyyətləri xx.xx.2017-ci il tarixədək həyat yoldaşı Cavabdeh1 etibar etmişdir. Bundan sonra X9 xx.xx.2018-ci il tarixdə Cavabdeh1 adına xx.xx.2023-cü il tarixədək qüvvədə olan etibarnamə vermişdir. Mübahisələndirilən xx.xx.2018-ci il tarixli etibarnamədən görünür ki, X9 harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq bütün əmlakını idarə etməyi, onun üzərində sərəncam verməyi və s. səlahiyyətləri xx.xx.2023-cü il tarixədək Cavabdeh1 etibar etmişdir. Qeyd olunan etibarnaməni 1 saylı Bakı Cavabdeh2ndə notariat kontorunun xüsusi notariusu X11 təsdiq etmişdir. X1 şəxsən özü notariusun iştirakı ilə imza edib. Etibar edənin şəxsiyyəti müəyyən edilib və fəaliyyət qabiliyyəti yoxlanılıb. Göründüyü kimi, etibarnamə notariat qaydasında, notariusun iştirakı ilə, şəxsin fəaliyyət qabiliyyəti yoxlanılmaqla təsdiq edilmiş, X9 tərəfindən “oxudum” qeydi aparılmaqla imza edilmişdir. X4 Cavabdeh1 etibarnamə verdiyi anda, yəni xx.xx.2018-ci il tarixdə öz hərəkətlərinin xarakterini dərk etmək və onların mənasını başa düşmək qabiliyyətində olmaması, anlaqsız vəziyyət olması halları iş materialları ilə müəyyən olunmamışdır, bu hal isə etibarnamənin həmin əsasla məhkəmə tərəfindən etibarsız hesab olunmasını istisna edir. Məhkəmə qeyd edir ki, X4 ona məxsus olan əmlakların idarə olunması üçün həyat yoldaşı Cavabdeh1 verilmiş etibarnamə onun şəxsi iradə ifadəsidir. Onun tərəfindən verilmiş etibarnamə yalnız mötəbər sübutlarla təsdiq olunduğu halda məhkəmə tərəfindən etibarsız hesab oluna bilərdi. Notariat qaydada təsdiq olunmuş etibarnamə formal əsaslarla etibarsız hesab oluna bilməz. Digər tərəfdən İddiaçı xx.xx.2018-ci il tarixdə X4 Cavabdeh1 verdiyi etibarnamənin etibarsız hesab edilməsini xahiş edərək, bunun əsası kimi X4 anlaqsız vəziyyətdə olmasını göstərmişdir. Bununla belə, iş materialları ilə müəyyən olunur ki, İddiaçı anlaqsız olduğunu hesab etdiyi oğlu X6 qarşı xx.xx.2018-ci il tarixdə “X4 aralarında olan razılaşmaya əməl etməməsi, xəstə və yaşlı anasına qayğı göstərməməsi və s.” əsası ilə bağışlama müqaviləsinin ləğvi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, onun tələbi Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 02 avqust 2018-ci il tarixli 2(005)- 3210/2018 saylı qətnaməsi ilə rədd edilmişdir. Həmin qətnamədən iddiaçı tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 12 noyabr 2018-ci il tarixli 2(103)-11998/2018 saylı qətnaməsi Nərimanov rayon Məhkəməsinin 02 avqust 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qeyd olunan qətnamədən kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(102)-2363/2019 saylı qərarından görünür ki, İddiaçı kassasiya şikayəti təmin edilməyərək, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 12 noyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi X9 2018-ci il tarixində başlamış məhkəmə mübahisəsi üzrə məhkəmələr tərəfindən cavabdeh – tərəf olaraq tanınmış, ona dair məhkəmə aktları qəbul edilmişdir. Yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərindən göründüyü kimi hazırda mübahisə predmeti olan etibarnamənin etibarsız hesab edilməsinə dair hər-hansı bir əsas müəyyən edilməmişdir. Nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə qeyd edir ki, iddianın əsasını təşkil edən faktiki halların mövcudluğu – etibar edən şəxsin etibarnaməni verərkən anlaqsız vəziyyətdə olması və s. iddiaçı tərəfindən sübut edilməlidir. Lakin, iddiaçı bununla bağlı kifayət qədər mötəbər sübutlar məhkəməyə təqdim etməmişdir. Belə olan halda məhkəmə iddia tələblərinin əsasını təşkil faktiki halların mövcud olmadığına dair qənaətə gələrək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -124.2-ci maddəsinə əsasən, iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. - 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmə hesab edir ki, hazırki iddia tələbi rədd edildiyindən AR MPM-nin 124.2-ci maddəsinin tələbinə uyğun olaraq iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu da onun özünə aid edilməlidir. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və 1 saylı Bakı Cavabdeh2nə qarşı “xx.xx.2018-ci il tarixdə 7E- 3571 saylı X4 Cavabdeh1 verdiyi etibarnamənin etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilməməli, iddia üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. V. Nəticə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 124, 216-220, 227, 233 və 358-360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və 1 saylı Bakı Cavabdeh2nə qarşı “xx.xx.2018-ci il tarixdə 7E-3571 saylı X4 Cavabdeh1 verdiyi etibarnamənin etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilməsin. İddia üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov 540) apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səbinə Nuriyeva
Məhkəmə qərarları › İş №e-2(005)-632/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-632/2025
10.04.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver